Şəffaflıq Azərbaycan




Yüklə 91.18 Kb.
tarix23.04.2016
ölçüsü91.18 Kb.
Sədrdən ön söz
“Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyəti və üzvləri adından işimizə göstərdiyiniz marağa görə sizə minnətdarlığımızı bildirmək istərdim. 2008-ci il Azərbaycan və təşkilatımız üçün vacib il idi.
Bu il mövcud olan 5 ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi) ofislərimiz Bakı, Gəncə, Lənkəran, Quba və Şəki şəhərlərində öz fəaliyyətini davam etdirdi. Mərkəzlərimiz xüsusən kənd yerlərində sıravi fiziki şəxslərə pulsuz maarifləndirmə və hüquqi yardım göstərməklə yanaşı, bir sıra dövlət strukturlarında da (DƏDRX əməkdaşları, polis əməkdaşları, hərbçilər, müəllimlər və s.) seminar-müşavirələr keçirib.
Biz çox məmnunuq ki, Transparency İnternational Təşkilatının Azərbaycan Milli bölməsi, təşkilatın digər bölmələrinə öz işlərini səmərəli görməkdə yardım göstərir. Bu il “Transparency Azerbaijan” təşkilatı Bakı şəhərində təşkilatın Qazaxıstan və Qvatemala bölmələrinə, ALAC layihəsinin həyata keçirilməsinə həsr olunmuş iki beş-günlük təlim-treninq kursları keçirmişdir

.

Bundan başqa, Statoil Abşeron A.S şirkətinin maliyyə dəstəyi ilə “Antikorrupsiya İşini Necə Görmək Olar” adlı məlumatlandırıcı vəsaitlər hazırlanıb, Qaradağ Sement ASC-nin maliyyə köməkliyi ilə “Korrupsiya ilə Üz-Üzə” adlı karikatura kataloqu dərc edilib.


Qəbul olunmuş 2007-2011-ci illər üzrə “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə” Milli Strategiyada “Şəffaflıq Azərbaycan” təşkilatı antikorrupsiya sahəsində hökumətin strateji tərəfdaşı sayılır və biz bundan böyük məmnunluq duyuruq.

Fuad Süleymanov,

İdarə heyətinin sədri
Transparency International təşkilatı haqqında

Transparency International bütün dünyada korrupsiya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency International göstərilən prinsipi özünə rəhbər tutur: “Korrupsiya dövlətin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər.”



«Şəffaflıq Azərbaycan» haqqında

“Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında Transparency International təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçmişdir. Biz, əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etika sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıiravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.


Korrupsiya Qavrama İndeksi 2008

2008-ci ilin Sentyabrın 23-də Transparency International özünün ən məşhur məhsulunu nəşr etdi – 2008-ci il üçün Korrupsiya Qavrama İndeksi. Bu sənəd ictimaiyyətdə və hökumət strukturlarında korrupsiyanın qavranılmasını qəbul edən iş adamlarının və ölkə ekspertlərinin, ölkə vətəndaşlarının və əcnəbilərin yaşadıqları dövlətləri müəyyən dərəcələr üzrə qiymətləndirir. Bu il Azərbaycan 1.9 bal toplayaraq (korrupsiyadan azad olmuş ölkələrə verilən cəmi 10 baldan) 180 ölkə arasında 158-ci yeri tutmuşdur.

Cədvəl 1


Azərbaycan Respublikasının Transparency International-ın Korrupsiya Qavrama İndeksində 2000-2008-ci illər üçün yeri və qiymətləndirilməsi


İl

Sıra

Sorğu keçirilmiş ölkələrin sayı

Ölkələrin qiymətləndirilməsi 0 (çox zəif), 10 (əla)

2000

87

90

1.5

2001

84

91

2.0

2002

95

102

2.0

2003

124

133

1.8

2004

140

146

1.9

2005

137

159

2.2

2006

130

163

2.4

2007

148

180

2.1

2008

158

180

1,9

Axırıncı sütundakı xallar Azərbaycanda korrupsiya qavrama indeksini əks etdirir. Xallar 10 ballıq şkala ilə 0 (sıfır) (korrupsiya hallarına çox rast gəlinən) və 10 (on) (korrupsiya hallarının mövcud olmadığı ölkələr) arası qiymətləndirirlir.


Aşağıda verilən diaqram Azərbaycanın 2000-2008-ci illər üçün Korrupsiya Qavrama İndeksindəki mövqeyini əks etdirir.

1-ci Diaqram
Korrupsiya Qavrama İndeksində Azərbaycanın yeri

Şəffaflıq Azərbaycan” təşkilatının dövlətdə vətəndaş cəmiyyəti institutları arasında xüsusi yeri


Bölmə Azərbaycanda vətəndaşlara həyata keçirilən İctimai Maraqların Qorunması və Hüquqi Məsləhət Mərkəzi layihəsi vasitəsilə hüquqi yardım göstərməklə kiçik məmur rüşvətxorluğuna qarşı mübarizəni gücləndirməyə köməklik göstərən yeganə vətəndaş cəmiyyəti təşkilatıdır. Bölmə tam aydınlıqla əhali və rüşvətxor məmurlar arasında effektiv sədd rolunu oynadığını və həmçinin korrupsiyaya qarşı mübarizədə hökumət – QHT əməkdaşlığının məhsuldarlığını nümayiş etdirdi.
Bölmənin digər əhəmiyyətli töhfəsi işgüzar inzibatçılıq və hüquq fakültələri tələbələri ilə yanaşı kiçik və orta sahibkarlar arasında işgüzar etika bacarıqlarının artırılması, həmçinin yerli kiçik və orta sahibkarlar arasında İşgüzar Etika kodeksi konsepsiyasının yayımlanmasındakı fəaliyyətidir.
Bölmənin Gəncə, Lənkəran, Quba və Şəki mərkəzləri QHT şəbəkələri kimi xidmət göstərməklə yanaşı regionlardakı fəal gəncləri başlanğıc təlimləri ilə təmin edir. Bakıda yerləşən mərkəzi ofis isə korrupsiya sahəsində ekspertizanın aparılması və ölkədə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşır.
Bizim donorlar
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/CAUCASUS)
Britaniya Hökuməti (Xarici İşlər Nazirliyi)
ATƏT-in Bakı ofisi
Transparency International təşkilatı
Statoil Abşeron A.S
Qaradağ Sement ASC
2008-ci il Layihələri


  • ALAC Layihəsi (Bakı, Gəncə, Lənkəran), donor: Britaniya Hökuməti (Xarici İşlər Nazirliyi), (12 ay, iyul 2007 - iyun 2008 )

  • ALAC Layihəsi (Bakı, Gəncə, Lənkəran), donor: USAID/Caucasus, 12 ay (iyul 2008 - iyun 2009, Lənkəran - iyun 2010)

  • ALAC Quba, donor: ATƏT, 12 ay (Yanvar - Dekabr 2008)

  • ALAC Şəki, donor: ATƏT, 12 ay (Yanvar - Dekabr 2008)

  • “Anti Korrupsiya İşini Necə Görməli”, donor: Statoil Abşeron A.S.

  • “Korrupsiya ilə Üz-Üzə” karikatura kataloqu, donor: Qaradağ Sement ASC



ALAC – İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi Layihəsi
ALAC layihəsinin məqsədi “vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə mübarizədə fəal iştiraka cəlb etməkdir”. Layihənin əsas hədəf qrupu informasiya və məhkəmə orqanlarına birbaşa çıxışa malik olmayan sıravi fiziki şəxslərdir. Layihə əsasında keçirilən əsas tədbirlər bunlardır:
Hüquqi yardım. Antikorrupsiya qaynar xətti şəhərdən kənarda yaşayan hər bir vətəndaşa korrupsiya ilə bağlı hər hansı məlumatı vermək üçün rahat vasitədir. Qaynar xətt həmçinin üzbəüz məsləhət, şikayətlər üçün real hadisələrin mərkəzlərə yönəldilməsinə imkan yaradan “filtr” mexanizmi kimi fəaliyyət göstərir. Qaynar xətdə layihə hüquqşünasının köməkçisinin rəhbərliyi altında könüllü çalışan hüquq fakültələrinin tələbələri işləyirlər. Mərkəzlərə həmçinin yazılı və vebsite vasitəsilə də müraciət etmək mümkündür, lakin təcrübə göstərir ki, bu daha az effektlidir, belə ki çox az adam korrupsiya ilə bağlı halları yığcam şəkildə ifadə etməyə meyllidir.
İlk baxışdan, əgər qaynar xətlə verilən məlumatda korrupsiya faktı özünü açıq-aşkar biruzə verirsə, hüquqşünasla üzbəüz görüş zamanı hər bir vətəndaş daha geniş hüquqi yardım və məsləhətlə təmin olunur. Bu, müraciət edənlərə lazımı səviyyədə şikayət ərizələrinin yazılmasında və iddianın hazırlanmasına dair düzgün istiqamətləndirmə məsləhətlərini (sənədləşmə, sübuta yetirmə) verməklə yanaşı korrupsiya hallarının izah edilməsinə və aşkarlanmasına dair köməyi əhatə edir. “Şəffaflıq Azərbaycan” fərdi hallarla bağlı təmsilçilik etmir və onlarla birbaşa məşğul olmur. O, daha çox, şikayətçilərə müstəqil fəaliyyət göstərməkdə köməklik edir.
İctimai maraqların müdafiəsi. Yalnız fakta əsaslanmış müdafiə ALAC layihəsinin uğuruna tənqidi münasibət doğura bilər. Həqiqətdə isə bu, ALAC layihəsini sırf hüquqi yardım klinikalarından fərqləndirən və müdafiənin mərkəzində duran əsas amildir. Başqa sözlə desək, real şikayətlər əsasında formalaşdırılmış baza, müdafiə kampaniyasının əsası kimi istifadə olunur. “Şəffaflıq Azərbaycan” bır sıra müdafiə üsullarından (mütəmadi mətbuat konfransları, radio, telefon, məsləhət və nəşrlər) istifadə edir.
Maarifləndirmə. Antikorrupsiya maarifləndirməsi xüsusi dinləyici qrupu üçün təşkil olunur: kənd əhalisi, qaçqınlar və məcburi köçkünlər, tələbələr, dövlət məmurları və s.
ALAC-ın əsas meyarlarını dəstəkləmək və daha da işlək vəziyyətə gətirmək məqsədi ilə yeni fəaliyyət sahələri müəyyənləşdirilir. Bunlardan ikisi aşağıda qeyd olunub.
Potensialın artırılması: Bu məqsədlə dövlət orqanlarına şikayətlərin baxılması prosesində potensialın artırılmasına yardım edilir. “Şəffaflıq Azərbaycan” təşkilatı Təhsil Nazirliyi ilə səmərəli işgüzar əlaqələrə malikdir və Nazirliyin antikorrupsiya işçi qrupunun üzvüdür. Təhsil Nazirliyi azsaylı dövlət orqanlarındandır ki, onlar korrupsiya faktlarını qəbul edir, intitusional ölçülər götürür və bu hala qarşı əməlli mübarizə aparırlar. İlk dəfə olaraq məhz bu nazirlik tərəfindən “Şəffaflıq Azərbaycan”, “Dalğa” və sair vətəndaş cəmiyyəti təşkilatlar ilə birlikdə korrupsiyaya qarşı fəaliyyət planı hazırlanıb, xüsusi antikorrupsiya qaynar xətti yaradılıb. Bundan əlavə “«Şəffaflıq Azərbaycan»” təşkilatı Daşınmaz Əmlakın Dövlət Reyestr Xitdməti və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şikayətlərə baxılma mexanizmlərinin daha da modernləşdirilməsinə öz töhfəsini vermişdir.

“Şəffaflıq Azərbaycan” həmçinin hökumətin, vətəndaş cəmiyyətinin və KİV-in Antikorrupsiya Şəbəkəsinin üzvüdür.


Mobil treninq və seminarlar vasitəsilə məlumatlandırılmanın artırılması kampaniyası: “Şəffaflıq Azərbaycan” 2006-cı ilin sonundan başlayaraq, müxtəlif əhali qrupları üçün (QHT fəalları, əlillər, kənd əhalisi, milli azlıqlar, qaçqınlar və məcburi köçkünlər, dövlət rəsmiləri və s.) üçün məlumatlandırılmanın artırılması xarakterli tədbirlər təşkil edir. Belə ki, 2008-ci ildə keçirilmiş 260 görüş 5538 vətənaşı əhatə etmişdir.

Yuxarıda şəkildə: 17 Aprel 2008-ci ildə Masallı Şəhər Polis İdarəsində ALAC Lənkaran tərəfindən tədbir
2-ci Diaqram
Aşağıdakı diaqram: 2008-ci il üzrə daxil olan şikayətlərin sayını əks etdirir



3-cü Diaqram
Aşağıdakı diaqram: 2008-ci il üzrə daxil olan şikayətlərin sahələr üzrə bölgüsü (6,792 müraciət)

Yuxarıdan göründüyü kimi, layihənin 2008-ci ilin üçün əhalinin ən çox şikayətləndiyi sahələr bunlardır: məhkəmə sistemi (15%), polis (10%), bələdiyyə (9%), pensiya və sosial yardım (7%) və yerli icra hakimiyyəti orqanları (4%).


Qanunların Analizi
2008-ci ildə “Şəffaflıq Azərbaycan” çirkli pulların yuyulması ilə bağlı qanun layihəsinə öz təkliflərini irəli sürüb və 6 təklifdən 3-ü qanun layihəsində nəzərə alınıb. O cümlədən Təhsil Haqqında qanun layihəsinə də bir sıra təkliflər irəli sürülüb.
Mətbuatda İşıqlandırılma
2008-ci ildə kütləvi informasiya vasitələrində “Şəffaflıq Azərbaycan” Təşkilatı ilə bağlı 244 məlumat əks olunub, gördüyü işlər işıqlandırılıb.
Digər fəaliyyət və tədbirlər




  • Respublika Baş Prokurorluğu və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarında müşahidəçi qismində iştirak .

  • İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Antikorrupsiya Şəbəkəsinin 7-ci Ümumi yığıncağında iştirak, Tbilisi, Gürcüstan.

  • Ədliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasnın birgə təşkil etdiyi işə qəbul imtahanlarının birinci mərhələsində müşahidəçi qismində iştirak.

  • ALAC layihəsinin tərkib hissəsi olan Maarifləndirmə və Məlumatlılığın Artırılması komponenti çərçivəsində “Antikorrupsiya Həftələri” Kampaniyasının təşkili

  • Korrupsiya fenomenini ifşa etmək məqsədilə gənc və peşəkar rəssamların əl işlərindən ibarət “Korrupsiya ilə Üz-Üzə” adlı Karikatura kataloqunun nəşri

  • 2008-ci il universitet imtahanlarının yay-qış sessiyalarında korrupsiya hallarına qarşı mübarizə məqsədi ilə üzərində Təhsil Nazirliyinin və “Şəffaflıq Azərbaycan” Təşkilatının Qaynar Xəttlərinin olduğu təqvimlərin hazırlanması.

  • Transparency International Təşkilatının İllik Regional konfransı və 13-cü Beynəlxalq Antikorrupsiya Konfransında iştirak, Afina, Yunanıstan.

  • 2008-ci İl Prezident Seçkilərində ATƏT-in Seçki Müşahidəçi Missiyası çərçivəsində qisamüddətli müşahidəçilər (STO) qrupunda iştirak.





Yuxarıda şəkildə: Şəki şəhərində İctimaiyyəti Məlumatlandırma Tədbirləri
Bizim tərəfdaşlarımız
Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi

Təhsil Nazirliyi

Daxili İşlər Nazirliyi

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti

Müdafiə Nazirliyi

Konstitusiya Araşdırmaları Fondu

Təhsil və Tədrisə Yardım Mərkəzi

İnsan Hüquqları Cəmiyyəti

Hüquqi Təhsil Cəmiyyəti

Azərbaycan Hüquqşünaslar Cəmiyyəti

Avrasiya Hüquqşünaslar Cəmiyyəti

Gənc Hüquqşünaslar Birliyi

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu

QHT-lərin Antikorrupsiya şəbəkəsi
2008-ci il nəşrləri


  • TI Azerbaijan ALAC bukleti, 2008

  • Korrupsiya ilə Üz-Üzə, karikaturalar toplusu, 2008

  • Korrupsiya ilə Əlaqədar Cinayetlərə Baxılmasının Nəzəri və Praktiki Aspektlerinin Antologiyası,

Rəna Səfərəliyeva, Baş Prokurorluq Nəşri, 2008.
2008-ci ildə “Şəffaflıq Azərbaycan” Haqqında çıxan nəşrlər


  • TI ALAC Bukleti, 2008

  • ATƏT Fəaliyyət Hesabatı (iyun 2007 - may 2008)



Cədvəl 2

İdarə heyətinin üzvləri

Adı və soyadı
Vəzifəsi
Rolu
1
Fuad Süleymanov
Hüquq elmləri namizədi, ACİ-YF Vətəndaş Cəmiyyəti Proqramı üzrə Menecer
Təsisçi
İdarə heyətinin sədri
2
Sabit Bağırov
Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım Fondunun prezidenti, texniki elmlər namizədi
Təsisçi

İdarə heyətinin keçmiş sədri


3
Dürdanə Məmmədova
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ məsələləri üzrə şöbə müdiri, Hüquq Elmləri doktoru

Təsisçi
İdarə heyətinin üzvü


4
Rəna Səfərəliyeva
Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər Universitetinin İngilis dilinin stilistikası kafedrasının dosenti
Təsisçi
İcraçı direktor



5
Rəşid Hacıyev
Direktor, Media Hüquqları İnstitutu
İdarə Heyətinin üzvü
6
İntiqam Əliyev
Direktor, “Advocate Service” özəl hüquq firması
İdarə Heyətinin üzvü
7
Ənnağı Hacıyev
Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti
İdarə Heyətinin üzvü



Cədvəl 3

Bizim əməkdaşlarımız və əlaqələr:
İnternet səhifəmiz: www.transparency.az



Bakı ofisi

Bakı, Azərbaycan, AZ 1001


Cəfər Cabbarlı küç. 16, mərtəbə1, mən. 7
Tel: (99412) 418 11 09; 497 68 15
Tel/Faks: (99412) 596 20 38

Qaynar xətt: (088) 707 07 07

E-poçt: info@transparency.az





Vəzifəsi

Adı və Soyadı

Təhsil

E-mail


1

İcraçı direktor

Rəna Səfərəliyeva

Moskva Xarici Dillər İnstitutu, Ümumi Dilçilik Elmləri namizədi, Azərbaycan Dillər Universiteti, Filologiya Elmləri doktoru

rena@transparency.az


2

Layihənin baş koordinatoru

Ceyhun Atayev

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, Magistr dərəcəsi

jeyhun@transparency.az


3

Baş hüquqşünas

Yusif Ağayev

Qazaxıstan Dövlət Universiteti, Hüquq üzrə magistr dərəcəsi

yusif@transparency.az


4

Baş hüquqşünas köməkçisi

Cəmilə Razzaqova

Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin 4-cü kurs tələbəsi

jamilya@transparency.az



5

Layihə köməkçisi

Aysel Ağayeva

Xəzər Universiteti, İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi

aysel@transparency.az


6

İnzibati /maliyyə meneceri

Zəminə Əliyeva

Bakı Kompyuter Kolleci, İdarəçilik və İT üzrə diplom

zamina@transparency.az


7

Mühasib

Natəvan Hacıyeva

Daşkənd İctimai İqtisad İnstitutu, maliyyə işi üzrə magistr dərəcəsi

natavan@transparency.az

8

İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis

Yusif Abasov


Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi

yusifa@transparency.az


Gəncə mərkəzi

Gəncə - Az 2010, Azərbaycan
Cavadxan küç. 35/1

Tel/faks: (994 22) 56 40 42
Qaynar xətt: (088) 202 02 02


1

Hüquqşünas / ofis rəhbəri

Sevinc Məmmədova

Azərbaycan Beynəlxalq Universiteti, Hüquq üzrə bakalavr dərəcəsi

sevinj@transparency.az


2

Layihə köməkçisi

Nicat Hüseynov

Gəncə Dövlət Universiteti, Dilçilik fakültəsinin 3-cü kurs tələbəsi

nijat@transparency.az


Lənkəran mərkəzi

Lənkəran AZ 4200, Azərbaycan

Qala Xiyabanı küç. 12

Tel: (994 171) 5 09 04


Faks: (994 171) 5 17 25
Qaynar xətt:(088) 303 03 03


1

Hüquqşünas

Ehtiram Fəttayev

Azərbaycan Beynəlxalq Universiteti, Hüquq üzrə bakalavr dərəcəsi

etiram@transparency.az


2

Koordinator

Afiq Məlikov



Lənkəran Dövlət Universiteti, Təbiətdən istifadə və təbiəti mühafizə ixtisası üzrə Magistr dərəcəsi

afiq@transparency.az


Quba mərkəzi

Quba AZ 4000, Azərbaycan

Fətəlixan küç, 65

Tel/faks: (994 169) 5 14 91


Qaynar xətt: (088) 404 04 04


1

Hüquqşünas

Eldar Kərimov

Sankt-Peterburq Dövlət Universiteti, Hüquq ixtisası üzrə magistr dərəcəsi

eldar@transparency.az


2

Koordinator

Samir Əlibəyov

Azərbaycan Dövlət Universiteti, Coğrafiya ixtisası üzrə bakalavr dərəcəsi


samir@transparency.az



Şəki mərkəzi

Şəki AZ 5500, Azərbaycan

M. Rəsulzadə küç. 177, mən. 3

Tel/faks: (994 177) 4 26 55


Qaynar xətt: (088) 505 05 05


14

Hüquqşünas

Kəmalə

Məmmədova



Dağıstan Dövlət Universiteti, Hüquq ixtisadı üzrə magistr dərəcəsi

kamala@transparency.az

15

Koordinator

Elşən Məmmədov

İqtisadi Universiteti, İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi

elshan@transparency.az



Maliyyə haqqında məlumat


4-cü Diaqramda maliyyə mənbələri göstərilib
4-cü Cədvəl
2008-ci ildə Səffaflıq Azərbaycan Təşkilatının Donorları



5-ci daiqramda kateqoriyalar üzrə xərclər öz əksini tapıb
Diaqram 5

Kateqoriyalar üzrə bizim məxaricimiz

2008-ci il üçün yekun maliyyə hesabatı aşağıdakı kimidir: Rəqəmlər Evro ilə göstərilib.


Gəlirlər 228,633

Hesabat dövrünün başlanğıcında olan vəsait 15,735

Xərclər 228,692

İlin yekununa qalan vəsait 15,676

İl üçün Aktiv saldo və ya kəsir - 59 Evro

Tərtib etdi: Rəna Səfərəliyeva, İcraçı Direktor və Ceyhun Atayev, Layihənin əvvəlki koordinatoru 

Azərbaycan dilində redaktə: Samir Əlibəyov, Layihə Kordinatoru,

İngilis dilində redaktə: Judith D. Ahrens, dosent.



Tərcümə və redaktə : Kənan Qasımov, İctimaiyyətlə Əlaqələr və Media məsələləri üzrə mütəxəssis






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə