Referat "Statistika" Turizm və sosial mədəni servisin təşkili, tsmq- 0601 Əliyeva Nərmin Bakı- 2009




Yüklə 214.28 Kb.
səhifə1/3
tarix28.02.2016
ölçüsü214.28 Kb.
  1   2   3
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Turizm İnstitutu

Turizmdə marketing və menecment” kafedrası



Referat

“Statistika”

Turizm və sosial mədəni

servisin təşkili, TSMQ- 0601

Əliyeva Nərmin



Bakı- 2009

M ö v z u l a r:

  1. Statistikanın predmeti və metodları.

  2. Statistika elm kateqoriyaları.

  3. Statistika müşahidəsi.

  4. Satistik məlumatların yekunlaşdırılması və qruplaşdırılması.

  5. Mütləq və nisbi kəmiyyət.

  6. Orta kəmiyyətlər.

  7. Orta kəmiyyətin hesablama üsulları.

  8. Variasiya göstəriciləri.

  9. Seçmə müşahidələri.

  10. Qarşılıqlı əlaqələrin statistik öyrənilməsi

  11. Dinamika sıraları.

  12. İqtisadi indekslər.

  13. Əhali statistikası.

  14. Əmək məhsuldarlığı.

  15. Milli statistika.


1. Statistikanın predmeti və metodları

Statistika elmlər sistemində mühüm yer tutan, özünə məxsus predmeti və tədqiqat metodu olan bir elm sahəsidir. O uzun inkişaf tarixinə malik olan bir elmdir.

Statistika ictimai elmdir. Onun predmetinin əsas xüsusiyyəti, həyatda baş verən kütləvi sosial –iqtisadi hadisələrin kımiyyət tərəfini və onların qanunauyğunluqlarını tədqiq etməkdir. Statistika elminin birinci mühüm xüsusiyyəti ondan ibarətdir ki, ayrı –ayrı faktlardan ibarət olan çox götürülmüş hadisə və pprosesləri tədqiq edir. Statistika tədqiqatının vəzifəsi ümumiləşdirici göstəriciləri almaqdan və təsədüfləri nəzərə almayan ancaq kütləvi hadisələrdə baş verən qanunauyğunluqları konkret məkan və zaman şəraitində tədqiq etməkdir.

Statistika elminin digər xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, hər şeydən əvvəl, sosial –iqtisadi hadisələrin kəmiyyət tərəfləri konkret məkan və zaman şəratində öyrənir. Deməli , statistikanın predmeti sosial iqtisadi hadisələrin həcmini və kəmiyyət nisbətlərini onların əlaqə və inkişaflarının qanunauyğunluğunu öyrənməkdir. Məsələn, statistika ölkəmizdə istehsalın, bölgünün və istehlakın iqtisadi xarakterterizəsini, əhalinin sayını və bölgələr üzrə onların məskunlaşmasını, əhalinin maddi həyat səviyyəsini və .s. öyrənir.

Statistika ictimai hadisələrin kəmiyyət nisbətlərini öyrənir. Məsələn, Azerbaycan Respublikasında 2002 –ci ildə 29602. 0 milyon manat, o cümlədən adambaşına 3676.4 min manat ümumi daxili məhsul istehsal edilmişdir. 2002 –ci ildə respublikada əhalinin hər 1000 nəfərinə 13.8 doğum , 5.8 ölüm , 8.0 təbii artım, 5.2 nigah , 0.7 boşanma düşmüşdür. Kəmiyyət müəyyənliklərinin öyrənilməsi statistikanın predmeti olub obyektiv xüsusiyyətə malikdir. Statistika məlumatlarında onların ifadə olunmasından asılı olmayaraq sosial –iqtisadi hadisələr hər bir zaman müəyyən səviyyəyə malik olurlar. Onlar həmişə məkan və zaman şəraitində dəyişirlər. Belə halda statistika riyaziyyatdan nə ilə fərqlənir?

Mənim fikrimcə statikanın əsas xüsusiyyəti müəyyən keyfiyyətlə kütləvi sosial –iqtisadi hadisələrin kəmiyyət tərəflərini konkret məkan və zaman şəratində öyrənir.

Statistika elminin mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o sosial –iqtisadi hadisələrin quruluşunu xarakterizə edir. Kütləvi sosial -iqtisadi hadisələrin daxili quruluşunu öyrənmək statistika elminin mühüm vəzifəsidir.

Beləliklə, statistika elminin predmetini aşağıdakı kimi müəyyənləşdirmək olar. Statistika ictimai elmlər sistemində mühüm yer tutur, o kəmiyyətcə və keyfiyyətcə müəyyən kütləvi sosial –iqtisadi hadisələrin kəmiyyət tərəflərini öyrənir, onların quruluşunu və bölgüsünü, məkanda yerləşməsini, dinamikada dəyişilməsini, əlaqə və asılıqlarını, ümumi meyllərini, qanunauyğunluğlarını, konkret məkan və zaman şəraitində öyrənir. Sosial –iqtisadi hadisələrin keyfiyyəti armla, kəmiyyəti isə sürətlə dəyişir.

Statistikanın metodolji əsas dərk etmə, sosial fəlsəfə nəzəriyyəsidir. Bu o deməkdir ki, statistika sosial –iqtisadi hadisələri qarşlıqlı əlaqədə, asılılıq da daim dəyişməkdə və inkişafda tədqiq edir.

Kəmiyyət və keyfiyyət, zərurət və təsadüfilik, səbəb, qanunauyğunluq və digər bu kimi kateqoriyaların sosial fəlsəfə tərəfindən elmi işlənilməsi statistika elminin predmeti, metod və vəzifələrini düzgün dərk etməyə imkan verir.



Dialektik metod statistika elminə sosial –iqtisadi hadisələri düzgün öyrənmək üçün metodoloji əsasdır.

Bununla bərabər, statistika bir elm kimi sosial –iqtisadi hadisələrin kəmiyyət tərəflərini keyfiyyət tərəflərindən ayırmadan öyrənmək üçün özünə məxsus spesifik üsul və metodlara malikdir. Predmetini öyrənmək üçün, istifadə etdiyi spesifik üsul və metodlara statistika elminin metodlogiyasını təşkil edir.

Sosial –iqtisadi hadisələrin kəmiyyət tərəflərinin statistik tədqiqi aşağıdakı ardıcıl üç mərhələdən ibarətdir:


  1. Statistika müşahidəsi,

  2. Müşahidə materiallarının qruplaşdırılması və yekunlaşdırılması,

  3. Yekunlaşdırılmış materialların təhlilidir.

Statistika tədqiqatının bu mərhələlərinin hər biri bir –birindən öz məzmununa, onların həyata keçirilməsi vaxtına görə tamamilə fərqlənirlər.

Statistika tədqiqatının birinci, ilk mərhələsi statistika müşahidə metodu əsasında öyrənilən sosial –iqtisadi hadisələr haqqında lazım olan məlumat toplanılır.

Statistika materiallarının təhlili mərhələsində tədqiqatın nəticəsini əyani şəkildə vermək üçün qrafik metodundan geniş istifadə olunur.

Beləliklə, statistika elminin metodologiyasının spesifik metodları sırasına daxildir; kütləvi statistika müşahidəsi; statistika materiallarının qruplaşdırması və yekunlaşdırması; statistika materialların cədvəl və qrafiklərdə təsviri; ümümləşdirci göstəricilərin hesablanması və balans metodu.

Statistikanın spesifik metodları statiska elminin metodologiyası adlanır.

2. Statistika elm kateqoriyaları.

Qədim inkişaf tarixinə malik olan statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmləri əsasında ciddi dəyişikliklərə uğramişdır. Statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmlərinin kateqoriya, qanun və müddəalarına istinad edərək özünə məxsus olan anlayış və kateqoriyaları inkişaf etdirmişdir.

Belə ki, fəlsə və itisadi nəzəriyyə elmləri öz qanun prinsip və kateqoryalarını əsaslandırmaq üçün statistika məlumatlarından, statistika metodlarından geniş surətdə istifadə edirlər. Qeyd etmək lazımdır ki, xüsusilə statistika ilə iqtisadi nəzriyyə və digər iqtisad elmləri arasında çox sıx əlaqə vardır. Onlar bir –birlərindən istifadə etmədən qənaətbəxş nəticələr əldə edə bilməzlər.

Qeyd etmək lazımdır ki, hər bir elmin, o cümlədən statistika elmin nəzəri əsasını həmin elmə məxsus olan əsas prinsiplərin məcmuyunda olan anlayış və kateqoriyalar təşkil edir. Statistika elmin mühüm anlayış və kateqoriyalara əlamət, statistika məcmuyu, məcmu vahidi, əlamətin variasiya qanunauyğunluq və s daxildir.

Statistika elminin mühüm anlayış və kateqoriyalarında biri müşahidə edilən və ya ölçülən vahidlərin xarakterik xüsusiyyətini, xassəsini müəyyənləşdirən əlamətdir. Məsələn, kəndli təsrrüfatlarının əlaməti, sayı, onlardan ailə üzvlərinin sayı, onların ümumi torpaq sahəsi, onlardan əkin yeri, kəndli təsərüfatkarının ümmumi məhsulu və s ola bilər. əhali üzrə əhalinin cins, yaş, müllkiyyət tərkibi, təhsil səviyyəsi, doğum, ölüm, təbii artım, kəbin və. əlamət adlanır.

Əlamətlər atributiv və kəmiyyət əlamətlərinə bölünür. Mühüm xüsusiyyətlərinə, xassələrinə görə bir –birindən fərqlənən əlamətlər atributiv əlamət adlanır. Keyfiyyət əlamətinə misal, əhalnin ictimai qruplara, milli tərkibinə görə bölünməsini, əməyinə xarakterinə görə fərqlənən bölgüsünü və s göstərmək olar. Keyfiyyət əlamətləri atributiv Əlamətlər də adlanır. Qarşı –qarşıya duran keyfiyyət əlamətlərinin birinin qəbul edilməsi alternativ əlamət adlanır. Alternativ əlamətə əhalinin savadlı –savadsız evli –evsiz olması, olması və s misal ola bilər. Alternativ əlamətlər bilavasitə kəmiyyətlə ifadə oluna bilirlər. Ayrı –ayrı qiymətlərikəmiyyətcə bir –birindən fərqlənən əlamətlərə kəmiyyət əlamətləri deyilir. Buradan aydın olur ki, kəmiyyət əlamətləri rəqəmlə ifadə olunur.

Əlamətlər mühüm və qeyri –mühüm əlamətlərə ayrılır. Sosial –iqtisadi hadisələri bilavasitə xarakterizə edən, onların mahiyyətini, əsas məzmunu göstərən əlamətlərə mühüm əlamətlər deyilir.

Statistika elmin mühüm anlayış və kateqoriyalarından biri statistika məcmuyudur. Hər hansı bir əlamət üzrə eyni keyfiyyətli sosial –iqtisadi hadisələr çoxluğu, çoxluq kütləsi statistika məcmuyu adlanır. Statistika məcmuyunun mövcudluğu həm məkan, həm də zamanda sərhələnməlidir.

Statistika elminin mühüm kateqoriyası statistika qanunauyğudur. Statistika qanunauyğuluğu kütləvi, çox götürülmüş məlumatlar əsasında müəyyən edilə bilər.

Statistika qanunauyğunluğu məkan və zamanda kütləvi hadisə və proseslərin kəmiyyətcə dəyişilməsi deməkdir. Statistika qanunauyğunluğu ayrı –ayrı məcmu vahidlərinə xas deyildir.



3. Statistika müşahidəsi.

Ilkin statistiak məlumatının toplanılması statistika tədqiqatının əsasını təşkil edir. Statistika informasiyası ilkin statistika meterialı olub, statistika müşahidəsi əsasında formalaşır.

Statistika müşahidəsi –statistika tədqiqatının ilk mərhələsidir.

Həyatda baş verən kütləvi hadisə və prosseslər haqqında ilkin məlumatın toplanması üzrə elmi əsasında təşkil edilmiş və aparılmış işə statistika müşhahidəsi deyilir. Deməli, statistika müşahidəsi kütləvi məlumat əldə edilmsində ilk mərhələ olub, sosial –iqtisadi hadisələrin tədqiqində çox mühüm yer tutur.

Statistika müşahidəsinə misal olaraq əhalnin siyahiya alınmısını, son zamanlarda çox tez –tez istifadə edilən sosialoji tədqiqatları, əsas fondların yenidən qiymətləndirməsini aparmaq üçün onların inventarizasıyası, bazarlarda məhsulların satılması qiymətlərin uçota alınmasını və s. göstərmək olar.

Statistika müşahidəsi dövlət statistika orqanları, elmi –tədqiqat instutları, birjaların, firmaların xidmətləri tərəfindən aparıla bilər.

Statistika müşahidəsinin aparılması aşağıdakı mərhələləri əhatə edir: müşahidəyə hazırlıq, məlumatın kütləvi toplanılmasının həyata keçirilməsi, məlumatın işlənməsi üçün hazırlıq, statistika müşahidəsinin təkmilləşdirilməsi üzrə təkliflərin işlənilməsidir.

Bazar iqtisadiyyatı şəraitində statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilatı formalarından istifadə edilir :1)hesabat, 2)xüsusi təşkil edilmiş statistika müşahidəsi 3) registr.

Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. Hesabat, statistika müşahidəsinin elə təşkili formasıdır ki, burada müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında statistika orqanlarma verilən məlumatın etibarlılığına, tam olmasına cavabdeh şəxslərin imzası ilə təsdiq edilimiş xususi formada, müəyyən sənədlərə müvafiq göstəricilər üzrə müəyyən dövrdə məlumat təqdim edirlər. Deməli, hesabat rəsmi sənəd olub, müəssisə, idarə, təşkilatlar və s işləri haqqında statistika məlumatlarını əhatə edir.

Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisaslaşdırılmış hesabatlara ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir. İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyyatın ayrı –ayrı sahələrinin xüsusiyyətindən aslı olaraq dəyişir.

Hesabatlar verilmə müddətindən aslı olaraq cari və illik hesabatlara ayrılır. Cari hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatda verilir. Müəssisə, idarə və təşkilatalar öz fəaliyyətləri haqqında çox ətraflı məlumatı illik hesabatda verirlər.

Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statistika müşahidəsi formasından daha çox istifadə edilir. Ölkənin sosial –iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistika müşahidələri əsasında əldə edilir. Xüsusi təşkil edilmiş statistika müşahidəsinə misal əhalinin sıyahıya alınmasını göstərmək olar. Əhalinin siyahıya alınması xüsusi təşkil edilmiş statistika müşahidəsində ən böyük statistika işi hesab olunur.

Statistika müşahidəsinin təşkili formalarından biri də registrdir. Bu müşahidə formasında qeydə alınmış və əvvəli olan uzunmüddətli proseslərin fasiləsiz statistika müşahidəsir. Registr müşahidə formasında müşahidə vahidinin vəziyyətini daima izləyən bir sistem olub, öyrənilən göstəricilərə müxtəlif amillərin təsirini qiymətləndirir.

Statistikanın təcrübəsində əhalinin və müəssisələrin registrləri fərqlənirilir. Əhalinin registrindən ölkənin adbaad və müntəzəm yeniləşdirilən siyahısı verilir.

Müəssisələrin registri iqtisadi fəaliyyətin bütün növlərini özündə əhatə edir və müəyyən dövr ərzində yaxud vaxt anında müşahidə obyektinin hər bir vahidi üzrə əsas əlamətlərin qiymətləri ifadə olunur. Müəssisələrin registrində müəssisənin təşkil olunduğu vaxt, onun adı və ünvanı, telefonu, təşkilati –hüquqi forması haqqında, quruluşu, iqtisadi fəaliyyət növü, məşğül olanların sayı və s haqqında məlumat verilir.


  1. Statistik məlumatların yekunlaşdırılması və qruplaşdırılması .

Statistika tədqiqatının çox mühüm mərhələsi olan statistika materiallarının qruplaşdırılması və yekunlaşdırmasında kütləvi müşahidə nəticəsində toplanılan ilk məlumatlar sistemə salınır. Statistika müşahidəsi nəticəsində əlamətin ayrı –ayrı vahidlərini xarakterizə edən hadisə və prosesləri dərk etmək üçün lazım olan məlumatı dərk etmək və sosial –iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyən etmək üçün həmin məlumatı yekunlaşdırmaq, sistemləşdirmək və nəzəri cəhətdən ümumiləşdirmək lazımdır.

Beləliklə, geniş mənada desək ictimai hadisələrin tipik xüsusiyyətlərini və qanunauyğunluqlarını aşkar etmək üçün ilk statistika materiallarının sistemlədirilməsi və işləməsi statistika materiallarının yekunlaşdırlması adlanır. Yekunlaşdırmanın tərkib elementləri statistika materiallarının müvafiq əlamətlər üzrə qruplara ayrılmasından, statistika məcmuyunun bütövlükdə və onun ayrı –ayrı qruplarını xarakterizə edən göstəricilər sisteminin işlənilməsindən, qrup və ümumi yekunların hesablanmasından yekunlaşdırmanın nəticəsinin statistika sıralarında, statistika cədvəllərində və qrafiklərdə təsvirindən ibarətdir.

Statistika materiallarının yekunlaşdırılması statistika tədqiqatının ikinci mərhələsidir. Göründüyü kimi, staistika tədqiqatının kinci mrəhələsi sosial –iqtisadi hadisələr haqqında ətraflı nəticə çixarmaq üçün mühüm əhəmiyyətə malikdir.

Statistika materiallarının yekunlaşdırılması, statistika tədiqiqatının vəzifələrinə müvafiq olaraq , əvvəlcədən tərtib edilmiş proqram əsasında aparılır. Əvvəlcədən tərtib edilmiş proqram əsasında aparılır. Yekunlaşdırmanın proqramı iqtisadiyyatı idarə edən orqanların tələblərinin ödənməsini təmin edə biləcək tərzdə tərtib edilməlidir. Yekunlaşdırmanın proqramı tərtib edilərkən mərkəzi icra orqanları ilə bərabər, ayrı –ayrı nazirliklərin, idarələrin və yerli orqanların ehtiyacları da nəzərə alınmalıdır.

Qruplaşdırma haqqında. Statistika materiallarının yekunlaşdırılmasında qruplaşdırma mühüm yer tutur. Statistika məlumatının sadəcə yekunlaşdırlıması ilə kifayətlənmək olmaz.

Sosial –iqtisadi hadisə vahidlərinin mühüm əlamətlər üzrə yekcins qruplara ayrılmasına statistikada qruplaşdırma deyilir.

Qruplaşdırma kütləvi statistika məlumatının işlənilməsinin və təhlilinin elmi əsasını təşkil edir. Məlumdur ki, sosial –iqtisadi hadisələr əsasən, keyfiyyətcə müxtəlif olan bir çox vahidlərdən ibarətdir. Həmin vahidləri müəyyən əlamətlər üzrə yekcins qruplara ayırmadan sosial –iqtisadi hadisələri dərk etmək şətindir, bəzi halda isə mümkün deyildir.

Statistika qruplaşdırmasının növləri qruplaşdırma vasitəsi ilə çox vəzifələr həyata keçrilir. Qruplaşdırmanın vəzifələrinə uyğun olaraq onu aşağıdakı üç növə ayırmaq olar:


  1. Tipik qruplaşdırma;

  2. Quruluş qruplaşdırma;

  3. Analitik qruplaşdırma;

Statistika məcmunun yekcins hissələrə və ya ictimai –iqtisadi tiplərə ayrılmasına tipik qruplaşdırma deyilir.

Qeyd etmək lazımdır ki, tipik qruplaşdırmanı da quruluş qruplaşdırması adlandırmaq olar. Hər hansı bir dəyişən əlamət üzrə statistika məmuyunun tərkibini, quruluşunu xarakterizə edən qruplaşdırmaya qurluş qruplaşdrma deyilir.

Sosial –iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları müəyyənləşdirmək məqsədilə aparılan qruplaşdırmaya analıtik qruplaşdırma deyilir.

Qarşılıqlı əlaqədə olan əlamətlər amil və nəticə əlamətlərinə ayrılırlar. Əlamətin dəyişilməsinə səbəb olan əlamətlərə amil əlamətləri, amil əlamətlərinin təsiri nəticəsində dəyişən əlamətə isə nəticə əlaməti deyilir.



5. Mütləq və nisbi kəmiyyət

Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial –iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. Mütləq kəmiyyətlər sosial –iqtisadi hadisələrin həcmini konkret məkan və zamanda xarakterizə edir.

Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərə ayrılır. Fərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Ayrı –ayrı kəndli təsərrüfatlarında taxılın kartofun, pambığın və s kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ayrı –ayrı sənaye müəssisələrində işləyənlərin sayı, əsas istehsal fondlarının dəyəri, ümumi məhsulun həcmi, mənfəətin həcmi və s. fərdi mütləq kəmiyyətlərdir.

Fərdi mütləq kəmiyyətlər yekun mütləq kəmiyyətlərin alınmasında da mühüm rol oynayır. Yekun mütləq kəmiyyətlər öyrənilən statistika məcmusunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı –ayrı qruplarının həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir. Məsələn, əhalinin siyahıya alınması məlumatları əsasında müvafiq əlamətlər üzrə yekunlaşdırma aparıldıqda ayrı –ayrı rayonlar, regionlar, şəhərlər və ölkə üzrə əhalinin ümumi sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı və sair əlamətlər üzrə yekun mütləq kəmiyyətlər alına bilər.



Mütləq kəmiyyətlərin ölçü vahidləri. Mütləq kəmiyyətlər həmişə adlı kəmiyyətlər olurlar. Sosial –iqtisadi hadisələrin mahiyyətindən asılı olaraq onlar müvafiq ölçü vahidlərində ifadə olunurlar. Mütləq kəmiyyətlər onların mahiyyətinə təbii xüsusiyyətlərinə uyğun olaraq natural, dəyər və əmək ölçü vahidlərində istifadə olunurlar.

Sosial –iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü vahidlərinə natural ölçü vahidləri deyilir.

Uçot və statistika işlərinin beynəlxalq təcrübəsində natural ölçü vahidləri kimi ton, kiloqram, kvadrat metr, kub metr, mil,kilometr, litr, ədəd və sair ölçü vahidlərindən istifadə edilir. Natural ölçü vahidləri sosial –iqtisadi hadisələrin fiziki xüsusiyyətlərini ifadə edir.

Bəzən sosial –iqtisadi hadisələrin mütləq kəmiyyətləri haqqında bir ölçü vahidi aydın təsəvvür əldə etməyə imkan vermir. Belə halda sosial –iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun iki ölçü vahidindən istifadə edilir. Məslən, elektrik generatoru və elektrik motorları istehsal edən müssisələrin işlərini xarakterizə etmək üçün onlar iki ölçü vahidində-ədəd və güç ölçü vahidlərində ifadə olunurlar.

Bazar iqtisadiyyatı şəraitində ən geniş yayılmış ölçü vahidlərindən biri dəyər ölçü vahididir. Müxtəlif istehlak dəyərinə malik olan hadisələrin ümumi həcmi dəyər ölçü vahidində ifadə etmək mümkündür.

Mütləq kəmiyyətlərin ifadə olunmasında istifadə edilən ölçü vahidlərindən biri də əmək ölçü vahidləridir. əmək ölçü vahidləri müəssisələrdə ümumi əmək məsrəfini uçota almağa, həmçinin ayrı –ayrı məhsulların əmək tutumunu müəyyən etməyə imkan verir. Əmək ölçü vahidlərinə adam –saat, adam –gün və s daxildir.

Nisbi kəmiyyətlər. Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox hallarda mütləq kəmiyyətlər öyrənilən sosial –iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini giymətləndirməyə imkan vermir.

Nisbi kəmiyyət sosial –iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. Iki mütləq kəmiyyət müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. Nisbi kəmiyyətlər eyni zamanda iki nisbi kəmiyyətin və iki orta kəmiyyətin bir –birilə müqayisəsi nəticəsində də alınır.

Nisbi göstəriciləri hesablayarkən kəsrin surətində olan mütləq kəmiyyət cari və ya müqayisə edilən kəmiyyət isə müqayisə üçün əsas götürülən kəmiyyət adlanır.

Öyrənilən hadisənin xüsusiyyətindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə oluna bilər. Nisbi kəmiyyətlər əmsal faiz, promillə və prodesimille formalarında ifadə oluna bilərlər.

Hadisənin yayılma dərəcəsini xarakterizə edən göstərici intensivlik nisbi kəmiyyətlər adlanır. Intensivlik nisbi kəmiyyətlərin müqayisəsi nəticəsində alınır. Intensivlik nisbi kəmiyyətə misal əhalinin hər 1000 nəfərinə düşən doğum, ölüm, təbii artım əmsallarını, əhalinin sıxlıq göstəricisini, isə qəbuk və işdən çıxma əmsalların və s göstərmək olar.

Intensivlik nisbi kəmiyyəti əmsal, faiz, promile, prodesmille ilə ifadə oluna bilər.

Məsələn, promille ilə ifadə olunan doğum əmsalını hesablamaq üçün il ərzində doğulanların sayını 1000 -ə vurub əhalinin orta illik sayına bölmək lazımdır.

Nisbi kəmiyyətlərin çox geniş yayılmış və tarixən ən qədim növlərindən biri müqayisə nisbi kəmiyyətdir. Müxtəlif obyektlərə aid olan eyni növ göstəricinin müqayisəsi nəticəsində alınan göstəricilərin müqayisəsi nəticəsində alınan göstəriciyə müqayisə nisbi kəmiyyəti deyilir. Müqayisə nisbi kəmiyyətləri, bir qayda olaraq əmsal və faiz şəkilində ifadə olunur.



6. Orta kəmiyyətlər.

Statistikada ən çox istifadə edilən göstəricilərdən biri orta kəmiyyətdir. Orta kəmiyyət metodu, qruplaşdırma metodu kimi sosial –iqtisadi hadisələrin ümumiləşdirici xarakterizəsini verən statistika metodologiyasının çox mühüm spesifik metodudur.

Orta kəmiyyət –kütləvi sosial –iqtisadi hadisələrin kəmiyyət və keyfiyyət tərəflərinin ümumiləşdirci xarakteristikalarını əhatə etməyə imkan verən göstəricidir.

Statistika təcrübəsində orta kəmiyyətdən hər hansı statistika məcmuyunun ümümləşdirici xarakteristerizəsini verməkdə, məsələn, işləyənlərin orta əmək ödənişinin, dənli bitkilərin orta məhsuldarlığının xarakterizəsində, imtahan sessiyalarında tələbələrin orta mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsində və s çox tez –tez istifadə edilir.

Bazar iqtisadiyyatı şəraitində orta kəmiyyətin rolu daha da artır. Belə ki, burada da orta kəmiyyət ayrı–ayrı fərdləri və təsadüfləri ümumiləşdirməyə və iqtisadi inkişaf qanunauyğunluğunun meylini aşkar etməyə imkan verir.Orta kəmiyyət o vaxt obyektiv ola bilər ki,o,keyfiyyətcə yekcins statistika məcmuyu üçün kütləvi məlumat əsasında hesablansın.Yalnız yekcins kütləvi statistika məlumatı sosial-iqtisadi hadisələrin tipik səviyyəsini xarakterizə etmək imkanına malikdir.

Konkret məkan və zaman şəraitində sosial-iqtisadi hadisələrin dəyişən əlamətlərinin tipik səviyyələrini səciyyələndirən göstərici statistika orta kəmiyyət adlanır.

Orta kəmiyyət nəzəriyyəsinin işlənilməsində və inkişafinda İ.Zyusmilxin, A.Ketlenin, A.Boulinin, A.Boyarskinin, T.Ryabuşkinin, İ.Pasxaverin və.s alimlərin çox böyük xidmətləri olmuşdur.

Orta kəmiyyət bütün statistika məcmuyunun ümumiləşdirici xarakterizəsi olub,bu məcmuyun bütün vahidlərilə əlaqə olan müəyyən kəmiyyətə istiqamətlənməlidir. Bu kəmiyyəti funksiya şəklində aşağıdakı kimi göstərmək olar:

F(......................., ,

Əksər hallarda bu kəmiyyət real iqtisadi kateqoriyanı əks etdirdiyinə görə onu müəyyənedici göstərici adlandırırlar.

Yuxarıda göstərilmiş funksiyanın bütün kəmiyyətlərini x1, x2 ......xn –olanların orta kəmiyyətləri olan x –lə əvəz etsək, onda bu funksiyaların qiyməti əvvəlki kimi qalacaqdır:

F (  ..... , ) =f( .....)

Deməli, orta kəmiyyəti hesablanılan əlamətin qiymətlərinin ümumi həcminin məcmudakı vahidlərin sayına nisbəti əsasında orta kəmiyyət müəyyən edilir.

Hər bir orta kəmiyyət öyrənilən məcmuyu hər hansı bir əlamət üzrə xaraktrizə edir. Bir sıra mühüm əlamətlər üzrə öyrənilən məcmu haqqında tam və ətraflı təsəvvür əldə etmək üçün hadisəni müxtəlif tərəflərdən təsvir edən orta kəmiyyət sisteminə malik olmaq lazımdır.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə