ŞahverəNLİLƏr məHƏLLƏSİ




Yüklə 33.42 Kb.
tarix23.02.2016
ölçüsü33.42 Kb.
ŞAHVERƏNLİLƏR MƏHƏLLƏSİ

Şahverənlilər məhəlləsı – Zaqun dərəsi ilə Hacı Novruz dərəsi arasında olan, Horadiz – Füzuli şosse yolunun şərqində və “Rus qəbri”-ndən başlayan yalın aşağı hissəsində yerləşir.

Bu məhəllənin baş hissəsində, Şahverənlər nəslinin böyük və üstü dəmirdən yaraşıqlı evləri olduğuna görə bu məhəlləni “Şah­verənlilər məhəlləsi” adlandırılıb.

Şahverənlilərin XIX əsrin axırlarında Şahverən, Hacı Fəhrad, Məhərrəm və Bayram Hüseyn oğullarının birgə iştirakı ilə Qara­dağlı kəndindən usta Fərhadı evi tikməyə dəvət olunur. Əvvəlcə dağın hündür yerində dağı yararaq ev üçün böyük meydançada, kəndin ən görkəmli yerində, evi tikmək üçün Şuşadan gətirilmiş, yonulmuş guşə daşları ilə inşa etmişlər. Bu daşın hər biri bir qızıl onluğa başa gəlmişdir.

Uzunluğu 20 metr, eni 14 metr olan kürsülü daşdan, yaraşıqlı və dam örtüyü dəmirdən evi tikib hazır edirlər. Evin içinə Gəncədən gətirilmiş gəclə suvaq çəkilir. İçərisindəki divarlarda mənzərə şəkil­ləri, gül və bülbül şəkilləri və cürbəcür naxışlarla İran nəqqaş­ları tərəfindən bəzədilmişdi. Halbuki, o vaxtları kənddə əksər evlər çiy kərpicdən, dam örtüyü isə qalın torpaqdan və ya sarı torpaqdan şirə çəkərdilər.

Hacı (Mirzə) Fəhrad Çar Rusiyası dövründə Cəbrayıl qəzasında dövlət məmuru işləmiş və varlı adamlardan olmuşdur. O, şəxsiy­yətli və tanınmış, sözü keçən, öz doğma kəndinin təəssibin çəkən kişilərdən olubdur. O vaxtları Horadiz kəndinin torpaqlarının, dəmir yoldan cənub tərəflərdə yerləşən torpaq sahələrini başqa kəndlərə, yəni Qazaxlara və Əhmədallılara verilməsinə razı olmadığına görə, bəzi qara qüvvələr Hacı Fəhradı öz kabinetində iş vaxtı güllə ilə vuraraq qətlə yetirmişlər.

Bu evdə yaşamış Bayram Hüseyn oğlu şəxsi çəkişmə qurbanı kimi öldürüldükdən sonra böyük oğlu Hüseyn analığı Zərəfşanın və kiçik oğlu Əfsəri isə xalası Zərəfşan İsmayıl ağaya (Pirəhmədli kəndindən) ərə getmiş və öz himayəsində böyütmüşdür. Onu oğul­luğa götürərək soy adını dəyişdirb Cavanşirov yazdırmışlar. Əfsər Cavanşirov - Azərbaycan İncəsənət Xadimi adına layiq görülmüş, Respublika Komsomolu mükafatı laureantı və Bəstəkarlar İttifa­qının üzvü olmuşdur..

Bu binada yaşamış Allacov Allahverən Həsənqulu oğlu Hora­diz kolxozunda müxtəlif vəzifələrdə calışmışdır. Onun kiçik oğlu Akif Allacov Dəmiryol sistemində şərəfli və uzun yol keçərək, Bakı şəhər dəmir yol vağzalının Baş mühəndisi vəzifəsində çalışırdı. 2011-ci il sentyabr ayında amansız ölüm onu aramızdan apardı.

Bu məhəllədə Şahverənlərdən aşağıda Hacı Həzı oğlu Cabbar kişinin evi vardı. Cabbar kişi kənd ağsaqqalı, kənddə dini mərasim­lərdə yaxından iştirak edərək “Qurani-Kərim”- dən surələr oxuyaraq mollalıq edərdi.

Bundan başqa burada: Əliyevlər, Yusifov-Hacıyevlər, Əmirov­lar, Vəliyevlər, Hüseynovlar, Əhmədovlar, Novruzövlar və başqa nəsillərin nümayəndələri yaşayırdılar.

Bu məhəllədə şosse yolunun yanında Məişət evi yerləşirdi və orda Eyvaz Xanlar olunun “Qarışıq mallar” mağazası, bərbərxana, çəkməçi, çayxana fəaliyyət göstərirdi. Bu məhəllənin tanınmış şəxsiyyətləri haqda sonrakı səhifələrdə öyrənəcəksiniz.


GÜNEY MƏSCİD ALTI EVLƏR

Güney Məscid altı evləri – Şosse yolunun boyunca, Saqqızlı məhəlləsi, Aralıq yol məhəlləsi və birdə Əmirqulular məhəllənin arasında qalan evlər təşkil edir.

Burada İbişovlar, İmanovlar, Kazımovlar, Məmmədovlar, Əli­yev­lər, Məmişovlar, Qurbanovlar və İsmayılovlar nəslinin nüma­yən­dələri yaşayırdılar.

Bu məhlənin körkəmli və tanınmış adamları haqda məlumat son­rakı səhifələrdə veriləcək.


SAQQIZLI MƏHƏLLƏSİ

Saqqızlı məhəlləsi – Horadiz kəndinin Güney məscidin aşağı hissəsində, kəndin cənub qurtaracağında, Füzuli – Horadiz şosse yolunun sağ və sol tərəfində yerləşir. Bu məhəlləyə Hacı Novruz dərəsi, Hacı Rüstəm dərəsı və Güney kəhriz ətrafı evlər daxildir.

Horadiz kəndimizdə ilk məskun salan Yadigarlılar tayfası olmuşdur. Əvvəllər Qarağan təpədə məskən salıb yaşasalarda, soralar orada sıxlıq olduğu üçün köçüb burada ev tikib, yurd salıb yaşamağı məsləhət bilmişlər.

Məhəllənin “Saqqızlı” adlandırılması ilə bağlı müxtəlif fikirlər vardır. “Saqqızlı” sözünün elmi əsaslarla demək olar ki, qədim türk tayfalarından olan “sak”-lar və “oğuz”-lar bu məhəllədə yaşadıq­la­rına görə, bura iki sözün birləşməsindən əmələ gələn “sakoğuz” yaransa da sonralar bu “Saqqızlı” kimi işlənmişdir.

Yerli adamların dediyinə görə “Saqqızlı” yozumunun biri də, onunla bağlıdır ki, bu məhəllənin adamları dadlı, şirin dilləri ilə aldatmaqda, onları inandırıb öz tərəfinə çəkməkdə, müəyyən bir işi görməyə razı etməkdə - ümumiyyətlə onların “saqqızını oğurla­maq­da” mahir imişlər. Məhz bu səbəbdən də bu məhəllə belə adlanır.

Əlbəttə, toponimin izahına başqa prizmadan da yanaşanlar var. Məhəllədə yol qırağı saqqız və badam ağacları vardı. Saqqız ağacını bıçaqla kəsdikdə, saqqıza oxşar şirə buraxırdı, bəlkə elə buna görə bu məhəlləyə “Saqqızlı” adı vermişlər.

Bu məhəllənin ağsaqqalları başqalarından xeyli səbəbdən fərqlənirlər. Çox baməzə, deyib-gülən və zarafatcıl adamlardır. Nü­mu­nə olaraq: - Atakişi Quluyevi, Səfqulu Hacıyevi, Abdulla Qur­ba­no­vu, Vəzir Quluyevi, Yavər İbişovu, Mikayıl Məmişovu, Hüseyn­qulu Yadigarovu (Sarabski), Allahverdi və Haqverdi Qulu­yev­ləri, Qəmbər və Ərşad Nağıyevləri, Yaqub Hacıyevi, Cəlil və Məhi Quluyevləri və başqaları, istədiklər insanları güldürər, lağa qoyarlar və ya elə hadisə danışarlar ki, səni təəccüb bürüyər, ümumiyyətlə şit zarafatlar edərdilər.

1975-ci ildə kolxoz sədri işləyən Hüseyn Talıbovun təşəbbüsü və başçılığı ilə elektrik cərəyanı ilə işləyən un dəyirmanı tikdirib ıstifadəyə verdilər. Bu dəyirman unu üç növ: 1-ci, 2-ci və kəpək (heyvan yemi) üyüdürdü. İlk burda işləyən Nağıyev Ərşad oldu.

Saqqızlı məhəlləsində doğulub, boya-başa çatmış tanınmış şəxsləri çoxdur və onlar bizim şərəf-şöhrətimizdir. Bu haqda kitabın son səhifələrində oxuyacaqsınız.

Bu məhəllədən Qarabağ şəhidləri:

1. Ağayev Azər Bayramalu oğlu;

2. Hacıyev Arif Bəhram oğlu;

3. İbişov Bəşir Əşrəf oğlu;

4. Quluyev Rafiq Hümbət oğlu;

5. Əmirov Bağı İslam oğlu.

Allah bütün şəhidıərimizə rəhmət eləsin!.
HACI NOVRUZ DƏRƏSİ

Hacı Novruz dərəsi – Saqqızlı məhəlləsinə aid olub, Güney məscidi ilə Hacı Rüstəm dərəsi arasında və şosse yolun şərq tərəfində yerləşən dərədir.

Hacı Novruz kişi deyilənlərə görə, cavan yaşlarında kasıbçılıq çəkib, varidatı olmamışdır. Yetgin vaxtında əmisi ona qarabağ cin­sindən bir dayça bağışlayıb. Novruz buna çox sevinir və dayça­sına qulluq etməyə başlayır. O, balaca dayçasına o qədər alışır ki, onsuz ayrı qala bilmir, bütün məhəbbətini, səyini, əməyini və qulluğunu bu atına göstərərək onu böyüdür. Nəticədə onun əməyinin bəhrə­sin­də elə gözəl, qaçışda tayı bərabəri olmayan və yaraşıqlı ata çevrilir ki, səs-sorağı bütün mahala yayılır. Eyni zamanda gözəl atın sədası Cəbrayıl quberniyasının pristavına da çatır. Pristav Novruzu Cəb-rayıla çağırtdırıb onun atına baxış keçirir və bəyənir, həm də ona təklif edir ki, atı ona bağışlasın. Novruz razı olmur və qayıdır kən­də. Bir həftə keçdikdən sonra yenə Novruzu Cəbrayıla çağırtdıraraq belə təklif edirək deyir: - “Sən atı mənə verirsən, məndə sənə on qat qiymətin vetirəm. Yox əgər razı olmasan zorla alacağam və səni qazamata saldıracağam. Novruz kişi çarəsiz qalıb razılaşır. Pristav atın əvəzinə 10 baş sağmal inək, 2 cüt kəl, kənddə 10 hektar torpaq sahəsi və 100 manat qızıl pul bağışlayır. Beləliklə Novruz kişi varlanaraq, sayılıb seçilən şəxsiyyətlərdən biri olur. Qurban bayramı ərəfəsində Məkkə və Mədinə şəhərinə gedərək müsəlmanların ən vacib əməl-lərində olan “Həcc” ziyarətində olub ən yüksək Hacı adını qazanır.

Hacı Novruzun 3 oğlu: - Alı, Əli və Vəli olub. Onlardan yalnız Alı­nın oğlu Məhərrəmin övladı olub: Alı, İslam, Novruz və Suliddin.

Hacı Novruz kişi kənd ağsaqqalı olub, kəndinin xeyir-şərində yaxından iştirak edib, “Həcc” ziyarətindən qayıtdıqdan sonra xeyriy­yəçiliklə də məşğul olaraq, Güney məscidin tikilib başa çatmasında və kənd adamlarından mütəşəkkil ianə yığılmasında müstəsna xidməti olmuşdur.

Hacı Novruz dərəsində yaşayanları yad etdikdə ilk yada düşən II Dünya Müharibəsinin (1941-45) qanlı-qadalı illərini keçirən, Belorusiyanın bataqlıq meşələrində “İskra” partizan dəstəsinin komsomol komitəsinin katibi olan, faşist almanlara qarşı barışmaz və amansız olan, cəsarətlə və qəhrəmanlıqla vuruşan, vətənə qayıt­dıqdan sonra, Məhəmməd Məmmədova sən əsirlikdə olmusan deyə damğa vurularaq, müəllimlikdən qovulan, böyük bir çətinliklə poçtalyon işləyən, dözülməz və haqsızlıq münasibətlərdən min-bir əzab çəkən Məhəmməd müəllimi yada salmamaq insafsızlıq olardı. Sonralar 1965-cı ildə Müharibə illərindən 20 il keçdikdən sonra əsl həqiqət üzə çıxarıldı və ədalət qalib gəldi. Belə ki, Məhəmməd Məmmədovun partizan dostları uzun axtarışdan sonra, onu tapdılar və xüsusi təyyarə ilə Belorusiyalı partizan dostları ilə görüşə getdi və vaxtında ünvanına çatdırılmayan “Qırmızı ulduz“ordeni-ni alaraq qəhrəman kimi vətənə qayıtdı. “Qırmızı ulduz”ordenini vaxtında al­ma­ması səbəbi o olub ki, onun ünvanı Karyagin (Füzulinin keçmiş adı) rayonu əvəzinə, Karaçenski rayonu və Mamedov Mişa yazıl­dı­ğına görə səhv düşərək sahibinə çatdırılmayıb. Sonra isə bütün qadağalar götürülərək, yenidən müəllimlik fəaliyyətin davam etdirib.

Bu məhəllədə yaşayanlardan: uzun müddət poçt müdiri işləyən gözəl insan – Məhəmmədəli (Məhiş) Vəliyevdir.

Kəndlilərinə çətin vəziyyətdə kömək əlini əsirgəməyən, işgüzar bir adam kimi tanınan və Füzuli şəhərində “Yağ–pendir” zavodunda baş mühasib işləyən Məhərrəm Cəfərovun da fəaliyyəti və kənd adamlarına çətin işlərində yardım etməsi danıl­mazdır.

Uzun müddət müəllimlik edən – Muxtar Mehdiyevi xoş əməlləri ilə həmişə həmyerliləri arasında hörmət sahibidir.

Bu dərədə: İbişovlar, Novruzovlar, Vəliyevlər, Ağayevlər, Əmirovlar, Cəfərovlar, Məhərrəmovlar, Zeynalovlar, Mehdiyevlər, Kazımovlar, Şükürovlar və Məmmədovlar nəslinin nümayəndələri yaşayırdılar.


HACI RÜSTƏM DƏRƏSİ

Hacı Rüstəm dərəsi – Saqqızlı məhəlləsinə aid olub, Hacı Novruz dərəsindən aşağıda (cənuba tərəf) yerləşən və şosse yolun şərq tərəfindəki dərədir. Bu dərədə yaşamış Hacı Rüstəm kişi, “Həccə” ziyarət edərək öz müsəlman borcunu verdikdən sonra, xeyriyyə işlərilə məşğul olub, həm də kənd aqsaqqalı kimi mənəvi və maddi köməyini əsirgəməyərək, həm­yerliləri arasında hörmət, izzət qazanıb. Məhz onun vəfatından sonra kənd adamları bura Hacı Rüstəm dərəsi adı çağrılıb.

H


Bəhram Hacıyev
acı Rüstəm kişinin övladları: - Fərzalı, Fətalı və Əli olub. 1. Fərzalı kişinin 3 övladı olub: - Nəbi, Səfqulu və İbrahim.

- Nəbinin övladları: - Pakizə, Ərşad, Həsən, Mirzalı, Möhsün, İsa və Səmayə.

- Səfqulunun övladları: - Məhərrəm, Süleyman, Bəhrəm, Yaqub və Füruzə.

- İbrahimin övladı olmayıb.

Fətalı kişinin 3 övladı olub: - Gülgəz, Simuzər və Əbil.

- Simuzər – Mehdi Əliyevə ərə gedir və övladları: - Əkbər, Məleykə, Cabbar, Adilə və Faxrı olmuşdur.

- Əbilin övladları: - Yusif, Kərəm, Qaratel, Gülzar, Fətalı Rüstəm və Hacı.

- Əli kişinin 2 övladı olub: - Məryəm və Hüseyn.

- Məryəm - Cabbara ərə gedib və övladları: - Bəhrəm, Əyyub, Tofiq oğlu və Leyla qızı olub. - Hüseynin övladları: - Vaqif, Şakir, Zakir, Əli və Svetlana.

Hacı Rüstəm dərəsində onlarla yaşayış evləri vardı. Burada: Yadigarovlar, Hacıyevlər, Orucovlar, Nuruyevlər, Heydərovlar, İbişovlar, Rüstəmovlar, Məmmədovlar, Fərzəliyevlər və başqa nəsil nümayəndələri yaşayırdılar.

Bu məhəllədən bizim fəxrimiz olan: Nuruyev Əli – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor; Abbas Abbasov – professor; Əsəd Yadigarov alim kimi görkəmli şəxsiy­yətlər yetişmişdir.

Məhəllənin igid və qoçaq kişilərindən biri də Məmmədov Məmməd Nəcəf oğlu olmuşdur. Belə ki, Gölbağ dərəsində Səfqulu Hacıyevlə birlikdə kənd adamlarının naxırını otararkən, bir dəstə İranın atlı qaçaqları onun əlindən camaatın malqarasını almaq məqsədilə onla­ra hücum edib aparmaq istəyiblər. Cəsur Məmməd kişi Səfqulunu kənd camaatını köməyə çağırmağa göndərib və özü əlində olan tüfənglə onlarla tüfəng döyüşündə vuruşaraq onlara aman ver­mə­miş. Qaçaqlardan biri işi belə gördükdə tüfəngini çıxarıb xeyli vu­ruş­dan sonra Məmməd kişinin ağzını yaralıyıb, çoxlu qan itir­mək­dən qorxmayıb elə qanlı-qanlı vuruşmada qalib gələ bilmədiyini hiss edən qaçaqlar, həm də kənd adamların köməyə gəlməsini görüb bu işdən əl çəkib uzaqlaşırlar. Beləliklə, qorxmaz Məmməd kişi kənd naxırına heç bir itgi vermədən sağ-salamat kəndə qaytarir, həm də “ağzı para Məmməd” kimi özünə ləqəb qazanır.

Bundan başqa bu məhəllədə: Atakişi, Səfqulu kimi kənd ağsaqqaları yaşayıb.

GÜNEY KƏHRİZ ƏTRAFI EVLƏR

Güney kəhriz ətrafı evlər - Saqqızlı məhəlləsinə aid olub - Aralıq yol sərhəddi, Şosse yolunun alt hissəsi, Babı novuna qədər və Qozlu çay sərhəddinə qədər olan ərazidir.

B


Tofiq Əbil oğlu
u məhəllə sonralar yaranmadır, beləki, 1950-ci illərdən sonra Hacı Novruz dərəsində və Hacı Rüstəm dərəsindən köçüb gələnlərdir.

Yeni həyətyanı evlər tikildiyi və yeni həyətyanı bağlar salındığından birdə Kolxoz bağının yaxınlığında olduğuna görə, həm də Güney kəhrizin ətrafında olduğu üçün həmişə abad və yaşıllığa bürünmüşdü.



Burada Quluyevlər, Məmişovlar, Yadigarovlar, Qurbanovlar, İbişovlar, Nağıyevlər, Məmmədovlar, Ağayevlər, Vəliyevlər, Orucovlar, Fərzəliyevlər, Hüseynovlar, Talıbovlar, Əliyevlər və Əmirovlar nəslin nümayəndələri yaşayırdılar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə