Referat orta əsrləRİn avropa fəLSƏFƏSİ




Yüklə 38.28 Kb.
tarix24.04.2016
ölçüsü38.28 Kb.


AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT

VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ

BEYNƏLXALQ MÜNASİBƏTLƏR

II KURS(2010/2011)

MƏMMƏDOV AĞAMİRZƏ

REFERAT

ORTA ƏSRLƏRİN AVROPA FƏLSƏFƏSİ

ORTA ƏSRLƏRİN AVROPA FƏLSƏFƏSİ.

Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta ğsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdör. Fəlsəfənin inkişafı udaizm, xristianlıq və islam dini ilə bilavasitə bağlıdır. Qədim dövrlərin fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında təbiət deyil, ilkin əsas və səbəb olan Allah durur. Avropada fəlsəfi fikir isə xristianlıq vəhyi və antik fəlsəfənin idealist ənənələri arasında inkişaf etmişdir. Xristian dini ehkamları sistemində kreasionizm (yaradan, quran, xəlq edən) dünyagörüşü mühüm yer tutur. Həmin prinsipə əsasən Allah dünyanı heç nədən öz ali qüdrətinə görə yaratmışdır. Bibliya mətnlərində və onun şəhərlərində də Allah öz dilindən insana bildirir ki, varlıq mənəm.

Bütün filosoflarda hər bir şeyin dərk edilməsi dörd suala müncər edilir:

1) varlıq mövcuddurmu?

2) O, nədən ibarətdir?

3) O, necədir?

4) Niyə və ya nə üçün mövcuddur?

Orta əsrlərdə fəlsəfənin ən mühüm və xarakterik cəhətləri nominalizm və relizminrealizmin polemik mübarizəsində öz əksini tapmışdır.

Yunan fəlsəfəsindən danışarkən biz qeyd etmişdik ki,həmin fəlsəfə antik cəmiyyətə xas olan demokratiya zəminində yaranmışdır.Orta əsrlər fəlsəfəsi isə feodalizm dövrünün(V-X əsrlər) məhsulu olmuşdur.Orta əsrlər öz tarixini Qərbi Roma imperiyasının süqutundan (476-cı il)başladığı halda ,bu dövrün fəlsəfi təlimi I-IV əsrdən formalaşmışdı.Bu, özünü stoiklərin ,epikurçuların və neoplatonçuların etik konsepsiyalarında göstərirdi.Əlbəttə bu dövrün fəlsəfəsində antik fəlsəfənin görkəmli nümayəndələri olan Sokrat,Platon,Aristotel kimi parlaq simalar olmamışdır.

Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika(sxolastika-latınca scholasticus sözündən olub,alim deməkdir,rasional əsaslandırılmanın birləşməsi ilə ifadə olunan dini fəlsəfə tipini göstərir.)adlandırırlar.Orta əsrlər fəlsəfəsinin əsas cəhətlərini ifadə edən və öz mahiyyətinə görə teosentrik olan sxolastika həmin dövrdə filosofluq etmənin əsas üsulu kimi çıxış etmişdir.Bu fəlsəfə üçün bütün varlığı müəyyən edən reallıq təbiət deyil ,allah olmuşdur.Orta əsrlər sxolastikasının ikinci vacib əlaməti “Məktəblərin” təsiri ilə müəyyənləşmişdir.Burada,avtoritetə tabeçilik və ona sədaqət mühüm yer tutmuşdur.”Məktəbə” mənsub olmaq ,onun ideologiyasına riayət etmək əsas şərt idi.Lakin zaman keçdikcə bu fəlsəfənin digər bir cəhəti –köhnə,vaxtını keçirmiş formullara meyllə ifadə olunan formalizm də meydana çıxmışdır.Buradan isə orta əsrlər fəlsəfəsinin daha bir cəhəti –onun şəxssizliyi xarakteri üzə çıxmışdır.Bu halda təfəkkür üsulunda abstrakt-ümumi qarşısında şəxsi geri çəkilir.Orta əsrlər fəlsəfəsində məktəb hakimdir və burada mücərrəd mühakimə əsas yeri tutur.Orta əsrlər sxolastikasında teoloji dünya anlamından meydana çıxan iki vacib prinsip də mövcud olmuşdur.Bunlar ontologiyanın başlıca prinsipi olan kreatsionizm(yaxud yaranma) və qnoseologiyanın başlıca prinsipi olan vəhy prinsipləri idi.Hər iki prinsip bir-biri ilə sıx əlaqədə olub vahid,şəxsi allaın mövcudluğunu irəli sürürdü.Daha dəqiq desək ,əgər yunan fəlsəfəsi politeizmlə(çoxallahlıqla) əlaqədar idisə,orta əsrlər fəlsəfəsi də monoteizmlə(təkallahlıqla) bağlı idi.Ona görə də müxtəlif təlimlərdən ibarət olmasına baxmayaraq ,yunan fəlsəfəsi bütövlükdə naturalist xarakter(hər şeyi , o cümlədən insanı da əhatə edən bütöv olan-təbiətdir) daşımışdır.Orta əsr fəlsəfəsinə isə dini xarakter (hər şey-allahdır)xas olmuşdur.

Orta əsrlərin Avropa fəlsəfəsi ,hər şeydən əvvəl , iki böyük şəxsiyyətin –Avqustin və Akvinalı Fomanın adı ilə bağlıdır.İlkin xristianlıq fəlsəfəsi tam şəkildə Avqustinin təliminə əsaslanmışdır.Əslində ,sonrakı dövrün sxolasikası da Avqustin ənənələrinə sadiq qalmışdır.Akvinalı Foma isə Avqustinin təlimini Aristotel təlimi ilə sintezləşdirmişdir.

Avqustin (354-430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriyyəçisi ,teoloq və filosof olmuşdur.Onun fəlsəfi ideyaları “Həqiqi din haqqında” , “Azad iradə haqqında” , “Tövbə” , “Allah şəhəri haqqında” əsərlərində öz əksini tapmışdır.”Allah şəhəri haqqında” əsəri daha mühüm yer tutur.Orada filosof insan birliyinin bir-birinə əks olan iki növünü təhlil etmişdir.Bunlardan birincisi, “dünyəvi şəhər” , daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına aparıb çıxaran dövlətçilikdir,ikincisi isə “Allah şəhəri”dir ki,burada Allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir.Qeyd etmək lazımdır ki,Avqustinin “Allah haqqında təlimi” sxolastikaya həlledici təsir göstərmişdir.Allah ali varlıqdır,dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir.Allah zərurətə görə deyil ,öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır.

“Allah şəhəri haqqında” əsərində Avqustin yazırdı ki,dünya zamanda deyil ,zamanla birlikdə yaradılmışdır.Beləliklə,fəal yaradıcı başlanğıc təbiətdən,kosmosdan alınaraq allaha verilirdi.Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan fəlsəfəsində tutduğu mövqeyini itirmişdir.Avqustin təlimində dünya haqqında təlim ikinci reallıq haqqında təlim kimi verilmişdir.Onun təlimində antik dualizm (əql və materiya) rədd edilir , əvəzində monizm əsas mövqeyə çıxır.Monizm prinsipinə görə ,yalnız mütləq başlanğıc –allah yaratdığı dünya iki reallıqdır.Onlar mütləq şəkildə ontoloji olaraq bir-birindən ayrılırlar.Allah həqiqi varlıqdır, o əbədidir,dəyişməzdir,heç nədən asılı deyildir,hər şeyin mənbəyidir(əslində antik filosofların varlığa aid etdikləri atributları orata əsr fəlsəfəsində Allaha aid edilirdi).Avqustin fəlsəfəsində tale,qismət təlimi mühüm yer tutur.Həmin təlimdə göstərilirdi ki,subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq,o nə iş görürsə ,allah onun vasitəsilə edir.Özünün qərarı ilə allah bəzi adamları xilas edir,digərlərini cəhənnəm əzabında cəzalandırır.Xristian tale ,qismət təliminin mahiyyəti belədir.İlahi tale qismət prinsipi iki bir-birinə zidd şahlıqların mənbəyidir.Bu iki şahlıq axirət dünyası və real dünyadır.Real dünya müharibələrlə ,zorakılıq üzərində qurulmuşdur.İlahi dünya isə kilsənin köməyi ilə formalaşır.

Avqustin özünün ilahiyyətə dair əsərlərində dəfələrlə kilsə analyışına müraciət etmişdir.Çünki həmin analyış Avqustinin dünyagörüşündə həlledici yer tuturdu.Sonralar sxolastiklər ,xüsusilə Akvinalı Foma üçün həmin analyışlar fundamental mahiyyətə malik olmuşdur.Avqustin özünün fəlsəfə təlimini teologiya haqqında təlim kimi təqdim etmişdir.O,teologiyanı təbii elm hesab edirdi.Avqustinin fikrincə ,Allah müdriklik simvoludur.Ona görə də müdrikliyi sevən filisoflar Allahı da sevməlidirlər.

Avqustinin adı ilə başqa bir mühüm ənənə də bağlıdır.O,insan ruhunun psixologiyasına diqqətli olmuşdur.Onun üçün insan ruhunun incəlikləri Allah tərəfindən yaradılan başqa şeylər kimi sirli bir aləmdir.Bu incəliklər ruhun xilası üçün ,onun günahlarından təmizlənməsi üçün olduqca vacibdir.Bu səbəbdən tövbə böyük əhəmiyyət kəsb edir.Fəlsəfədə tövbə anlayışının başlanğıcına görə Avropa mədəniyyəti Avqustinə minnətdar olmalıdır.Jan Jak Russonun “Tövbə”si, L.Tolstoyun “Tövbə”si Avqustinin “Tövbə”sindən bəhrələnmişdir.

Orta əsrlərdə sxolastikanın məşğul olduğu əsas mövzu biliyin etiqada münasibəti məsələsi olmuşdur.Bu problem etiqadın əql üzərindəki prioriteti problemi idi.Fəlsəfi mübahisələrdə bu problem “universalilər” ,yaxud da ümumi anlayışların təbiəti haqqında məsələ kimi formalaşmışdı.Nəticədə iki nöqteyi-nəzər ,iki baxış yaranmışdı:

1)insanın fikri və nitqindən asılı olmayaraq “universalilərin” real varlığının təsdiqi:

2)əks təsdiq-insandan asılı olmayan “universalilərin” mövcudluğu reallığının inkarı.

Birinci nöqteyi-nəzər realizm adlanırdı.İkincisi isə nominalizm idi ki,insan fikrindən asılı olmayan ümumi anlayışların mövcudluğunu inkar edirdi.Bunun əvəzində isə o,ayrı-ayrı şeylərin “adlarının” mövcudluğunu təsdiq edirdi(nominalizm-latınca ad sözündədir).

Göründüyü kimi,orta əsrlərdə yaranan realizm platonizmə yaxın idi.Çünki həmin baxışa görə,ümumi anlayışlar üç halda öz mövcudluğunu göstərir:1.”Maddi cismə qədər”.daha dəqiq desək ,ilahi zəkada mövcudolma;2.”Maddi cismin özündə”.onun mahiyyəti və forması kimi mövcudolma;3.”Maddi cisimdən sonra”, insan idrakında abstraksiya nəticəsində mövcudolma.İfrat realistlərin fikrincə ,universalilər (ümumi anlayışlar) şeylərdən ,maddi cisimlərdən asılı olmayaraq müstəqildir, onlardan əvvəl mövcuddur.

Nominalistlər isə realistlərin bu fikrinin əksinə olaraq universalilərin müstəqil ,obyektiv mövcudluğunu inkar edir, ümumi anlayışların ancaq insan idrakında , təfəkkürdə mövcudluğunu qəbul edirdilər.Bəzi nominalistlərə görə ,ancaq təkcələr real mövcuddur,ümumilər isə illüziyadır,universalilər ancaq maddi cisimlərə,şeylərə verilmiş adlardır,onlar maddə cisimlərsiz mövcud ola bilməzlər.Nominalizm iddia edirdi ki,ancaq fərdi olanlar ,konkret maddi cisimlər real mövcuddur,məhz onlar ancaq təfəkkür predmeti kimi örənilə bilər.

XII əsrdə Qərb sxolastikasının ən böyük nümayəndələrindən biri Pyer Abelyar (1079-1142) olmuşdur.Universalilər haqqında olan mübahisədə o,həm ifrat nominalistlər ,həm də ifrat realistlərin əleyhinə çıxış etmişdir.Abelyara görə ,yalnız təkcə şeylər (“substansiyalar”) mövcud ola bilər, onlar öz aralarında bir-birinin eynidir.Universalilər də həmin eyniliyə əsaslanmışdır.O nominalizmə bu cür haqq qazandırırdı.Lakin onun fikrincə ,ümumi anlayışların ,yaxud ideyaların reallığı da (allahın zəkasında ) qəbul edilməlidir.Onlar Allahın yaratdığı şeylərin nümunələridir.Abelyar əqlə haqq qazandırır , sxolastika mötədil realizmin inkişafına şərait yaradır.Bu isə sxolastikanın mütəcə hissəsində güclü narazılığa səbəb olurdu.Abelyar öz məktəbini (Parisdə) təsis edərək orada uğurlu fəaliyyət göstərmişdir.Avropanın müxtəlif yerlərindən onun şagirdləri yanına axışırdı.

Əsərlərinin işərisində yazdığı “Mənim müsibətlərimin tarixi” (1192-1196) adlı avtobioqrafik əsəri mühüm əhəmiyyət kəsb edir.Burada dövrün maraqlı dünyagörüşü və fəlsəfi xarakteristikası mühüm yer tutur.O,belə hesab edirdi ki, filosof üçün başlıca cəhət nə avtoritetə,nə də adamların rəyinə qulaq asmaq deyil
,əqlin prinsiplərinə riayət etməkdir.

Orta əsrlərin Qərb sxolastikasında ən görkəmli yerlərdən birini Akvinalı Foma(1225-1274) tutur.Akvinalı Foma Dominikan ordeninin rahibi ,orta əsrlərin tanınmış teoloqu və təbitşünası Böyük Albertin şagirdi olmuşdur.Ölümündən sonra Akvinalı Foma Roma katolik kisəsinin qərarı ilə (1323) övliyələr cərgəsinə - müqəddəslər sırasına salınmışdır.Əsas əsərləri “Bütpərəstlər əleyhinə külliyyat” və “Teoloji külliyyat”dır.Bundan əlavə o,həm də Aristotelin və digər filosofların əsərlərinin şərhçisi olmuşdur.Akvinalı Foma sxolastikanın sistemləşdiricisi ,tomizmin banisi hesab olunur.O,öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini (hərəkətsiz) ,dünyanın ilk təkanvericisi haqqında təlim və s. gücləndirmək yolu ilə işlənmişdir.Akvinalı Fomanın fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur.Onun fəlsəfəsinin əsas müddəalarını nəzərdən keçirək.

Hər şeydən əvvəl,Foma Aristotel məntiqinin köməyi ilə xristian teologiyasının başlıca prinsiplərini əsaslandırmışdır.Bu zaman Aristotel təlimi elə dəyişdirilmişdir ki, bu təlim yaradılma ehkamları və İusus Xristosun allah-insan olması doğmaları ilə ziddiyyətə girməsin.Ali başlanğıc allah olan-varlığın özüdür.”Bütpərəstlər əleyhinə külliyyət” də o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus Xristos bir tərəfdən insan obrazındadır,maddidir,digər tərəfindən Allaha məxsus keyfiyyətlərə malikdir.O,ilahi(ideal) və insanın (maddi,materiya) vəhdəti simvoludur.

Beləliklə,Akvinalı Fomaya görə, Ali həqiqiət – allahın özüdür,İlahi həqiqətdir.Bilik tam şəkildə insan əqlinə xasdır ,lakin o məhduddur.Ona görə də insan əqlin dərk edə biləcəyi həqiqəti qəbul etməlidir.Etiqadın və əqlin münasibəti belədir ki,burada üstünlük etiqada verilməlidir.Onun fikrincə ,fəlsəfə ilahi həqiqətin dərk edilməsi ilə məşğul olandır.Daha dəqiq desək , teologiyadır.

Ümumiyyətlə, akvinalı Foma fəlsəfəni ilahiyyata ,yaxud da teologiyaya müncər etmişdir.Bu zaman akvinalı Foma etiqada münasibətdə əqlin və elmin azadlığını qətiyyən qəbul etməmişdir.O , “ikili həqiqət” nəzəriyyəsinin (elm yalnız formadan istifadə edərək öz varlığını təsdiq etməyə çalışırdı) əıeyhinə çıxış etmişdir.Foma allahın varlığını kosmoloji sübutlar vasitəsilə təsdiq etməyə çalışırdı.O,sübutu allah haqqında anlayışlardan çıxarmırdı.Hər bir hadisənin səbəbi olması prinsipindən çıxarırıdı.Bir səbəbdən digərinəi çıxararaq Foma belə bir nəticəyə gəlirdi ki, bütün real hadisə və proseslərin ali səbəbi kimi Allahın mövcudluğu zəruridir.

“Teologiya külliyyatı” traktatında o, varlığın 5 yolla sübutunu göstərirdi.Akvinalı Fomanın təliminin üçüncü əsas prinsipinin məqsədi müqəddəs təlimin birinci dərəcəli əhəmiyyət daşıdığını əsaslandırmaq olmuşdur.Onun fikrincə, müqəddəs təlim-elmdir.Lakin elmin təbiəti ikili xarakter daşıyır.Məsələn, hesab, həndəsə və s. elmlərdə olduğu kimi ; onlardan biri hissəsi təbii idrakı üsullarla özünü göstərir, digəri isə ali vasitələrlə özünü sübut edir.Bax,müqəddəs təlimlər belə elmdir.Ali vasitə,ali qüdrət isə Allahın özüdür.

Nəhayət ,Akvinalı Fomanın təliminin dördüncü prinsipi onun sosial problemlərə münasibəti ilə bağlıdır lakin onda sosial problemlər də katolik təlimi ruhunda həll edilmişdir.Dövlət hakimiyyəti-Allahdandır.İdarəçiliik forması şəraitlə əlaqədar dəyişdirilməlidir.Akvinalı Foma üçün ideal dövlət forması monarxiyadır.Vətəndaş cəmiyyətində birinci rol kilsəyə verilməlidir.Dövlətdə dünyəvi həyat gələcək mənəvi-rühani həyata yalnız hazırlıqdır.Hökmdarın hakimiyyəti ali rühani hakimiyyətə tabe edilməlidir.Onun başında isə səmada İusus Xristos ,yerdə isə Roma papası durmalıdır.

Akvinalı Fomanın tomizm adlanan təlimi katolikliyin ideoloji dayağı və nəzəri silahı olmuşdur.



Orta əsrlər Avropa fəlsəfəsinin əsas cizgiləri belədir.O,Qərbi Avropada da (mərkəzi Roma olmuşdur) ,Şərqdə də -Bizansda (mərkəzi Konstantinopol olmuşdur) inkişaf etmişdir.Bütövlükdə Orta əsrlərin fəlsəfəsini bir anlayışla teosentrik fəlsəfə kimi ifadə etmək olar.Bu fəlsəfədə dünyagörüşü dini etiqada əsaslanmışdır.Həmin fəlsəfədə mərkəzi yeri-Allah tutmuşdur.


İstifadə olunmuş ədəbiyyat və

internet resursları:

1.Ağayar Şükürov.Fəlsəfə

2.az.wikipedia.org

3.www.kayzen.az




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə