SEÇKİ ŞİkayəTLƏRİNƏ SƏTHİ baxilib




Yüklə 31.63 Kb.
tarix18.04.2016
ölçüsü31.63 Kb.

Noyabr, 2010








  1. SEÇKİ ŞİKAYƏTLƏRİNƏ SƏTHİ BAXILIB


Seçki şikayətlərinin baxılması üzrə monitorinqin nəticələri göstərir ki, ötən bələdiyyə seçkilərində olduğu kimi parlament seçkilərində də şikayətlərə səthi baxılır. Bu proses üzrə aparılan təhlillər bu sahəıdə aşağıdakı problemlərin olduğunu göstərir:
Dairə Seçki Komissiyalarina şikayət vermənin real əhəmiyyətini itirməsi: Belə ki, DSK-lar artıq seçki günündən sonrakı gün seçki dairəsi üzrə seçkilərin yekunlarına dair protokolu tərtib etdiklərindən seçicilərin iradəsinə təsir edən pozuntuların baş verdiyini əsas gətirərək seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi tələbli şikayətlər verilməsinin heç əhəmiyyəti yox idi. Buna baxmayaraq bir sıra hallarda DSK-lar hətta bu cür şikayətləri qəbul etməkdən imtina edilib, bəzi hallarda isə seçki günündən sonrakı seçki pozuntuları barədə DSK-ya şikayət etmək istəyən şəxslər DSK-ların yerləşdiyi binanın bağlı olduğunu görüblər.
MSK tərəfindən şikayətlərin əsassız səbəblərdən geri qaytarılması:

MSK bir sıra hallarda şikayətdə buraxılmış mexaniki səhvlərin əhəmiyyətini şişirdərək onların tələbi müəyyənləşdirməyə çətinlik yaratdığını bildirmişdir.

Bundan başqa MSK 3 günlük şikayət vermə müddətini düzgün hesablamamışdır.Belə kki, şikayət vermə üçün əsasın yarandığı günü də

həmin 3 tam günlərdən biri hesab edərək faktiki olaraq şikayət müddətini 2 günə endirmişdir.

Göstərilən iki səbəbdən MSK bir sıra şikayətləri tələbin aydın olmadığına və müddət ötdüyü üçün geri qaytarmışdır.
Şikayətlər obyektiv və hərtərəfli araşdırılmayıb: Qanunvericilik şikayətin obyektiv və hərtərəfli araşdırılmasını nəzərdə tutur. Xüsusilə DSK-lar şikayətləri demək olar ki, araşdırmamış və qərar qəbul etməmişdirlər. Şikayətlər araşdırılarkən pozuntunu təsdiqləyən şəxslər prosesə cəlb edilməyib, pozuntuya yol vermiş şəxslərin izahatları alınıb. Nəticədə hərəkətindən şikayət verilən şəxslərin izahatları əsas götürülərək şikayət rədd edilib.

Bundan başqa şikayətin araşdırma zamanı seçki məntəqələri üzrə səslər təkrar sayılıb, şikayətçilər bu prosesə dəvət olunmayıb.


Araşdırma porosesi və qərarların qəbuluna şikayətçilər çəlb edilməyib. Şikayətçilər araşdırma prosesinə cəlb olunmayıb və onlar araşdırmanın vəziyyətindən xəbərsiz olublar. Qanunla seçki komissiyası ərizəçiyə şikayətə baxılma yeri və vaxtı barədə məlumat verməlidir. Lakin şikayətlərə baxılma yerli və vaxtı barədə ərizəçilərə qanunvericilikdə nəzərdə tutulduğu qaydada 1 gün qabaqcadan xəbərdar edilməyiblər. Bu səbəbdən də ərizəçilər əksər hallarda şikayətlərə baxılması proseslərində iştirak edə və öz tələbini müdafiə edə bilməyib.
Şifahi müraciətlərin böyük əksəriyyətinə baxılmayıb: Seçki prosesində seçki komissiyalarının, o cümlədən Mərkəzi Seçki Komissiyasının nəzdində Qaynar Xətlər fəaliyyət göstərib. Bu Qaynar Xətlərə həm də seçki hüquqlarının pozulması ilə bağlı müraciətlər daxil olub. Eyni zamanda seçki komissiyalarına teleqramlar vasitəsiilə müraciətlər edilib. Lakin seçki komissiyaları tərəfindən bu cür müraciətlərə baxılmayıb.

Seçkilərin nəticələrinə ciddi təsir göstərə biləcək qanun pozuntularına dair xeyli müraciətlər müddətin buraxılması səbəbindən baxılmayıb. Səsvermənin nəticələrinin saxtalaşdırılması halları ilə bağlı xeyli müraciətlərə müddətlərin ötürülməsi bəhanəsi ilə baxılmayıb. Halbuki, MSK bütün ölkə üzrə seçki qanunvericiliyinin tətbiqinə dair nəzarəti həyata keçirən orqan kimi bu cür ciddi qanun pozuntularını araşdırmalı idi.
Hüquq pozuntusuna yol vermiş şəxslər məsuliyyətə cəlb edilməyib. 07 noyabr 2010-cu il parlament seçkilərində seçki hüquq pozuntularına yol verilsə də, heç kim nə mülki, nə inzibati, nə də cinayət məsuliyyətinə cəlb edilməyib. Bu bir tərəfdən bu sahədə hüquqi mexanizmlərin səmərəli və əlçatan olmaması ilə bağlıdırsa, digər tərəfdən hüquq pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsinin hakimiyyətin marağında olmaması ilə əlaqədardır.

MSK qərarları əsaslandırılmamışdır:

MSK-nın seçki dairələri üzrə seçkilərin etibarsız sayılması barədə şikayətlərdən heç birini təmin etməmişdir. MSK qərarlarında gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Qərarlar lazımsız məlumatlar və faktlarla genişləndirilmişdir və səthi tərtib olunmuşdur.


Məhkəmələr tərəfindən şikayətlər lazımınca öyrənilmədən məhkəmə iclası təyin olunub: İstər Bakı Apellyasiya Məhkəməsində, istərsə də Ali Məhkəmə şikayətlər, işin halları hakimlər tərəfindən yetərincə öyrənilməmişdir. Xüsusilə Bakı Apellyasiya Məhkəməsində şikayətin verilməsi ilə məhkəmə iclasının təyin olunması arasında vaxt fərqi 24 saatı keçmirdi. Hətta “Qarabağ” siyasi partiyalar blokunun 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən qeydə alınmış namizəd Salman İmanli Bakı Apellyasiya Məhkəməsinə saat 15.00-da vermiç məhkəmə iclası isə həmin gün saat 17.45-ə təyin olunmuşdur.
Məhkəmə araşdırması qeyri-obyektiv və səthi aparılmışdır: Şikayətlər məhkəmələrdə tam, hərtərəfli araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi ilə mahiyyəti üzrə baxan məhkəmə olduğu halda pozuntuları təsdiq edən sübutları ümumiyyətlə qiymətləndirməmişdir. MSK məhkəməyə qərarları təsdiq edəcək sübutlar təqdim etməmişdir. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsi qətnamələrində olan açıq qanun pozuntularını belə nəzərə almamış, bəzi hallarda Konstitusiya Məhkəməsinin seçkinin ümumi yekunlarını təsdiq etməsini əsas gətirərək, araşdırma aparmaqdan imtina edərək şikayəti təmin etməmişdir.

Məhkəmələrdə iclaslar 1 saatdan çox çəkməmişdir.


Məhkəmə qətnamə və qərarları bəsit tərtib olunmuş və əsaslandırılmamışdır: Bakı Apellyasiya Məhkəməsi qətnamələri vəAli Məhkəmənin qərarlarının əsaslandırıcı hissəsi olduqca zəif olmuşdur. Məhkəmələr gəldikləri nəticəni əsaslandıran dəlilləri, şikayətdə göstərilən halları aydınlaşdıran məqamları qətnamə və qərarlarda ətraflı şəkildə göstərməmişdirlər. Qətnamələrin əsaslandırıcı hissəsi MSK qərarlarının surətlərindən başqa bir şey olmamışdır.

Beləliklə, yuxarıda göstərilənlərdən çıxış edərək belə bir ümumi nəticəyə gəlmək olar ki, seçki komissiyaları və məhkəmələr şikayətləri araşdırılarkən obyektiv və ədalətli olmayıb. Bu orqanlar şikayətlərin araşdırılması prosesində birtərəflilik nümayiş etdirib və araşdırmalar daha çox şikayətdə göstərilən pozuntuların təsdiqini tapmaması istiqamətində aparılıb.



__________________________________________

V. QISA XƏBƏRLƏR


  • Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahov Milli Məclisin yeni üzvlərinə deputat mandatlarını təqdim edib. Milli Məclisdə 42 deputat bitərəfləri, 83 deputat isə siyasi partiyaları təmsil edir. Siyasi partiyaları təmsil edən deputatlardan 71-i Yeni Azərbaycan Partiyasını, 3-ü Vətəndaş Həmrəyliyi Partiyasını, 2-si Ana Vətən Partiyasını təmsil edir. Eyni zamanda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Ədalət Partiyası, Demokratik İslahatlar Partiyası və və Ümid Partiyası hər biri 1 deputatla təmsil olunur.




  • 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd olmuş Vidadi İsgəndərova qarşı Cinayət Məcəlləsinin 159.4.1-ci (seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Vidadi İsgəndərov isə ittihamları qəbul etmir. Bildirir ki, seçki saxtakarlıqlarını sübut etdiyi üçün ona qarşı cinayət işi qaldırıblar. Xatırladaq ki, MSK bu dairədən Şəmsəddin Hacıyevi qalib elan edib.




  • AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanmasına Baş Prokurorluq tərərfindən razılıq verilməyib. Bu səbəbdən də Yeni Azərbaycan Partiyasının üzvü, deputat Hüseynbala Mirələmovun, hakim partiyanın keçmiş deputatı Əhəd Abıyevin və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti üzrə Yasamal rayon məhkəməsində Fuad Qəhrəmanlıya qarşı xüsusi ittiham qaydasında iş icraata qəbul edilməyib.


  • Parlamentin indiki tərkibində parlamentin sədri, sədrin 1-ci müavini və digər 2 müavini və komitə sədrləri yenidən əvvəl bu vəzifələri tutan şəxslər seçiliblər.




  • Həyat yoldaşı seçkilərdə müxalifət namizədinə səs verdiyi üçün Şərur rayon sakini Zülfüqar Tağıyevi işdən çıxardıblar. Bu barədə AzadlıqRadiosuna Şərur rayon Elektrik İdarəsində işıqçı vəzifəsində çalışmış Zülfüqar Tağıyevin özü məlumat verib. O hesab edir ki, həyat yoldaşı Gülüş Tağıyeva parlament seçkilərində iqtidar namizədinə səs versəydi, başlarına bu iş gəlməzdi.




  • Müsavat Partiyasının üzvü Çapay Əliyev Şərur rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülüb. Bu haqda AzadlıqRadiosuna müsavatçının qardaşı, deputatlığa keçmiş namizəd Səxavət Əliyev məlumat verib. Səxavət Əliyevin dediyinə görə, dekabrın 10-u Şərur rayon polis şöbəsinin İbadullah bölməsinin əməkdaşları qardaşı Çapay Əliyevin yaşadığı Püsyan kəndinə gələrək, onu həyatyanı sahəsindəki mağazasının təcili söküləcəyi ilə bağlı xəbərdarlıq edib: “Qardaşım söküntünün səbəbini soruşduqda ona və digər qohumlarımıza fiziki təzyiq göstərilib”.




  • “Demokratiyanı Öyrənmə” İctimai Birliyi 7 noyabr 2010-cu il seçkilərinini monitorinqi üzrə Yekun Hesabatını açıqlayıb. Hesabatda seçkilərin azad, ədalətli və qanuni keçirilmədiyi bildirlir. Hesabatda seçki praktikasının təkmilləışdirilməsi istiqamətdə tövsiyyələr də verilib.






<Bülleten Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azad və ədalətli seçkilər üçün seçki hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində nəşr olunur.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə