Salyan şəhərinin ərazisində qrunt sularının səviyyəsinin aşağı salınması üzrə işlərin IV mərhələsi




Yüklə 5.55 Kb.
tarix21.04.2016
ölçüsü5.55 Kb.
Salyan şəhərinin ərazisində qrunt sularının səviyyəsinin aşağı salınması üzrə işlərin IV mərhələsi” layihəsinin icrası üzrə sifarişçi funksiyaları Salyan Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

200s



 

Bakı şəhəri, 26 iyul 2011-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Salyan Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü"ndə nəzərdə tutulmuş "Salyan şəhərinin ərazisində qrunt sularının səviyyəsinin aşağı salınması üzrə işlərin IV mərhələsi" layihəsinin icrası üzrə sifarişçi funksiyaları Salyan Rayon İcra Hakimiyyətinə həvalə edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



 

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə