Руководство для врачей: в 2-х т. Т. 2 / Под редакцией Н. Н. Яхно. 4-е издание, перераб и доп. М.: Оао ‘Издательство ‘Медицина’, 2001, ст




Yüklə 193.07 Kb.
tarix23.04.2016
ölçüsü193.07 Kb.
Nevrologiya ixtisası üzrə 119 nümunəvi test sualları

1) Dil-udlaq sinirinin nevralgiyası üçün hansı kliniki simptomlar xasdır?
A) dilin kökündə, badamcıqlarda, əsnək qövsündə atıcı ağrılar

B) dilin arxa 1/3-də dadbilmənin pozulması

C) udmanın pozulması

D) salivasiyanın pozulması

E) sadalananların hamısı düzdür
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 286
2) Somatik xəstəliklər zamanı yaranan nevrozobənzər vəziyyətinin nevrozdan əsas fərqi nədir?
A) bəzi ağır somatik xəstəliklər zamanı yaranması

B) psixo-emosional gərginlikdən sonra yaranması

C) yatrogeniya fonunda yaranması

D) şəxsiyyətin premorbid pozulmalarının olmaması

E) yaşlı əhalidə yaranması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 395
3) İncik sinirinin zədələnməsinin klinik əlamətləri hansıdır?
A) pəncənin açıcı əzələlərinin parezi

B) Vasserman simptomu

C) axill refleksinin itməsi

D) baldırın daxili səthinin hipesteziyası

E) Bayır topuğunda ödem
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 561
4) Budun bayır dəri sinirinin nevropatiyasının kliniki əlamətləri nədir?
A) Lasseq simptomu

B) budun ön-bayır səthində hipesteziya

C) diz refleksinin enməsi

D) Axill refleksinin itməsi

E) budun dördbaşlı əzələsinin zəifləməsi
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 558
5) V sinirin klassik nevralgiyası zamanı nə müşahidə olunur?
A) üzdə çaxmaqlı zonalar

B) permanent ağrı sindromu

C) üzün ödemi

D) V sinirin 2-ci və 3-cü şaxələrinin innervasiya nahiyyəsində hipoalgeziya

E) tutma zamanı psixomotor oyanıqlıq
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 285
6) Ağrı və temperatur hissiyatının lifləri (lateral ilgək) beynin hansı nahiyyəsində dərin liflərlə birləşir?
A) beyincikdə

B) uzunsov beyində

C) görmə qabarında

D) beynin ayağcıqlarında

E) beyin körpüsündə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 37
7) Əsas tormozlayıcı mediator hansıdır?
A) QAYT

B) noradrenalin

C) dofamin

D) adrenalin

E) asetilxolin
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 79
8) Midriaz hansı nahiyyənin zədələnməsi zamanı baş verir?
A) gözün hərəki sinirinin iri hüceyrəli nüvələrin yuxarı hissəsində

B) orta tək nüvədə

C) gözün hərəki sinirinin kiçik hüceyrəli əlavə nüvələrində

D) gözün hərəki sinirinin iri hüceyrəli nüvələrin aşağı hissəsində

E) medial boylama dəstənin nüvələrində
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 105
9) Hansı nahiyyənin zədələnməsi zamanı xoreik hiperkinez əmələ gəlir?
A) beyinciyin

B) solğun kürənin

C) zolağlı cisiminin

D) subtalamik nüvədə

E) talamusun
Ədəbiyyat: Неврологические сиптомы, синдромы, симптомокомлпексы и болезни / Е.И. Гусев, Г.С. Бурд, А.С. Никифоров – М.: Медицина, 1999, стр. 428
10) Körpünün tərkibinə nə daxildir?
A) blokabənzər sinirinin nüvələri

B) gözün hərəki sinirinin nüvələri

C) dilaltı sinirinin nüvələri

D) uzaqlaşdırıcı sinirinin nüvələri

E) qırmızı nüvələr
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 107
11) Romberq vəziyyəində gözləri yumduqda dayanıqsızlığın daha da artması hansı növ ataksiya zamanı baş verir?
A) qarışıq

B) beyincik

C) sensitiv

D) alın


E) vestibulyar
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 89
12) Yuxarı beyincik ayaqcığından hansı yol keçir?
A) alın-körpü-beyincik

B) ön spino-serebellyar

C) arxa spino-serebellyar

D) spino-talamik

E) ənsə-gicgah-körpü-beyincik
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 87
13) Broun-Sekar sindromu zamanı zədə tərəfdə mərkəzi tipli iflic hansı dəyişiklilərlə yanaşı təzahür edir?
A) əks tərəfdə bütün növ hissiyatın pozulması

B) hissiyatın poliveritik tip pozulması

C) zədə tərəfdə bütün növ hissiyatın pozulması

D) zədə tərəfdə dərin hissiyatın və əks tərəfdə ağrı və temperatur hissiyatının polulması

E) zədə tərəfdə ağrı və temperatur hissiyatının polulması
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 51
14) Sol yuxarı ətrafın parezi ocağın hansı lokalizasiya zamanı əmələ gəlir?
A) sol mərkəz önü qırışığın aşağı hissəsində

B) daxili kapsulanın budunun arxa hissəsində

C) daxili kapsulanın dizində

D) sol mərkəz önü qırışığın yuxarı hissəsində

E) sağ mərkəz önü qırışığın orta hissəsində
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 70
15) Kvekkenştedt sınağı zamanı subaraxnoidal boşluğun bloku olmaması zamanı onurğa beyin mayesinin təzyiqi neçə dəfə artır?
A) 2 dəfə

B) 6 dəfə

C) 10 dəfə

D) 1,5 dəfə

E) 4 dəfə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 354
16) Striopalladar siteminin bütün afferent yolları harada bitir?
A) beyincikdə

B) zolağlı cisimdə

C) solğun kürənin lateral nüvəsində

D) subtalamik nüvədə

E) solğun kürənin medial nüvəsində
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 75
17) Xloridlərin onurğa beyin mayesində norma təkribi nə qədər təşkil edir?
A) 200-260 mmol/l

B) 40-60 mmol/l

C) 150-200 mmol/l

D) 120-130 mmol/l

E) 80-110 mmol/l
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 356
18) Boyun osteoxondrozu zamanı hansı arteriya daha çox zədələnir?
A) ənsə

B) onurğa

C) xarici yuxu

D) bazilyar

E) daxili yuxu
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 433
19) Əzələ və periferik sinirlərinin elektrik aktivliyinin tədqiqi ilə kliniki neyrofiziologiyanın hansı bölməsi məşğul olur?
A) exoensefaloqrafiya

B) doppleroqrafiya

C) komyuter tomoqrafiyası

D) elektroensefaloqrafiya

E) elektromioqrafiya
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.154.
20) Elektroneyromioqrafiya müayinəsi zamanı qeyd olunan M-cavab nədir?
A) hərəkət vahidlərinin toplanmış potensialı

B) ön buynuzlarının bir motoneyronunun toplanmış cavabı

C) beyinin orta strukturlarından qeydə alınmış toplanmış cavab

D) afferent stimula cavab olan sinir mərkəzlərinin aktivliyini əks etdirən cavab

E) ürək döyüntüsü zamanı damarların qanla dolması ilə şərtlənmiş elektrik impedansın dəyişməsinin toplanmış potensialı
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.156.
21) Elektroneyromioqrafiya müayinəsi zamanı qeyd olunan F-dalğa nədir?
A) afferent stimula cavab olan sinir mərkəzlərinin aktivliyini əks etdirən cavab

B) iynəli elektroneyromioqrafiya zamanı əzələlərin toplanmış potensialı

C) stimulyasa zamanı sensor liflərin toplanmış antidrom potensialı

D) hərəki liflərlə antidrom stimulyasiya zamanı motoneyronlarının qıcığlanmasına olan əzələlərin cavabı

E) stimulyasa zamanı sensor liflərin toplanmış ortodrom potensialı
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.158.
22) Hərəkət liflərdə qıcığın keçirilmə sürəti normada nə qədər olur?
A) təqribən 40 m/s

B) təqribən 120 m/s

C) təqribən 60 m/s

D) təqribən 20 m/s

E) təqribən 160 m/s
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 87.
23) Elektroensefaloqrafiya nəyi müayinə edir?
A) əzələlərdə əmələ gələn elektrik potensialları

B) müxtəlif sixlığlı toxumalarının rentgen şüasının hopdurmasını

C) sadalananların heç biri doğru deyil

D) baş beynin funksional vəziyyətini

E) baş beyni qan təchizatını
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.150.
24) Aşağıda sadalanan parametrlərdən hansılar sağlam insanların alfa-ritminə aiddir?
A) tezliyi 4-7Hz arasında dəyişən,amplitudası 50-70 mkV təşkil edən bütün aparmalarda qeydə alınan

B) sinusoidal, modullyasiya olunmuş, tezliyi 8-13Hz arasında dəyişən, ənsə aparmalarda qeydə alınan

C) sinusoidal, modullyasiya olunmuş, tezliyi 1-3Hz arasında dəyişən, bütün aparmalarda qeydə alınan

D) sinusoidal, modullyasiya olunmamış, tezliyi 15-60Hz, alın aparmalarda qeydə alınan

E) tezliyi 8-13Hz arasında dəyişən,amplitudası 5-15 mkV, ancaq ənsə aparmalarda qeydə alınan
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.151.
25) Aşağıda sadalanan parametrlərdən hansılar sağlam insanların beta-ritminə aiddir?
A) tezliyi 1-3Hz arasında dəyişən,amplitudası 100 mkV, bütün aparmalarda qeydə alınan

B) tezliyi 3,5-7,5Hz arasında dəyişən,amplitudası 5-15 mkV, ənsə və arxa-gicgah aparmalarda qeydə alınan

C) tezliyi 3-13Hz arasında dəyişən,amplitudası fərqi olmayan, ön aparmalarda qeydə alınan

D) tezliyi 13-35Hz arasında dəyişən,amplitudası 5-30 mkV arasında dəyişən, beynin ön nahiyyələrində daha sabit qeydə alınan

E) tezliyi 8-13Hz arasında dəyişən,amplitudası 20-90 mkV, arxa aparmalarda qeydə alınan
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.151.
26) Aşağıda sadalanan parametrlərdən hansılar EEQ-müayinə zamanı epilepsiya xəstəliyinə dəlalət edir?
A) “pik-yavaş dalğa”, spayklar, piklər

B) sadalananların heç biri doğru deyil

C) alfa, beta, tetta və delta dalğalar

D) alfa, tetta və delta dalğalar

E) ancaq tetta və delta dalğalar
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.152.
27) Aşağıda sadalananlardan hansılar “yavaş-dalğalara” aiddir?
A) beta və iti dalğalar

B) alfa və beta dalğalar

C) piklər

D) tetta və delta dalğalar

E) alfa, beta, tetta və delta dalğalar
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.151.
28) Aşağıda sadalanan müayinə üsullarından hansı baş beynin qan təchizatını öyrənir?
A) transkranial doppleroqrafiya

B) lumbal punksiya

C) EEQ

D) exoqrafiya



E) rentgenoqrafiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 98
29) Transkranial doppleroqrafiyaya göstərişlər hansılardır:
A) baş beynin damar xəstəlikləri

B) baş gicəllənmə, qulaqda küy

C) bütün cavablar doğrudur

D) baş ağrısı

E) servikalgiya (boyun osteoxondrozu)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 98
30) Transkranial doppleroqrafiya nəyi müayinə edir?
A) baş beyin qabığının aktivliyini

B) baş beyin və onurğa beyninin qan dövranını

C) sinir əzələ keçiriciliyini

D) sadalananlarının hamısı səhvdir

E) baş beynin qan dövranını
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 98
31) Gicgah pəncərəsindən hansı arteriyalar insonasiya olunur?
A) bazilyar və onurğa arteriyası

B) ön, orta və arxa beyin arteriyaları

C) daxili yuxu arteriyası

D) bloküstü arteriya

E) sadalananlarının hamısı düzdür
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 100
32) Daxili yuxu arteriyasının stenozu zamanı hansı arteriyalarda dəyişikliklər yaranır?
A) xarıcı yuxu və göz arteriyası

B) dəyişiklik baş vermir

C) ön birləşdirici və arxa birləşdirici arteriya

D) kontralateral karotid arteriyalarda

E) vertebrobazilyar hövzədə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 99
33) 1919-cu ildə amerika neyrocərrahı W.E. Dandi hansı müayinə üsulunu təklif etmişdir?
A) kranioqrafiya

B) spondiloqrafiya

C) transkranial doppleroqrafiya

D) mieloqrafiya

E) exoqrafiya
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.169.
34) İşemik ocaqlar KT-də nə zaman vizuallaşır?
A) 1-ci sutka

B) 6 saat

C) 2 saat

D) 12 saat

E) 2-ci sutka
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.170.
35) Arnold-Kiari anomaliyasının aşkarlanmasında əsas müayinə üsulu hansıdır?
A) kranioqrafiya

B) KT


C) MRT

D) exoqrafiya

E) mieloqrafiya
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.171.
36) Hansı kəllə-beyin sinirinin nevrinomasına şübhə varsa, gicgah sümüklərinin piramidlərinin Steynversə görə rentqenoqrafiyası aparılmalıdır?
A) VIII

B) IX


C) VII və VIII

D) VII


E) VI və VII
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.167.
37) Uroqrafin, urotrast, veroqrafin kimi maddələr hansı müayinə üsulunda istifadə olunur?
A) transkranial doppleroqrafiya

B) exoqrafiya

C) KT

D) baş beyin angioqrafiyası



E) MRT
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.167.
38) Aşağıda sadalanan elektroneyromioqrafiyanın hansı üsulu əzələlərinin spontan və iradi aktivliyini qeyd etmək üçün istifadə edilir?
A) halqaşəkilli elektrodlar vasitəsilə

B) səthi dəriüstü elektrodlar vasitəsilə

C) ritmik stimulyasiya vasitəsilə

D) tetanizasiya vasitasilə

E) əzələnin hərəkət nöqtəsinə yeridilmiş koaksial iynəli elektrodlar vasitəsilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 86
39) Mielitin əsas müalicə prinsipləri nədir?
A) antikonvulsiv terapiya

B) hormonal terapiya

C) sadalananların hamısı səhvdir

D) damar genişləndirici terapiya

E) tonus əleyhinə terapiya
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 204
40) V sinirin nevralgiyasının patogenetik terapiyasının ən effektiv üsulu hansıdır?
A) antidepressantların təyini

B) trankvilizatorların təyini

C) spazmolitiklərin təyini

D) antikonvulsantların təyini

E) analgetiklərin təyini
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 285
41) Keçici beyin qan dövranının pozulmasının diaqnozunu təsdiq etmək üçün ocaqlı serebral simptomatika hansı müddətə tam reqressə uğramalıdır?
A) 1 həftəyə

B) 2 həftəyə

C) 1 aya

D) 3 həftəyə

E) 1 sutkaya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 253
42) Onurğa arteriyasının patoloji burulmasının dəqiq diaqnostikası üçün aşağıda sadalanan hansı müayinə üsulları istifadə olunmalıdır?
A) reoensefaloqrafiya

B) ultrasəs doppleroqrafiya

C) KT

D) angioqrafiya



E) MRT
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.167
43) Xroniki beyin dövranının çatmamazlığı zamanı bulbar sindrom psevdobulbar sindromundan nə ilə fərqlənir?
A) oral avtomatizmin simptomları ilə

B) disfaqiya ilə

C) dizartriya ilə

D) disfoniya ilə

E) dilin fibrilyassiyası ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 278
44) Vertebrobazilyar çatmamazlığına hansı nevroloji əlamətlər xasdır?
A) senso-motor afaziya sindromu

B) apatiko-abulik sindromu

C) autotopoqnoziya sindromu

D) vestibulo-beyincik sindromu

E) sadalanların hamısı düzdür
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 239
45) Kəskin demielinizəedici ensefalomielitinin müalicəsi zamanı autoimmun pozulmaların korreksiyası üçün nə istifadə olunur?
A) sintetik qlükokortikoidlər

B) estrogen steroidlər

C) immunostimulyatorlar

D) anabolik steroidlər

E) qeyri steroid iltihab əleyhinə maddələr
Ədəbiyyat: “Kliniki nevrologiya ” Şirəliyeva R. K. 2009 səh.255
46) Dağınıq skleroz zamanı “kliniki dissosiasiya” fenomeni nə ilə xarakterizə olunur:
A) horizontal nistaqm qarın reflekslərinin yoxluğu ilə

B) ətraflarda mərkəzi iflic əzələ hipotoniyası ilə

C) daban klonusu və patoloji pəncə reflekslərinin olmaması ilə

D) ətraflarda mərkəzi iflic və hissi pozulmaların olmaması ilə

E) ətraflarda yungül mərkəzi iflic fonunda hissiyatın seqmentar və ya naqil tipli pozulması
Ədəbiyyat: “Kliniki nevrologiya” Şirəliyeva R. K. 2009 səh. 297
47) Kəskin demielinizəedici ensefalomielit zamanı hərəki və hissi pozulmalar hansı nahiyyənin zədələnməsi ilə əlaqədardır?
A) beyin qişaları

B) baş və onurğa beyni

C) onurğa beyin kökcükləri

D) periferik sinirlər

E) fəqərəarası qanqliyalar
Ədəbiyyat: “Kliniki nevrologiya ” Şirəliyeva R. K. 2009 səh.289
48) Kəskin demielinizəedici ensefalomielit zamanı görmə itiliyinin zəifləməsi hansı nahiyyənin zədələnməsi ilə bağlıdır?
A) ənsə payın Qrasiole şüalı tacında

B) birincili görmə mərkəzi bayır dizəbənzər cismlərdə

C) görmə siniri

D) ənsə payın görmə analizatorunun qabıq nahiyyəsində

E) torlu qişa
Ədəbiyyat: “Kliniki nevrologiya ” Şirəliyeva R. K. 2009 səh.289
49) Kəskin demielinizəedici ensefalomielit zamanı piramid simptomlarının morfoloji substratını nə təşkil edir?
A) mielinin parçalanması

B) baş beyində işemiya ocaqları

C) perivaskulyar ödem

D) ağ maddədə mezoqliyanın proliferasiyası

E) sadalananlarının hamısı düzdür
Ədəbiyyat: “Kliniki nevrologiya ” Şirəliyeva R. K. 2009 səh.255
50) Əsasən onurğa beyninin boyun qalınlaşmasının zədələnməsi ilə gedən yan amiotrofik sklerozu nə ilə differensiasiya olunmalıdır?
A) vertebrogen mielopatiya ilə

B) sirinqomieliya ilə

C) bütün cavablar doğrudur

D) spinal amiotrofiya ilə

E) intramedulyar şiş ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 648
51) Çanaq funksiyalarının pozulması hansı xəstəliyə xas deyil?
A) Parkinson xəstəliyi

B) multisistem atrofiya

C) dağınıq skleroz

D) yan amiotrofik skleroz

E) olivopontoserebelyar atrofiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 648
52) Quam adasının irsi xəstəliyi zamanı yan amiotrofik skleroz nə ilə müşahidə olunur?
A) amavrozla

B) hiperkinezlə

C) xoreoatetozla

D) servikal distoniya ilə

E) parkinsonizm və demensiya ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 648
53) Yan amiotrofik skleroz zamanı əsas ölüm səbəbi nədır?
A) ürək çatışmamazlığı

B) tənəffüs çatışmamazlığı

C) beyin ödemi

D) böyrək çatışmamazlığı

E) kardioqen şok
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 656
54) Yan amiotrofik sklerozun polimielitə bənzər variantının əsas kliniki əlaməti nədir?
A) ağrı hissiyatının pozulması

B) dərin hissiyatının pozulması

C) atrofiyaların olmaması

D) bulbar simptomatikanın olmaması

E) piramid yolunun zədələnməsinin olmaması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 650
55) Yan amiotrofik skleroz əsasən hansı yaş dövründə rast gəlinir?
A) 35-45 yaş

B) 10-15 yaş

C) 25-35 yaş

D) 45-60 yaş

E) 15-25 yaş
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 393
56) Yan amiotrofik skleroz zamanı yataq yaralarının mövcud olmaması nə ilə izah olunur?
A) trofiki pozulmalarının olmaması ilə

B) veqetativ sinir sisteminin prosessə qoşulmaması ilə

C) sadalananlarının hamısı doğrudur

D) periferik qan dövranının dəyişiklikləri ilə

E) dərinin kollaqen liflərinin dəyişilikləri ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 650
57) Çanaq funksiyalarının pozulmaları nəyə xas deyil?
A) parkinson xəstəliyinə

B) yan amiotrofik skleroza

C) multisistem atrofiya

D) olivo-ponto-serebelyar atrofiyasına

E) dağınıq skleroza
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 395
58) Botulizmin ilkin nevroloji simptomlarndan biri nədir?
A) XII sinirinin zədələnməsi

B) tənəffüs pozulmaları

C) akkomodasiyanın parezi

D) psevdobulbar sindrom

E) hipersalivasiya
Ədəbiyyat: Неврологические сиптомы, синдромы, симптомокомлпексы и болезни / Е.И. Гусев, Г.С. Бурд, А.С. Никифоров – М.: Медицина, 1999, стр. 219
59) Difteriya zamanı polineyropatiya nəticəsində yüksək letallıq riski nəyin zədələnməsi ilə izah olunur?
A) miokard və perifierik sinirlərinin

B) diafraqmanın və miokardın

C) kəllə və periferik sinirlərinin

D) bulbar sinirlərinin, diafraqmanın və miokardın

E) bulbar sinirlərinin və diafraqmanın
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 520
60) Tetanus zamanı patoloji mexanizm hansı prosessi zədələyir?
A) sadalanlardan heç biri düz deyil

B) afferentasiyanı

C) əzələlərdə ATF-ın parçalanmasını

D) sinir-əzələ impulsunun ötürməsini

E) likvorun rezorbsiyasını
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 220
61) Quduzluq zamanı əsas ölüm səbəbi hansıdır?
A) beyin ödemi

B) ürək çatışmamazlığı

C) tənəffüs çatışmamazlığı

D) böyrək çatışmamazlığı

E) kardioqen şok
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 224
62) Beyin tuberkulomasının diaqnostikasında hansı müayinələr əsas rol oynayır?
A) transkranial doppleroqrafiya

B) EEQ


C) KT və MRT

D) ENMQ


E) USM
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 238
63) Laym xəstəliyinin nadir təzahürləri hansılardır?
A) sarılıqsız hepatit

B) Menyer sindromu

C) orxit

D) sadalananların hamısı düzdür

E) eşitmənin zəifləməsi
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 215
64) Mielit zamanı spinoserebral mayedə hansı fenomenlər rast gəlinir?
A) sadalananların hamısı düzdür

B) zülalın miqdarının çoxalması

C) Kvekkenştedt sınağı zamanı hörümçəktorualtı sahənin normal keçiriciliyi

D) pleositoz

E) qlukozanın miqdarının norma daxilində olması
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 202
65) Suçiçəyi ensefaliti zamanı hansı patomorfoloji proseslər əsas yer tutur?
A) hemorragiya ocaqları

B) mikroqliyanın hipertrofiyası

C) yayılmış demielinizasiya prosesi

D) sinir hüceyrələrinin diffuz toksiki dəyişilikləri

E) perivenoz iltihabi infiltrasiya ilə birlikdə demielinizəedici proseslər
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh.194
66) Qızılca ensefaliti özünü hansı kliniki əlamətlərlə biruzə edir?
A) herpetik səpgilər ilə

B) poliradikulonevrit ilə

C) meningeal simptomlar ilə

D) bədən temperaturunun kəskin yüksəlməsi, baş ağrısı və təkrar olunan qusma ilə

E) ümumi zəiflik və kataral əlamətlər ilə
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh.191
67) Uoterxaus – Fridereksen (Waterhouse Friderichsen, kəskin böyrəküstü çatışmazlığ) sindromunun yaranması aşağıda sadalanan ağır gedişatlı meningitlərdən hansına xasdır?
A) Koksaki viruslu meningitinə

B) limfositar xoreomeningitinə

C) meninqokokk meningitinə

D) stafilokokk meningitinə

E) pnevmokokk meningitinə
Ədəbiyyat: “Kliniki nevrologiya” Şirəliyeva R. K. 2009 səh. 130
68) Virus ensefaliti zamanı likvorda nə müşahidə olunur?
A) zülalın həcminin azalması

B) qlükozanın həcminin artması

C) limfositar pleositoz

D) sadalananların hamısı doğrudur

E) xloridlərin həcminin artması
Ədəbiyyat: “ Kliniki nevrologiya” Şirəliyeva R. K. 2009 səh. 148
69) Ekonomo ensefalitinin nadir sindromlarına nə aiddir?
A) vegetativ pozulmalar

B) yuxu pozulması

C) patoloji pəncə refleksləri

D) üz sinirlərinin zədələnməsi

E) gözün hərəki pozğunluqları
Ədəbiyyat: “Kliniki nevrologiya” Şirəliyeva R. K.2009 səh.184
70) Herpetik ensefalitin etiotrop müalicəsində nə istifadə olunur?
A) oksolin

B) pefloksatin

C) eritromisin

D) asiklovir

E) seftriakson
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 360
71) Meningitin diaqnostikasında həlledici rolu nə kəsb edir?
A) temperaturun yüksəlməsi ilə xəstəliyin kəskin başlanması

B) ocaqlı nevroloji simptomatika

C) xəstəliyin kəskin başlanması, meningeal sindrom

D) likvorun dəyişikliyi

E) göz dibində ödem əlamətləri
Ədəbiyyat: “Kliniki nevrologiya ” Şirəliyeva R. K. 2009 səh. 122
72) Difteriya polineyropatiyası zamanı yerişin pozulması nə ilə əlaqədardır?
A) aşağı spastik paraparez

B) ekstrapiramid rigidlik

C) beyincik atakiyası

D) sensitiv ataksiya

E) pəncə distoniyası
Ədəbiyyat: “Kliniki nevrologiya ” Şirəliyeva R. K. 2009 səh.504
73) Botulizmin ilkin nevroloji simptomlarına nə aiddir?
A) tənəffüs pozulması

B) hipersalivasiya

C) psevdobulbar sindrom

D) XII sinirin zədələnməsi

E) akkomodasiyanın parezi və distoniya
Ədəbiyyat: “Клиническая неврология”. Никифоров А.С., Коновалов А.Н., Гусев Е.И., II том., стр.722
74) Beyin absesinin effektiv müalicəsinə nə aiddir?
A) absesin cərrahi yolla xaric olunması

B) antibiotikların massiv təyini və dehidratasion terapiya

C) abses boşluğunun antibiotiklarla yuyulması

D) absesin fizioterapevtik müalicəsi

E) abses boşluğunun dioksidinlə yuyulması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 344
75) Baş beyin absesinə şübhə zamanı hansı kliniki əlamətlər üzə çıxır?
A) ocaqlı beyin zədələnməsi

B) ümumi beyin simptomları

C) sadalananların hamısı düzdür

D) exo-ensefaloqrafiya zamanı M- siqnalının yerdəyişməsi

E) artan kəllədaxili hipertenziya
Ədəbiyyat: “Клиническая неврология”. Никифоров А.С., Коновалов А.Н., Гусев Е.И., II том., стр.235
76) Arqayl - Robertson sindromu nə zaman müşahidə olunur?
A) alkoqolizm

B) neyrosifilis

C) Parino sindromu

D) dağınıq skleroz

E) şəkərli diabet
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 370
77) Epilepsiyaya qarşı preparatların qəbulunu nə vaxt dayandırmaq olar?
A) tutmaların ən azı 3 il ərzində olmaması zamanı

B) tutmaların ən azı 2 il ərzində olmaması zamanı

C) tutmaların ən azı 1,5 il ərzində olmaması zamanı

D) tutmaların ən azı 1-2 il ərzində olmaması zamanı

E) tutmaların ən azı 1 il ərzində olmaması zamanı
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 231
78) Reklinqxauzen xəstəliyinə dəridə hansı dəyişikliklər xasdır?
A) papulyoz səpgilər

B) vitiliqo

C) teleanqioektaziyalar

D) rozeolez səpgilər

E) “qəhvə” ləkələri
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 27
79) Qoşe xəstəliyi zamanı mərkəzi sinir sisteminin zədələnməsi hansı fermentin azalması nəticəsində baş verir?
A) proteaza

B) ASAT


C) qlukoserebrozidaza

D) ALAT


E) qialuronidaza
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 57
80) Mukopolisaxaridozlar hansı xəstəliklər qrupuna aiddir?
A) sadalananların heç biri düzgün deyil

B) demielinizəedici xəstəliklərinə

C) motoneyron xəstəliklərinə

D) birləşdirici toxumanın irsi xəstəliklərinə

E) infeksion xəstəliklərinə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 65
81) I tip mukolipidoz hansı fermentin defisiti nəticəsində baş verir?
A) qlukoserebrozidaza

B) proteaza

C) qialuronidaza

D) sadalananların heç biri düzgün deyil

E) neyraminidaza
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 68
82) Fenilketonuriya zamanı hansı kliniki əlamətlər ilkin olaraq meydana cıxır?
A) piramid çatışmamazlığı

B) piqmentasiyalar

C) yüksək qıcıqlanma və qusma

D) toniko-kloniki paroksizmlər

E) atrofiyalar
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 71
83) Niman-Pik xəstəliyi zamanı hansı fosfolipidin mübadiləsi pozulur?
A) kefalin

B) lesitin

C) kardiolipin

D) fosfatidilserin

E) sfinqomielin
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 55
84) Barmaq-burun sınağının yerinə yetirilməsi zamanı intension tremor və qeyri dəqiqlik hansı patologiyaya xasdır?
A) ataksiyaların bütün formalarına

B) alın ataksiyası

C) dinamik ataksiya

D) sensiyiv ataksiya

E) statiko-lokomotor ataksiya
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 89
85) Hansı nahiyyənin zədələnməsi zamanı həqiqi sidik saxlaya bilməmə yaranır?
A) beyin körpüsünün

B) onurğa beynin bel qalınlaşmasının

C) mərkəzi önü qırışının parasentral payıcıqlarının

D) onurğa beynin boyun nahiyyəsinin

E) onurğa beynin at quyruqu nahiyyəsinin
Ədəbiyyat: Неврологические сиптомы, синдромы, симптомокомлпексы и болезни / Е.И. Гусев, Г.С. Бурд, А.С. Никифоров – М.: Медицина, 1999, стр. 134
86) Xarici qulaq keçidi və qulaq seyvanında ağrı və herpetik səpgilərlə yanaşı eşitmənin və vestibulyar funksiyanın pozulması hansı qanqlionun zədələnməsi zamanı rast gəlinir?
A) ulduz

B) Qasser

C) qanad-damaq

D) vestibulyar

E) diz
Ədəbiyyat: Kliniki nevrologiya / Şirəliyeva R.K. –Bakı: “Abşeron Nəşr”, 2009, səh. 487
87) Ən tez cərrahi əməliyyatlara nevrozun hansı formaları olan xəstələr məruz qalır?
A) nevrasteniya

B) sayrışan hallar nevrozu

C) nevrotik depressiya

D) nevrasteniya və nevrotik depressiya

E) isteriya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 214
88) Nevrozlar zamanı yaranan baş ağrıların əsas patofizioloji faktoru hansıdır?
A) kəllə-beyin sinirlərinin nevralgiyası

B) arterial təzyiqin qeyri-stabilliyi

C) kranio-serebral damarların distoniyası

D) patoloji əzələ gərginliyi

E) likvorodinamik pozulmalar
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.252.
89) Periferik veqetativ çatışmamazlığı sindromu hansı patologiyaya xas deyil?
A) kəskin keçici porfiriyaya

B) herpetik qaqnqliopatiyaya

C) amiloid polineyropatiyaya

D) alkoqol polineyropatiyaya

E) diabetik polineyropatiyaya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 147
90) Parasimpatik sisteminin mərkəzi şöbəsi neçə və hansı hissələrə bölünür?
A) 2 hissəyə: mezensefal və bulbar

B) 2 hissəyə: mezensefal və oma

C) 2 hissəyə: diensefal və bulbar

D) 3 hissəyə: mezensefal, bulbar və oma

E) 3 hissəyə: diensefal, mezensefal və bazal
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.114
91) Parasimpatik sinir sisteminin mezensefal şöbəsinin periferik hissəsini təşkil edən Yakuboviç nüvəsi hansı kəllə-beyin sinirinin nüvəsidir?
A) gözün hərəki sinirinin

B) blokabənzər sinirinin

C) uzaqlaşdırıcı sinirinin

D) dil-udlaq sinirinin

E) üçlü sinirinin
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.114
92) Parasimpatik sinir sisteminin bulbar hissəsini hansı kəllə-beyin sinirlərinin veqetativ nüvələri təşkil edir?
A) Vrisperq ara, üçlü və qoxu sinirinin

B) gözün hərəki sinirinin

C) dəhliz-ibliz və üz sinirlərinin

D) Vrisperq ara siniri, dil-udlaq və azan

E) üçlü sinirinin
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.114
93) Parasimpatik sinir sisteminin oma şöbəsini nə təşkil edir?
A) S2-S4 seqmentlərinin boz maddəsi

B) S2-S4 seqmentlərinin ağ maddəsi

C) S1-Co1 seqmentlərinin ağ maddəsi

D) S3 seqmentlərinin ağ maddəsi

E) C1-C5 seqmentlərinin boz maddəsi
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.115
94) Simpatik sinir sisteminin mərkəzi şöbəsini nə təşkil edir?
A) C1-C4 seqmentlərinin ön buynuzları

B) L2-L4 seqmentlərinin ön buynuzları

C) C5-D2 seqmentlərinin ön buynuzları

D) C8-L3-4 seqmentlərinin yan buynuzları

E) C8-L3-4 seqmentlərinin arxa buynuzları
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.115
95) Beynin hansı şöbəsi veqetativ sinir sisteminin vasitəsilə tər vəzilərinin sekresiyasına nəzarət edir?
A) talamik

B) strio-pallidar

C) mezensefal

D) limbik

E) hipotalamik
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.121
96) Göz yaşı mayesinin sekresiyasının pozulması hansı sindromun xarakterik əlamətlərindən ola bilər?
A) Şixen

B) Emeri-Dreyfus

C) Troyer

D) Şarko


E) Seqren
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.122
97) Hipersalivasiya zamanı hansı simptomatik dərman maddələrindən istifadə oluna bilər?
A) antikonvulsantlardan

B) antidepressantlardan

C) steroidlərdən

D) damar genişləndirici maddələrdən

E) xolinolitiklərdən
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.123
98) Yalançı ifliç və parezlər nevrozların hansı formasında ən tez rast gəlinir?
A) isteriya

B) nevrasteniya

C) sayrışan hallar nevrozu

D) sayrışan hallar nevrozu və nevrasteniya

E) nevrotik depressiya
Ədəbiyyat: Неврологические сиптомы, синдромы, симптомокомлпексы и болезни / Е.И. Гусев, Г.С. Бурд, А.С. Никифоров – М.: Медицина, 1999, стр. 654
99) Posttravmatik rinoreyanın diaqnostikası üçün burun möhtəviyyatının hansı göstəriciləri yoxlanılır?
A) zülal

B) xloridlər

C) natrium

D) şəkər


E) sitoz
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 711
100) Posttravmatik epilepsiya zamanı jekson tipli qıcolmalar patoloji ocaqın hansə nahiyyədə yerləşməsi zamanı baş verir
A) təpə payı

B) gicgah payı

C) alın payı

D) mərkəzi qırışı

E) Heşli qırışı
Ədəbiyyat: «Клиническая неврология»: В 2-х т.- Т.2 / Под редакцией А.С. Никифоров, А.И. Коновалов 2003, стр. 464
101) Subaraxnoidal qansızma zamanı müsbət diaqnostik əlamətlər hansı müayinə zamanı aşkar olunur
A) transkranial doppleroqrafiya

B) KT


C) kəllənin rentqenoqrafiyası

D) angioqrafiya

E) exoensefaloqrafiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 725
102) Müştərək kraniovertebral travmasından sonrakı onurğa sütununun boyun nahiyyəsinin qeyri stabilliyini hansı üsul ilə aşkar etmək olar?
A) pnevmoensefaloqrafiya

B) boyun nahiyyəsinin funksional vəziyyətlərdə rengenoqrafiyası

C) Enən kontrast mieloqrafiyası

D) MRT


E) KT
Ədəbiyyat: Nevrologiya.R.K.Şirəliyeva.2007.səh.168.
103) Aşağıda sadalanan hansı patologiyalardan biri qapalı kəllə-beyin travmalarının yüngül geri dönən formasıdır?
A) kəllə əsasının sümüklərinin sınığları

B) kəllə-beyin sirkələnmə

C) orta dərəcəli kəllə-beyin əzilməsi

D) yüngül dərəcəli kəllə-beyin əzilməsi

E) kəllə-beyin basılması
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 711
104) Alın – döyənək nahiyyəsində lokalizasiya olunmuş şişin ilkin simptomlarına nə aiddir?
A) görmə sahəsinin bitemporal defekti

B) davranışın pozulması

C) koordinasiyanın pozulması

D) astaziya - abaziya

E) aşağı ətraflarda ikitərəfli piramid parez
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 672
105) Alın payının premotor zonasının şişlərinə nə xasdır?
A) adversiv qıcolmalar

B) sadalananlarının hamısı

C) ətraflarda yüngül mərkəzi parezi fonunda hissiyatın seqmentar və ya naqil tipli pozulması

D) hemiparez aşağı ətrafda üstünlük ilə

E) şiş tərəfdə görmə sinirinin atrofiyası
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 672
106) İntramedulyar spinal şişlər üçün daha çox nə xasdır ?
A) subaraxnoidal boşluğun erkən blokadası

B) sensitiv ataksiya

C) hissiyatın seqmentar dissosiyasiya olunmuş pozulmaları

D) kökcük ağrıları

E) Elsberq-Dayk sindromu
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 693
107) Aşağıda sadalanan hansı sinirlərinin nevrinoması daha çox təsadüf olunur?
A) eşitmə sinirinin

B) əlavə sinirinin

C) üçlü sinirinin

D) dilaltı sinirinin

E) görmə sinirinin
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 671
108) Şişin baş beynin hansı nahiyyəsində yerləşməsi zamanı generalizə olunmuş epileptiform tutmalar daha çox rast gəlinir?
A) ənsə payında

B) təpə payında

C) gicgah payında

D) alın payında

E) təpə və ənsə payında
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 673
109) Şişin baş beynin hansı nahiyyəsində yerləşməsi zamanı başın sağlam tərəfə məcburi dönüşü ilə birgə adversiv qıcolma tutmaları baş verir?
A) alın payında

B) gicgah payında

C) ənsə payında

D) təpə payında

E) təpə və ənsə payında
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 672
110) Şişin dominant yarımkürənin gicgah payında yerləşməsi zamanı nə xasdır?
A) sensor afaziya, autotopoqnoziya

B) motor, semantik afaziya

C) motor afaziya, autotopoqnoziya

D) motor, sensor afaziya

E) sensor amnestik afaziya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 673
111) Mərkəzi sinir sisteminin metastatik şişlərin erkən mənbəsi nədir?
A) prostat vəzisi

B) uşaqlıq

C) mədə

D) süd vəzisi



E) ağ ciyər
Ədəbiyyat: «Клиническая неврология»: В 2-х т.- Т.2 / Под редакцией А.С. Никифоров, А.И. Коновалов 2003, стр. 448
112) Likvorda zulalin miqdarının artması daha çox nə zaman təsadüf olunur?
A) boyun nahiyyəsinin intramedulyar şişləri zamanı

B) döş nahiyyəsinin ekstramedulyar subdural şişləri zamanı

C) bel qalınlaşmasının ekstramedulyar subdural şişləri zamanı

D) “at quyruqunun” şişləri zamanı

E) bel qalınlaşması səviyyəsində intramedulyar şişlər zamanı
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 693
113) Ekstramedulyar şişlər onurğa beynin hansı nahiyyəsində rast gəlinir?
A) yan səthində

B) ön səthində

C) ön-yan səthində

D) arxa və yan-arxa səthində

E) arxa səthində
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана –– М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 693
114) Arxa beyin çuxurunun patoloji prosesslərini müəyyən etmək üçün hansı üsuldan istifadə etmək daha əlverişlidir?
A) sadalananların hamısı

B) kontrast ilə KT

C) pozitron-emission tomoqrafiya

D) KT


E) MRT
Ədəbiyyat: Болезни нервной системы. Под ред.Н.Н.Яхно. – 2007, том 1.,стр. 678
115) Hansı patologiyaya şübhə zamanı hətta intrakranial hipertenziyanın əlamətləri olmaması şəraitində likvorodinamik müayinə əks-göstərişlidir?
A) alın payının şişi zamanı

B) təpə payının şişi zamanı

C) VIII sinirinin nevrinomasının kliniki gedişatının I mərhələsində

D) gicgah payının şişi zamanı

E) VIII sinirinin nevrinomasının kliniki gedişatının II mərhələsində
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. – 4-е издание, перераб. и доп. – М.: ОАО ‘Издательство ‘Медицина’, 2001, стр. 664
116) Oftalmoskopik Foster-Kennedi sindromu hansı kliniri əlamətlərlə müşahidə olunur?
A) görmə siniri diskilərinin iki tərəfli durğunluğu

B) zədələnən tərəfdə görmə siniri diskinin atrofiyası ilə birgə əks tərəfdə görmə siniri diskinin durğunluğu

C) zədələnən tərəfdə görmə siniri diskinin atrofiya və durğunluğu

D) zədələnən tərəfdə görmə siniri diskinin atrofiyası

E) görmə siniri diskilərinin iki tərəfli atrofiyası
Ədəbiyyat: Болезни нервной системы. Под ред.Н.Н.Яхно. – 2007, том 1.,стр. 675
117) Kəllə daxili təzyiq zamanı baş ağrının hansı növü xasdır?
A) alın-təpə nahiyyəsində təzyiq edici tip

B) ənsə nahiyyəsində küt və sıxıcı tip

C) baş nahiyyəsində pulsasiya edici tip

D) küt və sıxıcı tip

E) ənsə nahiyyəsində yandırıcı tip
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н.Н. Яхно., Д.Р. Штульмана – М.: ОАО ‘Издательство ‘Медицина’, 2003, стр. 270
118) Kefaloqematoma hansı nahiyyəyə qansızma deməkdir?
A) orbitaya

B) mədəcik daxili

C) bir sümük səviyyəsində sümüküstü nahiyyəyə

D) daxili kapsulaya

E) onurğa beyninə
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 187
119) Babinski refleksi sağlam uşaqlarda normada neçə yaşa qədər təzahür edə bilər?
A) 10 yaşa qədər

B) 2 yaşa qədər

C) 8 yaşa qədər

D) 6 yaşa qədər



E) 4 yaşa qədər
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы/ А.А. Скоромец, А.П. Скоромец, Т.А. Скоромец. // Санкт-Петербург, 2007, стр. 202


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə