Referatın mövzusu: " Azərbaycan Respublikasının xarici ticarət strategiyası və onun reallaşdırılması xüsusiyyətləri "




Yüklə 128.52 Kb.
tarix01.03.2016
ölçüsü128.52 Kb.
Azərbaycan Dövlət İqtisad Universiteti

Magistr Hazırlığı Mərkəzi



Kafedra: BİM

Referatın mövzusu:Azərbaycan Respublikasının xarici ticarət strategiyası və onun reallaşdırılması xüsusiyyətləri

Magistrant: Həmidə Quliyeva 822. 2-ci kurs


Magistr proqramının rəhbəri: İ.e.n. Ə. Bayramov

(A.S.A.,elmi də.)


Kafedra müdiri: Prof.i.e.d. H. Ş. Hacıyev

(A.S.A, elmi dərəcə və elmi ad)


BAKI 2010

GİRİŞ

I FƏSİL. Azərbaycanda xarici siyasətin prioritetləri və xarici ticarət strategiyasının təkmilləşdirilməsi .

1.1 Azərbaycan Respublikasının xarici siyasətinin prioritetləri.

1.2 ÜTT-yə üzv olmaq ərəfəsində Azərbaycanın xarici ticarət strategiyasının təkmilləşdirilməsi.

II FƏSİL. Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi.

2.1 Azərbaycanda xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu.

2.2 Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinin inkişaf istiqamətləri.

NƏTİCƏLƏR

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

GİRİŞ

Ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, dünyanın bir çox ölkələri ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan Hökumətinin qarşısında duran vacib vəzifələrdəndir. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin zəruriliyi iqtisadi münasibətlərin mühüm hissəsini təşkil edən proseslərin dünyanın ümumi iqtisadi inkişafı fonunda institutsional struktur baxımından daha sürətlə mürəkkəb-ləşməsidir. Bu həm də ona görə vacibdir ki, müasir şəraitdə xarici əlaqələr bir çox hallarda iqtisadi səmərəlilik baxımından yaradılmır.

Mövzuda Azərbaycan Respublikasının xarici ticarət strategiyası və onun reallaşdırılması xüsusiyyətlərinə baxılmışdır. Referatın I fəslində ölkəmizin xarici siyasətinin prioritetləri və xarici ticarət strategiyasının təkmilləşdirilməsindən, II fəsildə isə xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu və xarici ticarətin tənzimlənməsinin inkişaf istiqamətlərindən danışılır.

Xarici ticarət ölkənin iqtisadi inkişafında mühüm rol oynayan amillərdən biridir. Bu baxımdan xarici ticarətin təkmilləşdirilməsi, onun düzgün strategiyasının qurulması və bu strategiyanın dəqiq həyata keçirilməsi vacibdir. Xarici ticarət strategiyasının təhlili, işlənilməsi bütün dövlətlərin diqqət mərkəzindədir. Buna görə də mövzunun aktuallığı onun elimi cəhətdən təhlil olunmasını göstərir.

Tədqiqatin əsas məqsədi müasir şəraitdə Azərbaycanın xarici ticarət siyasətini və strategiyasını tədqiq edərək onlarin əsas xüsusiyyətlərini üzə çıxarmaq, xarici ticarətin tənzimlənməsi yollarını öyrənməkdən və ölkəmizin bu sahədə gördüyü işlərin təhlilindən ibarətdir.

Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmalıdır.



I FƏSİL

Azərbaycanda xarici siyasətin prioritetləri və xarici ticarət strategiyasının təkmilləşdirilməsi .

    1. Azərbaycan Respublikasının xarici siyasətinin prioritetləri.

1991-ci ildə dövlət istiqlaliyyətini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.

Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyat əhəmiyyətli başlıca məqsəd güdməkdədir. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etməkdədir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Beləliklə, demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub-inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi Avropa məkanında atdığı addımlar onun həyata keçirdiyi xarici siyasət sistemi çərçivəsində göstərdiyi səylərin tərkib hissəsi olmaqla yanaşı, bu səylərlə tam səsləşir. Müasir şərait köhnə nüfuz dairələri modeli əsasında deyil, həqiqi mənada tərəfdaşlıq və əməkdaşlığa söykənən Avropa təhlükəsizlik və ümumi rifah strukturunun yaradılmasına unikal bir fürsət verir, lakin eyni zamanda yeni tipli təhdidlərin yaranmasına səbəb olur. Bunun üçün Azərbaycan yaranmış obyektiv vəziyyəti nəzərə alaraq, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir.

Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını müdafiə edib gerçəkləşdirir.



Azərbaycan Respublikası xarici siyasətinin prioritetləri aşağıdakılardır:

  1. Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək;

  2. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeritmək;

  3. Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;

  4. ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;

  5. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;

  6. Qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;

  7. Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;

  8. Regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması;

  9. Nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması;

  10. Xəzər Dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi);

  11. NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya;

  12. Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;

  13. Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək.

Azərbaycan Respublikasının ticarət qanunvericiliyinin formalaşması ticarət əməkdaşlığının genişlənməsinə imkan vermişdir. Dövlətlərarası ticarət əlaqələrinin tənzimlənməsi məqsədilə bir sıra qanun və normativ-hüquqi sənədlər qəbul edilmişdir. Bunlardan aşağıdakı bir neçəsini nümunə göstərmək olar:

  • 20 iyun 1995-ci il tarixli, 1064 saylı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu;

  • Azərbaycan Respublikasının 10 iyun 1997-ci il 311-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”.

  • 24 iyun 1997-ci il tarixli, 609 saylı “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları” təsdiq edilməsi haqqında 12 yanvar 1998-ci il tarixli, 7 saylı qərarı;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli, 20 saylı Qərarını;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 12 aprel 2001-ci il tarixli, 80 saylı Qərarını;

  • 26 oktyabr 2004-cü il tarixli 772-IIQ nömrəli “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununu.

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 31 yanvar 2005-ci il tarixli 11 nömrəli Qərarı;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydasının təsdiq edilməsi haqqında” 29 noyabr 2007-ci il tarixli, 190 saylı Qərarı.

  • 14 aprel 2009-cu il tarixli 791-IIIQ nömrəli “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununu və s.




    1. ÜTT-yə üzv olmaq ərəfəsində Azərbaycanın xarici ticarət strategiyasının təkmilləşdirilməsi.

ЦTT-yя цzv olma mцrяkkяb prosesdиr. Xarиcи tиcarяtи tяnzиmlяyяn tяdbиrlяrи vя dиgяr normatиv hцquqи aktlarы daxиl etmяklя, mцracияt edяn юlkяnиn юz xarиcи tиcarяtя daиr qanunlarыnыn tяkmиllяшdиrmяsиnя vя onlarы mцasиrlяшdиrmяsиnя цmиd edиlиr.

Azяrbaycan 1997-cи иldя bu tяшkиlata цzv olmaq nиyyяtиnи bиldиrяrkяn qarшыya qoyduьu яsas mяqsяdlяrdяn bиrи genишlяnяn dцnya tиcarяt sиstemиnя qыsa mцddяtdя vя яn яlverишlи шяrtlяrlя иnteqrasиya etmяk vя bu sиstemиn fяal цzvцnя чevrиlmяk olmuшdur. Qeyd etmяk lazыmdыr kи, Azяrbaycanыn яsas tиcarяt tяrяfdaшlarы artыq bu tяшkиlatыn цzvцdцr, dиgяrlяrи иsя цzvolma prosesиnи baшa чatdыrmaq цzrяdиrlяr. ЦTT-yя цzv olma prosesиndя Azяrbaycan artыq чox mцhцm bиr mяrhяlяyя addыm atmышdыr. Bu baxыmdan юlkяmиzи dиgяr postsovet юlkяlяrиndяn fяrqlяndиrяn яsas xцsusиyyяtlяrdяn bиrи sюzцgedяn prosesя Azяrbaycan иctиmaиyyяtиnиn cяlb edиlmяsиdиr. Belя kи, dюvlяt qurumlarы, qeyrи-hюkumяt, beynяlxalq vя иctиmaи tяшkиlatlar mцtяmadи olaraq dяyиrmи masalar, konfrans vя semиnarlar tяшkиl edяrяk ЦTT-yя цzvolma prosesи иlя baьlы иctиmaиyyяtи daиma mяlumatlandыrmaqdadыr.

Azяrbaycanыn ЦTT-yя цzv olmasы zamanы mиllи xиdmяtlяr bazarыnыn necя qorunmasы deyиl, onun necя lиberallaшdыrыlmasы mяsяlяsи daha vacиb яhяmиyyяt kяsb edиr. Bununla baьlы hяm dя hesab edirəm kи, Azяrbaycanыn xиdmяtlяr bazarыnda xarиcи hцquqи vя fиzиkи шяxslяrиn ишtиrakы yerlи hцquqи vя fиzиkи шяxslяrиn fяalиyyяtиnи dя яhяmиyyяtlи dяrяcяdя stиmullaшdыracaq. Ölkəmizin ЦTT-yя цzv olması aшаьыdakыlara иmkan verяcяk:

• rяqabяt qabиlиyyяtlи mиllи xиdmяtlяrиn vя onlarы иstehsal edяnlяrиn xarиcи bazarlarda ишtиrakыnыn genишlяnmяsиnя;

• Яn Яlverишlи Rejиm яsasыnda vя dиskrиmиnasиya olmadan чoxtяrяflи tяnzиmlяmя sиstemиnя keчиdя;

• dиgяr юlkяlяr tяrяfиndяn dиskrиmиnasиya xarakterlи tяdbиrlяrиn tяtbиq edиlmяsиndяn etиbarlы mцdafияyя.

Azяrbaycan Respublиkasыnыn xarиcи tиcarяtlя baьlы qanunverиcиlиyи 1992-cи иldя tяqdиm edиlmяyя baшladы vя иlk юncя юlkяdяn mallarыn иxracыnы tяnzиmlяmяk mяqsяdиnи daшыyыrdы. Tиcarяtиn tяnzиmlяmяsиndя nюvbяtи mяrhяlя 1994-cц иldя baшламышдыр. Bu mяrhяlяdя hюkumяt xarиcи tиcarяtя aиd bцtцn mяsяlяlяrи яhatя edяn daha яtraflы qaydalarы tяqdиm etmяyя чalышыrdы.

Mцasиr tяlяblяrя cavab verяn qanunverиcиlиk bazasыnыn formalaшdыrыlmasы Azяrbaycanыn ЦTT-yя цzv olmasыnыn яn vacиb цstцnlцklяrиndяn bиrиdиr. ЦTT-yя цzv olan юlkяlяr bцtцn xиdmяt sahяlяrиndя Яn Яlverишlи Rejиmиn tяmиn edиlmяsиnя zяmanяt verиrlяr vя mцvafиq юhdяlиklяr gюtцrцrlяr. Bu o demяkdиr kи, ЦTT-nиn bцtцn цzvlяrиnя eynи tиcarяt rejиmи tяtbиq edиlmяlи vя heч bиr юlkяnиn dиskrиmиnasиyasыna yol verиlmяmяlиdиr. Azяrbaycanыn ЦTT-yя цzv olmasы prosesиndя xиdmяtlяr цzrя яsas taktиkи vяzиfя яnяnяvи, elяcя dя yenи yaranmыш vя hяlя dя kиfayяt qяdяr иnkишaf etmяmиш vacиb xиdmяt sahяlяrиnиn lиberallaшdыrыlmasы иlя baьlы юhdяlиklяrиn hяmиn xиdmяt sahяlяrиnиn mюvcud иnkишaf sяvиyyяsиlя яlaqяlяndиrиlmяsиnя naиl olmaqdыr.

Azяrbaycanыn xиdmяtlяrя daиr юz цzяrиnя gюtцrяcяyи юhdяlиklяrlя baьlы иlkиn tяklиflяrиn hazыrlanmasы prosesиndя qarшыya иkи яsas mяqsяd qoyulmuшdu. Bиrиncи mяqsяd - mиllи xиdmяtlяr bazarыnda normal rяqabяt mцhиtиnиn yaradыlmasы vя xиdmяtlяr sahяsиnя xarиcи иnvestиsиyalarыn cяlb edиlmяsи цчцn яlverишlи шяraиtиn yaradыlmasыndan иbarяtdиr. Иkиncи mяqsяd иsя, xarиcи rяqиblяrlя mцqayиsяdя hяlя чox zяиf olan, onlarla rяqabяt aparmaьa hяlя hazыr olmayan vя eynи zamanda юlkяnиn gяlяcяk иnkишafы baxыmыndan vacиb яhяmиyyяt kяsb edяn xиdmяt sahяlяrиnиn zяrurи mцdafияsиnиn tяmиn edиlmяsи иlя baьlыdыr.

ЦTT цzvlяrи Azяrbaycanыn mиllи xиdmяtlяr bazarыnda bиr sыra konkret xиdmяt sahяlяrиnя, o cцmlяdяn bank vя sыьorta, telekommunиkasиya vя paylaшdыrыcы xиdmяtlяrя xцsusи maraq gюstяrиrlяr. Bank xиdmяtlяrи sahяsиndя mюvcud olan mиllи rejиm bu gцn xarиcи banklarыn vя onlarыn fиlиallarыnыn Azяrbaycanda bank xиdmяtlяrи gюstяrmяsи цчцn zяrurи шяraиtи tяmиn edиr. Azяrbaycanыn sыьorta xиdmяtlяrи sahяsиndя юz цzяrиnя gюtцrmяk иstяdиyи юhdяlиklяr mиllи xиdmяtlяr bazarыnыn daha da lиberallaшdыrыlmasыna yюnяldиlmишdиr. Lakиn buna baxmayaraq bu gцn xarиcиlяrиn Azяrbaycanыn mиllи sыьorta bazarыnda fяalиyyяtи иlя baьlы mюvcud olan bцtцn mяhdudиyyяtlяrиn aradan qaldыrыlmasы qяbul edиlmяzdиr.



Bəzi araşdırmaların nəticəsində beynəlxalq standartların tətbiqi sahəsində irəliləyişlər, statistik məlumatlar, sertifikatlaşdırma firmalarının Azərbaycanda fəaliyyətinin mövcud vəziyyəti, nöqsanlar, bu sahənin inkişafı üçün dövlətin, sertifikatlaşdırma firmalarının, standartı tətbiq edən müəssisələrin və ictimai təşkilatların görə biləcəkləri işlər, tövsiyə və təkliflər müəyyənləşdirilmişdir. Azərbaycanda tətbiq olunan beynəlxalq standartların demək olar hamısı tanınmış menecment sistemi standartlarıdır. Lakin bu o qədər də yaxşı hal deyil. Çünki, menecment sistemi standartlarının tətbiqinin səbəbi müəssisələrin həmin standartların həqiqi üstünlüklərini dərk etmələri deyil, bu standartların digərləri tərəfindən tətbiqi və məşhur olmasıdır. Azərbaycanda fəaliyyət göstərən sertifikatlaşdırma firmalarının əksəriyyəti bu sahədə böyük təcrübəyə malikdir və dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər. Baxmayaraq ki, bu firmalar arasında yerli firma yoxdur, onlarda çalışan mütəxəssislərin əksəriyyəti yerli mütəxəssislərdir və bu da ümumilikdə xeyli Azərbaycan vətəndaşının işlə təmin olunması deməkdir. Beynəlxalq standart tətbiq edən firmalarda əsas problemlərdən biri də standartların tələblərinə yetərincə əməl olunmaması və standartın effektivliyini düzgün qiymətləndirilməməsidir.

ÜTT standartlarla bağlı iki yanaşmanın formalaşdırılmasını təklif edir. Birinci, mümkün olduğu qədər üzv ölkələr beynəlxalq standartların tətbiqini təmin etməlidir. Çünki, beynəlxalq standartların tətbiqi ticarətdə mövcud olan texniki maneələri daha çox aradan qaldırmaqla məhsul ixracını asanlaşdırır. İkinci, milli standartlar hazırlanarkən həm mövcud beynəlxalq standartlara uyğun olmalı, həm də digər üzv ölkələr üçün diskriminasiya yaratmamalıdır. Eləcədə standartların işlənməsi üçün üzv ölkələr çox tərəfli sazişlərə qoşulmalı və standartların harmonizasiyasını təmin etməlidir. Uyğunluğun qiymətləndirilməsi nəticələrinin qarşılıqlı tanınması da ÜTT-nin əsas tələblərindəndir. Çünki, ticarətə maneə yaradan əsas vasitələrdən biri məhsulların idxal ixracı zamanı təkrar sınaqlara məruz qalmasıdır ki, bu da əlavə xərclərin yaranmasına səbəb olur. Bunu aradan qaldırmaq üçün üzv ölkələr uyğunluğun qiymətləndirilməsi nəticələrinin qarşılıqlı tanınması üzrə beynəlxalq və regional ikitərəfli və çoxtərəfli sazişlərə qoşulmalı və standartlaşdırma üzrə beynəlxalq təşkilatların tövsiyələrininəzərə almalıdır. Azərbaycanın standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sistemi Sovet idarəetmə sisteminə məxsus struktura malikdir və bu istiqamətdə aparılan işlərin çoxu məcburi xarakter daşıyır. Odur ki, bu sistem yeniləşdirilərək beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Yeniləşmənin aparılması istiqamətində son illər ərzində xeyli irəliləyişlər əldə edilmişdir. Lakin görüləsi işlər də çoxdur. Qlobal İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycanda ÜTT-yə üzvlüklə və beynəlxalq sistemə inteqrasiya baxımından standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əlavə olaraq aşağıdakı tədbirlərin də görülməsini təklif edir:

1. Azərbaycan Standartlar İnstitutunun yaradılması. İnstitut vasitəsilə ilk növbədə beynəlxalq standartların milli standart kimi qəbul olunması və ya onlar əsasında yeni standartların işlənməsi təmin olunmalıdır və bu instituta elmi tədqiqat institutu kimi yanaşılmamalıdır.

2. Məcburi standartların sayının azaldılması və köhnəlmiş standartların istifadədən çıxarılması.

3. Milli standartların işlənməsi zamanı onların iqtisadiyyat üçün zəruriliyinin

qiymətləndirilməsi və bazarın maraqlarına xidmət edən standartların işlənməsi. Standartlar işlənərkən ÜTT-nin digər üzv ölkələrinin, eləcədə həmin standartla əlaqəsi olan yerli müəssisələrin standarta rəy verməsi təmin olunmalıdır.



4. İstehlakçılarla əlaqələrin gücləndirilməsi və istehlakçı sorğu mərkəzinin yaradılması. Bununla istehlakçıların məhsullara, standartlara olan irad və təklifləri öyrənilərəkgələcək işlərdə nəzərə alına bilər.

5. Standartın tələblərinə nəzarət funksiyalarının bir orqanda cəmləşdirilməsi və nəzarətin şəffaflığının təmin olunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi.

6. Beynəlxalq standartlar üzrə biliklərə malik yeni mütəxəssislərin hazırlanması və onların xarici ölkələrdə təcrübədən keçməsinin təmin olunması.

7. Standartlara dair Sorğu-məlumat mərkəzlərinin yaradılması yolu ilə istər digər ölkələr tərəfindən, istərsə də ölkəmizin müəssisələri və istehlakçıları tərəfindən yeni informasiyaların əldə olunmasının asanlaşdırılması.

8. Milli Standartlaşdırma Strategiyasının işlənməsi və icrası.

9. Konfransların, seminarların və digər tədbirlərin təşkil edilməsi, eləcədə jurnalların, qəzetlərin çap edilməsi yolu ilə ictimai məlumatlılığın artırılması.

10. Məhsul standartları ilə yanaşı turizm, konsaltinq, bank və sığorta işi, təmir və s. xidmət sahələrinə, eləcədə menecment sistemlərinə aid də milli standartların hazırlanması vəkönüllü əsasda tətbiq edilməsi və s.

Hesab edиrяm kи, beynяlxalq alяmdя Azяrbaycanыn mюvqeyиnиn mюhkяmlяndиrиlmяsи vя иmиcиnиn yцksяldиlmяsи, Azяrbaycan mяnшяlи mallarыn vя xиdmяtlяrиn dцnya bazarыna maneяsиz чыxarыlmasыnыn tяmиn olunmasы, юlkяmиzиn иxrac potensиalыnыn gцclяndиrиlmяsи vя цmumиyyяtlя иxracыn strukturunun tяkmиllяшdиrиlmяsи, beynяlxalq tиcarяtdя юlkяmиzиn mяnafelяrиnиn qorunmasы, xarиcи tяrяf mцqabиllяrи иlя eynи шяrtlяrlя tиcarяt яlaqяlяrиnиn qurulmasы, mиllи иstehsalыn иnkишaf etdиrиlmяsи цчцn яlavя stиmullarыn yaradыlmasы, saьlam rяqabяt шяraиtиndя юlkяdя иstehsal olunan mяhsullarыn keyfиyyяtиnиn artыrыlmasы baxыmыndan Azяrbaycanыn ЦTT-yя qяbul olunmasы mцhцm яhяmиyyяt kяsb edиr.


II FƏSİL

Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi.

2.1 Azərbaycanda xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu.

Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra onun ən böyük problemlərindən biri ölkənin iqtisadi təhlükəsizliyinin konsepisyasını və strategiyasını işləyib hazırlamaq olmuşdur. Ölkənin iqtisadiyyatın təhlükəsizliyinin tənzimlənməsi bu problemin düzgün həllindən çox asılıdır. Bunun üçün iqtisadi siyasətin düzgün quruluması vacibdir. Xarici ticarət siyasəti də iqtisadi siyasətin tərkib hissəsidir. Azərbaycanın xarici ticarət siyasətinin həyata keçirilməsində müvafiq dövlət orqanlarının rolu çox böyükdür. Azərbaycan Respublikasının iqtisadi həyatında xarici ticarət, istehsal, elm və texnika sahəsində iqtisadi, elmi-texniki əməkdaşlıq, ixtisaslaşma və kooperasiya, tikinti, nəqliyyat, ekspeditor, sığorta, hesablaşma, kredit və digər bank əməliyyatları sahəsində iqtisadi əlaqələr, həmçinin digər müxtəlif xidmətlərin həyata keçirilməsi də daxil olmaqla, xarici iqtisadi fəaliyyət mərkəzi yer tutur. Milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələlərini eyni zamanda həll etməyə məcburdur. Həmçinin nəzərə alınmalıdır ki, müasir dünya ticarəti sistemi bütün ölkələrə qarşı xarici iqtisadi siyasətin sərt tələblərini və məhdudiyyətini irəli sürür.

İqtisadi müstəqillik və suverenlik əldə etdikdən sonra Azərbaycanın qarşısında dünya təsərrüfat sisteminə inteqrasiya olmaq imkanları açıldı.Hazırda Azərbaycan getdikcə xarici dünyaya daha çox açılan bir öklə olmaqla dünya ictimayyəti ilə aktiv iqtisadi, siyasi, elmi-texniki, mədəni və s.əlaqələr qurur ki, bunların da arasında xarici ticarət mühüm əhəmiyyət kəsb edir. Xarici iqtisadi fəaliyyətin tənzimləmə sisteminin əsas xüsusiyyətlərinə, idxal-ixrac əməliyyatları iştirakçılarına təsir prosesində iqtisadi siyasətin bir-birinə qarşılıqlı nüfuz edən və bir birini tamamlayan kompleks vasitələrdən istifadə zərurətini misal göstərmək olar. Xarici ticarət fəaliyyəti təcrübəsində bu cür vasitələrin 5 qrupundan istifadə olunur:

1. iqtisadi tənzimləmə vasitələri – gömrük rüsumları, gömrük yığımları, tarazlaşdırıcı sərhəd vergiləri, yerli mal istehsalçılarına maliyyə yardımları;

2. inzibati tənzimləmə vasitələri – idxal və ixraca qoyulan qadağa və məhdudiyyətlər, idxalın lisenziyalaşdırılması və kvotalaşdırılması və s.

3. texniki tənzimləmə vasitələri – standartlar və normalar, standartlara uyğunluğun təyinetmə metodları, təhlükəsizlik normaları və qaydaları, əmtəələrin sertifikatlaşdırma sistemləri, sanitariya – baytarlıq və ekoloji tədbirlər, səhiyyə normaları.

4. yerli istehsalçılara mal ixracı üçün edilən müxtəlif yardım tədbirləri.

5. valyuta – maliyyə tədbirləri.

Adətən xarici iqtisadi əlaqələrin dövlət tərəfindən inzibati tənzimlənməsi bazar iqtisadiyyatı şəraitində kifayət qədər səmərəli sayılmır. Normal iqtisadi inkişaf dövründə xarici ticarətin dövlət tənzimlənməsinin inzibati və iqtisadi vasitələri arasındakı nisbət iqtisadi tənzimlənmənin xeyrinə dəyişir.



Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etmək üçün böyük üstünlüklər verə bilər.Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir çox həyati əhəmiyyətə malik siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən bir qütbdür. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici ticarət siyasəti yeni maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına xidmət edir. Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir. 10 iyun 1997-ci ildə Azərbaycan Respublikasında Gömrük Məcəlləsi qəbul edildikdən sonra 20 iyun 1995-ci ildə qəbul edilmiş “Gömrük tarifi haqqında Azərbaycan Respublikası Qanunu” qüvvəyə minmişdir. Bu qanun, əsasən, daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.

Gömrük tarifinin məqsədləri aşağıdakılardır :

  • İdxalın əmtəə strukturunu səmərələşdirmək .

  • Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının valyuta gəlirləri və xərclərinin əlverişli nisbətini təmin etmək.

  • Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət keçirmək.

  • Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişiklikləri üçün şərait yaratmaq.

  • İqtisadiyyatı xarici rəqabəti mənfi təsirindən qorunmaq və onun dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.

Beləki bütövlükdə Mərkəzi Asiya Regional İqtisadi Birliyi-Azərbaycan, Əfqanıstan, Çin, Qırğızıstan, Monqolustan, Qazağıstan, Tacikistan, Özbəkistan-üzrə tarif dərəcələri 1997-ci ildən 2005ci ilədək 11,4%-dən 7,6%-dək enmişdir. Azərbaycanda tariflər yetərincə aşağıdır və birmənalı aşağı göstəricilərlə müqayisə olunur. Onlar İEOÖ-lərdən azdır, hansıki orta gəlir göstəriciləri aşağıdir, ancaq orta gəlir səviyyəsi yüksək olan ölkələrin orta tarif göstəricilərindən yüksəkdir. Mərkəzi Asiya Regional İqtisadi Birliyi ölkələrində idxal tarifləri yüksək səviyyədə qorunmur, ancaq bu ölkələr arasında ciddi fərq vardır. Bərabər olmayan orta idxal tarifləridə müqayisədə onların ticarət tərəfdaşlarının bərabər olmayan idxal tariflərindən də aşağıdır. Idxal tariflərinə əlavə olaraq bir çox ölkələrdə idxala bir sıra birbaşa və dolayı vergilər yığılır. Azərbaycanda xarici mallara aksiz tətbiqi yuxarıdır, nəinki milli istehsal olunmuş eyni mallara.

Keçid iqtisadiyyatlı ölkələrdə eləcə də Azərbaycanda ixrac siyasəti özündə bunları əks etdirir:

1. İstehsal sahələrinin ixrac yönümlülüyünün təminatı.

2. İxracat yönümlü istehsalat sferaları üçün əlverişli şəraitin yaradılması.

3. Bu və ya digər sahələrin məqsədyönlülüyünün qiymətləndirilməsi və idxalatda rəqabət apara bilməyən sahələrdə fəaliyyətin dayandırılması.

4. Gömrük mühafizəsi, maliyyə və fiskal istiqamətli stimullaşdırma.

İxrac-idxal siyasətində metodiki vasitələrin seçilməsi bir sıra amillərdən birbaşa asılıdır. Onların inkar edilməsi yalnız mənfi cəhətlərə gətirib çıxara bilər. Belə ki, bu halda konkret mal ,onun istehsalında formalaşmış situasiya, həmin malın daxili bazarda və ixracatda payı, beynəlxalq əmək bökgüsü sistemində perspektivləri mütləq nəzərə alınmalıdır.

Keçid iqtisadiyyatı şəraitində xarici ticarət siyasətinin real gerçəkliyə adekvatlılığının təminatında mühüm məsələlərdən biri də ixrac siyasətinin ümumiqtisadi inkişafın tələblərinə uyğunlaşdırılması problemidir. Belə ki, ixrac potensialının sabitqədəmli artımı gec ya tez investisiya siyasətinin həmin istiqamətdə təkmilləşdirilməsi zərurətini ortaya qoyacaqdır. Bu mənada ki, ixrac sferası investisiya siyasətinin prioritet istiqamətinə çevrilməklə ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq proteksionist tədbirlərə əl atmaq labüdlüyünü yaradacaqdır ki, bu da sonda beynəlxalq iqtisadi təşkilatlar, yaxud inkişaf etmiş ölkələr tərəfindən əks təsirlə qarşılaşacaqdır. Beləliklə də, investisiya rejiminin liberallaşma dərəcəsindən asılı olmayaraq ölkəyə xarici investisiyaların axın intensivliyi aşağı düşəcəkdir. Onu da qeyd edək ki , xarici ticarət siyasətində mühüm əhəmiyyət kəsb edən vasitələrdən biri – ixracın stimullaşdırılması keçid iqtisadiyyatlı ölkələrdə elə bir rol oynaya bilmir. Belə ki, əvvəla bu ölkələr qrupuna ixracın stimullaşdırılması üçün zəruri olan iqtisadi və siyasi resurslar kifayət edici səviyyədə deyildir; ikincisi, ÜTT-nin normaları ixracın stimullaşdırılmasını rədd edir. Bu təşkilata üzv olmaq istəyən keçid iqtisadiyyatlı ölkələr, sözsüz ki, qeyd olunan halı mütləq nəzərə almalıdırlar.

Azərbaycanın idxal siyasəti və onun əsas istiqamətləri gömrük rüsumları hesabına həyata keçirilir. Ölkənin xarici ticarət siyasətində gömrük rüsumları həm fiskal, həm də proteksionist funksiya yerinə yetirir. Proteksionist funksiya idxal rüsumlarına aiddir, fiskal funksiya həm idxal, həm də ixrac rüsumlarına aiddir.

Xarici ticarət əlaqələrinin inkişafı xarici bazara çıxışa şərait yaradır ki, bunsuz da respublika iqtisadiyyatının inkişafı sadəcə olaraq qeyri-mümkündür. Xarici ticarət idxal asılılığının yüksək səviyyədə olduğu və keçid dövrünün bir sıra spesifik problemlərinin mövcudluğu şəraitində getdikcə pisləşən həyat şəraitini qismən də olsa sabit saxlamağa imkan verir. Qloballaşma şəraitində elm və texnalogiya tutumlu məmulatların üstün mövqelərə keçməsi ilə əlaqədar olaraq rəqabət mübarizəsinin ifrat dərəcədə kəskinləşməsi xarici ticarət siyasətinin dinamikliyi və çevikliyinin obyektiv xarakter kəsb etməsinə səbəb olmuşdur. Dünya ölkələrinin müvafiq təcrübəsinin sistemli təhlili göstərir ki, idxal tarifi ölkənin iqtisadi rifah dərəcəsini aşağı salır, istehsalçıların vergi yükünü artırır, ticarət müharibələrinə səbəb olur, məşğulluğun səviyyəsini azaldır və s. Maraqlıdır ki, idxal tarifi demək olar ki, əksər hallarda gəlirlərin istehlakçılardan rəqabət qabiliyyətli məhsul buraxa bilməyən yerli istehsalçılara və dövlət büdcəsinə doğru yenidən bölgüsünə səbəb olur. Dünya ölkələrinin əksəriyyətində idxalatın yalnız o hissəsi tam liberallaşdırılır ki, onun bu və ya digər dərəcədə prioritet sektorlara aidiyyəti olsun. İdxal siyasətindədə ixrac siyasətində olduğu kimi əsasən investisiya, rəqabət, valyuta, kredit, gömrük və s. siyasətləri var.

Dövlət xarici ticarəti təkmilləşdirmək üçün ilkin strateji tədbirlərindən biri də sahibkarlığın inkişafıdır, çünki bu ixracın özülünü təşkil edir. Bunun üçün dövlət ölkədə sahibkarlıq fəaliyyətinin yüksək səviyyədə inkişaf etdirilməsi üçün sahibkarlara müxtəlif güzəştlər edir, təsərrüfat subyeklərinin müstəqil və sərbəst olması üçün zəmin yaradır, bötük miqyaslı və strateji əhəmiyyətli tədbirlər həyata keçirir. Sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:



  • sahibkarlığın kreditləşdirilməsinin genişləndirilməsi və əlverişli investisiya mühitinin yaradılmasında bankların və kredit təşkilatlarının rolu artırılmalıdır;

  • istehsal sahibkarlığının inkişafını stimullaşdırmaq üçün dğvlət tərəfindən qayğı və himayədarlıq gücləndirilməlidir;

  • Kəndli-fermer təsərrütatlarının fəaliyyətlərinin iqtisadi səmərəliliyini yüksəltmək üçün aqroservis xidməti yaxşılaşdırılmalı;

  • Bazar infrastrukturları yaradılmalı və sahibkarlığın inkişafında onların rolu artırılmalıdır.

Ölkənin sənayesi inkişaf etdikdə, o sənaye məhsullarının əsas ixracatçısına çevrilir, ona görə də yuxarıda qeyd olunanlar sənayenin inkişafında vacibdir. Həmçinin bundan əlavə yerli sahibkarların xarici bazara çıxması üçün əvvəlcədən, həmin bazarın istehlakçılarının zövqlərini, təlabatlarını, adət etdikləri vərdişləri və riayət etdikləri normaları öyrənməyin böyük əhəmiyəti vardır.

Yerli sahibkarlarımızın xarici bazara çıxması üçün, yəni ölkəmiz digər ölkələrə öz məhsullarını ixrac etməsi üçün birinci növbədə ixrac etdiyimiz məhsula xarici ölkələrdə vətəndaşların xarici ölkənin əmtələrin alınmasına münasibəti, ikincisi həmin ölkə ilə bizim ölkə arasındakı siyasi stabillik, üçüncüsü həmin ölkənin valyuta məhdudiyyətləri və s. amillər baçlıca rol oynayır.



2.2 Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinin inkişaf istiqamətləri.

Xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu əsasda ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması son dövrlərdə özünün dövlət müstəqilliyini bərpa etmiş ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri hesab olunur.

Müstəqil Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Bu gün beynəlxalq aləmdə Azərbaycan bərabər tərəfdaş kimi qəbul edilir və onunla uzunmüddətli əməkdaşlıq sistemi qurulur. Belə şəraitdə ölkəyə etimadın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu etimad bir sıra prinsiplər üzərində qurulu bilər. Belə prinsiplərdən biri Ümumdünya Ticarət Təşkilatında üzvlükdür.

Azərbaycan beynəlxalq ticarət məkanına inteqrə etmək və ölkədə xarici ticarətə təsir edən qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə Ümumdünya Ticarət Təşkilatına üzv olması istiqamətində iş aparır.

Azərbaycanda da iqtisadi islahatların aparılması ölkə iqtisadiyyatına xarici kapitalın cəlb olunması təcrübəsinin təkmilləşdirilməsini və onun təhlilini, investisiya mühitinin daha da sabitləşdirilməsini tələb edir. Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin artmaqda olan sosial-iqtisadi təlabatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsi, ETT-nin nailiyyətlərinin istehsala tətbiqi və bu kimi yeniliklər investisya qoyuluşlarından asılıdır. Bu baxımdan, cəmiyyətin həyatında investisya qoyuluşlarının əhəmiyyəti və rolu son dərəcə artmış olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi, ümumi milli məhsulun sturukturunda aparıcı sahələrin, xüsusilə strateji sahələrin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Respublikamız bazar iqdisadiyyatının mövcudluğu şəraitində sosial-iqtisadi tərəqqiyə nail olmaq üçün xüsusi inkişaf proqramı və proqnozları işlənib hazırlanmalı və onların həyata keşrilməsi təmin edilməlidir. Belə proqramın əsasını respublikanın mikro və makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və ida­rə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT-nin tətbiqinin sürət­ləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir. Bütün bu amillər ölkəmizin xarici bazara çıxışında mühüm rol oynayır.

Son zamanlar xarici ticarətin tənzimlənməsi istiqamətində dövlətin müvafiq orqanları ikitərəfli və çoxtərəfli sazişlər imzalamış, layihələr həyata keçirmişlər. Belə layihələrin əsasını respublikanın mikro-makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və ida­rə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT-nin tətbiqinin sürət­ləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir.

Azərbaycanın iqtisadiyyatında, mədəni inkişafında, əhalinin sosial-mədəni rifahnın yaxşılaşdırılmasında neft-qaz ehtiyatları başlıca amillərdən biri kimi təzahür edir.

Azərbaycan Respublikasının iqtisadi siyasətinin qabaqcıl istiqamətlərindən ən əsası dövlətin neft strategiyasıdır. Bu uğurlu və Azərbaycanı qabağa apara biləcək strategiyanı xalqımızın ümummilli lideri Heydər Əliyev hazırlamışdır. Dövlət müstəqilliyinin bərpasından sonra qısa vaxt ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, çox çətin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük naliyyətlər əldə olunmuşdur. Ölkəmiz neft və qeyri-neft sektorunda böyük irəliləyişlər əldə etmişdir. Əsasəndə neft sektorunda Azərbaycan dünyada tanınan bir ölkəyə çevirilmişdir. Neft sektorunda belə yüksək irəliləyiş ölkənin xarici ticarətində mühüm rol oynaya biləcək digər sahələrin də inkişafına təkanverici oldu.

Son illərdə neft-qaz ehtiyatlarının artması,onlardan səmərəli istifadə,bu sahədə dövlət tə-rəfindən digər ölkələrlə yeni müqavilələrin imzalanması ölkə iqtisadiyyatının ikişafına və eyni zamanda ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Ölkənin malik olduğu təbii sərvətlərin ən geniş əhatəli hissəsini təşkil edən neft-qaz resursları üzərində qurulan sənaye indi də iqtisadiyyatımızın aparıcı sahəsi olaraq özünü göstərir. Yanacaq-enerji kompleksinin 2/3 hissəsini özündə birləşdirən neft-qaz sənayesi həm də respublikanın sosial-iqtisadi inkişafının əsas sahəsi kimi iqtisadi dirçəlişi stimullaşdırır.

Bu son statistik məlumatlar bir daha göstərir ki, Azərbaycanın neft satışından gəlirləri ildən-ilə artır. Dövlətin Neft Strategiyasının əsas məqsədlərindən biri də əldə edilmiş vəsaitin Azərbaycan xalqının rifahı naminə düzgün və səmərəli istifadəsinin təşkil edilməsidir. Bu məqsədlə Dövlət Neft Fondu tərəfindən əhalinin sosial-mədəni rifahının yaxşılaşdırılmasına və bir sıra layihələrin həyata keçirilməsinə vəsait ayrılmışdır.

Azərbaycan respublikası xarici ticarəti tənzimləmək üçün təkcə gömrük məsələlərinə diqqət ayırmır, o eyni zamanda neft sektorundan gələn gəlirləri qeyri-neft sektoruna, sənaye istehsalına yönəltməklə bu sahələrin də xarici ticarətdə iştirak etməsinə köməklik etməyə çalışır.

Bazar iqtisadiyyatı mülkiyyətin çoxnövlülülyünə əmtəə təsərrüfatının geniş inkişafı, tələb və təklifin dinamikliyi, rəqabətin artması, iqtisadi azadlıq, liberallaşma və bazar infrasturukturunun genişlənməsinə əsaslanır. Buna görə də dövlət iqtisadiyyatı tənzimləyərkən ilk əvvəl bu amillərin tətbiqinə fikir verməlidir. Son 5 ildə ölkəmizdəki dövlət müəssisələrinin özəlləşdirməsi, xarici sahibkarlarla yerli sahibkarların birgə fəaliyyəti, xarici investorların, rezidentlərin ölkəmizdə fəaliyyətinə yaradılmış əlverişli şəraitlər və s. ölkəmizdə sahibkarlığın inkişafına, xarici ticarətin genişlənməsinə səbəb olmuşdur.

Ölkəmizin xarici bazara çıxışı, xüsusən də onun xarici ticarətinin strukturunun təkmilləşdirilməsi, düzgün strategiyanın hazırlanması üçün bazar iqtisadiyyatı şəraitində dövlət iqtisadiyyatın bəzi obyektlərini tənzimləməlidir. Bunlar əsasən aşağıdakılar olmalıdır: iqtisadiyyatın sturukturu, məşğulluq, pul dövriyyəsi, tədiyyə balansı, qiymətlər, elmi-tədqiqat və təcrübə-layihə işləri, rəqabət şəraiti, kadırların hazırlanması.

Nəticə

Ümumiyyətlə Azərbaycanın bugünkü xarici ticarət əlaqələrindəki inkişaf 90-cı illərin əvvəllərinə nisbətən yüksəkdir. 2002-ci ildən 2008-ci ilə qədər olan statistik məlumatları təhlil etsək görərik ki, ixracın tərkibində emal və hasilat sənayesi məhsullarının xüsusi çəkisi müxtəlifdir. Belə ki, 2002-ci ildə ixracda emal sənayesinin məhsulları az idi, hasilat isə çox. Emal sənayesi məhsullarının ixracda xüsusi çəkisi 2002- ci ildən sonrakı illərdə nisbətən yüksək olmuşdur. Bildiyimiz kimi ölkəmiz neft hasil edən ölkə olduğundan ixracda bu məhsullar üstünlük təşkil etməkdədir, idxalda ise en çox sənaye malları.

Ölkəmizdən xarici ölkələrə beynəlxalq standartlara uyğun məhsulların, xüsusən də emal sənayesinin əmtəələrinin ixracı üçün, dövlət elmi-tədqiqat və təcrübə-layihə işlərinə külli miqdarda vəsait ayırır. Bildiyimiz kimi elmi-tədqiqat işlərində özəl bölmələr maraqlı deyil, odur ki, dövlət bu sahəyə vəsait qoymaqla yeni nailiyyətlər əldə etməyə səy göstərir və əldə olunan nəticələrin özəl bölmələrdə tətbiq olunması üçün dövlət bu müəssisələrə müxtəlif güzəştlər etməlidir. Əsasən də vergi, xarici bazara çıxışda və s.

Ölkəmiz xarici ticarətdə olan çatışmamazlıqları aradan qaldırmaq üçün əsaslı struktur siyasəti həyata keçirməklə daxili imkanları artırmalıdır ki, xarici bazara çıxış onun üçün əlverişli olsun. Bu baxımdan bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və resurs qənaəti, yüksək texnalogiyanın tətbiqi və ekoloji cəhətdən təhlükəsiz istehsalın tətbiqi nöqteyi nəzərindən sturuktur siyasətin həyata keçirilməsi vacib sayılır. Azərbaycanın iqtisadiyyatının mövcud sturukturu bir sıra neqativ problemlərlə xarakterizə olunur. Onlara misal kimi, emal sahələrinin istehsalının aşağı düşməsini və istifadə olunan texnologiyanın keyfiyyətinin aşağı olmasını göstərmək olar. Bunların aradan qaldırılması üçün dövlət iqtisadiyyatın sturukturunda dəyişikliklər etməklə istehsalın sabitləşdirilməsi və onun artırılması üçün bir sıra tədbirlər görməlidir. Bu tədbirlər kimi ölkə iqtisadiyyatının maliyyə təminatı və sabitliyinin, xalq təsərrüfatının müxtəlif sahələri arasında dispraporsiyaların aradan qaldırılması və daxili istehsalın inkişafı üçün lazımı iqtisadi mühitin yaradılması, investisiya qoyuluşlarının edilməsini göstərmək olar.



Əlbəttə ki, özəl və dövlət müəssisələrinin bu amillərə əsasən xarici bazara çıxmaq istəməsi üçün dövlətin xüsusi himayədarlığı, yardımları, vergi güzəştləri, subsidiya və subvensiyaların və s. olması şərtdir. Bunlarla yanaşı düzgün gömrük-tarif metodlarının tətbiqi də ölkəmizin xarici bazara çıxışını daha aktiv edə bilər. Həmçinin ixracin artırılması təkcə vacib olan perspektivlərin səmərəli istifadəsi və ya aşkara çıxarılması demək deyildir, eyni zamanda ölkədə fəaliyyət göstərən rezident və qeyri-rezidentlərin fəliyyətini də inkişaf etdirmək lazımdır. Bu müxtəlif üsullarla stimullaşdırma, güzəştli kreditlər, hüquqi müdafiə, uyğun sahələrdə azad fəaliyyət və s. ola bilər. Eyni zamanda bazar münasibətlərinə keçid şəraitində müxtəlif layihələrə real investisiya qoyuluşu çox böyük əhəmiyyətə malikdir, bu ticarətin, istehsalın və nəticədə ixracın artmasına şərait yaradır.

ƏDƏBİYYAT SİYAHISI

  1. Шамседдин Гаджиев. Азербайджан на пути к мировому сообществу: стратегия внешнеэкономического развития. Киев, 2000

  2. Авдокушин Е.Ф. Международные экономические отношения. – Москва: ИКЦ «Маркетинг», 2001.

  3. Zahid Məmmədov “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri”. Bakı-2004.

  4. Əliyev Aydın “Azərbaycanın iqtisadi siyasəti. Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələri”. Dərslik. Qanun, Bakı-2003.

Internet mənbələri

  1. İqtisadi İnkişaf Nazirliyinin internet saytı - www.economy.gov.az

  2. Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı - www.wto.az

  3. www.azerbaijan.az





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə