Sahibinə səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək və xalis mənfəətdən divident almaq hüququnu verən sənəddir




Yüklə 0.57 Mb.
səhifə1/8
tarix22.04.2016
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6   7   8

  1. Adi səhmlər nədir?

  1. Sahibinə səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək və xalis mənfəətdən divident almaq hüququnu verən sənəddir

  2. Sahibinə səhmdar cəmiyyətində təmsil olmaq və cəmiyyətin bütün işlərində iştirak etmək hüququ verən sənəddir

  3. Səhmdar cəmiyyətin maliyyə işlərinin nizama salınmasında iştirakı təmin edən sənəd hüququdur

  4. Müəyyən hüququ və ya fiziki şəxsin səhmdar cəmiyyətində təmsilçiyini təsdiq edən sənəddir

  5. Açıq səhmdar cəmiyyətində iştirak etmək üçün bir sənəd formasıdır.




  1. İmtiyazlı səhmlər nədir?

  1. Səhmdar cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətindən asılı olmayaraq səhmdarlara səhmin nominal dəyərinin sabit faizi şəklində divident almaq hüququnu verən, lakin səhmdar cəmiyyətinin idarə edilməsində iştirak hüququnu verməyən səhmdir

  2. Cəmiyyətin gəlirindən sabit şəkildə faiz almaqla eyni zamanda cəmiyyətin idarə edilməsində iştirak etmək hüququ verən səhmdir

  3. Sahibinə səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək və xalis mənfəətdən sabit şəkildə divident almaq hüququnu verən səhmdir

  4. Sahibinin adına verilən, başqasına ötürülə bilməyən və sabit gəlir əldə edilməsinə imkan verən səhmdir

  5. Üzərində konkret sahibinin adı olan və sabit gəlir götürməyə imkan verən səhmdir




  1. Adlı səhmlər nədir?

  1. Müəyyən şəxsin adına verilmiş səhmlərdir

  2. Sahibinə səhmdar cəmiyyətinin idarəedilməsi səlahiyyətini verən səhmdir

  3. Açıq səhmdar cəmiyyətində iştirak hüququ verən səhmdir

  4. Qapalı səhmdar cəmiyyətində iştirak hüququ verən səhmdir

  5. Divident olmaqla üstünlük hüququ verən səhmdir




  1. Adsız səhmlər nədir?

  1. Üzərində konkret sahibinin adı olmayan və səhmi təqdim edən şəxsə həmin səhm üzrə hüquq verən qiymətli kağızdır

  2. Üzərində konkret sahibinin adı olmayan və sahibinə sabit gəlir əldə etmək hüququ verən qiymətli kağızdır

  3. Sahibinə hansı tip səhmdar cəmiyyətində iştirak etmək səlahiyyətlərini verən qiymətli kağızdır

  4. Üzərində sahibinin adı qeyd edilməyən, lakin istənilən tip səhmdar cəmiyyətinin idarə edilməsinə səlahiyyət verən qiymətli kağızdır

  5. Üzərində sahibinin adı qeyd edilməyən, lakin cəmiyyətin fəaliyyətinə xitam verildikdə müəyyən həcmdə pay almaq imkanı verən qiymətli kağızdır




  1. Aşağıdakı variantlardan hansı adi səhm sahiblərinin hüquqlarına aid deyildir?

  1. Səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsinin bir hissəsini almaq üstünlüyü

  2. Cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək

  3. Cəmiyyətin səhmdarlarının ümumi yığın çağrılmasını təmin etmək

  4. Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanmasını tələb etmək

  5. Səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlar




  1. Aşağıdakı variantlardan hansı imtiyazlı səhm sahibinin hüquqlarına aiddir?

  1. Səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda olan başqa səhmdarlara nisbətən üstünlük hüququ

  2. Cəmiyyətin xalis mənfəətindən divident almaq

  3. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən sonra, hesablanmış lakin ödənilməmiş dividentlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq

  4. Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanmasını tələb etmək

  5. Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq




  1. Səhmdar cəmiyyətinin maliyyə-təftiş komissiyası hansı məqəsd üçün yaradılır?

  1. Cəmiyyətin təsərrüfat – maliyyə fəaliyyətinə nəzarəti və onun təftişini həyata keçirmək məqsədi ilə

  2. Cəmiyyətin üzvlərinə dividentlərin verilməsinin qanunauyğunluğunu təmin etmək məqsədilə yaradılır

  3. Cəmiyyətin nizamnamə kapitalının təşkili və istifadəsində maliyyə nəzarətini həyata keçirmək məqsədilə yaradılır

  4. Cəmiyyətin mənfəətindən dövlət büdcəsinə ödəmələrin həyata keçirilməsinə maliyyə nəzarətini həyata keçirmək məqsədilə yaradılır

  5. Cəmiyyət üzvlərinin mənfəətdən faizlərin alınmasına və büdcəyə ödəmələrin təmin edilməsinə maliyyə nəzarətini həyata keçirmək məqsədilə yaradılır




  1. Səhmdarların ümumi yığıncağı dedikdə nə başa düşürsünüz?

  1. Cəmiyyətin ali idarəetmə orqanı səhmdarların (təsisçilərin) ümumi yığıncağıdır

  2. Səhmlərin dövriyyə buraxılmasını həyata keçirən yığıncaqdır

  3. Üzvlərin cəmiyyətə qəbul edilməsini təşkil etmək məqsədilə toplaşmadır

  4. Üzvlərə dividentlərin verilməsini, nizamnamənin təsdiq edilməsi və cəmiyyətin idarə edilməsi məqsədilə ümumi yığıncaqdır

  5. Cəmiyyətin nizamnaməsini təsdiq etmək və onda müəyyən dəyişikliklər etmək məqsədilə təşkil edilən ümumi yığıncaqdır




  1. Səhmdar cəmiyyətində müşahidə şurası hansı məqsədlə yaradılır?

  1. İdarəetmə fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılır

  2. Gəlirləri bölüşdürməyə nəzarət etmək məqsədilə yaradılır

  3. Nizamnamə kapitalına nəzarət etmək məqsədilə yaradılır

  4. Cəmiyyətin illik biznes planının tərtib edilməsinə nəzarət etmək məqsədilə yaradılır

  5. Cəmiyyətin ümumi yığıncağında müzakirə edilən məsələlərə nəzarət məqsədilə yaradılır




  1. Cəmiyyətin idarə heyəti (Direktorlar şurası) neçə fiziki şəxsdən ibarət olmalıdır?

  1. 3

  2. 4

  3. 5

  4. 6

  5. 10




  1. Aşağıdakı variantlardan hansı kooperativ idarəetmənin əlamətlərinə aid deyildir?

  1. Kommersiya sirrinin qorunması

  2. Şirkətlərin fəaliyyətinin şəffaflığı, maliyyə və digər informasiyaların açıqlanması

  3. Menecmentin fəaliyyəti üzərində müşahidə və daxili nəzarət prosesləri

  4. Bütün səhmdarların hüquq və maraqlarının qorunması

  5. Şirkətin strategiyasının müəyyən edilməsində, biznes planların təsdiq edilməsində və digər mühüm qərarların qəbul edilməsində, menecerlərin təyin edilməsi, onların fəaliyyət üzərində nəzarət və vəzifəsindən kənarlaşdırılmasında müstəqilliyin təmin edilməsi




  1. Əldə edilə biləcək gəlirlərə görə istiqrazlar necə ayrılır?

  1. 2

  2. 3

  3. 4

  4. 6

  5. 8




  1. Emitentin növünə görə istiqrazlar neçə qrupa ayrılır?

  1. 3

  2. 5

  3. 6

  4. 7

  5. 9




  1. Buraxılma müddətinə görə istiqrazlar neçə qrupa bölünür?

  1. 2

  2. 3

  3. 5

  4. 8

  5. 10




  1. Sahibolma qaydasına görə istiqrazlar neçə qrupa ayrılır?

  1. 2

  2. 3

  3. 4

  4. 5

  5. 6




  1. İstiqrazlar nominal dəyərini qaytarmasına görə neçə qrupa ayrılır?

  1. 3

  2. 2

  3. 4

  4. 5

  5. 6




  1. Təminatından asılı olaraq istiqrazlar neçə növə ayrılır?

  1. 2

  2. 3

  3. 4

  4. 8

  5. 12

  1. Trassant kimdir?

  1. Köçürmə vekselini verən şəxs

  2. Köçürmə vekselini alan şəxs

  3. Köçürmə vekselini alan və verən şəxs

  4. Köçürmə vekselini ödəyən şəxs

  5. Köçürmə vekselini digər şəxslərə ötürən




  1. Trassat kimdir?

  1. Köçürmə vekselinin ödəyicisi

  2. Köçürmə vekselini buraxan

  3. Köçürmə vekselinin alıcısı

  4. Köçürmə vekselinin meneceri

  5. Köçürmə vekselinin alıcısı




  1. Remitent kimdir?

  1. Köçürmə vekselində yazılan məbləği alan şəxs

  2. Köçürmə vekselində yazılan məbləği ödəyən şəxs

  3. Köçürmə vekselində yazılan məbləği ötürən şəxs

  4. Köçürmə vekselində yazılan məbləğin faizini alan şəxs

  5. Köçürmə vekselində yazılan məbləğin faizini ödəyən şəxs




  1. Aval dedikdə nə başa düşürsünüz?

  1. Vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanətidir

  2. Vekselin buraxılması təminatını öz üzərinə götürüb və bu buraxılışı öz əmlakı ilə təmin edən şəxsdir

  3. Veksel üzrə öhdəlikləri öz üzərinə götürmüş şəxsdir

  4. Veksellərin vekseldə göstərilmiş pul məbləğini tələb etməyə səlahiyyəti olan şəxsdir

  5. Müəyyən edilmiş vaxtda veksel saxlayana müəyyən edilmiş məbləği ödəyəcəyi barədə öhdəliyini ifadə edən şəxsdir




  1. Avalçı kimdir?

  1. Aval verən şəxsdir

  2. Aval faizini ödəyən şəxsdir

  3. Aval öhdəliyini yerinə yetirən şəxsdir

  4. Aval məbləğini ödəyən şəxsdir

  5. Aval məbləğini alan şəxsdir




  1. İndossament nədir?

  1. Vekseldən irəli gələn bütün hüquqları sonuncu vekselsaxlayandan növbəti saxlayana ötürən vekseldə aparılan ötürücü yazıdır

  2. Vekseldən irəli gələn bütün hüquqları sonuncu vekselsaxlayana ötürülməsini təsdiq edən sənəddir

  3. Vekseldən irəli gələn bütün tələbləri sonuncu vekselsaxlayandan qəbul edən yazılı sənəddir

  4. Vekseldən irəli gələn bütün hüquqları sonuncu vekselsaxlayanın xüsusi vərəqlərində qeydiyyatıdır

  5. Vekselverənin köçürmə vekselində göstərdiyi öhdəliyin yazılmasıdır




  1. İndossant kimdir?

  1. Vekseldə ötürücü yazını yazan şəxsdir

  2. Vekseldə göstərilən məbləği yazan şəxsdir

  3. Vekseldə göstərilən faizləri ödəyən şəxsdir

  4. Vekseldə göstərilən faizləri alan şəxsdir

  5. Vekselin digər şəxslərə ötürülməsini həyata keçirən şəxsdir




  1. İndossat kimdir?

  1. Ötrücü yazı əsasında veksel ötürülən şəxs

  2. Vekseldə göstərilən məbləği ötürən şəxsdir

  3. Vekseldə faizləri digər vekselsaxlayana ötürən şəxsdir

  4. Vekseldə göstərilən faizi yazılı şəkildə ötürən şəxsdir

  5. Vekselin uçotunu həyata keçirən şəxsdir




  1. Vekselin protesti:

  1. Akseptdən və ya ödəmədən imtina faktlarının səlahiyyətli dövlət orqanı tərəfindən rəsmi təsdiq edilməsidir

  2. Vekselin buraxılışını rəsmi olaraq dayandırılmasıdır

  3. Vekselin məbləğinin geriyə alınmasının rəsmi dövlət orqanları tərəfindən rəsmiləşdirilməsidir

  4. Vekselsaxlayının veksellərinin rəsmi olaraq qüvvədən düşməsinin rəsmiləşdirilməsidir

  5. Emitentin veksellərin buraxılmasına rəsmi dövlət orqanları tərəfindən veto qoyulmasıdır




  1. Xəzinə vekseli hansı məqsədə buraxılır?

  1. Dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədilə buraxılmış sadə vekseldir

  2. Kassa icrasının kəsirinin aradan qaldırılmaq məqsədilə buraxılan sadə vekseldir

  3. İpoteka fondunu maliyyələşdirmək məqsədilə Dövlət büdcəsi tərəfindən buraxılan sadə vekseldir

  4. İnvestisiyaların maliyyələşdirilməsi məqsədilə buraxılan sadə vekseldir

  5. Sosial təyinatlı xərclərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi tərəfindən buraxılan sadə vekseldir




  1. Hüquqi şəxslər veksel buraxmaq məqsədilə QKDK-ya hansı sənədləri təqdim etməlidir?

  1. Hüquqi şəxsin adını, təşkilati-hüquqi formasını, hüquqi ünvanını, xidmət olunduğu bankın adını, hesablaşma hesabının nömrəsini və fəaliyyət növünü

  2. Hüquqi şəxsin tam adını, təşkilati-hüquqi formasını, ünvanını, uçota durduğu vergi orqanının adını, xidmət olunduğu bankın adını və fəaliyyət sahəsini

  3. Hüquqi şəxsin adını, təşkilati-hüquqi formasını, hüquqi ünvanını, vergi, sığorta orqanlarında uçota dair sənəd, bankda hesablaşma hesabının nömrəsi və fəaliyyət sahəsi

  4. Hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, vergi orqanında uçotuna dair sənəd, bankda hesablaşma hesabının nömrəsi, nizamnamə kapitalının həcmi və fəaliyyət növü

  5. Hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, sığorta orqanlarında uçotuna dair sənəd, xidmət olunduğu bankın adı, hesablaşma hesabının nömrəsi, nizamnamə kapitalının həcmi və fəaliyyət növü




  1. Aşağıdakı variantlardan hansı veksel blankında əks etdirilmir?

  1. Vekselin nominal dəyəri və bu dəyərə görə ödəniləcək faizin miqdarı

  2. Sənədin adı kimi onun yazıldığı dildə “sadə veksel” sözləri, müəyyən bir məbləği şərtsiz ödəmək vədi

  3. Ödəniş vaxtı, ödəniş yeri, ödənişin çatacağı və ya ödəniş barəsində sərəncam verən şəxsin adı

  4. Vekselin verilmə tarixi və yeri, vekselverənin imzası

  5. Veksel blankının çağ etmiş mətbəənin adı və QKDK tərəfindən verilmiş lisenziyanın nömrəsi, tarixi və VÖEN




  1. Hesablaşma çeki nədir?

  1. Hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan orderli çekdir

  2. Hesablardan nağd qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan orderli çekdir

  3. Hesablardan köçürmə qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan orderli çekdir

  4. Hesablardan elektron qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan orderli çekdir

  5. Bank hesablarından pulların nağd formada çıxarılması üçün tətbiq edilən orderli çekdir


  1. Pul çeki nədir?

  1. Müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan orderli çekdir

  2. Sahibinin bankda olan hesabından plastik kartla nağd pul vəsaitini almaq üçün kassa mədaxil orderidir

  3. Müştərinin bankın kasasından nağd pul vəsaitini almaq üçün təqdim etdiyi kassa mədaxil orderidir

  4. Nağd pul vəsaitini almaq üçün istifadə olunan bankomatdır

  5. Müştəriyə sahib olduğu nağd pulu bankdan əldə etməsi üçün təqdim olunan yazılı imtiyazlı çekdir




  1. Yol çeki nədir?

  1. Bir məntəqədə verilmiş çekdə imza nümunəsi göstərilən çek sahibinə, çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdlaşdırılan çekdir

  2. Bir məntəqədə verilmiş çekdə göstərilən məbləği digər məntəqələrdə qeyri-şərtsiz nəqdləşdirilməsini nəzərdə tutan çekdir

  3. Sərnişinlərə öz məntəqələrində çek formasında müəyyən məbləği yazaraq, həmin məbləğin digər müəssisələrdə reallaşdırılmasına şərait yaradan çekdir

  4. Sərnişinlərə normalaşdırma əsasında yazılan çek olmaqla, digər məntəqələrdə reallaşdırılması nəzərdə tutulur

  5. Bir məntəqədə verilmiş çekdə normalaşdırılmış formada digər məntəqədə reallaşdırılmasını nəzərdə tutan çekdir




  1. Depozit sertifikatı nədir?

  1. Təyin edilmiş müddətdən sonra özünün və faiz məbləğinin ödənilməsi öhdəliyi ilə banka qoyulmuş depozit haqqında sərbəst dövriyyəli şəhadətnamədir

  2. Təyin edilmiş müddətdən sonra banka qoyulmuş əmanəti geri qaytarmaq üçün istifadə edilən sərbəst dövriyyəli şəhadətnamədir

  3. Banka qoyulmuş əmanəti müəyyən edilmiş müddət sona yetdikdən sonra müəyyən edilmiş faizlə birlikdə geri almaq üçün şəhadətnamədir

  4. Faizi ilə birlikdə qoyulmuş vəsaiti geri almaq üçün istifadə edilən sərbəst dövriyyəli şəhadətnamədir

  5. Sahibinə sərbəst gəlir gətirən və müəyyən edilmiş müddətdən sonra geri alınan sərbəst dövriyyəli şəhadətnamədir




  1. Depozit sertifikatının növləri?

  1. Adlı, təqdim edənə

  2. Adlı, ünvansız

  3. Ünvanlı, təqdim edənə

  4. İmtiyazlı, adlı

  5. İmtiyazlı, sərbəst




  1. Aşağıdakı variantlardan hansı özəlləşdirmə opsionunun alıcıları deyildir?

  1. Rezident hüquqi və fiziki şəxslər

  2. Əcnəbilər

  3. Vətəndaşlığı olmayan şəxslər

  4. Xarici hüquqi şəxslər və onların nümayəndəlikləri

  5. Nizamnamə kapitalında xarici sənayenin payı 50 faizindən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləri




  1. Aşağıdakı variantlardan hansı fyuçers kontraktlarına aid deyil?

  1. Qiymətli kağızın emitenti, qiymətli kağızın nominal qiyməti

  2. Qiymətli kağızın növü, qiymətli kağızın miqdarı, təqdim edilmənin məkanı və zamanı

  3. Sövdələşmə qiyməti, əqdin məbləği

  4. Kontraktın icra tarixi

  5. Hesablaşma şərtləri, sanksiyalar və arbitraj




  1. İpoteka bazarında qiymətli kağızların rolunun formaları:

  1. İpoteka kağızının buraxılışı, ipoteka istiqrazlarının buraxılışı

  2. İpoteka kağızlarının çapı, ipoteka kağızlarının buraxılışı

  3. İpoteka kağızının buraxılışı, ipoteka kağızının qeydiyyatı

  4. İpoteka istiqrazlarının buraxılışı, ipoteka istiqrazlarının qeydiyyatı

  5. İpoteka kağızlarının çapı, ipoteka kağızlarının yerləşdirilməsi




  1. Aşağıdakı variantlardan hansı yaşayış sahəsinin alınmasının maliyyələşdirilməsinin əsas modelinə daxil deyildir?

  1. Büdcə subsidiyaları

  2. Universal kommersiya bankları

  3. İpoteka kreditlərinin sekyuritizasiyası

  4. Yaşayış tikinti əmanətləri

  5. İxtisaslaşdırılmış ipoteka bankları




  1. Azərbaycanda İpoteka Fondu hansı tarixdə yaradılmışdır?

  1. 2005-ci il

  2. 1999-cu il

  3. 2003-cü il

  4. 2004-cü il

  5. 2007-ci il




  1. Aşağıdakı variantlardan hansı İpoteka Fondunun məqsədinə aid deyil?

  1. Əhali arasında ipoteka kreditinə tələbatı öyrənmək və İpoteka Fondundan həmin məqsədlərə vəsait ayırmaq

  2. AR-da əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir

  3. Müvəkkil kredit təşkilatları tərəfindən AİF-nin tələblərinə uyğun olaraq verilmiş ipoteka kreditini yenidən maliyyələşdirir

  4. AİF dövlət təsisatıdır, hüquqi şəxsdir

  5. AİF əhaliyə birbaşa ipoteka kreditlərinin verlməsi ilə məşğul olmur




  1. Aşağıdakı variantlardan hansı Azərbaycan İpoteka Fondunun funksiyalarına aid deyildir?

  1. Dövlət büdcəsi tərəfindən ipoteka məqsədləri üçün ayrılmış subsidiyaları öz təyinatları üzrə istiqamətləndirir

  2. Müvəkkil kredit təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərini yenidən maliyyələşdirir

  3. Yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinə dair tələbləri müəyyən edir

  4. Maliyyə vəsaitlərinin cəlb olunması məqsədilə ipoteka ilə təmin olunmuş qiymətli kağızlar emissiya edir

  5. Öz fəaliyyətinin sabitliyi və likvidliyini təmin etmək üçün maliyyə risklərini ifadə edir




  1. Aşağıdakı variantlardan hansı ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərə aid deyil?

  1. Borcalana təqdim olunan ipoteka kreditinin məbləği haqqında çek

  2. Borcalanın şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti

  3. Borcalanın əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti

  4. Borcalanın gəlirlərini təsdiq edən sənədlər

  5. İpoteka predmetinin qiymətləndirmə aktı




  1. Aşağıdakı variantlardan hansı ipotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərə aid deyildir?

  1. İpoteka olunması üçün girov qoyulan əmlakın sənədlərinin notarial qaydada təsdiqi

  2. İpoteka qoyulan yaşayış sahəsi və ya torpaq sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd

  3. İpoteka predmetinin digər öhdəlikləri üzrə yüklü edilməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd

  4. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış

  5. İpoteka predmetinin ipoteka qoyulmasına və məhkəmədən kənar qaydada satılmasına dair ərin və ya arvadın, ipoteka predmeti yaşayış sahəsi olduqda isə qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notarial orqanlarına təqdim olunan razılığın surəti




  1. İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənəd:

  1. İpoteka müqaviləsinin və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər, ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin öhdəliyini təsdiqləyən sənədlər, alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti

  2. İpoteka müqaviləsinin və ipoteka kağızının əsli və onların notarial qaydada təsdiqi, ipoteka predmetinin qiymətləndirmə aktı, alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti

  3. İpoteka müqaviləsi və ipoteka kağızının əsli və onların notarial qaydada təsdiqinin surəti, ipoteka qoyulan yaşayış sahəsi və ya torpaq sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd, alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti

  4. İpoteka müqaviləsi və ipoteka kağızının əsli və onlarındövlət qeydiyyatından keçməsini təsdiqləyən sənəd, ipoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd, alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə