Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə3/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

HEYDƏR ƏLİYEVİN HƏYATI

VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR
Azərbaycanın qədim və mübariz bir tarixi vardır. Bu tarixdə fatehlər, şahlar, sərkərdə və döyüşçülər, müdrik dövlət adam­ları çox olmuşdur. Onların sırasında Heydər Əliyev ayrıca və misilsiz bir mövqe tutur. Həmin mövqe tarixin onun öhdəsinə qoyduğu missiyanın, tarixi vəzifələrin qeyri-adi mü­rək­kəbliyi ilə bağlı idi. Tale ona Azərbaycanın müstəqilliyini bər­pa etmək, sonra isə onu dönməz etmək vəzifəsini tapşır­mış­dı.

Bu, ağlagəlməz dərəcədə çətin missiya idi. Çünki XX əsrin sonlarında dünya böyük dövlətlər arasında bölünmüşdü. Müstəqil dövlətlərin yaranması şansı sıfra bərabər sayılırdı. Dünyada baş verən dövlət çevrilişləri belə, super dövlətlərin ssenariləri üzrə baş verirdi. Çevrilişlər müstəqillik deyil, xalqlara yad olan ideologiya­lar aşılamaq üçün ixtira edilirdi.

Azərbaycan Sovet Respublikası isə xalqlar həbsxanası olan kommunist diktaturası şəraitində yaşayırdı. Bolşeviklər üçün insanın, xalqların azadlığı anlayışı yox idi. Əksinə, insanlar, xalqlar xəstə düşüncələrin məhsulu olan utopiyaların reallaşdırılması üçün vasitə sayılırdı. Kommunistlərin planlarında ayrıca insanın qiyməti yox idi. Bu rejim öz qəddarlığı ilə dəfələrlə bəşəriyyəti heyrətə salmışdı. Ona görə də, sovetlər imperiyasının dağılması heç kəsin ağlına belə gəlmirdi.

Amma tarix insan ağlından qat-qat mürəkkəbdir. Tarix sovet dövlətini gözlənilmədən, heç kəsin ağlına sığmayan bir məntiqlə dağıtdı. Bu zaman Heydər Əliyev heç bir vəzifəsi olmayan və Moskvada yaşayan bir təqaüdçü idi. Bu da tarixin qisməti idi: müstəqil Azərbaycan dövlətinin qurucusu olmaq üçün onun keçmiş rejimlə heç bir bağlılığı qalmamalı idi. Xalqın müdrik oğlu sanki bunları bilirmiş kimi ən yüksək partiya və dövlət postlarından istefa vermişdi. Ermənistanla sərhəd mübarizəsi aparan Naxçıvana qayıdanda Heydər Əliyev Qarabağ torpaqları və müstəqillik uğrunda xalq hərəkatının sıravi üzvü idi.

Lakin tarix öz hökmünü verirdi: Azərbaycanı çalxalayan siya­si təlatümlər və xalqın yekdil istəyi onu müstəqil res­pub­li­ka­­s­ının rəhbərliyinə gətirdi. Bu, taleyin Heydər Əliyevə ver­di­yi ən bö­yük, ən ağır, lakin ən şərəfli missiyasının ger­çək­ləş­mə­si və təntə­nəsi oldu.

Onun bütün ömrü bu missiyaya doğru yoxuş, yüksəliş idi. O bu yoxuşu nəfəsini dərmədən qalxmışdı. Həm özünü, həm də doğma xalqını, dövlətini bu missiya üçün hazırlamışdı.

Onun yüksəlişi Naxçıvandan başladı. Onun uşaqlıq il­lə­rin­də bu qədim şəhər balaca və bağlı sərhəd ərazisi idi. O, bö­yük, çoxuşaqlı ailədə böyüyürdü. İntizam və zəhmətkeşlik bu ailənin əsas xüsusiyyətləri idi. Təhsilə başlayan balaca Heyd­ə­rin uğurlarında bu xüsusiyyətlər aparıcı rol oynadı. Onun gözəl xət­ti, misilsiz bir yaddaşı vardı. Uşaqlıqda onu ən çox ma­raq­lan­dıran ədəbiyyat və tarix idi. Hüseyn Cavidi, Səməd Vur­ğu­nu sevə-sevə oxuyur, hərdən gizlicə şeir yazırdı. Məktəbdə dram dərnəyində iştirak edir, sinifdən sinfə keçdikcə, tarix dərs­lə­rini daha səylə öyrənirdi: qədim dövlətlər, xalqlar, on­la­rın müharibələri, böyük imperiyaların yaranması və süqutu. Ta­rixdə hər şey vardır.

Amma yuxarı siniflərə çatanda, bir sual onu düşün­dür­mə­yə başladı: nə üçün bu tarix dərslərində və kitablarında Azər­baycan türkləri haqqında heç nə yoxdur? Bizim tariximiz yox­dur? Bu sual onun bütün taleyini dəyişdirdi. Bir dəfə ədə­biy­yat müəlliminə bu barədə sual verdi. Müəllimin rəngi ağardı, sağa, sola baxdı. Söhbətlərini eşidən yox idi. O, əlini Hey­dərin çiyninə qoyub dedi: Heydər, cavabı sən özün, özün təkcə tapıb öyrənməlisən...

İllər keçdikcə Heydər bu cavabın mənasını da, müəl­li­mi­nin qorxusunu da daha dərindən dərk edirdi. Gözlənilməz təsa­düf onu dövlət təhlükəsizliyi orqanlarında işə gətirib çı­xardı. Bu iş ülgüc tiyəsi üzərində gəzmək kimi idi. Həyatının çə­tin vaxtlarında bu sözlər onun qulağında səslənirdi, ona qüv­vət verirdi: “özün təkcə tapıb öyrənməlisən...” Sovet quruluşu şə­raitində o, təkliyin zəruriliyini anladı, amma buna həm də ta­le qisməti kimi baxmağa başladı. Beləcə o, həyatın, xalqın ən çə­tin düyünlərini açmaq barədə təkbaşına qərarlar verməyə adət elədi.

Vəzifə pillələrində yüksəldikcə, xalqın tarixini daha ya­xın­dan öyrəndikcə o, doğma vətənin varlığını daha yaxşı görür və dərk edirdi. Azərbaycan xalqı böyük və qüdrətli bir xalqdır. Am­ma ətrafdakı yoxsulluq, insanların millət və azadlıq söz­lə­ri­ni dillərinə gətirməkdən qorxmaları ona ağır təsir edirdi. Ba­kı­da işləməyə başlayanda o, xalqımız qarşısında necə böyük və çətin vəzifələrin olduğunu anladı.

O dövrdə təhlükəsizlik orqanlarında bütün rəhbər və­zi­fə­lər­də işləyənlər qeyri-millətlərdən idi. Yerli kadrlara yu­xa­rıd­an aşağı baxırdılar. Torpağımızın üzərində ağa qüruru ilə ye­ri­yirdilər. Xüsusilə ermənilər bu orqanda at oynadır, azər­bay­canlıların yüksəlişinin qarşısını alır, irəli çəkəndə isə ən zəif və iradəsiz adamları çəkirdilər. Bütün dövlət orqanlarında, təsərrüfat sahələrində də vəziyyət təxminən eyni idi. Bakı partiya təşkilatının, prokurorluq və milis orqanlarının bütün aparıcı vəzifələrində ermənilər olmuşdular. Hətta elm və tarix problemləri müzakirə olunanda da, Moskva ancaq onların rəyi ilə hesablaşırdı. Bütün gəlirli sahələri, hətta ictimai iaşədə, xalqın sərvətlərinə nəzarət edilən nöqtələri ermənilər idarə edirdilər. Yerli kadrlara Moskvada inam yox idi. Bu vəziyyəti sındırmaq, dəyişmək üçün, ilk növbədə siyasi hakimiyyət və nüfuz qazanmaq lazım idi.

1950-ci illərdə Heydər Əliyev öz siyasi yüksəliş planlarını ardıcıl surətdə həyata keçirməyə başladı. Onun məxsus olduğu ailə üçün bu heç də qeyri-real bir şey deyildi. Hələ 1952-ci ildə onun böyük qardaşı Həsən Əliyev Azərbaycan KP MK katibi seçil­mişdi. Qayınatası Əziz Əliyev ən böyük dövlət vəzi­f­ə­lə­rin­də olmuşdu və onun partiya, dövlət işləri barədə məsl­ə­hət­ləş­mələr aparmağa, lazımi informasiyalara malik olmağa hər cür imkanları var idi. Hələ bu illərdən o, ətrafa diqqətlə nəzər ye­tirir, xalqa bağlı, işbilən, etibarlı kadrları seçib ehtiyatda sax­la­mağa çalışırdı.

Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siya­sətindən və professional işdən gözəl baş çıxarması nəti­cə­sin­də Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi sis­te­min­də ən böyük avtoritetə çevrildi. Hətta Moskvada da onun rə­yi­ni diqqətlə dinləyir, peşəkar kimi onunla məslə­hət­ləş­ir­di­lər. Lakin Heydər Əliyev öz nüfuzundan, ilk növbədə bir məq­səd üçün - xalqa sədaqətli, yetkin azərbaycanlı kadrları irəli çək­mək üçün istifadə edirdi. Elə bir zaman gəlib çatdı ki, er­mə­ni­lər onun nüfuzu qarşısında geri çəkildilər. Xalqın böyük oğ­lu əvvəlcə təhlükəsizlik orqanlarında ikinci, sonra isə birinci şəxs oldu.

Bununla da öndərin siyasi yüksəliş dövrü bitərək Azər­bay­can­da real rəhbərlik dövrü başladı. Azərbaycanda öz xalqı üçün hər hansı bir iş görmək üçün, ilk növbədə dövlət təhlükəsizliyi orqanlarında lazımi adamları vəzifələrdə oturtmaq və bu orqanı neytrallaşdırmaq lazım idi. O zamanlar bu orqanın nüfuzu yüksək idi, Moskvadakı partiya rəhbərliyi onun rəyinə böyük əhəmiyyət verirdi.

Siyasi yüksəliş illərində Heydər Əliyevin başlıca keyfiyyəti – onun parlaq dövlətçilik bacarığı özünü qabarıq göstərdi. O, öz siyasi planlarını çılpaq, volyuntarist əmrlər şəklində yox, gündəlik və yorulmaz təşkilatçılıq yolu ilə həyata keçirirdi. Ətrafdakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdilər. Əslində isə, onun hər bir kadr dəyişikliyinin uzaqgörən məqsədləri var idi. Bu, həm də milli dövlətçiliklə, onun qlobal planları ilə bağlı idi.

Öndərin digər rəhbərlik xüsusiyyəti onun uzaqgörənliyində və siyasi iradə ardıcıllığında özünü göstərirdi. Uzaq və böyük planlar qurmaq milli liderimizin siyasi rəhbərliyinin mühüm cizgisi idi. Amma kənardan onun bu xüsusiyyəti də demək olar ki, sezilmirdi. Səbəb isə o idi ki, öndərin siyasi qərarları və gedişləri üç-beş il sonraya yönəlirdi. Ona görə Heydər Əliyevin qəbul etdiyi qərarların mənası ancaq bir neçə il keç­dik­dən sonra sezilə bilərdi. Həm də hamı tərəfindən yox, onun Azər­baycanda yeritdiyi milliləşdirmə siyasətini duyanlar tərə­fi­ndən.

Rəhbərin strateji ustalığını onun nitqləri və sözləri ilə real si­ya­si qərarları arasında əkslikdə görmək olardı. Çıxışlarında o, alovlu bir beynəlmiləlçi kimi danışır və düşmənlərinin, er­məni daşnaklarının istifadə edəcəyi arqumentləri onların əlin­dən alırdı. Əməldə isə bütün qərarlar Azərbaycan Res­pub­li­ka­sı­nın bütün sahələrdə addım-addım milliləşdirilməsinə yö­nəl­miş­di. Bu xətt əvvəlcə milli ruhlu kadrların aparıcı postlarda yer­ləşdirilməsində, sonra isə erməni millətindən olan şəxslərin mü­hüm və çox gəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.

1969-cu ildə Heydər Əliyev artıq dövlət təhlükəsizliyi or­qan­la­rını milliləşdirmək vəzifəsini yerinə yetirmişdi. İndi par­ti­ya rəhbərliyi haqqında düşünmək olardı. Həmin ildə Azər­bay­ca­nın rəhbərliyini yeniləşdirmək ideyası ortaya çıxanda, Hey­dər Əliyevin Moskvadakı tərəfdarları və dostları onun na­mi­zədliyini irəli sürdülər. 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Beləliklə, xalqın müdrik oğlu müstəqil Azərbaycan Respublikasının yaradılması mərhələsinə keçə bildi. O zamanlar ölkədəki inzibati, iqtisadi və siyasi hakimiyyətin hamısı birinci katibin nəzarətində idi.

Azərbaycanı müstəqillik və azadlıq idealına qovuşdurmaq üçün Heydər Əliyevin qarşısında o zaman iki əsas vəzifə dururdu: onlardan birincisi Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib müstəqil ölkə kimi yaşaya biləcək bir səviyyəyə qaldırmaq idi. Ona görə 1969-1982-ci illəri müstəqilliyin iqtisadi əsaslarının təməli mərhələsi adlandırmaq olar. İkinci vəzifə isə Azərbaycan sovet respublikasının bütün hü­ceyrə­lərində yuva salmış erməni hökmranlığını hiss olunmadan dağıtmaq. Bu mürəkkəb vəzifələri Heydər Əliyev cəmi on üç il ərzində həyata keçirdi.

1969-1982-ci illərdəki sürətli iqtisadi quruculuq xalqımızın azadlığa və müstəqilliyə nail olması yolunda köklü əhəmiyyət daşıyırdı. Güclü iqtisadiyyatı olmayan xalq və onun dövləti xarici düşmənlərin müqavimətinə tab gətirə bilməzdi. Uzaqgörən bir siyasətçi kimi Heydər Əliyev Azərbaycanın müstəqilliyinə hansı beynəlxalq qüvvələrin və dairələrin müqavimət göstərəcəyini yaxşı bilirdi. Bu amillər iyirmi ay yaşamış Demokratik Cümhuriyyətin taleyi timsalında çox yaxşı məlum idi. 1918-1920-ci illərdə də ermənilər xarici qüv­və­lə­rin və dövlətlərin aləti kimi çıxış edərək gənc respublikada tal­anlar törətmiş, sərhəd müharibəsini alovlandırmağa nail ol­muş­dular.

1970-ci illərdə gedən iqtisadi tərəqqinin, onlarla yeni zavod və fabrikin tikintisinin bir əhəmiyyəti də Bakı şəhərinin bö­yü­mə­si və onun əhalisinin tərkibində azərbaycanlıların tam ək­sə­riy­yət təşkil edə bilməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta kənd rayonlarından gəlir və Bakının milli bir şəhərə çevrilməsi prosesini həll edirdi.

Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyi üçün müəyyən hərbi potensial zəruridir. Ona görə də Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinin əksinə olaraq, xalqımızın müdrik rəhbəri azərbaycanlıların hərbi və zabit peşələrinə kütləvi şəkildə getməsi üçün müxtəlif tədbirlər görürdü. Cəmşid Naxçıvanskı adına hərbi məktəbin yaradılması bunlardan biri idi. Bu məktəbdə onuncu sinfi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəyyən sayda müsabiqədənkənar yerlər alırdı.

Eyni zamanda, qısa bir vaxtda SSRİ müdafiə sənayesinin Azərbaycanda on bir böyük zavodu tikildi. Bu zavodlar bir tərəfdən hərbi-sənaye ocaqları kimi müstəqillik dövrü üçün hava və su kimi vacib idi. Digər tərəfdən isə, bu zavodlarda keçmiş sovetlərin ən müasir və qabaqcıl texnologiyaları tətbiq olunurdu. Bu texnologiyalar Azərbaycan Respublikasının sənaye istehsalında elmi tutumlu məhsulların həcmini qat-qat artırdı. İndi həmin zavodların hamısı yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir. Bu zavodlar Azərbaycanın hərbi kadr potensialının mənbələrindən biri idi.

Ulu öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi bir neşə dəfə artdı və vətənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik bu, daxili məhsulun yarısından da artıq məhsul verən bir sahəyə çevrildi. Kənd rayonlarında yüzlərlə zavod və fabriklər tikildi. Kənddə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. Maddi yüksəliş vətənimizdə həm də mənəvi yüksəlişə, Azərbaycan milli şüurunun yeni səviyyəsinin gerçəkləşməsinə səbəb oldu. Məhz bu şüur səviyyəsi 1988-1992-ci illərdə Qarabağ torpaqları uğrunda xalq hərəkatının mənəvi əsasını təşkil edirdi.

Xalqın mənəvi tərəqqisinə, milli şüurun artmasına öndər xüsusi əhəmiyyət verir və bu sahədə inqilabi yeniliklər həyata keçirirdi. Məhz onun zamanında böyük dövlət tədbirlərində Azərbaycan dili səslənməyə başladı. Ulu öndər 1978-ci ilin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsdiqinə nail oldu, şəxsi göstərişləri ilə nüfuzlu ziyalıların çıxışlarını məhz Azərbaycan dilində təşkil etdi. 1970-ci illərdə Nizami, Nəsimi, Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində həyata keçirilən yubileyləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, onun azadlıq hərəkatı üçün hazırlanmasında misilsiz rol oynadı.

Heydər Əliyevin vətən qarşısında ən böyük xidmətləri, həm də ədəbiyyat, mədəniyyət və təhsillə, bu sahələrin xalqın milli ideallarını daha tam ifadə edə bilməsi məqsədləri ilə bağlı idi. Məhz Heydər Əliyevin dövründə yaradıcılıq ittifaqlarında milli ruh hökmran oldu. Milli istedad sahiblərinə, yazıçı-şair, bəstəkar və rəssamlara Ulu öndər özü şəxsən xüsusi qayğı göstərir, cəmiyyətdə onların nüfuzunun yüksəlməsinə çalışırdı. O, hesab edirdi ki, yalnız yüksək mənəvi dəyərləri mənimsəmiş xalq öz azadlığını və müstəqilliyini qazana bilər.

Heydər Əliyevin dövründə Azərbaycan təhsilində inqilabi dəyişikliklər baş verdi. Məktəb tikintisi görünməmiş miqyas aldı. Yeni ali məktəblər təşkil olundu. Keçmiş SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilən minlərlə istedadlı gənc ölkəyə qayıdıb onun kadr və intellektual potensialını qat-qat artırdı. Təhsili idarə edən kadrlar arasında milli ruhlu insanlar üstün mövqelərə çatdılar.

Sadalanan uğurların hamısı Heydər Əliyevin yorulmaz təşkilatçılıq işinin nəticəsi idi. O, sənaye və tikinti sahəsində dəyişikliklər üçün ümumittifaq büdcəsindən vəsaitlər alir, bu iş üçün öz nüfuzundan istifadə edir və alınan vəsaitlərin tam şəkildə səmərəli istifadəsi üçün lazım gələn bütün tədbirləri görürdü.

Öz fiziki sağlamlığına ziyan olsa belə, Heydər Əliyev yorulmaq bilmədən vətənin gələcəyi naminə çalışırdı. Onun vaxtında dövlət idarələrində xüsusi iş rejimi yaranmışdı. Səkkiz saatlıq iş günü bitdikdən sonra bütün dövlət rəhbərləri Ulu öndərin qarşıya qoyduğu quruculuq planlarını yerinə yetirmək üçün gecə yarıya qədər işləyirdilər. Rəhbərin şəxsi zəhmətkeşliyi və yorulmazlığı bütün xalq üçün nümunə idi. O, özü işləməklə yanaşı, xalqımıza da dünyanın qabaqcıl xalqları kimi gecə-gündüz işləməyi öyrətdi. Azərbaycanın müstəqilliyi və azadlığı bu zəhmətlərin nəticəsi və yekunu idi. Rəhbərin yaratdığı zəhmət kultu xalqımızın ən mühüm mənəvi simalarından birinə çevrildi. Xoşbəxt həyat və cəmiyyət qurmağın yeganə yolu gecə-gündüz işləməkdir. Bu, öndərin bizim xalqa, cavan nəsillərə qalan ən böyük vəsiyyətidir.

Heydər Əliyev Naxçıvana qayıdanda heç bir vəzifəsi yox idi. Amma o, artıq xalqımızın ümummilli lideri, həqiqi ağsaqqal idi. Ona görə Naxçıvan əhalisi onu vilayətin Ali Sovetinə deputat, Ali Sovet isə sədr seçdi. Müdrik rəhbər bütün səylərini Naxçıvan torpaqlarını erməni aqressiyasından qorumağa yönəltdi. Ölkədəki hakimiyyətsizlik şəraitində hər şey baş verə bilərdi, buna isə yol vermək olmazdı. Sərhəd kəndlərini qorumaq üçün Ulu öndər Naxçıvan Xalq Cəbhəsinin uzaqgörən üzvləri ilə normal münasibətlər yaratdı, onların qüvvələrini də torpaqların qorunmasına yönəltdi. Vaxtının böyük hissəsini özünümüdafiə dəstələrinin təşkilinə sərf edən böyük siyasətçi diplomatik vasitələrdən bacarıqla istifadə edir, böyük siyasi nüfuzunu ana torpağın qorunmasına sərf edirdi. O, İranın, Türkiyənin siyasi liderləri ilə əlaqə qurur, Naxçıvanın ərazi bütövlüyünün toxunulmazlığı üçün siyasi dəstək yaradırdı.

Müdrik rəhbər İran və Türkiyə ilə sərhədlərin açılmasına və Azərbaycan Respublikasının nəzarətinə keçməsinə nail oldu. Türkiyə ilə torpaq sərhəddinin açılması, orada körpünün tikilməsi erməni təcavüzünə qarşı mübarizədə xüsusi bir mərhələ idi. Açılan körpü həm də Naxçıvanın hərbi-siyasi blokadasını aradan qaldırdı və ərazilərin toxunulmazlığını təmin etdi.

Azərbaycanın müstəqilliyi ideyası bütün mərhələlərdə olduğu kimi, 1990-cı illərdə də böyük rəhbərin siyasi fəaliyyətinin əsas qayəsi idi. Məhz buna görə o, səriştəsiz Xalq Cəbhəsi hökuməti ilə əməkdaşlıq edir, ölkədə siyasi böhranı dərinləşdirə bilən bütün meyllərin qarşısını almağa çalışırdı. Lakin 1993-cü ilin ilk günlərində müstəqil Azərbaycan Respublikasının mövcudluğu təhlükə qarşısında qaldı: sərhəddə müharibənin qızğın çağında cəbhəçilər ikiyə bölünüb bir-birilərinə silah qaldırdılar. Gəncədə qardaş qanı töküldü. Real vətəndaş müharibəsinin yayılması təhlükəsi yarandı.

Bakıya gəlmək fikri olmayan Ulu öndər tərəfləri barış­dır­mağa və qardaş qırğınının qarşısını almağa çalışırdı. Bakı mət­buatında Heydər Əliyevi rəhbərliyə çağırmaq təklifləri səsləndi və bu, bütün xalq tərəfindən dəstəkləndi. Xalqın sıravi nəfərləri vətəndaş müharibəsi halında torpaqlarımızın ermənilər tərəfindən geniş miqyasda işğal olunacağını bir çox rəhbər cəbhəçilərdən yaxşı başa düşürdü. Xalqın nüfuzlu ziyalılarının bir qrupu Naxçıvana, böyük rəhbərin hüzuruna getdilər.

Müstəqilliyi qorumaq üçün vətənə xalqın inandığı rəhbər lazımdır - Heydər Əliyevdən ümumxalq xahişinin məğzi bu idi. O zamankı prezident Əbülfəz Əliyev də fəlakətin yaxınlığını duyur və təkidlə Heydər Əliyevi Bakıya dəvət edirdi. Nəhayət, iyun ayının əvvəllərində Heydər Əliyev Bakıya gəldi və baş nazir postunu tutmaq təklifini rədd edib geniş siyasi məsləhətləşmələrə başladı.

O, dahi bir siyasətçi kimi başa düşürdü ki, böhrandan çıxmaq üçün əvvəlcə qarşı duran qüvvələri ortaq məxrəcə gətirmək lazımdır. Böhrandan necə çıxmaq barədə ümumi bir fikir ortaya qoyulmalı idi. Ulu öndər şəxsi göstərişləri ilə öz həyatını riskə qoyaraq Gəncəyə getdi, Surət Hüseynov və onun tərəfdarları ilə ağır danışıqlara başladı. O, izah edirdi ki, əsas məsələ kimin haqlı olması deyil, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bilmək üçün pozitiv bir mövqeyə nail olmaqdır. Bu mövqe tezliklə tapıldı: Böhrandan çıxmaq üçün Heydər Əliyevə real siyasi səlahiyyətlər vermək və onun rəhbərliyini bütün tərəflərin qəbul etməsinə nail olmaq.

Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi vətəndaş müharibəsindən çıxmağın əsas formulu kimi qəbul edildi. İyun ayının on beşində bir ovuc səviyyəsiz cəbhəçinin müqaviməti qırıldı və Ulu öndər səs çoxluğu ilə Ali Sovetin sədri seçildi. Rəhbərin doğma xalqı rahat nəfəs aldı. Çünki insanlar xalqın sınaqlardan çıxmış vətənpərvər oğluna, müstəqillik ideyalarının əsas memarına inanırdı.

Erməni təcavüzü şəraitində xalqın birliyini qorumaq üçün müdrik siyasətçi səviyyəsindən asılı olmayaraq cəbhəçilərlə yaxından əməkdaşlıq etməyə çalışır, onları vəzifələrə təyin edirdi. Elçibəy postunu qoyub Kələki kəndinə qaçdıqdan sonra ölkənin bütün ağır taleyi Ulu öndərin çiyinlərində qaldı. Cəbhəçi liderlər böyük vəzifələrdə də özlərini ləyaqətsiz aparır, xırda hisslərlə yaşayırdılar.

Ulu öndər ən ağır vəziyyətdə Ermənistanla hərbi əməliyyatları öz əlinə aldı. 1993-cü ilin payızında başlanan hücüm əməliyyatlarının uğurları erməni ordusunun iradəsini qırdı: 1994-cü ilin mayında atəşkəs əldə edildi. Bu atəşkəs müstəqil Azərbaycan Respublikasının yaşaması demək idi. Böyük rəhbər faktiki dağılmış dövləti yenidən yaratmağa başladı. O, bu müqəddəs işin yolunu və istiqamətini bilirdi. Onun bu işdə çoxlu səriştəli şagirdləri və saysız tərəfdarları vardı.

Bu dövləti qurmaq onun həyat idealı idi. 1993-cü ilin sonlarında Heydər Əliyev Azərbaycanın Prezidenti seçiləndən sonra bu ideal gerçəkləşdi. Ulu öndər yarım əsr ərzində bu ideala doğru ad­dımla­mışdı. Böyük mübarizələr və çətinliklər yolu ilə addımlamışdı. Azərbaycan xalqının qədim tarixi də bu mübarizələrlə dolu idi. Lakin bunları tam gerçəkləşdirmək Ulu öndərimiz Heydər Əliyevə nəsib oldu.

O, həm də yeni, müstəqil Azərbaycan Respublikasının ilk və əsas diplomatı idi. Onun dünya siyasətçiləri sırasındakı misilsiz nüfuzu milli dövlətimizin etiraf edilməsinə xidmət göstərirdi. Dünyanın ən böyük dövlətlərinin başçıları Ulu öndərlə, nisbətən balaca bir dövlətin başçısı ilə tam bərabərlik şəraitində danışıqlar aparırdılar. Bu, nüfuzun siyasi qüvvəyə çevrilməsi idi, Azərbaycan Respublikasının beynəlxalq aləm tərəfindən əsl etirafı idi.

Dünya siyasətində ikili standartların çoxdan hökm sürdüyünü bilən böyük rəhbər Ana Vətənin mövqeyini sona qədər müdafiə edir, işğal olunmuş torpaqlarımızın taleyinin ikili standartlardan asılı olmamasını təmin etməyə çalışırdı. O, gileydənsə, real işlərə, ölkənin suverenliyini gündən-günə möhkəmlətməyə səy edirdi.

Azərbaycanın müstəqilliyinin dönməzliyi rəhbərin uzaqgörən siyasətinin əsas hədəfi idi. Ona görə də qısa bir vaxtda müstəqil Azərbaycanın yeni Konstitusiyası hazırlandı və referendum yolu ilə 1995-ci ilin dekabrında qəbul olundu. Bununla Azərbaycanın müstəqilləşməsi prosesi formal qanun baxımından da bitmiş oldu. Heydər Əliyev Konstitusiyası Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini birmənalı şəkildə təsbit etdi. Azərbaycanın ərazi quruluşu dəyişilməz olan unitar bir dövlət kimi təsdiqini tapdı.

Azərbaycanın ərazi bütövlüyü heç bir danışığın və mü­qa­vi­lə­nin predmeti ola bilməz – bu, rəhbərin Dağlıq Qarabağ mü­na­qi­şəsi ilə bağlı bizə qoyub getdiyi siyasi vəsiyyətidir. Ulu ön­dər münaqişənin sülh yolu ilə həllinə üstünlük verdi və o, bu­nunla iki mühüm niyyəti nəzərdə tuturdu. Bunlardan birin­ci­si, diplomatik və təbliğat müharibəsini udmaq zərurəti ilə bağlı idi. Dünyada Azərbaycanın ərazi bütövlüyü diplomatik ba­xım­dan himayə olunmayınca, hərbi əməliyyatların səmərəsi ol­ma­ya da bilər. İkinci niyyət isə ikili standartlar siyasətindən asılı ol­ma­maq üçün əlverişli siyasi vəziyyətin yetişməsini gözlə­mək zərurətidir. Bu gözləmə həm də bir ordunun yaranması üçün zəruridir.

Heydər Əliyevin siyasi dühası və müstəqil dövlətimizin tari­xin­dəki mühüm xidməti onun ardıcıl olaraq diplomatik qələ­bə­lər qazanmaq, ikili standartlar siyasətini neytral­laş­dır­maq üçün lazımi yollar tapması idi. O, beynəlxalq təpkiləri də, da­xildə siyasi çevriliş cəhdlərini də səbrlə aradan qaldırıdı. İstər neft strategiyasında, istər müstəqil xarici və daxili siyasətin yeridilməsində ona kifayət qədər müqavimət göstərən qüv­vələr ortaya gəlirdi. Amma xalqın müdrik oğlu bunların heç birinə güzəşt etmir, seçdiyi müstəqillik kursu ilə irəliləyir və uğur qazanırdı. O, xarici siyasətdə hər hansı ifratı, ten­den­si­ya­nı yolverilməz sayırdı. Bu, rəhbərin müstəqilliyi göz bəbəyi ki­mi qorumaq üçün bizim qarşımıza qoyduğu əsas vəzifədir.

Bu gün müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır. Bay­rağımız bayraqlar sırasında, millətlər evi üzərində dalğa­la­nır. Bu, Heydər Əliyevin, müdrik rəhbərin doğma xalqına ya­rım əsrlik xidmətinin ən yüksək nümunəsi, xalqımızın ən böyük qoruyucu və irəli aparıcı dəyəridir. Heydər Əliyev, ilk növbədə yaratdığı müasir müstəqil dövlətimizin timsalında yaşayır və yaşayacaqdır.

“Heydər Əliyev irsi: Azərbaycanın

davamlı inkişaf strategiyası”

kitabındakı məqalə, Bakı-2006

ÖLKƏNİ XİLAS EDƏN BÖYÜK QAYIDIŞ
İnsan üçün öz xalqına xidmət etməkdən, xalqa xeyir verməkdən, onun hörmət və məhəbbətini qazanmaqdan böyük xoşbəxtlik ola bilməz. 1970-80-ci illərdə Azərbaycanı dirçəldən, onu keçmiş ittifaqın ən qüdrətli respublikalarından birinə çevirən Heydər Əliyev 1993-cü ildə Naxçıvanda olarkən də öz ölkəsinin və xalqının başına gələn fəlakətə biganə qala bilmədi.

Üzərinə çox böyük məsuliyyət götürərək Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtaran müdrik rəhbərimizin təbirincə desək, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Doqquz il bundan əvvəl “ölüm, ya olum” seçimi ilə üzləşərkən bir daha bu tarixi gerçəkliyin canlı şahidi olduq. Azərbaycanda gərginliyin səbəbi tək Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar deyildi. Ölkədə hərc-mərclik, hakimiyyət və vəzifə davaları, siyasi didişmələr son həddə gəlib çatmışdı. Həmin müdhiş iyun günlərində səriştəsiz iqtidarın günahı ucbatından teleyin XX əsrdə bizə ikinci dəfə bizə bəxş etdiyi müstəqilliyi həmişəlik itirmək təhlükəsi ilə üzləşmişdik.

Onsuz da istiqlaliyyətimiz yalnız kağız üzərində mövcud idi. Arzudan reallığa çevrilən azadlıq ideyaları bir anda puç ola bilərdi.

1993-cü il iyunun 4-də Gəncədə baş verən qanlı hadisə­lər AXC-Müsavat iqtidarının yeritdiyi yarıtmaz, avantürist siyasətin məntiqi nəticəsi, onun bətnindən doğulan bir bəla idi. Qarşıdurma qardaş qanının axıdılmasına gətirib çıxarmışdı. Azərbaycan üçün çox dəhşətli olan bu anda xalq nicat yolunu öz müdrik oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü və ona üz tutdu. Xalqın təkidli çağırışı ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəni siyasi böhrandan çıxardı, xalq əvəzsiz sərvəti olan müstəqilliyini qoruyub saxlaya bildi.

Parlamentin 1993-cü il iyunun 15-də çağırılan fövqəladə sessiyasında Ali Sovetin sədri seçilən cənab Heydər Əliyev deyirdi: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümum­dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etmə­liyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin”. Doğrudan da möhtərəm Prezidentimizin düşünülmüş da­xili və xarici siyasətinin nəticəsində Azərbaycan az bir za­man içərisində öz böyük tarixi və müasir potensialından bəh­rələ­nərək tam müstəqil, demokratik, hüquqi, ümumbəşəri də­yər­lər əsasında qurulmuş dövlət və cəmiyyət formalaşdırmağa nail oldu.

Prezidentin siyasi kursunda demokratiya, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər xüsusi yer tutur. Məhz onun hakimiyyəti illərində de­mok­ratik dəyərlərə əsaslanan ilk milli Konstitusiyamız qəbul edil­miş, ilk Milli Parlament formalaşdırılmış, Azərbaycan tarixində ilk dəfə olaraq azad və ədalətli seçkilər keçirilmişdir.

Ölçülüb biçilmiş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa zaman kəsiyində bəşər tarixində görünməmiş fenomenal sıçrayışlar etmiş, dünya birliyində öz layiqli yerini tutmuşdur. Prezidentin uzaqgörən neft strategiyası artıq öz bəhrələrini verir. Xəzərin Azərbaycan sektorunun zəngin neft və qaz yataqlarının nüfuzlu xarici şirkətlərlə birgə işlənməsi nəticəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilir. Neftin dünya siyasətinə təsirini və rolunu nəzərə al­saq, demək, ölkəmiz həm də siyasi qüdrətini artırır. “Baki-Tbili­si-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” neft və qaz kəmər­lə­rinin çəkilişinə Qərbin və ABŞ-ın xüsusi maraq göstərməsi də deyilənlərə əyani sübutdur.

Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilat­ları­nın, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu, haqq səsimizin daha geniş auditoriya vasitəsilə dünyaya çat­dırıl­masında mühüm rol oynayır. Heydər Əliyev kimi dahi siya­sətçinin fəaliyyəti nəticəsində bütün dünya Azərbaycan ger­çəklərini olduğu kimi qəbul etməyə başlayıb. Beynəlxalq müs­təvidə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli is­ti­qa­mətində intensiv iş aparılır. Bu mənada ən güclü dövlətlərin başçıları ilə aparılan danışıqlar xüsusi əhəmiyyət daşıyır.

Bu gün qədirbilən xalqımız Ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtdığı 15 iyun gününü Milli Qurtuluş günü kimi qeyd edir. Tarix sübut etdi ki, xalq öz seçimində yanılmayıb. Öz vətənini və xalqını sevən, indiki və gələcək nəsillərin qayğısını çəkən hər bir vətəndaş 1993-cü ilin iyunundan əvvəl ölkəmizdə yaranmış vəziyyətin təkrar olunmasını istəməz.

Zaman keçdikcə, müstəqilliyimiz möhkəmlənib dövlə­timiz inkişaf etdikcə Milli Qurtuluş gününün mənası və dəyəri də artır. Müstəqilliyimizin ilk illərində cənab Heydər Əliyevin ölkəmizdəki dərin siyasi böhranın, xaos və anarxiyanın aradan qaldırılmasına sərf etdiyi gərgin əməyin nəticəsində bir neçə il sonra Azərbaycanda inkişaf və tərəqqi üçün münbit zəmin yarandı. İndi bu barədə danışmaq, bəlkə də asandır. Amma 1993-cü ilin iyun hadisə­lərinin, o qanlı-qadalı, qorxulu günlərin canlı şahidləri vəziy­yətin necə təhlükəli olduğunu unutmayıblar. Vətəndaş müharibəsi astanasında dayanmış Azərbaycan dağılıb gedirdi. Onun bir dövlət kimi dünya xəritəsindən silinməsi, parçalanması ehtimalı o qədər böyük idi ki, indinin özündə də bu barədə həyəcansız danışmaq mümkün deyil. Ulu öndər Heydər Əliyevin qayıdışı bizə qorxunc fəlakətlərdən qurtardı, xalqın özünə inamını qaytardı.

Tarix dəfələrlə sübut edib ki, şəxsiyyətin, əsl liderin baca­rığı ondadır ki, tarixin sərt dönüş mərhələsində, çətin məqam­da xalqı səfərbər edərək onun mübarizəsinə mütə­şəkkillik gətirə bilsin. Biz 9 il əvvəl bunun şahidi olduq. Cənab Heydər Əliyev öz siyasi səriştəsi və idarəetmə bacarığı, qətiyyət və cəsarəti sayəsində ölkəmizi vətəndaş müharibəsi və separatizm təhlükəsindən xilas etdi. Ən başlıcası isə, ölkədə ictimai-siyasi sabitlik yarada bildi.

Doqquz il əvvəl öz nicatını tapan, müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsindən, digər fəlakətlərdən qur­tulan xalq bu gün hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Demokratiya inkişaf edir, həyatın bütün sahələrində uğurlarımız ilbəil artır, Azərbaycan Dünya Birliyində özünə layiq olduğu yeri tutur.

Tarixin sınaqları isə hələ də davam edir. Sabitliyi poz­mağa can atan qüvvələr yeni təxribatlar törədir, öz hakimiyyət ambisiyalarını reallaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma onların bu məkrli niyyətləri baş tutmayacaq. Çünki dövlətçiliyimizin sükanı etibarlı əllərdədir.

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, xalqın belə dühalara tarixin bütün dövrlərində böyük ehtiyacı olur. “Bu s­ahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, öm­rümün bundan sonrakı hissəsini yalnız və yalnız Azər­baycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” - deyən Prezidentimiz xalq və tarix qarşısında öz borcunu həmişə yerinə yetirib və yetirir. Xalqımız bu xidmətləri heç vaxt unutmayacaq.


Respublika” qəzeti, 8 iyun 2002-ci il.


1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə