Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə24/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27

SÖNMƏZ MƏŞƏL
Zaman bizi 15 iyun - Qurtuluş gününə yaxınlaşdırdıqca hər birimiz ömür kitabını bir daha vərəqləyir, millətin tale yazısına düşən bu günü bizə bəxş edən xilaskara sonsuz məhəbbətimizi bildiririk. Heydər Əliyev bütün vətəndaşların Prezidenti idi. Bu mənada vəzifəsindən, siyasi dünyagörüşündən asılı olmayaraq, o, hər birimizin taleyində müstəsna rol oynayıb. Təbii ki, bu baxımdan görkəmli elm, siyasi və ictimai xadimlər bu fenomenal şəxsiyyət haqqında daha qiymətli, obyektiv fikir söyləyirlər. Sıravi vətəndaşlardan fərqli olaraq, onlar liderimizlə bilavasitə çoxsaylı təmasda olmuş, onun fəaliyyətini yaxından izləyə bilmişlər.

Bayram ərəfəsində Qurtuluş gününün tarixi əhəmiyyəti, onun müəllifi Heydər Əliyev şəxsiyyətinin bu taleyüklü məqamda aparıcı rolu haqda oxucularla fikirlərini bölüşməyi filologiya elmləri doktoru, YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, Respublika “Sevil” Qadınlar Məclisinin Yasamal rayon şöbəsinin sədri, publisist və nəhayət Azərbaycan qadının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Nurlana xanım Əliyevadan xahiş etdik. O, dedi:

- Milli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti uca dağlara bənzəyir. Duman olmayanda onların əsrarəngiz gözəlliyi və əzəməti göz önünə gəldiyi kimi, zaman keçdikcə liderimizin fəaliyyəti də daha relyefli görünür. Bu baxımdan 15 iyun 1993-cü il müstəsna əhəmiyyətə malikdir. Bu gün Heydər Əliyevin keşməkeşli həyatının bir hissəsi olsa da, xalqımız üçün yeni mərhələnin başlanğıcı idi.

Qurtuluş gününün növbəti, on birinci ildönümünü biz ilk dəfə Heydər Əliyevsiz qeyd edirik. Nə qədər acı olsa da, deməliyik ki, insanın fiziki varlığı sonsuz deyil. Lakin Heydər Əliyev ideyaları həmişəyaşardır. Bu həqiqəti son 11 il bir daha təsdiqlədi. Çünki biz fırtınalı, təlatümlü, havadan barıt qoxusu gələn günlərin şahidiyik. Bu günün Qurtuluş günü adlandırılması heç də təsadüfi deyildir. Çünki AXC-Müsavat cütlüyünün qısa müddətdə hakimiyyətə gəlməsi və getməsi, Heydər Əliyevin təbirincə desək, bir daha təsdiq etdi ki, hakimiyyəti qoruyub saxlamaq onu ələ keçirməkdən qat-qat çətindir.

Naxçıvanda blokada şəraitində işləməsinə baxmayaraq, Heydər Əliyev Azərbaycanda gedən ictimai-siyasi prosesləri dərindən təhlil edir, müstəqil dövlətin təsisatlarının yaradılması haqqında mühüm fikirlər söyləyir və səlahiyyətləri çərçivəsində müvafiq qərarlar qəbul edirdi. Bunların sırasında ən mühümü 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi idi. O dövrdə təsis edilən, sədr və onun ailə üzvlərindən başqa üzvü olmayan, əksər hallarda təsisçinin şəxsi maraqlarına xidmət edən partiyalardan fərqli olaraq, YAP xalqın istək və arzularını ehtiva edib ölkədə mövcud olan siyasi boşluğu aradan qaldırdı. Çox keçmədi ki, YAP təşkilati baxımdan möhkəmlənərək ölkənin iqtidar partiyasına çevrildi. Hazırda partiyanın 300.000-dən çox üzvü vardır. Təsadüfi deyil ki, Heydər Əliyev YAP-ı dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır.

Tam məsuliyyətlə demək olar ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı məntiqəuyğun bir proses idi. Lakin hakimiyyət sözünü o dövrə şamil etmək nisbidir. Çünki bu anlayış o zaman öz mahiyyətini itirmişdi. De-yure olaraq müstəqil ölkəmiz xanlıqlar dövrünün ən arzuolunmaz variantını yaşayırdı. Heydər Əliyev mahir usta kimi bu parçalardan “Azərbaycan” adlı bir bina tikməli idi və tikdi.

O dövrə nəzər salarkən, vurğulamalıyıq ki, bəlkə də ictimai-siyasi sabitliyə mane olan əsas faktorlardan biri müstəqilliyimizə qənim kəsilmiş xarici qüvvələrlə yanaşı, hakimiyyəti təhvil verdiyi gündən barışmaz müxalifət mövqeyinə keçən AXC idi. O vaxt xeyli tərəfdara və dövlət strukturlarında çalışan məmurlara malik cəbhəçilərin belə mövqe tutmaları yeni hakimiyyət üçün əlavə təhlükə mənbəyi idi. Sonrakı çevriliş və təxribat buna sübutdur.

Yüksək idarəçilik təcrübəsinə, analitik zəkaya, fenomenal yaddaşa malik olan Heydər Əliyev belə bir şəraitdə dəfələrlə vurğuladı ki, mövcud çətinliklər müvəqqətidir. Görəsən o, bu fikri söyləyərkən kimə və nəyə əsaslanırdı. Bu suala birmənalı cavab vermək olar: Xalqın gücünə və istəyinə. Hələ 1990-cı illərin əvvəllərində Bakıda hakimiyyətə gələnlər sürət qatarları kimi bir-birini əvəz edəndə geniş xalq kütlələri nəzərlərini Naxçıvana dikmişdi.

Bir vətəndaş kimi deyə bilərəm ki, Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra xalqımızın etimadını şərəflə doğruldurdu. Ölkəni uçuruma aparan problemlər təcili həllini gözləyirdi. Təbii ki, onlardan ən mühümü Qarabağ müharibəsini sona çatdırmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək idi. Lakin güclü Milli Ordu olmadığından, bu arzuların reallaşması xülyadan başqa bir şey deyildi. Ordu quruculuğu üçün isə vaxt faktoru mühüm rol oynayır. Buna görə də az sonra 1994-cü ilin mayında Ermənistanla atəşkəs haqqında saziş imzalandı. Beləliklə, ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev bütün Azərbaycanın şəhidlər xiyabanına çevrilməsinin qarşısını aldı. Qazanılan vaxt imkan verdi ki, qısa müddətdə ölkədə ictimai-siyasi vəziyyət sabitləşdirilsin və iqtisadiyyatın inkişafına diqqət artırılsın.

“İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir” prinsipini reallaş­dıran Heydər Əliyev ölkənin malik olduğu neft faktorundan bacarıqla istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Skeptiklərin “proqnozları”nın əksinə olaraq, Heydər Əliyev ona məxsus olan iradəsilə neft strategiyasını mərhələ-mərhələ reallaşdırmağa başladı. Milli maraqlarımıza qənim kəsilmiş müxtəlif “qonşular” daxili əlaltılarının köməkliyi ilə bu layihənin reallaşmasına maneəçilik törətmək istəsələr də, ona nail ola bilmədilər. 2002-ci il sentyabrın 20-də təməli qoyulan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinin başlanması bu sahədə olan bütün maneələrə son qoydu.

Bazar iqtisadiyyatı qanunları ilə inkişaf edən ölkəmiz qüvvətlən­dikcə, əhalinin maddi rifahı yaxşılaşır, həyatın mühüm sahələrində əsaslı islahatlar həyata keçirilirdi. Prezidentimiz digər sahələrlə yanaşı, təhsilin inkişafına da diqqət və qayğısını əsirgəmirdi. Ölkəmizdə özəl təhsil sisteminin yaradıcısı, təhsilin bütün mərhələlərində köklü islahatlar aparan Heydər Əliyev mühüm dövlət işləri ilə məşğul olmasına baxmayaraq, yeni dərs ili başlananda məktəbləri gəzir, tədris prosesi, hətta dərsliklərlə belə, tanış olurdu. Bu diqqətin bariz nümunəsi kimi başçılıq etdiyim kollecin yaranmasının 80 illik yubileyi münasibətilə Prezident Heydər Əliyevin pedaqoji kollektivə ünvanladığı təbrik məktubunu göstərmək olar. Son 80 ildə Azərbaycana görkəmli şəxsiyyətlər bəxş etmiş bu mötəbər təhsil ocacığının fəaliyyəti Prezidentimizin 23 dekabr 1999-cu ildə ünvanladığı təbrik məktubunda qeyd edilməklə bərabər, həm də kollektivin qarşısında duran vəzifələr göstərilirdi. Bu diqqət və qayğıdan məmnunluq hissləri keçirən kollektivimiz üçün möhtərəm Prezidentimizin tövsiyələri gələcək fəaliyyət proqramına çevrildi.

Ümumiyyətlə, Prezidentimiz Azərbaycanın bütün vətəndaş­ları­na, xüsusən uşaq və qadınlara diqqət və qayğı ilə yanaşırdı. Bu qütbə məxsus zəngin “ehtiyat mənbələri”nin təşkil olunub üzə çıxarılmasında Azərbaycan qadınının müyəşəkkil bir qüvvə kimi səfərbər edililb, ümumxalq mübarizəsinə qoşulmasında hər bir şeydən əvvəl, müstəsna keyfiyyət və məziyyətlərinə görə müasirlərindən qat-qat yüksəkdə duran, siyasi miqyas və nüfuzuna görə heç kimə bənzəməyən möhtərəm Prezidentimizə borcluyuq. Azərbaycan müstəsna ölkələrdən biridir ki, gender problemi dövlət səviyyəsində həll edilir və bu məqsədlə Qadın Problemləri Üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu haqda çox danışmaq olar. Lakin Heydər Əliyevin qadınlara olan münasibətini onun sözləri ilə ümumiləşdirmək daha məqsədəuyğundur. Yadımdadır, ölkə Prezidenti Heydər Əliyev 1998-ci il iyunun 1-də Prezident sarayında “Sevil” Qadınlar Məclisi rayon şöbələrinin sədrlərini qəbul edərkən bütün iştirakçıları səbrlə dinlədikdən sonra özü çıxış etdi. O, dedi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və bu sınaqlardan şərəflə çıxıblar.”

Ölkəmizin stabil inkişafı onun beynəlxalq aləmdə yüksək nüfuz qazanması ilə nəticələndi. 2001-ci ilin yanvarında Strasburqda Prezident Heydər Əliyev tərəfindən ölkəmizin Avropa Şurasının tamhüquqlu üzvü kimi üçrəngli bayrağının qaldırılması bu siyasətin zirvəsi idi. Yarım əsrə yaxın Azərbaycanda görülən əzəmətli, monumental və möhtəşəm işlər məhz bu müdrik fenomenal şəxsiyyətin adı ilə bağlıdır. O, həyatını Azərbaycana qurban verdiyi kimi, xalqımız da dahi rəhbərinə sonsuz məhəbbət bəsləyir. 2003-cü ilin dekabrnda Heydər Əliyevin dəfn mərasimində biz bu ülvi hisslərin bir daha şahidi olduq. Yüz minlərlə insanın kədər və sevgi selinə qovuşan öndərimizin dəfn mərasimi bütün dünyaya bəyan etdi ki, Heydər Əliyev qəlbimizdə həmişəyaşardır.

Xoşbəxtik ki, 15 iyun 1993-cü ildə Ümummilli liderimizin Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün yandırdığı məşəl bu gün etibarlı əllərdədir.

2003-cü ilin oktyabrında xalqın iradəsi və seçicilərin mütləq səs çoxluğu ilə Prezident seçilmiş İlham Əliyev cənablarının həyat və fəaliyyəti, deyərdim ki, Heydər Əliyev idarəçilik məktəbinin təntənəsi, işgüzarlığının nümunəsidir. İnsanları əməli fəaliyyətinə görə qiymətləndirən öndərimiz, İlham Əliyevə qarşı da tələbkar olmuş və dövlətçilik maraqları baxımından ən mühüm, lakin həlli çətin vəzifələri ona tapşırmışdı. ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili, ölkəmizin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsini həyata keçirən gənc Prezidentimizin qazandığı uğurlar xalqımıza və beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Əminik ki, uğurlu estafeti davam və inkişaf etdirən Prezident İlham Əliyev cənabları Azərbaycanı yeni inkişaf mərhələsinə çatdıracaq.

Fürsətdən istifadə edib, möhtərəm İlham Əliyevi, bütün xalqımızı 15 iyun Milli Qurtuluş günü münasibətilə təbrik edir, doğma Azərbaycanımıza aydın səma arzulayıram.

Humanist” qəzeti, 14 iyun 2004-cü il.




ULU ÖNDƏR HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASINI XALQIMIZIN PARTİYASI KİMİ YARADIB
Müsahibimiz Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyevadır.

- Nurlana xanım, bir müddətdir ki, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası bölgələrdə müşavirələr keçirir. Ümumiyyətlə, bu müşavirələr haqqında məlumat verməyinizi xahiş edirik.

- YAP Qadınlar Şurası Azərbaycanın bütün bölgələrində partiyamızın üzvü olan qadınlarla görüşlər keçirməyi nəzərdə tutur. Artıq bir sıra bölgələrdə, o cümlədən Quba, Qusar, Lənkəran, Salyan, Saatlı, Sabirabad, Şirvan, Balakən, Oğuz, Zaqatala və digər şəhər və rayonlarda bu görüşləri reallaşdırmışıq. Hazırda digər rayonlarda tədbirlərimiz davam edir. Bu görüşlərin keçirilməsində məqsədimiz bələdiyyə seçkiləri ilə əlaqədar partiyanı təmsil edən qadınlarla görüşüb müzakirələr aparmaqdır. Eyni zamanda, Qadınlar Şurasının ümumilikdə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılır. Qeyd etmək istəyirəm ki, görüşlər çox səmərəli keçir. Bizi sevindirən cəhət odur ki, hətta ən ucqar rayonların qadınları ölkədəki ictimai-siyasi prosesləri diqqətlə izləyir və öz mövqelərini ortaya qoyurlar. Bu gün Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir, eləcə də, dövlət idarəçiliyində onların təmsilçiliyi yüksəkdir. Onların bələdiyyələrdə də təmsil olunması günün tələbidir.

- YAP bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması ilə bağlı təşəbbüs irəli sürüb. Partiyanın bu təşəbbüsü bölgələrdə necə qiymətləndirilir?

- Əlbəttə, bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumlardır. Və qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ana şəfqətinin, ana diqqətinin, ana ədalətinin bu quruma gətirilməsi deməkdir. İnsanların sosial problemlərini qadınlarımız hamıdan yaxşı duyur və dərk edir. Övladlarımızın gələcəyi, cəmiyyətimizin və gəncliyimizin tərəqqisi də qadınların fəallığından çox asılıdır. Hazırda zərif cinsin nümayəndələrinin bələdiyyələrdə təmsilçiliyi prioritet məsələdir. Ona görə də hesab edirəm ki, qadınların bələdiyyələrdə təmsilçiliyinin artması ümumi işin xeyrinə olacaq. Bunu nəzərə alsaq, partiyamızın bu qərarının nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini görərik və bu addım yüksək qiymətləndirilməlidir. Yeri gəlmişkən, qeyd edim ki, partiyamızın bu istiqamətdə apardığı təbliğat işi artıq öz bəhrəsini verməkdədir. Bu gün mən tam məsuliyyətimlə deyə bilərəm ki, bu seçkilərdə Azərbaycan qadınları ötən seçkilərə nisbətən daha çox təmsil olunurlar. Bu, özünü statistik rəqəmlərlə də ifadə edir. Məsələn, ötən bələdiyyə seçkilərində qadınların bu prosesdə iştirakı 3-4 faizlə ifadə olunurdusa, artıq bu seçkilərdə YAP-ın irəli sürdüyü namizədlər sırasında qadınlar təxminən 30 faiz təşkil edir. Məlumat üçün deyim ki, YAP-ı təmsil edən qadınların demək olar ki, hamısının bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. Artıq təşviqat kampaniyasına ciddi hazırlıq işləri gedir və inanıram ki, bu mərhələni də uğurla həyata keçirəcəyik.

- YAP Qadınlar Şurasının sədri kimi, həm də ziyalı bir Azərbaycan qadını kimi bütövlükdə ölkəmizdə qadınlarla bağlı siyasəti necə dəyərləndirirsiniz?

- Ulu öndər Heydər Əliyev Azərbaycan qadınını, onun mərdliyini, əməyini, Vətəninə, ailəsinə sadiqliyini daim yüksək qiymətləndirirdi. Dahi rəhbərin ölkəmizə başçılıq etdiyi dövr ərzində qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Müstəqil Azərbaycan dövləti BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyasına qoşulub. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün respublikamızın Prezidenti İlham Əliyev bütün digər sahələrdə olduğu kimi bu istiqamətdə də Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Onu da qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Azərbaycanın zəngin mədəniyyətinin incisi sayılan muğamın geniş təbliği, milli-mədəni dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar, təhsilin, səhiyyənin inkişafına verdiyi əvəzsiz töhfələr Mehriban xanımın Azərbaycan qadınlarını layiqli şəkildə təmsil etdiyinin bir örnəyidir. Bu gün hər bir Azərbaycan qadını fəaliyyətində, dövlətimiz, xalqımız üçün gördüyü işlərdə Mehriban xanım Əliyevadan örnək götürməlidir. Çünki Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarilə böyük işlərin təşəbbüskarıdır.

- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 17-ci ildönümü tamam olur. Bu tarixi hadisə haqqında nə deyə bilərsiniz?

- Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixinin mühüm səhifələrindən, məqamlarından biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud durum həqiqətən çox mürəkkəb idi və bu barədə hamımız çox geniş bilgiyə sahibik. Mən bu barədə çox danışmaq istəmirəm, sadəcə onu demək istəyirəm ki, Azərbaycan dövləti süqutun astanasında idi, müstəqilliyimiz şübhə altına düşmüşdü. Belə bir məqamda YAP-ın təsis olunması Azərbaycanın xilasına doğru atılmış ilk addım oldu. Ona görə də, hesab edirəm ki, YAP-ın təsis olunması və Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. Ulu öndər Heydər Əliyev YAP-ı xalqımız üçün və xalqımızın partiyası kimi yaradıb. Ona görə də mən partiyamızın yaradılmasını Ulu öndər Heydər Əliyevin siyasi qüdrətinə inanan geniş xalq kütlələrinin, ziyalı hərəkatının mübarizəsinin yekunu, Azərbaycanın həqiqi müstəqilliyinin isə təməlinin atılması kimi qiymətləndirərdim. Çünki məhz bu hadisədən sonra cəmiyyətin təşkilatlanması işində böyük nailiyyətlər əldə olundu. YAP-ın əsas tarixi xidmətlərindən biri də xalqın mənəvi gücünü səfərbər etmək oldu. Əsl müstəqil dövlət də bunun nəticəsində quruldu. Partiyamızın yaranmasından sonra xalqımız Ulu öndər Heydər Əliyevin müdafiəsinə daha fəal qoşuldu və 1993-cü ilin iyun ayında bu dahi şəxsiyyət xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi. Bundan sonra partiyamızın təşkilatlanması daha böyük vüsət aldı və yerlərdə onun sosial dayaqları daha da güclənməyə başladı. Azərbaycanın hər yerində partiyamızın yerli təşkilatları yaradıldı. Prezident İlham Əliyevin partiyamızın Sədri seçilməsi isə YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Cənab Prezidentin atdığı addımlar, gördüyü işlər və onun siyasi fəaliyyəti nəticəsində Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi. Bu gün tam səmimi olaraq deyə bilərik ki, 500 min nəfər üzvü olan YAP nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və güclü siyasi təşkilatıdır. Bu günə qədər keçirilmiş 4 prezident, 3 parlament və 1 bələdiyyə seçkilərində YAP öz gücünü göstərib.

Yeri gəlmişkən, onu da qeyd edim ki, YAP Qadınlar Şurası da 1995-ci ildə məhz Ulu öndərimizin təşəbbüsü ilə yaradıldı. O zaman cəmiyyətin bütün fəal qadınları partiyamızın sıralarına qoşuldular. Bu gün də bu proses davam etməkdədir.


www.yap.org.az saytına müsahibə, 17 noyabr 2009-cu il.

YAP QADINLAR ŞURASI BÜTÜN MƏSƏLƏLƏRƏ ÖZ TÖHFƏSİNİ VERDİYİ KİMİ, PARTİYANIN YUBİLEYİNƏ DƏ XÜSUSİ RƏNG QATACAQ
Müsahibimiz Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyevadır.

- Nurlana xanım, bəlli olduğu kimi, Yeni Azərbaycan Par­tiya­sının yaranmasının 20-ci ili tamam olur. Bu müddət ərzin­də partiyanın fəaliyyəti və onun Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri necə dəyərləndirirsiniz?

- Çox sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə yaradılmış və bu gün cənab Prezident İlham Əliyevin Sədrliyilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyini qeyd edəcəyik. YAP, ilk növbədə, dövlətimizin, dövlətçiliyimizin dayağı, ona dəstək olan, onun ideyalarını ürəkdən qəbul edən, bu ideyaların həyata keçirilməsi istiqamətində mühüm addımlar atan böyük bir qurumdur, siyasi qüvvədir. YAP yarandığı ilk gündən o qədər mühüm məsələlərin həllinə nail olub ki, bu partiyanın bütün məramı, bütün siyasi əqidəsi bu fəaliyyətlə bağlı olub. İlk növbədə onu deməliyəm ki, Ulu öndər Heydər Əliyev partiyamızı yaradarkən, gələcəyini elə düşün­müşdü ki, bu partiya cəmiyyətdə böyük bir siyasi qüvvə ki­mi vətəndaşlarımızın həyatının tənzimlənməsində, müstəqil­liyimi­zin möhkəmlənməsində, dövlətçiliyimizin cilalan­ma­sında, xarici ölkələrdə vətənimiz, millətimiz haqqında müsbət fikirlərin yaranmasında mühüm rol oynayacaq və bu partiya dövlətçiliyimizə əsl dayaq olacaq. Bu uzun illər ərzində partiyanın sıralarında birləşən insanların məramı məhz bu olub.

Təxminən 18-20 il bundan əvvəl Ümummilli lider Heydər Əliyev Azərbaycanımızı məhv olmaq təhlükəsindən xilas edən addım­lar atdı. Həmin dövrdə insanlar arasında təbliğat apar­maq, müxtəlif tədbirlər vasitəsilə insanları istiqamətlən­dirmək, onlara kimin kim olduğunu, nəyin necə olduğunu düzgün şərh etmək istiqamətində partiyamız bu böyük vəzifəni mü­vəf­fəqiy­yətlə həyata keçirdi. Partiyamızın sıralarında doğrudan da əqi­dəli insanlar birləşmişdi. Onların arasında müxtəlif təbəqələrin nü­mayəndələri - ziyalılar, həkimlər, müəllimlər, gənclər, qadın­lar, hətta evdar xanımlar olmalarına baxmayaraq, əqidə­ləri düzgün idi. Onlar partiyanın məqsəd və məramını reallaş­dır­mağı bacardılar. Onlar vəziyyətdən çıxış yolları axtarıb tapır və problemlərin həllinə nail olmaq üçün düzgün düşü­nür­dülər, təkliflər verirdilər, qərarlar qəbul edirdilər. Bu imkanların məhz YAP-da cəmləşməsi partiyanın düzgün forma­laşmasına gətirib çıxarırdı.

- Partiyanın dövlətimizin inkişafı istiqamətində həyata keçir­diyi işlərdə qadınlarımız da fəal iştirak edir. Siz YAP-ın fəaliy­yətində qadınların iştirak faizini necə qiymət­lən­dirir­siniz?

- Bu gün partiyamızın sıralarında qadınlarımız kifayət qədər fəal təmsil olunurlar. Onların səsi, hətta, beynəlxalq arenalardan gəlir. Qadınlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər, Azərbaycan xalqının mütərəqqi mövqeyini, düzgün niyyətini ortaya qoyurlar.

Xatırlatmaq istərdim ki, 1995-ci ildə YAP-ın Qadınlar Şurası təsis olunub. Bu gün isə partiyamızın tərkibində qadınlarımız 49 faizlə təmsil olunurlar. Partiyanın tərkibindəki qadınlar əsl ana timsalında çıxış edirlər. Onlar tez-tez cəbhə bölgələrində olur, xeyriyyə tədbirləri keçirir, gənc qızlarımıza milli-mənəvi dəyərlərin təlqin edilməsi istiqamətində işlər görürlər.

Hamımız bilirik ki, bu gün məktəblərimizdə qadınlarımız daha çox fəaliyyət göstərirlər, müəllim kimi, xəstəxanalarda həkim kimi. Məhz bu xeyriyyəçilik işləri bu istiqamətlərdə özünü büruzə verir. Qadınlarımız bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edir, tənha qocaları bayramlarda yada salır, internat məktəblərindəki valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkirlər. Bu işlərin siyahısını uzatmaq da olar. Bütün bu işlər cəmiyyətimizi saflaşdırır.

Əlbəttə ki, bu gün Azərbaycan vətəndaşlarının gözü qarşısında çox mühüm uğurlar əldə edir, ölkəmiz dəyişir. Bu yeniləşmə və dəyişmə çoxumuzu sevindirdiyi qədər, bizi istəməyənlərin də qəlbində böyük qısqanclıqlar yaradır. Xüsusən də, düşmənlərimiz olan ermənilərin qısqanclığına tez-tez rast gəlinir. Amma buna baxmayaraq, onların maneələri artıq dəf edilib, dünyada onlara inam çox azalıb. Çünki biz, öz mədəniyyətimizlə, tariximizlə, mövqeyimizlə elə rolda çıxış edirik ki, bunu bütün dünya görür.

20 illik müstəqiilik tarixi olan Azərbaycanda “Eurovision-2012” mahnı yarışması keçirildi. Bu mahnı müsabiqəsinin keçirilməsi tarixi hadisə idi. Çünki bu hadisə bütün dünyanın diqqətini bizə yönəltdi. Biz qonaqpərvərliyimizi, inkişafımızı, iqtisadi yüksəlişimizi elə təqdim etməyi bacardıq ki, bütün dünya heyrətə gəldi. Bütün bu işlərdə isə qadınlarımız xüsusi fəallıq nümayiş etdirdilər.

- Nurlana xanım, Ulu öndər Heydər Əliyevin qadınlara olan münasibətindən danışdınız. İstərdik ki, bu iki dövr arasında paralellər apararaq qadınların həyatında baş verən dəyişiklikləri də müzakirə edək...

- Ümumiyyətlə, cəmiyyətdə qadınlarımız həmişə fəal olublar. Qadınlarımıza Heydər Əliyev qədər diqqətlə, qayğı ilə yanaşan ikinci şəxs olmayıb. Onun da bu siyasətini Prezident İlham Əliyev davam etdirir. Ümummilli lider Heydər Əliyev qadınlarımızı cahanşümul mübarizəyə yönəldib, onlara layiq olduqları yeri verib, dövlətçilik işlərinə cəlb edib. Ona qədər heç bir rəhbər bu addımı atmayıb. Qadınlarımız məktəblərdə, xəstəxanalarda çalışırdılar, kiməsə fərdi qaydada xeyirxahlıq göstərirdilər. Amma Heydər Əliyevdən sonra bunların hamısı kütləvi hal almağa başladı. Birincisi, ona görə ki, rəhbərimiz bizə bu istiqaməti göstərmişdi. İkincisi, bu xeyirxahlıq xalqımızın milli dəyərlərinin daxilində çox güclü yuva salıb. Üçüncüsü isə, o dövrdə həmin xeyirxahlığa böyük ehtiyac var idi. Əgər 20 il əvvəl qadınlarımızın fəaliyyəti lokal xarakter daşıyırdısa, bu gün artıq bu fəaliyyət qlobal xüsusiyyət alıb. Bu gün qadınlarımız internet vasitəsilə dünyaya çıxır, dünyada baş verən proseslərə münasibət bildirirlər.

- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın fəaliyyəti qadınların cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə və rolunun artmasına hansı formada təsir edir?

- Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan xalqını tanıtmaq üçün böyük addımlar atır. Mehriban xanım Əliyeva nəinki ölkə daxilində böyük işlər görür, layihələrin həyata keçirilməsində birbaşa fəaliyyət göstərir, hətta xarici ölkələrdə də Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, incəsənətini təqdim etmək üçün mühüm addımlar atır. Rusiyada, Fransada, Almaniyada, İngiltərədə və digər dövlətlərdə Azərbaycan mədəniyyəti təbliğ olunur. Bütün bunlar əlbəttə ki, Azərbaycanın ümumi səviyyəsini, Azər­bay­can analarının istedadını, bacarığını, övlad tərbiyəsindəki mühüm rolunu dünyaya təqdim etmək deməkdir. Belə anaları olan cəmiyyət, millət heç bir zaman aqressiv mövqe tuta bilməz. Bu gün biz ədalətsiz müharibəyə cəlb olunmuş ölkəyik. Ölkəmizin müharibəyə cəlb olunmasına baxmayaraq, inkişafa nail ola bilirik. Mehriban xanımın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, daim təqdir olunur. Onun fəal mövqeyi, milli və dövlətçilik maraqlarına xidmət edən çoxşaxəli fəaliyyəti təbii ki, hər bir qadınımız üçün əla örnək və haqlı qürur mənbəyidir.

- 20 illik yubiley ərəfəsində YAP Qadınlar Şurası tərəfindən hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- YAP-ın tədbirlər planına uyğun olaraq 20 illiklə bağlı geniş bayram tədbirləri keçirmək niyyətindəyik. Bununla bağlı müəyyən hazırlıq işləri görülüb və yaxın zamanlarda bir sıra tədbirlər keçirəcəyik. Hesab edirəm ki, YAP Qadınlar Şurası bütün məsələlərə öz töhfəsini verdiyi kimi, partiyanın yubileyinə də xüsusi rəng qatacaq.


www.yap.org saytına müsahibə

19 sentyabr 2012-ci il.
1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə