Şəffaflıq Azərbaycan




Yüklə 7.19 Kb.
tarix27.04.2016
ölçüsü7.19 Kb.
Lənkəranda Anti-Korrupsiya Mərkəzi fəaliyyətə başladı
2006-cı il 24 Avqust tarixində “Şəffaflıq Azərbaycan” Anti Korrupsiya təşkilatı tərəfindən Amerika Hüquqşünaslar Assosiasiyası (ABACEELİ) və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət mərkəzi) layihəsinin Lənkəran mərkəzinin rəsmi açılışı keçirilib. Lənkəran şəhərində baş tutan tədbirdə ABACEELİ-nin ölkə üzrə direktoru Frenk Xespe, USAİD-in Azərbaycan üzrə direktoru Skott Teylor, “Şəffalıq Azərbaycan” Anti korrupsiya təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti rəsmiləri, bir sıra digər yerli və xarici QHT nümayəndələri iştirak etmişdir.

Giriş sözü ilə çıxış edən Rəna Səfərəliyeva “Transparency İnternational” və Şəffaflıq Azərbaycan təşkilatı və təşkilat tərəfindən həyata keçirilən ALAC layihəsi barəsində məlumat verdi. Lənkəranda açılan yeni mərkəzin korrupsiya halları ilə üzləşən vətəndaşların problemlərinin həll edilməsində yardımçı olacağını və vətəndaşların mərkəzə müraciət etməklə pulsuz hüquqi məsləhət ala biləcəyini bildirən icraçı direktor, korrupsiaynın aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvünün fəal şəkildə bu hala qarşı mübarizə aparmalı olduğunu deyib.

Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai siyasi şöbəsini müdiri Əlimərdan Əliyev Azərbaycan hökumətinin korrupsiyaya qarşı dövlət siyasətindən danışıb və bildirib ki, dövlətin bu yöndə atdığı addımlara ictimaiyyət də öz yardımını göstərməlidir. Yeni açılan Anti-korrupsiya mərkəzini bu halın aradan qaldırılması məqsədilə dövlətin gördüyü işlərə əlavə dəstək kimi qiymətləndirən rəsmi, mərkəzin fəaliyyəti üçün şəhər rəhbərliyinin əlindən gələn dəstəyi göstərəcəyini söyləyib.

Amerika Hüquqşünaslar Assosiasiyasının ölkə üzrə direktoru Frenk Xespe Assosiasiyanın fəaliyyətinə toxunub və bildirib ki, əsas məqsədləri hüququşünasların maarifləndirilməsi olsa da, onlar ALAC layihəsini dəstəkləyirlər və ölkədə korrupsianın qarşısının alınması məqsədilə görülən hər bir işi müsbət qiymətləndirilər. Korrupsiyayla mübarizənin konkret hansısa qurumun vəzifəzi olmadığını və cəmiyyətə böyük bəlalar gətirən bu halın aradan qaldırılması üçün hər kəsin əlindən gələni etməli olduğunu bildirən Xespe yeni mərkəzin bu istiqamətdə faydalı işlər görəcəyinə inandığını bildirib.



Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə drektoru Skott Teylor da mərkəzlərin koorupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının həyata keçirilməsinə yardım etdiyini və korrupsiya əleyhinə qəbul olunmuş qanunların tətbiqinə köməklik göstərdiyini deyib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə