Şakir Ulubəyli (Bozqurdlar Vadisi)




Yüklə 1.33 Mb.
səhifə10/19
tarix22.02.2016
ölçüsü1.33 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Ə

Biz Türkük və Ulu Türk millətinin nüvəsini təşkil edirik.Yerləşdiymiz ərazi Turanın mərkəzidir. Bizim özümüzdən başqa bütün millətlər bizim kimliyimizi bilir.Bu millətin nə qədər böyük intelekt imkanlaraına malik olduğunu, ərazimizin geosiyasi baxımdan nə qədər əlverişli olduğunu biz qiymətləndirə bilməsəkdə başqaları bilir.

Bizə dövlət qurmağa yüzillərlə imkan verməsələrdə biz bir mükəmməl millət olduğumuzu zorla da olsa sübut edib dövlət qurmuşuq. Lakin o, dövləti, millətin rifahına xidmət etməyə imkan verməyiblər.

Zaman- zaman Türk ziyalısını,Türk zədəganını və Türk igidlərini, hərbiçilərini,uydurma ittihamlarla həbs edib, bir çoxlarına qarşı terror törədərək məh ediblər.

Bu siyasət dünəndə var idi bu gündə davam edir və biz TÜRK MİLLƏTİ

OLMAYANA QƏDƏR DAVAM EDƏCƏK.

Amma buna dur deməyin vaxtı çatmayıbmı ƏFƏNDİLƏR?

Düşmən siyasətinin mahiyyətində, Azərbaycan xalqının nüvəsini təşkil edən TÜRK millətinin milli mənəvi dəyərlərini deqredasiyaya uğradıb, son nəticədə onun genefondunu məhf etmək məqsədi durur.

Ərəb xilafəti,Fars şovinizm, Rus imperiya siyasəti və bunların hər üçünə zəhər daçıyan, qanımıza susamış erməni daşnakları min illər boyu bizim dövlətçiliyimizə ağır zərbələr vurmuşlar.

Xalq ayağa qalxıb öz müstəqill dövlətini quran zaman, rus,fars, ermənilər və daxildən bu siyasəti dəstəkləyən daxili düşmənlər, buna qarşı çıxaraq, onu devirməyə çalışırlar.Hakimiyyətə o qüvvələrin gəlməyinə çalışırlar ki, o, həm rus, həm fars, həm də ermənilərin mənafeyinə xidmət etsinlər.

AZƏRBAYCAN XALQINI təşkil edən millətlərin və etnik qurupların əsasını, səkkiz milyonunu türklər təşkil edir.Bütün zərbələr bu etnosun sıradan çıxarılmasına, onun ZiİYALILARININ,YERLİ TÜRK İŞ ADAMLARININ, TÜRK MİLLİ SYASƏTÇİLƏRİNİN MƏHF EDİLMƏSİNƏ yönəlib.

Biz, irqçi,solçu, şovinist millətçi deyilik,Biz yüksəlişin, inkişafın disturunu bildiyimiz üçün bunları açıqlığı ilə yazırıq. Böyük millətin dilini, təhsilini, elmini, mədəniyyətini, əxlaqını hərraca qoyub, bazar dəllallarının ixtiyarına verəndən sonra, kiçik etnik qrupların adət ənənəsini, dilini məhf etməyə nə var ki.


* İran molla dövləti tezliknən işğal olunacaq. NATO dövlətləri bu bəradə daima xəbərdarlıqlar etməsinə baxmayaraq molla rejimi Iran xalqının məhf olunması təhlükəsinə baxmayaraq öz məkrli iddialarından əl çəkmədilər.

Bu münaqişədə ən çox zərər çəkən Azərbaycan dövləti və Azərbaycan türkləri olacaq.Bizim əzəli və əbədi düşmənimiz olan ermənilər bu məqamdan istifadə edib yeni ərazilər iddiasında ola bilərlər.Yüz minlərlə millətdaşımız İrandan bura pənah gətirəcəyi təqdirdə çox mürəkkəb vəziyyət yarana bilər.

Azərbayacan türkləri ayıq olmalı, taleyinə biganə qalmamalıdır.
Azərbycan Türklərinin birliyinə nail olmaq üçün, bu birliyə mane olan Ideoloji, dini, hüquqi və dini səbəbləri araşdırıb tədqiq edib aradan qaldırmaqla mümkündür.Dışmənlərimiz daima bu ziddiyətlərdən istifadə edib bizi parçalayır, dövlətimizi zəiflədirlər.

Milli birliyə zərər verən ən klasik faktorlardn biri, dini təriqət, sünni-şiə fərqidir.

Digəri isə 20-ci əsrdə formalaşmış, sol təmayüllü siyasi cərəyan tərəfdarlarının, dövlətçiliyə fərqli baxışlarıdır.

Azərbaycan Dövlətinin qüdrətli olmasını təmin edən ən başlıca şərtlərdən biri milli birlikdir..

Azərbaycan Türkləri bir dini təriqətə və Türk milli mənəvi dəyələr sistemi üzərində qurulmuş, bir milli idielogiyaya əsaslanan MİLLİ Dövlət siyasəti formalaşdırmalıdır.

Min illər boyu bu Azərbaycan ərazisində hakimiyyət uğrunda xalqın ən dəyərli nümayəndələri məhf edilmişdir. Heç bir tayfa, nəsil digərininə güzəştdə getməmiş, düşmənlə güzli saziş bağlayarq öz millətdaşının qanını axıtmışdır.

Azərbaycanda heç bir vaxt qanunui hakimiyyət dəyişikliyi baş verməmiş, vəzifədən gedən, yeni gələnin əlini sıxıb ona xeyir-dua verməmişdir.

Bu günki iqtidar da necə fəaliyyət göstərməsinə baxmayaraq bizimdir, bu xalqın övladlarıdır.Nə qədər biz iki yerə parçalanıb bir- birimizin qanın axıdırıq, düşmən millətlərdə bundan istifadə edib, həm sərvətimizi, həmdə torpaqlarımızı talamalıdırlar.

Olmazmı ki, hakimiyyətdə olan özünü ömürlük hesab edib hər-cür qanunsuzluq etməsin, hakimiyyətə gələndə ona düşmən gözü ilə baxıb ondan nəsilliklə qisas almasın.

Əgər mövcud hakimiyyət, bu illər ərzində respublikada heç bir qlobal problemi həll edə bilmirsə, deməli bunu ehtiraf etməklə, könüllü olaraq hakimiyyət dəyişilməsinə rəhbərlik etməlidir.

Azərbaycan ziyalısı o dövlət başçısıyla fəxr edəcək ki, bütün demokratik prinsipləriə əməl etməklə, azad,ədalətli,şəffaf secki keçirərək xalqın ən istedadlı nümayəndələrini hakimiyyətə gətirib, onların əlini sıxıb, uğurlar arzulasın.

Bax onda bu gün həlli çətin olan problemlər çox asanlıqla öz həllini tapacaq, heç bir dövlət bizə təzyiq edə bilməyəcək.

Hakimiyyət bir qrup mafiozun girovuna çevrilməməli, xalqın taleyini düşünməlidir.

Bu addım ziyalı, dövlət adamı, elm xadimləri olan böyük nəslin Azərbaycan tarixində oynadı əhəmiyyətli fəaliyyətə, parlaq bir tövfə olardı.

Azərbaycan Türk millətçiliyinin əsasları (1)

Millətçilik dünyagörüşdür,

O,insanda o vaxt yaranmağa başlayır ki, həmin insanda müdrikləşmə prosesi gedir, ictimai şüur formalaşır,öz milli mənini təsdiq etmək istəyir.

Millətçilik ziyalı dünyagörüşüdür.Öz millətini toplum səviyyəsindən, milli şüura sahib millət səviyyəsinə qaldırır.

Millətçilik geriyə deyil, irəliyə, inkişafa doğru istiqamətlənmiş milli ideyadır.Sən öz şəxsi “mənini” deyil, mənsub olduğun millətin ictimai “mənini” təsdiq etmək üçün ən kamil və sənə döğma olanını,- millətçi dünyagörüşü seçirsən.

Eqoist düşüncədən, özünü millətə qurban vermə fəlsəfəsinə yiyələnməklə bütün istedad və qabiliyyətini şəxsi mənafe üçün deyil, ümumi milli mənafe üçün sərf edirsən.

Bizim ziyalı dediyimiz və bu gündə xatirəsini yad etdiyimiz, yaratdıqlarını göz bəbyi kimi qorumağa çalışdığımız, şəxsiyyətlər, bizim millətin həytında millətləşmə prosesinin sürətlənməsində böyük işlər görmüşlər.

Türk millətinin mənəvi sərvətinə çevrilmiş elə dəyərlər var ki, həm müqəddəs varlıq kimi qorunmalı, həmdə onu yaradanlara qarşı millət yaşadıqçan sayğı duyulmalıdır.Azərbaycan türklərinin mənəvi sərvətinə çevrilmiş dahilər var ki, zaman –zaman onlar hansısa hakimiyyət nümayəndəsinin göstərişi ilə,unutdurulur, qadağan olunur, hətda təhqir olunur. Bu AZƏRBAYCAN Türklərinin həyatında fövqəladə işlər görmüş dahilərdir ki, hərdən adama elə gəlir ki, məgər onların sahibi yoxdurmu, biz onlara sahib çıxmasaq kim onları qoruyacaq , saxlayacaq.

Heç kim, nə dini rəhbərlər, nə rejimlər, nə padşahlar, nə də prezidentlər müəyənləşdirə bilməz ki,kim millətin qiymətli şəxsiyyətidir, kim isə deyil, bunu yalnız millətin özü, tarixi, və mənəvi yaddaşı zəka süzgəcindən keçirib gələcək nəsillərə çatdıracaq.

70-il hakim olmuş sovet irtica rejimi bizim bütün türklüyümüzü, məhf etmək siyasəti yeritisədə, qısa bir zaman da özləri tarixin zibiliklərinə atıldılar və indi onları gənc nəsil heç tanımır.


Mən o fəlsəfə ilə razıyam ki, bəşəriyyət inkişaf etdikcən, kainatda elə mürəkkəb, və təhlükəli hadisələr baş verəcək ki, hələ də milli düşüncəyə sahib olmadıqları üçün, inkişaf səviyyəsindən geri alan millətlər bu cür fəlakətlər qarşısında aciz qalacaq.

Millət olmuş aliləşmiş, qüdrətli dövlət qurmuş, xalqlar belə hadisələrin qarşısını asanlıqla alacaqlar.

Eyni ilə, hər hansı bir dövləti yaradan xalqın ən istedadlı və ağıllı insanları hakimiyyətdə olmalıdır ki, həmin dövlətdə demokratik inkişaf olsun, ən zəkalı insanlar, dövlət tərəfindən, qiymətləndirilsin və onlar həm mənsub olduğu millətə, həmdə bəşəriyyətə kömək etsinlər.

Ədalətin qoruyucusu olan Türk millətinin millətçi dünyagörüşünün təqdim etdiyi idarə etmə forması, demokratik prisiplərə əsaslanan azad ədalətli bir sistemdir.

********


Mən millətçilk anlamının türkçülük anlayışı ilə eyniləşdirərək, bunların hər ikisinin mahiyyətinin bir olduğunu nəzərə çztdırmaq istəyirəm. Çünki bizim Azərbaycan Türk millətçiliyi dediyimiz vaxt , bu ümumi Türk milli mənəvi dəyərlər sisteminin tərkib hissəsi olmaqla bir mənbədən qidalanır- Tük millətindən.

Türk millətçiliyi haqda danışanda , Azərbaycanda 1988-ci ildə başlanan milli azadlıq hərəkatının vüsət aldığı dövrdə əldən-ələ gəzən Ziya Göyalpın Türkçülüyün əsasları kimi fundamental bir əsər haqda yazmamaq mümkün deyil.

*O, yazır; Bu aydınlaşdırılmalardan anlaşılır ki, MİLLƏT nə irqə, nə qövmə, nə coğrafiyaya , nə siyasətə, nə də iradəyə,bağlı bir topluluq deyildir.MİLLƏT eyni dilə, dinə,şifahi və yazılı ədəbiyyata, eyni əxlaqa, tarixə, dövlətçilik ənənələrinə,estetika baxımından ortaq olan, eyni tərbiyəni görmüş,-eyni kültürə- malik fərdlərdən ibarət zümrədir.*

*Türkçülüyün ilk ataları Osmanlı dönəmində, Əhməd Vefir paşa ilə Süleyman paşadır.*

Elə həmin zamanlarda Rusiyada iki böyük türkçü bütün millətçilərin öyündüyü ,fəxr etdiy böyük mütəfəkkir, Mirzə Fətəli Axundzadə və

Və Krımda “Tərcüman” qəzetinini çıxardan Qaspıralı İsmaildir.

Bunlrın təsiri ilə “Turan” şeyiri ilə “Turançılıq” ülgüsünü- ideyasını ilk ortaya qoyan Əli bəy Hüseynzadə müasir tükçülüyn ən böyük simalarından biridir.

(Əli bəy Hüseynzadə) (Qaspıralı İsmail)

Mirzə Fətəli Axundzadə haqda bəziləri haqqı danaraq, ya bilərəkdən, yada türk olduğu üçün qəsdən o, böyük şəxsiyyətə layiq olmayan fikirlər yazdılar. Bəlkə onlar dərk etmədilər ki, Türk millətinin müqəddəs hesab etdiyi dühalar haqda ona layiq olmayan heç bir fikir söyləmək olmaz. Ümumiyyətlə həyatını dəyişmış, və millət üçün misilsiz xəzinə qoyub getmiş millətçilər var ki, heç kəsin onların haqda onu aşağılamaq məqsədi ilə heç bir fəaliyyətdə buluna bilməzlər.

Əgər belə bir niyyətdə bulunsalar,.........qarşılarında türk millətçilərini görəcəklər.

Dinlərdə imamlara qoyulan hörmət ehtiram qədər, millət həyatında da onun ziyalılarına o səviyyədə hörmət və ehtiram bəslənilməlidir.

Millətçiliyin mahiyətindən doğur ziyalılara, yaradıcı insanlara, alimlərə, ehtiram.

Mirzə Fətəli Axundzadədən sonra yüzlərlə türk millətçisi yetişdi və onlar həyatlarını təhlükə altında qoyaraq milətimizin şüurunda ziya işığı

yandırdılar.




Ziyalı.

Dövləti və milləti yolunda təmənnsasız, heç bir niyyət güdmədən, istedadını,həyatını şam kimi əridən kamil insanlardır ZİYALILAR.

Hakimiyyətdə müəyyən vəzifə tutan ziyalı, haqqın yox, mövcud iqtidarın siyasətinə xidmət edəcək və ziyalı adına xələl gətirəcək.Hakimiyyət uğrunda mübarizə aparan müxalifət partiyasında səlahiyyət sahibi olan ziyalı hakimiyyətə gəlmək üçün həqiqətin yanında ola bilməyəcək.Ziyalı xalqın içində elə bir təbəqə olmalıdır ki nə iqtidarın, nə müxalifətin, siyasi mövqeyini müdafiə etməsin, haqqı, həqiqəti xalqı, dövləti müdafiə etsin.

Lazım olan anda həm iqtidar nümayəndələrini, həm də müxalifət mənsublarını tənbeh edib onları düz yola gətirmək səviyyəsində olsun.Sərt ciddi, intizamlı bir ordu kimi dövlətin ən böhranlı anında irəli çıxıb, ağsaqqallıq edə bilsin.Prezidentədə, Ana müxalifət partiyasının başqanınada, özlərini dövlətçilik mövqeyindən aparmaları haqda xəbərdarlıq edə bilmək səviyyəsində olsun.

Hal – hazırda indiki iqtidara belə bir missiyanı yerinə yetirən ziyalılar lazım deyil. Çünki bunlar hər şeyi satın aldıqları kimi bəzi ziyalılarıda satın alıb müxtəlif təşkilatlar altında birləşdiriblər.Xalq bu ziyalı qruplarına inanmır desəm bir az mədəni yanşma olar,- nifrət edir- daha düzgün ifadə olar. Müxalifətin yanında çox əqidəli, ancaq sayca cox az ziyalı var, bunlar həyatlarını ideyaya qurban vermiş inqilabçılardır. Nəzərə almaq lazımdır ki bütün ziyalılar, yaradıcı təbəqə, inqilab və çaxnaşmalardan kənar insanlardır. Onlar inqilabi şərait yarananda, dəyişikliyin ziyalı mərhələsi gələndə həmişə xalqın önündə olacaqlar.

Dünyada yeganə xalq bizik ki, düşməni daima içimizdə axtarmaqla yanaşı, rəqib seçəndə də kənar millətlərdən deyil həmişə öz daxilimizdən arayırıq..Bizim çox dəyərli dühalarımızıda, başqa millətlərin dahiləri ilə müqaisə etmək əvəzinə bir birinə qarşı qoyuruq. Sanki bir qısqanclıq mikrobu salınıb bizim təfəkkürümüzə və biz yüz illərdir bu naqislik kompleksindən qurtula bilmirik.

Bu rəqabət digər sahələrdə, nə qədər zərərlidirsə ictimai-siyasi müstəvidə xalqımıza olduqca böyük ziyanlar vuraraq, dövlətçiliyimizi daima təhlükə qarşısında qoyur.Eyni xalqın hakimiyyətdə olan və hakimiyyətə gəlməyə çalışan dəyərli insanlarını bir –birinə qanlı düşmən edərək, bütün diqqəti əsl düşmənlərdən yayındırırlar.Bu təxribatı törədən kimlərdir və bunu necə törədirlər.?

Hakimiyyətdə olan türk siyasətçisi ilə , müxalifətdə olan türk siyasətçisini müqaisə edək. Hər ikisi bizim millətin övladıdır.Hər ikisi jüksək səviyyəli ictimai siyasi xadimdir.Biri hakimiyyətdədir, biri hakimiyyətə gəlmək uğrunda mübarizə aparır.İlk baxışda fikirləşmək olar ki, bunlar arasıdakı rəqabət, mübarizə, SİYASİ MÜBARİZƏ olmalıdır. Çünki heç kim hakimiyyəti mübarizəsiz digərinə vermək istəmir.Lakin reallıqda necə olduğunu bütün çürkinliklərinə qədər xalqımız bilir.Mən dəqiq bilirəm ki, nə hakimiyyətdəki siyasətçi, nədə müxalifətçi lider bir- brinə bu qədər kəskin nifrəti onların öz əxlaqından və mədəniyyətlərindən gəlmir.

Bu kabinetlərdə düşünülmüş, çox dəqiqliklə hasablanmış və xüsusi adamlar tərəfindən daima qızışdırılan təxribatdır.Mən hakimiyyətdə oan siyasətçinin ətrafında olan adamların,müxalifət nümayəndəsinin şəxsi haqda dediklərinin necə yanlış olduğunu və informasiya təxribatçısının girovuna çevrildiyini təəssüflə qarşılıyıramsa, müxalifət liderinin ətrafında olanların da qarşı tərəfin səxsi haqda dediyi cavablarada təəssüflənirəm.Bu hakimiyyətdə olan siyasətçinin əxaqının ifadəsi deyil, onun ətrafında olan, özünü onun müdafiəcisi kimi göstərməyə çalışan əqli cəhətdən, qabiliyyət baxımından naqis olmaqla bərabər xalqa və dövlətçiliyə təhlükəli olan ,çox məkrli bir qrupun daima oynadığı çirkin oyunların kiçik bir hissədir.

Siyasətdə, ictimayətdə, fəal olan, millətimizin dəyərli insanlrını bir- birinə düşmən edən və bir mənbədən zəhər götürən BU QRUP HAKİMİYYƏTİN ƏN YÜKSƏK SƏVİYYƏLƏRİNDƏ TƏMSİL OLUNURLAR.

Biz ermənilərlə yalnız cəbhədə savaşmırıq,biz içimizdəki bizə ikinci cəbhə açan, hamımın yaxşı tanıdıqı bu ideoloqların fəaliyyətinə dur demiyənə qədər, heç bir inkişafdan, demokratiyadan , azad seçkidən danışmağa dəyməz.

Xalq və ziyalı.


Ziyalı, müdrikləşmə dövrünü yaşayan millətlərin və xalqların bəşəriyyətə töhvələr verən dühalarıdır.

Ziyalı, hər bir xalqın özünü qoruma instinkini daima ayıq saxlayan, milli və mənəvi dəyərləri qoruyan və onu inkişaf etdirən, həmişə xalqın önündə gedən, ömrünü təmənnasız olaraq xalqının savadlanmasına həsr edən, öz xalqının mədəniyyətini, elmini,əxlaqını digər dünya millətlərinə çatdıran,tarixin sərt dönəmlərində, xalqın həyatına təhlükə törənəndə özünü qurban verməyi bacaran nurlu insanlardır.

Xalqın uman yei, güvənc qalası, son ümüdi,arxalandığı möhtəşəm cüc mərkəzi,son eşidəcəyi müqəddəs söz, xalqın yeganə tabe olduğu müqəddəslərdir Ziyalılar.

Bir xalqın keçmişi, bu günü, gələcəyidir Ziyalı.


Gözmün nuru Millətim!
Son illər başımıza gələn müsübətlər sənin gözlərinin qarşısında baş vermədimi. Ziyalılardan şikayət etməyə, küsməyə, haqqın çoxdur. Lakin hərdən ziyalıların da qəlbinə dəyən bəzi hadisələr olur. Çox zaman səni ucuz şoularla, məzhəkələrlə, yalançı şüarlarla yoldan sapdırmağa çalışırlar. Bəzən məqsədlərinə nail olurlar.Bəzən görürsən ki, məclislərinin başında, ziyalı, müdrük, kamil insanlar kənarda qalır, pullu nadanlar otururlar. Xalqın- sənin sərvətlərini talayan məmurların anti milli siyasətini bəlağətlə tərifləyən sonrada döşündən asdığı ordeni az qala əsl ziyalının gözünə soxmağa çalışan bu ştatlı “ziyalılar” a elə heyranlıqla tamaşa etdiyini görəndə əsl ziyalılar gedib o dünyanı görüb gəlirlər.
Müdrük millətimiz!

Sən əgər qəddar rejimlərin hakimiyyəti dövründə öz ziyalılarını qorumasan, bohran vəziyyətlərdə ziyalılar necə hadisələrin qabağında gedə bilər?.


Əzabkeş Millətimiz!

Bir xalqı yer üzündən silmək üçün onun ziyasını,intelektini,ziyalısını məhf etmək bəs edər və necəki anti-xalq rejimləri bu represiya siyasətini zaman –zaman aparıblar..


Tarix yaradan Millətim!

Qəlbinə dəymək istəməsəm də ziyalılarla əlaqədar tariximizdə baş vermiş bəzi hadisələri yada salmaq istərdim,

Nəsimini gözümüzün qabağında dərisin soydular, biz ehtiraz etmədik, bizim xalqın ziyası idi,

Məhəmməd Fizuli dolanmaq üçün şahın bürokrat məmurlaraına ağız açdı,məgər o dövrdə bizim xalqın varlı tacirləri , feodalları yoxudurmu bu gün poeziyamıza günəş kimi şəfəq saçan, eşq və paklıq şairi Füzulimizin minimum ehtiyacalrını ödəyə bilsin.

Mirzə Ələkbər Sabiri müalicə etmək üçün bir neçə mollanın bir eyş-işrət məclisinə xərclənən pulun yarısı kifayət edərdi, lakin biz onu qoruya bilmədik türk düşmənlərinin hücumlarından qoyuya bilmədik,


Türk millətçiliyinin banilərindən biri, azman ziyalı, mütəfəkkir, Mirzə Fətəli Axundovun cənazəsi mollaların fitvası ilə üç gün ortada qaldı.

Mirzə Cəlil Məmmədquluzadə kimi milli Türk ziyalısı, soyuqdan, kasıbçılıqdan ömrünün sonunda hamamda bilet satan kassir kimi ürəyi partladı. O, dövrdə imkanlı millət üzvləri onu təmin edə bilməzdilərmi?

İncimə ulu Millətim!

Əgər bizim Millətin varlı nümayəndələri qumara,əcnəbi xanımlara verdikləri pulun cüzi bir hissəsini, həyatını xalq yolunda qurban verən ziyalıların fəaliyyət göstərmələrinə kömək etsələr, onda bizim nə torpaqlarımız işğal olunar, nə imperiyalar cürət edib bizi nəzarətdə saxlaya bilər , nə də hansısa hakimiyyət bizim milli ləyaqətimizi alçalda bilər..


Dəyərli Millətim!

Mikayıl Müşviq kimi parlaq istedadı həbs etdilər,nə qəbri məlumdur, nə güllələndiyi yer, sanki bu heç bir millətə mənsub deyildir, ailəsindən başqa heç kim onu axtarmadı,kim deyirki etiraz etmək mümkün deyildi, mümkün idi əgər biz millət olsaydıq, başqa millətlər kimi qaranlıq və cəhalətdə uyumasaydıq, qırmızı saqqal mollaların cəfəng uydurmalarından xumarlanmasaydıq millətimizin hər bir ziyalısınıda qoruyardıq, Müstəqil Cümhuriyyətimizi qoruya bilərdik,



TÜRK millətinin ən müqəddəs çəxsiyyətlərindən biri, Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarına, erməni və ruslar gözümüzün qarşısında divan tutdular,

1937 ci ildə xalqımızın ən dəyərli insanlarını, ziyalılarını ,alimlərini, mütəfəkkirlərini həbs etdilər, sürgünə göndərdilər,güllələdilər, niyə üsyan etmədik.

Axı biz sayı milyonlarla olan ulu türk millətindənik. Kim bizi o səviyyədən gətirib, müti, qorxaq, ləyaqətsiz hala saldı. Ərəblər dini fanatizmi pərdəsi altda Azərbaycan Türk ziyalısını kütləvi sürətdə sorğusuz, məhkəməsiz bir bədəvi ərəb şeyxinin (murdarının) fitvası ilə boynunu vurdurdu. Fars irqçi siyasətinə dini rəng qataraq min illərdir Türk ziyalısını, azadlıq mübarizəsi aparanları, türkçüləri dar ağacından asır. ELƏ BU GÜNDƏ BAX ELƏ SƏN BUNU OXUYANDA BELƏ Iranda minlərlə türk fars irqçilərinin zindanında can verir biz susuruq.

Səməd Vurğunu KQB kabinetlərində ölüm təhdidi ilə çərlədib əlli yaşında öldürdülər, xalqın ən sevimli şairini görəsən müdafiə etmək olmazdımı.

Ruslar kommunizmi adlı uydurma cəfəngiyatı ilə beyinləri zəhərləyib əvvəl eyni ailədən iki qardaşı , biri kasıb ,biri varlını üz-üzə qoydu bir-birinə qırdırdı.Sonra qolçomaq və bəy deyib, millətin aparıcı qüvvəsini sürgünə göndərdi,. Vətən xaini, sinfi düşmən adı ilə isə minlərlə türk elitasını, mütəfəkkirini, dahisini, ziyalısını, üç nəfər türk düşmənənin qurduğu oyuncaq məhkəmə vasitəsi ilə məhf elədilər. Biz sanki elə belə olmalıdır deyib heç bir etiraz etmədik.

Niyə?

Biz bir canlı orqanizmi olan millət deyildikmi? Axı o canlı orqanizmin başın kəsirdilər, məgər bir insanın baçın kəsəndə insan heç müqavimət göstərməzmi.



Şıxali Qurbanov kimi dühanı, bu gün orta və yaşlı nəslin gözü qarşısında iynə vurub öldürdülər, onun xeyr duası ilə keçirilən Novruz bayramında milyonlarla insan iştirak etdiyi halda, bu cinayətə etiraz edən bir neçə adam tapılmadı,


Məmməd Arazın şeyrləri ilə müstəqillik savaşı apardıq, lakin onu iflic edənlərə savaş aça bilmədik cəzalandıra bilmədik,

Dözümlü millətim!


Bu yazdıqlarım tariximizdə olan hadisələrin cüzi bi hissəsidir.Son yüz ildə baş verən eybəcərliklər bütün tarix boyu olanlardan daha dəhşətlidir.Buna son qoymağın vaxtıdır.

Əsl ziyalılar sağlığında öz qiymətlərini almasalarda onlar yenədə həyatlarını döğma xalqının yolunda qurban verməyə hazırdırlar,

Üzünü ziyalılara çevir əziz xalqım!

_

*Bizim irəli sürdüyümüz millətçilik, həm irqçilərin, həm də romantik millətçilərin düşüncələrindən kəskin fərqlənir.



Çünki millətçiliyin mahiyyətində milli ziyalı təfəkkürü əsas mahiyyət qaynağı olmasa, o milliyətçiliyin heç bir faydası olmayacaq. Bəlkədə zərəri daha çox olacaq.

Bizim millətçi baxışlarımız ziyalı dünyagrüşdür. Çünki, ziyalı dünyagörüş həm demokratik, həm mərkəzçi, həm barışdırıca, həm zəngin, həm də ali ideyalara xidmət edən bəşəri təfəkkür sistemidir.

Milli ziyalı dünyagörüşü, fərqli fikir və düşüncə sahiblərini, milli əməkşi və zəhmətkeşləri, milli iş adamları, sahibkarları və istehsalçıları, və intelekt sahiblərini bir amal ətrafında birləşdirməyə qadirdir.

Bizim millətimizin elə nümayəndələri var ki, onlar artıq kültür səviyyəsindən , bəşəri mədədniyyət səviyyəsinə daxil olublar. Bəzən onlar fikirlərini heç ana dilində belə ifadə edə bilmirlər.İlk baxışda elə fikirləşmək olar ki, onlar artıq milli şüurdan uzaqlaşıblar, onlara qarşı ögey münasibət göstərmək lazımdır.

Əksinə, biz elə ziyalılara daha yüksək qiymət verməli, onları qorumalı, və dünya səviyyəsinə çıxmağa yardımçı olmalıyıq. Biz millətimizi dünyada tanıda biləcək

körkəmli insanlara, millətimizi başqa millətlər yanında təmsil etməyə qadir olduqlarına görə dahada mötəbər yanaşmalıyıq.

Kültürü zənginləşdirənlərlə, mədəniyyətimizi zənginləşdirən zyalıların hər iki zümrəsini qarşı-qarşı qoymamalı, hər ikisini milli sərvətimiz kimi qiymətləndirməliyik.

Professor Nizami Cəfərovun milli kültür xəzinəsini, dünya mədəniyyət arenasına çıxardan Maqsud İbrahimbəyovun hər ikisinə millətimizin ən dəyərli övladalrı kimi sayqı ilə yanaşmalıyılıq.

Dünya mədəniyyətində bizim millətimizi təmsil etməyə layiq insanların, təkəbbürlü davranışı, əddası , manerası, məğrurluğu, başqa dilləri yaxşı bildiyi üçün fikrini o dildə ifadə etməsi belə ona münasibəıti dəyişməmizə səbəb olmamalıdır, o bizimdir, bizim millətin nümayəndələridir, təmsilçimizdir, onları qorumalıyıq.

Millətçi dünyagörüş, qapalı, statik, bir sistem deyil, o inkişaf edir, müasir dünya ilə həmahəngdir və o, milli mənəvi dəyərləri yüz illərlə irəliyə aparmağı bacarır.

Biz romantik millətçilikdən, sərt Avropa millətçiliyinə keçid etməliyik.

Özünü qurban verməyə hazır olmaq, öz zəhmətini qurban vermək, öz əmmlakını qurban vermə mənəvi zənginliyə yetmənin təzahürü kimi, zəkalı insanların müstəsna xüsusiyyətləridir. Öz “mən”ini, ümuminin, millətin mənafeyinə təslim etmə, özünü müdafiə instinkinin ali formasıdır.

Həqiqi insan mədəniyyətiini ilkin təzahürləri,ən əvvəl bu xarakterdə olan insanların sayının artması və hər an, şəxsi istəklərini millətin istəyinə qurban veriləndə meydan çıxırdı. Ancaq belə məqamlarda, belə möhtəşəm işlər görmüş ziyalıların qiymətini vaxtında verməsələrdə,onların yaratdıqları gələcək nəsillər üçün əvəz olunmaz xeyir gətiridi.Anlamq lazımdır ki,çox sayda vicdanlı insasnlar çox sadə həyat tərzi sürsələr də,özlərini millətin mənafeyinə həsr edirdilər ki, millət üçün gözəl həyat yaratsınlar. Hər bir əməkçi, məmur, iş adamı, həkim, müəllim, bir sözlə, kim millət üçün zəhmət çəkirsə,özünün də nə vaxtsa varlana biləcəyini qarşısına məqsəd qoymadan çalışırsa onlar ən ali ideyanın daşıyıcıları kimi müstəsna hörmətə layiqdirlər.

Hansı insan öz həyatını millətin müdafiəsinə və inkişafının təmin olunmasına sərf edirsə, bu özünü qurban vermənin ən ali formasıdır, yalnız bu yolla millət ziyalılarının yaratdıqlarını qorumaq olar, yalnız bu yolla təbiətin ilahi qüvvəsinin əksinə olan ideyalrdan qurtulmaq olar.

Hər bir insan mənsub olduğu millət qarşısında məsuldur,borcu yerinə yetirmək özünə xidmət deyil, millətə xidmət deməkdir.Bu prinsipdən yaranan fəaliyyəti idealist, özünü düşünənləri eqoist adlandırırıq. Gözlərimizin qarşısına, hansı dövlət quruluşu olmağından asılı olmayaraq,hansı padşahın, dövlət başçısının, prezidentin hakimiyyəti olmağından asılı olmayaraq,böyük fədakarlıqlar etmiş millətimizin böyük dühaları gəlir.Bütün təhlükələrə baxmadan əllərinə düşən kiçicik imkandan belə millətinin mənafeyinə xidmət ediblər.İstər Nizamimiz olsun, Nəsimimiz, Fizulimiz, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil , Sabir, Hadi, Həsən Bəy Zərdabi, Əli bəy Hüseynzadə, Səməd Mənsur, Cavid, Müşviq, Cəfər Cabbarlı, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Vahid, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Şəhriyar, Xəlil Rza, İsmayıl Şıxlı, Məmməd Araz, və dünyasını dəyişmiş yüzlərlə türk millətçisi, millət tariximizin ən uca zirvəsində dayanan müqəddəslərimizdir.

Bəli mən bu sözün əsl mənasında deyirəm müqəddəslik mərtəbəsinə ucalmış türklərdir.Dinlərdə imamlar olan kimi onlar da bizim Türk millətinin imamlıq şərəfinə layiq görülmüş ziyalılarıdır.

Niyədə olmasın? Məgər Türklərdən imam ola bilməzmi, məgər yuxarıda adlarını sadaladığım insanlar türk millətinin həyatında , dində imamların gördüyü qədər işlər görməmişlərmi. Biz niyə öz millətimizin dühalarına qiymət verəndə, başqa millətlərin dahilərinə verdiymiz kimi səxaxətli olmayaq.

Bizim dünya görüş elə bir hərəkatın yaranmasını diqtə edir ki, bu hərəkat özünün ana xətti kimi, millət içərisindən belə qiyməıtli ziyalları tapıb axtarsın, onun irsini təbliğ etsin , qorusun gələcək nəsillərə çatdırsın.Hal –hazırda yaşayan fəaliyyət göstərən milli ziyallarımızada sağlığında qiymətini versin və onun imkanlarının daha da genişlənməsi üçün şərait yaratsın. Dövlətin elə insanlara köməyi ola bilər, lakin millətin özü bu cür dahilərin qorunmasına çalışmalıdır.




Həqiqətən idealizmi ayrıca bir insanın maraqlarını , ehtiyacalrını, həyatını millətin mənafeyinə tabe etdirməsi kimi anlaşılmalıdır.Yalnız bu cür tabeçilik millətin yaranmasını təmin edə bilər. Bu mənada idealizm təbiətin dərin tələblərinə, yüksək hökmünə tam uyğundur.Təbiətin dərin elmi və idealizmi bir –birini inkar etmir üst-üstə düşür.Hansı millətlərdə belə idealizmi yox olursa, həmuin anda o, millətin həyatında özünü qoruma instinkinin qida mənbəyi də məhf olur, çox keçmir ki, o millətin, ərazisi, və maddi mənəvi dəyərləri digər millətlər tərəfindən mənimsənilir.

Hansı millətin həyatında eqoizmi üstünlük təşkil edirsə, o millətin zümrələri arasında,- intelekt- gənclik- iş adamları, ağıl- pul- güc arasındakı əlaqələr zəifləyir, milli əlaqələr pozulur həmin millət tənəzzülə uğrayır.Hər kəs öz xoşbəxtliyi dalınca qaçsa, son nəticədə heç nəyə qadir ola bilməz, yalnız milli birlik vasitəsi ilə bütöv milləti xoşbəxt etmək və son nəticədə o, millətin ayrı-ayrı nümayəndələrinin də firavan həyat tərzi ilə təmin etmək olar.

Gələcək nəsillər o insanları qiymətləndirib yaşadacaq ki, öz “mən”ini, öz xoşbəxtliyini, öz həyatını millətin mənafeyinə qurban vermişdir.. O, insanlar daima millətin qan yaddaşında həkk olacaq ki, o insanlar,öz millətinə sadiq olmuş, bütün xoşbəxt həyatını bu müqəddəs işə sərf etmişdir. Öz zamanında ola bilər ki, belə adamlar müxtəlif hökmdarlar, hakimiyyətlər tərəfindən təqib olunsunlar, həbs edilsinlər,lakin millət o insanların fədəkarlığını, aliliyini, müqəddəsliyini həm öz sağlığında həmdə dünyalarını dəyişəndən sonra da heç vaxt unutmayacaqlar.

Ən acı həqiqət budur ki, Azərbaycan türkləri sayı artıq əlli milyona çatmsına baxmayaraq dünyada özünün layiq olduğu məqama çata bilməyib,əraziləri bölünüb, müxtəlif dövlətlərdə , müxtəlif əlifba, dil, din fərqləri ilə dağınıq vəziyətdədir.Yüzlərlə təşkilatlar yaranmış, onların fəaliyyətləri hələdə lazım olan nəticəni verməyibdir. Cənublu millətdaşlarımız tərəfindən yaradılmış təşkilatların heç birində konseptual formada milətçilik məsələləri öz həllini tapmamışdır.

Bizim millətçi dünyagörüşün yaradacağı hərəkat Azərbaycan Türk millətinin azadlaq hərəkatı olacaq və qarşısındakı təxirəsalınmaz möhtəşəm vəzifə, işğal ounmuş əraziləri geri qaytarmaqla, Azərbaycanı birləşdirmək, və Türkiyə dövləti ilə konfederativ əsaslarla münasibətlər qurmaq.

*Hədəf Turandır.*

* Dünyanın heç bir gücü türk millətinin qarşısında tab gətirə bilməz əgər biz millət olsaq.*

***Bunun üçün ən birinci addım Azərbaycan türklərinə ( şimallı, cənublu, şərqli, qərbli) türk millətçi dünyagörüşə malik elmli, savadlı,TÜRK dini rəhbər lazımdır.****



Bir millət özünün azadlığı uğrunda mübarizə aparmağa qadir deyilsə, deməli o, millət bütöv halda yer üzündə yaşamağa layiq deyildir.Öz mövcudluğunun davam etməsi uğrunda mübarizə apara bilməyən qorxaq millət üçün bu çarpışan, yaşamaq uğrunda savaşan cəngəvər dünyada yer yoxdur.

O, partiya və hərəkat millətə, möhtəşəm dünyagörüş təqdim edə bilərsə, o zaman bu hərəkat fövqəladə qüvvəyə malik olub milləti azadlığa qovuşdurar. İnsanlara, onların mənsub olduğu millətin milli ruhundan, mənəvi dəyərlərindən, cazibədar və doğma olan ikinci bir qüvvə olmadığı üçün, bizim dünyagörüşümüz, dünyanı dərk etmə fəlsəfəmiz, və təfəkkürümüz türk milli mənəvi dəyərlərinin təməli üzərində təşəkkül tapmalıdır.

Azad olmaq, müstəqil dövlət qurmaq, sərvətinin yiyəsi olmaq, firavan yaşamaq istəyirsənsə, yüz min illik qan yaddaşına, türk milli mənəvi dəyərlərinə sahib ol.

Hər bir Türk üçün ən doğma dünyagörüş, millətçi dünyagörüşdür, Qalan dinlər, ideyalar (kommunizm), təlimlər,proqramlar, siyasi ideologiyalar, puç, əfsanə və türk beynini işğal etmək üçün bir avantüradır

Ali insanlar ali ideyalara qulluq etmək üçün yaşayırlar, eyni zaman da ali ideyalarsız insan cəmiyyətinin özüdə mövcudluğunu itirə bilər,ən ali ideya isə milli azadlıq ideyasıdır.

Lakin milli azadlıq ideyası, yalnız hissiyatların, emosiyalrın, ehtirasların şiddəti ilə həyata keçə bilməz.Bizim milli ideyamız, bütövləşməyə, birləşməyə istiqamətlənməklə Bütöv Azərbaycanın müstəqiliyi, müxtəlif ölkələrdə yaşayan Azərbaycan Türklərini, əzəmətli bir təşkiltda birləşdirməklə mümükün olacaqdır.

Millət üçün min dəfə düzgün, cəlbedici, xeyirli ideya, millətin həyatında o vaxt praktiki əhmiyyətə malik olacaq ki, həmin dünyagürüşün prinsipləri , partiya və hərəkatın prinsipləri ilə üst-üstə düşsün.Biz ümumi türk millətçiliyindən, dəqiq proqrama döğru getməli, ümumu ideyalarrdan biz gərək müəyən siyasi inanclar ayırmalıyıq. Bizim dünyagürüşümüzə, görə dövlət qurmaq prinsipial olaraq məqsəd deyil,vasitədir.Məqsəd isə millətin inkişafının təminatı, ərazilərin qorunması, dünyada millətimizin yeri və rolunun müəyənləşdirilməsi və bəşəriyyətə verəcəıyimiz töhfələrdir.

Millətçilik ideyası kütlə anlayışından, şəxsiyyət anlayışını ayırmaqla, süni bərabərlik modelləri irəli sürən təlimlərin anti milli və dağıdıcı olduğunu bəyan edir.Millətçilik insaniyyətin seçilmiş dühalarının ideyallaşdırılmasının vacibliyinə inanaır, çünki bu mahiyətdə millətin mövcudluğunun təməlini görür.

Bizim millətçi düyagörüşümüz, təbiətin həqiqi tələbləri ilə əl-ələ verib ali təkminləşməyə və yaradıcı qüvvələrin qələbəsini təmin edəcək azad oyunun bərpa olunmasına kömək olacaqdır.

Millətçi dünyagörüşə təşkilatı ifadə verilməsi, bu ideyaları dəqiq və aydın formalaşdırılması ilə mümkündür. Ehkamlar din üçün nə qədər böyük rol oynayırsa, partiyamız üçün bu prinsiplərin böyük əhəmiyyəti var. Millətçi ideyaların qələbəsi, güclü, və intizamlı, mütəşəkkil bir partiya təşkilatı yaratmaqla mümkündür.Bizim Millətçi baxışlarımız o vaxt qələbə çalacaq ki, bizim ideyalarımız, millətimizin ümumi milli ideyalarına çevrilmiş olsun.

Məhz buna gürə ilkin vəzifə ondan ibarətdir ki, ideyaların bütün rəngarəngliyindən, ali və mərkəzi ideyaları seçib, onlara son ehkamlar forması vermək, hansılarının ki, ətrafında boyük insan potensialını birləşdirmək olar. Başqa sözlə desək ümumi millətçi dünyagörüşdən, Dünyəvi Bozqurd partiyası, dövrün bütün özünəməxsusluğunu, günün bütün praktiki tələblərini, üzləşdiyimiz problemləri nəzərə alaraq daha əsaslı olanını seçir, . Partiya müəyyən inanc simvolarını hazırlayır və proqram əsasında biz ciddi təmərküzləşmiş təşkilat qururuq.

Əgər biz, millətçi ideyalarımızın qeyri- müəyyən ideya olaraq qalmasını istəmiriksə, real praktik uğurlara nail olmaq istəyiriksə, gərək elə cəlbedici tezislər formalaşdıraq ki, onlar öz forma və məzmununa görə bütün Azərbaycan Türklərini toplamağa qadir olsun. Kim bizim millətçi hərəkatımızın qələbə çalmasını istəyisə, o bilməlidir ki,uğur üçün , intelektual, qətiyyətli, və böyük maliyyə potensialına malik təşkilat yaratmaq, ikinci isə bu milli hərəkatın məramnaməsinə dəyişikliklərə məruz qalmayan tezislər daxil etmək lazımdır. Millətçi ideyalarımızı qələbə ilə təmin etmək üçün biz gərək Millətin bütün zümrələrini, ziyalıları, əməkçiləri,məmurları, istehsalçıları, biznesmenləri,təsərrüfat adamlarını, birləşdirən bir təşkilat yaradaq.

Millətin dirçəlişi ilk növbədə həmin millətin özünümüdafiə instinkinin sağlamlaşdırılması ilə mümükündür.

Azərbaycan türklərinin yüksəlişini, onun milli özünü müdafiə instinkinin dirçəldilməsi əsasında mümükün oduğunu dərk etsək, onsuz da, az-çox milli əhval ruhiyyəli zümrəni cəlb etməklə yanaşı, ilk növbədə anti- milli kütlələrə milli ideyanın təlqin edilməsi vacibdir. Müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və bütün Azərbaycan türklərinin yaşadıqları ərazi ilə birgə, bir dövlət iradəsi daxilində firavan yaşaması vəzifəsini öz qarşısına məqsəd qoyan Dünyəvi Bozqurd Partiyası millətin bütün zümrələrini fəth etməyi bacarmalıdır.

Bizim yenicə yaranmaqda olan milli burjaziya bu gün ona görə belə aciz vəziyyətdədir ki, o milli qüvvələrə yardım etmir, onları axtarmır,onların inkişafına kömək etmir, çünki onlarda milli hissiyat zəifdir. Bu səbəbdəndir ki, xarici şirkətlər istehsalın böyük bir hissəsini nəzarətdə saxlamaqla, sərvətlərimizi sümürərək öz dövlətlərinə aparırlar.

Nə qədər ki bizim iş adamları onlara qarşı yönəlmiş bu anti milli siyasəti dərk etməyəcəkləri təqdirdə, böyük işlər görmək iqtidarında olmayacaqlar.

Bir fikri çox uca səslə bizim bəzi anti milli şürlu vətəndaşlarımıza demək istəyirəm ki, Avropanın hər hansı bir dövlətində hakimiyyət milliyətçi ruhda olmasa onu heç bir gündə hakimiyyətdə saxlamaz o millət.Milliyətçi ruhlu qüvvələri hakimiyyətə, isə milli burjaziya gətirir.Milli siyasətlə,milli iqtisadiyyatın vəhtədindən yaranır qüdrətli dövlət.Əgər hər hansı bir ölkədə, maddi sərvətlərin idarə olunması yad qüvvələrin əlindədirsə, deməli o ölkənin vətəndaşları müstəqill dövlətlərinin olması iddiasında ola bilməzlər.Hətta mən onları ikiqat əsarətdə olmalalrını qeyd edə bilərəm.

Uzağı görməyən məhdud düşüncəli ,vəzifə sahibləri, iş adamları, müəyyən sərvət və əmlak sahibləri başa düşməlidilər ki, əgər biz milli həmrəyliyə nail olmasaq, möhkəm təsərrüfat inkişafı mümükün deyil.

Uzun illər formalaşmış, beyinləri beynəlmuləlçilik, kosmopilitizm ilə zəhərlənmiş zəhmetkeş kütlələrin , böyük sərvətə malik müstəqill iş adamlarına münasibətlərini tənzimləmək üçün milli şüurda böyük dəyişikliklər etmək lazım olacaq.

Sol təmayüllü qüvvələr, bolşeviklər,solçular adalndırılan kommunist təfəkkürlü rejimlər,on illərlə beyinləri zəhərliyəcək dərəcədə öz təbliğatlarını aparmışlar. Başqasının zəhməti hesbına qazanılmış sərvəti , quldurluq yolu ilə ələ keçirmiş rejimlər, sonradan həmin sərvəti idarə edə bilməyəcək dərəcədə səriştəsiz olduqlarının gördülər. Bu bir virusdur ki, quruplar və partiyalar yaradıb, kasıbların beyinlərinin zəhərləməklə, yoldan çıxarıb, çevrilişlər yolu ilə bir anda varlanmaq kimi əxlaqsız bir cinyətin əsasını qoyanlar,ehtiyacı olan insanları deyil, yalnız öz maraqların təmin olunmasına çalışıblar. Onlar bu gündə fəaliyyətdədirlər, təkamülün yaratdığı təbii seçmənin əlehinə gedən bu mənfur quldurlar TÜRK millətinə böyük zərərlər yetirirlər. Hakimiyyətdə olan Türk məmurlarına qarşı min cür iftiralar ataraq, milli burjaziyanın yaranmağına imkan vermirlər.

Millətçi qüvvələr bəyan edir, hakimiyyətdə olan,zəngin idarə etmə və istehsal təcrübəsinə malik, böyük sərvət sahibləri , o, əmlakı hansı yolla qazandığından asılı olmayaraq,onu millətimizin rifahı naminə istifadə edirsə biz onu müdafiə edəcəyik. Biz hər əlli ildə, varlanmış, sərvət sahibi olan milli iş adamlarını, düşmən millətlərin fitvası ilə təqiblərə məruz qalmasına imkan verməməliyik.

Biz dünya varlıları içərisində nə qədər, türk milyarderi görəcəyiksə , o qədər qürur hissi keçirəcəyik.

Millətçi dünyagörüşün əsaslarından biri budur ki, alimlərimizə, ziyalılarımıza, varlı şəxslərimizə münasibətdə, həm onların milli fəaliyyəti ilə öyünməliyik, həmdə onların türk olduqları üçün qürur duymalıyıq.

Milli zəhmətkeşin, milli sahibkara münasibətində hər iki tərəf belə bir inama sahib olmalıdılar ki, milli iqtisadiyatın çiçəklənməsi zəhmətkeşlərin maddi rifah halını yaxşılaşdıracaq, milli ruhlu sahibkar və rəhbərlər isə bilməlidilər ki, onların müəssisəsinin işçilərinin təminatı, onların istehsal sahəsinin çüçəklənməsinin təməl daşıdır. Həm milli zəhmətkeşlər, həmdə milli sahibkarlar eyni cürə millətin xidmətçiləridirlər, onun tapşırıqlarını yerinə yetirirlər. Biz belə bir dəmir qanunun hokmüranlıq etməsinə çalışmalıyıq ki, millətin və vətənin mənafeyi bir bütöv kimi, müxtəlif ixtisasların, qrupların mənafelərindən üstündür.

Millətçi hərəkatımız millətimizə aydınlaşdırmalıdır ki, xırdalıqlardan, kiçik hissilərdən, əl çəkib ən əsas məsələlərdə milli birliyə nail olsun, ikinci dərəcəli problemlərə öz qüvvəsini sərf etməsin və heç vaxt yaddan çıxarmasın ki, bizim üçün əsas məqsəd- millətimizin mövcudluğu üçün möhtəşəm mübarizədir.

Bizim üçün ən böyük düşmən,o dövlətdir ki, o bizi yaşamaq hququndan məhrum edir.

Bizim hərəkat millətimizin gözünü açmalıdır ki, düşmənin harada olduğunu görsün və nifrətini millətimizin həqiqi düşməninə və bütün əzabların əsil günahkarına qarşı yönəltsin.

Qoy bizim rəhbərimiz ağıl, qüvvəmiz polad iradə olsun!

Qoy bizim müqəddəs milli borc anlayışımız, millətimiz qarşısında duran qlobal problemlərin həllində bizə kömək olsun!

Bütün işlərdə Tanrımız Türk millətinə yar olsun!



Dördüncü bölüm

*Özmüz-özümüzü aldatdığımız yetər.

Biz fəlakətin astanasındayıq, milli şüurumuzu itirmək təhlükəsi ilə üz-üzə qalmışıq, tariximizi və kültürümüzü, ədəbiyyatımızı, mənəviyyatımızı unutmaq faciəsi ilə qarşı-qarşıyayıq.*




Azərbaycan Türk millətçiliyinin əsasları (2)

----------------------------------------------------------------------

Bizim türk millətçi dünyagörüşə görə dövlət,əvvəllər də qeyd etdiyimiz kimi,məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. Döğrudur dövlətsiz insan mədəniyyəti inkişaf edə bilməz. Lakin dövlətin özü mədəniyyətin əsas faktoru sayıla bilməz. Mədəniyyətin əsas faktoru onu yaradan millətin varlığıdır.

Digər təlim və dünyagörüçlərdə, dövlət anlayışına siyasi baxış ondan ibarətdir ki, guya dövlət milli amil ilə heç bir əlaqəsi yoxdur. Döğrudur dövlət anlayışı altda müəyyən təsərrüfat və yaradıcı qüvvələr, ən yaxşı halda isə,- öz siyasi hakimiyyətinin genişləndirmək istəyən müəyyən insan birliyinin səyinin nəticəsi kimi başa düşülür.Bu cür anlayışlar, öz məntiqi inkişafı ilə milli faktoru və millətin dahi şəxsiyyətlərinin rolunu inkarına gətirib şıxaracaq. Bu isə bizim millətçi dünyagörüşümüzün əksinədir.

Dövlət millətə xidmət etmək üçün yaradılmışdır. Türk millətinin yaratdığı dövlətlərdə əsas məqsəd türk millətinin və həmin ərazilərdə yaşayan digər millətlərin daha firavan yaşamağına, mədəniyyətlərinin inkişafına, daha mükəmməl sistem təklif edilirdi. Hər bir millətin mədəni səviyyəsi, onun siyasi azadlığı, müstəqilliyi və dövlətinin qüdrəti ilə ölçülür.


Millətçi dünyagörüşə görə millət və ordu bir-biri ilə sıx bağlı olan canlı orqanizmidir.Millət vətəndaşlardan ibarət mülkü ordudur və o, istənilən anda döyüşən orduya çevrilib vətənin müdafiəsinə qaxmalıdır.
Hansı Türk öz yaradıcılığı ilə, millətimizin milli təfəkürünə ziya işığı salıb, onun idrak xəzinəsini zənginləşdiribsə onun irsini təbliğ etməliyik, sağ olan milli ziyalılarımızı isə qorumalı, və onun daha böyük işlər görməsi üçün şərait yaratmalıyıq.

Bizim millətin varlıları anlamalıdır ki, eyş-işrət, yemək içmək, villalar tikmək, xarici ölkələrdə keyf çəkməklə yanaşı ziyalılara kömək etmək müqəddəs vəzifədir. Son anda hər hansı hakimiyyət dəyişikliyi vaxtı xalqı ədalətli yola dəvət edən ziyalılar olacaq.

Bu gün Azərbaycan Türklərinin böyük ziyalıları və syasi və dövlət xadimləri var, biz sanki həmin insanları görmürük və ya görmək istəmirik.Bəziləri onların yaratdıqlarına görə deyil, onun siyasi mövqeylərinə görə qiymətləndirirlər.

Zəlimxan Yaqubun yazdıqları, dedikləri, gördükləri möhtəşəm fəaliyyəti bir tərəfdə qalıb, onun hansısa dövət xadiminə pərəstiş etməsi , bəziləri tərəfindən qısqanclıqla qarşılanır. Onun Azərbaycan Türklərinin ədəbiyyatına , aşıq sənətinə nə qədər böyük töhfələr verib, o taylı, bu taylı türklərin milli duyğularının, milli hissilərinin yüksəlişində nə qədər fədakarlıqlar etməsi gözümüzün qabağındadır.Onun bundan sonrada türk milləti üçün nə qədər möhtəşəm işlər görəcəyi bizim ona verdiyimiz qiymətdən asılı deyilmi.

Yazıçı Anarın, Azərbaycan Türklərinin milli mədəniyyətinə , tarixinə , kino sənətinə, sovet dönəmində olmasına baxmayaraq, nə qədər böyük dahiyənə sənət əsələri bəxş etdiyini hamımız bilirik. Çünki bu yaxın zamanlarda baş verib, Anar yaşayır, yaradır və Yazıçılar birliyinin sədridir.Onun, millətimizin birləşməsində,milli şüurun oyanmasında, qəhrəmanlıq tariximizdə olanları kinonun köməyi ilə yenidən canlandırıb gənc nəsillərə ərməğan etməyi bir kənarda qalıb, onun sədr olmağı daha çox diqqət mərkəzindədəir. Bu məqamda bir sual məni o qədər narahat edir ki, mən o sualı verməkdən özümü saxlaya bilmirəm. Bizim çox varlı və imkanlı millət nümayəndələrindən hansı birisi , və yaxud bizim bir özəl milli fondumuiz, yazıçı Anara, hər hansı bir maliyyə vəsaiti ayırıbmı,onu yaşayışını minimum təmin etmək üçün hər hansı vəsait veribmi?

Verməyib.

Onda ikinci bir sual yaranır. Bəs bu yaradıcı ziyalılar hansı vəsaitlə yaşamalı və yaratmalıdır. Rusiyadan gələn şou nümayəndəsinə yüz minlərlə pul xərcləyənlər ziyalıya bir manatda xərcləmək istəmir. Çünki bizim dediyimiz millətçi dünyagörüşü bax bu sistematik milli təfəkürün yaranması üçün vacibdir.

Hətda bəzi millət düşmənləri cürət edib Nizamini saray şairi adalndırırlar, Nəriman Nərimanov kommunist olub, Rəsul Rza Leninə poema yazıb, Səməd Vurğun Stalinə şeyir həsr edib,Xəlil Rza Heydər Əliyevi tərənnüm edib, deyə bu Türk dühalarını gözdən salmağa çalışırlar.

Şair Ramiz Rövşən gələcəkdə kimi prezident görmək istəyir, Əkrəm Əylisli hansı siyasi xadimin tərəfindədir,Elçin Əfəndiyev hansı vəzifəni aparır, Vaqif Səmədöğlu niyə parlamentin işində iştirak etdi, Seyran Səxavət kimə qarşıdır,Sabir Rüstəmxanlı niyə deputat oldu.Bu misalların sayın artıra bilərdim, çünki bu cür nümunələr o qədər çoxdur ki, növbəti bölümlərdə onları daha geniş təhlil edəcəyik.

Bu yaradıcı insanların hər biri Azərbaycan türklərinin dəyərli ziyalılarıdır və biz millətçi türklər bu ziyalıları yüksək qiymətləndiririk. Biz çox vaxt ətrafımızda, yanımızda, gözümüzün qarşısında olan dahiləri görmürük, onu qiymətləndirmirik, layiqli qiymətini vermirik. Biz Avropada milliyəti və şəxsiyyəti nəmalum bir yazıçının bir hekayəsini və romanını oxuyub, özümüzü savadlı göstərək deyə , onun dilimizə yatmayan adını gündə yüz dəfə çəkəndə, ondan daha imntelektual olan öz yaradıcı insanlarımızı heç oxumaq belə istəmirik. Məgər kiminsə siyasi baxışlarına görə onun millətimizə yararlı və ya yararsız olduğunu qiymətləndirmək olarmı.Məhşur alimimiz, dəyərli vətənpərvər akademikimiz Xudu Məmmədovun kommunistlərin dövründə yaşayıb, yaratmağı , onun milli ruhuna kölgə sala bildimi?

Ziyalılar, yaradıcılıq fəaliyyətində illərlə millətimizin milli şüurunun formalaşmağında əzəmətli işlər görürlər. Lakin onun siyasi mövqeyi, başqalarının syasi mövqeyindən fərlənirsə , əks mövqeydə olanlar onun bütün yaradacılığının üstündən qalın xətt çəkirlər. Millətçi dünyagörüş ziyalının siyasi mövqeyinə görə deyil , onun yaradıcılığının millətimizə verdiyi töhfələrin dəyəri ilə qiymətləndirir.Hər bir ziyalının yaradıcılığı min illərlə millət həyatında möhtəşəm işlər görəcək, onun siyasi mövqeyi isə unudulub gedəcək.Çünki ziyalı hansı dövlət quruluşu, siyasi sistem, və hansı diktatorun və ya demokratın hakimiyyətində yaşamağından asılı olmayaraq , yaşamalı, yaratmalı, gələcək nəsillər üçün qiymətli məlumatlar qoyub getməlidirlər, bu ziyalının həyata gələndə ona verilmiş missiyadır. Ona görə bəzən onlar daha böyük işlər görmək üçün siyasi mövqeylərindən istifadə edirlər. Çox vaxt SİYASİ MÖVQEY, ziyalının YARADICILIĞINA KÖMƏK etmək üçün müəyyənləşir.

Bizim millət öz möhtəşəmliyini yenidən özünə qaytarmaq üçün, gərək şəxsiyyəti qiymətləndirməyi və onun bütün hüquqlarının təsbit olunmasını bacarmalı, körkəmli türklərə hörmət hissini sistematik tərbiyyə etməlidir. Biz heç vaxt unutmamalıyıq ki, istedadlı şəxsiyyət inkişafın əsas aparıcısıdır, və hər bir böyük ideya və hər bir böyük fəaliyyət ancaq insanın yaradıcı qüvvəsinin bəhrəsidir və dahilərin möhtəşəmliyi qarşısında ehtiram göstərmək nəinki ədalətli, həmçinin Azərbaycan Türkünü bir fəaliyyətdə birləşdirən hadisədir.

Dünyada , elə bizim millətin tarixində, boyük imperiyaların yaranması, fəthlər, mədəni hadisələr, dövlət sahəsindəki əbədi işlər, bu və ya digər dahi Türkün adı ilə bağlıdır. Millətin tarixi yaddaşındakı şəxsiyyətə ehtiram göstərməkdən imtina etmək, bu dünyada böyük rəhbərlərə məxsus olan, milli birliyə təkan verəcək, cazibə qüvvəsindən imtina etmək deməkdir.

İnsanlar sınanda, bədbinləşəndə, millətlər dərin uğursuzluqlar məngənəsində sıxılanda, məhz o zaman onlara böyük dühalar lazım olur. Məhz bu zaman, bədbəxt insanlara, keçmişdən millətin dahi alimlərinin , qəhrəmanlarının, dövlət xadimlərinin ruhları baxır.O, insanlar ki, aclığa, xəstəliklərə, bədbəxtçiliyə, uğursuzluqlara qarşı mübarizə aparmış, öz həyatını millətinə qurban vermış, və millətinə xöşbəxt həyat yolu göstərə bilmişdir.

Azərbaycan Türkləri tarix boyu körkəmli şəxsiyyətləri ilə zəngin olmuşlar Təəssüflər olsun ki,milət həyatında mühüm işlər görmüş bu insanlar öz dövründə layiqli qiymətini almamış, millət tərəfindən müdafiə olunmamışdır.

Bizim millətçi hərəkat millətimizin bu nadir incilərini öz sağlığında qiymətləndirməyi bacarmalı və onu mənəvi sərvət kimi qorumalıdır. Yalnız bu yolla millətimizin birliyinə nail ola bilərik.Bu sistematik düşüncə tərzi ilə biz milli özünü müdafiə instinkinin cilalanmasına kömək etmiş olarıq.

*Bizim türk millətçi hərəkatının ruhunu, millətin keçmiş dövrlərdə apardığı mübarizələrin yaddaşda canlandırılması ilə yüksəltmək mümkündür. Millətin mübarizə tarixində qeyd olunmalı möhtəşəm hadisələri yeni nəsillərin təsəvvüründə təzələnməsinə can atılmalıdır. Çünki bəşəriyyətin əvvəllər malik olduğu füsunkar keçmişdən, imtina etməyə cəhd edənlər, millətə qiymətli heç nə verə bilməzlər.Keçmişdən, millət tarixindən kor-koranə imtina edənlər, və keçmişimizi ləkələməyə çalışan , fərdləri , qrupları, təşkilatları araşdırmalı, haqqında ciddi tədbirlər görmək lazımdır.
İslamdan qabaqki dövr araşdırılmalı, millətimizin bütün inciləri hətda o , islama zidd olsada belə , qorunmalı müasir gənclərə çatdırılmalıdır.

İslam dini qəbul ediləndən sonra, sovet dövrünə qədər, millətimizə məxsus bütün dahilərimizin əsərləri, kommunizmin puç olduğunun sübut edən bütün əsərlər çap olunmalı, tədqiq edilməlidir.Sovet dövründə yaradılan əsərlərdə milli tariximiz kimi müzakirə olunmalı ondan da imtina edilməməlidir.

Azərbaycan Türklərinin həyatının bütün mərhələləri hansı ideoloji sistemin hakimiyyətdə olmağından asılı olmayaraq, o bizim millətimizin tarixidir, o bizim yaşam tərzimiz, yaddaşımız və keçdiyimiz həyat mərhələsidir.

Əgər bizim islama qədər ki,türk tariximiz fanatik dindarlara xoş gəlmirsə , biz türk millətçiləri hökm edirik ki, millətimizin o dövrü dəqiqliklə araşdırılmalıdır.

Isalma qədər ki, milli tariximiz dəqiq araşdırılmamış, tədqiq olunmuş əsərlər, demək olar ki, qəsdən səhf mənbələrdən istifadə olunmaqla, Türkə aid bütün məlumatların gizlədilməsinə cəhd edilmişdir.

Bizim Türk, torpaqlarımızın Türk torpaqları olmadığını sübut etmək üçün böyük cənfəşanlıqlar göstərilmiş, tariximizi düşməncəsinə saxtalaşdırmışlar. Ən dəhşətlisi erməni , rus, fars, ərəb alimciklərinin, türk düşmənlərinin yaratdıqları saxta, anti türk mənbələrdən, elə onların müasir törəmələri gen-bol istifadə etməklə cild-cild kitablar yazaraq bütün məlumatalrı millətimizin əksinə qoymuşlar. Ərəblər İslamın ilkin dövrlərində yalnız tariximizi deyil, xarakterimizi, şüurumuzu, milli əxlaqımızı, düşüncə tərzimizi zorla din pərdəsi altda dəyişdirmiş, bizi kökümüzdən qoparmaq üçün islama qədər ki, bütün türk mənbələri yandırılmış və ya oğurlanaraq ərəb xanədanına aparılmışdır. O,dövrə qədər ki,nağıllarımız, əfsanələrimiz,mənəvi abidələrimiz ərəb təfəkkür sisteminə uyğunlaşdırılaraq çirkləndirilmişdir. Bu gün Azərbaycan Türklərinin milli xarakterində olan bütün naqisliklər, ərəblərin, farsalrın, və rusların işğalı nəticəsində düşüncələrimizə zorla yeridilmiş əclaflıqlardır.Bizi daima kölə etmək üçün, təfəkkürümüzdə naqisliklər kompleksi yaradaraq bizi azad inkişafdan geri salmışlar.

Çoxda uzaq olmayan tariximizdə “alkaş” rus işğalçıları 70-il ərzində nə qədər beynimizdə, təfəkkürümüzdə hansı yaramazlıqları etmişdilərsə, bədəvi ərəblər bundan min qat çoxunu ermişlər.Ruslar, biz türklərə qarşı ərəblərin elədikləri əclaflıq və yaramazlıqların hamısını davam etdirmiş, müasirləşdirmiş saxta tarixi daha da saxtalaşdıraraq, azərbaycan türklərinin adının tarix səhnəsindən silməyə cəhd etmişlər. Əgər bu gün müasir türk tarixini yazanların milliyəti ilə maraqlansaq məlum olar ki, onların çoxu heç türk deyil və ya istifadə etdikləri mənbələr, ya ərəb ya fars, yada rus tarixçilərin saxta cızma qaralarıdır.Azda olsda Sovet dövründə törədilmiş saxtakarlıqları bəyan edib qarşısın alsaqda , ərəblərin cinayətləri araşdırılmayıbdır. Buna cəhd edəndə isə fanatik dindarlar tərəfindən etirazlar səslənir və bu cinayətləri dinlə bağalamağa cəhd edirlər. Bu məsələlərin isə dinə heç bir aidiyyəti yoxdur.

Bu fikri yekunlaşdırmaq üçün ərəblərin Babək haqqında söylədikləri iftiraların nə qədər saxtakarlıqla gizlədilməsinin şahidi oluruq. İyirmi yeddi il böyük bir xilafə,t sayca cox az olan Türklərə qarçı vuruşub məğlub olduqlaraını etiraf ermək istəməyərək onun haqqqında iyrənc fikirlər səsləndiriblər.


Babək din pərdəsi altda vətənimizi işğal etmək istəyən vəhşi ərəblərə qarşı vuruşmuşdur.

Ateist kommunistlərin dövrü kimlərinsə xoşuna gəlmiyə bilər , amma bizim millətin tarixi olduğu üçün dəqiq tədqiq olunmalıdır. Biz keçmiş tariximizdən utanmamalıyıq, araşdırmalı, səhfləri üzə çıxarmalı və ibrət götürməliyik.

Nə dindarlar, nə ateistlər, nə müsəlman və nə digər təriqət nümayəndələri millət tarixində nə isə qadağan edib nəyə isə icazə vermək hüququna sahib ola bilməzlər.

Bütün yaradılmışlar, azad söz mühütində çap edilməli, təhlil olunmalı, ictimaiyyətin diqqətinə çatdırılmalıdır, millət özü aydınlaşdıra bilər ki, hansı əsər faydalıdır, hansı əsər daha böyük xeyir gətirə bilər.

Türk millətçiləri imkan verməməlidilərki, özünü ideoloq adlandıran bəzi səlahiyyət sahibləri, və dövlət məmurları, öz məmur inzibatçılığından, məkrli hikkəsindən istifadə edib, öz anti milli fikirlərini millətin beyninə zorla yeritsin və daha yararlı lakin hakimiyyətin ideyasına uyğun gəlməyən əsərlər qadağan olunsun.Ümumiyyətlə millətçi dünyagörüşə görə qadağalar, hətda millətçi idelogiyaya əks olan əsərlərin də qadağası yolverilməzdir. İnsanlar özləri müəyənləşdirməlidirlər ki, hansı təlim xeyirlidir hansı yox. Hansı əsərləri oxuyub əməl etmək lazımdır hansını yox. Bütün yazılanlar ortaya qoyulmalıdır, zənginlik içərisində millətin özü seçim etməlidir.
Yaşı doxsanı haqlamış el şairi Məhərrəm Mahi bir gün qürur hissi ilə mənə dediki, Səməd Vurğunun dahi olduğunu hələ gənc yaşlarımda dərk etmişdim. Səksən beş yaşım olanda bir daha onun əsərlərini diqqətlə oxudum, əlli yaşılı bir insanın idrakına bir daha heyran qaldım.Əgər mənfur sovet rejimində deyil, azad bir ölkədə yaşasaydı gör bəşəriyyət üçün necə dahiyanə əsərlər yaradardı.

Keçmişimizə nifrət, onu yayanların, bizim millətimizə olan pis niyyətinin təzahürü, kimi qiymətləndirməliyik. Milli hərəkatımız, öz milli keçmişimizdən başdansovdu imtina etməyəcək, əvvəlki milli fundamentin bütün yararlı hissələrindən istifadə edəcəkdir. Biz heç vaxt təəssüf etməyəcəyik ki, zamanın sınağından çıxmış həqiqətlərdən istifadə edirik, çünki bütün insan mədəniyyəti və insanın özü, təkamül zəncirinin nəticəsidir və bu zəncirin halqaları isə özündən əvvəlkilərin işini davam etdirən nəsillər tərəfindən hazırlanıb.

Milli azadlıq inqilabının məqsədi heç də bütün köhnənin dağıdılması, unutdurulması demək deyildir, məqsəd yararsız, milləti geriyə çəkən, onun inkişafını zəiflədən, milli kültüründən uzaqlaşdıran, mübarizə əzmini qıran,onu köləliyə salan, təlimlərdən, ideyalardan, adətlərdən, proqramlardan azad etmək, özülün yaralı hissələri üzərində Türk milli dəyərlərinin abidəsinin yaratmaq.

Hər gələn nəsil, əvvəlki nəsillərin yaratdıqlarından imtina və inkar mövqeyində dayanarsa o, millət başqa millətlərin ənənələrini qəbul edərərək çox tezliklə həmin millətin köləsinə çevrilər. Bu bizim tariximizdə dəfələrlə olub, ərəblər farslar və ruslar tərəfindən hər dəfə , həm ərazimizi, həm də milli yaddaşımızı işğal etməyə çalışıblar, lakin qismən nail olsalar da, gernetik kodun daşıyıcıları olan millətçilər tərəfindən milli yaddaşı, qan yaddaşını tamamilə unutdura bilməyib və bizi manqurtlaşdırmağı bacarmayıblar.

Birinci Millətimizin adını dəyişdirməyə cəhd ediblər. İndi sizə məlum olurmu ki, nə üçün bizi tatar, azəri, azərbaycanlı,adlandırıblar, kökümüzdən qopaq, kim olduğumuzu unudaq. Milli adımızla bərabər, keçmişimizi, mənəvi dəyərlərimizi, maddi mədəniyyətimizi də yaddan çıxardaq.

Mən dəfələrlə vurğulayıram ki, Milli yaddaşı, mənəvi dəyərlərimizi və bütünlüklə millətimizi,yaşadan , qoruyan, yaddaşlarda saxlayan , millətimizin ziyalısı və yaradıcı insanları,alimlərdir. Nə din xadimləir, nə iş adamları, nə idmançılar,

milli yaddaşı bu nəsildən sonrakı nəslə ötürməyə məsul deyillər, yanız milli ziyalılar vasitəsi ilə bu proses davam etdirilir. Biz ziyalıları yaradıcı insanları, alimlərimizi göz bəbyi kimi qorumalıyıq.*

Əgər biz anlasaq ki, bu gün elm elə bir yüksək inkişaf mərhələsindədir ki,Allahın varlığını sübut etmək üçün dini təlimlərdən də böyük imkanlara malikdir, onda biz elm adamlarımızın, ziyalılarımızın nə qədər qiymətli olduğunu bir daha dərk etmiş olardıq.

Mənə belə gəlir ki, türkləri bölməyə, parçalamağa çalışan qüvvələrdir ki, bizim ziyalı və yaradıcı şəxsiyyətlərin hər birinə bir “yarlık” asıb onu digəri ilə üz-üzə qoyub onların arasında ziddiyətlər yaradırlar.Sonrada bu zidiyətləri qızışdırıb onu kütləviləşdirən quruplar yaranır.

Əsas məqsəd nədir burda, Türk ziyalılarını BİR-BİRİNƏ QARŞI QOYUB onların yaradıcılıq enerjisinin istiqamətini dəyişmək, milli problemlərdən uzaqlaşdırmaq, nəticədə dəyərli əsərlər yazmaq əvəzinə xırda hissilərin təsiri ilə konfliktlərə vaxt sərf etmək.

Azərbaycan Türklərinin maddi mənəvi dəyərlərini zənginləşdirən hər bir Türk ziyalısı millətimizin ən dəyərli simalarıdır, millətimizin vəzifəsi isə onları qorumalı, kömək etməli və qiymətləndirməkdir. Biz münaqişə, ziddiyət yaradan mənbələri təyin etməli və onların məqsədlərini aydınlaşdırmalıyıq. Hansı hüquqla onlar bizim millətin ziyalılarına qarşı təxribat törətməlidirlər və cəzasız qalmalıdırlar. Kim verib bu haqql onlara. Nəinki həyatdan getmiş dahilərimizin, bu gün yaşayıb yaradan ziyalılarımızın hər birini qiymətli millət nümayəndəsi kimi qayğısını çəkməli onu hörmət və ehtiram göstərməliyik.
Gənc Azərbaycan Türklərinə müraciət
Gənc Türk sənin böyüklüyün damarlarından axan qandadır.

Allah bizə heç bir millətə vermədiyi ali keyfiyyətlər bəxş etmişdir.

Bu keyfiyyətlərin ən lazımlısı və sənin istinad edəcəyin türk milli mənəvi dəyərləridir. Dədələrimiz dünyanı, bəzi taruxçilərin iddia etdiyi kimi, qılıncla yox, ağlının və zəkasının gücü ilə fəth etdilər.Dünyanın böyük bir hissəsi, min illərlə möhtəşəm türk milli dünyagörüşü, türk nizamı ilə idarə olunurdu.

Gənc Azərbaycan Türkü! millətimizi zəkamızın gücü ilə birləşdirib bütöv edəcək, dövlətimiz milli dəyərlərimizlə qüdrətli və yenilməz olacaq.Ağılla , təmkinlə, siyasətlə yaradacağımız millətçi hərəkat, bizi qurtuluşa aparacaq.Damarlarından Türk qanı axan hər bir millətdaşımız bizim qardaşımız, düşmənlərlə mübarizədə arxamız və dayağımızdır.

Bözqurda tapınan türk millətinin adət-ənənəsinə, əxalqına, yaşayış vərdişlərinə,təfəkkür sisteminə, ən uyğun yüksəliş formulu, kollektiv yaşayış, millət halında və milliətçi dünyagörüşə sahib olmaqla mümkündür.Bütöv millət halında yaşamaq üçün biz müsbət keyfiyyətlərimizə istinad etməli, qüsurlarımızdan yaxa qurtarmalıyıq. Ali olmaq üçün, bütün çətinilklərə baxamyaraq, daima öyrənməli,millətimizə zərər gətirən xarakterlərdən xilas olmalıyıq.Hər bir əzaba qatlaşıb, daima öz üzərimizdə işləməli, yüksək idraka və zəkaya sahib olmalıyıq.

Həyata keçirəcəyimiz vəzifələr çətin və mürəkkəb olsada, məsuliyyətli, ən başlıcası şərəflidir.

Tarix sənin çiyinlərinə,ağır bir missiya qoyub, bu, məzlum və zavallı vəziyətə salınmış sevgili millətimizin , ulu millətimizin, ali millətimizin problemləridir.

Parça-parça edilmiş məmləkətimiz, bir- birindən ayrı salınmış millətimiz, işğal altında olan ərazilərimiz, girov götürümüş qardaş bacılarımız.

Tarix boyu millətimizin qadınlarına toxunmağa ən qəddar düşmən belə cürət etmədiyi halda, bu gün türk millətinin qadınları, bizim milli düşmənlərimiz olan ermənilərin əsirliyindədir.

Dünyanın ən qeyrətli milləti olan Azərbaycan türklərinin qadınları, Dubayda, Suriyada , dünyanın digər ölkələrində, onları qoruya bilməıyən, iş yeri yaratmayan, onların yaşayışını təmin etməyən hakimiyyətin ucbatından can bazarındadırlar.Onlar orda öz namusalrın satmırlar, dövlət məmurlarının namusun satırlar, çünki bu nadan və rüşvətxorların millətə qarşı yönəlmiş anti milli siyasətin qurbanlarıdırlar.

Gənc Azərbaycan Türkü! Bunlar sənə ulu millətimizin nə qədər dəhşətli faciələr içərisində olduğunu sübut edən dəlillərin cüzi bir hissəsidir.Başımıza daha nə fəlakətlər, milli ləyaqətimizi, milli mənliyimizi təhqir edən daha hansı hadisələr törətməlidilər ki, bir gün sən yumruğunu yuxarı qaldırıb deyəsən,


  • Yetər artıq, daha bəsdir.

  • Özmüz-özümüzü aldatdığımız yetər.

Biz fəlakətin astanasındayıq, milli şüurumuzu itirmək təhlükəsi ilə üz-üzə qalmışıq, tariximizi və kültürümüzü, ədəbiyyatımızı, mənəviyyatımızı unutmaq faciəsi ilə qarşı-qarşıyayıq.

Biz coxuq lakin bizim milli birliyimz zəifdir, hər tərəfdən, bizi yer üzündən silmək istəyən qüvvələrin əhatəsindəyik.

Kim bizi xilas edəcək?

Bizi yalnız özümüz, qanı qanımızdan, canı canımızdan olan qan qardaşlarımızla birlik, milli birlik, millət birliyi, millətçilik xilas edəcək.

Biz – Əzmətli TÜRK millətinin övladlarıyıq. Mən Türkəm deyəndə, türk millətinin nümayəndəsi olduğumuz üçün qürur duyur,fəxr edirik.
SƏNİN ADIN, SÖYADIN, ATA ADIN OLDUĞU KİMİ MİLLİ KİMLİYİN DƏ BİLİNMƏLİDİR.
İnsanlar öz itinın, atının cinsini, növünü fəxrlə deyirlər, məs. Ingilis atı, alman afcarkası və bununla hətda itlərinin növü ilə fəxr edirlər.Bəs insan milli kimliyini bilməməlidirmi? Bəs onda milli kimliyi bilinməyən insanın ana dilinin, milli kültürünün, ədəbiyyatının, musiqisinin kökünün hardan gəldiyini necə bilmək olar.

Gənc Azərbaycan Türkü!

Biz birləşib millət olacağıq, ö zaman aramızda yaranmış kiçik qüsurları,fərqləri, şəkili, şirvanlı,naxçıvanlı,bakılı,gürcüstanlı ,ermənistanllı, iranlı, iraqlı, deyimlərini, dini fərqləri, siyasi zidiyətləri, süni yaradılmış konfliktləri bir kənara qoyub, hansı təşkilatın, partiyanın üzvü olmağımızı yaddan çıxarıb bir olmalıyıq. .

Qanı qanımızdan, dili dilimizdən olan qardaşımızın alnından öpüb, yaman günün qardaşı olacağıq.Kürəyimizi türk qardaşımızın kürəyinə söykəyib, üstümüzə sel kimi gələn düşmənin başına od ələcəyik.

Ya kasıb-varlı, savadlı-savadsız,güclü-zəif,dindar-ateist,milyonçu-dilıənçi, evsiz- evli, işsız- dövlət məmuru,qöca-cavan ən müxtəlif xarakterli TÜRKLƏR, birləşib bir millət olmalıyıq, xilas olmalıyıq, yada bizi məhf eləməy çalışan güclər, arzularına çatacaqlar.
Azərbaycan Türkü, qeyrət damarlarından axan qandadır!
Tanrı Türklərə işıqlı ağıl verdi,düşmənlərimiz, bizim işıqlı ağlımızın yaratdığı saf əxlaqımızdan istifadə edib bizə hiylə kələk gəldilər. Döst deyib qucaq aşdığımız nankorlar, arxadan daima zərbə vurdular bizə, bu hiyləgər dünyada aldatdılar bizi, qonaqpərvər deyib son tikəmizi aldılar əlimizdaən,bizi bir birimizə düşmən etməyə, qardaşı-qardaşa qarşı qoyub nifaq saldılar aramıza, zəifliklərimizi tapıb istifadə etdilər,

Türk sən böyüksən!- deyib kiçiltməyə çalışdılar,

Türk sən güclüsən!- deyib zəiflətdilər bizi,

Türk sən dünyaya sahibsən!- deyib torpaqlarımızı qopardılar,

Türk sən saysız-hesabsızsan!- deyib qırdılar bizi,

Türk sən səbirlisən!- deyib zəlil etdilər bizi.

Türk gənci! Əgər biz nöqsanlarımızı aşkar etməsək, öyrənməsək, onu aradan qaldırmaq üçün səylər etməsək, heç vaxt biz, ulu Türk millətini layiq olduğu səviyyəyə qaldıra bilməyəcəyik.

Hər birimiz, bütün bilik və bacarığımızı özümüzün və milli mənliyimizin dərkinə yönəltməliyik.Həyata nə üçün gəldiyimizi, Tanrının qarşımızda hansı vəzifələr qoyduğunu başa düşməli millətimizin müqəddaratının hər bir Türkün əməlində olduğunu analmalıyıq.

Hər bir Azərbaycan Türkünün qarşısında millətimizin xilası kimi, məsuliyyətli və çətin bir vəzifə durur.Biz dərk etməliyik ki, fərd kimi, azadlıq və xoşbəxtlik yoxdur, yalnız millət halında, müstəqil dövlət yaradıb, birlikdə xoşbəxt yaşamq olar.

Millətimizin azadlığı uğrundakı mübarizə, hər bir Azərbaycan türkü üçün müqəddəs savaşdır, biz bu mübarizədən zövq almalı,və dərk etməliyik ki,

-Bizim Türk millətimiz bütün millətlərdən azad və firavan yaşamalıdır.

- Bütöv Azərbaycan dövləti qüdrətli və varlı olmalıdır.

-Ərazilərimiz geniş və səfalı olmalıdır.

-Çayların mənbəyinə, dağların zirvəsinə biz sahib olmalıyıq.

- Millətimizin hər bir üzvü, varlı yaşamalıdır.

-Millətimiz millətlər yanında layiqli yerini tutmalıdır.

Bütün bunları millətimizə biz sahib etməliyik. Biz yorulmaq bilmədən çalışmalı, oxumalı, ən yüksək təhsil almalı,ən çətin peşələrə yiyələnməliyik.

Biz xarakteimizdəki olan çılğınlığın, səbirsizliyin, biganəliyin, dəqiq olmamağımızın, çox məsələlərə səthi yanaşmağımızın bizə nə qədər zərər gətirdiyini başa düşməli,özümüzü qaya kimi möhkəm, sərt və soyuqqanlı olmağı, ictimai şüura yiyələnməyi, ümumi milli işlərdə fəal olımağı oyrənməliyik. Hirsin və qəzəbin bizi idarə etməyinə imkan verməmməli, düşmənin bu zəifliklərimizdən istifadə edib bizə zərər verməsinə aman verməməliyik. Ən gərgin anlarda belə Bozqurd kimi mətin və çəsarətli olmalı hər bir işdə ağla güvənməliyik.

Biz özümüzü dərk etməli, başa düşməli,özümüzü yüksək səviyyədə idarə etməyi bacarmalıyıq.

Biz nə qədər ki, bu keyfiyyətlərə yiyələnə bilməmişik, öz millətimizə xidmət edə bilməyəcəyik.

*Öz mənliyini dərk etməyən insandan millətçi ola bilməz.*
Millətçilik insandan yüksək təfəkkür,və idrak tələb edir.
Millətçilk məzlumların inqilabı deyil, intelektuallartın –millətin şüurunda başladığı hegemonluq mübarizəsinin başlanğıcıdır.
Millətçilk müdrüklərin,- milləti bütün qüsurlardan xilas etmək, onun həyatında inkişafın dönməz modelini hərəkətə gətirmək, millət üzvülərinin idraka sahib olmasına təminat verən.- ən mükəmməl ideologiyasıdır.

Millətçi hər bir kollektivdə, aparıcı qüvvə, və lider deməkdir.Türk millətçisi həm orduda, həm təhsildə, həm təsərrüfatda nümunə gətiriləcək kamil bir insan olmalıdır.

Biz dövlətimizin bütün strukturlarında, öz istedad və peşəkarlığımız sayəsində fəaliyyət göstərməliyik.Xarici siyasət idarələrində, daxili işlər və digər orqanlarda aparıcı mütəxəssislər olmağımız üşün, çox çalışmalı, öyrənməliyik.

Zaman –zaman biz imperiya əsarətində olarkən xüsusi xidmət orqanlarının fəaliyyəti, bizim millətin məhf edilməsinə yönəlmişdi və bu bizim yaddaşımızda bir yanlış psixologiyanın yaranmasına rəvac vermişdi. Bu gündə bəzi insanlar, Dövlət Təhlükəsizlik komitəsinin adının dəyişilərək Milli Təhlükəsizlik Nazirliyinə çevrilməsinin fərqini varmaq istəmirlər. Bu yalnız adların dəyişməsindən ibarət deyil,bütünlüklə təşkilatın fəaliyyətinin fəlsəfəsinin dəyişilməsi deməkdir.

KQB- imperiyanın, yəni yad bir ölkənin siyasətinə xidmət edirdi. MTN- isə müstəqil Azərbaycan dövlətinin milli təhlükəsisliyinə cavabdeh olan bir nazirlikdir.Azərbaycan Respublikasının hər bir vətəndaşı peşəsindən və işlədiyi müəssisədən asılı olmayaraq, respublikada və onun hüdudlarından kənarda olmağından asılı olmayaraq, dövlətimizin müstəqilliyinin keşiyində dayanmalıdır.

Heç bir təmənna güdmədən, ölkəmizin varlığını qorumağa borclu olmalıyıq.

Hər bir millətçi Türk, milli təhlükəsizliyimizə zərər vuran, müstəqilliyimizə təhlükə yaradan, dövlətimizin nüfuzuna xələl gətirən, qüvvələrə qarşı bir vətəndaş kimi daima mübarizə aparmalıdır.

Seperatçı qüvvələr dəfələrlə Azərbaycanı bölməyə təşəbbüs etmişlər və həmin qüvvələrin tör-töküntüləri hələdə öz xəyanətkar niyyətlərini həyata keçirmək üçün məqam gözləyirlər.Müxtəlif dini təriqətlər,xeyriyyəçilik adı altında gizli fəaliyyət göstərən bəzi təşkilatalar, xarici dövlətlərin xüsusi tapşırıqlarını həyata keçirmək üçün çalışırlar. Hər birimiz ətrafımızda baş verənlərin mahiyyətini anlamasaq biz müstəqilliyimizi necə qoruyarıq. Hər bir millətçi türk bu müqəddəs fəaliyyətdə dövlət orqanalrı ilə birgə çalışmağa həmişə hazır olmalı, vətənində baş verən proseslərə diqqətlə yanaşmalıdır.

Millətçi dünyagörüşə görə, millətin və dövlətin təhlükəsizliyi ilə yalnız sayı o qədər də çox olmayan dövlət idarələrinin əməkdaşları deyil, milli ruhlu vətəndaçlarda iştirak etməlidir.Bu dövlət bizimdir, hər birimizindir və onun qorunması, ordu qüvvələri, xüsusi xidmət oqanalrı əməkdaşları, mülkü vətəndaşlar tərəfindən birgə qorunmalıdır.
Millətçi dünyagörüş, dövlətin hər bir strukturuna yeni baxış, yeni mahiyyət təqdim edəcəkdir. Xarici dövlətlərdə olan elçiliklərimizin fəaliyyət istiqamətləri və fəlsəfəsi dəyişdiriləcəkdir. Azərbaycan dövlətinin xarici ölkələrdəki böyük elçiləri hakimiyyətin siyasətini təbliğ etməklə deyil, dövlətimizin və millətimizin xarici siyasətinin aparılmasına xidmət edəcəkdir. Hakimiyyət dəyişilməsi dövlətimizin siyasətinin dəyişilməsinə səbəb olmamallıdır. Çünki Azərbaycan dövlətinin hakimiyyətdə kimin olmasından asılı olmyaraq dəyişilməz, strateji maraqlarına uyğun fundamental siyasəti olmalıdır. Eyni ilə Milli Təhlükəsizlik nazirliyinin fəaliyyət istiqmətləri, əsası dəyişilməz olaraq davam etdirilməlidir. Yuxarıda adını çəkdiyimiz nazirliklər də işləyən peşəkar kadrlar hər nazir dəyişəndə dəyişilməməlidir. Hakimiyyət dəyişikliyi nəticəsində, dövlətimizin milli maraqlarını və strateji maraqlarını dəyişdirilməməsi üçün, istər daxili, istərsə xarici siyasət bir meyarla ölçülməlidir, bu siyasət millətin xeyrinədir yoxsa zərərinə. Hakimiyyətə gələn hər bir qüvvə üçündə bir məqsəd olmalıdır, Millətin marağı. Millətçi dünyagörüş hər bir sahədə millətin marağının birinci pilləyə qaldırır və hər bir sahənin inkişafının Mahiyyəti açıqlanır. Qəbul edilmiş hər bir qanun, qətnamə, qərar, sərəncam, əmr və göstərişlər bir amala xidmət etməlidir MİLLƏTƏ.

Bizim dövlət hər hansı xarici güclərin, dövlətlərin, yad millətin, ailənin, tayfanın marağına xidmət edərsə, bu Türk milləti üçün böyük təhlükə yarada bilər. Azərbaycan Türk millətinin marağına xidmət etməyən hakimiyyət qəbuledilməzdir.


Millətçi dünyagörüşə görə hər bir türkün namusu və qeyrəti, fərdi bir mahiyyət kəsb etməyərək, ümumi milli bir məna daşımalıdır. Kşinin namusu onun qurduğu dövlətin müqəddaratından asılıdır.Dövlətin sərhədləri Türk igidinin qeyrətidir. Dövlətin qüdrətli, ordun yenilməzdirsə , deməli namusunda, qeyrətində qorunacaq və kimsə ona toxunmağa cürət etməz.

Türk gənci! Bizim milli düşmənlərimiz nə qədər çox olsada, tarix boyu uğursuzluqlarımızı, yalnız düşmənlərlə bağlamağımızın özü də əsassızdır.Çox vaxt biz cılız hissilərin əsiri olmuş, bizə nəzarət edənlərin fitvasına uyaraq mənasız hissiyatlara aludəçilik etmişik. Biz bəzən özümüz-özümüzə düşmən olmuşüq. Milli birliyə nail ola bilməmişik, müxtəlif quruplara bölünüb mənasız savaşlar aparmış, hiyləgər, kinli düşmənlərimizə ərazilərimizin işğal olunmasına fürsət vermişik. Lakin yenədə düşmən sayca çox olsada tanrının möcüzəsi olan millətimiz, bölünməsə, parçalanmasa qarı düşmən bizə, heç nə edə bilməz.

Bütöv Türk millətini heç bir dünya hökmüdarı məğlub edə bilmədi,türkü- türkə qarşı qaldırdılar, türkün dahilərini üz-üzə qoydular, içimizə nifaq toxumu səpib qardaşı-qardaşa savaşa aşmağa cəhd etdilər.

Gənc Azərbaycan Türkü!

Biz uğursuzluqlarımızdan, qüsurlarımızdan özümüzə kompleks yaratmadan onlardan yaxa qurtarmağa çalışmalıyıq. Bu zaman biz, millətimizin bütün müsbət keyfiyyətlərini hərəkətə gətirə biləcəyik.

Rəqiblər bizim zəif cəhətlərimizi daha tez görürlər və tarix boyu həmin zəifliklərimizdən istifadə edirlər.

Biz bir millət kimi, digər inkişaf etmiş millətlərlə yanaşı durmaq, güclü və qüdrətli dövlət yaratmaq istəyiriksə, ən əsas bir şərtə əməl etməliyik. Türk millətçi dünyagörüşə yiyələnməliyik.Bu elə bir anlayışdır ki, biz bundan sonra yalnız özümüz, öz ailəmizlə bərabər ümumi milli mənafe üçün çalışmalı,və xidmət etməliyik.

Bu bizə imkan verəcək ki, zahirən bir-birindən az fərqlərlə, müxtəlif bölgələrdə yaşamalarına görə cüzi adət -ənənə fərqi, şivə fərqi olan böyük bir Türk ailəsini birləşdirək.

Bizi bir-birimizdən ayıran fərqlər bizi birləşdirən, doğmalaşdıran keyfiyətlərdən çox azdır. Zəif olmalarına baxmayaraq,bu qüsurlar, həyatımızda və məişətimizdə biz Türklərə nə qədər problemlər yaradır. Yalnız sakini olduğumuz, doğulduğumuz ,o kiçik kənd haqqındakı təsəvvürlərimizi böyüdüb vətən edənə qədər nə qədər əziyyətlər çəkirik .Kimin hansı kənddə doğulması, o vaxt əhmiyyət kəsb etməyəcək ki, o vaxt biz millətçilik şüuruna yiyəlnəcəyik, böyük bir millətin nümayəndəsi olmaqdan qürur duyacağıq.

Yadda saxlamalıyıq ki, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün millətlər sistemli formada təşkiltlanmışlar. Böyük millətlər mükəmməl dövlət qurub, öz milli təşkilatlarını dövlətin strukturlarına yerləşdirməklə artıq yüzillərdir firavan yaşayırlar.Az saylı xalqlar və etnik qruplar isə , yaşadıqları dövlətlərin daxilində, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri, məscidlər, kilsələr adı ilə öz milli təşkilatlarını yaradıb milli özünü müdafiə instinkini gücləndirirlər.

Yeganə bizik, Azərbaycan Türkləridir ki, heç bir milli təşkilatı yoxdur. Əlli milyonluq bir millətin müqəddaratını həll etməyə qadir nə dini , nə milli təşkiltı yoxdur.Kiçik qurupları birləşdirən təşkilat və cəmiyyətlər olsada mükəmməl bir Millət birliyi yoxdur.Çünki Türk Millətçi dünyagörüşünə sahib olmadan, ideoloji baza yaradılmadan istənilən təşkilat uzunömürlü olmayacaq, və o millətin həyatında əhəmiyyətli rol oynaya bilməyəcək.

Gənc Azərbaycan Türkü! Həyatında baş verəcək ən mühüm hadisələrdən biri də ailə qurmaq, millətə sağlam türk tərbiyə edib , vətənini , millətini sevən bir insan böyütməkdir. Kiminlə ailə qurmaq sualı səni düşündürməmməli, sən buna həyatının , millətinin ən mühüm, həlledici bir məqamı kimi yanaşıb, cavab verməlisən. Yalnız Türk soylu xanımla. Bütün dünyada olan türk soylarının hər bir xanımı, başda Azərbaycan Türk qızı olmaqla sənin həyat yoldaşın, mübarizə dostun, , gələcəkdə dünyaya cəsarətli Türk igidlərini dünyaya gətirmək üçün can yoldaşın ola bilər.




Türk millətinə ən yaxın , Avropanın inkişaf etmiş imperator milləti almanlarla evlilik, millətin daha yüksək keyfiyyətlərə yiyələnməsi üçün lazım ola bilər. Lakin ən birinci oz millətinin qadını sənin həm gəncliyinin , həm qocalığının pasibanı, dostu, qayğıkeşı vəzifəsini ən yüksək səviyyədə icra edə bilər. Bu mühüm amil minlərlə qeyri millətlərlə evlənmiş və həyatının sonunda peşiman olmuş insanların taleyini müşahidə edəndən sonra gəlinən qənaətdir.
Hər bir millətçi Türk, qəlbi türkçülük eşqi ilə çırpınan, milli qan yaddaşını, genetik kodu daşıyan bir türk qızı ilə evlənməsi məqsədəuyğundur.
Gənc Azərbaycan Türkü biz əvvəl öz ölkəmizdə milli birliyə nail olub dövlətimizi millətimizin xidmətində fəaliyyət göstərməsinə şərait yaratmalıyıq.Sonra biz böyük millətin yaranmağına təkan verə bilərik, Bütöv Azərbaycan Yaradılmasına başlamalıyıq.

Bunun üçün burda vətənimizdə hələ görəcəyimiz çox işlər var.

Milli mübarizənin ən mükəmməl disturu budur ki, sən şəxslərlə deyil, mövcud vəziyyətlə mübarizə aparıb onu öz millətinin rifahına doğru dəyişəsən. Sən millətinin qarşısında duran problemləri həll etmək,əraziləri işğaladan azad etmək, qüdrətli Azərbaycan Dövlətini yaratmaq üçün,millətə mövcud ideyalara, təlimlərə qarşı kamil dünyagörüş təqdim edəsən.

Bu milli dünyagörüş, Türk milli mənəvi dəyərlər sisteminin əsasları üzərində qurulmuş millətçi dünyabaxış sistemidir.


Biz dəfələrlə qeyd etdik ki, bizim millətçiliyimiz, millətçi dünyagörüşümüz, irqi amillə heç bir bağlılığı yoxdur. Bizim millətçi dünyagörüşümüz daxilə, millətin şüuruna, hər bir türkün təfəkkürünə yönəlmiş bir təlimdir və bunun digər millət və etnik quruplara heç bir aidiyyəti yoxdur.Kimsə bizim bu fəaliyyətimizdən , səksəkəyə düşüb vahimələnəcəksə, deməli ,onlar bizim millətin dostları deyillər. Bizim Türk millətinin inkişafını istəmirlər, qüdrətli dövlət qurmamıza qarşıdırlar.

Necəki, ermənilər zaman –zaman bizim milli özünü qoruma instinkinin yatızdırılmış, dondurulmuş, vəziyyətindən istifadə edib, sözün əsl mənasında bizi məhf etmək, yer üzündən silmək istəyiblər.

Tanrı o millətlərə yar olur ki, o millətlər daima savaşdadırlar, inkişafdadırlar, öz milli ləyaqətlərinin keşiyindədirlər.Öz azadlığını təmin edə bilməyən toplumlar yer üzərində yaşamaq hüququnu itirmiş, zəifləmiş insan kütləsidir.Azadlığa layiq olan millətlər onun töhfələrindən istifadə etmək hüququna sahibdirlər..

Gənc Azərbaycan TÜRKÜ, sən Dünyanın ən əzəmətli milləti TÜRK millətinin nümayəndəsisən!



1   ...   6   7   8   9   10   11   12   13   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə