Seçki hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım




Yüklə 0.8 Mb.
səhifə1/13
tarix29.02.2016
ölçüsü0.8 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin
Seçki hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım” layihəsi üzrə
YEKUN HESABATI
(15.09.2010 – 30.12.2010)
Bu hesabat İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi tərəfindən “Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə həyata keçirilən “Seçki hüquqlarının müdafiəsi üzrə məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım” layihəsi çərçivəsində hazırlanıb. Layihənin həyata keçirilməsində əsasən 2 məqsəd qarşıya qoyulmuşdur:

- 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçki şikayətləri üzrə məhkəmə proseslərinin ədalətli olub-olmamasını müəyyən etmək;

- baş vermiş seçki hüququ pozuntularının səbəblərini və xarakterini müəyyənləşdirmək.

Layihə 2 istiqamətdə həyata keçirilib – seçki subyektlərinə pulsuz hüquq yardımı göstərilib və seçki hüquqlarının müdafiəsi ilə bağlı keçirilən məhkəmə proseslərinin monitorinqi aparılıb.

Bu hesabat 4 fəsildən ibarətdir:

1-ci fəsil pulsuz hüquq yardımı, 2-ci fəsil məhkəmə proseslərinin monitorinqi, 3-cü fəsil secki ğünü və 4-cü fəsil isə secki şikayətləri üzrə cıxarılmış məhkəmə qətnamələrinin təhlili adlanır.


1. Pulsuz hüquq yardımı

1.1 Bu istiqamət üzrə Bakı, Sumqayıt, Gəncə və Quba şəhərlərində “Qaynar Xətt” fəaliyyət göstərmiş, buraya 300-dən çox telefonla müraciətlər olmuş və bütün müraciətlər üzrə şifahi (bəzən də yazılı) məsləhətlər verilmişdir.

QAYNAR XƏTT” ə daxil olan müraciətlər əsasən aşağıdakıları əhatə etmişdir:

- deputatlığa namizədliyinin qeydə alınması üçün lazım olan sənədlərin siyahısı;

- dairə seçki komissiyaları deputatlığa namizədliyin qeydə alınmasına neçə gün müddətində baxır;

- deputatlığa namizədin neçə vəkili ola bilər;

- deputatlığa namizədlər bank hesabını hansı müddətdə və necə açmalıdır;

- təbliğat-təşviqat mərhələsinin müddəti neçə gündür;

- hərbi xidmətdə olan hərbi qulluqçuların səsvermədə iştirakı nəzərdə tutulubmu;

- vətəndaşların seçkilərdə iştirak etməsi üçün lazım olan sənədlər hansılardır;

- məcburi köçkünlərin seçkilərdə iştirakının necə həyata keçiriləcəyi;

- müşahidəçi olmaq üçün hansı sənədləri təqdim olunmalıdır;

- DSK-ların yol verdiyi qanun pozuntularından hara və necə şikayət etməli;

- şikayətlərə neçə gün müddətində baxılır və sair.
Müraciətlərə əsasən müəyyən edilmiş pozuntular əsasən aşağıdakılardan ibarət olmuşdur:

- DSK-nın sədrini iş yerində tapmaq olmur və bu səbəbdən də imza vərəqələrini vaxtında əldə etmək olmur;

- imza vərəqələri az sayda verilir;

- müxalifət partiyalarının namizədləri və müstəqil namizədlər üçün imza toplayanlara müxtəlif təzyiqlər olur;

- seçicilərə müxtəlif təzyiqlər edilir ki, müxalifət partiyalarının namizədlərinə və müstəqil namizədlərə qeydə alınmaq üçün imza verməsinlər;

- namizədlərdən qanunda nəzərdə tutulmayan sənədlər tələb edilir;

- icra orqanları seçki prosesinə birbaşa müdaxilə edir;

- bəzi namizədlərinin bir gün müddətində qeydə alınmasının qanuni olmasının şübhə doğurması və s.



1.2 40-a yaxın iş üzrə Dairə Seçki Komissiyalarına (bundan sonra DSK adlandırılacaq) və Mərkəzi Seçki Komissiyasına (bundan sonra MSK adlandırılacaq) şikayətlər yazılmış və ya yazılmasında telefon vasitəsi ilə köməklik göstərilmişdir.

1.3 Məhkəməyə verilən şikayətlər:

Seçki gününə qədər apellyasiya instansiyası məhkəməsinə 5 iddia ərizəsi, kassasiya instansiyası məhkəməsinə isə 12 kassasiya şikayəti hazırlanıb verilmişdir.

Seçki günündən sonra isə apellyasiya instansiyası məhkəməsinə 3 şikayət ərizəsi, kassasiya instansiyası məhkəməsinə isə 26 kassasiya şikayəti hazırlanmışdır. Bütün məhkəmə iclaslarında şikayətçilər onlara hüquqi yardım etmək üçün layihənin hüquqşünasları və vəkilləri ilə təmin edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində:

Seçki gününə qədər Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizədliyinin qeydə alınmasından imtina olunmuş 5 namizədin şikayəti hazırlanaraq Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Ərizəçilərdən Oqtay Tahirovun (44 saylı Sumqayıt-Abşeron seçki dairəsi), Yeganə Hacıyevanın (122 saylı Xankəndi seçki dairəsi), Xəyyam Məmmədovun (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi) və Elçin Məmmədin (42 saylı Sumqayıt ikinci seçki dairəsi) şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi onların heç birini təmin etməmişdir. Digər ərizəçi Həmid Azərinin (90 saylı Ağdaş seçki dairəsi) şikayəti isə qismən təmin edilmişdir.

Seçki günündən sonra isə apellyasiya instansiyası məhkəməsində 3 deputatlığa namizədin şikayət ərizəsi hazırlanmışdır. Ərizəçilərdən Həmid Azərinin (90 saylı Ağdaş seçki dairəsi), Başxanım Abbasova (108 saylı Ağstafa seçki dairəsi) və Aslan İsmayılovun (20 saylı Nərimanov ikinci seçki dairəsi) hüquqları müdafiə edilmişdir.

Kassasiya instansiyası məhkəməsində:

Seçki gününə qədər kassasiya instansiyası məhkəməsində 12 namizədə vəkillik edilib.

Ərizəçilərdən Oqtay Tahirovun (44 saylı Sumqayıt-Abşeron seçki dairəsi), Yeganə Hacıyevanın (122 saylı Xankəndi seçki dairəsi), Xəyyam Məmmədov (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi), İbrahim Əhmədzadənin (43 saylı Sumqayıt seçki dairəsi), Elçin Behbudovun (17 saylı Yasamal üçüncü seçki dairəsi), Tural Abbasovun (21 saylı Nəsimi birinci seçki dairəsi), Arif Hacıyevin (83 saylı Ağcabədi-Fizuli seçki dairəsi), Həmid Azərinin (90 saylı Ağdaş seçki dairəsi), Qaya Əliyevin (77 saylı Astara seçki dairəsi), Azər Canıyevin (111 saylı Zaqatala-Balakən seçki dairəsi) şikayətlərinə baxan Ali Məhkəmə heç birini təmin etməmişdir. Ali Məhkəmə yalnız Elçin Məmmədovun (42 saylı Sumqayıt ikinci seçki dairəsi) və Tariyel Şirinlinin (79 saylı İmişli seçki dairəsi) şikayətlərini qismən təmin edib.



Seçki günündən sonra isə kassasiya instansiyası məhkəməsində 25 namizədə vəkillik edilib. Ərizəçilərdən Oqtay Gülalıyev (36 saylı Xətai dördüncü seçki dairəsi), İbrahim Əhmədzadə (43 saylı Sumqayıt üçüncü Seçki dairəsi), Gözəl Bayramova (19 saylı Nərimanov birinci seçki dairəsi), Ramiz Orucov (40 saylı Kəpəz ikinci seçki dairəsi - Gəncə), Rəşid Abbasov (40 saylı Kəpəz ikinci seçki dairəsi - Gəncə), Ağası Tağıyev (40 saylı Kəpəz ikinci seçki dairəsi - Gəncə), İzzət Məmmədov (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi), Xalisə Şahverdiyeva (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi), Məhəmməd Məcidli (120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi), Rəşid Mənsurov (22 saylı Nəsimi ikinci seçki dairəsi), Başxanım Abbasova (108 saylı Ağstafa seçki dairəsi), Əvəz Kərimov (114 saylı Şəki seçki dairəsi), Aslan İsmayılov (20 saylı Nərimanov ikinci seçki dairəsi), Arif Hacılı (31 saylı Suraxanı birinci seçki dairəsi), Salman İmanlı (40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsi), Tofiq Yaqublu (26 saylı Sabunçu birinci seçki dairəsi - 2 iş üzrə), Böyükağa Məmmədov (20 saylı Nərimanov ikinci seçki dairəsi), Teyyub Əliyev (34 saylı Xətai seçki ikinci dairəsi), Azər Həsrət (34 saylı Xətai seçki ikinci dairəsi), Zakir Hüseynov (34 saylı Xətai seçki ikinci dairəsi), Nəsib Nəsibli (17 saylı Suraxanı seçki dairəsi), Alik Muradov (34 saylı Xətai seçki ikinci dairəsi), Həsrət Rüstəmov (17 saylı Yasamal seçki dairəsi), Taliyət Əliyev (9 saylı Binəqədi ikinci seçki dairəsi) və Həmid Azərinin (90 saylı Ağdaş seçki dairəsi) hüquqları müdafiə edilmişdir.
2. Məhkəmə proseslərinin monitorinqi

Seçki gününə qədər (05 noyabr 2010-cu il tarixədək) Bakı Apellyasiya Məhkəməsində 34 məhkəmə prosesinin, Azərbaycan Respublikası Ali Məhkəməsində 33 məhkəmə prosesinin monitorinqi aparılıb. Monitorinqlərlə müəyyən edilib ki, verilən şikayətlərin 95%-dən çoxu deputatlığa namizədliyin qeydə alınmasından imtinanın ləğvi ilə bağlı olub.
2.1 Seçki gününə qədər Bakı Apellyasiya Məhkəməsində baxılan məhkəmə proseslərinin monitorinqi:


N

Ərizəçinin adı, soyadı və atasının adı (namizədliyi)

Şikayətin (iddia ərizəsinin) predmeti

Deputatlığa namizədliyin irəli sürüldüyü seçki dairəsi

Məhkəmənin qərarı

Ərizəçinin seçki və

ədalətli məhkəmə araşdırılması hüququ

1.

Abdalov Etibar Əliş oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb


MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

17 saylı Yasamal üçüncü Seçki Dairəsi

Şikayət təmin

edilməyib


Pozulub (İşə ədalətli baxılmayıb)

2.

Həsənov Əlayif Həsən oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb

MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

92 saylı Zərdab-Ucar Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

3.

Carullayeva Dünyaxanım Cahan qızı

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

86 saylı İsmayıllı Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

4.

Əhmədzadə İbrahim Zabit oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb

MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

43 saylı Sumqayıt üçüncü Seçki Dairəsi

Şikayət qismən təmin edilib

Pozulub

(İşə ədalətli baxılmayıb)

5.

Əkbərli İltizam Nizam oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması


79 saylı İmişli Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

6.

İsgəndərli Şəkər Şükür qızı

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

48 saylı Yevlax Seçki Dairəsindən

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

7.

Məmmədzadə Nizami Kamil oğlu

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

27 saylı Sabunçu ikinci Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

8.

Qaya Əliyev İbad oğlu

İslahat Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

77 saylı Astara Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

9.

Abbasov Razi Umudəli oğlu

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

63 saylı Sabirabad Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

10.

Həziyev Seymur Məşgül oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

36 saylı Xətai dördüncü Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

11.

Hacıyev Xalid Bahadır oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

64 saylı Sabirabad İkinci Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

12.

Hacıyeva Yeganə Telman qızı

Müsavat” partiyasının deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

122saylı Xankəndi Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

13.

Qasımlı Əli Salah oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

14.

Behbudov Elçin Tofiq oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb


MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

17 saylı Yasamal üçüncü Seçki

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

15.

Əliyev Fuad Ağası oğlu

Liberal Demokrat” Partiyasının deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

16.

Mənsimov İlqar İsmayıl oğlun

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

23 saylı Nəsimi-Səbail üçüncü Seçki Dairəsi



Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

17.

Əliyev İntiqam Kamil oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb


MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması


43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

18.

Cahangirova Nazilə Soltanlı qızı

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

50 saylı Qobustan-Sumqayıt Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

19.

Tahirov Oqtay Ağca oğlu

Müsavat” partiyasının deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

20.

Cəbrayılova Rahilə Qaçay qızı

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb


MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

96 saylı Goranboy Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

21.

Məmmədov Şakir Məmmədəli oğlu

KXCP”-nın deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

22.

Mirələmli Təzəxan Məhərrəm oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

23.

Xuduzadə Eldəniz Yaqub oğlu

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

26 saylı Sabunçu birinci Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

24.

Məcidli Elnur Abdulla oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

94 saylı Bərdə Kənd Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

25.

Məmmədov Əlizamin Məmmədsəlim oğlunun

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb


MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

31 saylı Suraxanı ikinci Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

26.

Məcidov Arzuman Məcid oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

74 saylı Lənkəran Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

27.

Əhmədov Zaur Qalib oğlu

İslahat Seçki Bloku” nun deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

53 saylı Quba-Qusar Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

28

Ağayev Qaraxan Zilfi oğlu

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

11 saylı Qaradağ Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

29.

Zəki Mirzəkulla Mirövlə oğlu

KXCP”-nın vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

66 saylı Biləsuvar Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

30.

Şirinova Xədicə Seyfəddin qızı

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb


MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

98 saylı Şəmkir şəhər Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

31.

Əliyev Vüqar Sabir oğlu

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi



MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

95 saylı Tərtər

Seçki Dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

32.

Soltanov Səxavət Soltan oğlu

AXCP-Müsavat Seçki Bloku” nun deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

33.

Atakişiyev Məmi İmran oğlu

deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb


MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

79 saylı İmişli Seçki dairəsi

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

34.

Gülalıyev Vəzir Ataxan oğlu

Qarabağ Seçki Bloku” nun deputatlığa vahid namizədi




MSK-nın qərarının ləğv edilməsi və deputatlığa namizədliyin qeydə alınması

57 saylı Kürdəmir

Seçki Dairəsi.

Şikayət təmin

edilməyib

Pozulub

(İşə ədalətli baxılmayıb)

Bakı Apellyasiya Məhkəməsində aparılan monitorinqlərin nəticəsində məlum olub ki, məhkəmə işlərə ərizəçilərin seçki və ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla baxıb. Bu pozuntuları aşağıdakı kimi qruplaşdırmaq olar:



Çəkişmə və tərəflərin məhkəmə qarşısında bərbərliyi pozulmuşdur:

- MSK Seçki Məcəlləsinin tələblərinə əsasən şikayətçilərə verməli olduğu sənədləri, yəni imzaların yoxlanılması barədə protokolu və cədvəli onlara vermədiyindən namizədlər məhkəmədə şikayət ərizələrini müdafiə etməkdə çətinlik çəkiblər. Həmin sənədlərlə tanış olmaq üçün verilən vəsatətlər isə əksər hallarda məhkəmə tərəfindən rədd edilib.

- hakimlər əksər hallarda bitərəf olmaq əvəzinə, MSK-nın nümayəndəsinin tərəfini tutub və şikayətçinin çıxışına imkan verməyib.

- şikayətçinin şahidlərinin dindirilməsi və təqdim olunan sübutların araşdırılması barədə vəsatətləri heç bir əsas gətirilmədən rədd edilib.



QEYD: Bakı Apellyasiya Məhkəməsi 2010-cu il 25 oktyabr tarixinə kimi baxdığı işlərdə imzaların yoxlanılması ilə bağlı məhkəmə ekspertizasının keçirilməsi üçün verilən vəsatətləri heç bir əsas göstərmədən rədd edib. Lakin 25 oktyabr tarixindən başlayaraq məhkəmə kollegiyaları bütün şikayətlərlə bağlı ekspertiza təyin etməyə başlayıb.

Sübutetmə vəzifəsi ilə bağlı:

Məhkəmə seçki pozuntuları ilə bağlı şikayətləri rədd edərkən əksər hallarda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmiş və qətnamələrdə göstərmişdir ki, şikayətçilər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməyiblər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olan halları sübut etmək vəzifəsini bu aktı qəbul edən orqanın üzərinə qoyur.

Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 287-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul edən orqanın üzərinə düşür.

Məhkəmə qeyd edilən qanunun normalarına riayət etməmiş və bütün hallarda MSK-nın nümayəndəsinin heç bir fakta söykənməyən izahatlarını və tərtib etdikləri protokolları mötəbər sübut kimi qəbul edərək şikayətləri rədd etmişdir.

  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə