Rəyçi: Bahar Muradova Milli Məclisin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru




Yüklə 2.04 Mb.
səhifə1/27
tarix22.02.2016
ölçüsü2.04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27





Rəyçi:

Bahar Muradova

Milli Məclisin sədr müavini,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Redaktor:

Ceyhun Aydın oğlu Quliyev
Nurlana Müzəffər qızı Əliyeva. Əbədiyaşarlıq fəlsəfəsi.

Bakı, “Elm və təhsil”, 2013, 584 səh.
Bu kitab böyük şəxsiyyət Heydər Əliyevin siyasi irsinə, fikir və əqidə dünyasına, onun müasir dövlətçilik prinsiplərinin tətbiqi və müstəqilliyin möhkəmləndirilməsi sa­hə­sindəki titanik fəaliyyətinə həsr edilmişdir. Azərbaycanın Dövlət müstəqilliyinin əbə­diliyi, sarsılmazlığı və dönməzliyi Heydər Əliyevin ən böyük tarixi xidmətlərindəndir. Bu isə öz növbəsində Ulu Öndərin nəinki Azərbaycan tarixində, həm də böyük türk dün­yasında əbədiyaşarlığını şərtləndirən başlıca amildir. Ulu Öndərin Azərbaycanın nurlu gələ­cəyinə yönəlmiş ölməz ideyaları onun özünün əbədiliyini təmin edir.

Kitab tam bir qərinə ərzində milli liderin siyasi titanik fəaliyyəti, eyni zamanda, bu gün Vətənə, xalqa ləyaqətlə xidmətdə davam edən insanların nurlu əməlləri haqqında illər boyu qələmə alınmış məqalələrin toplusudur.

Bu kitab Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində hər bir Azərbaycan vətəndaşının, o cümlədən, pedaqoji ictimaiyyətin bəhrələnəcəyi dəyərli mənbədir.
ISBN 978-9952-8176-8-3
© N.Əliyeva, 2013

© “Elm və təhsil”,», 2013


MÜNDƏRİCAT
Çoxillik zəhmətin bəhrəsi 6

Heydər Əliyev mənim həyatımda 14

Müstəqillik mübarizəsi və erməni amili 28

Ərəfə bədii fikrində milli tale və rəhbər məsələsi 40

Heydər Əliyevin həyatı Vətənə xidmət nümunəsidir 63

Ölkəni xilas edən böyük qayıdış 77

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz 81

Heydər Əliyev və qadın hərəkatı 94

Hər zaman yüksəlişdə və zirvədə olan lider 112

Hamı üçün doğma və əziz 117

Xalqın gələcəyini düşünən böyük şəxsiyyət 121

İstiqlala qovuşan xalq xoşbəxtdir 127

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin

qarantı idi 133

Vətəndaş tərbiyəsində azərbaycançılıq

ideologiyasının rolu 139

Müdrik dövlət xadimi 150

Əbədiyaşarlıq fəlsəfəsi 152

Azərbaycançılıq ideologiyasının banisi 165

Mənəvi gücün qüdrəti 172

Xalqın milli iftixarı 179

Zəmanəmizin ən böyük azərbaycanlısı 182

Heydər Əliyev ideyaları və XXI əsr 189

Gələcəyə aparan yolumuz 200

Ümidləri doğruldan seçim 207

İnama söykənən siyasət 222

Mütləq həqiqətin tarixi təsdiqi 232

Milli müstəqilliyi daimi və sarsılmaz edən mükəmməl

siyasi strategiya 240

Müstəqil Azərbaycan dövlətini Heydər Əliyevin

siyasi kursu, qurduğu partiya və layiqli davamçısı

inkişaf etdirir 253

Azərbaycan gerçək modernləşmə yolundadır 264

Tərəqqiyə aparan yol 279

Xeyirxah ənənələrin davamçısı 291

Azərbaycan tarixində Heydər Əliyev fenomeni 306

Azərbaycan qadınına böyük nüfuz qazandıran

yeni lider 317

YAP qadınları cəmiyyətin aparıcı qüvvəsidir 328

Milyonların inam və etimad ünvanı 336

Azərbaycanın işıqlı sabahı Yeni Azərbaycan

Partiyasının əsas amalıdır 353

Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi

Heydər Əliyevin tarixi xidmətlərindən biridir 365

Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd

teatrı mövsümü” əsərini oxuyarkən 373

Dünya bizə baxır 391

Azərbaycan mədəni irsinin hamisi 403

Mədəniyyətin tərəqqi potensialı 413

Şəhidlik zirvəsi 429

Böyük insan haqqında 440

Ana səlahiyyəti 450

Mənəviyyat tariximizin örnəyi 460

Kamillik və mənəviyyat zirvəsində 472

Təhsil gələcəyin uğur faktorudur 486

Gələcəyə aparan yolla 494


MÜSAHİBƏLƏR

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə

tariximizdə uğurlu səhifələr yazılmağa başlanıb 505

Sönməz məşəl 509

Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan

Partiyasını xalqımızın Partiyası kimi yaradıb 515

YAP Qadınlar Şurası bütün məsələlərə öz töhfəsini

verdiyi kimi, partiyanın yubileyinə də xüsusi

rəng qatacaq 520
ÇIXIŞLAR
YAP-ın II qurultayında çıxış 525

YAP Qadınlar Şurasının respublika konfransında çıxış 531

Azərbaycan Respublikasının müstəqilliyinin

20 illiyi münasibətilə keçirilən tədbirdə çıxış 543

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik

etdiyi Ədalət və İnkişaf Partiyasının Qadın Qolunun

Qurultayında çıxış 555

Türkiyə yazıçısı Hüseyn Adıgözəlin Ulu öndər

Heydər Əliyevə həsr olunmuş “Zirvə” kitabının

təqdimat mərasimində çıxış 560

Azərbaycan müəllimlərinin XIII Qurultayında çıxış 571
ÇOXİLLİK ZƏHMƏTİN BƏHRƏSİ
Heydər Əliyev fenomeni hələ sovet dönəmindən siyasət­çi­lərin, tarixçilərin, publisistlərin diqqətini cəlb etmiş, onun haq­qında böyük elmi ədəbiyyat formalaşmağa başlamışdır. Bu, bi­zim üçün çox gərəkli və şərəfli bir araşdırma sahəsidir. 1990-cı illərin əvvəllərindən başlayaraq Milli liderin müasir dövlətçilik prin­siplə­rinin tətbiqi və müstəqilliyin möhkəmləndirilməsi sahə­sindəki titanik fəaliyyəti artıq fərdi bir bioqrafiya olmaq­dan çıxaraq Azərbaycan tarixinin tərkib hissəsinə çevrilmişdir.

Heydər Əliyevin nəzəri və siyasi irsi son 20 ildə daha intensiv öyrənilməkdədir. Bu mövzuda yüzlərlə kitab və məqalələrin işıq üzü görməsi heç də təsadüfi deyil. Müxtəlif elmi sahələrdə ad-san qazanmış az qələm adamı tapılar ki, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında nə isə yazmamış ol­sun. Ulu öndərin şəxsiyyətinə rəğbət bəsləyən və əməllərinin pərəs­tişkarı olan bir vətəndaş kimi mən bu yazıları oxuyarkən, hər dəfə o dahi insanın ali keyfiyyətlərinin yeni-yeni cizgilə­ri­ni kəşf edirəm.

Oxuculara təqdim olunan bu kitabın müəllifi də Heydər Əliyev irsini yorulmadan tədqiq və təbliğ edən qələm adam­ların­dan biri – təvazökar və zəhmətkeş ziyalı qadın, fəal icti­maiy­yətçi, alim, pedaqoq, professor Nurlana Əliyevadır. Onun Heydər Əliyevə, onun siyasi irsinə, fikir və əqidə dünyasına xüsusi rəğbəti var. Nurlana xanım Milli lider haqqında bu illərdə nə yazıbsa, bunlar ilk növbədə bu münasibətin bəhrəsidir.

Bu gün Nurlana xanım YAP Qadınlar Şurasına uğurla rəhbərlik edir, bu şuranın təsis etdiyi “Zəriflik” jurnalının baş redaktorudur. Ən başlıcası isə o, Heydər Əliyevin yaratdığı partiyanın ən fəal qadın liderlərindən biridir. Heç də təsadüfi deyil ki, 1998-ci və 2003-cü il Prezident seçkilərində prezidentliyə əsas namizəd olan Heydər Əliyevin vəkillərindən biri də məhz Nurlana xanım Əliyeva olub. Bu statusun nə qədər şərəfli və eyni zamanda nə qədər məsuliyyətli olduğuna sübut gərək deyil.

Nurlana xanım müxtəlif nüfuzlu qurumların, bir neçə elmi şuranın üzvüdür. Heydər Əliyevin Bakıya qayıdışı dövründən siyasi əqidə baxımından eyni yolun yolçusu olduğumuz üçün biz onunla həmişə sıx ünsiyyətdə olmuşuq. Odur ki, bu kitabın ərsəyə gəlməsini də məhz Nurlana xanımın Heydər Əliyevin tarixi ideyalarına bağlılığı və siyasi fəaliyyətinin ardıcıllığı ilə əlaqələndirmək istərdim.

Onun bu kitabının əsas mövzusu Heydər Əliyevin dövlətçilik irsi, onun vəsiyyətləri, göstərdiyi yoldur. Nurlana xanım haqlı olaraq hesab edir ki, biz Ulu öndərin həm daxili, həm də xarici siyasətdə işləyib hazırladığı müstəqil Azərbaycanın təməl prinsiplərini hələ kifayət qədər öyrənə bilməmişik, yeni nəslə tam çatdıra bilməmişik. Bu, həm də Heydər Əliyev irsinin böyük miqyası, onun mürəkkəbliyi və zənginliyi ilə bağlıdır. Zaman-zaman biz bu dahi şəxsiyyətin zahirən adi görünən müddəalarında da böyük tarixi mənalar, prinsipial məqamlar tapırıq və gələcəkdə də tapacağıq.

Nurlana xanım məqalələrində Heydər Əliyev haqqında bir praqmatik siyasətçi kimi danışır. Fikirlərinin doğruluğunu Milli liderin əməlləri və uzaqgörənliyi ilə əsaslandırır. Çünki Heydər Əliyev başladığı hər bir işin gələcək mənasını aydın bilir və ətrafdakılara da izah edirdi. Sonra isə bu işin mütləq konkret nəticə ilə bitməsini, praktik əməllərə və nəticələrə çevrilməsini təmin edə bilirdi. Bunun nəticələrindən bu gün bütün xalqımız bəhrələnir.

Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biridir. Bu isə öz növbəsində Ulu öndərin nəinki Azərbaycan tarixində, həm də böyük türk dünyasında əbədiyaşarlığını şərtləndirən başlıca amildir. Başqa sözlə, Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə yönəlik ölməz ideyaları onun özünün əbədi varlığını təmin edir. “Zəngin və şərəfli ömür yolu keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, millətinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xoşbəxtliyi çox az liderlərə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Bu baxımdan, Ulu öndər Heydər Əliyev bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir” – söyləyən müəllifin gəldiyi bu qənaət, əslində danılmaz tarixi həqiqətdir. Kitabda dərc olunmuş bütün yazılarda da bu fikir qırmızı xətt kimi keçir.

Liderlik məsuliyyəti, uzaqgörənlik, möhkəm iradə, dəmir intizam, strateji ardıcıllıq Nurlana Əliyevanın yazılarında Heydər Əliyevin siyasi portretinin mühüm cizgiləri kimi göstərilir. Milli liderin həyatını Vətənə ən böyük xidmət nümunəsi kimi təqdim edən müəllifin bu dahi şəxsiyyət haqqında qələmə aldığı yazılarda həqiqətən də bütün ömrünü xalqına həsr etmiş unikal, fövqəlbəşər, fenomenal və eyni zamanda cəfakeş bir insan obrazı canlanır.

Heydər Əliyev böyük şəxsiyyət, siyasətin ən yüksək zirvəsini fəth etmiş və beynəlxalq miqyasda böyük nüfuza malik qüdrətli dövlət xadimi idi. Hər addıma, qərara, layihəyə dövlət baxımından qiymət verir və ətrafdakı məmurlardan da bunu tələb edirdi. O, bütün həyatını, sağlamlığını milli döv­lətçiliyə, müstəqilliyin və qanunçuluğun möhkəmlənməsinə, ordu quruculuğuna sərf etdi, ölkədə demokratik cəmiyyətin formalaşmasını təmin etdi. Dövlətin, cəmiyyətin gələcəyi ilə bağlı qərarlar qəbul ediləndə o, bütün şəxsi amilləri kənara qoyur, xalqın sabahını və tərəqqisini düşünməyi və əsas tutmağı tələb edirdi. Mənəvi dəyərləri həmişə ön planda saxlayan Heydər Əliyev subyektivizmi, mənəmliyi, tamahkarlığı, sadə adamlara qarşı saymazlığı yolverilməz və dövlətin effektivliyi baxımından ziyanlı sayırdı. Ona görə başladığı işləri gerçəyə çevirmək ona müyəssər olurdu, bütün müşküllərdən qalib çıxırdı.

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının tarixi əhəmiyyəti barədə düşüncələrini oxucularla bölüşən Nurlana Əliyeva “YAP qadınları cəmiyyətin aparıcı qüvvəsidir” adlı məqaləsində bu fikrə aydınlıq gətirir: “...YAP prinsipial rol oynayaraq böyük öndər Heydər Əliyevin milli xilaskarlıq missiyasının həyata keçirilməsində ona ən fəal yardımçı oldu. Belə bir partiyanın tarix səhnəsinə gəlməsi zərurətdən doğan amil olaraq ictimai ehtiyacların obyektiv tələbatına real cavab idi... Müdrik siyasətçi, təcrübəli dövlət xadimi isə bu partiya vasitəsilə Azərbaycanı düşdüyü bəladan xilas etməyin həqiqi yolları, milli birliyə və siyasi sabitliyə nail olmaq vasitələri haqqında fikir və düşüncələrini xalqa çatdırmaq imkanı əldə etdi”.

Müəllif burada həm də qadınların ictimai-siyasi həyatda yüksək rolunun və gender problemlərinə həssas münasibətin də məhz Heydər Əliyevin bu məsələyə diqqət və qayğısından bəhrələndiyinə əminliyini ifadə edir.

Çoxsaylı məqalə və çıxışlarında vətəndaş cəmiyyətinin formalaşması prosesində azərbaycançılıq ideologiyasının əhə­miyyətindən bəhs edən Nurlana Əliyeva burada Heydər Əliyev fakto­runu önə çəkir: “Heydər Əliyevin müəllifi olduğu azərbay­can­çılıq ideologiyası Azərbaycanda milli dövlətçilik ideologiyasının yaran­masına, suveren dövlət təsisatının formalaşdırılmasına və xalqımızın tarixi yaddaşının bərpasına xidmət edən yeni ictimai münasibətlər sisteminin bərqərar edilməsinə gətirib çıxardı...”

Lakin Ulu öndər bilirdi ki, müstəqil Azərbaycanı təkcə ideoloji əsaslara bağlanmaqla qurmaq mümkün deyil. O, çox gözəl anlayırdı ki, dövlət müstəqilliyi, eyni zamanda möhkəm iqtisadi bazaya söykənməlidir. Ona görə Heydər Əliyevin rəhbərliyi altında yeni Azərbaycanın qurulması həm də müasir infrastrukturun formalaşması və iqtisadiyyatın durmadan yüksəlişi uğrunda mübarizə ilə müşayiət olunurdu. Nurlana xanımın bir çox məqalə və çıxışlarında da mahiyyətcə kitabı səciyyələndirən bu fikirlərə və onların təhlilinə tez-tez rast gəlmək mümkündür.

Maraqlıdır ki, kitabda yer almış məqalə, çıxış və müsahibələrdə biz çox zaman Heydər Əliyev siyasi irsinə və onun ictimai-siyasi fəaliyyətinə elmi yanaşmanın şahidi oluruq. “Zəmanəmizin ən böyük azərbaycanlısı” adlandırdığı bu müdrik şəxs haqqında müəllifin fikirləri aydın və səlisdir: “Görkəmli dövlət xadimi Heydər Əliyevin azərbay­canşünaslığa böyük töhfə kimi qiymətləndirilə biləcək uğurları bü­tövl­ükdə qədim və müasir tariximizin, milli ideolo­gi­ya­mı­zın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sa­hə­lə­rində aparılan elmi araşdırmaların zəngin metodoloji əsas­ı­dır. Bu, böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müs­təqil Azərbaycan dövlətinin yaranması, qorunması, çi­çək­lən­mə­si və inkişaf etdirilməsi üçün elmi əsas rolunu oynaya bi­lər”.

Nurlana xanımın məqalələrində Heydər Əliyevin mənəvi irsinin mədəniy­yətimizlə bağlı baxışları da mühüm yer tutur. Ulu öndərin ana dilinə, təhsil problemlərinə, ədəbiyyata və incəsənətə münasibətini əks etdirən mövzular onun yazılarının mühüm xəttidir. Kitabdakı məqalələrinin birində Heydər Əliyevin Azərbaycan dilində nitqlərinin tarixçəsi, bunların tarixi mənası məntiqlə və dəlillərlə təqdim edilir. Burada Ulu öndərin ədəbiyyat və sənət adamları ilə ünsiyyəti, onlarla görüşləri, onlara maddi və mənəvi qayğısı ölkənin milli sərvəti olan bu insanlara yüksək münasibətin təzahürü kimi təqdim olunur. Heydər Əliyevi milli-mənəvi dəyərlərimizin qarantı kimi xarakterizə edən müəllifin bu barədə özünəməxsus düşüncələri kitabdakı yazılarda öz əksini tapmışdır: “Heydər Əliyevin həyat məktəbi, onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır. Bu məktəb xalqımızın ən qiymətli irsi, nailiyyəti və fərəh yeridir. Onu gələcək nəsillərə çatdırmaq isə hər birimizin Vətən qarşısında borcudur”.

Heydər Əliyevlə bağlı xatirələrini səmimiyyətlə oxucuları ilə bölüşən Nurlana Əliyeva, eyni zamanda çıxışlarında və müsahibələrində Milli liderin hər kəsi heyrətləndirə biləcək keyfiyyətlərini səciyyələndirən məqamları məmnunluqla yada salır, Heydər Əliyevin iştirakı ilə keçirilən tədbirlərdən söhbət açaraq oxucunun diqqətini bu görüşlərin böyük siyasi əhəmiyyətinə yönəldir.

Nurlana xanımın məqalələrindən görünür ki, onun üçün Heydər Əliyev irsi fasiləsiz tarixi prosesdir. Onun siyasi varisi olan Prezident İlham Əliyevi isə fəal quruculuq siyasətində öndərin xalqımız barədə arzu və planlarının davamçısı kimi təqdim edir. Müəllif son illər bütün ölkədə vüsət almış abadlıq-quruculuq işlərindən qürurla danışır, Bakının yeni, müasir görkəmi ilə, sözün həqiqi mənasında fəxr edir. O, əzmlə tələbələrinə də, oxucularına da tarixi reallıqları həssaslıqla görməyi öyrətməyə çalışır. Bu da çox vacibdir. İnsanlar siyasi demaqoqlara, ağı qara kimi təqdim etmək istəyənlərə yox, real faktlara inanmalıdırlar. Ən xırda işdə belə, ilk əvvəl sağlam və faydalı məqamları dərk etmək lazımdır. Çünki tərəqqi, xalqın yüksəlişi həm də faydalı və sağlam təşəbbüslərdən ərsəyə gəlir.

Yerinə düşdükcə, qədim filosofların və müdrik söz ustadlarının dahiyanə kəlamlarından sitat kimi istifadə edən Nurlana Əliyeva Heydər Əliyev haqqında öz düşüncələrinin və yanaşmalarının fəlsəfi çalarlarını da ortaya qoymuş olur. Müəllifin “Heydər Əliyev və qadın hərəkatı” adlı məqaləsi Qədim Yunan filosofu Aristotelin bu hikmətli sözləri ilə başlayır: ““İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır”. Bu dahiyanə tövsiyə sanki birbaşa Azərbaycan xalqı üçün deyilmişdir... Mən bu fikri söylərkən təkcə zəngin yeraltı və yerüstü sərvətlərimizi, münbit torpaqlarımızı, bol günəşli iqlimimizi deyil, həm də bütün bu nemətlərimizi xalqın ixtiyarına verən dəyərli insanlarımızı nəzərdə tuturam”.

Ümumiyyətlə, cəmiyyətimizdə baş verən az hadisə tapılar ki, Nurlana xanım bu barədə fikir söyləməsin, mövqeyini bildirməsin. Kitabdakıları oxuyanda bu yazıların həm də istedadlı bir publisist qələminin məhsulu olduğuna əmin olursan. Bir xalq müəllimi və pedaqoq kimi sadə, aydın və sıravi insanların nöqteyi-nəzəri ilə yazmağı bacaran Nurlana Əliyevanın publisistikasında əsas mövzu xalqın və cəmiyyətin sabitliyi, tərəqqisi və sabahıdır. Ona görə də siyasi səhnəmizdə yer alan ifratlara, radikalizmə qarşı o, həmişə həssasdır, bu barədə böyük səmimiyyətlə, narahatlıqla yazır. “Ölkədə sülh, dünyada sülh” prinsipini ardıcıl müdafiə edir. Çünki xalqımızın mənəvi və iqtisadi yüksəlişi üçün sabitlik lazımdır. O, hamını bu sabitliyi qorumağa, gəncliyin normal inkişafını təmin etməyə çağırır.

Nurlana xanım bu gün ictimai-siyasi fəaliyyətinin və qadın müdrikliyinin ən məhsuldar mərhələsini yaşayır. Şübhə yoxdur ki, biz onun növbəti kitablarını da oxuyacağıq. O, çoxsaylı qayğıların öhdəsindən gəlməyə çalışır və buna da müvəffəqiy­yətlə nail olur. Zəhmət onun həyatının mənasıdır. Bu kitab da Milli lider haqqında, onun müdrik və çox səmərəli siyasi fəaliyyəti haqqında və bu siyasi kursa sədaqətini öz əməlləri ilə sübut etmiş və eyni zamanda bu gün Vətənə, xalqa ləya­qətlə xidmət etməkdə davam edən insanların fəaliyyəti haq­qında illər boyu onun qələmə aldığı məqalələrin toplusudur.

Topluya daxil edilmiş bir çox məqalə və çıxışlarda cəmiyyətimizin daha da demokratikləşdirilməsi, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və dövlətimizin beynəlxalq nüfuzunun artırılması istiqamətində, habelə milli-mənəvi dəyərlərimizin – dilimizin, elmimizin, musiqimizin və incəsənətimizin beynəlxalq miqyasda təbliğində möhtəşəm işlər görmüş dəyərli ictimai xadimlərimizin və elm adamlarımızın həyat və fəaliyyətinə baxış öz əksini tapmışdır.

Bu baxımdan düşünürəm ki, publisistik fikirlərini obrazlı və poetik ifadələrlə bədii şəkildə daha da zənginləşdirən Nurlana xanım Əliyevanın bu kitabı müəllifə daha geniş oxucu auditoriyası qazandıracaqdır. Və əminəm ki, Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş və əbədiyaşarlıq fəlsəfəsinin açılmasını hədəfləyən bu toplu Heydər Əliyev irsi ilə maraqlanan, ondan öyrənmək istəyən hər bir kəsə maraqlı və faydalı bir töhfə olacaqdır.

Bahar MURADOVA
Milli Məclisin sədr müavini,

YAP İdarə Heyətinin üzvü,

siyasi elmlər üzrə fəlsəfə doktoru
HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA
O böyük İNSAN bizimlədir
Zəngin və şərəfli ömür yolu keçmək, fenomenal key­fiy­yətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, millə­tinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xöşbəxtliyi çox az liderlərə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Bu baxımdan, Ulu öndər Heydər Əliyev bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir.

Qarşıdan Ümummilli lider Heydər Əliyevin 90 illik yu­bileyi gəlir. Ölkə Prezidenti İlham Əliyev böyük rəhbərin 90 il­lik yubileyi ilə bağlı xüsusi Sərəncam imzalamışdır. Sərən­cam­da deyilir: “Heydər Əliyev öz siyasi dühası ilə Azər­bay­ca­nın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silin­məz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olu­nan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar pay­tax­tı­mızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sü­rətlə modernləşməsində, iqtisadiyyat, elm, təhsil, mə­də­niy­yət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tap­mışdır”.

Bütün bunlar barədə düşünəndə, mən özümün, övladla­rı­mızın, bütün xalqımızın həyatını göz önünə gətirirəm. Ulu ön­dər bizim hamımızın həyatında olub və bu gün də var: qocanın da, gəncin də, lap elə körpənin də. Ümummilli lider Heydər Əli­yev onu şəxsən tanıyanların və tanımayanların da həyatında bö­yük iz qoyub. Çünki bizlər bu böyük insanın qurub-yarat­dığı, dünyaya tanıtdığı ölkənin vətəndaşlarıyıq. Hər birimiz Ulu öndərin gördüyü titanik işlərin şahidi və çoxumuz isə bilavasitə iştirakçısıyıq, onun rəhbərliyi ilə qurulub yaradılanlardan bəhrələnmişik. Və ən başlıcası, Heydər Əliyev öz vətənpərvərlik, mərdlik, yorulmazlıq, mübarizlik nümunəsi ilə həmişə hər birimizin Prezidenti olub.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu ikinci dövrdə mən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü idim. YAP-ın Yasamal rayon İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərirdim. Eləcə də YAP-ın Yasamal rayon Qadınlar Şurasının sədri seçilmişdim. Hər mərhələdə, hər vəzifədə mənə göstərilən etimadı öz fəaliyyətimlə doğrultmağa çalışırdım. Xoşbəxtəm ki, bu vəzifələri layiqincə yerinə yetirməyə gücüm çatıb. Düşünürəm ki, bu, belə də olmalı idi. Əgər hər hansı bir insana etimad göstərilirsə, etibar edilirsə, o, özündə güc tapmalıdır və cəhd etməlidir ki, ona bəslənən inamı doğrultsun.

1969-cu ildə isə mən ali məktəbi yenicə bitirmişdim. Ulu öndərin o vaxt keçirdiyi ilk plenumun - Azərbaycanın tarixinə “Avqust plenumu” kimi düşmüş həmin möhtəşəm tədbirin gedişini qəzetlərdən, radio və televiziyadan izləyirdim. Mənim daxilimdə işləməyə, öyrənməyə, öyrətməyə, irəliyə getməyə bir həvəs oyanmışdı. “Biz, yəni xalqımız artıq böyük, geniş bir yolun başlanğıcındayıq” - deyə fikirləşirdim və bunun özümün bir intuisiyam olduğunu hesab edirdim. Günlər, həftələr keçdikcə, görürdüm ki, bu, reallıq olduğu üçün çoxları belə fikir­ləşir. O cümlədən, cavanların da fəaliyyətində, hərəkət­lə­rin­də bir oyanış əmələ gəlməkdə idi. Dərk edirdik ki, res­publikaya rəhbərlik edən bu uzaqgörən siyasətçinin başladığı böyük işlərə hamı dəstək olmalıdır. Quruculuq işlərində, ilk növbədə biz iştirak etməliyik, öhdəmizə isə böyük vəzifələr düşürdü.

Beləcə, Ulu öndər hər birimizin həyatına deməzdim ki, qiyabi, məhz əyani surətdə daxil olur, sanki hər birimizə həm ayrı-ayrılıqda, həm də hamımıza birlikdə rəhbərlik edir, yolgöstərənimizə çevrilirdi. Mən isə o gənclərdən biri idim. Elə bil ki, bu böyük insanı şəxsən tanıyırdım, onun göstərdiyi istiqamətdə həyat yollarında irəliyə getməyə can atırdım.

Heydər Əliyevin o dövrdə Azərbaycanı ayağa qaldırmaq üçün gördüyü tədbirlər bu gün də gözümün qabağındadır. Qeyri-adi fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkarlıq göstərir, mütərəqqi idarəçilik ənənələrinin bünövrəsini qoyur, cəmiyyətin normal inkişaf ahəngini təmin edirdi. Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərirdi. Onun insanlarla görüşlərini tele­viziya ekranlarından izləyirdik. Əbədiyaşar liderin insanların çox yığışdığı yerlərdə qəflətən peyda olması, meydanlarda, dövlət idarələrində xalqın dərd-sərini, problemlərini, arzu və istəklərini yaxından öyrənməsi, vəzifəsinin öhdəsindən gələ bil­məyən məmurlar barəsində sərt qərarlar verməsi barədə çox­lu sayda maraqlı faktlar danışmaq olar. O, pambıq tarla­larına­can gedirdi. Hər yerdə insanlarla ünsiyyət qurur, söhbət edir, sual verir, cavab alırdı. Təsərrüfat sahələri inkişaf et­dik­cə, Azərbaycanın rəhbəri də xalqın gözündə ucalır, özünü ya­xın­dan tanıdır, respublikamız isə gündən-günə tərəqqi edirdi.

Televiziya verilişlərindən Ulu öndər Heydər Əliyevin ziyalılara, o cümlədən şairlərə, yazıçılara olan münasibətini görürdük. Bu, elə bir dövr idi ki, Azərbaycanda böyükdən-ki­çiyə hamı işə, fəaliyyətə səfərbər edilmişdi. Hamı əl-ələ ver­miş­di. Yayda hətta müəllim və tələbələr də pambıq yığımına, kənd əməkçilərinə köməyə gedirdilər.

Ölkədə müxtəlif ictimai-siyasi tədbirlər, qurultaylar və yu­bileylər keçirilirdi. Təsərrüfat işlərində, yaradıcılıqda fərqlə­nən­lərə “Sosialist Əməyi Qəhrəmanı” adı verilirdi və bu, insan­ların ruh yüksəkliyinə səbəb olurdu. Qısası, Heydər Əliyevə qədər Azərbaycan sanki yatan bir ölkə idi, böyük rəhbərin gəlişi ilə yuxudan oyanmışdı. Ölkənin ərazisində iri müəssisələr tikilir, binalar ucalırdı. O vaxta qədər hələ heç kəsin görmədiyi, bilmədiyi yeni və gözəl işlərin əsası qoyulurdu. Bütün SSRİ ilə Azərbaycan arasında möhkəm bir körpü yaranmışdı. Hamı bizə mehribanlıq göstərir, həsədlə baxır, respublikamız sayılıb-seçilirdi.

O dövrdə SSRİ kimi nəhəng bir dövlətin rəhbərləri tez-tez Azərbaycana gəlir, burada gedən inkişafı maraqla izləyirdilər. Ağıllı insanlar buna düzgün qiymət verirdilər. Bilirdilər ki, görülən işlərin hamısı xalqımızın, Vətənimizin xeyrinədir. Bu körpü xalqın inkişaf və tərəqqisinə xidmət edirdi.

Böyük siyasət ustadının yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində daha çox ali mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və biliyi ilə fərqlənən gənclərə üstünlük verilməsi idi. Həmin dövrdə bir çox gənclər digər respublikaların tanınmış ali məktəblərinə təhsil almağa göndərilirdi. Əvvəllər belə bir ənənə olmamışdı, yalnız çox az sayda cavanlar fərdi şəkildə xaricə oxumağa gedərdi.

1970-1980-ci illərdə minlərlə gənci SSRİ respublikalarının nüfuzlu ali məktəblərinə göndərən Heydər Əliyev yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması məsələsinə də qayğı ilə yanaşırdı. Azərbaycanın özündə də yeni ali məktəblər açılır, müxtəlif ixtisaslar üzrə fakültələr yaradılırdı. Xaricdə təhsil alıb qayıdan gənclər işlə təmin olunurdu. “Bilik yeganə meyardır” şüarı irəli sürülmüşdü. Biz müəllimlər təhsil sistemindəki bu yenidənqurmadan çox məmnun idik. Çalışırdıq ki, yetirmələrimizin bilik səviyyəsi üçün utanmayaq. Mən də bir müəllim kimi gündəlik fəaliyyətimdə Ulu öndərin rəhbərliyini hiss edir, görürdüm. O zaman Heydər Əliyev təkcə mənim deyil, bütün vicdanlı müəllimlərin qəlbinə, həyatına, fəaliyyətinə daxil olmuşdu.

1970-1980-ci illərdə Azərbaycan xalqı, dövləti üçün qurub-yaratmaq, onun gələcək müstəqilliyi naminə etibarlı zəmin formalaşdırmaq Ulu öndərin başlıca amalı olmuşdur. Heydər Əliyev həmin illərdə ölkəmizi nəhəng quruculuq meydanına çevirər­kən, azərbaycanlı gəncləri xaricdə təhsil almağa göndərər­kən, Azərbaycan xalqının nə qədər böyük mədə­niy­yətə malik olduğunu müxtəlif tədbirlər vasitəsilə bütün dünyanın diqqətinə çatdırarkən, ölkəmizdə fundamental və tət­biqi elmlərin inkişafına nail olarkən, məhz vətənimizin bu gü­nünü düşünür, memarı olduğu müstəqil Azərbaycan dövlətini hələ o zamanlarda qurub yaradırdı.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə Vətənimizin incidildiyi, gözdən salındığı, uçurum qarşısında olduğu bir zamanda gəldi. Azərbaycanın məhv olmaq, xəritədən silinmək təhlükəsi yaranmışdı. Ölkənin daxilində vətəndaş müharibəsi göz­lənilirdi. Hər yanda hərc-mərclik, xaos baş alıb gedirdi. İş o yerə çatmışdı ki, axşamlar övladlarımızın evə salamat qayı­da­cağına inanmırdıq. O qədər gözlənilməz hadisələr olurdu ki, bir çox insanlar az qala baş götürüb qaçmaq, canlarını qurtar­maq istəyirdilər. Ümumiyyətlə, hamı çox narahat, gərgin, pəjmürdə bir əhval-ruhiyyədə idi.

Bir qədər geriyə dönüb 1990-cı ilin Qanlı Yanvar hadisələrini xatırlamaq istərdim. 20 Yanvar faciəsinin ertəsi günü süqut ərəfəsində olan sovet rejiminin Azərbaycana qarşı törətdiyi ağır cinayətə qarşı ilk reaksiya da o zaman Heydər Əliyevdən gəldi. Ailəsi ilə birlikdə Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirən Ulu öndər imperiyanın ifşası, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra prinsipial addımlar atdı, hadisəyə öz münasibətini bildirdi. Onun belə bir qorxulu məqamda çəkinmədən meydana çıxması həyatı üçün böyük təhlükə yaradırdı.

Hamıya bəlli idi ki, Mixail Qorbaçovun gözü Heydər Əliyevi götürmürdü. Çünki o, Heydər Əliyevin böyüklüyünü, hünərini, gücünü real görürdü. Ulu öndərin ağlı, kamalı, zəkası, dünyagörüşü, biliyi, bacarığı, rəhbərlik qabiliyyəti və digər keyfiyyətləri hamıdan çox-çox üstün idi və bu, onun hər bir rəqibini narahat edirdi.

Heydər Əliyev məhz bu səbəbdən sıxışdırılırdı. Əlbəttə ki, bütün bunlar onun ürəyindən ağrısız keçmirdi. Buna baxmayaraq, Azərbaycan dara düşən kimi, ilk növbədə o ayağa qalxdı və sinəsini xalqı üçün sanki sipər etdi, müdrik məsləhətləri ilə millətinə kömək etməyə, istiqamət verməyə başladı.

Biz niyə susmalı, kədərə bürünüb evdə oturmalı, vəzifəmizi yalnız sükutla, matəm saxlamaqla ifadə etməli idik? Bəli, Ulu öndərin o təhlükəli anlarda övladlarını da götürərək Azərbaycan nümayəndəliyinə gəlib qanlı olaylara qarşı etiraz et­məsi bütün xalqımıza bir nümunə oldu. O çətin günlərdə Ulu öndər bizimlə idi, hər birimizin sanki evində, həyatındaydı. Bizə ürək-dirək verir, cəsarətimizi, mübarizə əzmimizi artırırdı.

Böyük öndərin 1990-cı ilin Qanlı Yanvar hadisələri ilə bağlı bəyanatından sonra mən mərhum yazıçımız, professor Əzizə Cəfərzadə ilə xəstəxanalardakı yaralılara baş çəkməyə başladıq. Xəstə çox idi, odur ki, evlərimizdəki ruzidən onlara pay aparırdıq. Ağ mələfələri yuyub, ütüləyib xəstəxanalara verirdik. O zaman bu, kortəbii şəkildə həyata keçirilirdi, yəni kim nə bacarırdısa, onu da edirdi. Sonralar Qadınlar Şurası bu işləri mütəşəkkilliklə reallaşdırmağa başladı.

Ötən əsrin 90-cı illərində xalq artıq başa düşürdü ki, hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni idarə etmək gücündə deyil. Xalqın ziyalıları, dərin düşüncəli insanlar Heydər Əliyevin gəlişini istəyirdilər. Bir yerə yığışıb fikirlərini bölüşür, bunun üçün yollar axtarırdılar.

Həmin vaxtdan bir il sonra Heydər Əliyev Naxçıvana qayıtdı. Bu zaman bir qrup ziyalı Heydər Əliyevlə görüşə getdi. Məqsəd o idi ki, Ulu öndər Bakıya gəlib xalqı ağır vəziyyətdən çıxarsın, Vətəni böyük təhlükədən xilas etsin.

1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi. O zaman mən mətbuata verdiyim müsahibədə bu hadisə barədə belə demişdim: “Elə bil xalqın başının üstünü almış qara buludlara bir atəş açıldı”. İnsanlar d­ərindən nəfəs aldılar. Çünki Heydər Əliyevin gücünü, qüd­rətini bilirdilər. Hamımız köks ötürdük və artıq tam əmin ol­duq ki, Azərbaycan xilas olacaq! Bu isə Heydər Əliyevin qüd­rəti sayəsində baş verəcək və ona ziyalılarımız, vətənpərvər insan­lar kömək edəcək, dəstək olacaqlar.

Bu müdrik insan hakimiyyətə gələn kimi xalqın ağsaq­qal­larını məşvərətə topladı. Ağıllı insanlarla məsləhətləşmələr apar­dı. Heydər Əliyevin gəlişi ilə hər bir sahədə dirçəliş özünü gös­tərdi. Beləliklə, bu gəliş ölkəni faciələrdən, ölümdən, məhvolmadan xilas etdi. İndiyədək yadımdadır, Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqa müraciətində birinci növbədə qeyd etmişdi ki, dövlət quruculuğu və cəmiyyətin fo­rma­laş­ması demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə, iqtisa­diyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması prinsipləri bərqərar edilməlidir. Ulu öndər sonda xüsusi vurğulayırdı ki, bu, düzgün, doğru yoldur. “Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq qalacağam”.

1992-ci ildə Yeni Azərbaycan Partiyası təsis edildi. İnsan­lar bir qurumda, bir partiyanın tərkibində öz mübarizələrini mütə­şəkkil aparmaq, birgə fəaliyyət göstərmək imkanı əldə etdilər. YAP-a bir-birinin ardınca çoxlu insanlar gəlirdi. Böyük bir ordu yaranmışdı. Bu ordunun gücü, doğrudan da dövlətçiliyimizi o vaxtkı vəziyyətindən xilas etmək üçün çox böyük önəm daşıdı. Bütün sahələrdə oyanma baş verdi, işlər irəli getməyə başladı. Digər ölkələrlə əlaqələr yarandı. İqtisadiyyatın artımı üçün düşünülmüş addımlar atıldı. Yeni neft strategiyasının bünövrəsi qoyuldu. Yeraltı sərvətlərimizin üzə çıxarılması üçün müxtəlif danışıqların aparılmasına və müqavilələrin imzalanmasına rəvac verildi. Pulu, vəsaiti, büdcəsi olmayan bir ölkədə belə siyasət aparmaq bəlkə də ağlasığan, mümkün olan iş deyildi. Bunun öhdəsindən yalnız Heydər Əliyev kimi böyük siyasətçi gələ bilərdi. Həmin dövrdə xalq, onun qabaqcıl nümayəndələri tam varlığı ilə dərk edirdi ki, Heydər Əliyevə dəstək lazımdır.

O zaman mənim Ümummilli liderlə əyani bir söhbətim, tanışlığım olmamışdı. Lakin onun fəaliyyətini izlədikcə, düşünürdüm ki, Ulu öndər hər birimizi fəaliyyətə, ictimai həyata səsləyir. Böyük rəhbərin “Vətənin bu günündə hər bir insan öz gücündən, potensialından səmərəli istifadə etməlidir” sözləri ictimaiyyəti mütəşəkkilliyə çağırırdı. Ona görə də biz ictimai həyata atılır, hərəmiz bacardığımızı etməyə çalışırdıq.

Həmin ağır dövrdə Azərbaycanın qaçqın, köçkün problemi yarandı. Odur ki, 1995-ci ildə Qadınlar Şurası belə bir mütəşəkkil iş qurmuşdu: hər evdən, hər ailədən qaçqın və məcburi köçkünlərə kömək edilirdi. Kimin gücü nəyə çatırdısa, onu əsirgəmirdi. Təzədən ev-ocaq qurmaq üçün onlara çox şey lazım idi - məişət əşyaları, soyuqdan qorunmaq üçün isti pal-paltar. Həmin əşyalar yuyulmuş, ütülənmiş və səliqə ilə bükülmüş, yaxud qablaşdırılmış şəkildə onlara göndərilirdi ki, hələlik ehtiyacları ödənsin. İlk baxışdan adi görünsə də, bu, vacib bir iş idi. Qadınlar Şurasının təşkil etdiyi bu iş Azərbaycanın rayonlarını da əhatə etmişdi.

O vaxt indi rəhbərlik etdiyim kollecin foyesinə nə qədər adyal, qalaq-qalaq yorğan-döşək, açılıb-bağlanan çarpayılar, isti köynək, papaq, ayaqqabı, corab yığıldığı hələ də gözümün önündən getmir.

1990-cı illərin sonuna doğru mən artıq bu hərəkatın, ictimai hə­yatın içində idim. Odur ki, 1998-ci ildə Prezident seçki­lə­rində Heydər Əliyevin vəkili qismində çıxış edirdim. Biz vəkillər Azərbaycanın rayonlarında böyük təbliğat-təşviqat işi aparırdıq. İnsanların qarşısında çıxışlar edirdik. Real vəziyyət, respublikada görülən işlər, siyasi məsələlər, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində aparılan islahatlar barədə insanlara məlumat verirdik. Ürəklə çalışırdıq.

Belə bir zamanda Heydər Əliyev öz vəkilləri ilə görüş keçirdi. Bu görüşdə Ümummilli lider çoxlu məsələlərə toxundu. Hətta SSRİ dövründə Moskvada işlədiyi illəri yada saldı. Məlumdur ki, Ulu öndər o dövrdə milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə əlaqədar tənqidi fikirlərini, mülahizələrini irəli sürmüşdür. Həmin görüşdə müxalifətin çirkin fəaliyyəti, azğınlığı barədə də söhbət getdi, onların yalan, şər, böhtan dolu kampaniyası pislənildi. Heydər Əliyev çox təəssüf etdi ki, onun haqqında yanlış, ədalətsiz sözlər yazılır, saxta, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Biz vəkil kimi müxalifətin əsassız söhbətlərinə, fikirlərinə rəğmən, öz sözümüzü deyir, münasibətimizi bildirirdik, sadəcə həqiqəti söyləyirdik. Yaxşı yadımdadır ki, hər dəfə Heydər Əliyevin adı çəkiləndə sürəkli alqışlar qopurdu. Kənardan gəlmiş yad bir adam da dərhal hiss edirdi ki, xalq bu şəxsiyyəti nə qədər çox sevir. Bu sevgi, bu inam idi Heydər Əliyevi ən çətin dövrlərdə, ən çətin məqamlarda hakimiyyətdə qalıb var qüvvəsi ilə işləməyə sövq edən - məhz bu böyük inam!

1998-ci ildə ölkənin fəal qadınlarından bir qrupu Heydər Əliyevin 75 illik yubileyi münasibətilə onunla görüşə getdi. Mən də o dəstədə idim. Rəhmətlik professor Zəhra Quliyeva təklif etdi ki, apardığımız hədiyyəni Ulu öndərə mən təqdim edim. Bu, simvolik bir hədiyyə idi: at, atın belində bir xanım, xanımın çiynində xurcun, xurcunun içində də yayla ox. Bu, bizim hamımızın ürəyindən xəbər verən bir hədiyyə idi. Belə ki, at Azərbaycan xalqının təxəyyülündə həmişə sədaqət, murada yetmək, arzuya çatmaq rəmzi olub. Atın belindəki xanım qadınlarımızın düşmən üstünə getməyə hazır olmasına işarə idi.

Mən apardığımız o rəmzi fiquru rəhbərə təqdim edərkən, ona müraciətlə dedim: Cənab Prezident, Azərbaycan qadını Vətənin bütövlüyü, toxunulmazlığı, övladlarımızın əmin-amanlığı, gələcəyimizin xoşbəxtliyi naminə silaha sarılaraq cəbhəyə getməyə, düşmənlə üz-üzə durmağa, sinəsini sipər etməyə hazırdır. Ali Baş Komandanın bircə işarəsi kifayətdir ki, oğullarımızla çiyin-çiyinə düşmənə qarşı döyüşək. Biz Sizin müdrik siyasətinizə ürəkdən inanır və bu siyasətin ardınca gedirik. Sizin ideyalarınız bizim üçün proqramdır. Biz o proqramı həyata keçirmək üçün var qüvvə ilə fəaliyyət göstərərək vətənpərvər orduya qoşulmağa hazırıq.

Ulu öndərlə görüşə 20-25 nəfər qadın getmişdi. Onlar da öz ürək sözlərini dedilər. Böyük şəxsiyyətin yubileyini belə səmimi bir şəraitdə qeyd etdiyimizdən hamımız məmnun qalmışdıq. Hərə öz evinə, öz iş yerinə yeni qüvvə, yeni arzu, həvəs və ideyalarla qayıtdı. Sanki yaşamağa, işləməyə, qurub-yaratmağa gücümüz birə-beş artdı.

2003-cü ilin prezident seçkilərində yenə də Ulu öndərin və­kili idim. Yenə də yüksək səviyyədə təbliğat-təşviqat işləri aparır­dıq. YAP-ın tərkibində mütəşəkkil fəaliyyətə başla­mış­dıq.

Həmin vaxtlar Ümummilli liderin səhhətində olan dəyi­şiklik Azərbaycan analarına kədərli anlar yaşadırdı. Bütün xalq üçün dərdli bir dövr idi. Çünki insanlarda bu qədər ümid və inam doğuran, gələcək üçün hələ nə qədər ağıl və zəka sərf etmək əzmində olan o böyük insan xəstələnmişdi. Həmin vaxt Ulu öndər bəyanat verdi ki, İlham Əliyevi Prezidentliyə layiq bilirəm. Mən ona özüm qədər inanıram və onun zəmanətini verirəm.

Bu, adi bir bəyanat deyildi. Bu, Heydər Əliyevin unikal bir şəxsiyyət olduğunu bir daha təsdiqləyir, üzə çıxarırdı. Çünki hər bir insan öz övladının çətin, mürəkkəb işdən uzaq olmasını istəyir. Amma Heydər Əliyev öz yeganə oğluna belə ağır bir yükü çəkməyi rəva görürdü. Çünki hakimiyyətdə olmaq çox məsuliyyətli bir işdir. O dövrdə isə bu, xüsusilə çətin idi. Bəlkə də hakimiyyətin başında dayanan insanın səhhətinə, hətta həyatına bərabər bir iş idi. Ulu öndər Vətəninin, torpağının, xalqının xatirinə məhz belə bir vəzifəyə öz övladının namizədliyini verirdi. Deməli, Vətənini oğlundan da çox sevirdi. Mən şəxsən bunu belə dəyərləndirirəm. 2003-cü ildə xalq artıq İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəklədi və müdafiə etdi.

Heydər Əliyev şəxsiyyəti haqqında fikirləşəndə düşünürsən ki, bu insan torpağına, xalqına, dövlətinə nə qədər bağlı idi. Ulu öndərin öz evində, ailəsində apardığı siyasət, təbliğat, tərbiyə övladlarının da varlığına sirayət etmişdi. Odur ki, bu gün onun bütün ailəsi xalqın xidmətində dayanır.

Bu gün Mehriban xanım Əliyevanın apardığı genişmiqyaslı işlər sayəsində milli-mənəvi dəyərlərimizlə bütün dünya tanış olur. O, Azərbaycan qadınını bütün beynəlxalq aləmdə ucaldır. Dünya görür ki, Azərbaycan anaları necə övladlar tərbiyə edir, istedadlar yetirir. Bu göstərir ki, Azərbaycan, doğrudan da mütərəqqi ölkədir. Belə ölkənin gələcəyi, sözsüz ki, parlaqdır. Bu cür anaları olan ölkə müharibə istəməz. O, yalnız əmin-amanlığı, firavanlığı, sülhü, dinc həyatı seçə bilər.

Düşünürəm ki, bunun özü də hər birimiz üçün bir həyat nümunəsidir. İnsan kim və nəçi olursa-olsun, o, Vətəni, cəmiyyəti üçün, ilk növbədə layiqli övladlar yetişdirməlidir. Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətləri sırasında onun Vətən üçün gərəkli övladlar yetirməsi də dayanır. Bax, bu nümunə ilə mən də həyatımda valideyn və müəllim kimi çalışmışam ki, əsl insanlar, vətəndaşlar tərbiyə edim.

Ümumiyyətlə, Heydər Əliyev mənim həyatımda çox böyük rol oynayıb. Onun həyatı, şəxsiyyəti, əməlləri, gözlərimlə əyani şəkildə gördüyüm, ağlımla dərk etdiyim nümunəsi məni bir ictimaiyyətçi kimi yetişdirib. Bu insanın cəfakeşliyi və fədakarlığı hələ gənc yaşlarımdan beynimdə və qəlbimdə özünə dərin iz salıb. Ölkəyə belə bir siyasətçinin rəhbərlik etdiyi dövrdə insanın təkcə öz həyatı ilə yaşamağa haqqı yox idi. O cümlədən, mən də insanların arasına, ictimai işlərə atılmışam ki, bir işin qulpundan yapışım, ölkəyə xeyir verə biləcək nə isə bir işlə məşğul olum. Düşünmüşəm ki, Vətənin o böyük oğlunun gördüyü böyük işlərə hərə öz bacardığı köməyi etməlidir.

Üç min tələbənin təhsil aldığı və 300 müəllimin çalışdığı bir müəssisənin rəhbəri kimi mən də bu gün həmin məqsəd və məramla yaşayıram. Böyük ideyaların cəmiyyətimizin çiçəklənməsinə yönəldiyini həmişə rəhbər olduğum kollektivə çatdırıram. Düşünürəm ki, beləcə, Heydər Əliyevin əməlləri nəsildən-nəslə keçərək övladlarımızın, bütün gənclərimizin həyatına da daxil olaraq onları öz ömürlərini Vətən, xalq naminə yaşamağa çağırır.

Bizim gənclərimizin hafizəsinə Heydər Əliyev əbədi həkk olunub. Tam səmimiyyət və cəsarətlə deyirəm ki, Ulu öndərin qəlbimizdə ucalan heykəli, o böyük insana böyük məhəbbətimiz hər bir gəncin qəlbinə köçüb. Bu o deməkdir ki, böyük şəxsiyyət, onun nümunəsi hər bir tələbənin qəlbində və həyatında var, bu böyük ehtiram, məhəbbət nəsildən-nəslə keçərək əsrlərlə yaşayacaq.

Mən bu gün də Heydər Əliyevin ideyalarını müdafiə edirəm. Uzun illər mətbuat orqanlarında dərc olunan yazılarım, müxtəlif tədbirlərdə etdiyim çıxışlar məhz bu böyük ehtiramın və hörmətin, məhəbbətin nəticəsidir. İnsanlarla əyani şəkildə, birbaşa ünsiyyət zamanı söhbətlərimdə də həmin duy­ğuların təsiri altında oluram. Mən Heydər Əliyevin haki­miy­yətinə, rəhbərliyinə məhəbbət və ehtiramla xidmət edənləri qədirbilən insan adlandırıram. Onun tribunada saatlarla hərbiçi ki­mi duruşunu, ağıllı, rəvan, öz ana dilində möhtəşəm nitq­lərini xəyalımın güzgüsündən keçirərkən bu dünyanın ən müd­rik, fədakar, cəfakeş anasının da ruhuna - öndərimizi tərbiyə edib boya-başa çatdıran o qadına böyük Allahımızın rəhmətini dilə­məyi unutmuram.

Bu gün mən Ulu öndərin böyük arzularının çiçəklənməsi na­minə gənclərimizin daim fəal olmasını istəyirəm. Arzu­la­yıram ki, onlar Ümummilli lider Heydər Əliyevin göstərdiyi yolla getsinlər. Çünki insanları, cəmiyyəti irəli aparan inam və ümid qoşa qanad kimi yanaşı olmasa, həyatda nailiyyət qazan­maq çətinləşər. Və nə yaxşı ki, bu gün Azərbaycan vətəndaşında güclü inam da, ümid də var.

Biz bu gün Ulu öndər Heydər Əliyevin davamlı ideyalarını yenə də fəaliyyətdə, uğurlarımızın təməlində görürük. Çünki bu ha­ki­miy­yətin başında Ümummilli liderin ideyalarını layiqincə davam və in­k­işaf etdirən Prezident İlham Əliyev dayanır. İndi onun uğurla ida­rə etdiyi Azərbaycan bütün dünyanı təəccübləndirir, öz intiba­hının zirvəsinə doğru inamla irəliləyir. Və nə qədər ki, Heydər Əliyevin ideyaları yaşayır, hələ sonsuz nailiyyətlər bizimlə olacaq.

Nə qədər ömrüm var, Heydər Əliyev şəxsiyyəti qəlbimdə, beynimdə, bütün fəaliyyətimdə layiqli yer tutacaq. İndi mənim Heydər Əliyevlə bağlı ən böyük istəyim odur ki, onun azad ruhu Qarabağ torpağı üzərində pərvaz etsin. Ölkə rəhbərimiz başda olmaqla torpaqlarımızın azadlığını, Vətənin bütövlüyünü təmin edək və o böyük şəxsiyyətin ən ümdə arzusunu yerinə yetirək!
Azərbaycan” qəzeti, 12 mart 2013-cü il.

  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə