Şakir Ulubəyli (Bozqurdlar Vadisi)




Yüklə 1.33 Mb.
səhifə14/19
tarix22.02.2016
ölçüsü1.33 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

Həyatı


Mirzə Bala Məmmədzadə 1898-ci il mayın 24-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olmuşdur. Uşaqlığı Bakıda Çəmbərəkənd deyilən yerdə keçmişdir. Burada rus-tatar məktəbində ibtidai təhsil almışdır (1907-1914). Tələbəlik illərində "Nəf eli və yaxud elmin sonu" adlı kitabçasını "Kaspi" mətbəəsində çap etdirmişdir. (1912). "Məhəmmədiyyə" dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. Bakı texniki sənaye məktəbində təhsilini davam etdirir. Bu dövrdə "Azərbaycan", "Gənclik sədası" və s. qəzetlərdə arabir çıxış edir. Azərbaycanda Xalq Cümhuriyyəti yarandığı vaxtdan (1918-ci il 28 may) onun möhkəmlənməsi uğrunda mübarizəyə qoşulur. Onun redaktorluğu ilə "Gənclər yurdu" jurnalı (Müsavat Partiyasının nəzdində yaranan "Gənclər cəmiyyəti"nin orqanı) nəşr olunur (1918-ci il 23 iyul). Tbilisidə "İki inqilab arasında" (1918) kitabı kütləvi tirajla buraxılır. Burada 1905-1917-ci illərdə Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr və s. tarixinə ümumi bir nəzər salınmışdır. "Müsavat"ın Bakı komitəsinə üzv seçilir. "Bakı uğrunda mübarizə" pyesi 1919-cu il sentyabrın 16-da Azərbaycan teatr səhnəsində tamaşaya qoyulmuşdur. 1920-ci illərdə Azərbaycan Ali Xalq təsərrüfatı şurasında tərcüməçi, orta məktəblərdə müəllim kimi çalışır, eyni zamanda "Yeni yıldız" jurnalında Azərbaycan tarixi haqqında silsilə məqalələrlə çıxış edir. "Azərbaycan türk mətbuatı" (1922) kitabını nəşr etdirir. XI Ordunun işğalına qarşı gizli mübarizə komitəsinin tapşırığı ilə mətbəə yaradır, "İstiqlal" adlı qəzet dərc edir. İctimai-siyasi vəziyyət kəskinləşəndə gizli komitənin köməyi ilə gəmi ilə İranın Ənzəli şəhərinə mühacirət edir (1923). Sonra İstanbulda məskunlaşır (1927). Burada "Azəri türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" jurnalları ilə əməkdaşlıq edir. Eyni zamanda İstanbul Universitetinin hüquq fakültəsində təhsilini davam etdirir. *1931-ci ildə M. B. Məmmədzadə də M. Ə. Rəsulzadə və digər mühacirlərlə birlikdə Türkiyəni tərk edib Polşada yaşamaq məcburiyyətində qalır. "İslam ensiklopediyası" və "Türk islam ensiklopediyası" üçün sifarişlə məqalə-oçerklər yazmışdır. Berlində "Milli Azərbaycan hərəkatı" (1938), "Milli Azərbaycan "Müsavat" Xalq Partiyasının tarixi" kitabları nəşr olunmuşdur. M.B.Məmmədzadə 1954-cü ildə "Amerika Komitəsi"nin Münhen şəhərində açdığı "Sovet Birliyini öyrənən institut"da direktor və direktor müavini vəzifəsində çalışır. Burada "Dərgi" məcmuəsində çıxış edir. "Yeni Qafqaziyyə", "Azəri türk", "İstiqlal", "Qurtuluş", "Azərbaycan yurd bilgisi", "Milliyyət", "Kommunizmlə mücadilə", "Sabah" və s. mühacirətdə çıxan onlarla qəzet və jurnallarda külli miqdarda publisistik məqalələri çap olunmuşdur. Onun məqalələri "Mirzə Bala", "Nuhoğlu», "A.Kut", "M.B.Məmmədzadə", "M.B.Daşdəmir", "Əli Kutluq" imzaları ilə çıxmışdır. 1959-cu il martın 8-də İstanbulda qəflətən ürək xəstəliyindən vəfat etmiş, Qaraca Əhməd məzarlığında dəfn olunmuşdur.

===========================================================================Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) - ictimai xadim, jurnalist, pedaqoq və yazıçı.




Həyatı


Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən olub.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

Fəaliyyəti


Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.1901-ci ildı çapdan çıxan " İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir (1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyəti'ndə o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir).

Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Divahi" adlı özünümüdafiə təşkilatı yaradır.

Osmanlı imperiyasında geniş vüs`ət almiş "Gənc Türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş kongresinə prezident seçilir. 1909 cu ilin Oktyabrında Istanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.

1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad ve Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olmuşdur.

1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.

Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində calişmişdır.

Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir.

1923-cü ildə Qars Vilayəti millətvəkili olaraq 2. Dönəm TBMM'sinə (1923 -1927) iştirak edir.

Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir


1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə