«Саьлам Дцнйа» Иътимаи Бирлийи




Yüklə 11.72 Kb.
tarix24.04.2016
ölçüsü11.72 Kb.

«
Саьлам Дцнйа» Иътимаи Бирлийи

Сабир кцч. 35, Бярдя шящяри, Азярбайжан

Тел/Факс: (0 110) 5 20 31

Е-почт: saglamlig@yahoo.com

Веб-сайт: http://hw.aznet.org







Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış (YMQÇ) Kampaniyası çərçivəsində

Azərbaycan Milli Koalisiyasının Yerli Aksiyası

Bərdə məktəbliləri YOXsulluğa YOX deyirlər!”

Bərdə şəhəri, 15 Sentyabr 2005-ci il


Sentyabrın 14-dən 16-a qədər Nyu Yorkda BMT-nin Ümumdünya Sammitinin keçirildiyi ərəfədə Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış (YMQÇ) Kampaniyası çərçivəsində fəaliyyət göstərən milli koalisiyalar dünya liderlərini yoxsulluğun azaldılması və Minilliyin İnkişaf Məqsədlərinin (MİM) icrasına nail olmağa çağırış məqsədilə kütləvi aksiyalar həyata keçirir.

Azərbaycan Milli Koalisiyanın üzvü kimi “Aran” Humanitar Regional İnkişaf Təşkilatı və “Sağlam Dünya” İctimai Birliyi II Beynəlxalq Ağ Sarğı günü münasibətilə Sentyabrın 15-də Bərdə şəhəri Zərifə Əliyeva adına orta məktəbdə məlumat xarakterli görüş keçirmişdir. Aksiyada məktəbin pedaqoji kollektivi, məktəblilər, valideynlər və şəhər camaatı iştirak etmişlər. Aksiyanın keçirilməsində məqsəd Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış, o cümlədən dünyada yoxsulluğun səbəbləri və fəsadları haqqında görüş iştirakçılarını məlumatlandırmaq idi.

Bu məqsədlə Aran HRİT-nın İcraçı Direktoru Rauf Əliyev iştirakçılara YMQÇ haqqında geniş məlumat verərək onları da bu çağırışa qoşulmağa çağırdı. Görüş iştirakçıları YMQÇ kampaniyasının simvolu olan ağ sarğılar, köynəklər geyinərək, və YMQÇ-yə dair posterləri əllərində tutaraq ifrat yoxsulluğun nə qədər qlobal problemə çevirilməsi və milyonlarla insanın bu problemdən əziyyət çəkməsi barədə mesajlarını çatdırmışlar. Ümid edirik ki, Bərdədə keçirilən tədbir insanların diqqətini məsələnin mahiyyətinə cəlb etmiş və onları bu qlobal aksiyaya qoşulan bütün dünya xalqları ilə həmrəy olmağa çağırmışdır.


Məlumatla bağlı hər hansı əlavə məlumat almaq istəsəniz, “Sağlam Dünya” Təşkilatının Siyasət və Vəkillik məsələləri üzrə Məsul Əməkdaşı Telman Məlikzadə ilə əlaqə saxlaya bilərsiniz: tmalikzadeh@yahoo.com və ya (0 50) 365 70 88.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə