Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə26/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27

AZƏRBAYCAN RESPUBLİKASININ MÜSTƏQİLLİYİNİN 20 İLLİYİ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏDBİRDƏ ÇIXIŞ
Hörmətli tədbir iştirakçıları!

İyirmi ildir ki, müstəqil ölkəmizdə yaşayırıq. Bu faktın arxasında böyük tarixi hadisələr dayanır. Tarixi ölçüylə iyirmi il bir nəsil sayılır. 1990-1992-ci illərdə doğulan gənclər artıq Azərbaycan ordusunda hərbi xidmət keçib, ölkəmizin universitetlərini bitirib, dünyaya övladlar gətiriblər. Onlar xoşbəxt nəsildirlər: azad, müstəqil. Onlar Azərbaycanın çətin günlərini görməyiblər. Azərbaycan məktəbində oxumaq, ana dilli orduda xidmət etmək, Müstəqil Azərbaycanın himnini eşitmək, onun dalğalanan bayrağını hər yerdə görmək onlar üçün adiləşibdir.

Lakin bu adiliyin arxasında xalqımızın nəsil-nəsil apardığı azadlıq mübarizələri dayanır. Bu mübarizələr Şah İsmayıl Xətainin vaxtından başlanır və böyük vətəndaş Heydər Əliyevin fəaliyyəti ilə tamamlanır. Bu mübarizələrin beş əsrlik tarixi vardır. Körpə Xətaini qoruyan Azərbaycan tayfa başçıları, ağıllı feodallar bizim müstəqillik mücadiləmizin ilk qaziləri idilər. Onların çoxu Şah İsmayıl Xətainin qalib ordusunda qədim torpaqlarımızı qoruyub birləşdirmək yolunda həlak oldular. Xətai özü də böyük planlarını tamamlamamış həyatdan getdi. Onun dövlətinin qardaş Osmanlı ordusu ilə müharibələri müsəlmanlara düşmən olan qüvvələrin məkrli fitnəkarlığının nəticəsi idi.

Lakin Şah İsmayıl Xətainin yaratdığı dövlətin tarixi xidmətləri heç zaman xalqımızın yaddaşından və taleyindən silinmədi. Xalq öz tarixi ərazilərini tanıdı, Məşhəddən Bağdada qədər Azərbaycan türkcəsinin işlədildiyini bildi. Xətai zamanında biz öz gücümüzü gördük, öz dost və düşmənlərimizi tanıdıq. Xətainin qurduğu dövlət bir də öz xalqına birlik dərsi verdi, dinimizin də qılıncımız qədər güclü bir silah olduğunu ortaya qoydu.

Xətai dövründən bizə yadigar qalan dəyərlərdən biri anadilli sözün ictimai və bədii gücü idi. Onu dövründə heca vəznində qəhrəmanlıq və haqq nəğmələri oxuyan el aşıqları mənəvi tariximizdə yeni səhifə açdılar. Sözümüz və qılıncımız qoşa qanad oldu, ana dilində bədii söz yeni vüsət tapdı. İslamın böyük dəyərləri ana dilimizin su kimi saf sözlərində və anlamlarında səsləndi. Sarı aşıq kimi el sənətkarlarımız siyasi taleyimizin bütün dönəmlərində ana dilində ilahi və bədii sözü göz bəbəyi kimi qoruyub saxladılar.

Lakin tam müstəqilliyə qədər xalqımız üç əsr yol keçməli oldu. Çünki tarix səhnəsi böyük dövlətlər tərəfindən zəbt olunmuşdu. Üstəlik Allahın bizə bəxş etdiyi zəngin təbii sərvətlər də düşmənlərimizə rahatlıq vermirdi, onlar istilaçı yürüş­lərini ardı-arası kəsilmədən davam etdirirdilər. Milli birliyi­mizdə və düşüncəmizdə çətinliklər yaranırdı. Azər­bay­canlı sərkərdələrin bir qismi xarici dövlətlərə xidmət edirdilər.

Nadir şahın qəfil ölümü ilə xalqımızın dövlət quruculuğu sahəsindəki böyük uğurları yenə tamamlana bilmədi. Onun ətrafındakı Azərbaycan feodalları Nadir şahın ölümündən son­ra Vətənimizin bölgələrində yüz il dövlətçilik ənənəsini da­vam etdirdilər. Xanlıqlar dövrü xalqımızın siyasi inkişafında, onun ana dilli mədəniyyətinin tərəqqisində mühüm rol oynadı. Məhz xanlıqlar dövründə Azərbaycan feodalları rəhbərlik etdikləri xanlıqları müstəqil idarə etməyə başladılar. Onların həm güclü, həm də zəif cəhətləri üzə çıxdı. Bu xanların siyasi təcrübəsi, diplomatik bilikləri az olsa da, onlar döyüşkən türk ruhunu, torpağa məhəbbət hisslərini, xalqa yaxınlığı qoruyub saxlamışdılar. Şimaldan və Cənubdan fasiləsiz təzyiqlərə, qanlı avantüralara baxmayaraq, xanlıqlar dövründə öz torpağını tanıyan, onun qədrini bilən feodal ailələri, inzibati idarəçi nəsillər yetişdi. Çar hökuməti Şimali Azərbaycanı istila edəndən sonra xanlıqlar dövrü idarəçiliyini dağıtmağa cəsarət etmədi. Bu isə Nadir şah dövründən qalan vətənpərvər feodalların, ruhanilərin, saray xidmətçilərinin bir qisminin Rusiya idarəçilik sistemində qalmasına imkan yaratdı. Məhz bu ailələr müasir milli elitanın özəyini təşkil etdi.

Rusiyaya birləşəndən sonra xalqımızın itkiləri, şəhid və qurbanları çox oldu. İstila ilə barışmayan, milli adət-ənənələrin qorunmasını istəyən, kafirlərə nifrətlə yanaşan çoxlu adsız qəhrəmanlarımız həyatlarını azadlıq və müstəqillik yolunda qurban verdilər. Xalqın özü də yaddelli istilaya boyun əymək istəmir, hər cür qurbanlar verməklə düşməni torpaqlarımızdan çıxarmaq istəyirdi. XIX əsrdə baş verən Şamaxı, Şəki, Car-Balakən üsyanları bunun təsdiqi idi. Böyük və amansız rus imperiya qoşunları bu üsyanları qəddarlıqla yatırdılar.

XIX əsrdə Çar administrasiyası öz hakimiyyətini möhkəm­lət­­mək üçün yerli feodal ailələrinin ayrı-ayrı nümayəndələrini özünə tərəf çəkir, onlara qayğı göstərir, uşaqlarını rus dilində təhsilə cəlb edir, hətta saxta bəylik adı da paylayırdı. Bu, avropalı müstəmləkəçilərin əməllərinin təqlidi idi. Çünki heç bir yadelli qoşun istila etdiyi ölkəni idarə edə bilməz. Bu, ancaq yerli feodal zümrənin iştirakı ilə, idarəçilik adətlərinin qorunması sayəsində mümkündür.

Lakin müstəmləkə məmurları hər iki tərəfi kəsici olan alət kimi­dirlər. Bu məmurlar istənilən vaxt öz xalqının, öz ölkə­sinin tərəfinə keçə bilirlər. Ona görə də Çar hökuməti qulluğa götür­düyü yerli məmurların Rusiya ruhunda təhsilinə ciddi diqqət yetirirdi. Bu təhsil müstəmləkə məmurunda sadə bir qənaət yaratmalı idi: müstəmləkə sistemi zəbt olunan xalqın mənafe­lərinə uyğundur. Çünki müstəmləkəçilər mədəniy­yət­sizliyi aradan qaldırır və xalqa yeni qabaqcıl mədəniyyət aşıla­yırlar.

Çar hökumətinin açdığı məktəblər rus çarına sadiq olan yüzlər­lə məmurlar yetişdirdi. Amma onların icində A.Bakı­xa­nov, M.F.Axundov, H.B.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sa­bir, N.Nərimanov, M.Ə.Rəsulzadə kimi şəxsiyyətlər də yetişdi. Onlar Avropa və rus maarifçilərinin azad insan və mil­li tərəqqi barədə ideyalarını mənimsədilər və xalqımızın arasında yaymağa başladılar. Azərbaycanda maarifçilik ideo­lo­giyasının yayılması xalqın tarixində, mənəvi tərəqqisində bir mərhə­lə idi. Bu ideologiya xalqın milli və sosial tərəqqisinin istiqamətini düzgün göstərirdi.

Maarifçiliyin bir mühüm xidməti də milli tale və milli tərəq­qi ideyalarını yayması idi. Qabaqcıl xalqların mədəniy­yəti­ni və elmini öyrənən, bu xalqların həyatını müşahidə edən ziyalılar öz doğma xalqlarını digər xalqlarla müqayisə etməklə yeni qənaətlərə gəlirdilər. Bu qənaətlərdən ən mühümü Azərbaycanın iqtisadi, siyasi və mədəni geriliyi, dünyaya qapalı olan ölkə kimi qalması idi. “Əkinçi”, sonra isə “Molla Nəsrəddin” ana dilində maarifçiliyin carçıları oldular. Milli mətbuat Azərbaycanda ictimai rəy yaratdı, xalqın düşünən beyni olan əli qələmli ordu yaratdı. Lakin ölkədə qara, cahil qüvvələr də çox idi. Onlar islami maarifdən dəm vurmağa başladılar, islam maarifini Avropa maarifi ideologiyasına qarşı qoydular. Onların başında Osmanlı sultanına xidmət etmək istəyən şöhrətpərəst və bəsit adamlar dayanırdılar. Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda onlar hamısı “ilhaqçı” oldular və Azərbaycanın müstəqil yaşamaq üçün potensialı olmadığını iddia etdilər.

Maarifçi cildinə girən islamçıların digər böyük hissəsi Çar hökuməti ilə ittifaqda olan dini məmurlar idilər. Onlar milli tərəqqi yolunu real dünyada, müasirlikdə yox, keçmişdə axtarırdılar. Bu ruhanilər soyuqqanlılıqla Çar hökumətinin lazım bildiyi hər bir fitvanı verirdilər. Ana dilinə münasibətdə də bu yalançı maarifçilər mürtəce mövqedə idilər və onun anlaşılmaz şəklə düşməsinə çalışırdılar.

O dövrdə Rusiyada yaranan Bolşevik Partiyası “Rusiya xalq­lar həbsxanasıdır” şüarını irəli sürdü. Azərbaycan maarif­çilə­rinin bir qismi, o cümlədən N.Nərimanov, M.Ə.Rəsulzadə və başqaları rus inqilabçılarına qoşuldular.

Milli mətbuat yaranandan ziyalılar qeyri-rəsmi iki qrupa bölün­müşdülər. Bir qismi Azərbaycanın Rusiya yolu ilə, ikinci qrup isə Türkiyə yolu ilə tərəqqisinə tərəfdar idi. Azər­bay­canda bolşevizmin yayılması bu ikitirəliyi aradan götürmədi.

Birinci rus inqilabı dövründə Rusiyada mətbuata azadlıq verilməsi Milli mətbuatın inkişafına, milli şüurun sürətli formalaşmasına səbəb oldu. Mətbuat Rusiya və Türkiyənin siyasi həyatını yaxından işıqlandırmağa başladı. Bu, ziyalılar arasında siyasiləşməni gücləndirdi. Birinci Dünya Müharibəsi başlayan kimi Avropa dövlətlərinin Osmanlı İmperatorluğunu dağıtmaq cəhdləri Azərbaycanda böyük əks-səda verdi, milli ovqatların, o cümlədən türk millətçiliyi ideyalarının sürətlə yayılması ilə nəticələndi. Bu, Azərbaycan millətçiliyinin də siyasi cərəyan kimi formalaşdığı dövr idi. Türkiyənin taleyi bu prosesə güclü təsir göstərdi. Cəfər Cabbarlının Türkiyənin apardığı müharibələrə, türk silahının və əsgərinin tərənnümünə həsr edilən “Trablis müharibəsi”, “Ədirnə fəthi” kimi əsərləri meydana gəldi və səhnəyə qoyuldu.

1911-ci ildə Müsavat Partiyası yarandı və 1917-ci ildə Nəsib bəy Yusifbəylinin partiyası ilə birləşdi. Bu birləşmə sayəsində Müsavat Partiyasının həm adında, həm də məramında türk sözü öz möhkəm yerini tutdu. Birinci Dünya Müharibəsində rus ordusunun ağır məğlubiyyətləri, Rusiyada baş verən 1917-ci ilin fevral inqilabı Rusiyanın bütün məzlum millətlərinin müstəqillik uğrunda mübarizələrinə yeni nəfəs verdi.

Tarixi hadisələrin gedişi Azərbaycan Demokratik Cümhuriy­yətinin qurulması üçün münbit şərait yaratdı və 1918-ci il mayın 28-də Cümhuriyyət elan edildi, onun Bəyannaməsində yeni dövlətin ərazisi də göstərildi.

Ərazi mübahisələri isə Azərbaycana Rusiya imperiyasından miras qalan bir məsələ idi. Rusiya işğal etdiyi əraziləri quberniyalara bölmüşdü. Onların sərhədləri azərbaycanlıların tarixən yaşadıqları ərazilərlə üst-üstə düşmürdü. İstiqlal Bəyannaməsi ilə birgə Azərbaycan Borçalıda azərbaycanlıların yaşadığı şimal ərazilərini itirdi. Həmin vaxtda Zəngəzur torpaqlarının bir hissəsi Mehri məntəqəsi ilə birgə Ermənistana güzəştə gedilmiş oldu.

Lakin azğın erməni millətçiləri bununla kifayətlənmədilər və Azərbaycanın bir sıra tarixi torpaqlarına iddialarını davam etdirdilər. Demokratik Cümhuriyyət Hökumətinin ağır bir siyasi vəziyyətdə Ermənistanla sərhəd müharibəsi aparması bunun nəticəsi idi. Sovetləşmədən sonra isə 1922-ci ildə Moskvanın təzyiqi ilə Azərbaycan ərazisində 20 min erməni üçün Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi. Azərbaycanın iqtisadi və siyasi mərkəzi olan Şuşa şəhəri də bu əraziyə salındı. Bu, Azərbaycanın suverenliyinə qarşı qurulmuş tələ idi.

Tarix Demokratik Cümhuriyyətə qısa bir ömür verdi: cəmi 23 ay! Lakin bu qısa vaxtda Azərbaycan xalqı tarixi dövründə görmədiyi sınaqlardan çıxmalı idi. Şimaldan Rusiya, Cənubdan İran, Qərbdən Ermənistan bu dövləti məngənə kimi sıxırdılar. Türk İslam Ordusu rəsmi olaraq Azərbaycandan çıxandan sonra ingilis qoşunları ölkənin suverenliyini kobud şəkildə pozur, Bakı neftini havayı daşımağa çalışırdılar. Ermənipərəst Bakı Sovetinin tör-töküntüləri - içərilərində Mirzə Davud Hüseynov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Məmməd Səid Ordubadi, Dadaş Bünyadzadə və başqaları olmaqla Həştərxana toplaşıb Bakını yenidən tutmaq üçün Moskvanın əmrini, şəraitin yetişməsini gözləyirdilər.

Allah Demokratik Cümhuriyyətin banilərinə rəhmət eləsin: onların mübarizəni davam etdirmək üçün əzmləri, kompromis ustalığı, dövlətə sadaqətləri kifayət qədər idi. Onlar sona qədər duruş gətirdilər və müstəqil Azərbaycan dövlətini saxlamaq şərti ilə hakimiyyəti Rusiya dövlətinə yox, Azərbaycan bolşeviklərinə təhvil verdilər. Lakin sonrakı hadisələr göstərdi ki, Azərbaycan bolşevikləri müstəqil siyasi qüvvə deyillər. Onlar bir-biri ilə intriqa aparan xırda adamlar idilər. Ona görə yeni yaradılan Azərbaycan Xalq Komissarları Soveti saxta bir orqan oldu. Əsl hakimiyyət isə XI Qızıl ordunun siyasi şöbəsinin əlində idi. Komissarlar Sovetinin bütün qərarları, əvvəlcə sovetin Məxfi Üçlüyündə müzakirə edilirdi. Bu üçlük isə Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və Nəriman Nərimanovdan ibarət idi. Birinci iki şəxs Nərimanovun bütün təkliflərinə qarşı çıxırdılar: məqsəd isə Moskvanın gözündə sadiq bolşevik imici qazanmaq, ermənilərin Nərimanov barədə millətçi damğasını doğrultmaq idi. Nəriman Nərimanovu təcrid edən gənc bolşevik dəstəsi Bakıda əsl hakimiyyətin erməni-rus blokuna məxsus olduğunu gözəl anlayır və onlarla ittifaqda olmağa çalışırdılar. Bu, “Yaşasın müstəqil Azərbaycan Sosialist Respublikası!” şüarının müəllifi olan Nərimanovun və xalqımızın faciəsi oldu.

Nərimanov nə istəyirdi? O, Moskvanın daşıyıb apardığı neftdən Azərbaycan Respublikasının ehtiyacları üçün fond yaradılmasını tələb edirdi. O, partiya və sovet orqanlarında azərbaycanlıların vəzifələr tutmasını, neft sənayesində çalışan fəhlələr arasında azərbaycanlıların sayının artırılmasını tələb edirdi. O, bütün dövlət orqanlarında Azərbaycan türkcəsinin dövlət dili kimi məcburi işlədilməsi barədə Dekret vermişdi. O, azərbaycançılıq şüurunun yorulmaz təbliğatçısı idi. Amma cavan bolşeviklər və ermənilər Nərimanovun milli işlərini sabotajla qarşılayır, onun millətçi olması barədə Moskvaya danoslar yolla­yırdılar. Lakin Nərimanov Bakıda işlədiyi qısa vaxtda Azərbaycan Bolşevik Partiyasında öz milli fraksiyasını formalaşdırdı, maarif və mədəniyyət quruculuğunda misilsiz işlər gördü. Lakin 1937-ci ildə Nərimanovun himayə etmiş olduğu bütün rəhbər işçiləri güllələdilər. Onun adı 1956-cı ilə qədər qadağan edildi və millətçilik simvolu sayıldı.

1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev Bakının ən hündür yerində Nəriman Nərimanova şəhərdə ən böyük heykəli qoydurdu. Bu, təkcə Heydər Əliyevin Nəriman Nərimanova məhəbbətindən irəli gəlmirdi. Bunun bir səbəbi də Nərimanovun Azərbaycan kommunist təşkilatı tarixində xüsusi yeri və siyasi platforması olan bir şəxsiyyət olması ilə bağlı idi. Sonralar Heydər Əliyev məhz Nərimanov üslubunda bir rəhbər olduğunu dəfələrlə sübut etdi. Bu heykəlin qoyuluşu erməni fitnəkarlığı və Moskva ilə ağır mübarizələr nəticəsində mümkün oldu. Çünki Heydər Əliyev üçün uduzmaq anlayışı yox idi. Allah Heydər Əliyevə rəhmət eləsin!

Hörmətli yığıncaq iştirakçıları !

Heç kəsə sirr deyil ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrin xüsusi tarixi mərhələsi Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlıdır. Bu mərhələyə müstəqilliyin bilavasitə qurulma dövrü də demək olar. Azərbaycanın müdrik dövlət adamları çox olmuşdur. Lakin onların sırasında Heydər Əliyev аyrıcа və misilsiz mövqe tutur. Həmin mövqe tarixin оnun çiyinlərinə qoyduğu müstəqil Azərbaycan dövlətini yaratmaq missiyası ilə bağlı idi. Tariximizdə Heydər Əliyev dövrünün təyinatı belə idi. Tale ona Azərbaycanın müstəqilliyini hazırlamaq, bərpa еtmək, sonra isə onu dönməz etmək vəzifəsi ayırmışdı.

Ulu öndərin müstəqillik uğrunda mübarizələrinin birinci hissəsi onun SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərə düşür. Həmin dövr iki baxımdan xalqın gələcəyi üçün böyük əhəmiyyət daşıyırdı.

Bunlardan birincisi, Azərbaycan Respublikasının hələ SSRİ tərkibində iqtisadi cəhətdən çiçəklənməsinə nail olmaq idi. Vətənimiz elə bir iqtisadi yüksəkliyə qalxmalı idi ki, tarixi imkan yetişdikdə, öz suverenliyini iqtisadi, deməli, həm də siyasi və hərbi baxımdan qoruya bilsin.

SSRİ şəraitində Heydər Əliyevin həll etdiyi ikinci məsələ Azərbaycana əqidəcə bağlı olan idarəçi kadrlar ordusu, o cümlədən kifayət qədər hərbi kadrlar ərsəyə gətirmək idi.

Tarix Heydər Əliyevin bu iki strateji istiqamətə hələ SSRİ şəraitində əhəmiyyət verməsinin nə qədər doğru və uzaqgörən olduğunu təsdiqlədi. Bu iki şərt olmadan iyirmi il əvvəl qurulan müstəqil Azərbaycan Respublikası öz suverenliyini, siyasi və iqtisadi müstəqilliyini qoruya bilməzdi.

Heydər Əliyev Azərbaycana rəhbər seçilən kimi respub­lika­nın iqtisadi, siyasi, mədəni həyatındakı sosial-iqtisadi problemləri açıq şəkildə ortaya qoyub tənqid etdi. Bu, dövrünə görə çox sərt bir tənqid idi və Heydər Əliyevin uzaqgörən planının birinci mərhələsini əhatə edirdi. O, qətiyyətli islahatçı kimi hərəkət etdi və bununla Moskvadan çoxlu büdcə resursları tələb etmək üçün siyasi baza yaratdı. Bu resurslar olmadan ancaq neftdən ibarət olan o zamankı iqtisadiyyatı qaldırmaq, xüsusilə kənddəki adamların iqtisadi və mədəni həyatını müasirləşdirmək olmazdı.

Bu resursları Heydər Əliyev Moskvadan diplomatik və siyasi ustalığı sayəsində alırdı. Bu ustalıq onun Bakıdan erməniləri çıxarmaq, onların siyasi təsirini aradan qaldırmaq, milli ruhlu kadrları rəhbər vəzifələrə keçirmək üçün də lazım idi. Ulu öndər bu tarixi işləri də uğurla gördü.

1992-ci ilin oktyabrında Azərbaycan Respublikasının Müstəqilliyi barədə Konstitusiya Aktı qəbul edildi və bu, xalqımızın siyasi həyatında tarixi hadisə oldu. Amma real olaraq müstəqil Azərbaycan Respublikası sərhəd müharibəsində itkilər verir və iqtisadi cəhətdən tənəzzülə doğru gedirdi. Yalnız 1993-cü ilin yayında Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycanın müstəqilliyi dövlətin daxili və xarici siyasətinin reallığı kimi özünü büruzə verməyə başladı. Heydər Əliyev zəkasının məhsulu olan 1995-ci il Konstitusiyası dövlətimizin müstəqilliyini dönməz bir fakt kimi təsbit etdi.

Heydər Əliyev 1993-1996-cı illərdə Azərbaycanın müstəqil­li­yi­ni qorumaq üçün yorulmaz fəaliyyət göstərdi. Onun neft mü­qavilələrinin imzalanması, tarixi İpək Yolunun bərpası istiqa­mətindəki fəaliyyəti ölkəmizin, gənc respublikamızın iqtisadi azad­lığını təmin etdi, onun müstəqil xarici siyasəti üçün baza oldu. Ulu öndər xalqımızı yumruq kimi birləşdirdi, sağlam qüv­vələrin köməyi ilə dövlətə qarşı olan bütün fitnəkar qəsdləri dəf edə bildi. Bu, müstəqilliyimizin qorunmasının təmin edilməsi idi.

Hörmətli yığıncaq iştirakçıları !

Artıq səkkiz ildən çoxdur ki, Prezident İlham Əliyev Ulu öndə­rin Azərbaycanın müstəqlliyinin daha da möhkəm­lən­diril­məsinə yönəlmiş siyasətini uğurla davam etdirir. Ölkəmizin iqt­i­sa­di və siyasi gücü artır. Azərbaycan regionda lider dövlətə çev­rilərək bütün beynəlxalq layihələrdə uğurla iştirak edir. Müstəqil respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlir.

Bu gün ölkəmizdə Heydər Əliyevin quruculuq siyasətinin da­vamı olaraq Bakıda və regionlarda misilsiz dəyişikliklər baş ve­rir, şəhər və kəndlərin görkəmi təzələnir. İnsanların rifahının yük­səldilməsi, yeni iş yerlərinin açılması, yeni iqtisadi layi­hələrin gerçəkləşdirilməsi daim ölkə rəhbərinin diqqət mər­kəzin­dədir. İlham Əliyev dünya maliyyə böhranının ölkəmizə daha az ziyan vurması üçün gərək olan bütün tədbirləri görür, sadə, sıravi vətəndaşların bu böhrandan ziyan çəkməməsi üçün məqsədyönlü addımlar atır. Nəticələr göstərir ki, dövlətimiz, cəmiyyətimiz düz yoldadır.

Ölkədə korrupsiyaya, məmur özbaşınalığına qarşı uğurlu mü-barizə gedir, qanunçuluğun və dövlət intizamının daha da möh­kəmlənməsi təmin edilir. Regionların inkişafı üçün Pre­zi­dent­i­miz xüsusi proqramların həyata keçirilməsi barədə fərman və sərəncamlar vermişdir. Respublikada yolların yenidən qurulması istiqamətində dəyərli işlər görülüb və bu işlər davam edir.

Bu gün Azərbaycan Respublikası müstəqil xarici siyasət ye­ridir. Milli Ordumuzun büdcəsi ildən-ilə artır və artıq ordu­muza ayrılan vəsait Ermənistanın bütün büdcəsinə bərabərdir. Dağlıq Qarabağın dinc yolla azad edilməsi üçün diplomatik mübarizələrimiz davam edir.

Bu gün Bakı silsilə beynəlxalq mədəni tədbirlərin mərkəzinə çevrilmişdir. Dövlətimizin nüfuzunu artıran belə tədbirlərin keçirilməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətləri böyükdür. Xalqımız onu mədəniyyətimizin qədirbilən hamisi kimi tanıyır və sevir.

Prezident İlham Əliyev təhsilin keyfiyyətinin artırılması üçün də qəti addımlar atır. Mədəniyyətimizin bütün sahələrinin inkişafı təmin olunur, mədəniyyət, elm, təhsil, səhiyyə obyektləri kütləvi surətdə yenidən qurulur və bu işlər geniş miqyasda davam edir.

Bütün bunlar sübut edir ki, Azərbaycanın müstəqilliyi dön­məz­dir. Bu gün ölkəmizin müstəqilliyinin maddi, iqtisadi və idarə­çilik bazası da, bu bazanı möhkəmlətməyə Prezidentimizin siyasi iradəsi də vardır. Bu iradə dünən də var idi, bu gün də var, sabah da olacaqdır!

Bütün Azərbaycan xalqını böyük milli bayramımız olan müstəqilliyimizin 20 illik yubileyi münasibəti ilə bir daha ürəkdən təbrik edir, dövlətimizə yeni-yeni uğurlara imza atmağı və daha da firavan günlər arzulayıram!

Diqqətinizə görə sağ olun.



18 oktyabr 2011-ci il.

YENİ AZƏRBAYCAN PARTİYASININ QADINLAR ŞURASININ SƏDRİ NURLANA ƏLİYEVANIN TÜRKİYƏNIN BAŞ NAZİRIİ RƏCƏB TAYYIB ƏRDOĞANIN RƏHBƏRLİK ETDİYİ ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ QADIN QOLUNUN QURULTAYINDA ÇIXIŞI
Hörmətli Baş nazir !

Hörmətli qurultay iştirakçıları !

İlk olaraq təmsil etdiyim Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının təbriklərini Sizlərə çatdırmaq istəyirəm. 40-a yaxın ölkədən 70-dən çox əcnəbi qadın siyasətçinin də qatıldığı bu möhtəşəm tədbirdə sizləri qardaş Azərbaycan xalqının qadınları adından salamlamaqdan qürur və iftixar duyuram.

Bu qurultay bütün türk qadınlarının qurultayıdır, ona görə də buradakı türk ruhu açıq-aydın duyulmaqdadır. Bu qurultaya möhtəşəmlik verən də sadəcə, insanların çoxluğu deyil, buraya qatılan hər bir qadının daxili hisslərinin, duyğularının məcmusudur. Çünki türk qadını tarixən daim həyat yoldaşının yanında olmuş, onun güc və ilham mənbəyinə çevrilmişdir. Türk qadınları tarixən ox atmaqda, at çapmaqda kişilərdən geri qalmamış, düşmənə qarşı savaşlarda həmişə ərlərinin ən yaxın silahdaşı olmuşlar. Türk qadınlarının əxlaqi təmizliyi həmişə dünya tarixçiləri tərəfindən qeyd edilmiş, onların namus, qeyrət mücəssəməsi olması ədəbi mənbələrdə daim mədh edilmişdir. Türk xalqlarında ailə ən vacib sosial birlik olduğundan ailənin əsasını təşkil edən qadın obrazı türk dastanlarında, türk əfsanələrində həmişə uca tutulmuşdur.

Qadının öhdəsinə kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox şərəfli bir vəzifə düşür. Daha önəmlisi isə türk qadını türk millətinin bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə ehtiram­la əyildikləri bir şərəf abidəsidir. Buna görə də qədim türk dastanlarında qadın ilahi bir varlıq səviyyəsinə qaldırıl­mış­dır.

Azərbaycan qadınları da türk xalqlarının bir parçası olaraq tarixən öz qəhrəmanlıqları və şücaətləri ilə seçilmişlər. Bu gün Azərbaycanda Həcər qeyrəti, Nigar isməti, Tomris cəsarəti, Sara xatun siyasəti kimi xalqımızın dilində tez-tez işlənən ifadələr məhz azəri qadınlarının tarixi qəhrəmanlıqları ilə bağlıdır.

Əziz qadınlar !

Biz məmnunuq ki, bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Çünki bizim əlaqələrimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bu münasibətlər Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əlaqələrində də özünü göstərir. Çox qürur hissi keçiririk ki, Azərbaycanın uğurları qardaş Türkiyədə də böyük sevinclə qarşılanır. Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə əməkdaşlığı daha da gücləndirməyə hər zaman hazırdır. 2002-ci il noyabrın 3-də Türkiyədəki seçkilərdə Ədalət və İnkişaf Partiyasının qələbə çaldığı və yeganə iqtidar partiyasına çevrildiyi zamandan etibarən YAP-AKP əməkdaşlığı xeyli güclənmişdir. AKP-nin qurucusu və lideri, Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğan Ulu öndərimiz Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlişində Ümummilli liderimiz Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlığının vacibliyini qeyd etmişdi. Uzaqgörən siyasətçi, böyük şəxsiyyət Heydər Əliyev AKP-nin və cənab baş nazir Rəcəb Tayyib Ərdoğanın bir lider kimi gələcək perspektivlərini görmüş, onun kamil siyasətçi, dünya səviyyəli bir lider olacağını bildirmişdi.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan-Türkiyə əlaqələrinə böyük diqqət yetirilir. Onun “Bir millətin iki diasporu olmaz” ifadəsi hər iki ölkənin xarici ölkələrdəki diasporlarının fəaliyyət istiqamətlərini dəyişib. Son illər hər iki partiya keçirdikləri tədbirlərdə, layihələrdə qarşılıqlı olaraq iştirak edirlər. Hər iki partiyanın Gənclər qolu, Qadın təşkilatları qolu bir-biri ilə sıx əməkdaşlıq edirlər. Bu əmək­daşlıq dövlətlərimiz arasındakı münasibətlərin möh­kəm­lən­məsinə böyük töhfədir.

Hörmətli qurultay iştirakçıları !

Hər bir qadın istəyir ki, dünyada güllələr açılmasın, güllər açılsın. Bu güllələrin açılmaması üçün hər bir xalqın sinəsini sipər edən oğulları var və bu oğulları da dünyaya gətirən analar olub. Mustafa Kamal Atatürk deyib ki, dünyanın uğurları qiymətli anaların böyütdüyü oğulların işidir.

Biz çox şadıq ki, bu gün Azərbaycanda da, Türkiyədə də qadınlar üçün çox gözəl imkanlar yaradılıb. Bu, qadınlara hörmətdən, dövlətlərimizin qadınlara münasibətindən xəbər verir. Çünki qadın xoşbəxtdirsə, onda ölkədə ailə xoşbəxtdir, övlad xoşbəxtdir və deməli, bütövlükdə cəmiyyət xoşbəxtdir. Həm Türkiyədə, həm də Azərbaycanda cəmiyyətinin forma­laş­ma­sında, inkişafında, tərəqqisində qadınların rolunun böyük ol­ması danılmaz bir faktdır.

Mən üç il bundan öncə də AKP Qadın Qolunun qurul­ta­yın­da iştirak etmək üçün Ankarada olmuşam. Ötən üç il ərzində Ankarada böyük işlər görülüb. Bu dövrdə Azərbaycanda da bö­yük abadlıq, quruculuq işləri həyata keçirilib. Paytaxtımız o qə­dər gözəlləşib ki, özümüz də onu tanıya bilmirik. Bu, bizim möh­tərəm Prezidentimiz İlham Əliyev tərəfindən hər birimizin qəlbində abidəsi ucalmış Heydər Əliyevin arzularının həyata keçirilməsi istiqamətində apardığı siyasətin nəticəsidir.

Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azər­baycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkə­mizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmlən­diril­­məsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi de­mok­ratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edil­məsində qadınlarımız misilsiz xidmətlər göstərirlər. Qadın mə­sələləri həmişə dövlətimizin diqqət mərkəzində olub. Ümum­milli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövr­dən daim qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkil­məsi üçün şərait yaratmışdır. Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar Onun cəmiyyətdə gender balansının for­malaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifa­də­si­dir.

Bu gün Azərbaycanımız haqqında dünyada söylənilən müs­bət fikirlər bizi çox sevindirir. Bu fikirlərin formalaşmasında Hey­dər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliye­va­nın böyük rolu vardır. Onun rəhbərliyi ilə Təşkilat Ko­mitə-sinin “Eurovision” mahnı müsabiqəsini çox yüksək səviyyədə hazır­layaraq həyata keçirməsi dünyada Azərbaycana yeni imic qazandırdı. Ümumiyyətlə, Mehriban xanımın Azərbaycan mə­də­niyyətinin dünyada təbliğ olunması istiqamətindəki misilsiz xid­mətləri hər bir Azərbaycan qadınını fərəhləndirir.

Əziz qadınlar!

Mən bu gün bu kürsüdən Azərbaycanın siyasətçi xanım­lar­ı­nın təmsilçisi olaraq bildirmək istəyirəm ki, qarşılıqlı əmək­daşlığı daha da gücləndirməyə və bütün türk dünyasının siya­sətçi xanımlarının birliyini yaratmağa ehtiyac var. Çünki bu əməkdaşlıqdan bütün Türk dünyası bəhrələnəcək və bu birlik problemlərimizin birgə həllinə nail olmaq üçün bizə yardımçı olacaqdır.

Mən çıxışımı böyük Azərbaycan ədibi Hüseyn Cavidin ana, qadın haqqında misraları ilə tamamlamaq istəyirəm. Hüseyn Cavid deyirdi:

1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə