SƏFƏRBƏRLİK ÜÇÜN İnvestiSİYA, yoxsa investiSİya üÇÜn səFƏRBƏRLİK? Məruzəçi: Gülbəniz Qənbərova




Yüklə 71.65 Kb.
tarix27.02.2016
ölçüsü71.65 Kb.
SƏFƏRBƏRLİK ÜÇÜN İNVESTİSİYA, YOXSA İNVESTİSİYA ÜÇÜN SƏFƏRBƏRLİK?

Məruzəçi:
Gülbəniz Qənbərova

İcma İnkişafı Meneceri

Azərbaycan Kənd İnvestisiya Layihəsi
Hörmətli qonaqlar,

Hörmətli konfrans iştirakçıları, İcma İnkişafı tərəfdaşları, icma inkişafı dostları.


Bu gün bizim üçün Azərbaycan Saatlıdan başlayır desək, düz olar çünki bu saatda, bu zalda Azərbaycanın hər bir güşəsini təmsil edən, hər elindən soraq verən nümayəndələr var. Mən hər şeydən əvvəl bu konfransa nümayəndə seçilmiş icma liderlərini, bələdiyyə və yerli hökumət nümayəndələrini təbrik edirəm, onlara konfransın sessiyalarına fəal müdaxilə etmək, 2 gün ərzində ölkənin müxtəlif regionlarından bu auditoriyaya təqdim olunan ən yaxşı təcrübələri və öyrənilmiş dərsləri yerlərdə öz fəaliyyətlərinə tətbiq etmək və bundan səmərəli şəkildə faydalanmağı arzulayıram.
Bu gün – konfransın birinci gününün birinci sessiyasında iştirakçılar da, təşkilatçılar da – hamımımz sual dolu, hamımız həyəcanlıyıq. İcma inkişafı nədir – bu sual sizli-bizli, doğru-dürüst çözülürmü? Bu gün icma inkişafı Azərbaycana lazımdırmı, və əgər lazımdırsa, bunun sahibi kimdir? Bir dövlət layihəsi olaraq AzKİL-in investisiyaları səfərbərlik üçündürmü? Yoxsa icmalarda səfərbərliklər investisiyaları almaq xatirinə aparılır? Bu gün ölkəmizdə icma inkişafının dövlət modeli necə yaranır?
Kənd İnvestiya Layihəsi qüvvəyə mindiyi gündən bu günə kimi bu suallarla yaşayır. Bütün bu suallar və hələ burada deyilməyən suallar 2 gün ərzində konfransın çoxsaylı və çoxtərkibli iştirakçıları tərəfindən hallanacaq, mübahisələrə səbəb olacaq, tapıntılara səbəb olacaq və mən ümidvaram ki, konfransın yekun sessiyasına qədər bu suallar öz cavablarını tapacaq.
Azərbaycan Kənd İnvestisiya Layihəsi- bir icma inkişafı layihəsidir. Bu layihə sizin layihənizdir. Bu layihənin maliyyələşdirdiyi icma layihələri sizin üçün və sizin tərəfinizdən həyata keçirilən layihələrdir. AzKİL – xalqın ehtiyaclarına dövlət qayğısıdır, kənd ərazilərinin inkişafına və dayanıqlı inkişafına yönəldilmiş bir layihədir. Əgər baxsaq ki, layihənin 3 komponenti var və onlardan birincisi Bacarıqların Artırılması komponentidir ki, burada icmaların səfərbər olunması, icma qruplarına təlimlərin verilməsi və İcma Şəbəkələşməsi nəzərdə tutulur, onda görərik ki, AzKİL-in dayanıqlı inkişafı şərtləndirən amili elə onun Bacarıqların Artırılması komponentinin olmasıdır. Bu komponent icmalar tərəfindən prioritetləşdirilmiş, icmalar tərəfindən təklif olunmuş və həyata keçirilmiş mikro layihələr üzərində icmaların sahibkarlıq hissinin formalaşması, inkişafın strateji planlaşdırılmasının aparılması, əməkdaşlıq, icmadankənar resurslara çıxış, dayanıqlıq və s. kimi dəyərli bacarıqların artırılmasına xidmət edir. Layihədə bu komponentin dəyəri 5 milyon 100 min ABŞ dollarıdır.
AzKİL dövlət tərəfindən həyata keçirilən ilk layihədir ki, bu komponent vasitəsilə Azərbaycan dövləti icmaların səfərbərliyi, təlimləndirilməsi və şəbəkələşməsinə investisiya qoyur. Layihənin ikinci komponenti İnfrastruktur adlanır və bu komponent 4 il ərzində 350-450 icma layihəsinə cəmi 14 milyon 570 min ABŞ dolları qrant verilməsini nəzərdə tutur. Burada ən vacib məqam ondan ibarətdir ki, layihənin İnfrastruktur komponentinin reallaşması üçün Bacarıqların Artırılması komponenti şərtdir. AzKİL – humanitar layihə deyil, bir inkişaf layihəsidir və onun çox detallı seçim kriteriyaları var. AzKİL qrantından səmərəli istifadə etmək üçün səfərbərliyə meylli, öz fəaliyyətində şəffaflıq, planlaşdırma və iştirak prinsiplərinə əməl edən icmalar seçilir. Əks halda icma ilə əməkdaşlıq AzKİL tərəfindən dayandırılır.
Hal-hazırda AzKİL 191 icma ilə əməkdaşlıq edir: 35 icma layihəsi başa çatmış, 49 icma layihəsi icra prosesindədir, 26 icma Layihə Təklifinin Qiymətləndirilməsi və Əməkdaşlıq Sazişi mərhələsində, 77 icma təlim və Layihə Təklifinin yazılması mərhələsində, 4 icma isə səfərbərlik mərhələsindədir. Səfərbərlik və Təlim prosesindən sonra aparılan qiymətləndirmə zamanı Muğan Salyan zonası üzrə 40, Düzən Şirvan zonası üzrə 48, Naxçıvan zonası üzrə 14 – layihə üzrə cəmi 102 icma uğursuz nəticə göstərdiyi üçün AzKİL tərəfindən imtina edilmiş və həmin icmalar təbii ki, AzKİL qrantından faydalana bilməmişdir.
AzKİL-in şüarı nədir, icmalarda özünəinam və inkişafa investisiya! Layihə icmaların səfərbəliyi üçün investisiya qoyur, lakin icmalar da AzKİL-in investisiyasını qazanmaq üçün səfərbərliyə və investisiyadan səmərəli istifadə etmək üçün zəruri olan bacarıqlara yiyələnməyə təşəbbüskar olmalıdır.
İCMA SƏVİYYƏLİ SOSİAL İŞTİRAK

Məruzəçi:
Mehman Kərimov

Proqram Meneceri

Uşaqların Xilası BQHT

İstənilən cəmiyyətə onun ən zəif və köməksiz vətəndaşlarına göstərdiyi münasibətə görə qiymət vermək olar.

ABŞ diplomatı Cimi Karterin vaxtı ilə söylədiyi bu sözlər sosial cəlbetməyə aid deyilmiş ən dəyərli fikirlərdəndir. Belə ki, istənilən cəmiyyətdə tarixindən, mədəniyyətindən, ölçüsündən və ya inkişaf səviyyəsindən asılı olmayaraq həmişə zəif və xüsusi qayğıya ehticaylı insanlar olmuş, var və olacaqdır. Elə isə onu qiymətləndirməyin ən asan və sadə üsülu həmin cəmiyyətin bu kateqoriyadan olan insan və sosial qruplara göstərdiyi münasibət və qayğının səviyyəsinə nəzər yetirməkdən ibarətdir.


Mövzuya keçməzdən əvvəl belə bir arayış vermək də yerinə düşərdi ki, sosial iştirak sosial cəlbetmənin ən vacib komponentlərindəndir. Bununla yanaşı biz ona həm də sosial cəlbetmənin ilk mərhələsi kimi yanaşa bilərik. Bu xüsusən icma səfərbərliyinin indiki mərhələsi üçün çox vacibdir. İcma səfərbərliyinin 1993-1998 illərə təsadüf edən ibtidai dövrünə nəzər salsaq asanlıqla görmək olar ki, həmin illərdə insanlar sosial statusundan, yaşından, cinsindən və s. asılı olmayaraq eyni ehtiyaca – sığınacaq, ərzaq, içməli su, istilik və s. malik idilər. 1998-2001 illəri əhatə edən dövrdə icma səfərbərliyi insanların daha çox infrastruktur – elektrik, qaz, təhsil, səhiyyə ehtiyaclarının ödənilməsinə yönəlmişdir. Artıq bu dövrdə sosial iştirakın ailk əlamətləri hiss olunurdu. Belə ki, icmaya dair bütün məsələlərin müzakirəsində və ya həllində qadınların da fəal iştirakına cəhdlər olunurdu. 2001-2004-cü illəri əhatə edən institusional və inteqrativ inkişaf dövründə isə bu ənənə inkişaf edərək daha geniş sosial təbəqənin iştirakına vüsət vermişdir. 2004-cü il bu baxımdan Azərbaycan icma inkişafı tarixində yeni mərhələ kimi xüsusi əhəmiyyət kəsb edir. Bu dövrdən etibarən icmalar yalnız iqtisadı və infrastruktur deyil həm də sosial ehtiyaclarının ödənilməsinə cəhd göstərirdilər. Məhz sosial məsələrin həllinə sosial iştirakın təminatından başlamaq daha vacib və effektlidir.
Sosial iştiraka bir mənalı tərif vermək mümkün deyil. Onun mahiyyətini anlamaq üçün aşağıdakı əsas tezislərə diqqət verilməlidir:

  • Sakinlərin rifah və bütövlükdə icmanın inkişafına dair məsələlərə bir nəfərin və ya qrupun nöqteyi nəzərindən yanaşmamalı

  • Hüquq və vəzifələr, onların təminatı və qorunmasının hər tərəfli təşkilinə nail olmalı

  • Fərd, ailə və müxtəlif sosial qrupların öz tam potensialına çatmaq və istifadə etmək istiqamətindəki məhdudiyyətlərini aradan qaldırmalı

Bu tezislər ümumilikdə cəmiyyət üzvlərinin hüquq və vəzifələrini özündə təcəssüm etdirir. Məhz buna görədir ki, sosial iştirak cəmiyyətin əsl mənada inkişafı ilə sıx əlaqədardır. Çünki əsl inkişaf etmiş cəmiyyətdə heç kəs, xüsusilə də köməksiz və ya əlavə qayğıya ehtiyaclı fərd, ailə və qruplar nəzərdən qaçırılmamalı, başqa sözlə ayrıseçkiliyə məruz qalmamalıdırlar. Ayrıseçkiliyin hər hansı forması şəxsi ləyaqəti alçaltmaq deməkdir1.
Sosial iştirakı şərtləndirən əsas amillərdən biri Azərbaycanda icma inkişafının yeni mərhələyə qədəm qoymasıdır. Bu mərhələdə icmalar sığınacaq, su, enerji və s. kimi ümdə problemlərinin həll ilə yanaşı, sosial məsələlərin həllinə də çalışırlar. Buna misal olaraq icmaların uşaq və gənclərin inkişafı, hüquq maarifçiliyi, səhiyyə və təhsilin təkmilləşdirilməsi, və s. sahələrdə həyata keçirilən milli və regional layihələrdə aktiv iştirakı, bəzilərinin isə özləri tərəfindən icra edilməsidir. Beləliklə, müasir dövrün icmaları;

  • təkcə infrastruktur baximdan deyil həm də sosial cəhətdən inkişaf edir

  • icma müzakirələrinə və layihələrinə təkcə böyüklər deyil, uşaq və gənclər, ayrı-ayrı qruplar-müəllimlər, şagirdlər, valideynlər, sağlamlıq imkanı məhdud şəxslər, fermerlər və s-nin qatılmasına çalışırlar

İcma əhəmiyyətlı yerli məsələlərin müzakirəsində və həllində sosial iştirakın təmin edilməsi işdə və ya təhsildə, evdə və ya ictimai həyatda insanların iştirak imkanları genişlənir. Bununla da bu kateqoriyadan olan fərd, ailə və qruplar icmanın bütövlükdə gücləndirilməsinə yardım etmiş olurlar. Lakin bu heç də prosesin müsət təsirinin hamısı deyil. Digər özəlliklərə digər aşağıdakıları misaı göstərmək olar:



  • İcmada yoxsulluğun azaldılmasına xidmət edir

  • Sosial xidmətlərin artırılmasına və onların keyfiyyətinin yüksəldilməsinə təkan verir

  • Uşaq və gənclərin yetkinləşməsinə xidmət edir

  • Fəal vətəndaşlıq formalaşdırır

Sosial iştirakın bütün müsbət cəhətlərini nəzərə alsaq, onu icma səviyyəsində təşkil etməyin aşağıdakı variantlarını təklif etmək olar:



  • İcmanın ən az müdafiə olunan, zəif və xüsusi qayğıya ehtiyaclı fərd, ailə və ya sosial qrupu təyin edilməlidir

  • İcmaya dair məsələlər müzakirə edilərkən bu fərd, ailə və ya qrupdan olan nümayəndənin (ən azı) ümumi yığıncaqda iştirakı təmin edilməlidir

  • Məsələyə dair bu fərd, ailə və qrupun fikri ayrıca təhqiq edilməlidir

  • Onlara öz potensialını artırmağa və ondan istifadəyə etməyə maneəsiz şərait yarıdılmalıdır. Bunu icmada maarifləndirmədən başlamaq lazımdır ki, bu kateqoriyadan olan insanlara qarşı stereotip (baxışlar) və münasibət dəyişsin.

Sosial iştirak incə və tale yüklü məsələ olduğundan, onun efektiv formada təşkili çox çətin və vaxt tələb edən prosesdir. Ona görə buna cöx həssas və sistemli, eyni zamanda planlı yanaşmaq lazımdır.
Sosial cəlbetmənin əsas konseptual prinsipləri aşağıdakılarından ibarətdir. Bu prinsiplər inkişaf etmiş dünya ölkələrinin təcrübəsindən götürülmüşdür. Bunlar, adətən həmin ölkələrin sosial cəlbetmə startegiyasi sənədinin, başqa sözlə siyasətinin əsas meyarlarıdır.

  • İnteqrasiya: fərd, ailə və bütövlükdə icmanın sosial iştirakına dair məsələlərə inteqrasiyalı (əlaqələndərilmiş və hərtərəfli) yanaşılmalıdır

  • Prevensiya: müvafiq sahədə gələcək problemlərin yaranmaması və ya dərinləşməməsi üçün preventiv (qabalayıcı) tədbirlər həyata keçirilməlidir. Bu isə əsasən uşaqlardan, gənclərdən və ailələrdən başlamalıdır

  • İnklusivlik: aidiyyatlı bütün dövlət siyasəti və müvafiq proqramları sosial iştiraklılıq üzərində qurulmalı və həyata keçirilməlidir

  • Səlahiyyətləndirmə: sosial iştiraklılığı təbliğ və təşviq edən bütün fəaliyyətlər fərd, ailə və müxtəlif qrupların öz həyatlarına nəzarət və imkanlarının genişləndirilməsinə xidmət etməlidir

Sonda diqqətinizi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin2 25-ci Maddəsinə yönəltmək istərdim. Bu maddəyə görÿ hÿr áèr èíñàí, ãèäà, gåéèì, ìÿíçèë, òèááè ãóëëóã âÿ çÿrórè ñîñèàë õèäìÿòëÿr äÿ äàõèë îëìàãëà îíóí þçöíöí âÿ àèëÿñèíèí ñàüëàìëûüûíûí âÿ rèôàùûíûí ãîróíóá ñàõëàíûëìàñû ö÷öí çÿrórè îëàí ùÿéàò ñÿâèééÿñèíÿ ìàëèê îëìàã ùöãóãóíà âÿ èøñèçëèê, õÿñòÿëèê, ÿëèëëèê, äóëëóã, ãîcàëûã ùàëûíäà âÿ îíäàí àñûëû îëìàéàí äègÿr ñÿáÿáëÿrÿ gþrÿ äîëàíûøûã âÿñàèòëÿrèíè èòèräèéè ùàëäà òÿìèíàò ùöãóãóíà ìàëèêäèr”

Göründüyü kimi insan hüquqları təminatı və müdafiəsinin təşkili təkcə dövlət əhəmiyyətli inkişaf proqramları ilə məhdudlaşmır. Bu gün o, həm də sizlərin öz icmanızın inkişafı istiqamətində atdiğiniz hər bir addımda nəzərə alınmalıdır. Yalnız bu yolla biz sosial cəlbetməyə, eyni zamanda iştiraka tam və hərtəfli nail ola bilərik ki, bu da insan inkişafına qoyulmuş ən nəcib və uzunmüddətli investisiyadır.


TƏŞKİLATİ BACARIQLARIN ARTIRILMASI
Məruzəçi:
Kəmalə Ağayeva

Baş Səfərbərçi

Azərbaycan Kənd İnvestisiya Layihəsinin

Köməkçi Heyəti
Bacarıqların artırılmasından danışarkən icma inkişafı ilə bağlı bir neçə məqama toxunmaq yerinə düşərdi.
“İcmanın inkişafı” nə deməkdir?

Əhalinin öz problemlərini və imkanlarını müəyyənləşdirmək üçün, bilik və bacarıqlarını gücləndirməsi və bunların əsasında fəaliyyət göstərməsi, inkişafın əsası, təməl daşı deməkdir. İnkişaf ictimaiyyət və siyasətlə əlaqəli bir prosesdir. Ona görə də, bu prosesi ictimai, iqtisadi və siyasi mühitdən – dövlət, bazarlar, özəl sektorlar, İƏT-lər, QHT-lər və s. başqa qurumlar, həmçinin ailələr, fərdi şəxslərə ayıraraq nəzərdən keçirtmək mümkün deyil. İnkişaf prosesi, icmada yaşayan bütün ailələri, fərdi şəxsləri və icmada fəaliyyət göstərən bütün qurum və təşkilatları əhatə etməli və onların iştirakını təmin etməlidir.


Davamlı inkişaf və iştirak biri-birilə six olan komponentlərdir. İcmalara proqram və layihələrin sahibkarlığını və mahiyyətini aşılamaq üçün, onların qərar qəbul etmə mərhələsindəki iştirakı çox vacibdir. İnsanların, onların yaşayış səviyyəsinə təsir göstərən problemlərin həll olunmasına cəlb edilməsi, yəni iştirakın təmin edilməsi, onlarda sahibkarlıq və özünə inam hissini artırır və yeni biliklərin və təcrübələrin istifadəsinə şərait yaradır. İcma inkişafı mütəxəssisləri kimi, bizim əsas fəaliyyətimiz icmada iştiraklı münasibətləri təbliğ etmək və iştiraklı proseslərə yardım edən seminarlar və ya təlimatlar keçərək informasiya yaymaqdır. Təcrübələrə əsaslanaraq qeyd etmək olar ki, davamlı və dinamik inkişafa nail olmaq üçün iştiraklı prosesləri qəbul edib onlardan istifadə etmək çox vacib şərtlərdən biridir. Təcrübələr göstərir ki, iştiraklı təlim və seminarlar həddindən artıq çətin və çox vəsait tələb edən bir proses olsa da, sonda nəticənin uzunmüddətli və davamlılığı bu xərcləri doğruldur.
Davamlı inkişafla yanaşı işlənən daha bir ifadə isə icmanın gücləndirilməsidir. İcmanın gücləndirilməsi-insanların, yerli qrupların və icmanın mövcud imkanlarının səfərbər edilməsi və ehtiyacların müəyyənləşdirilməsinə , məlumatların toplanmasına, qərarların qbul olunmasına və layihələrin həyata keçirilməsinə icmanın bütün təbəqələrininn cəlb edilməsi prosesidir. İcmanın gücləndirilməsi, öz bilikləri və imkanları əsasında ictimai-iqtisadi yeniliklərə nail olmaq və yaxud bunlara təsir etmək bacarığının formalaşdırılmasıdır. İcmanın gücləndirilməsinin bir hissəsi olan iştirak, icmada “eşidilməyən səslərin” güclənməsinə şərait yaradır. Bu proses, icma üzvlərində öz bilik və imkanlarına inam və əminlik yaradır.
İnsanlar, başqalarının onların problemlərini həll etməklə deyil, özləri fəaliyyət göstərərək bu problemləri həll etməklə güclənirlər.Əgər inkişaf programları insanların fəaliyyətləri və onların öz gələcəyini dəyişdirmək üçün etdikləri cəhdlər üzərində qurulmursa, onda bu proqramlar insanları gücləndirmir, əksinə passivləşdirir. İnkişaf o zaman baş verir ki, icmaların kənarda olan vəsaitləri müstəqil əldə etmək imkanları olsun, bu vasitələrdən faydalı istifadə etmək üçün özünü tam səfərbər etmiş olsun, hər hansı bir problemlə üzləşməyə hazır olsun və özünün daxili imkanları hesabına bu problemləri həll etmiş olsun. İnkişaf insanların həyat tərzinə, düşüncə və vərdişlərinə aid olan bir prosesdir. İnkişafın əsas vəsait və vasitələri insanlardır, onların birliyi, yaradıcılığı, arzusu və ruh yüksəkliyidir.
İcmanın bütün təbəqələrinin səfərbərliyi və gücləndirilməsi həm yerli əhalinin təşəbbüs və cəhdlərindən, həm də kənar qüvvələrin katalizator fəaliyyətlərindən asılıdır.
İnkişaf proseslərini düzgün istiqamətə yönəltmək və bu prosesdən daha faydalı istifadə etmək üçün, icmada formalaşdırılmış bir strukturun olması cox vacibdir. İnkişaf prosesləri elə bir struktur tələb edir ki, bu təkcə icmalarda həyata keçiriləcək layihələrə insanların sadəcə “hə” və yaxud “yox” deyərək səs verməsi ilə öz işini bitmiş hesab etməsin. Bu struktur icmada baş verən bütün işlərin mərkəzində durmalı, fəal və şüurlu iştirakçısı olmalıdır. Ona görə də, kənar qüvvələrin yardımı ilə daxili qüvvələr birləşərək “icma qrupları”(İQ) yaradırlar. Yerli əhali İQ-lər vasitəsi ilə öz ehtiyaclarını müəyyənləşdirir, onları ödəmək üçün lazım olan vəsaitin miqdarını dəqiqləşdirir və kənar yardımları özlərinin daxili inkişaf ehtiyaclarına istiqamətləndirir. İQ-lər həm daxili imkanları müəyyənləşdirir, həm də kənarda mümkün fondlar axtarır. Kənar maliyyə mənbələrinin aşkar edilməsi, müəyyənləşdirilməsi və icmaya gətirilməsi İQ-lərin ən çətin vəzifələrindən biridir. İQ-lərin bu vəzifəni yerinə yetirmək üçün kənar qüvvələrin yardımına və dəstəyinə kəskin ehtiyacı vardır. Bu yardım və dəstək adətən resurs axtarışının başlanığıc mərhələsində göstərilir. Kənar qüvvələrin bu işdə təcrübəsi olduğuna görə və kənar mənbələr tərəfindən tanındığına və qəbul edilditinə görə onlar, İQ-ləri həmin mənbələrlə əlaqəlnməkdə vasitəçi rolunu oynaya bilərlər.
Hal hazırda AzKİL də bu istiqamətdə uğurlu nailiyyətlər əldə etmiş, mütərəqqi üsullardan istifadə edərək İLK-lər yaratmış, layihələrin həyata keçirilməsində İLK-Bələdiyyə birliklərindən istifadə etmiş və uğur qazanmışdır.AzKİL İLK-lərin təşkilati bacarıqlarının artırılması istiqamətində öz fəaliyyətini davam etdirmək niyyətindədir.


İCMA LAYİHƏLƏRİNİN ƏTRAF MÜHİTƏ TƏSİRİ

Məruzəçi:
Telman Zeynalov

Ətraf Mühit üzrə Mütəxəssis

Azərbaycan Kənd İnvestisiya Layihəsi

Hörmətli konfrans iştirakçıları,

Hörmətli qonaqlar,
Son yüzillik ərzində iqtisadiyyatın bütün sahələrində insan fəaliyyətinin sürətli inkişafının nəticələri ətraf mühitə neqativ münasibət və təbii sərvətlərin həddindən artıq istismar olunmasına gətirib çıxartmışdır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin qorunması və təbii sərvətlərin səmərəli istifadəsi problemlərin həllinə böyük əhəmiyyət verilir və bu problemlər daim diqqət mərkəzindədir.
Azərbaycanın müstəqillik əldə etdiyi illər ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadənin səmərəli idarə olunması problemləri üzrə tamamilə yeni dövlət idarəetmə sistemin təşəkkül tapması və inkişaf etdirilməsi illəri olmuşdur. Belə ki, Azərbaycan Respublikasında ətraf mühitin qorunması sahəsində bütün ölkənin ərazisi üzrə şaxələnmiş yaxşı təşkil olunmuş icra orqanları yaradılmışdır. Bu ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində yerli və regional infrastrukturun nəzərə alınması ilə dövlətin həm daxili, həm də xarici siyasətinin formalaşması və ardıcıl həyata keçirilməsini təmin etmişdir.
Lakin Azərbaycanda bir neçə onillik ərzində təbiətdən istifadənin ətraf mühitə ekstremal yüksək texnogen yük gətirən xammaldan istifadə olunması sistemi üstünlük təşkil etmişdir. Buna görə də ekoloji cəhətdən hələlik kardinal surətdə yaxşılaşma baş verməmişdir və o, əvvəlki kimi təbii ekosistemlərinin deqradasiyası (torpaq, su) kimi xarakterizə olunur ki, bu da biosferanın qeyri-sabitliyinə, onun ətraf mühitin keyfiyyətini qoruyub saxlamaq qabiliyyətinin itirilməsinə gətirib çıxarır, bunlar isə cəmiyyətin həyat fəaliyyəti üçün zəruri olan amillərdir.

Ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədi ilə respublikada vahid dünya ekoloji siyasətin əsasını təşkil edən 18 -dən çox mühüm qanun, normativ-hüquqi sənədlər qəbul edilmiş, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir ki, bunlar dünya və Avropa standartları və qanunvericiliyi tələblərinə uyğun olan sənədlərdir.


Bunlardan çıxış edərək, 2006 cı il 28 sentyabrında respublika prezidenti İlham Əliyev cənabları tərəfindən ekoloji təhlükəsizlik və risklərin idarə edilməsi eləcə də hökumət strukturlarının ekosiyasiləşdirilməsi və respublika ictimaiyyətində yeni ekoloji şüurun formalaşması sahəsində maarıflındirilməsi üzrə təxirə salınmaz tədbirlərin həyata keçirilməsi haqqında növbəti sərəncamı qəbul edilmişdir.

Qəbul edilən bu - “AZƏRBAYCAN RESPUBLİKASINDA EKOLOJİ VƏZİYYƏTİN YAXŞILAŞDIRILMASINA DAİR 2006 - 2010 -cu İLLƏR ÜÇÜN KOMPLEKS TƏDBİRLƏR PLANI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA sərəncamda deyilir:


Son illər iqtisadiyyatın, o cümlədən mədənçıxarma və emal sənayesi sahələrinin, tikinti kompleksinin sürətli inkişafı ətraf mühitə antropogen təsirin artması ilə müşahidə olunur. Belə ki, ayrı-ayrı regionlarda torpaqların, su hövzələrinin və atmosferin çirklənməsi yol verilən normativ göstəricilərdən yüksəkdir, eyni zamanda, içməli şirin suyun azalması, meşələrin seyrəkləşməsi, torpaqların eroziyası, sürüşmə və səhralaşma prosesləri fəallaşmışdır. Abşeron yarımadasında, Kür-Araz ovalığında, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Əli Bayramlı kimi

sənaye mərkəzlərində ərazilərin neft, neft məhsulları, aqrokimyəvi maddələr və məişət tullantıları ilə çirkləndirilməsi halları güclənmişdir. Sənaye və məişət tullantı sularının ətraf ərazilərə axıdılması Abşeron yarımadasında süni gölməçələrin sayını artırmış və mövcud göllərin sahəsini xeyli genişləndirmişdir. Antropogen təsirlər nəticəsində meşə massivlərinin azalması və təbii biosenozların yoxa çıxması təhlükəsi yaranmışdır.


Ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilməli, o cümlədən Xəzər dənizinin sahilboyu zolağında, Abşeron yarımadasında və ölkənin digər regionlarında su hövzələrinin, havanın, torpağın təbii ekosistemlərinin bərpa olunması üçün tullantı suları təmizlənməli, kanalizasiya şəbəkələri yenidən qurulmalı, çirklənmiş torpaqlar rekultivasiya edilməli, geniş sahələrdə meşələr və yaşıllıqlar salınmalı, abadlaşdırma işləri aparılmalı və digər zəruri tədbirlər həyata keçirilməlidir.
Təbii mühitə zərərli antropogen təsirlərin azaldılması, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilsin;

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:


  • bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsini təmin etsin və maliyyələşdirmə mənbələrini müəyyənləşdirib təsdiq etsin;

  • bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsinə rəhbərliyi və müvafiq dövlət qurumları arasında əlaqələndirməni həyata keçirsin;

  • bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Tədbirlər Planının icrası barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

  • bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Son illərdə Ətraf Mühitin mövcud ekoloji tarazlığını qorumaq üzrə həyata keçirilən belə layihələrdən biri də Dövlət Sosial-İqtisadi İnvestisiya Proqramıdır ki, o “Yerli və Regional İnfrastrukturlarının İnkişafı” adı ilə qəbil olunmuşdur.

Adı çəkilən proqramın Naxçıvan, Muğan-Salyan və Yevlax inzibati regionlarında reallaşdırılması AzKİL -ə həvalə edilmişdir.

AzKIL-in bu sahədə - məqsəd və vəzifələri aşağıdakılardan ibarət idi:


  • Regional ofislərin yaradılması;

  • Kənd İCMALARIN səfərbərliyi;

  • Kənd İnfrastrukturlarının yaxşılaşdırılması və əhalinin sosial-iqtisadi problemlərinin həyata keçirilməsi naminə, İcma tərəfindən ən vacib prioritet istiqamətlərinin müəyyən edilməsi;

  • Regional ofislərin mühəndis və səfərbərçilərdə və İcma nümayəndələrində yeni ekoloji şüurun formalaşması sahəsində “Ətraf mühitin Qiymətləndirilməsi” –nə dair mütəmadi olaraq maarifləndirmə - təlim məşğələlərinin keçirilməsidir.

Bunlardan ən vacibi Ətraf Mühitin Qiymətləndirilməsi təlimidir ki, bu da özlüyündə, dövlət başçısı tərəfindən verilən son fərman məs AzKİL tərəfindən həyata keçirilməsi deməkdir.

Bildiyiniz kimi, İcma tərəfindən təqdim olunmuş layihələrdə, Ətraf Mühitin Qiymətləndirilməsi sənəti, Dünya Bankının və Dövlətin Ekoloji siyasətinin tələblərinə müvafiq doldurulmadıqda, AzKİL tərəfindən belə layihələrin baxılması və ya həyata keçirilməsi sual altında qalacaqdır.

Bu səbəbdən, ən vacibi, axırıncı bənd olduğu üçün, AzKİL-in “Ətraf Mühitin Qiymətləndirilməsi” üzrə cəlb olunmuş müstəqil məsləhətçinin üzərimə düşür.

Məsləhətçi - AzKİL-in 3 fəaliyyət zonasındakı hər 3 RƏO-nə, ətraf mühit ilə əlaqədar bütün mövzularda lazımi köməkliyi göstərir.


Məsləhətçinin fəaliyyət istiqamətləri aşağıdakılardır:


  1. Mövcud olan lokal və regional ekoloji infrastrukturu bilmək və icma nümayəndələrinə onu tam və dolğun şəkildə çatdırmaq?

  2. hal – hazırkı vaxtda, ətraf mühitə və yerli sakinlərə mənfi təsir göstərə biləcək mövcud olar ekoloji fasadları (riskləri) görmək?

  3. Səfərbərçilərə - İcma nümayəndələri tərəfindən, kənddə mövcud olan sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq məqsədi ilə, həyata keçirmək istədikləri prioritet istiqamətləri düzgün seçmək, mövcud olan real ekoloji durumu (infrastrukturu) nəzərə alaraq təqdim etmək istəyən layihələri lazımi səviyyədə, Dövlət və Dünya Bankının tələblərinə müvafiq tərtib etmək üçün yaxından köməklik göstərmək;

  4. İcma nümayəndələri tərəfindən nəzərdə tutulan layihələri həyata keçirən zaman yarana biləcək, ətraf mühitə və insan sağlamlıqlarına mənfi təsir göstərə biləcək ekoloji fasadları əvvəlcədən görmək və onları aradan qaldırmaq üçün nəzərdə tutulan yumşaldıcı tədbirləri həyata keçirmək məqsədilə tərtib etmək üçün yaxından köməklik göstərmək;

  5. Təfil verilən obyektin istismarı zamanı, yarana biləcək və ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərə biləcək ekoloji riskləri əvvəlcədən görmək və İcma tərəfindən əvvəlcədən işlənib hazırlanmış yumşaldıcı ekoloji tədbirlər planının həyata keçirilməsində köməklik göstərmək.

Regionlarda hal-hazırkı vaxtda mövcud olan Risklər aşağıdakılardır:



    • Süni gölməçələrin əmələ gəlməsi;

    • Dayanaqlı (zinə) sularının yaranması;

    • Qrunt saların üzə çıxması;

    • Torpaqların şoranlaşması;

    • Flora və faunanın kasıblığı;

    • Su, torpaq və havanın çirklənməsi;

    • Su və hava epidemiyalarının yayılması

    • Mövcud olan Ekoloji ekosistemlərin deqradasiyaya uğraması;

    • Yerli sosial və iqtisadi infrastrukturların zəif inkişaf olunması.

Yuxarıda sadalanan mövcud Risklərin idarə olunması - Ətraf mühitin və əhalinin sağlamlıqlarının ekoloji təhlükəsizliyinə zəmanət vermək deməkdir.

Bütün mövcud problemləri aradan qaldırmaq üçün, Məsləhətçi tərəfindən ekoloji təlimlər paketi hazırlanır, Səfərbərçilərə və mühəndislərə mütəmadi olaraq təlim maarifləndirmə məşğələləri keçirir.

Bu fəaliyyəti icra etmək üçün:




  • Əməliyyatlar Təlimatında qeyd edilən tələblər və Ətraf mühit qaydaları üzrə İcma İnkişafı işçilərinə təlimlər keçmək, benefisiarların həmin qaydalara uyğun şəkildə istiqamətləndirmək;




  • Təklif olunan layihələrin ətraf mühit qiymətləndirilməsində və kateqoriyalara ayrılmasında İcma İnkişafı işçilərinə lazımi köməklik göstərmək;




  • Mümkün ekoloji risklərin müəyyən edilməsi və müvafiq ətraf mühit qiymətləndirilməsinin aparılmasını təmin etmək;




  • İcmaların layihələrin icrası üçün müəyyən etdikləri yerlərə ilkin şərtlərin və yerlərə xas xüsusiyyətlərin müəyyənləşdirilməsi məqsədilə səfər etmək,




  • Zərurət halında, təklif olunan icma layihələri üçün geoloji təhlil və su testləri də daxil olmaqla Ətraf Mühit Qiymətləndirməsi sənədlərinin hazırlanmasında İcma Layihə Komitələrinə köməklik göstərmək, icma layihələrinin dizayn müddətində faydalı olacaq tövsiyələr vermək,




  • Qrant Təsdiq Komitəsinə təklif olunan layihələrinin Ətraf Mühit Qiymətləndirmə sənədləri haqda və ətraf mühit şərtlərinin mümkünlüyü haqda məsləhətləşmək,




  • Ətraf Mühit Monitorinq Planının mərhələlərinin icrasına İcma İnkişafı işçiləri və iştiraklı Monitorinq və Qiymətləndirmə qrupu ilə birgə nəzarət, icranın qanun çərçivəsində aparılmasını təmin etmək,




  • Xidmət Təchizatçılarının ətraf mühit mövzuları və məsələləri ilə əlaqədar təlim proqramlarının yoxlanılması və təkmilləşdirilməsində LİQ-na yaxından köməklik göstərmək və RƏO İcma İnkişafı Mütəxəssislərinə müvafiq tövsiyələr vermək.

Mənim üzərimə düşən və yuxarıda sadalanan bütün fəaliyyət planlarını və AzKİL-in rəhbərliyi tərəfindən mənə etibar etdiyi Ətraf Mühit üzrə bir mütəxəssis kimi layıqınca yerinə yetirilməsini özümə borc və şərəf duyuram.





1 33 Pillə Yuxarı, NRC, Bakı 2005-ci il

2



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə