Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə5/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

HƏR ZAMAN YÜKSƏLİŞDƏ

VƏ ZİRVƏDƏ OLAN LİDER
Hər zaman yüksəlişdə, həmişə zirvədə olmaq qisməti və məharəti bütün siyasətçilərdə olmur. Zamanın verdiyi fürsətdən istifadə edib irəliləyən, maneələrə rast gələndə isə nəinki irəliləyişini dayandıran, hətta birdəfəlik sınan şəxsiyyətlər tarix boyu çox olub. Ancaq müasir dünyada bütün Azərbaycanın rəm­zinə çevrilmiş Azərbaycan Prezidenti Heydər Əliyevin çoxşaxəli xa­rakterinin cizgilərindən biri, məhz hər an yüksəlişdə olmağı ba­carması, həmişə zirvədə olmaq məharətidir. O, adi bir işdə olan­da da, Sovet Azərbaycanına rəhbərlik edəndə də, SSRİ kimi nə­həng bir dövlətin rəhbərlərindən biri olanda da və nəhayət, an­titürk, antiazərbaycan qüvvələrin əlində oyuncağa çevrilmiş Mi­xail Qorbaçovun qurduğu fitnə-fəsad nəticəsində öz vəzifəsindən uzaq­laşdırılanda da hər an yüksəlişdə idi, zirvədə idi.

Tanrı onun süqutuna çalışanları həmişə xar edib. SSRİ rəh­bərlərindən biri kimi, tutduğu vəzifədən istefa verib Moskvada evində oturan Heydər Əliyev Azərbaycanla, Azərbaycan xalqı ilə əlaqəsini bir an belə kəsmədiyinə görə, xalqın gözündə yüksəlirdi. Heydər Əliyev ən yüksək səviyyədə haqsızlıqlarla üzləşir və həmin haqsızlıqlara baş əymirdi.

Etiraz səsini ucaldaraq ayağa qalxmış Azərbaycan xalqını SSRİ qoşunlarının qanına qəltan etdiyi vaxt - 1990-cı ilin Qanlı Yanvar faciələri zamanı susmadığına görə Heydər Əliyev Azərbaycan xalqının gözündə saatbasaat ucalırdı. Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərinin bu fitnəkar əməlinə açıq-aşkar etiraz edən Heydər Əliyev ona görə zirvədə qalırdı ki, o, eynilə Siyasi Büroda olduğu kimi haqsızlığa qarşı qətiyyətlə, mərdliklə çıxış edirdi.

1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev geridə qalmış bir respublikanı inkişaf etmiş sənaye, elm, mədəniyyət ölkəsinə çevirməklə həm ölkəsini ucaltmış, həm də özü idarəçilik təcrübəsinin zirvəsinə yüksəlmişdi. Hələ müstəqil Azərbaycan barədə heç bir söz-söhbətin yada düşmədiyi 1970-ci illərdə Azərbaycanı inkişaf etdirmək üçün öz şəxsi əlaqələrindən istifadə edən Heydər Əliyev SSRİ büdcəsi hesabına Bakıda və ölkə­nin müxtəlif guşələrində yüzlərlə sənaye müəssisəsinin tikilib istifadəyə veril­məsinə nail olmuşdu. Buraya maşın­qayır­ma, dəzgah­qa­yır­ma, elektrotexnika, kimya, neft-kimya, radiotexnika zavodları, əvvəllər Həştərxanda tikilməsi nəzərdə tutulan Bakı Dərin Özüllər zavodu, şoxsaylı aqrar-istehsalat müəssisələri daxildir.

Heydər Əliyevin Azərbaycan təhsilinin, mədəniyyətinin və səhiyyəsinin inkişafı üçün 1969-1982-ci illərdəki xidmətləri sübut edir ki, o, öz xalqının inkişafı yolunda misilsiz fədakarlıqlar göstərib. Təkcə “Heydər Əliyevin kadrı” kimi SSRİ-nin və dünyanın aparıcı ali təhsil müəssisələrinə göndərilən minlərlə gəncə göstərilən qayğını yada salmaq kifayətdir. Gənclərin bir qismi mükəmməl bilik və təcrübə qazanandan sonra Moskva, Leninqrad, Kiyev kimi nəhəng elm, texnika mər­kəzlərində qalsalar da, əksəriyyəti xalq təsərrüfatının inkişafına mühüm təkan verəcək kadr kimi Azərbaycana qayıtmışdı. Ali təhsilindən sonra Azərbaycana qayıtmayan soydaşlarımız isə indi Rusiyada, Ukraynada, Belarusda və digər MDB ölkələrində müstəqil Azərbaycanın diasporunu formalaşdırır, ölkəmizin sabahı naminə fəaliyyət göstərirlər.

Daim yüksəlişdə olmağı sevən Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanı nəhəng bir tikinti meydançasına çevirmişdi. Həmin illərdə tikilib istifadəyə verilən sənaye və yaşayış obyektlərini, yolları, körpüləri, sarayları, mədəniyyət ocaqlarını saymaqla qurtaran deyil. Məşhur alim Maykl Debeykinin söylədiyi kimi, hərəkətlərində azad olan Heydər Əliyev Moskvada çalışdığı beş ildə də Azərbaycanın inkişafını daim diqqətdə saxlamış, onun ümumittifaq miqyasında daim irəliləməsinə zəmin yaratmışdır. Məhz elə Azərbaycan naminə fəaliyyət göstərməsi də xalqımızın bədxahlarının xoşuna gəlməmiş, ona qarşı müxtəlif fitnə-fəsadlar törədilmişdi.

Heydər Əliyevin xalqın gözü qabağında misilsiz bir yüksəliş yolu keçməsinin növbəti mərhələsi onun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrə təsadüf edir. O, fak­tiki olaraq mühasirə şəraitində yaşayan muxtar respub­li­kanı, sözün həqiqi mənasında xilas etdi. Enerji təchizatından və ərzaq təminatından demək olar ki, tamamilə məhrum edilmiş muxtar respublika Heydər Əliyevin şəxsi əlaqələri hesabına dirçəldi, özünə gəldi. İran İslam Respublikası və Türkiyə ilə əlaqə qurub Naxçıvanı böhrandan çıxaran Heydər Əliyev AXC-Müsavat iqtidarının qəzəbinə tuş gəlsə də, xalqın gözündə daha da ucaldı. Məhz həmin nüfuz yüksəlişinin nəticəsi idi ki, xalq onu böhranlar girdabına salınmış Azərbaycanın rəhbəri kimi görmək istəyirdi. Hər gün bir partiya, hər ay bir blok yaradan yalançı siyasətçilərdən fərqli olaraq Heydər Əliyev öz işi ilə məşğul olurdu. O, nəinki siyasi partiya yaratmaq fikrinə düşmürdü, hətta bu məqsədlə ona müraciət edən Azərbaycan ziyalılarına da xeyli müddət müsbət cavab verməmişdi. Ancaq xalq öz təkidindən əl çəkmədi.

Heydər Əliyev 1993-cü ilin iyununda ölkədə tökülən qardaş qanının qarşısını almaq üçün yalın əllə Gəncəyə - qiyamçıların yanına getməklə xalqın ölçüyəgəlməz rəğbətini qazandı. O, ölkədə hərc-mərcliyin hökm sürdüyü bir vaxtda düşmənlə müharibə aparmağın daha ağır nəticələrə gətirib çıxaracağını görərək cəbhədə atəşkəsə nail olduğu üçün xalqın etimadını qazandı. Hər gün onlarla şəhid gələn yollardan anaların göz yaşını yığışdırdığına görə insanların inamını qazandı. Gecə-gündüz çörək növbəsində dayanıb çörək əvəzinə yeyilməsi mümkün olmayan yarıbişmiş xəmir alan mil­yonlarla insanı bu ağır günlərdən xilas etdiyinə görə xalqın xilas­karı adını qazandı. AXC-Müsavat iqtidarının Azər­bay­ca­na düşmən etdiyi ölkələri ölkə­mizin dostuna çevirmək üçün xarici siyasəti və diploma­ti­ya­nı nizama salmaq yolunda gö­rün­mə­miş uğurlar qazandığına görə adını Azərbaycan tarixinin qızıl səhifələrinə yazdı.

Heydər Əliyevin yüksəlişinin mühüm mərhələsini onun müstə­qil Azərbaycan üçün işləyib hazırladığı yeni neft strate­giyası və həyata keçirdiyi neft diplomatiyası təşkil edir. “Əsrin müqaviləsi” adlandırılan neft sazişi müstəqil Azərbaycanın inkişafı istiqamətində çox önəmli addım olaraq tarixə Heydər Əliyevin xidməti kimi yazılıb. Dünyanın aparıcı neft şrkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan həmin saziş sonradan Azərbaycana milyardlarla dollar sərmayə gətirilməsinə zəmin yaratdı.

Dünya siyasət tarixinin korifeylərindən olan Heydər Əliyev Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakını təmin etməklə, ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə nail olmaqla sübut etdi ki, o, müstəqil Azərbaycanın tərəqqisini yüksələn xəttlə inkişaf etdirməkdədir. Yeri gəlmişkən, son günlər dünya mətbuatı Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi tədbirləri böyük səxavətlə işıqlandırır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində böyük əhəmiyyət kəsb edən həmin yazılarda Heydər Əliyevin titanik fəaliyyətindən, təkcə region üçün deyil, bütün dünya üçün maraqlı olan problemlərin həlli istiqamətində atdığı addımlardan söz açılır. “İzvestiya” qəzetinin 24 aprel tarixli sayında verilmiş “Azərbaycan” tematik əlavəsində Heydər Əliyevin böyüklüyünü xarakterizə edən ən qabarıq cizgilərdən söz açılır. “Niyə o? Niyə məhz o?” - sualını verən redaksiya bu sullara məhz Azərbaycanda yaşayan insanların, bu ölkədə fəaliyyət göstərən müxtəlif qrupların və qurumların mövqeyi əsasında cavab verir. Qəzetin fikrincə, xalq Heydər Əliyevi ona görə sevir ki, o, torpağı kəndlilərə verib. Bu gün hər bir Azərbaycan kəndlisi mülkiyyət sahibidir. Əkini-biçini, mal-qarası var. Məhz həmin insanların - torpaq sahibi olan kəndlilərin yetişdirdiyi taxıl ölkənin tələbatını ödəyir.

Xalq Heydər Əliyevi ona görə sevir ki, o, biznesə sərbəstlik, sahibkarlara geniş imkanlar verib. Azad sahibkarlığın inkişaf etdirilməsi məqsədiylə bir neçə sərəncam imzalayan dövlət başçısı həm xarici iş adamları ilə, həm də ölkə daxilindəki sahibkarlarla görüşərək onların problemləri ilə tanış olmuş, müvafiq qərarlar qəbul etmişdir. Sayı günbəgün artan Azərbaycan sahibkarlarının öz Prezidentlərinə olan inam və etimadının əsasında məhz həmin qayğı durur.

“İzvestiya”nin fikrincə, Azərbaycan gəncliyi Heydər Əliyevi ona görə sevir və etimad göstərir ki, o, hakimiyyətdə olduğu 30 il müddətində həmişə gəncliyin misilsiz qayğıkeşi olub. Eyni zamanda, bu yazıda sənət adamlarının, elm və texnika xadimlərinin, təhsil, səhiyyə işçilərinin, idmançıların və digər zümrələrin Heydər Əliyevə misilsiz məhəbbətinin, hörmət və ehtiramının, inamının sirləri açılır və bu yazı oxucuya sübut edir ki, Heydər Əliyev həmişə yüksəlişdə, həmişə zirvədə olan bir dövlət rəhbəridir.

Sözümüzün sonunda ABŞ alimindən bir sitat gətirmək istəyirəm: “Sizi Tanrının özü hifz edir...” Bəli, onu Tanrı hifz edir və həmişə də hifz edəcək. Vətən və xalq naminə.
“Xalq” qəzeti, 6 may 2003-cü il.



HAMI ÜÇÜN DOĞMA VƏ ƏZİZ
Ömrünü xalqa həsr edənləri xalq heç zaman unutmur. Üstündən illər, qərinələr, əsrlər keçsə də, bu işıqlı simaların adı hünər dastanlarında xalq üçün abidəyə çevrilir.

Azərbaycan xalqının tarixində də belə şərəfli və parlaq ömür sahibləri olub.

Cavanşir, Şah İsmayıl Xətai və Heydər Əliyev. Onları yüzilliklər ayırsa da, əsrlər fərqini nəzərə alsaq, bu şəxsiyyətləri eyni amal və eyni məslək uğrunda mübarizə birləşdirir. Azərbaycan torpaqlarının müdafiəsi, xalqın və vətənin inkişafı və rifahı.

Zəmanəmizin son yarım əsrə yaxın bir dövrünü ölkəmizin və xalqımızın inkişafında misilsiz xidmətlər göstərmiş, ömrünü qətrə-qətrə əridib bütünlükdə xalqa həsr etmiş, Azərbaycanın əbədiyyət rəmzinə çevrilən Heydər Əliyev nəinki xalqımızın, hətta bəşəriyyətin yaddaşında əbədi abidədir.

Mən heç vaxt cənab Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq istəmirəm. Əmək bioqrafiyam bütünlüklə bu nurlu insanın hakimiyyəti dövrünə təsadüf etmişdir. Onun Azərbaycanda qurduqları, yaratdıqları, görülmüş möhtəşəm və əzəmətli işləri hər birimizin gözü önündə olmuşdur.

İndi dünyanın beynəlxalq mətbuat dərgilərində Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev bizim bildiyimiz və indiyədək bilmədiyimiz tərəflərdən tədqiq ediləndə qəlbimiz qürur hissi ilə döyünür. İftixar duyulası budur ki, dünyanın ən ünlü siyasətçiləri, ən nüfuzlu və tanınmış, şöhrətli sənət adamları Heydər Əliyev haqqında yüksək və dəyərli fikirlər söyləyirlər. Gündəlik dövri mətbuatı izləyən hər bir şəxs ümummilli liderimiz, dünya şöhrətli siyasətçi barədə dərc olunmuş fikirləri oxuyarkən onun əzəməti və ucalığı insanı bir daha heyran edir.

Yeni və Müasir Azərbaycan dövlətinin banisi, memarı və qurucusu, vətəni və xalqı ilə nəfəs alan Heydər Əliyev haqqında yazılmış bu kəlamlar da onun özü kimi ölməzdir.

Dünya şöhrətli rəssam Nikas Safronovun Heydər Əliyevin vəfatı ilə bağlı dediyi sözləri xatırlayıram: “Əgər mən dünyanın böyüyü olsaydım, dahi Heydər Əliyevin vəfatını bütün dünya üçün matəm sayardım və dünyada bir günlük hüzn günü elan edərdim.

Heydər Əliyev bənzərsiz, misilsiz və fövqəlbəşər bir şəxsiyyətdir. Mən həyatımda ondan nəhəng və planetar miqyaslı şəxsiyyətə rast gəlməmişəm. Mənim üçün o, siyasətdə dühanın - kiçik bir ölkədən böyük dövlət yaratmağa qadir dühanın təcəssümü olmuşdur və olaraq da qalır. Heydər Əliyev təfəkkür qabiliyyətinə görə, öz xalqına və bütün bəşəriyyətə xidmətdə fədakarlığına görə bənzəri olmayan siyasətçidir.”

Məşhur Ukrayna yazıçısı, xalq deputatı Boris Oleynik isə deyir: “Azərbaycanın milli lideri, böyük siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya siyasətinin patriarxıdır. Onun doğma xalqı üçün, öz ölkəsi üçün nə qədər böyük işlər gördüyü hamıya məlumdur. O, həqiqətən millətin atasıdır.”

Hətta ayrı-ayrı xalqların dövlət başçıları belə, Heydər Əliyevin fövqəlbəşərliyi, dühası qarşısında həsədlərini, heyrətlərini gizlədə bilmirlər.

Özbəkistanın dövlət başçısı İslam Kərimov Azərbaycana rəsmi səfəri zamanı görüşlərinin birində deyir ki, qədim tarixdən, fəlsəfə, siyasət, ədəbiyyat sahəsindən bu qədər adı, mürəkkəb hadisələri, yeni müasir işlərin adlarını yadda saxlamaq görünməmiş işdir. Təkcə onu deyim ki, yalnız Sizə deyil, Azərbaycan xalqına həsəd aparıram ki, onun belə dəqiq, aydın, ardıcıl siyasi mövqeyi olan lideri var.

Zəmanəmizin siyasət patriarxı haqqında, Azərbaycanını candan artıq sevən alovlu insan haqqında bu sözləri keçmiş zamanda söyləmək mümkün deyil.

Heydər Əliyevin matəmi də bənzərsiz, misilsiz oldu. Ona dərin ehtiramını, hüznünü, kədərini bildirən insanların məhəbbəti də məcraya və məhvərlərə sığmır.

Heydər Əliyev şərəfli ömrü kimi, şərəfli ölümu ilə də Azərbaycana başucalığı gətirdi.

Məzarı üzərindəki gül-çiçək gülüstanı da, insanların dəstə-dəstə gələrək uyuduğu torpağı ziyarətgaha çevirməsi də xalqın müqəddəs məhəbbətindən soraq verir. Şübhəsiz ki, Heydər Əliyevin qəhrəmanlıq salnaməsi hələ bundan sonra da zaman-zaman yazılacaq.

Bəşər xəzinəsinə Nizami, Füzuli, Üzeyir bəy, Səttar Bəhlulzadə kimi nəhənglər bəxş etmiş Azərbaycanın siyasət sahəsindəki boşluğu Heydər Əliyev doldurdu. Heydər Əliyevin siyasətdə titanik fəaliyyəti dünyanın azman siyasi fiqurları tərəfindən də açıq etiraf edilir.

Hansı müdrik filosofsa deyib ki, insanın əməlləri onun ölümündən sonrakı həyatıdır. Heydər Əliyevin də idealları, əməlləri uzun yüzilliklər, minilliklər yaşayacaq. Bu amallar əsrlərin və nəsillərin yaddaşında yaşayacaq və daim xalqımızı inkişafa doğru, tərəqqiyə doğru aparacaqdır.

Yadımdadır, 1998-ci ilin may ayında cənab Heydər Əliyev “Sevil” Qadınlar Məclisinin rayon şöbələrinin rəhbərlərini qəbul etdi. Bizə öz dəyərli tövsiyələrini verdi. Həmin tarixdə həm də bu iti zəka sahibinin 75 yaşı tamam olmuşdu. Bu münasibətlə biz ona qəhrəmanlıq rəmzi olan at belində oturmuş qadın heykəli bağışladıq. O vaxt bu dahi şəxsiyyətlə çəkdirdiyim şəkil bu gün də yazı masamın bəzəyidir.

Fəqət, nə acıdır ki, zamanın təkəri geri fırlanmır. Nə yaxşı ki, özünü dövlətçiliyimizin hifz olunmasına fəda etmiş, sabit inkişaf edən dövlət yaratmış Heydər Əliyevin siyasi-iqtisadi kursu bu gün etibarlı əllərdədir.

Biz inanırıq ki, cənab İlham Əliyev atasının və xalqının arzularını eyni qətiyyətlə həyata keçirəcək və Azərbaycana firavan günlər bəxş edəcəkdir.
“Respublika” qəzeti, 18 yanvar 2004-cü il

XALQIN GƏLƏCƏYİNİ DÜŞÜNƏN

BÖYÜK ŞƏXSİYYƏT
Heydər Əliyev öz xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri olan dahi bir şəxsiyyətdir. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sü­rətli inkişafı ilə yadda qalmışdır. Bu illərdə milli-mənəvi də­yər­lərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yax­şılaş­dırılması, demokratiyanın inkişafı, dünya azər­bay­can­lıla­rının monolit bir qüvvə kimi təşkilatlanması, qadınlarımızın və gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edil­məsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olun­malıdır.

Azərbaycan xalqının tarixin sınaqlarından çıxmış təcrübəsi onun Heydər Əliyevə təkcə lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəksiz və şəriksiz müəllifi kimi baxdığını təsdiqləyir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu siyasət elə dövlətçiliyin özü deməkdir və bunu çox da uzaq olmayan keçmişimizin təcrübəsi sübut etmişdir. Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı.

Bunun üçün, ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri belə bir sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Heydər Əliyevin tarixi xidmətlərinin həqiqi mahiyyətini təsvir etmək çox çətin məsələdir. Təkcə ona görə yox ki, bu böyük şəxsiyyət müasir Azərbaycan dövlətçiliyinin banisi olmuşdur. Həm də ona görə ki, onun siyasi fəaliyyətinin hər bir məqamı tarixi uğurlarla zəngindir.

Mən sadəcə olaraq ümummilli liderimizin siyasi fəaliy­yətinin yalnız bir neçə istiqaməti barədə faktları nəzərə çatdırmaq istəyirəm. Möhtərəm Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olduğu bütün dövrlərdə qadınların vəziyyətinin yaxşılaşdırılmasını yetkin dövlət siyasətinin əsas aparıcı istiqamətlərindən biri hesab etmiş, bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. O, Azərbaycan qadınının mərdliyini, dözümünü, paklıq və sədaqətini, vəfa və ismətini həmişə ən ali dəyər kimi qiymətləndirmişdir.

Təbii ki, qadın hərəkatının önündə, ilk növbədə ziyalı qadınlarımız gedir. Onların da əsas hissəsini müəllimlər, elm adamları, həkimlər təşkil edir. Biz Heydər Əliyevin bu illər ərzində təhsilə, elmə, mədəniyyətə, bütövlükdə Azərbaycan qa­dınlarına göstərdiyi qayğıkeş münasibətin canlı şahidləriyik. Mil­li tariximizin ən yaddaqalan məqamları, maarifimizin in­tibahı, təhsilimizin uğurları məhz onun adı və fəaliyyəti ilə bağ­lıdır. Heydər Əliyevin qurub yaratdığı müstəqil Azər­bay­can dövlətinin təhsil siyasəti həm də pedaqoji bir nəzəriyyə, milli təhsilimizin ideya əsasıdır. Bu nəzəriyyəni dərindən öyrənmək və öyrətmək isə dövlət əhəmiyyətli bir işdir.

Sivilizasiyaların tarixi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də bəşəriyyətin tərəqqisinə böyük töhfələr vermiş olurlar. Heydər Əliyev epoxasında da milli təhsilin inkişafı, ölkənin intellektual potensialının zənginləşdirilməsi, təhsil quruculuğu sahəsində aparılan islahatlar milli tərəqqimizin əsas amili olmuşdur.

Buna görə də keçən əsrin 70-80-ci illərini haqlı olaraq Azər­baycan təhsilinin intibah dövrü adlandırırlar. Heydər Əli­yev hələ o zaman özünəməxsus müdriklik və uzaqgörənliklə dərk edirdi ki, elm və təhsil millətin gələcəyidir. Ona görə də bu müdrik şəxsiyyətin respublika rəhbərliyinə gəlməsi ilə elmin və təhsilin inkişafı prioritet vəzifə kimi müəy­yənləş­dirilirdi. 1970-1980-ci illərdə Azərbaycanda yeni ali məktəblər şəbəkəsi yaradıldı, çoxlu yeni ixtisaslar üzrə kadr hazırlığına başlandı, yüzlərlə məktəb binası tikilib istifadəyə verildi. O dövrdə 800-dən artıq təhsil işçisi əməkdar müəllim, 3 müəllim isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olundu.

Heydər Əliyevin fəaliyyətində azərbaycançılıq təliminin birinci və aparıcı prinsipi gənc nəslin Vətənə, millətə, torpağa məhəbbət ruhunda tərbiyəsi, hər kəsin öz milli mənsubiyyətini qoruyub saxlamasıdır. O, çıxışlarının birində deyirdi: “Hər bir milli və dövlət ideologiyasının məqsədi dövlətçiliyi, xalqı daxili və xarici ədalətsizliklərdən, təzyiqlərdən, istilalardan qorumaq, milli dövlətin sərhədləri daxilində vətəndaşlar üçün siyasi və iqtisadi baxımdan sabit həyat imkanları yaratmaqdır.” Doğrudan da, milli ideologiya, o cümlədən azərbaycançılıq, ilk növbədə xalqı, dövlət, onun maraqları və dəyərləri ətrafında birləşdirən bir hadisədir.

Ümummilli liderimiz Dünya Azərbaycanlılarının birinci qurulta­yında azərbaycançılığın ikinci aparıcı prinsipi kimi mil­li-mənəvi dəyərlərin qorunub saxlanılmasını müəy­yənləşdir­mişdir. Bu prinsip hər bir azərbaycanlıya aiddir. Bundan başqa, Heydər Əliyev mənəvi dəyərlər içərisində dilimizin qorunub saxlanılmasına xüsusi əhəmiyyət vermiş, Azərbaycan dilinin dövlət statusu haqqında dəyərli fərman və sərəncamlar imzalamışdır.

Böyük öndərin müəyyənləşdirdiyi üçünçü mühüm prinsip isə milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə inteqrasiyasına nail olmaqdır. Bu, Azərbaycan xalqının bütün türk və müsəlman dünyasında xüsusi tarixi mövqeyini və missiyasını ifadə edən bir müddəadır. Azərbaycan Qərblə Şər­qin sərhədində yerləşdiyindən bu iki sivilizasiyanın vəhdətini özündə təcəssüm etdirən tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata keçirilməsində bu vacib amilləri diqqət mərkəzində saxlamağın zəruri olduğunu dönə-dönə vurğulayırdı.

XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənə­lə­ri­nin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz müəl­lifi unudulmaz şəxsiyyət Heydər Əliyevdir. O, yaşadığımız ölkədə və onun hüdudlarından kənarda yalnız dövlət başçısı kimi deyil, həm də Azərbaycan dövlətçiliyinin banisi kimi qəbul olunurdu. Bu gün Azərbaycan cəmiyyətində Heydər Əliyevin ictimailəşmiş obrazı ümummilli lider anlayışını özündə təcəssüm etdirir. Xalqımız birmənalı şəkildə Heydər Əli­yev siyasi kursundan kənarda dövlətçilik anlayışının möv­cud olmadığını özü üçün müəyyənləşdirmişdir. Bu o deməkdir ki, hakimiyyəti kimin idarə etməsindən asılı olmayaraq, həmin siyasi kursun davam etdirilməsi tarixi zərurətdir. Bu mənada, cənab İlham Əliyevin Prezident seçilməsinin xalqın bütün sosial sferalarının təqdiredici münasibəti ilə qarşılanması tamamilə təbiidir.

Yaşadığımız dövrdə Heydər Əliyev təkcə ümummilli siyasi lider kimi deyil, həm də xalqın etimadını qazanmış böyük bir strateji konsepsiyanın müəllifi kimi qavranılır. Bu baxımdan onun siyasi kursunun davam etdirilməsinin vacibliyi yalnız tarixi və müasir siyasi reallıqlara əsaslanmır, həm də mənəvi-ideoloji amillərin təsirinin real təzahürü kimi meydana çıxır. Bu həqiqəti ötən prezident seçkiləri bariz şəkildə nümayiş etdirdi. “Heydər Əliyevin davamçısı kim ola bilər?” sualına cavab axtaran xalq onun varisi İlham Əliyevin üzərində da­yandı. Bu, XXI yüzilliyin ilk düzgün seçimi idi. Xalqın seçimi həm də cənab İlham Əliyevin Azərbaycan siyasətində qazan­dığı uğurlar, müasir düşüncəli siyasətçi kimi özünü təsdiq etməsi, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial mövqeyi ilə şərtlənirdi. Çünki o, heç vaxt ictimai rəyi ələ almaq, seçicini öz tərəfinə çəkmək üçün xüsusi metodlarla işləməyə can atmayıb, əvəzində konkret fəaliyyəti ilə cəmiyyətdə və siyasətdə xüsusi yeri olduğunu təsdiqləyib. Görünür, elə buna görə də cənab İlham Əliyev Azərbaycan xal­qının böyük əksəriyyəti tərəfindən dövlətçiliyimizin yeganə inkişaf modeli kimi qiymətləndirilən siyasi kursun alter­nativsiz varisi olaraq qəbul edilir.

“Mən bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Azərbaycanın yeni Prezidentinin andiçmə mərasimindəki çıxışından götürülən bu sözlər onun siyasi platformasının əsaslarını müəyyənləşdirən tezis kimi qəbul oluna bilər. İlham Əliyev bu platformanı həyata keçirməyə qadir siyasətçidir və yaxın gələcəkdə bunun əyani şahidi olacağıq.

Qarşıdakı dövr tarixi-siyasi məzmununa görə əvvəlki illərdən xeyli fərqlənir və bu, təsadüfi deyil. Çünki artıq Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət quruculuğu prosesi uğurla başa çatdırılıb, iqtisadi sahədə kifayət qədər böyük nailiyyətlər qazanılıb, demokratikləşmənin müsbət nəticələri göz qabağındadır və beynəlxalq aləmdə respublikamızın mövqeləri nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Bu baxımdan, yeni inkişaf mərhələsi, əslində cəmiyyətin daxili siyasi və mənəvi tələbatlar sisteminin diktəsi ilə ortaya çıxan tarixi zərurətdir.

Bu gün dövlətçiliyimizin Heydər Əliyev mərhələsi uğurla davam etməkdədir. Ümummilli liderin ideyaları Azərbaycanın inkişafının hələ bir neçə onillikləri üçün nəzərdə tutulur. Əminliklə deyə bilərik ki, Heydər Əliyevin elmi prinsiplərə əsaslanan strategiyası ölkəmizin yüksəlişinə ən etibarlı təminatdır.



“Respublika” qəzeti ,7 may 2004-cü il.


İSTİQLALA QOVUŞAN XALQ XOŞBƏXTDİR

Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
Heydər Əliyev (1923-2003)

Azərbaycan xalqının Ümummilli lideri

Hürriyyət və azadlıq mənim xarakterimdir.

Atatürk (1881-1938)

Türkiyə Cümhuriyyətinin qurucusu

Ən bahalı nemət azadlıqdır. Başqa nemətlər onunla müqayisədə su qiymətinədir.

Epiktet (50-138) Qədim yunan filosofu
Müstəqilliyinə çatan, istiqlalına qovuşan hər bir xalq xoşbəxtdir. Bu cəhətdən mən öz xalqımı da xoşbəxtlər sırasında görürəm.

80 ilə yaxın bir zaman kəsiyində Azərbaycan iki dəfə öz müstəqilliyinə qovuşmaq imkanı əldə etmişdir. Cəmi iyirmi üç ay yaşayan, qısa vaxt ərzində böyük işlər görən Azərbaycan Demokratik Cümhuriyyəti azman şəxsiyyətlərin, xalqını, millətini düşünən ləyaqətli oğulların fəhmi, təpəri ilə ərsəyə gəlmişdi. Çirkin əllər, bədxah qüvvələr bu müstəqil dövləti elə beşiyindəcə boğaraq Azərbaycanımızı rus imperiyası əsarətinə tabe etdirdilər. Demokratik Cümhuriyyət müstəqilliyin əvəzedilməzliyini millətimizə anlatdı. İstiqlalın şirinliyini dadan xalq öz müstəqilliyinə yenidən qovuşmalıydı. Amma istiqlal mücadiləsinə aparan yollar heç də hamar deyildi, enişli-yoxuşlu bu çətin yollar azadlıq uğrunda mübarizələrdən, əzab­lardan keçirdi. Qanlı 20 Yanvarda azadlıq təşnəli oğul­ları­mız sinələrini imperiya tanklarının güllələrinə sipər edəndə də Azərbaycanın istiqlalını, torpaqlarımızın bütövlüyünü düşü­nür­dülər.

Aradan uzun illər ötəndən sonra xalqımızın yenidən öz müstəqilliyini bərpa etməsi, doğrudan da, böyük hadisədir.

Bu günlər Azərbaycan xalqı - onun azadlıq arzulu, müs­təqillik amallı insanları, uğrunda əsrlərlə mübarizə apar­dı­ğı­mız, qanlar tökdüyümüz, ötən əsrin bizə ən dəyərli töhfəsi olan ana­mız Azərbaycanın müstəqilliyinin 15-ci ildönümünü hədsiz fə­xarət duyğusu ilə qeyd edəcəkdir.

Azərbaycan tarixinin səhifələrinə əbədilik həkk olunmuş bu 15 il gözlərimizin önündə baş verən ziddiyyətlərin, tə­bəd­dülatların caynağından min bir məhrumiyyət və işgəncələr baha­sına xilas olaraq bu günümüzə gəlib qovuşmuşdur.

Heç kimə sirr deyildir ki, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə müstəqilliyimizin ilk illərində dövlətimiz ona rəhbərlik edənlərin səriştəsiz siyasəti nəticəsində süquta uğramaq təhlükəsi qarşısında aciz qalanda, Azərbaycan dövlətçiliyi böhran və məhv olma təhlükəsi ilə üzləşəndə, ölkə vətəndaş müharibəsi həddinə çatanda, onu bu bəlalardan məhz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan unudulmaz Ümummilli liderimiz Heydər Əliyev xilas etdi. Məhz onun ibrətamiz və heyrətamiz siyasəti, müdrik addımları nəticəsində Azərbaycanda hakimiyyət böhranı aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlətlə xalqın yekdilliyi təmin edildi.

Prezidentimizin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10-cu ildönümü haqqında” Fərmanda çox haqlı olaraq deyilir: “Tarix dəfələrlə sübut etmişdir ki, xal­qın əvəzsiz milli sərvəti olan müstəqilliyimizin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Məhz Heydər Əliyevin zəkası və iradəsi, çevik rəhbərliyi altın­da nəinki müstəqilliyimizi qoruyub saxlaya, dövlət­çiliyi­mizi inkişaf etdirə bilmişik, həm də müstəqil Azərbaycanımız dünya birliyinə inteqrasiya olunmuşdur. Ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmiş, dövlətimizi inkişafa, tərəqqiyə aparan islahatların həyata keçirilməsi prose­sinə başlanılmış, cəmiyyətimizdə sabitlik yaranmış, demokratik dəyərlər təşəkkül tapmış, qanunlara hörmət hər kəs üçün həyat normasına çevrilmiş, milli-mənəvi dəyərlərimiz qorunub saxlanmışdır. Milli təhsilimiz, mədəniyyətimiz inkişaf edərək dünya standartları səviyyəsinə çatmaqdadır.

Bu gün tam qətiyyətlə demək olar ki, əgər Azərbaycanda 1970-ci illər intibahı olmasaydı, 1980-ci illərin sonu, 1990-cı illə­rin əvvəllərində milli-azadlıq mücadiləsinin ölkəni bürü­müş vüsəti də mümkün olmazdı. Əgər bu gün Heydər Əliyevin sərkərdəlik etdiyi YAP olmasaydı, nə dövlət müstəqilliyi, nə də ölkədəki quruculuq fəaliyyəti belə vüsət ala bilməzdi.

Yadımdadır, 1980-ci illərin sonlarında qocalı-cavanlı hamı­mız ülvi azadlıq amalı ilə mitinq və meydanlara axışardıq. Artıq 15 ildir ki, müstəqillik arzumuz reallaşıb, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası siyasi müstəqillik əldə edib. İndi biz suveren dövlətin vətəndaşlarıyıq.

Ötən dövrdə həyat xeyli dəyişib. Demokratiyaya sahib olan­dan sonra çoxları başqalaşıb. Düzdür, aramızda ağa qara de­yənlər, inkişafa göz yumanlar, dəyişiklikləri görməyənlər, hər şeyə ağız büzənlər də var. Məncə, bunlar dövrün tələb­lə­rinə görə dəyişmək lazım gəldiyini dərk etməyən laqeydlər və bir də bunu dərk edib dəyişilə bilməyən mühafizəkar in­sanlardır. Heç şübhəsiz, zaman tədricən onları öz axarına alıb gec-tez yetişdirəcəkdir. Lakin ümumi inkişaf və irəliləyişi görüb bunları inkar edən nihilistlər, cəmiyyətə həmişə qara eynəklə baxan bədxahlar ötən 15 illik müstəqillik dövründə həyatın hər bir sahəsində əldə etdiyimiz nailiyyətləri görmür, ya da bunları qəsdən görmək istəmirlərsə, deməli onlar həyatın ziddiyyətlərlə irəlilədiyini anlamır və ya başa düşmürlər. Halbuki, bu gün bütün sahələrdə təkmilləşmə və təkamül göz qabağındadır. Beynəlxalq standartlara uyğun islahatlar aparılır, humanist və demokratik meyllər artır.

Bu gün müstəqil dövlətin vətəndaşlarında müstəqillik və azad­lıq duyğusunu formalaşdırmaq, “mənim dövlətim” anlayışı­nın ülviyyətini onlara həyatda göstərmək üçün “Konstitu­siyanı öyrənmək, Konstitusiyanı dərk etmək lazım­dır” (Heydər Əliyev). Bu gün hər birimizin əsas vəzifəsi Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Təəssüf ki, bunu hamı dərk etmir, müstəqilliyin nə demək olduğunu anlamır, hətta bəziləri bugünkü bəzi problem və çətinliklərin səbəbini müstəqillikdə görür.

Müstəqillik duyğusunu formalaşdırmaq və azadlıq enerjisini hərəkətə gətirmək işində təhsilin həqiqi yeri ön cərgələrdədir. Vətəndaşların, xüsusən gənclərin müstəqillik zövqünün və müstəqillik ovqatının qərarlaşdırılması işinə başlarkən çoxminli təhsil kadrları ilk öncə öz-özlərindən başlamalıdırlar. Təhsil özünün bütün pillələrində - ali, orta ixtisas və aşağı pillələrində, yəni müstəqilliyin müqəddəratının həll edildiyi yerlərdə müstəqillik enerjisini hərəkətə gətirməlidir. Məncə təhsil kadrları, ümumən, təhsilin keyfiyyət və səviyyəsinin qiymətləndirilməsində bizim üçün bir meyar olmalıdırlar - müstəqilliyə real kömək etməyi, müstəqilliyi daim diqqət mərkəzində saxlamağı, müstəqillik yolunda hər bir gəncin, hər bir vətəndaşın vəzifəsini onlara göstərməyi öyrənmək lazımdır. Unutmaq olmaz ki, gələcəyimizi və tariximizi hədəfə alan muzdlu böhtançılar üçün gənclərimiz bir vasitədir.

Müstəqilliyimizin bizim hər birimizdən asılı olan cəhətlərini görmək və başa düşmək kütləvi şüur üçün, xüsusən yeniyetmə və gənclər üçün xeyli çətindir. Düzdür, keçən 15 ildə müstəqilliyin ilk nəticələri cəmiyyətin siyasi iqlimində daha çox hiss olunur. İndi artıq rəylərin mübarizəsində, bəzən qızğın çarpışmalarda və mübahisələrdə addım-addım yeni təfəkkür tərzi yaranır, insanların ictimai-siyasi əhval-ruhiyyəsi inamla yenilənir. O cümlədən, mənəvi-əxlaqi əhval-ruhiyyəmiz də dəyişir, lakin bu sahədə əyintilər və sapmalar, milli kökdən uzaqlaşma halları təəssüf ki, yenə də hiss olunur.

Biz keçid əxlaqı deyilən bir dövr yaşayırıq. Hazırda Azərbaycan açıq tipli cəmiyyətdir. Hər gün ölkəmizə müxtəlif “yönümlü” minlərlə əcnəbi gəlir. Təbii ki, onların hamısı dost və ya düşmən deyil. Amma hər biri özü ilə Vətənimizə öz ab-havasını, öz zövq və xarakterini, düşüncə və davranışını gətirir. Əlbəttə, zəif iradəli, səbatsız insanlar, xüsusilə gənclər “yeniliklərin” cazibəsinə tez düşür, hər bir parıltı onları özünə cəlb edir. Lakin hər parıldayan qızıl deyil. Müstəqillik duyğusu və milli təəssübkeşlik hissləri hələ lazımınca formalaşmamış gənclər bütün bu “yeniliklərdən” bizim üçün nəyin faydalı, nəyin zərərli olduğunu dərk etmirlər. Bəzən gənclər, xüsusən milli mənlik şüuru formalaşmamış qızlar və oğlanlar mənfi təsirlərə daha tez uyur və meşşanlaşırlar. Daha doğrusu, şəxsiyyət və xarakteri hələ kamilləşməmiş fərd öz təsəvvüründə guya “avropalaşır”, “dünyəviləşir”, lakin milli kökə möhkəm bağlılıq olmadan beynəlxalq standartlara yiyələnmək çox çətindir. Bu meyl çoxlarını yarımçıq adama çevirir. Müstəqillik arzusu isə elə uca möhtəşəm zirvədir ki, onu yarımçıq insanlarla heç vaxt fəth etmək olmaz. Fikrən, ruhən və qəlbən bütövləşmək, formalaşmaq və kamilləşmək lazımdır.

Bir də unutmaq olmaz ki, artıq XXI əsrdir. Köhnə xudbin vər­dişlər daha yaramır. Hər şey, o cümlədən insan da dün­yə­vi­lə­şir və qlobal mahiyyət kəsb edir. Zamanın sürət qatarı daim irəli şütüyür. Geri baxmağa lüzum yoxdur. Hər şey qabaq­da­dır. Yalnız irəli və inkişafa can atanlar müstəqilliyimizin dön­məz­liyini təmin edə bilərlər.


2006-cı il.
1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə