Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə6/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

HEYDƏR ƏLİYEV MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN QARANTI İDİ
Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zən­gin bir mədəniyyəti, yüksək mənə­viy­yatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin mə­suliy­yət hissi ilə yanaşmalıdır.”

Heydər Əliyev
Bu gün informasiya bolluğu şəraitində istənilən şəxsiyyətin tarixi yerini müəyyənləşdirmək və bu fonda onun fəaliyyətini dəyərləndirmək mümkündür. XX əsrdə türk dünyasının yetirdiyi nəhəng siyasi xadimlərin, dövlət rəhbərlərinin sırasından yalnız iki nəfər – Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürk və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyev üçün zaman və məkan ölçüləri məhdud deyil. Çünki dünya durduqca Atatürk Türkiyəsi və Heydər Əliyev Azərbaycanı var olacaqdır.

Heydər Əliyev şəxsiyyəti konkret fəaliyyət sisteminə sığmır. O, təkcə böyük siyasətçi və dövlət xadimi deyil, həm də böyük azərbaycanlıdır və məhz bu yöndə Heydər Əliyev özlüyündə şəxsiyyətin bütövlük əmsalının daşıyıcısıdır. Böyük öndərimiz respublikamıza rəhbərlik etdiyi ilk dönəmdə də ta­rixi yerini tutmuşdu. Tarixi təhrif etmək istəyənlər anlamırdılar ki, 1970-1980-ci illərdə qazancı, o dövrdə deyildiyi kimi, aka­de­mikin qazancından qat-qat çox olan Bərdə pambıqçısının, Şa­maxı üzümçüsünün, Balakən baramaçısının, Qəbələ tütün­çüsünün yaddaşını təhrif etmək qeyri-mümkündür. Hələ o dövrdə möhtərəm Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük işlər, misilsiz xidmətlər onun tarixdə qalması üçün bəs edirdi. Lakin Tanrının seçimi, bu əvəzsiz insanın alnına yazdığı missiya daha böyük idi. O, bu müqəddəs missiyanı ye­rinə yetirərək 1993-cü ilin iyununda hakimiyyətə qayıdıb məhvə sürüklənən Azərbaycanı xilas elədi. Bu, tarixi xilas­karlıq missiyası idi.

Heydər Əliyev qısa bir müddətdə Azərbaycanı düşdüyü uçurum­dan, ağır fəlakətlərdən qurtardı. Hərbi müxalifətin fəaliyyətinə son qoydu, ölkədəki hərc-mərcliyi aradan qaldırdı, sabitlik və əmin-amanlıq yaratdı.

Bu, tarixdə iz qoymaq üçün ona yetərli idi. Lakin ona özünün fərdi populyarlığı yox, xalqının, qurduğu dövlətin müstəqilliyi gərək idi. Böyük öndər deyirdi: “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”.

Onun, yalnız onun belə deməyə haqqı var idi. Çünki Azər­bay­can və azərbaycanlılar üçün Heydər Əlirza oğlundan daha ar­tıq bir iş görmüş kimsəni təsəvvürə gətirmək mümkün­süz­dür. Böyük öndərimizin tarixdəki yerini müəyyənləşdirmək üçün hadisələrə bir qədər qlobal, həm də kompleks yanaşmaq gə­rəkdir. Çünki elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, ümu­miyyətlə, sosial sferanın bütün qollarına ayrılıqda yanaş­san, görərsən ki, məhz hər bir sahənin inkişafı ümummilli liderimizin adı, nurlu əməlləri ilə bağlıdır. İqtisadiyyatda da belədir, tikinti-quruculuq işlərində də. Xarici siyasətdə də belədir, elm və mədəniyyət sahəsində də. “Heydər Əliyev bü­tün zamanların və dövrlərin dahisidir” qənaətini yaradan, möh­kəm­ləndirən də məhz bu amillərdir. Lakin elə məqamlar da var ki, onlar nə ictimai-siyasi, nə də sosial-iqtisadi müstəvidə görü­nür. Yəni, bu fəaliyyət dairəsi vizual deyil, siyasi tendensiya daşımır. Bu məqamlar milli-mənəvi dəyərlər və onların qorunması ilə bağlıdır ki, total əxlaqın və çoxtərəfli inteqrasiyanın hakim kəsildiyi sivil dünyada getdikcə arxa plana keçməkdədir. Çağdaş dünyanın bütün gedişlərini sərt reallıqlar müstəvisində görməyi bacaran Heydər Əliyevin isə bu yöndə baxışları digər siyasətçilərdən köklü surətdə fərqlənir və məhz bu fərq onun nadir şəxsiyyətinin əlavə cizgisinə çevrilir. Bu cizgiləri təkcə “Heydər Əliyev və dövlətçilik”, “Heydər Əliyev və təhsil”, “Heydər Əliyev və mədəniyyət” və digər bu istiqamətli elmi-fəlsəfi araşdırmalarda açmaq mümkün deyil. Çünki milli-mənəvi dəyərlər və onun qorunması ümummilli liderimizin onsuz da geniş olan fəaliyyət spektrində ayrıca bir qol olduğundan tam müstəqil şəkildə araşdırılıb öyrənilməlidir.

Milli-mənəvi məsələlərlə bağlı böyük öndərimizin gördüyü işləri yalnız mədəniyyətə, incəsənətə, ədəbiyyata, təhsilə qayğı və diqqət kimi qavramaq, yaxud onu bu cür dərk edib, bu çərçivədə öyrənmək kökündən yanlış olardı. Ona görə ki, indiki anda söhbət ənənələrin yaşarlığından, milli mental düşüncənin davamlılığından, milli adətlərin nəsildən-nəslə ötürülməsindən gedir. Bu müstəvidə mühafizəkarlıq meylləri, konservatizm axtaranlar kökündən yanılırlar. Çünki Heydər Əliyev bəşəri ideyaları nəinki dərindən dərk edən, həm də onun daşıyıcısı olan insandır. Üstəlik, Heydər Əlirza oğlu bir vaxtlar birlikdə çalışdığı Kommunist Partiyası no­menkla­turasından, Siyasi Büro üzvlərindən yeganə şəxsdir ki, yeni siyasi düzümə xüsusi dünyagörüşü ilə adaptasiya oldu, demokratik dəyərlərin düzgün seçim olduğunu yerli bürokratlara və post-sovet məkanındakı konservatorlara sübut etdi. Həm də bəziləri kimi, bəlağətli çıxışlarla deyil, əməli fəaliyyəti ilə. Bu baxımdan, ümummilli liderimizin milli-mə­nəvi dəyərlər və onların qorunması, gələcək nəslə ötürülməsi yönündə gördüyü işlər, bütövlükdə, mütərəqqi xarakter daşıyır, heç bir qeyri-milləti hədəfə götürmür, yalnız bir azərbaycanlı olaraq bizim dünya xalqları arasında yerimizi müəyyənləşdirməyə xidmət edir.

Keçmişin miraslarını çağdaş dünyagörüşlərinə və təsəv­vürlərinə uyğunlaşdırmaq, yaxud bunun əksini etmək, əslində siyasi iradədən çox, mənəvi məsuliyyət tələb edən işdir. Lakin öz xalqını yetərincə tanıyan, onun mənəvi-etik parametrlərinə dərindən bələd olan böyük öndər bütün hallarda xalqın mənafeyini hər hansı ictimai prinsipdən, siyasi gedişdən üstün tuturdu. Ümummilli liderimizin söylədiyi bu fikirlərə, onun mahiyyətinə diqqətlə nəzər yetirin: “Demokratiyanın hüdudları ge­nişdir. O, hər bir xalqın milli-mənəvi dəyərlərinə, men­tali­te­ti­nə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir”.

Azərbaycanda qonaq olmuş dünyanın ən böyük siyasət­çilə­ri belə, ölkəmizdəki dini və milli tolerantlıqdan heyranlıqla danış­mışlar. Ötən ilin yayında ölkəmizdə olmuş bir alman jurnalistinin respublikamız barədə yazdıqları bizim üçün bəlkə də adi olan, lakin əcnəbilər üçün maraq kəsb edən faktlarla zəngin idi. Alman jurnalisti yazırdı ki, mən yalnız səhər obaşdan, yaxud axşam azan veriləndə hiss edirdim ki, bir Şərq şəhərində, müsəlman dövlətinin paytaxtındayam. Çünki adamların güzəranı, yeyib-içməyi, geyim-kecimi, şəhərin küçələrində şütüyən avtomobillərin çeşidi, ilk baxışda inkişaf etmiş Avropa dövlətlərinin şəhərlərini xatırladırdı və bəzən onu da üstələyirdi. Qəribə də olsa, məndə belə bir qənaət yaran­maqdaydı ki, artıq azərbaycanlılar öz mentalitetlərini, adət və ənənələrini yadırğayıb tam avropalaşmaq ərəfəsin­də­dirlər. Lakin adamların məişəti ilə yaxından tanış olduqca, onlarla söhbət etdikcə, bu millətin “mental mətbəxinə” nəzər sal­dıqca, məndə belə bir qənaət hasil oldu ki, milli-mənəvi dəyərlərin qorunması yolunda böyük bir təəssübkeşlik mövcuddur və söhbət etdiyim adamların çoxu bunu məhz ölkə Prezidenti Heydər Əliyevin adı ilə bağlayırdı.

Mən almaniyalı jurnalistin bu düşüncələrini özüm üçün dəfə­lərlə fikir süzgəcindən keçirmişəm və belə nəticəyə gəlmi­şəm ki, Heydər Əliyevin nəhəngliyi, bir şəxsiyyət kimi bütöv­lü­yü kənardan daha əzəmətli, daha aydın və daha möhtəşəm gö­rünür.

Ümummilli liderimiz Azərbaycan xalqının mənəvi dün­ya­sı­nın mühüm həlqəsi olan islami dəyərlərə böyük ehtiram bəs­ləyirdi: “Azərbaycanda islamşünaslıq sahəsində XX əsr, demək olar ki, tamam itirilmişdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır.” Təfəkkür sahibləri üçün bu cümlələr böyük strateji xəttin mühüm bağlarından biri kimi qavranılır. Çünki bu fikirləri adi insan, adi vətəndaş deyil, dövlət başçısı rəsmən bəyan edir. Və bununla da ümummilli liderimiz mənəvi dəyərlərin nəinki qoru­yucusu kimi yadda qalır, həm də bu dəyərlərin daha da möh­kəmləndirilib həmişəyaşarlığı üçün əməli fəaliyyət göstə­rən şəxsiyyət kimi qalır.

Böyük öndərimiz həyatın bütün sahələrində təsəv­vürə­gəl­məz titanik işlər görməyə qadir olan bir şəxsiyyət idi. Bəzən onun fəaliyyət dairəsinin genişliyi bizim təsəvvürlərimizin əhatə dairəsinə sığışmır və məhz bu səbəbdən Heydər Əliyev şəx­siyyəti əfsanələşir. Bu, bir tərəfdən onun əbədiyaşarlığını tə­min edirsə, digər tərəfdən, böyük öndərin şəxsi keyfiy­yətlərinin tam görünməsinə mane olur. Çünki ümummilli lideri­miz, hər şeydən əvvəl, bəşər övladı, real şəxsiyyət idi. Biz onu məhz bu yöndə tanımalı, öyrənməli, örnək götür­mə­liyik. Məsələn, Heydər Əliyevin Zərifə xanıma olan sonsuz sev­gisi, bunu ekranda milyonlarla tamaşaçının qarşısında etiraf etməsi real həyat həqiqətləri üzərində intişar tapdığından onun xalqımızın mənəvi-etik baxışlarında oynadığı rolu qiymətləndirməmək olmur. Elə buna görə də Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət” filmi Moskvada keçirilən festivalda mükafat alarkən heç kim təəccüblənmədi: məgər qadına, ömür dostuna bundan da böyük sevgi, bundan da zərif hisslər bəsləmək olardımı?

Mən böyük öndərimizin əhali ilə görüşlərini xatırlayıram, qaçqın şəhərciklərində yurd-yuvalarından didərgin düşmüş insanlarla görüşlərini yada salıram. Onun qaçqın toylarında rəqs etdiyini gözümün önünə gətirirəm. İnanın ki, xalqımızı, onun həyatının hətta bir anını belə Heydər Əliyevsiz təsəvvür edə bilmirəm. Bu, tək mənim qənaətim deyil. Görüşdüyüm, söhbət etdiyim, təmasda olduğum, ünsiyyət bağladığım adamların hamısı bu fikirdədir. Çünki ümummilli liderimiz ən böyük azərbaycanlı idi. Çünki o, öz xarakterində milli-mənəvi dəyərlərimizin bütün atributlarını daşıyırdı.

Məhz buna görə də o, dünyanın ən mötəbər tribunalarında, ən möhtəşəm saraylarında “Mən azərbaycanlıyam və bununla fəxr edirəm” deməkdən qürur duyurdu ... xalqı da onunla fəxr edirdi və həmişə də fəxr edəcək.

Xalq qəzeti”, 8 may 2004-cü il.




VƏTƏNDAŞ TƏRBİYƏSİNDƏ

AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ ROLU
İdeologiya hər bir cəmiyyətdə şəxsiyyətin formalaşmasının və inkişafının ən vacib şərtlərindən biri kimi çıxış edir. Çünki insan dünyaya gəldiyi andan etibarən həyatda gedən proseslərin, əhatəsində yaşadığı ictimai münasibətlər sisteminin təsirinə məruz qalır. Ona görə də ətraf mühit fərdin şəxsiyyət kimi yetişməsi prosesini istiqamətləndirən başlıca amilə çevirir. Cəmiyyətin inandığı, arxasınca getdiyi ideyalar, uzun illərdən bəri formalaşmış ənənələr isə insan şüurunun strukturunda, hər bir fərdin mənəvi aləmində öz əksini tapır.

Mühit insan şüurunda özünə kök salmış daimi stereotiplərin əsas mənbəyidir. Doğrudur, bu stereotiplər həyatın özünün şərtlərinin təsiri altında deformasiyaya uğraya bilər. Lakin burada da həlledici sözü məhz mühit deyir. Bu mühit isə, əslində cəmiyyətin artıq norma kimi qəbul etdiyi ideyalar sistemində üstqurum kimi çıxış edir. Elə buna görə də müasir dünyamızda şəxsiyyətin formalaşması məsələləri bütün ölkələr üçün prioritet vəzifə olaraq qalır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda yeni nəslin yetişdirilməsi kimi çox əhəmiyyətli bir problem gündəmə gəldi. Məsələnin mürəkkəbliyi bunda idi ki, 70 illik Sovet hakimiyyəti Azərbaycan xalqının tarixi şüurunda müsbət meyllərlə yanaşı, bəzi mənfi stereotiplərin formalaşmasına da səbəb olmuşdu. Digər tərəfdən, Azərbaycan yenicə müstəqilliyinə qovuşmuş ölkə olmaqla bərabər, həm də yeni ictimai formasiyaya keçid prosesinin son dərəcə çətin şərtləri altında yaşayırdı.

Bu iki tarixi prosesin eyni vaxta təsadüf etməsi vətəndaş tərbiyəsində yeni ideoloji doktrinanın ortaya çıxmasını zərurətə çevirmişdi. Bu doktrinanın müəllifi isə ümummilli lider, böyük şəxsiyyət, dahi rəhbər Heydər Əliyev oldu.

Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikada milli şüurun inkişafına, xalqımızın tarixi ənənələrinin və milli-mənəvi dəyərlərinin qorunmasına xüsusi diqqət yetirirdi. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda milli-mənəvi intibah prosesinin əsasını qoydu. Ölkəmizin rəhbəri hər bir addımı ilə bütün cəmiyyətə nümunə göstərdi. Bu nümunə əsl vətəndaş, həqiqi azərbaycanlı, böyük şəxsiyyət obrazının ən mükəmməl cizgilərini ifadə edirdi. Heydər Əliyevin ilk addımı bundan ibarət oldu ki, o, rəsmi tədbirlərdə məhz Azərbaycan dilində çıxış etməyə başladı. Bu, xalqın öz tarixi köklərini, qayıdışını və milli-mənəvi dəyərlərinə bağlılığını rəsmi səviyyədə nümayiş etdirən ilk ciddi hadisə idi.

Heydər Əliyevin azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında və dövlət idarəetmə strukturlarında fəal iştirakının təmin olunması istiqamətlərində də tədbirlər görmüşdü. Böyük rəhbərin şəxsi təşəbbüsü ilə respublikamızda yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alma imkanı əldə etmişdi. Bu proses 1969-cu ildən başlayaraq 1980-ci illərin sonlarına qədər davam etdi.

Deyirlər ki, böyük xalqı ancaq böyük insanlar, onu sevən, ömrünün mənasını ona xidmət etməkdə görən şəxsiyyətlər qaldıra bilər. Ötən əsrin 70-ci illərində Heydər Əliyev belə insanları axtarır, tapır, irəli çəkirdi. Məhz həmin dövr ərzində müdrik dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu gün yaşadığımız müstəqil Azərbaycan Respublikasinin iqtisadi və siyasi inkişafının təmin edilməsi üçün müstəsna rol oyna­yan mükəmməl milli kadr potensialı formalaşdırıldı. Azər­bay­canlı gənclərin yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi respublikamızın iqtisadi potensialının artırılmasına, xalqımızın dünya arenasında, o cümlədən ittifaq miqyasında böyük nailiyyətlər əldə etməsinə stimul yaratmaq məqsədi daşıyırdı.

Totalitar bir sistemin ağır şərtləri altında yaşadığımız dövrdə Heydər Əliyev xalqımızın ən görkəmli ziyalılarını repressiyalara məruz qalmaqdan, dissident həyatı sürməkdən xilas etdi, elmi potensialımızın ümummilli inkişafımızda səmərəli şəkildə istifadə edilməsinə nail oldu. 1969-cu ildən etibarən Azərbaycan iqtisadiyyatında müşahidə edilən sürətli inkişaf, sənayenin və kənd təsərrüfatının dirçəlməsi, əhalinin sosial durumunun yaxşılaşması və digər göstəricilər Heydər Əliyevin öz xalqının böyük vətənpərvər oğlu olduğunu təsdiqləyən faktlar kimi qiymətləndirilə bilər. Ümummilli liderin rəhbərliyi altında respublikamız çox qısa vaxt ərzində iqtisa­di və sosial inkişafın səviyyəsinə görə sovet respub­lika­ları arasında ön sıralara çıxdı.

Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin yeni Konstitusi­yamızda dövlət dili kimi təsbit edilməsinə nail olmaqla, əslində mahiyyət etibarilə Moskvanın siyasətinə zidd təhlükəli addım atmışdı. Amma bütün təhlükələrə, təzyiqlərə baxmayaraq, o, öz istəyini həyata keçirməyə müvəffəq oldu. Azərbaycan dilinin dövlət dili statusu alması xalqın mənəvi ruhunu canlandırmaq və milli dəyərlərinə, tarixi köklərinə sədaqətini qoruyub saxlamaq baxımından böyük əhəmiyyət kəsb edirdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin milli ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirirdi. O, hər çıxışında, gənclərlə görüşlərində bu məsələni önə çəkir, onlara xalqımızın milli-mənəvi dəyərlərinə sadiq qalmağı tövsiyə edirdi. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə bu sahədəki xidmətləri milli şüurun inkişafına təkan verən mühüm bir mərhələnin əsasını qoydu.

Ötən əsrin 90-cı illərində müstəqilliyə yeni qədəm qoymuş dövlətdə yeni vətəndaş tərbiyəsi kimi mühüm vəzifənin yerinə yetirilməsi bir çox ideoloji, siyasi, sosial-iqtisadi məsələlərin həlli ilə bağlı idi. Milli potensialın konkret dəyərlər sistemi əsa­sında vahid məqsədə yönəldilməsi dövlətçiliyin qorun­masında və inkişafında əsas zəmin olduğu üçün bu amil vətəndaş tərbiyəsində də, sözün həqiqi mənasında, fövqəladə rol oynadı. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideolo­giyası milli tarixi təkamül prosesinin həqiqi istiqamətl­ə­ri­ni müəyyənləşdirən və Azərbaycan xalqının milli-mənlik şüu­runun formalaşmasında yeni bir mərhələnin əsasını qoymuş unikal konsepsiyaya çevrildi.

Bu konsepsiya Azərbaycanda milli dövlətçilik ideolo­giya­sının yaranmasına, suveren dövlət təsisatının for­malaş­dırıl­masına və xalqımızın tarixi yaddaşının bərpasına xidmət edən yeni ictimai münasibətlər sisteminin bərqərar edilməsinə gətirib çıxardı. Çünki azərbaycançılıq, ilk növbədə doğma yurdun tarixi ənənələrinə arxalanır və ondan güc, qüvvət alır. “Hər bir milli və dövlət ideologiyasının məqsədi dövlətçilik anla­yışı ilə bağlıdır”, - deyən Heydər Əliyev azərbaycançılıq təli­minin birinci və aparıcı tərkib prinsipini “Öz milli mən­subiyyətini qoruyub saxlamaq, milli dövlətin sərhədləri daxi­lin­də vətəndaşlar üçün siyasi və iqtisadi baxımdan sabit həyat şə­raiti yaratmaq” kimi müəyyənləşdirdi. O, “Ümummilli baxım­dan dövlətçilik nədir?” sualını belə cavablandırdı: “Xal­qı daxili və xarici ədalətsizliklərdən, təzyiqlərdən, istilalardan qoru­maq.” Möhkəm dövlət olmayan yerdə nə insan hüquq­la­rın­dan, nə milli, nə də dini hüquqların qorunmasından söhbət ge­də bilməz. Görünür, elə bu səbəbdəndir ki, bu gün Heydər Əli­yev bütün Azərbaycan vətəndaşları tərəfindən milli dövlətçiliyin və Azərbaycanın son 34 illik tarixinin ən şərəfli səhifələrinin şəriksiz müəllifi kimi qəbul edilir.

Heydər Əliyev “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”, - deyirdi. Bu qiymətli fikir ümummilli liderin müstəqil Azərbaycanın vətəndaşlarını necə görmək arzusunu özündə ifadə edirdi. Heydər Əliyev özü məhz mənsub olduğu cəmiyyəti bu cür dü­şü­nərək yaşayırdı və bütün vətəndaşların eyni amala xidmət et­mə­sini arzulayaraq əsl vətənpərvər mövqeyini ortaya qoyurdu.

Müstəqilliyin ilk illərində vətəndaş tərbiyəsi məsələsi, ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Bu vacib vəzifənin uğurla həyata keçirilməsi üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Heydər Əliyev də bu mühüm vəzifənin yerinə yetirilməsinə məhz həmin amilləri nəzərə almaqla başladı.

Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl bir ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynadı.

Bu gün milli dövlətçilik düşüncəsi artıq XX əsrin sonları, XXI əsrin əvvəllərində vahid ideoloji konsepsiya kimi özünü təsdiq etmişdir. Azərbaycanda vətəndaş tərbiyəsi məhz bu ideologiyaya əsaslanırdı. Tarixi proseslərin mürəkkəb ictimai-siyasi xarakterini ardıcıl şəkildə araşdırarkən bunu görməmək, sadəcə mümkün deyildir və etiraf etmək lazımdır ki, əgər Azərbaycan dövlətinin varlığını qoruyub saxlamaq mümkün olmasaydı, onda Azərbaycan xalqının XX əsrin mürəkkəb geosiyasi və iqtisadi reallıqları fonunda özünütəsdiqi mümkün olmazdı.

“Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir”, - deyən Heydər Əliyevin ən böyük xid­mətlərindən biri də bundan ibarətdir ki, o, azərbaycanlıların vahid etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiya yaratdı, yeni və sağlam nəslin yetişdirilməsi üçün kifayət qədər mükəmməl bir şərait formalaşdırdı. Nə qədər çətin və ağır mərhələlərdən keçsə də, Heydər Əliyevin yarat­dığı azərbaycançılıq ideologiyası tarixin sınaqlarından uğurla çıxa bildi və onun müəllifinin müdrik şəxsiyyət olduğunu təsdiqləyən əsas faktlardan biri də elə bundan ibarətdir.

Azərbaycançılıq ideologiyasının tarixi-siyasi mahiyyətini araş­dırmaq, onun həqiqi fəlsəfi məzmununu müəyyən etmək, olduq­ca mürəkkəb bir məsələdir. Ancaq hamımızın görə bil­diyimiz çox adi bir həqiqət var: Bu ideologiya milliliklə müa­sirliyi, dinə sonsuz inamla tolerantlığı, demokratik düşüncə ilə dövlətçilik şüurunu elə mükəmməl bir səviyyədə özündə birləş­dirir ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə Azər­baycan xalqının ümumi xarakterini müəyyənləşdirir. Bu ideo­logiya adi bir həyat hadisəsi deyildir, müasir dünyanın mürək­kəb geosiyasi reallıqları fonunda öz xalqını milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratmış böyük bir siyasi xadimin idarə etdiyi tarixi prosesdir.

Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata keçirilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndirirdi: “Bu Azərbaycançılıq ideologiyasını qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır”.

Heydər Əliyev tarixi proseslərin məntiqi ilə ortaya çıxan mövcud ictimai- siyasi situasiyanın diqtə etdiyi şərtləri dəqiq qiymətləndirməyi bacarırdı və elə buna görə də, milli ideologiyanın yaradılmasının mühüm bir vəzifə kimi qarşıda dayandığını görürdü. Onun həyata keçirdiyi tədbirlərin uğurlu nəticələri bir daha sübut edir ki, Heydər Əliyev adi siyasi xadim deyil və onun hər bir siyasi gedişi rəhbərlik etdiyi xalqın milli mənafelərinin daim reallaşdırılmasına xidmət edir.

Bu sahədə 1993-cü ildən sonra əldə olunmuş nailiyyətlər müdrik şəxsiyyətin azərbaycançılıqla bağlı təlimlərinin xalqımız üçün mühüm əhəmiyyət kəsb etdiyini təsdiqlədi. Heydər Əliyev milli ideologiyanın təbliğinə məktəblərdən başlamağı tövsiyə edirdi: “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır”. Yeni dövrün yeni vətəndaşı, birinci növbədə Vətənini, torpağını sevməli, Azərbaycan dilini, ədəbiyyatını, tarixini, coğrafiyasını mükəmməl bilməli, milli- mənəvi dəyərlərini qorumalıdır. Bu cəhətlər sağlam vətəndaşın yetişməsi, saf həyat tərzi, gələcək yaşayışı üçün son dərəcə zəruri amillərdir.

Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri də yüksək səviyyəli təhsil sisteminin bərqərar edilməsidir. Buna görə də Heydər Əliyev vətəndaş tərbiyəsində təhsilin rolunu yüksək qiymətləndirir və intellektual gəncliyin yetişdirilməsini ən mühüm məsələlərdən biri hesab edirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə Azərbaycanda təhsilin və elmin inkişafına dövlət qayğısı nəzərəçarpacaq dərəcədə artmışdı. Ümummilli liderimiz öz çıxışlarının birində demişdir: “Dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi müstəqil xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq”. Müstəqil Azərbaycanda təhsil və elm sahəsində aparılmış islahatlar dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə müəyyənləşdirən hadisələr kimi xarakterizə oluna bilər.

Şübhəsiz ki, vətəndaş tərbiyəsi, ilk növbədə gənc nəslə aid olan konseptual məsələ kimi səciyyələndirilir. Buna görə də Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində gəncliyi bir an belə diqqətdən kənarda qoymamışdır. Bu, yal­nız gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması ilə məhdudlaşmırdı. Heydər Əliyevin siyasəti gənclərin ictimai-siyasi fəallığını və onların dövlət quruculuğunda daha geniş miqyasda təmsil olunmasını da əsas məsələlərdən biri kimi qiymətləndirirdi. Ümummilli liderimiz vətənpərvər gəncliyin yetişdirilməsinin vətəndaş tərbiyəsi prosesində başlıca prinsip kimi qəbul edilməsinə üstünlük verirdi. Heydər Əliyev deyirdi: “Vətənpərvərlik böyük məfhumdur. Vətənpərvər gənclərin yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədə başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir. Bütün cəmiyyətin, onun hər bir üzvünün əməllərindən müsbət yeniliklərlə yetkinləşir”.

Səkkiz il öncə, 1996-cı il fevral ayının 2-də Azərbaycan Res­publikası Gənclərinin I Forumu keçirildi. Bu forumda gənc­ləri narahat edən problemlər, onların qayğıları və çətin­lik­ləri, qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi apa­rıl­dı. Ümummilli lider Heydər Əliyevin iştirak etdiyi bu forum Azər­baycan gəncliyinin həyatında dönüş mərhələsi oldu. Bö­yük rəhbərimiz tədbirdəki çıxışında bütün Azərbaycan gənc­lərinə öz tövsiyələrini verdi, onları milli dövlət quruculuğu işində daha fəal iştirak etməyə, vətənpərvər şəxsiyyətlər kimi formalaşmağa çağırdı: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında da düşünməlidir”.

Azərbaycançılıq ideologiyasında vətəndaş tərbiyəsinin rolu, ilk növbədə onun milli dəyərlərimizin qorunması məsələsində prioritet məsələ kimi qiymətləndirilməsi ilə bağlıdır. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyllərini, tarixi təkamüldə varislik və tərəqqini ahəngdar şə­kildə özündə birləşdirən azərbaycançılıq ideologiyası, məhz bu­na görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistem­lərdə, mədəni mühitlərdə formalaşmış bütün azərbaycanlılar üçün cəlbedici və perspektivlidir. Azərbaycançılıq məfku­rə­si­nin belə sistemli xarakteri vətəndaş tərbiyəsi işini daha mü­vəffə­qiyyətlə həyata keçirməyə imkan verir.

Bu gün müstəqil dövlətin vətəndaşlarının müstəqillik və azad­lıq duyğusunu formalaşdırmaq məqsədilə müdrik rəhbə­ri­mizin dediyi kimi, ilk növbədə Azərbaycan Konstitusiyasını, ölkə­mizin qanunlarını, dövlət rəmzlərinin mənasını öyrənmək, dərk etmək lazımdır. Yeni dövrün gəncliyi üçün ən mühüm məktəb isə ümummilli liderin həyat və fəaliyyəti, mübarizə yoludur. Millətin gələcəyinin memarı olan bir liderin azərbaycançılıqla bağlı təlimləri, şəxsi nümunəsi, keçdiyi həyat yolu hər bir gəncin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır.

Azərbaycançılıq ideologiyasının digər bir vacib xüsu­siy­yəti, onun daxili rəngarəngliklə bərabər, konseptual bütövlüyü, milli özünüidarəyə imkan verən tamlığı ilə müəyyənləşir. Digər ideoloji meyllərdən - islamçılıqdan, avropaçılıqdan, türk­çülükdən, avrasiyaçılıqdan fərqli olaraq, azərbaycançılıq hər azərbaycanlının milli özünüdərkinə, milli mənsubiyyətinə görə özünü digər toplumlardan fərqləndirməsinə imkan verir. Şüb­həsiz ki, yenicə azadlığa qovuşmuş Azərbaycan cəmiyyəti üçün həm ayrıca fərd olaraq azərbaycanlı kimi milli özünü­dərki, həm də onların vahid milli ideya ətrafında birləşməsi baxı­mından bu, çox mühüm amildir.

Vətəndaş tərbiyəsində azərbaycançılıq ideologiyasının rolundan danışarkən, olduqca əhəmiyyətli bir xüsusiyyəti - mənəvi baxımdan sağlam cəmiyyət anlayışını ayrıca qeyd etməliyik. Heydər Əliyevin “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi tərbiyə keçmiş illərdən daha çox lazımdır” fikri Azərbaycanda vətəndaşların mənəvi tərbiyəsinin nə qədər əhəmiyyətli məsələ olduğunu bir daha orta­ya qoyur. Cəmiyyətin sağlam mənəvi dəyərlər əsasında inki­şafı, milli dövlətçiliyin daha etibarlı təməl üzərində inki­şa­fına, insanların şəxsi maraqları yox, ümumi məqsədlər ətra­fın­da səfərbər olunmasına stimul yaradan ən ciddi faktorlardan biri­dir.

Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzi­nə­sidir. Bu xəzinənin daim inkişafı, milli varlığın mövcudluğu, əbə­diliyi deməkdir. Prezident Heydər Əliyevin “Dövlət dilinin tət­biqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azər­baycan əlifbası və Azərbaycanda Bilik gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı 13 avqust 2001-ci il tarixli bəyanatı bu cəhətdən Azərbaycan vətən­da­şı­nın, Azərbaycan ziyalısının, xüsusilə müəllimlərin qarşısında mü­hüm vəzifələr və böyük məsuliyyətlər qoyur. Geniş icti­maiy­yətin rəğbətlə qarşıladığı bu tarixi sənədlər gənclərimizin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır. Bu fərmanlarda dilimizin keçdiyi tarixi inkişaf yolu, onun dünyanın ən zəngin və ən mükəmməl bir dili olduğu xüsusi qeyd edilir. Bu baxımdan, ümummilli liderimizin mənəviyyat məsələlərinə xüsusi diqqət yetirməsinin vətəndaş tərbiyəsində kifayət qədər böyük rol oynadığını inkar etmək mümkün deyildir. Heydər Əliyevin azərbaycançılıq ideologiyası, vətəndaş tərbiyəsi işinin təşkilinin ən başlıca istiqamətlərini müəyyənləşdirən, hər bir şəxsiyyətin həqiqi vətəndaş obrazını özündə təcəssüm etdirən mükəmməl bir konsepsiya kimi bu gün də aktuallığını saxlayır və öz əhəmiyyətini gələcəkdə də heç vaxt itirməyəcəkdir.

“Azərbaycanın səsi” qəzeti, 24 dekabr 2004-cü il.




MÜDRİK DÖVLƏT XADİMİ
Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər milli salnaməmizə Azərbaycan təhsilinin, elminin intibah mərhələsi, qızıl dövrü kimi yazılıb.

Tarixi şəxsiyyətlərin və bacarıqlı rəhbərlərin fəaliyyəti cəmiyyətin yüksəlişində, elmin, təhsilin, mədəniyyətin inkişafında əsas atributlardan biridir. Bu mənada, XX əsrin 70-ci illərindən etibarən respublikada quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev uzaqgörən və müdrik siyasəti sayəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsini qoydu. O, öz həyatı boyu istər əməli, istərsə də şəxsi nümunəsi ilə sübut etdi ki, maarif və mə­də­niyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəs­süb­keş himayəçisidir.

Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin də son bir qərinəlik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, xüsusilə ötən əsrin 80-ci illərində və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi böyük öndərimiz Heydər Əliyevin əvəzsiz xidmətlərinin bəhrəsidir. Bəli, artıq tarixə qovuşmuş 34 illik zaman kəsiyinə bugünkü gerçəklikdən baxanda, ona müasir dövrün meyarları ilə qiymət verməyə çalışanda bir daha şahidi olduq ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütöv bir epoxa, milli dirçəliş, milli özünüdərk, yüksəliş və tərəqqi, nəhayət Heydər Əliyev epoxasıdır.

Çağdaş tariximzin bu dövrü millətimizin salnaməsinə qızıl hərflərlə yazılıb. İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək, tariximizin bu şərəfli, qürur və iftixar doğuran səhifəsi örnək üçün daim oxunacaq, öyrəniləcəkdir.

1988-1992-ci illərdə Azərbaycanda özünü xalqın səsinin carçısı hesab edənlər, Milli Elmlər Akademiyası kimi ən böyük elm məbədinin varlığına son qoymaq istəmiş, amma xoşbəxtlikdən taleyin xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti yetirməsi ilə bu qərəzli və naşı təfəkkür məhsulu olan niyyət baş tutmamışdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan elminin tərəqqisinə böyük qayğı ilə yanaşdı.

1993-cü ildə zamanın və xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev təhsilin, elmin, səhiyyənin inkişafına, onların ən müasir avadanlıqlarla, yüksək ixtisaslı tibbi kadrlarla təmin edilməsində müstəsna xidmətlər göstərdi. Bu gün xalqımız o dahi şəxsiyyətin kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da təhsilə, elmə, səhiyyəyə böyük diqqət yetirməsinin şahididir.


“Yeni səhər” qəzeti, 9 iyun 2005-ci il.

ƏBƏDİYAŞARLIQ FƏLSƏFƏSİ
Heydər Əliyev milli-mənəvi dəyər­lə­ri­mizin ən böyük daşıyıcısıdır
Əksliklərin vəhdəti üzərində qərar tutan ziddiyyətli dünyamızda vaxt da insana qarşı dayanıb. Bütün ömrümüz bu “mücərrəd rəqib”lə mübarizədə keçir, ya biz vaxtı yenirik, ya da o bizi. Anın gözlənilməz zərbələrindən çox arzularımız əlçatmazlığa çəkilir, çox istəklərimizə doğru sona qədər irəliləyə bilmirik. Vaxt qarşısında acizlik həqiqəti bizimlə əbədi yol yoldaşı olur.

Amma doğrudanmı vaxt üzərində zəfərimiz mümkün deyil?! Bəs zəka və cəsarətlərinin qüdrəti ilə zamanı öz istəklərinə uyğun ram edərək vaxtı tarixə çevirmiş şəxsiyyətlər?!

Və elə bu anda istisnalar başlayır...

... Əbədiyyətə qovuşmuş böyük dühalar barədə söhbət açarkən, adətən onların bu fani dünyamızda yalnız cismən bizdən ayrı olduqlarını yazırlar. Əslində isə, onlar elə cismən də bizimlə birgədirlər. O insanlar fərd olaraq hər birimizin ge­yim, danışıq, davranış mədəniyyətimizdə, qabiliyyətlər­imizdə, adət-ənənələrimizdə yaşayırlar. Çünki biz bu dəyərləri, qa­biliy­yətləri çox, ya az, fərq etməz, bacardığımız qədər onlardan, məhz onlardan əxz etmişik. Göz önündəki ən xoş reallıqlarda onların ürəyi döyünür. Çünki bu reallıqlar həmin şəxsiyyətlərin zəkasından, qurucu əməllərindən doğulub. Maddi aləmdə ən gözəl olan nə varsa, o, həmin dühaların cisminin bir parçasıdır. Bizi əhatə etmiş zamanda yaşayan tarixi şəxsiyyətləri zamanın müəllifləri adlandırsaq, bu, fəlsəfi qanunauyğunluqlara zidd olmayacaq...

Dünyanın Azərbaycan adlı gözəl məkanında evlərin üzünün Günəşə doğru binə edilməsi, çay sularının axıb-daşıb sonda Xəzərin zümrüd hüdudsuzluğuna qovuşması kimi həyat mənzərələri fonunda bir ali həqiqət də ucalır. Bu həqiqət daxili dünyamızın əbədi sakininə çevrilmiş bir obraz üzərində intişar tapıb...

Konkret insanlar haqqında düşünərkən, təsəvvürdə müəyyən assosiasiyaların yaranması təbii-psixoloji hadisədir. Çox maraqlıdır ki, neçə illər öncə də Heydər Əliyev barədə fikirlərimdə o, həmişə öz tunc heykəli ilə yanaşı dayanırdı. Bəli, ulu öndər Heydər Əliyev hələ sağlığında ikən ürəklərdə öz heykəlini ucalda bilmişdi.

Şəxsiyyətin fəaliyyət göstərdiyi tarixi proses, bütün­lük­də, böyük epoxalar kimi dövrdə təcəssüm olunan ümumi başlanğıca malikdir. Böyük hadisələr özəl, ayrıca əməllərdən baş vermir, bəzən tam kortəbii qaydada, ümumi şüur, ümumi instinktlərin və tələbatların təsiri altında meydana gəlir. Lakin bu heç də ümumən kütlənin fonunda fenomen şəxsiyyətin rolunu azaltmamalıdır. Çünki tarixdə hər şey şəxsiyyət tərəfindən, şəxsiyyət vasitəsilə həyata keçirilir.

Tarixi hadisələrin ciddi təhlili zamanı görürük ki, ideyalar məhz şəxsiyyətlərdə təcəssüm olunur. Bəzi hallarda isə şəxsiyyət ideyanın rəmzinə- nişanına çevrilir. Heydər Əliyev adında təcəssüm edən ideya müstəqil demokratik Azərbaycan dövləti və inkişafa doğru hər gün bir qədəm də irəliləyən sivil bir xalqdır. O, bütün ömrünü bu ideyanın gerçəkləşməsinə həsr etmişdir...

Dünya şöhrətli rəssam Salvador Dalinin vaxtilə böyük rus çarı I Pyotr haqqında səsləndirdiyi fikirlər bu gün Heydər Əliyev şəxsiyyəti barədə düşüncələrdə tam yerinə düşür. Azərbaycanın ümummilli lideri Heydər Əliyev bəşər sivilizasiyasının indiyə qədər tanıdığı ən böyük rəssamlardan biri və bəlkə də birincisi idi. Heydər Əliyev öz arzularında, təxəyyülündə qurub yaratdığı Azərbaycanı olduğu kimi, vətənimiz boyda füsunkar bir tablo tək, əlvan boyalarla bu müqəddəs torpaq üzərinə köçürməyi bacarmışdır: Əl-ayağa dolaşanların cılız maneələrinə baxmadan, bütün şər-şəbədələrin, çəkişmələrin, dartışmaların fövqündə dayanaraq...

Vaxt öz mahiyyətindən irəli gələrək bütün narazılıqları, umu-küsüləri, giley-güzarları, qarşıdurmaları tez bir zamanda arxiv materialına çevirir. Müstəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yol - bizə bunlar qalır. Bu reallıqların hər birində ulu öndər Heydər Əliyevin imzası var. Və bu reallıqlar Heydər Əliyevin ruhunu xalqın ruhuna qovuşdurub - o, xalq üçün yaratdığı dəyərlərdə, ondan həyat dərsi, millətə, dövlətə sevgi nümunəsi, siyasi mədəniyyət, ədəb qaydaları əxz etmiş milyonların xatirəsində yaşayır və yaşayacaqdır... Bizlər hər addımda bu fenomen şəxsiyyətin nəcib əməllərinin gerçək nəticələri ilə qarşılaşır və Heydər Əliyevin öz xalqına, dövlətinə böyük sevgisinin şahidi oluruq.

Çağdaş Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandıranlara tam haqq qazandırıram. Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə göndərdiyi nadir şəxsiyyətlərin ön sırasında dayanır.

Heydər Əliyev bir zirvədir - ona doğru yalnız can atmaq olar. Əgər cəhdlərində davamlı olsan, bu zirvəyə doğru gedən yolda ən böyük nailiyyətlərin sahibinə çevrilə bilərsən. Lakin mənzil başına yetişmək istəyin bütün hallarda uğursuzluğa düçar olacaq. Çünki Heydər Əliyevi öyrəndikcə, onun şəxsiyyətinin qərar tutduğu mənəvi zirvə göz önündə daha da ucalır, bu zirvəyə aparan yollar daha da çətinləşir. Heydər Əliyev adının əhatə etdiyi mənəvi areal hüdudsuzdur. Bu adın ifadə etdiyi şəxsiyyət amilinin nəhəngliyini, miqyasını müəyyənləşdirə bilməzsən. İllər ötdükcə bu miqyas böyüyür və artır...

Filosof Heraklit deyirdi ki, eyni çaya iki dəfə düşmək mümkün deyil. Bu, əslində tarix və şəxsiyyət münasibətlərində də belədir. Heydər Əliyevi tarix yetişdirmişdir. Bu böyük insanı yetişdirən tarix bir daha təkrarlanmayacaq. Zamanın şərtləri isə çox dəyişkəndir. Kimsə Heydər Əliyev şəxsiyyətinə alternativ olmaq iddiasına düşə bilər. Amma vaxt, yolun başındaca bu iddialar üzərindən bir xətt çəkir. Heydər Əliyevlə eyni dövrdə yaşayanlara, onu öz gözlərilə görənlərə, ondan nələrisə öyrənənlərə isə, Tanrı tərəfindən bu imkanla birgə fəxarət payı da verilib. Nə vaxtsa yaşımızın ixtiyar çağlarında, gələcək övlad-uşaqlarımız məhz Heydər Əliyevlə eyni illəri yaşadığımız, eyni anları bölüşdüyümüz üçün bizə qibtə ilə baxacaqlar...

Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin fövqündədir. Fəqət bu ucalıq onun böyük dövlət xadimi, böyük ictimai xadim və bütün bunların hamısından da əvvəl, böyük azərbaycanlı olması faktını qətiyyən kölgədə saxlamır. Bəli, Heydər Əliyev hər şeydən əvvəl zəmanəmizin ən Böyük Azərbaycanlısı idi və onun idealları bu həqiqətdən qida alırdı. O, arzularında yaşatdığı Azərbaycanı hələ birinci hakimiyyəti dönəmindən qurmağa başlamışdı. O, Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən bütün islahatlarını bir həqiqətin istisnasız təsdiqinə yönəltmişdi: o, qeyri-müstəqil bir respublikanın təkcə bir başçısı yox, Lideridir. Azərbaycan xalqının ümummilli lideri...

Ölkəyə rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin inkişafı üçün Heydər Əliyevin misilsiz fəaliyyəti son dərəcə əhəmiyyətli nəticələri ortaya qoydu. Bu işləri ona qədərki heç bir rəhbərlə müqayisə edilməsi mümkün olmayan bir enerji, yüksək peşəkarlıq və uzaqgörənliklə həyata keçirdi.

Müxtəlif toplantılarda, görüşlərdə, müzakirələrdə onun yüksək məzmuna malik nitqləri, çıxışları və söhbətləri, verdiyi göstərişlər yalnız müdrik bir dövlət başçısının öz xalqının elminə, mədəniyyətinə, iqtisadiyyatına qayğısının parlaq ifadəsi olmaqla məhdudlaşmırdı. Bütün bunlar həmin sahələrin hər birinin inkişafını nəzərdə tutan mükəmməl proqram, konsepsiya idi ki, onların bəhrəsini bizlər müstəqil Azər­baycanımızda görürük. Bu hər kəs tərəfindən etiraf edilən bir həqiqətdir ki, Heydər Əliyevin rəhbərliyə başlaması ilə sovetlər dövrünün son onilliklərində Azərbaycan cəmiyyəti milli şüurun formalaşması baxımından daha aktiv, məhsuldar mər­hələyə qədəm qoymuş, ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən Azərbaycan bütün sahələr üzrə görünməmiş sürətlə inkişaf etmiş, ədəbiyyat, incəsənət, elm, təhsil məsələləri milli özünüdərkin çevik kompo­nentlə­rindən birinə çevrilmişdir.

Fəqət Tanrının onun üzərinə qoyduğu müqəddəs missiya tək bununla tamamlanmayacaq, Heydər Əliyev 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycanımızın təla­tümlü günlərində qüdrətli bir xilaskar kimi özünü yetirərək döv­lətimizi, xalqımızı oddan-alovdan, qandan-qadadan qoru­yacaq, bizi inkişafa, bəşəri dəyərlərə doğru aydın, işıqlı gələ­cəyə inamla süslənmiş rahat bir yola çıxaracaqdır...

Heydər Əliyev adı məğlubiyyət sözünü tarixin heç bir əy­ya­mında yaxına buraxmayıb. Ona qarşı antitəbliğat kam­pa­ni­yal­arı təşkil ediblər, fürsət düşdükcə, dəstə-dəstə qrup-qrup üzə­rinə hücum çəkiblər, məqamdan yararlanıb hüquqlarını pozmağa, ona ləkə vurmağa çalışıblar. Amma Heydər Əliyevi məğlub edə bilməyiblər, bunu heç kim bacarmayıb. Allah kiməsə Heydər Əliyevi məğlub qiyafədə görmək, “Heydər Əliyev mənə məğlub oldu” deyə tarix qarşısında öyünmək fürsəti verməyib. Heydər Əliyev məğlubedilməz şəxsiyyət idi! O, dünyaya sanki qələbələr üçün gəlmişdi.

Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə, ən çıxılmaz anlarda da arxayınlıq hissini itirmirdi. Çünki bütün mürəkkəbliklər Heydər Əliyev şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə bəsit görünürdü. Ən azı düşünür və qəribə bir əminliklə Heydər Əliyevin ən qorxulu situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdım və ümummilli liderin bütün maneələri dəf edib kecəcək addım səslərini eşidirdim.

İndiyə qədər fəlsəfi ədəbiyyatlarda şəxsiyyət amilinin müxtəlif şərtləri müəyyənləşdirilib. Şəxsiyyət o adamlara deyilir ki, onların mahiyyəti hər şeyi əhatə edir. Parlaq fərdi xüsusiyyətlərə malik hər kəs heç də şəxsiyyət sayıla bilməz. Adamların təkcə istedadı da burada köməyə yetişmir. Çünki çoxlu sayda ən istedadlı, nadir qabiliyyətə malik insanlar var. Lakin bu kəslər şəxsiyyət amilinin onların adı üzərində reallaşması üçün tələb olunan müqaviməti, qüdrəti ortaya qoymaq imkanına malik deyillər. Axı, şəxsiyyət hər şeydən əvvəl mənəvi varlıqdır. Elə istedadlı siyasətçilər, şairlər, rəssamlar, heykəltəraşlar var ki, onlar təbiətin bəxş etdiyi bu ver­gini bütünlüklə şəxsi faydasına, maddi qazanc əldə etməyə yönəlt­diyindən çoxları onların şəxsiyyətini şübhə altına alır. Han­sısa filosof şəxsiyyəti, hərəkətlərin və hərəkətlər imka­nı­nın vəhdəti kimi xarakterizə etmişdir. Şəxsiyyət bütövdür, bu­ra ruh da, könül də, bədən də daxildir...

... Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən, bura Azər­baycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti çoxdan, lap çoxdan Azərbaycanla bütövləşmiş, Heydər Əliyevin ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır” deyirdi ümummilli liderimiz! Və bu deyim yalnız onun dilində reallıqla tam üst-üstə düşürdü. Yalnız onun belə deməyə haqqı çatırdı. Çünki Azərbaycan, gerçəkdən də Heydər Əliyevin ürəyi, nəfəsi, həyatı idi...

Onun Azərbaycanın milli-mənəvi dəyərlərinə ruhən bu qədər vurğunluğunu, mübhəmliklərini də görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Qloballaşan dünyada gündən-günə güclənən sivilizasiyalararası müharibələr milli-mənəvi dəyərlər məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirməkdədir. Problemi aktuallaşdıran başlıca amil budur ki, total əxlaqın və çoxtərəfli inteqrasiyanın diktələri bir çox hallarda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə qarşı yönəlir və belə bir təhlükə Azərbaycanın da başı üzərində dolaşa bilərdi. Lakin Heydər Əliyevin öz vətəninə, xalqına bağlılığı bu təhlükə önündə də əzəmətli sipərə çevrilmiş oldu. Ümummilli liderin milli-mənəvi dəyərlər probleminə dair baxışları, onun siyasi portretinin əsas cizgilərindəndir.

Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdü­yü prinsiplər, bu problemin həlli ilə bağlı müəy­yənləş­dirdiyi aydın xətt, atdığı addımlar bəzən əsl mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Çünki görülən bu işlər, sadəcə qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyitək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş məqsədyönlü addımlardır.

Çağdaş nəzəriyyələr bu cür meylləri, adətən mühafizəkarlıq nümunəsi kimi nəzərdən keçirir. Amma Heydər Əliyevin böyüklüyü ondadır ki, milli ənənələrimizə bu qədər sadiqlik, onun timsalında konservatizm meyli kimi görünmür. Çünki milli dəyərlərə sadiqlik Heydər Əliyevin demokratizminin inkarına yönəlməyib. O, öz düşüncələrində çox böyük ustalıqla milli və liberal dəyərlərin dialoqunu qura bilib.

Öz müsahibələrinin birində Heydər Əliyevin hələ keçmiş SSRİ rəhbərliyində təmsil olunarkən onun taleyindəki müsbət rolundan söhbət açan məşhur rus dissident yazıçısı, Nobel müka­fatı laureatı Aleksandr Soljenitsının məlum etirafını xatır­layıram. Bu, ümumilikdə Heydər Əliyev demokratizminin etirafıdır. Bəli, Heydər Əliyev zəmanəsinin ən böyük demokratı idi. O, demokratiya anlayışının özünə də bir millilik gətirmişdi. Heydər Əliyevin demokratiya barədə aşağıda təqdim olunan fikirləri dünyanın ən dahi filosoflarının demokratiyaya dair baxışlar sisteminə aid edilə bilər: ”Demokratiyanın hüdudları genişdir. O, hər bir xalqın milli-mənəvi dəyərlərinə, mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir.”

Bu, son qərinələrin ”isti”, “soyuq” müharibələrində əsl məzmununu itirərək dünya nəhənglərinin əlində gizli müstəmləkəçilik siyasəti alətinə çevrilmiş demokratiyanın öz məzmununa qaytarılması üçün bütün dünyaya ünvanlanmış bir çağırışdır. Bu, gizli işğal siyasətini indi demokratiya niqabı arxasında həyata keçirməyə başlayanlara ünvanlanmış bir tənədir...

Kənar mədəniyyətlərlə təmas anlarında yabançı həyat tərzlərindən məhz nələri əxz etməli, nələri götürüb, nələri kənara qoymalı? Dünyanın ən böyük ideoloqları əsrlərlə bu suala cavab axtarmışlar, amma birmənalı cavab yenə də ortada deyil. Heydər Əliyev isə qüdrətli bir strateq kimi bu sualı real addımlarla cavablandırmış oldu. Azərbaycanın qapıları ən ali bəşəri dəyərlərin üzünə məhz onun əlləri ilə açıldı. Lakin bu qapıdan həyatımıza daxil olan yeniliklər, min illərcə tariximizlə yol gələn, bizi etnoslar içərisində tanıdan dəyərlərlə mübarizəyə girişə bilmədi və yad mədəniyyət elementləri neçə illər sonra da milli ənənələr üzərində hakim mövqeyə sahib ola bilməyəcək. Çünki seçim əvvəldən dürüst aparılıb...

Heydər Əliyevin bu sahədə müəyyən etdiyi prinsiplərə hansı səmtdən yanaşırsan, yanaş, fərq etməz, bu prinsiplərdə bütün cəhətlər üzrə dəqiq uzlaşmalar görəcəksən. Heydər Əliyevin irəli sürdüyü prinsiplər mahiyyət etibarilə Azərbaycan millətinin mənafelərini əsas götürür. Fəqət, eyni zamanda bu prinsiplər hansısa millətin mənafelərinə qarşı da yönəlməyib.

Ulu öndərimizin irəli sürdüyü prinsiplər dünya xalqları sıra­sında azərbaycanlıların layiqli yerini müəyyənləşdirir. La­kin məlum prinsiplər bu sırada qeyri-millətlərin yerini də inkar etmir. Təsadüfi deyil ki, Azərbaycanda qonaq olan əcnə­bilər bu Şərq ölkəsində müxtəlif dünya görüşlərinin, dini inancların, siyası əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil dialoquna heyranlıqlarını gizlədə bilmirlər. Bu dialoq, ilk növbədə, böyük öndərimizin düşüncələrində qurulmuşdur. Keçmişin qiymətli əmanətlərini çağdaş təsəvvürlərin işığında təqdim etməyə, yaxud çağdaş təsəvvür və dünyagörüşlərini tarixin ərməğanları fonunda nəzərdən keçirməyə yalnız Hey­dər Əliyev nail ola bilərdi və o, buna nail oldu...

Sitayiş etdiyimiz İslam dininin Azərbaycan insanının şüu­runda kompleks halda öz mahiyyətinə uyğun, məqsədli yozumların müdaxiləsinə uğramadan düzgün dərki ümummilli liderimiz üçün xalqımızın mənəvi dünyasında nəzərə çarpan ən aktual problemlərdən biridir. Heydər Əliyev ötən yüzillik tarixi­­mizin, islamşünaslıq elminin mənimsənilməsi baxı­mın­dan bizim üçün itirildiyini böyük təəssüflə xatırlayır və ölkədə bu elmin inkişafını son dərəcə vacib sayırdı. Heydər Əliyevin bax­ışlar sistemində din yalnız ruhi, mənəvi dünyanın pəncə­rə­sin­dən boylanır. Ümummilli liderimiz dinin siyasi alətə çevril­məsinə, insanların müqəddəs inanclarının siyasi proseslərin təsiri ilə tam adiləşib dəyərini itirməsinə heç vaxt imkan vermədi. Heydər Əliyev bu inancları bütün siyasi proseslərin fövqündə saxladı və qorudu...

Özümüzdən də xəbərsiz yaradılışımızdan bizimlə birgə ali bir duyğu doğulub köksümüzün altında göyərib boy göstərir. Həyatın əlavələrinə həmahəng olan, gün keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda da ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə, o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə, o duyğu bizim üçün inama, istinadgaha çevrilir. Və nə vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı.

Ümummilli liderimizin Azərbaycanın 1990-cı illərin əvvəl­lə­rində ağır tənəzzül dövrünü yaşayan çağdaş ədəbiyyatımızı, mə­dəniyyətimizi, təhsilimizi, səhiyyəmizi necə dirçəldib ayağa qaldırdığını yada salıram. Onun xalqın öndə gedən simalarına isti münasibətini göz önünə gətirirəm. Heydər Əliyevin xalq mərasimlərində, teatr tamaşalarında, konsert proqramlarında iştirakını, insanlarla ünsiyyətini, məcburi köçkünlərin toy məclislərində qol qaldırıb rəqs etməsini, uşaqlara sonsuz sevgisini xatırlayıram, qəlbim riqqətə gəlir.

Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ümummilli liderimiz sanki Azərbaycana, azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz simasında bir araya gətirmiş və bununla özü də canlı Azərbaycana çevrilmişdir. Heydər Əliyev Azərbaycanın canlı təcəssümü idi sanki...

Heydər Əliyev bütün şərəfli və zəngin ömrü boyu Azərbaycanın milli-mənəvi dəyərlərinin böyük himayədarı oldu. Nə xoş ki, ümummilli liderimizin bu sahədə qoyduğu ənənələr müqəddəs bir miras kimi yenə də yaşadılır, qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətinə rəhbərliyinin ilk günündən bəyan etdi ki, Heydər Əliyev yoluna sadiq qalacaq, bu yolu layiqincə davam etdirə­cək. Azərbaycan Prezidentinin fəaliyyəti bu bəyanata sadiq­liyin bariz ifadəsidir və bu, milli-mənəvi dəyərlərə müna­si­bət­də daha aydın cizgilərlə görünür. İlham Əliyev dövlətə rəh­bərliyinin ilk günlərindən Azərbaycan ədəbiyyatına, elminə, təh­silinə göstərdiyi diqqət və qayğı ilə əyani şəkildə sübuta yetirdi ki, o, bu sahədə də Heydər Əliyev məktəbinin prin­siplərinə sadiqdir.

Bu həqiqət hələ çoxdan, cənab İlham Əliyevin Azər­bay­c­anın Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nü­mayəndə heyətinə rəhbərlik etdiyi dövrlərdən görünməyə baş­lamışdı. O günlərdə dünyanın bu mötəbər qurumunun rəh­bərlərindən biri olaraq İlham Əliyevin əsas fəaliyyəti təca­vüzkar Ermənistanın ümumilikdə mənəvi irsimizə vurduğu yaraları dünyaya nümayiş etdirmək, bu yaraların doğura biləcəyi fəsadların qarşısını almaq, həmin yaralardan şəfa tapmağımız üçün qətiyyətli addımların atılmasından ibarətdir.

İndi o, Azərbaycan dövlətinin Prezidentidir. Və cənab İlham Əliyevin prezidentlik fəaliyyəti bu istiqamətdə çoxsaylı addımlarla yadda qalmaqdadır. Yalnız bir faktı xatırlayaq, dövlət başçısı İlham Əliyev kiril qrafikasında çap olunmuş kitabların latın qrafikası ilə yenidən nəşri barədə sərəncamı ilə XXI əsrin ortalarına doğru itirilmək təhlukəsi ilə üzləşdiyimiz mənəvi sərvəti yenidən bizlərə qaytardı...

Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə ötürəcəyinə bütün azərbaycanlılar qarşısında, ən böyük Azərbaycanlı Heydər Əliyevin ruhu qarşısında and içib. Azərbaycan Prezidenti öz andına sadiqdir. Necə ki, bütün ömrünü öz xalqına qurban edən ümummilli liderimiz bu andına sona qədər sadiq qaldı.

Azərbaycan Prezidentinin xanımı, ölkənin birinci ledisi Mehriban xanım Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində ortaya qoyduğu ardıcıl səylər də Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək sayğının təzahürüdür. Təsadüfi deyil ki, bu istiqamətdəki fəaliyyətinə görə o, YUNESKO-nun “Xoşməramlı səfiri” statusuna layiq görüldü. Bu, ümumilikdə dünyanın Mehriban xanımın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu status həm də Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə əyani bir sübutdur. Və ən nəhayət, bu ad Mehriban xanım Əliyevanın şifahi irsimizin və musiqi yaradıcılığı xəzinəmizin qorunub saxlanması, inkişafı sahəsində ortaya qoyduğu böyük zəhmətin xoş bəhrəsidir.

Müstəqillik nemətinə qovuşandan sonra dünya düzənində öz yerini yenicə möhkəmlədən Azərbaycan, bu kimi töhfələrlə beynəlxalq birliyə inteqrasiya istiqamətində böyük imkanlar qazanır. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqdan kənarda qala bilməz. Azərbaycan malik olduğumuz zəngin mədəniyyətlə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilmək imkanına malikdir. Lakin bunun üçün hələ çox işlər görülməlidir. Bu zərurət Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarında da ifadə olunmuşdur: “Biz bu istiqamətdə fəal iş apa­­­rırıq. Avropa ölkələri ilə, ümumən beynəlxalq qu­rum­larla həm siyasi, həm iqtisadi, həm də sosial səviyyədə ge­niş əlaqələrimiz vardır. Şübhəsiz ki, biz mədəni əməkdaşlıq sahəsində daha çox uğur əldə etməyi arzulayırıq.”

... Ola bilər ki, zaman hansısa şəxsə nə vaxtsa ona edilmiş yaxşılığı unutdursun. Ola bilər ki, şəxs ona edilmiş yaxşılığı layiqincə qiymətləndirmək imkanlarından uzaq olsun. Lakin xalqın və tarixin yaddaşı çox möhkəmdir. Hər hansı sapıntı onu öz qənaətindən döndərə bilməz.

Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin miqyası o qədər böyükdür ki, bunu sözlə yalnız belə ifadə etmək olar: bütöv xalqa və tarixə yaxşılıq. İnsan üçün bu yaxşılığın müqabilində yaddaşlarda daimi minnətdarlıq duyğuları ilə yaşamaqdan gözəl nə ola bilər?!

...Və əbədiyyət heykəlləri beləcə ucalmırmı?!



Heydər Əliyev irsi və Azərbaycan

dövlətçiliyi” kitabından

Bakı -2005

AZƏRBAYCANÇILIQ

İDEOLOGİYASININ BANİSİ
Hər bir xalqın, millətin ictimai şüurunda hakimiyyət geniş kütlənin ürəkdən inandığı nüfuzlu lider fenomenində təcəssümünü tapır. Ona görə də xalq özünün taleyüklü problemlərinin həllini həmişə güclü və ağıllı rəhbərin əzmkar fəaliyyəti, onun şəxsi və bənzərsiz keyfiyyətləri ilə bağlayır. Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış iradəsi onun böyük rəhbərə adi siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi baxdığını təsdiqlədi. Hansı siyasi şəraitdə və tarixi mərhələdə yaşamasından asılı olmayaraq, xalqımız Heydər Əliyev siyasi kursunun həyati əhəmiyyət daşıyan prinsiplərinə sadiqdir, çün­ki bu, onun bir millət olaraq inkişafını təmin etməyə qadir kon­septual ideologiyanı əhatə edir. Həmin siyasi kursdan kənar­da Azərbaycan dövlətçiliyi yoxdur. Çünki Heydər Əliye­vin siyasi kursu elə dövlətçiliyin özü deməkdir və bunu çox da uzaq olmayan illərin təcrübəsi dönə-dönə sübut etmişdir.

Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inan­dığı fundamental bir siyasi ideologiyanın, bütün vətən­daşlarının hər növ hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Çağdaş Azərbaycanı ümummilli lider Heydər Əliyevin şah əsəri adlandıranlara tam haqq qazandırmaq gərəkdir. Nə vaxtsa yaşımızın ən ixtiyar çağlarında gələcək nəvə-nəticələrimiz məhz ulu öndərlə eyni illəri yaşadığımız, eyni anları bölüşdüyümüz üçün bizə qibtə ilə baxacaqlar... Çünki azərbaycançılıq ideologiyasının banisi olan bu nadir siyasətçi və şəxsiyyət bütün zamanlarda mütərəqqi insanlar tərəfindən qürur və şərəf hissi ilə xatırlanacaq.

Azərbaycanın müstəqilliyinin ilk illərində vətəndaş tərbiyəsi məsələsi ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Bu vacib vəzifənin uğurla həyata keçirilməsi üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider Heydər Əliyev də bu mühüm vəzifənin yerinə yetirilməsinə məhz həmin amilləri nəzərə almaqla başladı. Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynadı. “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir” deyən ulu öndərin ən böyük xidmətlərindən biri də bundan ibarətdir ki, o, azərbaycanlıların vahid bir etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiya yaratdı, yeni və sağlam nəslin yetişməsi üçün kifayət qədər mükəmməl bir şərait formalaşdırdı. Nə qədər çətin və ağrılı mərhələlərdən keçsə də, ulu öndərin yaratdığı milli dövlətçilik ideologiyası tarixin sınaqlarından uğurla çıxa bildi və onun müəllifinin kifayət qədər müdrik şəxsiyyət olduğunu təsdiqləyən əsas faktlardan biri də elə bundan ibarətdir.

Milli dövlətçilik ideologiyasının tarixi-siyasi mahiyyətini araş­dırmaq, onun həqiqi fəlsəfi məzmununu müəyyən etmək olduqca mürəkkəb bir məsələdir. Bu ideologiya, ilk növbədə azərbaycançılıq ideologiyasını elə bir səviyyədə özündə birləşdirir ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə Azərbaycan xalqının ümumi xarakterini müəyyənləşdirir. Bu ideologiya adi bir həyat hadisəsi deyildir, müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda öz xalqının milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratmış böyük siyasi xadimin idarə etdiyi tarixi pro­sesdir. Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata ke­çirilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndirirdi: "Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır" deyirdi.

Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri də yüksək səviyyəli təhsil sisteminin bərqərar edilməsi idi. Ümummilli lider vətəndaş tərbiyəsində təhsilin rolunu yüksək qiymətləndirir və intellektual gəncliyin yetişdirilməsini ən mühüm məsələlərdən biri hesab edirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda təhsil və elmin inkişafına dövlət qayğısı nəzərəçarpacaq dərəcədə artdı. Ümummilli lider çıxışlarının birində bu barədə deyirdi: “Dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi müstəqil xalqımızın, mil­lətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun quru­ruq”. Müstəqil Azərbaycanda təhsil və elm sahəsində aparılmış islahatlar, dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevr­il­m­ə­sində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təs­i­rin­dən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında föv­qəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanda vətəndaş tərbiyəsinin mühüm stra­teji parametrlərini müəyyənləşdirən hadisələr kimi xarak­terizə oluna bilər.

Şübhəsiz ki, vətəndaş tərbiyəsi, ilk növbədə gənc nəslə aid olan konseptual məsələ kimi səciyyələndirilir. Buna görə də ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində gəncliyi bir an belə diqqətdən kənarda qoymamışdır. Bu, yalnız gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması ilə məhdudlaşmırdı. Ümummilli liderin siyasəti gənc­lərin ictimai-siyasi fəallığını və onların dövlət quruculuğu işin­də daha geniş miqyasda təmsil olunmasını da əsas mə­sələlərdən biri kimi qiymətləndirirdi. Heydər Əliyev vətən­pər­vər gəncliyin yetişdirilməsinin vətəndaş tərbiyəsi prosesində başlıca prinsip kimi qəbul edilməsinə üstünlük verirdi.

Ulu öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə bu qə­dər vurğunluğunun mübhəmliklərini, görünür, elə Azər­bay­cana bağlılıqda axtarmaq lazımdır. Qloballaşma, dünyada gün­dən-günə güclənən sivilizasiyalararası müharibələr milli-mə­nə­vi dəyərlər məsələsini çağdaş zamanın ən aktual məsə­lələ­rin­dən birinə çevirməkdədir. Problemi aktuallaşdıran başlıca amil budur ki, total əxlaqın və çoxtərəfli inteqrasiyanın dik­tə­lə­ri bir çox hallarda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə qarşı yönəlir və belə bir təhlükə Azərbaycanın da başı üzərində dolaşa bilərdi. Lakin ulu öndər Heydər Əliyevin öz vətəninə, xalqına bağlılığı bu təhlükə önündə də əzəmətli sipərə çev­ril­miş oldu. Ümummilli liderin milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərindəndir. Bundan başqa, dahi şəxsiyyətin bu sahədə xidmətlərinin, sadəcə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, el­minə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciy­yə­lən­dirilməsi həmin işlərin gerçək miqyası üçün kifayət qədər dar çər­çivədir. Çünki görülən bu işlər, sadəcə qayğı olmaqla məh­dud­laşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan mü­qəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əma­nət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş, məqsəd­yönlü addımlar isə Azərbaycanın milli dovlətçilik ideologiyasının möhkəmləndirilməsi üçün idi.

Kənar mədəniyyətlərlə təmas anlarında yabançı həyat tərzlərindən məhz nələri əxz etməli, nələri götürüb, nələri kənara qoymalı?! Dünyanın ən böyük ideoloqları əsrlərcə bu suala cavab axtarmışlar, amma birmənalı cavab yenə də ortada deyil. Ulu öndər Heydər Əliyev isə qüdrətli bir strateq kimi bu sualı real addımlarla cavablandırmış oldu. Azərbaycanın qapıları ən ali bəşəri dəyərlərin üzünə məhz onun əlləri ilə açıldı. Lakin bu qapıdan həyatımıza daxil olan yeniliklər minillərcə tariximizlə yol gələn, bizi etnoslar içrə tanıdan dəyərlərlə mübarizəyə girişə bilmədi və yad mədəniyyət elementləri neçə illər sonra da milli ənənələr üzərində hakim mövqeyə sahib ola bilməyəcək. Çünki seçim əvvəldən dürüst aparılıb…

Sitayiş etdiyimiz İslam dininin Azərbaycan insanının şüurunda kompleks halda, öz mahiyyətinə uyğun, məqsədli yozumların müdaxiləsinə uğramadan düzgün dərki ümummilli liderimiz üçün xalqımızın mənəvi dünyasında nəzərə çarpan ən aktual problemlərdən idi. Heydər Əliyev ötən yüzillik tariximizin islamşünaslıq elminin öyrənilməsi baxımından bizim üçün itirildiyini böyük təəssüflə xatırlayır və ölkədə bu elmin inkişafını son dərəcə vacib sayırdı. Ulu öndərin baxışlar sistemində din yalnız ruhi, mənəvi dünyanın pəncərəsindən boylanır. Ümummilli lider dinin siyasi alətə çevrilməsinə, insanların müqəddəs inanclarının siyasi proseslərin təsiri ilə tam adiləşib dəyərini itirməsinə heç vaxt imkan verməmişdi. Heydər Əliyev bu inancları bütün siyasi proseslərin fövqündə saxlamış və qorumuşdu...

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ümummilli liderimiz sanki Azərbaycana, azər­baycanlılara xas gözəl nə varsa, onların hamısını öz simasında bir araya gətirmiş və bununla özü də canlı Azərbaycana çevril­miş­di. Ulu öndər Heydər Əliyev Azərbaycanın canlı təcəssümü idi...

Heydər Əliyev bütün şərəfli və mənalı ömrü boyu Azərbaycanın milli-mənəvi dəyərlərinin böyük himayədarı oldu. Nə xoş ki, ümummilli liderimizin bu sahədə qoyduğu ənənələr müqəddəs bir miras kimi yenə də yaşadılır, qorunur.

Bu gün müstəqil dövlətin vətəndaşlarının müstəqillik və azad­lıq duyğusunu formalaşdırmaq məqsədilə, müdrik rəhbəri­mizin dediyi kimi, ilk növbədə, Azərbaycan Konstitusiyasını, ölkə­mizin qanunlarını, dövlət rəmzlərinin mənasını öyrənmək, dərk etmək lazımdır. Yeni dövrün gəncliyi üçün ən böyük məktəb isə ümummilli liderin həyat və fəaliyyəti, mübarizə yoludur. Millətin gələcəyinin memarı olan bir liderin azərbaycançılıqla bağlı təlimləri, şəxsi nümunəsi, keçdiyi həyat yolu hər bir gəncin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır.

Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzinəsidir. Bu xəzinənin daim inkişafı milli varlığın mövcudluğu, əbədiliyi deməkdir. Ulu öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan Əlifbası və Azərbaycanda Bilik Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı 13 avqust 2001-ci il tarixdə verdiyi bəyanat bu cəhətdən Azərbaycan vətəndaşının, Azərbaycan ziyalısının, xüsusilə müəllimlərin qarşısında mühüm vəzifələr və böyük məsuliyyət qoyur. Müdrik rəhbərimizin mənəviyyat, dövlət dili, ədəbiyyat və mədəniyyətimizlə bağlı verdiyi sərəncamlar müstəqil Azərbaycanın mənəvi əsaslarını daha da möhkəmləndirdi. Milli dövlətçilik ideologiyasının təbliği azərbaycançılıq prinsiplərinin ardıcıl tətbiqi ilə nəticələndi. Mənəvi quruculuq dövlətçiliyin, həm də sağlam dövlətçiliyin bünövrəsini təşkil etdiyi üçün bütün bu siyasətin bir strateji məqsədi var: Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, onun dönməz xarakter alması.

Tale bu tarixi missiyanı icra etmək üçün ulu öndəri xalqımıza bəxş etmişdi. Bu dahi insan doğma yurdunun sadiq və əzmkar oğlu kimi öz üzərinə düşən tarixi vəzifələri şərəflə yerinə yetirdi. Bu, həqiqi milli dövlətçilik siyasəti idi, qüdrətli Azərbaycan yaratmaq siyasəti idi. Bu, həm də Azərbaycanın qızıl dövrünü qurmaq yolu idi… Bu yol bu gün müdrik və mütəfəkkir şəxsiyyətin ideyaları ilə nurlanaraq onun qanından, ca­nından, tərbiyəsindən, siyasətindən və zəngin təcrübəsindən qüv­vət almış ölkə Prezidenti cənab İlham Əliyevin məq­səd­yönlü fəaliyyəti ilə davam edir. Vətənini, torpağını, gəncliyini sevən hər bir kamil vətəndaş bu yolun həqiqətinə inanaraq gələcəyə doğru inamla addımlayır.

Azərbaycan” qəzeti, 18 iyun 2006-cı il

1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə