Rus xalq musiqisi və M. A. Balakirev yaradıcılığı




Yüklə 32.28 Kb.
tarix27.02.2016
ölçüsü32.28 Kb.
Rus xalq musiqisi və M.A.Balakirev yaradıcılığı

Rus musiqisinin kökləri 9-cu əsrdə ilk Rus dövləti yaranadək qədim rus torpağında yaşamış şərqi slavyan tayfalarının mahnı yaradıçılığı ilə bağlıdır. 9-10-cu əsrlərdə rus və digər şərqi slavyan xalqlarının formalaşmasında ilk böyük nailiyyətlər isə Kiyev Rus dövlətinin adı ilə bağlıdır. Çünki qədim rus dövlətinin paytaxtı Kiyev yüksək mədəniyyətə malik beynəlxalq mərkəz idi.

Rusiya tarixində Kiyev dövrü mədəniyyətin coşğun inkişafı ilə səciyyəvidir. Bu zaman müxtəlif sənət növlərinin ,rəngkarlığın, memarlığın, ədəbiyyat və musiqinin intensiv inkişafı üçün əlverişli şərait var idi. Xalq yaradıcılığının ən müxtəlif janrları inkişaf etmiş , kilsə oxuma sənətinin ilk formaları (znamenli oxuma üsulu ) yaranmış, knyaz malikanələrinin məişətinə xas olan, mərasimləri müşayiət edən musiqi geniş yayılmışdır.

Xalq yaradıcılığının maraqlı qollarından olan qəhrəmanlıq eposu Kiyev rus dövlətinin musiqi həyatında mühüm yer tuturdu. Xalq arasında yaranıb yayılan epik-rəvayətlər 19-cu əsr ədəbiyyatında “bılina“ adını almışdır( reçetativ deklomasiya) .

Qədim Kiyev dövlətində skomorox sənəti də təşəkkül tapmışdır. Bu, qədim rus aktyor sənətinin bir tipidir. Skomoroxlar qədim rus incəsənətində xalq demokratik ənənələrinin nümayəndələri idilər. Rusiyada skomoroxluq yad, ötəri hal deyil. Onun xarakterində millilik parlaq şəkildə əks olunur və xalq yaradıcılığının formaları ilə onun qırılmaz əlaqəsi özünü göstərirdi. Skomorox tamaşaları və həmin tamaşalarda oxunan mahnılar ifşaedici elementləri . feodal cəmiyyətinin hakim təbəqələrinə , xüsusən ruhanilərə qarşı çıxması ilə səciyyəvi idi. Məlumdur ki, sonralar ( xüsusən 17-ci əsr Rusiyasında kəskin sinfi ziddiyyətlər dövründə) skomoroxlar xalqın güclənməkdə olan etirazının yeganə ifadəçilərinə çevrilmişdilər.

11-ci əsrin axırlarından 14-cü əsrədək Rusiya feodal dağınıqlığı dövrü kimi tanınır. Həmin dövrdə Kiyev rus dövləti bir sıra səbəblər üzündən parçalanmış və ayrı-ayrı rys torpaqlarına bölünmüş, mədəni inkişafda tənəzzül başlamışdır. Bu zaman Novqorod rus musiqi və təsviri sənətində böyük rol oyanayırdı. əsl rus skmorox sənəti də Novqorod şəhərində qəti formalaşmış və onun möhkəm ənənlərinin təməli də orada qoyulmuşdur. Kilsə oxuma sənəti tarixində də Novqorod iri mərkəzlərdən birinə çevrilmişdir. 12-14 cü əsrlərdə Novqorod kilsə oxuma məktəbi bir sıra istedadlar, yaradıcı və ifaçılar yetişdirmişdir. Novqorod mühitində qədim rus incəsənətinin başqa bir növü- zəng səsləri kimi formalaşan milli musiqi inkişaf edirdi ( rus kilsələrində zənglərdən 11-ci əsrin ortalarından etibarən istifadə edilməyə başlamışdır.). Novqorod zəng səsləri yüksək sənət musiqisi zirvəsinə çatdırılmışdır.

Qədim rus mədəniyyətinin növbəti mərhələsi 15-16-cı əsrlərdə Mərkəzi( Moskva) Rus dövlətinin yaranması ilə bağlıdır. Həmin dövrün tarixi hadisələri arasında monqol-tatar işğalçılarına qarşı rus xalqının mübarizəsi xüsisi qeyd edilməlidir. Bir neçə il davam etmiş monqol hakimiyyətinə 15-ci əsrin axırlarında Moskva çarı 3-cü İvanın vaxtında son qoyuldu.

Rus mədəniyyətinin 14-cü əsrin sonunda başlanan ümumi inkişafı 15-16-cı əsrlərdə çoxcəhətli xarakter almış , dövrün milli sənətinə xas intibah ünsürləri ilə dolğunlaşmışdır. Xalq mahnı yaradıcılığı yeni obraz və ideyalarla zənginləşmiş, onun ayrı –ayrı janrları formalaşmış, ilk növbədə tarixi mahnı adlana janrı yaranmışdır. Bu mahnılar öz ideya birliyi , dərin vətəndaşlıq hissi və rus torpağının müstəqilliyini əks etdirirdi. Axıcı lirik mahnı janrı da geniş inkişaf edirdi. Ümumiyyətlə, 16-17-ci əsrlərdə rusxalq mahnı sənətinin başlıca xüsusiyyətini çoxsəsli səsaltı üslub təşkil edirdi.

16-cı əsrdə artıq rus kilsə oxuma sənətinin (znamennoye peniye) əsaslərı sistemləşdirilmiş, bu sahədə yaradıcı sənətkarlar meydana gəlmişdi.

17-ci əsr Rus tarixində orta əsr adət və ənənələrinin zəiflədiyi, yeni istehsal münasibətlərinin və mədəni münasibətlərin gücləndiyi dövrdür. Xalq feodolizm quruluşuna qarşı mübarizə aparmışdır. İvan Bolotnikovun rəhbərliyi ilə başlanan kəndli müharibəsi çox böyük əhəmiyyətə malik idi. Stepan Razinin ikinci müharibəsi isə 1667-1671-ci illərdə olmuşdur. Kəndli müharibələri rus xalq yaradıcılığının ən gözəl nümunələri də bu dövrdə yaranmışdır.

Kilsənin nüfuzu dindarlar arasında xeyli aşağı düşürdü, dini mərasimlərə tənqidi yanaşılırdı. Əsrin ortalarında kilsə musiqində kəskin üslub dəyişikliyi baş verirdi: znamenli monodik( təksəsli) oxuma növü sıxışdırılıb aradan çıxarılırdı, orta əsrlərin dini dünyagörüşünün böhranını əks etdirən yeni tipli çoxsəsli oxuma təşəkkül tapdı. Kilsə müğənnliyi sənətində partes (çoxsəsli) xor oxuma üslubu və bu üsluba uyğun əsərlər yaradan musiqiçilər fəaliyyət göstərirdi.

17-ci əsrin ikinci yarısında ( 1672-ci ildə) Rusiyada ilk saray teatrı yarandı. Bu da rus musiqi həyatında əlamətdar bir hadisəyə çevrilmişdir. Lakin 1676-cı ildə köhnə tərəflərin təzyiqi ilə bağlandığına görə bu teatr rus musiqi mədəniyyətinin inkişafında oqədər də mühüm rol oynaya bilməmişdi.

18-ci əsrdə rus milli mədəniyyəti yeni tarixi inkişaf mərhələsinə qədəm qoydu. 1-ci Pyotrun islahatları ailə- məişət qaydalarına həlledici zərbə endirdi. Ümumavropa mədəniyyətinə maarifinə geniş yol açdı.

Rus musiqi sənəti də sürətlə inkişaf edirdi. Dini musiqidən uzaq olan musiqi sənəti formalaşmışdır. Xalq yaradıcılığında yeni folklor təbəqəsi – şəhər xalq mahnısı yaranmışdır.

1-ci Pyotrun islahatları sayəsində müasir həyatla bağlı musiqi meydana gəlmişdir. Məsələn: hərbi nəğmələr, təntənəli nəğmələr, süfrə nəğmələri və s.

Rus xalq mahnı və rəqsləri 2 silsilə şəklində formalaşmışdır: mövsüm(məhsul yığımı, əkin və s.) və mərasim ( toy, uşağın anadan olması, dəfn mərasimi və s.). Bunlar əsasən fərdi lirik mahnılardır( məs: “Ax tı duşeçka”və s.). Qədim rus epoxasına knyaz tərifləri ilə instrumental musiqini birləşdirən qəhrəmani balladalar xarakterikdir.

Mahnı folklorunda əsas yeri mövsüm ilə bağlı mahnılar tutur. Bu mahnılar dini bayramlar (əsasən xristian bayramları) və fəsillərlə əlaqədar kiçik silsilələrdən ibarətdir. Bu cür mahnılar özünəməxsus sərtliyi və hər silsiləyə məxsus tonal və ritmik formulu ilə seçilir, politonalsız və sıx maştabını qoruyub saxlamışdır (“İdi, idi, idi koza... və s.).

Epik janrda rus xalq musiqisində əsas yerlərdən birini tutur. Buraya bilınalar, Skmorox mahnıları, qəlb şerləri (şifahi və yazılı) , və tarixi mahnılar (“İz qoroda iz Muroma) daxildir. Epik adət-ənənəyə uyğun olaraq, bu dövrə kimi Şimali Rusiya və Don kazak kəndlilərinin yaddaşında və şifahi folklorunda yaşayan mahnıları göstərmək olar.

Rus musiqisində ən çətin janr lirik mahnılar və əsasəndə onun tipi olan protaj oxumaları adlanan mahnılardır. Bu mahnılar elə bilki 16-17-ci əsrlərdə Moskvada yaranmışdır. Bu mahnılar xalq mahnılarının polifonik və heterofonik tipidir , solistin iştirakı ilə oxunur. Protaj oxumaları toy və dəfn mərasimlərində əsasən qadınlar tərəfindən oxunur.

Xalq mahnıları içərisində əhəmiyyətli yeri “çastuşka” janrında olan mahnılar tutur. Bu komik kupletlər 2 və ya 4 bənddən ibarət olur. Şəhər lirik romansları da rus xalq yaradıcılığının janrı hesab olunur.19-cu əsrdən bu janr geniş yayılmışdır(məsələn: “Ex raz, da eş raz”).

12-ci əsrsdə musiqiçi Vasiliy Andreyev demək olr ki, rus xalq milli alətlərindən orkestr yaratmışdır. Bundan sonra milli musiqi alətləri üzərində hissə-hissə işləyərək, onları çətin kompozisiya ifası üçün hazırlamışlar, beləliklə milli musiqi alətlərinin prototipi yaranmışdır. Andreyev çalışırdı ki, elə bir orkestr yaratsın ki, bu da simfonik orkestrdən heç də fərqlənməsin. Onun səyləri nəticəsində balalayka və dombr aləti rus xalqının arasında yayılmış və nəinki Rusiyada , həmçinin xarici ölkələrdə də populyarlıq qazanmışdır.

Sovet hakimiyyəti dövründə müxtəlif ölkələrdə milli mədəniyyətin yaranması və inkişafı prosesində Andreyevin metodlarından SSSR və Rusiya tərkibində olan ölkələrin orkestinin yaradılmasında istifadə edilmişdir.

Instrumental musiqi xalq yaradıcılığında vokal musiqidən fərqli olaraq, az əhəmiyyət kəsb edir. Çünki provaslav kilsəsi kilsədə musiqi alətlərindən istifadəni qadağa etmişdir. Musiqi alətlərindən əsasən çobanlar bir neçə rəqs və mahnıların akkompanementində istifadə edirdilər. Simli musiqi alətləri daha geniş yayılmışdır. Məsələn: qusli( 11-ci əsrə təsadüf edən qanad formalı xalq musiqi aləti) , qudok ( 12-ci əsrdən istifadə edilən 3 simli skripka, arxeoloji qazıntılar zamanı qədim Novqorod şəhərindən tapılmışdır), dudka(sopel,11-ci əsr), jaleyka (rojok, 18 –ci əsr), tsevnitsa( 18 –ci əsrdə Rusiyanın cənubunda məşhur idi) və s. Qədim rus əlyazmalarında hərbi trubanın və bubnanın adı çəkilir( 15-ci əsr miniatür kitablarında).

Indiki dövrdə rus musiqisinin simvolu balalayka və bayan alətləridir, bu alətlər rus musiqisinin simvoludur.

19 –cu əsrdən başlayaraq Qlinka və onun yolunu davam edən “ Qüdrətli dəstə” bəstəkarları xalq ruhu ilə zəngin əsəslər bəstələməyə başlamışlar. Bunlardan biri Balakirev olmuşdur.

Balakirev- “Qüdrətli dəstə“nin başçısı və rus Pulsuz məktəbinin banisidir. Bəstəkarın parlaq və özünəməxsus istedadı musiqidə yeni janrlar açmağa imkan vermişdir. Öz dövrünün ən gözəl pianoçularından biri və istedadlı dirijor olaraq o, öz həyatını musiqi incəsənətinin təbliğatına həsr etmişdir.

Balakirev öz fəaliyyətində Qlinka və Darqomıjskinin yaradıcılığı ilə ilhamlanmışdır. Belinski, Gertsen və Çernişevski kimi ədəbiyyatçıların incəsənətə baxışları da bəstəkara böyük təsir göstərmişdir. Bəstəkarın dostu tənqidçi Stasov isə onun üçün mənəvi dayaq olmuşdur.

Balakirev “Qüdrətli dəstə“ bəstəkarları ilə yaşıd olmağına baxmayaraq , onların tərbiyəçisi və rəhbəri olmuşdur (Boradin və Kui hətta ondan yaşlı idilər). Sonradan dəstənin üzvləri Boradin, Musorqski və Rimski-Korsakov incəsənətdə öz xüsusi , təkrarolunmaz yolu tapıb keçmiş müəllimini yaradıcılıq cəhətdən ötdülər. Lakin Balakirevin nüfuzu onların arasında həmişə yüksək idi. Məhz Balakirevin bədii dünyagörüşünün, musiqi zövqünün və yaradıcılıq prinsipinin böyük təsirləri altında 60-cı illərdə “Qüdrətli dəstə“ bəstəkarlarını birləşdirən bədii istiqamətin bünövrəsi qoyulmuşdur. Balakirev digər musiqiçilər üçün xalq mahnılarının tədqiqatı və toplanmasında0020örnək olmuşdur. O, ilk xüsusi folklor ekspedisiyasını təşkil etmişdir. Bununla yanaşı Balakirev xalq mahnı işlənməsinin yeni tipini yaratmışdır. Həmin işlənmələrdə bəstəkar kənd mahnısının diatonikasını müasir romantik harmoniya ilə uyğunlaşdırmışdır. Rus xalq mahnıları ilə yanaşı Balakirev Qafqaz mahnılarının toplanması ilə də məşğul olmuşdur. Bu isə “Qüdrətli dəstə“ bəstəkarlarının yaradıcılıq üslubunun formalaşmasına xüsusi təsir göstərmişdir.

Balakirev irsinin çox mühüm hissəsini simfonik əsərlər təşkil edir. Xalq mahnılarını inkişaf etdirərək o, Qlinkadan başlanan xalq-janr simfonizminin xəttini davam etdirmişdir. Bununla yanaşı Balakirev rus simfonik musiqisinin digər qolunun banisi olmuşdur. O, rus bəstəkarları arasında ilk dəfə olaraq proqramlı əsərlər yazmağa başlamışdır.

Balakirevin romanslarında və əksər hallarda fortepiano əsərləri də böyük bədii dəyərlərə malikdir. Bəstəkarın ictimai –musiqi və yaradıcılıq fəaliyyətinin əhəmiyyəti çox böyük idi. Pulsuz musiqi məktəbi çoxlu istedadlı musiqiçilər hazırlamışdır. İki mövsüm (1867-69-cu illərdə) Balakirev Rus Musiqi Cəmiyyətinin simfonik konsertlərinə rəhbərlik etmişdir.

Lakin bu musiqiçinin son taleyi faciəli olmuşdur. Dövlət dairələri bəstəkarın fəaliyyətindən narazı qalaraq, onu daim təqib edirdilər. Apardığı mübarizə və daimi maddi ehtiyac üzündən taqətdən düşmüş Balakirev tezliklə musiqiçilər arasında aparıcı rolunu itirmişdir. Onun çoxtərəfli fəaliyyətinin parlaq dövrü təxminən 10 il davam etmişdir.

Bütün sonrakı ömrü boyu Balakirev can ağrısı və ümidsizlikidən əziyyət əzab çəkir. O, artıq əvvəlki yüksəkliyə qalxmağa qadir deyildi. Lakin Balakirev ömrünün son günlərinə qədər gənc musiqiçilərin tərbiyəçisi və bəstəkar kimi yorulmadan çalışmışdır.

Balakirev yaradıcılığı xalq ruhu ilə zəngindir. O, demək olar ki bütün yaradıcılığı boyu xalq mahnılarına müraciət etmişdir. Onun 1858-ci ildə bəstələdiyi “3 rus mahnısının temasına uvertüra” əsəri buna misal ola bilər. Bu əsər “Kamarinskaya” əsəsinin ənənələri əsasında yazılmışdır. Fərq burasındadır ki “Kamarinskaya “ iki, bu əsər isə 3 xalq musiqisinin mövzusunun əsasındadır. Giriş və final mövzuları “ Kak ne belaya bereza v pole prileqla” bılin oxumaları kimi lirik , axıcı melodiyaya malikdir. Sonrakı mövzular isə “ Vo pole berezonka stoyala” və “ Vo piru bıla” mahnılarına olan mövzulardır.

1860-cı ildə bəstəkar Volqa ətrafı bölgələrə səyahət edir. bu da rus musiqisinin inkişafında böyük rol oynayırdı. Şerbina (rus folklorunun tətqiqatçısı) mahnıların sözlərini, Balakirev isə melodiyasını yazırdı. Səyahətdən qayıdarkən o, xalq mahnılarının mövzularına yenidən müraciət edərək “1000 let” və ya “Rus” simfonik poemasını bəstələmişdir.

“Pesnya razboynika” romansı rus xalq mahnısının janrına yaxındır. 3 qısa kuplet unison giriş və finalla çərçivəyə alınmışdır. Melodiya diatonikdir və qusli obrazlı arpeciolarla akkompanement olunur.

1866-cı ildə Balakirevin Volqa ətrafı ərazilərə səyahəti zamanı topladığı xalq mahnıları “40 rus xalq mahnısı” məcmuəsi kimi çapdan çıxır. Bu məcmuədə olan mahnılar xüsusi ilə seçilir, bu melodiyalar xalq mahnılarına olan bədii miniatürlərdir. Burada bəstəkar xüsusilə xalq dastanlarından, xalq obrazlarının xarakterindən, Volqanın təbiətindən ilham almışdır. Bunlardan bir hissəsini kiçik janrlı səhnəciklər adlandırmaq olar.

Bu məcmuədə əsas yerlərdən birini “ Ey,uxnem!” mahnısı tutur. Özünəməxsus işlənməsi ilə (basda unison oktavalar, sonra isə bütün səsləri olan akkordlar səslənir) Balakirev bu mahnıya qəhrəmani xarakter verir.

Bu məcmuəyə həmçinin “Ne bılo vetru” ,”Kak pod lesom, pod lesoçkom” kimi toy mahnıları daxildir. Bu qədim mahnının melodiyasının harmonizasiyası natural dorik laddadır. “Zaiqray , moya volınka” , “U vorot, vorot”, “Kak po luqu, po lujoçku” və s. mahnılarında istifadə edilən kvinta və oktava intervalları , arpeciolar səslənməsinə görə dombr və balalayka alətini xatırladır.



Mənbələr:

  1. Ю.КЕЛДЫШ. ИСТОРИЯ РУССКОЙ МУЗЫКИ. ЧАСТЬ ПЕРВАЯ. ГОСУДАРСТВЕННАЯ МУЗЫКАЛЬНАЯ ИЗДАТЕЛЬСТВО МОССКВА 1948. ЛЕНИНГРАД

  2. T.M.HÜSEYNOVA. RUS MUSİQİSİ TARİXİ. BAKI UNİVERSİTETİ TƏŞKİLATI. 1991

  3. РУССКАЯ МУЗЫКАЛЬНАЯ ЛИТЕРАТУРА. ВЫПУСК ВТОРОЙ. ИЗДАТЕЛЬСТВО «МУЗЫКА». МОССКВА 1966. ЛЕНИНГРАД



  1. Русские народные песни (составитель В.В. Варганова). М., 1988.

  2. Селиванов В.В. Год русского земледельца. М.,1987.

  3. http://www.referats.net/pages/referats/newage/Detailed/30940.html


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə