ŞƏffafliq azərbaycan




Yüklə 155.22 Kb.
tarix29.02.2016
ölçüsü155.22 Kb.
ŞƏFFAFLIQ AZƏRBAYCAN” KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİNİN 2012-Cİ İLƏ DAİR İLLİK HESABATI

Sədrdən ön söz

“Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyəti və üzvləri adından işimizə göstərdiyiniz marağa görə sizə minnətdarlığımızı bildirmək istərdim. 2012-ci il həm Azərbaycan üçün, həm də təşkilatımız üçün vacib bir il oldu.

Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan tədbirlərin ardıcıllığını təmin etmək və yaxşı idarəetməni təbliğ etmək, dövlət orqanlarının işində şəffaflığı artırmaq və açıq hökumət prinsiplərini təbliğ etmək üçün səy göstərir. Azərbaycan Prezidentinin 5 Sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Açıq Hökumətin Təşviqi və Korrupsiyaya Qarşı Mübarizə üzrə 2012-2015-ci illəri əhatə edən Milli Fəaliyyət planları qəbul edilmişdir. Hər iki planda aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur: dövlət orqanlarının öz fəaliyyəti haqqında ictimayyəti məlumatlandırması, qərar qəbul etmə prosesində ictimaiyyətin rolunun artırılması, online xidmətlərin genişləndirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması. Bu islahatların həyata keçirilməsi sayəsində dövlət-vətəndaş münasibətlərinin yeni keyfiyyət səviyyəsinə qalxmasına və hökumətə ictimai etibarın artmasına bizim böyük inamımız var.

2012-ci ilin sonunda Transparency İnternational təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin mailliyə dəstəyi ilə APT (Azərbaycan Şəffaflıq Tərəfdaşlığı) adlanan yeni layihənin həyata keçirilməsinə başlayıb. APT Layihəsi USAID-nin maliyyələşdirdiyi ALAC (İctimai Maraqların Qorunması və Hüquq Məsləhət Mərkəzi) adlanan dörd illik layihənin yeni elementlərlə gücləndirilmiş davamıdır. Bu il biz ALAC-ı Bakıda, Gəncədə, Qubada və həmçinin ATƏT-in Bakıdakı Ofisi tərəfindən maliyyələşdirilən LRC (Hüquq Məsləhəti Mərkəzi) layihəsini də Gəncədə, Lənkəranda və Şəkidə həyata keçirməyə davam edirik. Bizim regional mərkəzlərimiz həmçinin əyalətlərdə fəaliyyət göstərən QHT-lər və gənc fəallar üçün təlim mərkəzi kimi fəaliyyət göstərir.

Bizi xüsusilə sevindirən hal daha çox dövlət orqanlarının İctimai Monitorinq Şuraları formasında təsis etdiyi vətəndaş cəmiyyətinin nəzarət mexanizimləridir. Bura Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi və başqaları da daxildir.

Fuad Süleymanov,

İdarə heyətinin sədri

Transparency International” təşkilatı haqqında

Transparency International bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə vəsaitinin artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency International aşağıdakı prinsipi özünə rəhbər tutur: “Korrupsiya dövlətin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər.”

«Şəffaflıq Azərbaycan» haqqında

“Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında Transparency International təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ilin avqust ayında və 2010-ci ilin fevral ayında isə yenidən akkreditasiyadan keçmişdir. Biz, əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.



Korrupsiya Qavrama İndeksi 2012

2012-ci ilin Dekabrın 5-də Transparency International özünün ən məşhur məhsulunu 2012-cu il üçün Korrupsiya Qavrama İndeksini nəşr etdi. Bu sənəd ictimaiyyətdə və hökumət strukturlarında korrupsiyanın qavranılmasını qəbul edən iş adamlarının və ölkə ekspertlərinin, ölkə vətəndaşlarının və əcnəbilərin yaşadıqları dövlətləri müəyyən dərəcələr üzrə qiymətləndirir. Bu il indeksdə Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada yer alıb. Bu ildən etibarən İndeks yeni qaydada hazırlanır. Əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, bu ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 2.4 balla, 183 ölkə arasında 143-cü sırada göstərilmişdir. Metodologiyada dəyişikliklər edildiyindən bu il açıqlanan İndeksi, ötən illərin hesabatı ilə müqayisə etmək mümkün deyil. 2012-ci ilin rəqəmlərini əvvəlki qaydalara uyğun yenidən hesabladıqda Azərbaycanın mövqeyninin cuzi şəkildə yüksəldiyini deyə bilərik.


Ölkənin vətəndaş cəmiyyəti institutları arasında “ŞəffaflıqAzərbaycanın” xüsusi yeri

Azərbaycan bölməsi insanlara kiçik vəzifəli şəxslərin korrupsiya hərəkətlərinə qarşı müqavimət yaradılmasında köməklik göstərməyə başlayan birinci vətəndaş cəmiyyəti təşkilatıdır və bunu İctimai Maraqların Qorunması və Hüquq Məsləhət Mərkəzi (ALAC) və Hüquq Məsləhət Mərkəzi (LRC) layihələri çərçivəsində hüquqi məsləhət vermək yolu ilə həyata keçirir. Bölmə, Vətəndaş cəmiyyətinin əhali və rüşvətxor məmurlar arasında yalnız səmərəli bir sədd kimi fəaliyyət göstərməsini deyil, həm də dövlət-QHT əməkdaşlığının korrupsiyaya qarşı mübarizədə effektivliyin artırmasını təmin etdiyini aydın nümayiş etdirib. TI Azərbaycan ən azından bəzi insanların korrupsiyaya qarşı olan münasibətini dəyişib və vəzifəli şəxslərin zorakılığına qarşı heç bir əks nəticəsi olmadan uğurla etiraz oluna biləcəyini və olunmasını nümayiş etdirib.



Cədvəl 1.Azərbaycanın Korrupsiya Qavrama İndeksində 2012-ci il üçün yeri və qiymətləndirilməsi

İl

Ölkələrarasındatutduğuyer

İndeksdəyeralanölkələrinsayı

Topladığıbal

0-dan (çoxzəif) 10-a dək (çoxyaxşı)

2000

87

90

1.5

2001

84

91

2.0

2002

95

102

2.0

2003

124

133

1.8

2004

140

146

1.9

2005

137

159

2.2

2006

130

163

2.4

2007

148

179

2.1

2008

159

180

1.9

2009

143

180

2.3

2010

134

178

2.4

2011

143

183

2.4

2012

139

176

271

2012 –ci ildə keçirilən layihələr

  1. Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi (APT) (Bakı, Gəncə, Quba; layihə tərəfdaşları İqtisadi Tətqiqatlar Mərkəzi, Konstitutsiya Araşdırmalar Mərkəzi, İnternyus, AGAT) donor ABŞ Beynəlxalq İnkişaf Agentliyi (14 Sentyabr 2012 – 15 Sentyabr 2016);

  2. ALAC Layihəsi (Bakı, Gəncə, Quba), donor: ABŞ Beynəlxalq İnkişaf Agentliyi, (İyul 2008- İyun 2012)

  3. LRC Lənkəran, donor: ATƏT, (Yanvar - Sentyabr 2012) LRC Şəki, donor: ATƏT, (Yanvar – Sentyabr 2012) LRC Gəncə, donor: ATƏT, (Yanvar- Dekabr 2012)

  4. “ALAC layihəsi yolu ilə Avropada vətəndaşların korrupsiyaya qarşı mübarizədə iştirakının stimullaşdırılması” donor Avropa Komissiyası (Senytabr 2009- Avqust 2012)

  5. Cənubi Qafqaz İnformasiya Azadlığının vəziyyəti (TI Gürcüstan ofisi ilə əməkdaşlıq şəklində) donor Çexiya Respublikası Maliyyə Nazirliyi (Mart-İyun 2012);

  6. İctimai Maraqların Qorunmasına Dəstək, donor Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Avqust 2011- Fevral 2012)

  1. AzərbaycanŞəffaflıqTərəfdaşlığı (APT) Layihəsi

Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi 2012-ci ilin sonunda başlayıb, dörd ildir davam edən ALAC yayihəsinin növbəti mərhələsi olaraq, bu layihə vətəndaş cəmiyyəti təşkilatlarının korrupsiyaya qarşı aparılan mübarizədə oynadığı mühüm rolun gücləndirilməsini təklif edir, həmçinin şəffaflığın, hesabatlılığın və bütövlüyün təminatı naminə insanların tələblərinə qarşı hökumətin məsuliyyətinin artırılmasını təşviq edir. Layihənin məqsədləri: qoyulan məqsədə çatmaqda irəliləyişə nail olmaq üçün əsas maraqlı tərəflərə yardım göstərmək. Müxtəlif layihə komponentləri üzrə Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində biz başqa dörd QHT ilə əməkdaşlıq edirik. (a) anti-korrupsiya siyasətinin inkişafı və strategiyasının həyata keçirilməsi; (b) monitorinq və qiymətləndirmə (məlumatların toplanması və təhlili daxil olmaqla); (c) ictimai maarifləndirmə və təbliğat; (d) media, o cümlədən sosial media; (e) Hökumət ilə birgə aparılan işdə keçmiş nəaliyyətlərin nəzərə alınması, həmçinin Bakıda, Gəncədə və Qubada yerləşən üç ALAC mərkəzlərinin fəaliyyətinin davamı.

Bizim əməkdaşlıq etdiyimiz təşkilatlar aşağıdakılardır:



  • 23 ixtisaslaşmış QHT-ni birləşdirən, Anti-korrupsiya Şəbəkəsini təmsil edən Konstitusiya Araşdırmaları Fondu.

  • Milli Büdcə Qrupunu təmsil edən 9 qeyri-hökumət təşkilatı tərəfindən koalisiya kimi yaradılmış, büdcə prosesinin monitorinqi və təhlilində ixtisaslaşan, ölkənin ən yaxşı mütəxəssislərini özündə birləşdirən, İqtisadi Araşdırmalar Mərkəzi

  • Internews, məqsədi peşəkar və inamlı medianın formalaşdırılması istiqamətində yerli medianı dəstəkləməkdir. Ona məxsus olan online xəbər saytı www.mediaforum.az ölkənin beş ən məşhur və nüfuzlu saytlarından biridir və korrupsiya məsələləri üzrə maarifləndirmə və informasiyanın yayılması vasitəsi kimi istifadə olunacaq.

  • AGAT gənclərin QHT-si, gənclərin qərb demokratik dəyərlərinə yaxınlaşmasını və Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində korrupsiyaya qarşı mübarizəyə gənclərin cəlb edilməsini təmin edir.




  1. Korrupsiyaya Qarşı mübarizə üzrə təşviqat və Hüquqi Məsləhət Mərkəzləri Layihəsi

ALAC layihəsinin məqsədi “vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə mübarizədə fəal iştiraka cəlb etməkdir”. Layihənin əsas hədəf qrupu informasiya və məhkəmə orqanlarına birbaşa çıxışa malik olmayan sıravi fiziki şəxslərdir. Layihə əsasında keçirilən əsas tədbirlər bunlardır:



Hüquqi Yardım:

Hüquqi yardım vətəndaşlara artıq qarşılaşılmış vəya qarşılaşma riksi olan korrupsiya faktı ilə üz-üzə qalarkən qanuni prosedurlardan effektiv formada yararlanmaq üçün verilən tövsiyyələrdir. Yardımla təmin edilən vətəndaşlar mərkəzlərdə çalışan peşəkar hüquqşünasların köməyi ilə öz şikayətlərini aydınlaşdırır, şikayətlərini yazılı formada tərtib edirlər və öz işlərinin həlli istiqamətində çalışırlar.



1-ci Diaqram. 2012-ci ilərzindəxidmətnövlərinəgörə ALAC müştərilərininsayı (ümumi say 1,213)



Anti-korrupsiya təhlili: Hər üç mərkəzdə müraciətçilərlə bağlı məlumat toplanılır. Onların adı, demoqrafik vəziyyəti, coğrafi yerləşməsi, əhalinin zəif qrupuna aid olub olmadığı, yenidən müraciət edib etməməsi ilə məlumatlar yığılır. Dərin anti-korrupsiya islahatlarının aparılmasına ən çox ehtiyac duyulan sahələrinin müəyyən edilməsi məqsədiylə statistik məlumatlar hər üç mərkəz tərərfindən toplanılır və müzakirə olunur.

2-ci Diaqram. 2012-ci ilərizində ALAC-a daxilolanşikayətlərinsahələri (1,189 şikayətlərinümumisayı)



Təbliğat: 2012-ci ildə TI Azərbaycan öz hüquqi mütəxəssisləri tərəfindən müəyyən edilmiş, ümumilikdə ictimaiyyət üçün ən münasib və birbaşa maraq doğuran məsələlər ətrafında anti-korrupsiya dəyirmi masalarını təşkil etməyə davam edir (daşınmaz əmlakın qeydiyyatı; notariat xidmətləri və hüquqi bazanın genişləndirilməsi). Hər dəyirmi masa nəticəsində tövsiyələr toplusu hazırlanır və daha sonra hökumətə təqdim olunur. Məhkəmə sahəsi ilə bağlı keçirilən dəyirmi masanın və hazırlanan tövsiyyələrin yekunu olaraq məhkəmə sənədlərinə çıxış imkanı verən qanun layihəsi hazırlanıb və eyni zamanda məhkəmə protokollarının internetdə yerləşdirilməsi üçün hazırlıq işləri görülüb (pilot layihəsi Oğuz məhkəməsində hələ də davam edir). Həmçinin, hakimlər arasında işlərin bölgüsünün aparılması daxil olmaqla, məhkəmənin daxili istifadəsi üçün vahid məlumat sistemi yaradılmışdır. Kommunal xidmətlərin göstərilməsi məlumatlandırma vərəqələrinin tətbiqi və kommunal xidmətlərin onlayn ödənilməsi üçün yaradılan şərait sayəsində xeyli inkişaf etmişdir və bunlar əvvəllər yerli müfəttişlər tərəfindən haqqların yığılması müqayisədə bir çox korrupsiya hallarınn baş vermə imkanının qarşısını alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları və Sahibkarlar Konfederasiyası daxil olmaqla, əmək münasibətlərinin tənzimlənməsi və əmək hüquqlarının qorunması üçün Üçlü Şura yaradılıb. Notariat Qaydalarına edilən son dəyişikliklərə əsasən dövlət notariusları Daşınmaz Əmlakın Dövlət Reyesterinə sənədləri birbaşa göndərməklə əmlak vəziyyətinin dəyişdirilməsində və müvafiq sənədlərin verilməsində iştirak etmə hüququ əldə edirlər. Onlar həmçinin daşınmaz əmlakın təkrar qeydiyyatı üçün vətəndaşlardan elektron qaydada ərizə və müvafiq sənədləri qəbul etməyə başlayıblar.



Yuxarıdakı Şəkil: Dövlət Notariusı ilə birgə keçirilən dəyirmi masa

Yuxarıdakı Şəkil: Milli Məclis ilə birgə keçirilən dəyirmi masa

İctimai Maarifləndimə və Məlumatlandırma: Bu tədbirlər ALAC mərkəzinə daxil olan korrupsiya ilə əlaqəli müraciətlərin statistikasının analizi, ölkədə baş verən proeseslər nəzərə alınmaqla, ayrıca hədəf qrupları üçün xüsusən kənd yerlərində təşkil olunur. Həmçinin mərkəzlər vətəndaşların fəallığını artırmaq və onların rüşvətxorluq və korrupsiyaya qarşı aparılan mübarizədə təşəbbüslərini yüksəltmək məqsədi ictimayyətin məlumatlandırma və sosial kampaniyalar həyata keçirirlər.






Yuxarıdakı şəkil: Azərbaycan Media Mərkəzində keçirilən vətəndaşların təhsilinə həsr olunmuş tədbir

Yuxarıdakı Şəkil: Gəncə ALAC mərkəzinin könüllüləri tərəfindən küçələrdə materielların yayılması

ALAC-ın uğur hekayəsi

Vətəndaş Sumqayıt Elekik Şəbəkəsindən şikayət etmişdir və qeyd etmişdir ki, xidməti müqavilənin olmasına baxmayaraq ona elektrik xəttinin təmirinə dair göstərilən xidmət qarşılığında kompensasiya ödənilmir. Son altı ay ərzində eyni məsələ ilə bağlı ALAC-a beş müraciət daxil olub. Bütün şikayətlər ümumiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Əmək Müfəttişliyi İdarəsinə baxılması üçün göndərilmişdir. Borcun tanınması və ödənilməsi haqqında hər məsələyə dair standart cavab Nazirlikdən alınmışdır. Geçikmə səbəbi kimi Sumqayıt Elektrik Şəbəkəsinin institusional restrukturizasiyası göstərilmişdir. ALAC müştərilərə məhkəməyə baş vurmağı məsləhət gördü. Məhkəmə qərarları üç müştərinin xeyrinə qəbul olunmuşdur. ALAC-ın hüquqşünası etibarnamə üzrə müştərilərin maraqlarını ən azından üç məhkəmə iclaslarında təmsil edib. Bütün məhkəmə prosesləri udulmuşdur və ilk dörd müştəriyə nəzərdə tutulan məbləğin yarıdan çoxu artıq ödənilib.



  1. Gəncə, Şəki və Lənkəranda Qanunun Aliliyi Hüquq Resurs Mərkəzləri layihəsi

LRC Layihəsi məhkəmə sektorunun gücləndirilməsinə və regionlarda kifayət qədər hüquqi resursların olmamasına xüsusi diqqət yetirir. LRC hüquqşünasları əhaliyə bütün hüquqi məsələlərdə - hüquqi məsləhət verməkdən və şikayətlərini müxtəlif dövlət orqanlarına yönləndirməkdə yardım etməkdən tutmuş, vətəndaşları məhkəmələrdə və məhkəmə monitorinqlərində təmsil etməyə qədər geniş yardım göstərir,.



Yuxarıdakı şəkil: ATƏT-in Bakı ofisinin sədri, Səfir Koray Targayın LRC Şəki və Lənkəran mərkəzlərinə səfəri

3-cü Diaqram. Xidmət növlərinə görə 2012-ci ildə LRC tərəfindən xidmət göstərilmiş müraciətçilərin sayı (müraciətçilərin ümumi sayı 1,777)



4-cü Diaqram. 2012-ci ildə LRC-yə daxil olan şikayətlərin sahələri (şikyətlərin ümumi sayı 1,559)



LRC-nin uğur hekayəsi

LRC Gəncə mərkəzinə müraciət edən vətəndaş evində yanğının baş verməsinə baxmayaraq rəsmilərin ona dəyən maddi ziyanın ödəməsindən imtina etmələri haqqında şikayət etmişdir. Mərkəzin hüquqşünası iş ilə bağlı bütün sənədləri toplayaraq Gəncə rayonunun Kəpəz rayon məhkəməsinə müraciət edib. Məsul şirkətlər, “Azəriqaz” Sənaye Birliyi, SOCAR (Dövlət Neft Şirkəti) və bir fiziki şəxs prosesə cəlb edilmişdir. 6 dinləmədən sonra məhkəmə başa çatmışdır və iş vətəndaşın xeyrinə həll olunmuşdur. Məhkəmə tərəfindən qəbul olunmuş qətnaməyə əsasən iddiaçıya dəymiş zərərə görə ödəmələr müttəhimlər tərəfindən qəbul edilməlidir. İş ilə bağlı dinləmələr uzun müddətdir davam etsə də, bu iş 2012-ci ilin Oktyabr ayının sonunda uğurla həll olunmuşdur.



  1. İctimai Maraqların Qorunması və Hüquq Məsləhət Mərkəzləri vasitəsilə Avropada İştirak və Vətəndaşlığın təbliğatı

TI Azərbaycan bir sıra qiymtləndirilmə strukturuna aid hesabatlara və ALAC-ın Çexiyadakı, Rumıniyadakı, Bosniya ve Herseqovinadakı və Azərbaycandakı əməliyyat mexanizimlərinin effektivliyinə öz tövhəsini verib və onun təkmilləşdirilməsinə dair də tövsiyələr verib. Son üç hesabat 2012-ci ildə buraxılıb və hal-hazırda www.uni-konstanz.de/crimeandculture-da yerləşir.

  1. Cənubi Qafqazda İnformasiya Azadlığı

2012-ci ildə başa çatan layihənin ikinci mərhələsi ərzində, TI Azərbycan 40-a yaxın müxtəlif ictimai qurumların və monopolistlərin tələbi əsasında praktikada informasiya ilə bölüşmək hazırlığını yoxlamadan keçirmişdir. Məlumat azadlığını hüquqi baza kimi təsvir edən, faktiki təcrübə və ictimai qavrayışı Cənubi Qafqazın hər üç ölkəsində nümayiş etdirən sonuncu hesabat TI Gürcüstan tərəfindən hazırlanmış və 2012-ci ildə həyata keçirilmişdir. Hesabat ingilis və azərbaycan dillərində www.transparency.az-da mövcuddur.

  1. İctimai Maraqların Qorunmasına dəstək

Keçən ildən bəri davam edən layihənin məqsədi vətəndaşlara onlar tərəfindən korrupsiyaya qarşı aparılan mübarizədə köməklik göstərmək , insanları öz hüquqlarını müdafiə etməyə sövq etməklə onları müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının qaynar xətti ilə əlaqələndirərək, regionlarda, xüsusilədə kənd yerlərində, sessiyalar təşkil edərək onların problemlərinin həllini təmin etməkdir.


  1. Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada Açıq Hökumətə doğru

TI Azərbaycanın ekspertləri həm də hökumətin şəffaflığını və hesabatlılığını Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü vasitəsilə təmin etmək üçün VCT-nin Şərq Tərəfdaşlığı ölkələrində (yəni Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova və Ukrayna) və Rusiyada gücləndirilməsinə yönəlmiş, TI Ukrayna rəhbərliyi ilə keçirilən layihədədə iştirak etmişdirlər. Layihə iştirakçıları hər bir dövlətin öz vətəndaşlarının AHT Təşəbbüsünün həm milli həm də yerli səviyyələrdə həyata keçirilməsində iştirakına dair mövqeyini müəyyən edən, www.ti-ukraine-da mövcud olan ekspert təhlillərini aparıb.


Bizim könüllülərimiz
2000-ci ildə yaradıldığından bəri 2012-ci ilin sonunadək TI Azərbaycan tərəfindən təlimatlandırılan könüllülərin sayı 423-ə çatıb. onlardan 64-ü 2012-ci ildə Tİ ailəsinə qoşulub.

Bizim resurs mərkəzlərimiz

Bizim ALAC və LRC tam təchiz olunmuş resurs mərkəzləri kimi xidmət göstərir, internetə pulsuz qoşulma imkanı, hüquqi və digər əlaqəli materialların əldə olunmasına şərait yaradır. Mərkəzlər könüllülər üçün fasiləsiz təlimat təmin edir, bura kompyuter əsaslarının təliminin təşkili və Sülh Korpusu könüllüləri və İngilis dilində danışıq heyəti rəhbərliyi altında təşkil olunan İngilis dilində Danışıq Klubları və İngilis dilində kino gecələri də daxildir.





Yuxarıdakı şəkil: İngilis dilində danışıq klubunun sessiyaları zamanı.

Mediada işıqlandırma

2012-ci ildə TI Azərbaycanın fəaliyyəti çap və elektron media da daxil olmaqla 195 dəfə işıqlandırılmışdır.



Digər fəaliyyətlər

2012-ci ildə TI Azərbaycan Asiya/Sakit okean regionunun TI bölmələri üçün ALAC seminarları təşkil etmişdir. Seminar Pakistan, Şri-Lanka, Hindistan, Nepal, Maldiv Adaları və TI Katibliyinin həmkarlarını ALAC-ı necə qurub və həyata keçirməyi öyrənmək üçün birlikdə toplamışdır. Qardaş bölmələrdən olan həmkarlar fəaliyyət göstərən ALAC mərkəzlərinin təcrübəsini və problemlərini müzakirə etmək üçün ALAC Quba mərkəzini ziyarət etmişdilər. Qeyd etmək lazımdır ki, digər bölmələrlə birlikdə əvvələr Azərbaycanda təlim keçmiş TI Türkiyə, Fələstin, Qvatemala öz regionları üçün əlaqələndirici ALAC mərkəzlərinə çevrilmişlər.





Yuxarıdakı şəkillər: Asiya/Sakit okean regionlarından olan TI bölmələrinin ALAC seminarı

2012-ci ildə TI Azərbaycanın İcraçı Direktoru Azərbaycanın Vətəndaş Cəmiyyətinin bir qrup liderləri ilə birlikdə ABŞ dövlət katibi xanım Klinton ilə görüşüb. Müzakirələr əsasən ABŞ və Braziliya ilə birlikdə ortaya qoyulan “Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü” ətrafında aparılmışdır.





Yuxarıdakı şəkil:ABŞ səfirliyində keçirilən görüş zamanı.

2012-ci ilin Noyabr ayında APT Layihəsinin Qrant məsələləri üzrə meneceri Kənan Qasımov Braziliyanın, Brazililiya şəhərində, keçirilən 15-ci Beynəlxalq Anti-Korrupsiya Konfransında iştirak etmişdir.



2012-ci ildəki həmkarlarımız

  • Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası

  • Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi

  • Ədliyyə Nazirliyi

  • Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi

  • "Konstitusiya" Araşdırmaları Fondu

  • Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

  • İnsan Hüquqları Cəmiyyəti

  • Korrupsiyaya qarşı Mübarizə Fondu

  • Anti-Korrupsiya QHT-lərinin Məlumat vəƏməkdaşlıq Şəbəkəsi

Dövlət orqanları ilə əməkdaşlıq

  • TI Azərbaycan 12 dövlət orqanının iştirakı ilə bir sıra dəyirmi masalar təşkil etdikdən sonra, vətəndaş cəmiyyəti və hökumət arasındakı mövcud olan əməkdaşlıq daha da güclənib. Bu əməkdaşlığın bir hissəsi kimi vətəndaş cəmiyyətinin üzvləri dövlət orqanları tərəfindən təşkil edilən şuralarda iştirak etməyə, müvafiq sahədəki mövcud çatışmazlıqları müzakirə və müəyyən etməyə dəvət olunmuşlar. TI Azərbaycan beş belə şurada iştirak etmək üçün dəvət almışdır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Qulluğu Məsəlləri üzrə Komissiya, ASAN Xidməti və Maarif Nazirliyi).

Dövlət orqanlarına qəbulun monitorinqi

2012-ci ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası daxil olmaqla, müxtəlif orqanlara işə qəbul prosesində müstəqil müşahidəçilər qismində iştirak etmək üçün dəvət olunmuşdur.

TI Azərbaycanın 2012-ci ilə olan nəşrləri


  • Cənubi Qafqaz ölkələrində İnformasiya Azadlığına həsr olunmuş stolüstü kitab, www.transparency.az

  • “Qanun nə deyir 2012”,vətəndaşlar üçün ən çox maraq doğuran məsələlər barədə sadələşdirilmiş formatda Azərbaycan dövlətinin hüquqi bazası

Cədvəl 2: İdarə heyətinin üzvləri
Ad
Vəzifəsi
TI –da rolu
1
Fuad Süleymanov
Hüquq elmləri namizədi, ACİ-YF Vətəndaş Cəmiyyəti Proqramı üzrə Menecer
Təsisçi
İdarə heyətinin sədri
2
Sabit Bağırov
Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım Fondunun prezidenti, texniki elmlər namizədi
Təsisçi

İdarə heyətinin keçmiş sədr
3
Dürdanə Məmmədova
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ məsələləri üzrə şöbə müdiri, Hüquq Elmləri doktoru

Təsisçi

İdarə heyətinin üzvü


4
Əliməmməd Nuriyev
Konstitutsiya Araşdırmaları Fondunun Prezidenti, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumatandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru
İdarə heyətinin üzvü
5
Rəna Səfərəliyeva
Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər Universitetinin İngilis dilinin stilistikası kafedrasının dosenti
Təsisçi
İcraçı direktor

İdarə heyətinin məhdud səlahiyyətli üzvü

Cədvəl 3: Bizim əməkdaşlarımız və əlaqələr:

İnternet səhifəmiz: www.transparency.az

Facebook səhifəmiz: http://www.facebook.com/Transparencyazerbaijan?ref=tn_tnmn

E-mail: info@transparency.az

Bakı mərkəzi

Bakı, Azərbaycan, AZ 1009 Cəfər Cabbarlı küç, 16, 1-ci mərtəbə, mənzil 7


Tel: (994 12) 497 81 70; 497 68 15 Tel/Fax: (994 12) 596 20 38 Toll free: (088) 707 07 07




Vəzifəsi

Adı Soyadı

Təhsili

E-mail

1

İcraçı direktor

Rəna Səfərəliyeva

Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər Universitetinin İngilis dilinin stilistikası kafedrasının dosenti

rena@transparency.az

2

Layihə koordinatoru

Arzu Cəfərli

Kolumbiya Universiteti, Sosial faəliyyət məktəbi, Nyu York, ABŞ

arzu@transparency.az

3

Baş hüquqşünas

Azər Talıbov

Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin baş müəllimi

azer@transparency.az

4

Hüquqşünas köməkçisi

Aysel Hüseynova

Hüquq üzrə magistratura təhsili, Azərbaycan Respublikası Prezidenti yanında dövlət idarəçilik akademiyası.

aysel@transparency.az

5

Maliyyə və Adminstrativ məsələlər üzrə menecer

Zəminə Əliyeva

Bakı Kompyuter Kolleci, İdarəçilik və İT üzrə diplom

zamina@transparency.az

6

Mühasib

Natavan Hacıyeva

Daşkənd İctimai İqtisad İnstitutu, maliyyə işi üzrə magistr dərəcəsi

natavan@transparency.az

7

Qrant məsələləri üzrə menecer

Kənan Qasımov

Beynəlxalq münasibətlər üzrə magistr təhsili, Azərbaycan Dillər Universiteti

kanan_q@transparency.az

8

İnformasiya və komunikasiya şəbəkələri üzrə koordinator

Nikita Qurbatov

Energetika üzrə bakalavr təhslisi, Azərbaycan Neft Akademiyası

nikita@transparency.az

Gəncə Mərkəzi

Ganja - AZ 2000, Azerbaijan Cavadxan küç., 35/1

Tel/fax: (994 22) 256 40 42 Toll free: (088) 202 02 02

8

Hüquqşünas/ Mərkəz direktoru

Sevinc Sersan

Azərbaycan Beynəlxalq Universiteti hüquq sahəsi üzrə bakalavr təhsili

sevinj@transparency.az

9

Layihə köməkçisi

Lalə Abdullayevə

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi üzrə bakalavr dərəcəsi

lala@transparency.az

10

Hüquqşünas

Babək Həmidov

Azərbaycan Universiteti, Hüquq sahəsi üzrə bakalavr təhsili

babek@transparency.az

11

Hüquqşünas

Kənan Həsənov

Xəzər Universiteti, hüquq sahəsi üzrə bakalavr təhsili

kanan@transparency.az

Lənkaran Mərkəzi

Lənkəran AZ 4200, Azərbaycan Qala Xiyabani küç. 12

Tel: (994 171) 55 17 25 Fax: (994 171) 55 09 04 Toll free: (088) 303 03 03


12

Hüquqşünas

Ehtiram Fəttayev

Azərbaycan Beynəlxalq Universiteti, Hüquq üzrə bakalavr dərəcəsi

afiq@transparency.az

13

Koordinator

Afiq Məlikov



Lənkəran Dövlət Universiteti, Təbiətdən istifadə və təbiəti mühafizə ixtisası üzrə Magistr dərəcəsi

ehtiram@transparency.az

14

Hüquqşünas

Könül Rəcəbova

Ali İctimai-Siyasi Kollec, Hüquq Təhsili sahəsində bakalavr dərəcəsi,

konul@transparency.az

Quba mərkəzi

Guba AZ 4000, Azərbaycan, Fətəlixan küç, 65

Tel/fax: (994 169) 35 14 91 Toll free: (088)  404 04 04


15

Hüquqşünas/Mərkəz direktoru

Eldar Kərimov

Sankt-Peterburq Dövlət Universiteti, Hüquq ixtisası üzrə magistr dərəcəsi

eldar@transparency.az

16

Layihə köməkçisi

İmran Əsgərov

Bakı İcra Hakimiyyəti yanında işgüzarlıq təlimləri mərkəzi sertifikatı

imran@transparency.az

Şəki mərkəzi

Şəki AZ 5500, Azərbaycan M. Rəsulzadə küç. 177, mən. 3

Tel/fax: (994 177) 44 26 55 Toll free: (088) 505 05 05


17

Koordinator/ Mərkəz direktoru

Tural Salamaov

Beynəlxalq Universitet Mingəçevir Filialı Filologiya ixtisası üzrə bakalavr təhsili

tural@transparency.az

18

Hüquqşünas

Kəmalə Məmmədova

Dağıstan Dövlət Universiteti, Hüquq ixtisadı üzrə magistr dərəcəsi

kamala@transparency.az

19

Hüquqşünas

Zöhrab Hüseynov

Hüquq təhsili, Penza Dövlət Universiteti

zohrab@transparency.az

Maliyyə məlumatı:

2012-ci ildə icra olunan layihələr və donorlar

  1. Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi (APT) (Bakı, Gəncə, Quba; layihə tərəfdaşları İqtisadi Tətqiqatlar Mərkəzi, Konstitutsiya Araşdırmalar Mərkəzi, İnternyus, AGAT) donor ABŞ Beynəlxalq İnkişaf Agentliyi (14 Sentyabr 2012 – 15 Sentyabr 2016);

  2. ALAC Layihəsi (Bakı, Gəncə, Quba), donor: ABŞ Beynəlxalq İnkişaf Agentliyi, (İyul 2008- İyun 2012)

  3. LRC Lənkəran, donor: ATƏT, (Yanvar - Sentyabr 2012) LRC Şəki, donor: ATƏT, (Yanvar – Sentyabr 2012) LRC Gəncə, donor: ATƏT, (Yanvar- Dekabr 2012)

  4. Asiya/Sakit okean regionunun TI bölmələri üçün ALAC seminarları təşkil (Avropa İttifaqı, Transparency İnternational təşkilatının katibliyinin xətti ilə)

  5. “ALAC layihəsi yolu ilə Avropada vətəndaşların korrupsiyaya qarşı mübarizədə iştirakının stimullaşdırılması” donor Avropa Komissiyası (Senytabr 2009- Avqust 2012)

  6. Cənubi Qafqaz İnformasiya Azadlığının vəziyyəti (TI Gürcüstan ofisi ilə əməkdaşlıq şəklində) donor Çexiya Respublikası Maliyyə Nazirliyi (Mart-İyun 2012);

  7. İctimai Maraqların Qorunmasına Dəstək, donor Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Avqust 2011- Fevral 2012)
Diaqram 5. Donorlar 2012-ci ildə



Diaqram 6. 2012-ci ildə xərclər (avro ilə)



Cədvəl 4. Şəffaflıq Azərbaycan təşkilatının maliyyə məlumatı avro ilə

Gəlir 319,906

Hesabat dövrünün başlanğıcında olan vəsait 10,848

Xərclər 299,438

İlin yekununa qalan vəsait 31,316

İl üçün Aktiv saldo və ya kəsir 20,468



Nəzarət mexanizmi

Maliyyə sənədləri və digər əlavə dəstəkləyici sənədlər daxili qaydalarına uyğun olaraq donorlar (ATƏT, USAID) tərəfindn yoxlanıb. Bəzi layohlər fərdi olaraq layihənin yekununda auditə cəlb edilib. Bu il ALAC layihəsinin dörd ilinin yekunu Gürcüstanın GACC şirkəti tərəfindən audit edilib. Şəffaflıq Azərbaycan təşkilatının maliyyə hesabatıda yer alan digər layihələr müstəqil audit şirkəti tərəfindən audit olunub. 2012-ci ildə bu şirkət HLB Azerbaijan LLC şirkətidir. Şirkət barədə daha ətraflı www.hlbi.com ünvanından məlumat əldə etmək mümkündür.



Tərtib edib:

APT QrantMeneceri, KənanQasımov



12012-ci ilin metodologiyavə məlumat formatı əvvəlki illərdən fərqləndiyi üçün, köhnə məlumatlar ilə müqayisə etmək mükün deyil.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə