Satinalmalar üZRƏ XÜsusi BİLDİRİŞ azərbaycan milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi (mstkxl) Kredit No: 7460-az tenderə dəvət




Yüklə 11.99 Kb.
tarix20.04.2016
ölçüsü11.99 Kb.
SATINALMALAR ÜZRƏ XÜSUSİ BİLDİRİŞ
AZƏRBAYCAN
Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi (MSTKXL)
Kredit No: 7460-AZ
Tenderə dəvət

Müqavilələr:

DB/7460/LV/012/153 Şamaxı rayonunda çirkab su təmizləmə qurğusunun tikintisi

DB/7460/LV/012/154 Qəbələ rayonunda çirkab su təmizləmə qurğusunun tikintisi

Azərbaycan Respublikası Hökuməti “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsinin” maliyyələşdirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına kredit əldə etmək üçün müraciət etmiş və kredit vəsaitlərinin bir hissəsinin aşağıda verilmiş işlərin həyata keçirilməsi üçün ayrılmasını nəzərdə tutur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti müqavilələrin tikintisi və tamamlanması üzrə seçilmək hüququna malik iddiaçılardan öz təkliflərini təqdim etməyə dəvət edir:

ÇSTQ 1: Şamaxı rayonu üçün çirkab su təmizləmə qurğusunun və əlaqəli strukturların tikintisi


ÇSTQ 2: Qəbələ rayonu üçün çirkab su təmizləmə qurğusunun və əlaqəli strukturların tikintisi
Beynəlxalq Müsabiqəli Tender Dünya Bankının Bir mərhələli Tender Proseduruna müvafiq həyata keçiriləcəkdir.

Bu təklif hər iki lot üçün hissə və paketlər əsasında yerinə yetirilir. İddiaçılar hər hansı bir müqavilə və ya birgə müqavilələr üçün təklif verə bilər. Onların ixtisas uyğunluğu, belə iddiaçıların III Bölmədə təsvir olunan bütöv ixtisas uyğunluğunun müəyyən edilməsi meyarlarının yerinə yetirilməsi təmin olunmaqla, bir və ya iki müqavilə üçün müəyyən oluna bilər. İddiaçılara bir və ya bir neçə müqavilələrin (hissələr) qalibi üzrə təkliflərində çarpaz güzəştləri təklif etmək üçün icazə verilir. Bütün təkliflər və birgə təkliflər eyni son təqdim etmə tarixinədək qəbul edilməli və Borcalanın aşağı qiymətləndirilmiş təklifi və ya birgə təklifi müəyyən etməsi üçün açılmalı və eyni zamanda qiymətləndirməlidir.

Maraqlanan iddiaçılar daha ətraflı məlumatı və tender sənədlərini Layihə İdarəetmə Qrupunun ofisindən əldə edib nəzərdən keçirə bilərlər:

Bakı, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi 6

ZİP Code: AZ 1114, Azərbaycan

Telefon: + 994 12 569 54 23 / 27 / 29

Faks: + 994 12 569 54 15

İddiaçılar üçün Təlimatda və Müqavilənin Ümumi Şərtlərində olan müddəalar Dünya Bankının Layihələndirmə, Təchizat və Quraşdırmanın Satınalması üzrə Standart Tender Sənədlərində əks olunan müddəalardır.

Tender təklifləri ÇSTQ 1 Tender Paketi üçün 200.000 (iki yüz min) ABŞ dolları və ÇSTQ 2 Tender Paketi üçün 120.000 (yüz iyirmi min) ABŞ dolları həcmində Tender Zəmanəti ilə birlikdə aşağıda qeyd olunan ünvana 3 iyun 2011-ci il saat 16:00-dan gec olmamaq şərti ilə çatdırılmalıdır. Tender zəmanətləri hər bir tender üçün ayrı-ayrılıqda təmin edilməlidir.

Maraqlanan iddiaçılar ingilis dilində tender sənədlərinin tam dəstini yazılı formada ərizə təqdim etdikdən və geri qaytarılmayan 160 AZN (yüz altmış Azərbaycan manatı) və ya 200 (iki yüz) ABŞ dolları aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra yuxarıda qeyd olunan ünvandan əldə edə bilərlər. Tələb olunduğu təqdirdə, əlavə geri qaytarılmayan 200 AZN (iki yüz Azərbaycan manatı) və ya 250 (iki yüz əlli) ABŞ dolları eyni hesaba birbaşa köçürməklə sənəd kuryer vasitəsilə göndərilə bilər.

Benefisiarın adı: “Azərsu” ASC

  INTP:   9900003611

  Benefisiarın Bankı:    “Kapital Bank” 1 saylı Nəsimi filialı

  Yerli valyuta ilə hesab No: 33070019441100216111

  Xarici valyuta ilə hesab No: 33170019441100216111

  Kod:   200112

  SWIFT Code:   AIIBAZ 2X

Təkliflər 3 iyun 2011-ci il saat 16:00-da iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə aşağıdakı ünvanda açılacaqdır:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Moskva pros. 67, AZ1012



Konfrans zalı, 5-ci mərtəbə

Azərbaycan, Bakı, AZ1012


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə