Referat mövzu: Təbii resurs və şəraitin qiymətləndirilməsi TƏLƏBƏ: Əsgərzadə Günel Bakı 2009 Plan




Yüklə 59.04 Kb.
tarix16.04.2016
ölçüsü59.04 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ


AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
FAKÜLTƏ: BİM

KURS: 2


QRUP: 674/8

FƏNN: Təbiətdən İstifadənin İqtisadiyyatı

REFERAT

MÖVZU: Təbii resurs və şəraitin qiymətləndirilməsi

TƏLƏBƏ: Əsgərzadə Günel
Bakı 2009

Plan


  1. Təbii resursların istifadəsi tarixi;

  2. Onların qiymələndirilməsi;

.

Təbii resursların istifadəsi tarixindən



Təbii resurs anlayışına – insanların yaşayışı və eləcə də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi üçün təbiətdə istifadə edilən, eləcə də istifadəsi mümkün olan bütün elementlər daxildir. Hansı ki cəmiyyətin sosial-iqtisadi inkişafı insanların təbii ehtiyatlardan istifadə etməsi ilə əlaqədardır.

Atmosferin aşağı, litosferin üst hissəsi, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi sahə coğrafi təbəqə adlanır ki, o da çox zəngin və müxtəlif məqsədli təbii sərvətlərlə zəngindir. Onlar eyni zamanda müxtəlif coğrafiyaya malik olmaqla, adambaşına düşən miqdarla da fərqlidilər.

Müasir dünyanın faydalı qazıntılar xəritəsində 250-dən artıq faydalı qazıntı növü ilə yanaşı 200-dən çox saya malik olan antropogen cilalanmaya məruz qalmış mərmər, lazurit, daş və qiymətli daşlar öz əksini tapmışdır. Lakin onların istehsal dövriyyəsinə qoşulmaları isə bəşər sivilizasiyasının bütün tarixi boyu baş vermişdir. Hal-hazırda 160-dan çox mineral sərvətdən istifadə olunur. Onların bəziləri tez, bəziləri isə daha gec aşkarlanmışdır.

Bəşəriyyətə məlum olan ilk metal eramızdan əvvəl, 11-12ci minilliklərə, daha doğrusu daş dövrünə təsadüf edən mis metalıdır.

Daş dövründən sonra mis dövrünün özü gəlir. Mis dövrü ilk əvvəl Yaxın Şərqdə, sonralar Avropanı, Orta Asiyanı, Zaqafqaziyanı, Rusiya və Ukraynanı əhatə etmişdir. Qədimdən mis filizi Suriyada, Fələstində, Kiprdə hasil edilmişdir. Belə fərziyyə vardır ki, Kipr adasının adı latın sözü olan “kuprum”dan götürülmüşdür. Mis filizi get-gedə İspaniyada, Serbiyada, Bolqarıstanda, Qafqazda, Hindistanda da aşkarlanmışdır. Azərbaycanın Gədəbəy rayonunun Qalakənd sahəsində 1890-cı ildə tikilən ilk SES əsasən bu məqsədə qulluq etmişdir. Bir neçə minilliklər boyu onun emal məhsulundan əmək alətləri, bəzək əşyaları, müxtəlif ləvazimat, pul kəsmək üçün qəlib və pul sikkələri hazırlanmışdır.

Bizim eradan təxminən 4min il əvvəl tunc dövrü başlamışdır. Dövr onunla səciyyələnirdi ki, insanlar artıq mis və qalay ərintilərindən istifadə etməyə alışmışdılar. Bu öz əksini əvvəlcə Yaxın Şərqdə, son vaxtlar isə Böyük Britaniyada tapmışdır. Aydınlaşdırılır ki, tunc sözü İtaliyanın Brindizi limanının sinonimidir. Daha doğrusu, onun adından götürülmüşdür. Göstərilən cənub liman şəhərində tuncu istehsal etməyə nail olmuşlar. Tuncdan düzəldilmiş əmək alətləri hesabına dünyada məhşur Xeops piramidasının iri daş parçalarını insanlar düzəltməli olmuşlar. Eləcə də dünyanın 7 möcüzəsindən biri sayılan Rodosskinin heykəl sütunları tunc konstruksiya materiyalarından istifadə etməklə yenidən təmir edilmişdir.

Yuxarıda göstərilən təbii sərvətlərlə yanaşı, insanlar get-gedə qızılın, qurğuşunun, qalayın, kinovarın, kükürdün, mərmərin, lazuritin, zümrüdün, hətta almazın əldə olunmasına nail olmuşlar. Qızıl ilk dəfə Qədim Misirdə aşkarlanmışdır. Yaşadığımız eranın başlanğıcından əvvəl qızılı Kiçik Asiyada, Hindistanda və Qədim Romada istehsal edərək ondan bəzək əşyaları, pul kəsilməsində istifadə olunan çekanka qəliblərin alınmasında geniş istifadə olunmuşdur. Daha sonralar Yeni Dünyanın Cənubi Amerikasında da qızıl istehsalına və emalına başlanılmışdır.

Qədim Yunanıstanda, Qədim Romada, eləcə də dünyanın bir sıra regionlarında qalaydan, qurğuşundan əl ilə işlənilmiş-hamarlanmış daşlardan, qiymətli daşlardan, hətta almazdan istehsala başlanılmışdır.

Bizim eradan əvvəl 3-cü minillikdə Cənubi Hindistanın Qolkond ərazisindən almaz istehsal edilmişdir.

Get-gedə Tunc dövrü dəmir dövrü ilə əvəz olunmuşdur. Dəmir dövrünün davam etmə müddəti- 3,5 min ildən az olmamışdır. Arxeoloji tədqiqatçılardan belə məlum olur ki, bəşər sivilizasiyasında dəmir xüsusi rol oynamışdır. Aydınlaşdırılmışdır ki, bizim eradan əvvəl 2-ci minillikdə Misirdə, Mesopotomiyada dəmir filizi əridilmiş, ondan dəmir əşyaları hazırlanmışdır. Sonradan digər ölkələrdə geniş yayılmış və əmək alətləri, silahlar, müxtəlif istehlak vasitələri düzəldilmişdir.

Deyilənlərdən aydın olur ki, hələ cox qədimlərdən sənayedə baş vermiş inqilaba – XVİİİ-XİX əsrə qədər misdən, dəmirdən, qızıldan, gümüşdən, qalaydan, civədən, qurğuşundan insanların əmək fəaliyyətlərində və məişətində çox geniş istifadə edilmişdir. Nəhayət, XİX əsrin 2-ci yarısından XX əsrin İ yarısına qədər olan dövrdə göstərilən təbii sərvətlərin tərkibində çox böyük əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermişdir. Bu birinci növbədə yanacaq xammallarının aşkarlanması ilə bağlıdır, xüsusilə də kömürdən əvvəllər sənaye üsulu ilə istehsal olunmasa da, bu dövrdən onun yararlılığı, daha da geniş vüsət almışdır. Neftin sənaye üsulu ilə istifadəsi dünyada ilk dəfə 1847-ci ildə Bakının Bibiheybet mədənlərində həyata keçirilmişdir. Sonralar isə, 1857-ci ildə Ruminiyada və 1859-cu ildə ABŞ-da buruq qazma üsulu tətbiq edilməklə neft hasil olunmuşdur. Primitiv üsullarla neft hasilatı hələ XVİİ əsrdən mövcud idi.

Eləcə də XİX əsrin ortalarında uran metallurgiyası mövcud olmaqla uran filizindən radiumun alınması XX əsrin başlanğıcına təsadüf edir.

XİX əsrin əvvəllərində Fransanın cənubunda yerləşən Boks yaşayış məntəqəsində boksit istehsalına başlanılmışdır. Boksitin adı da elə ordan götürülmüşdür. Artıq XX əsrdən onun istehsalı kütləvi xarakter almışdır. Bu dövr həm də manqan, xrom, nikel, vanadium, volfram, molibden, maqnezium nişanələri ilə tanınır.

Əlbəttə, faydalı qazıntılardan danışarkən qeyri-filiz növləri olan fosforittlərdən, kalium duzundan, asbestdən, almazdan söhbət açmamaq mümkün deyildir. Dünyada birinci almaz lixoratkası hələ XVİİİ əsrin İ yarısında Braziliyada qeydə alınmışdır. XİX əsrin ikinci yarısında almaz həyəcan təbili Cənubi Afrikada, habelə ABŞ-ın Kaliforniyasında çalınmışdır. Eləcə də 1829-cu ildə 14 yaşlı Pavel Popov Rusiyanın Ural mədənlərindən birində ilk almaz qeyri-filizini tapmışdır.

Bəşəriyyətin mineral-xammal bazalarının dəyişməsi öz əksini XX əsrin ortalarında ETİ-nin təsirindən baş vermişdir. Söhbət necə deyərlər “XX əsrin metalı”ndan gedir. Bu titandan, kobaltdan, berillidən, litiumdan, niobidən, tantaldan, germaniumdan, teliuridən gedir. Hansı ki, onlarsız cəmiyyətin ən müasir təsərrüfat sahələrindən danışmağa dəyməz.

Təbii sərvətlər içərisində də mineral təbii sərvətlər – varlıqlar aparıcı əhəmiyyət kəsb edirlər. Yerin təkindən bu və ya digər məqsədlər üçün istehsal olunaraq istehlak istiqamətlənən nemətlər mineral təbii sərvətlər adlanırlar. Onların 250-dən az olmayan növləri aşkarlanmışdır. Bunlarla yanaşı insanlar tərəfindən aşılanmış, hamarlanmış daşlar və qiymətli qaş-daşlar 200 saya qədərdirlər. Hər şeydən əvvəl onların təsnifatına nəzər saldıqda müxtəlifliyin şahidi oluruq. Bu təsnifatlar və ya qruplaşdırmalar sərvətlərin texniki istifadəsinə, genezislərinə, istifadə olunmalarına, təsərrüfat istifadəsində tükənib-tükənməməsinə görə verilir. Onların kəmiyyət, keyfiyyət göstəriciləri haqda Dünya enerji şurası mütəmadi olaraq cəmiyyəti məlumatlandırır. Belə şuralar vaxtaşırı olaraq dağ-mədən, geologiya, neft, qaz haqqında çağrılmış konfranslarda həyata keçirilir.



Təbii resurs və şəraitin qiymətləndirilənsi

İnsan cəmiyyətinin yaranması və inkişafı öz zəruri tələbatlarını ödəməyə çalışmasından başlamışdır. İnsan cəmiyyətinin ilk tarixi aktı, insanların tələbatlarını ödəmək üçün zəruri olan məhsulların istehsalı olmuşdur. Cəmiyyətdə insanların hansı sahədə fəaliyyət göstərməsindəm asılı olmayaraq onların hamısının ümumi bir tələbatı vardır. Bu onların maddi nemətlərə olan tələbatıdır. Istifadəyə cəlb olunan təbii ehtiyatlar əsasən istehsalın inkişaf fəaliyyətinin təbii zəmini olmaqla bərabər əmək məhsullarını artırmaq, istehsalın xammala olan tələbatını ödəmək funksiyalarına malikdir. Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin metodiki əsasını müəyyən vaxt ərzində istehsal edilən məhsula çəkilən zəruri xərclər, o cümlədən də aşağı rentabelli obyektlərin məhsulları təşkil edir. Iqtisadi qiymətləndirilmənin ümumi göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatların regional xüsusiyyətləri emal edilən xammalın həcmi və keyfiyyəti nəzərə alınmaqla onun kompleks istifadə edilməsindən alınan iqtisadi səmərə götürülür. Təbii sərvətlərin, xüsusilə faydalı qazıntıların iqtisadi qiymətləndirmənin əsas göstəricisi təkcə çıxarılan xammalların dəyəri deyil, həm də onların istifadəsindən alınan iqtisadi səmərədir. Bu halda, qiymət ölçü funksiyasını yerinə yetirərək həmin növ məhsulda orta məsrəf göstəricilərini əks etdirir. Təbiət elementləri müəyyən ictimai faydaya malik olmaqla qiymətin daşıyıcısı kimi çıxış edir. Buna görə də qiymətləndirmə obyekt kimi ictimai istehlak dəyərinə malikdir. ETİ-nin və məhsuldar qüvvələrin geniş inkişaf şəraitində, eləcə də məhsullar pərakəndə satış qiyməti siyasətindən asılı olaraq mineral xammal sərvətlərinin qiyməti təkmilləşir. Bu və ya digər təbii sərvətlər texniki tərəqqi şəraitində istehsal prosesində kəmiyyət və keyfiyyət dəyişikliyinə uyğunlaşaraq ardıcıl olaraq müxtəlif sahələrdə əmək predmeti və əmək aləti istehsal vasitəsi kimi çıxış edir. Məsələn, dəmir, polimetal, alunit filizləri təkcə metal alınması üçün deyil,həm də kimyəvi, tikinti, şüşə, kənd təsərrüfatı xammalı üçün də geniş istifadə olunur. Göründüyü kimi, mineral xammal sərvətlərinin faydalılığı təkcə onun təbii keyfiyyətindən asılı deyildir. Konkret iqtisadi şəraitdən asılı olaraq bu və ya digər ilkin məhsulların faydalılığı da dəyişir. İqtisadi qiymətləndirmənin əsas göstəricilərini mineral xammal ehtiyatlarının istehlak dəyəri və onlardan alınan məhsulların qiymətləri təşkil edir. Qiymət isə istehsal prosesində bu və ya digr məhsula çəkilən ictimai-zəruri əməyin meyarı kimi çıxış edir. İqtisadi qiymətləndirmə istər mineral xammal sərvətlərinin, istərsə də ictimai əməyin məhsuldarlığına və qənaətinə təsir edir. Müxtəlif keyfiyyətlərin istehsal vasitələrinin faydalılığını göstərən iqtisadi kateqoriyadır.

Ümumiyyətlə, təbiətin ünsür və gücü məhsuldar qüvvələrin müasir inkişaf səviyyəsində istehlak məhsulu və ya istehsal vasitəsi kimi istifadə oluna bilərsə bu, təbii resursdur (ehtiyatdır). Təbiətin element və xüsusiyyəti maddi nemətlər istehsalında bilivasitə iştirak etmirsə, amma onun inkişafına təsir göstərə bilirsə, bu təbii şəraitdir (temperatur, relyef, iqlim çay şəbəkəsi və s.) Təbiətdən səmərəli istifadə, təbiətdən istifadənin planlaşdırılması, idarə olunması, ekoloji iqtisadi vəziyyətin proqnozlaşdırılması, təbii sərvət potensialının ekoloji-iqtisadi qiymətləndirilməsini tələb edir. Ümumiyyətlə, təbii mühit cəmiyyət üçün 3 funksiya yerinə yetirir:

1.Təbii ehtiyatlarla təmin edir;

2.Tullantılı zərərli maddələri assimliyasiya edir;

3.Müəyyən xidmətlərdə (reaksiya,estetik) iştirak edir.

Təəssüf ki, heç bir iqtisadi sistem (nə bazar, nə mərkəzləşmiş) bu funksiyaları real qiymətləndirmək iqtidarında deyillər. Sovet hakimiyyəti illərində təbii nemətlər faktiki olaraq pulsuz idi ki, bu da təbii ehtiyatların izafi xərclənməsinə səbəb olurdu. Bazar şəraitində isə təbii sərvətlərin real qiymətləndirmək lazımdır. Vacib deyildir ki, hər təbii sərvətin qiyməti müsbət olsun, sıfır həddində də qiymətləndirilən təbii nemət ola bilər. Praktikada bu, o vaxt olur ki, bu ehtiyatların fiziki itirilməsi və ya istifadəsi cəmiyyət üçün heç bir iqtisadi itki ilə müşaiət olunmasın.

Təbii sərvətlərin qiymətləndirilməsi alternativ həlli variantlarının tapılmasında bizə kömək ola bilər. Məsələn, su elektrik stansiyaları ən ucuz enerji mənbəyi hesab olunur. Bəzi regionlarda hesablamalar göstərir ki, böyük torpaq sahələrinin su altında qalmasından dəyən ekoloji-iqtisadi zərər elektrik enerjisi istehsalından alınan səmərədən çox olur. Bəzi alimlər təklif edirlər ki, milli sərvətlərin tərkibinə qiymətli təbii ehtiyatları da daxil etmək lazımdır. Hazırda onun tərkibinə əsas vəsaitləri, maddi dövriyə kapitalının və əhalinin şəxsi əmlakını daxil edirlər.

Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi-onların təsərrüfat əhəmiyyətinin pulla ifadəsidir və iki əsas funksiyanı yerinə yetirir.

-elmi nəzəri cəhətdən əsaslandırılmış təbii sərvətlərin varlığı sübut olunur.

-stimullaşdırma (maddi maraqlandırma) rol oynayır.

Təbii ehtiyatların düzgün qiymətləndirsək, çox problemləri müvəffəqiyyətlə həll edə bilərik. O cümlədən:

-təbii ehtiyatlardan istifadə ardıcıllığının müəyyənləşdirilməsi;

-təbii sərvətlərdən səmərəsiz istifadədən dəyən iqtisadi zərərin qiymətləndirilməsi;

-təbiətdən səmərəli istifadənin stimullaşdırılması tədbirləri;

-təbii sərvətlərdən istifadəyə görə ödənişin miqdarının əsaslandırılması və s.

Ümumiyyətlə, təbiətdən istifadədə iqtisadi qiymətləndirmə, təbii ehtiyatların iqtisadi əhəmiyyətinin müəyyən edilməsidir. Bu pulla (monetar), balla və ya natural ölçülərdə də ifadə oluna bilər.

Hər təbii nemət və xidməti qiymətləndirmək mümkün deyil. Elə unikal obyektlər var ki, onlar qiymətsizdirlər. Təbiətdən istifadə də nə ənənəvi bazar var, nə də standart tələb və təklif. Az tapılan ehtiyatların qiymətləndirilməsində problemlər nisbətən azdır. Resurs nə qədər məhdud olsa, qiyməti bir o qədər çox olar. Doğrudur, bazar qiymətləri həmişə, təbii ehtiyatların həqiqi az və çoxluğundan xəbər vermir. Ona görə də belə hallarda başqa qiymətləndirmə üsullarından istifadə etmək lazım gəlir.

Təbii sərvət və şəraitin iqtisadi qiymətləndirilməsinin əsas üsulları aşağıdakı yanaşmalara əsaslanır.

-renta;


-məsrəf üsulu;

-ümumi iqtisadi qiymətləndirmə;

-alternativ dəyərlər;

-subyektiv qiymətləndirmə və s.

Bu üsulların hansı hələ yaxşı hazırlanmayıb. Bunların hamısının ümumi çatışmamazlığı-dəyərlərin aşağı olmalıdır. Ona görə də təbii ehtiyatların bazardakı qiymətləri əsl reallığı əks etdirmir. Ənənəvi bazar əsasən təbii ehtiyatlarla təminatı qiymətləndirir, tullantı və çirklənmənin assimliyasiyası funksiyaları isə bazar münasibətlərində öz əksini tapmır. Ümumiyyətlə təbii ehtiyat və şəraitin iqtisadi qiymətləndirilməsi onların bazar dəyərləri ilə üst-üstə düşməyə bilər. Bu halda qiymətləndirmə təbii obyektlərin icarəyə verilməsi vaxtı və ya vergi hesablanması üçün istifadə oluna bilər.

Təbii sərvətlərin qiymətləndirilməsində ən geniş yayılmış renta və məsrəf üsullarıdır. Ehtiyatda olan tələb, qiyməti müəyyənləşdirən fəal və dəyişən amildir. Ehtiyatın qiyməti kapitallaşmış renta kimi aşağıdakı düsturla müəyyən olunur.(uzunmüddətli ifadə şərti ilə)

q=(R/r)100

burada r-illik renta

r-ssuda faizi

Məlumdur ki, rentenın mütləq və diferensial formaları var. Mütləq renta təbii ehtiyatların məhdudluğu və mülkiyyət inhisarlığı ilə əlaqədardır. Əgər ehtiyat məhduddursa, o həmişə bu rentanı gətirəcəkdir. Diferensial renta isə təbii ehtiyatların keyfiyyət fərqi ilə əlaqədar əmələ gəlir (məhsuldarlıq yerləşməsi və s.).Diferensial renda 1-ci yaxşı təbii ehtiyatların məhdudluğu ilə əlaqədar yaranır, ona görə də daha keyfiyyətsiz və pis yerlərdə olan ehtiyatlardan da istifadə olunur. Diferensial renta 2-ci bərba olunan ehtiyatların daha intensiv istifadəsi vaxtı əlavə investisiyalar cəlb olunduqda yaranır. Ehtiyat bərpa olunandırsa və illik renta dəyişməzdirsə yuxarıdakı düsturdan istifadə olunur. İllik rentanın dəqiq qiymətini R1 bilsək, ehtiyatın bərpa olunub olunmayan olmasından asılı olmayaraq onun qiymətini müəyyən etmək olar:


Renta haqqında bir çox məktəblərin müxtılif fikirləri vardır. Bunlarin içində A. Smitin fikirlərini qeyd etmək olar. Torpaq rentasını - Smit torpaqda işləyənin əmək məhsulundan çıxma kimi elan etmiş və onda inhisar elementi görürdü. O yazırdı: "Bu və ya digər ölkədə bütün torpaqlar xüsusi mülkiyyətə çevrildiyi vaxtdan torpaq mülkiyyətçiləri də, bütün başqa adamlar kimi əkmə­dikləri yerdə biçmək istəyirlər və hətta torpağın təbii bəhrələri üçün də renta tələb etməyə başlayırlar... işçi öz əməyi ilə yığdığının və istehsal etdiyinin bir hissəsini və ya bu hissənin qiymətini torpaq mül­­kiyyətçisinə güzəştə getməlidir. Bu hissə- torpaq rentasını təş­kil edir".(A.Smit, "Xalqların sərvəti". I cild, YI fəsil, səh.47, Moskva 1935).

O, torpaq sahələrinin məhsuldarlığına və yerləşmə məkanına gö­rə­ bir-birindən fərqləndiyini qeyd edərək, bildirirdi ki, bunların hər ikisi rentanın formalaşmasına təsir edir. O, "millətlərin zən­gin­liyi" əsərində differensial rentaya aid fikirlər söyləmişdir. O ya­zırdı: "Daha münbit və ya bazarlara daha yaxın olan torpaqlar artıq renta verirlər. Torpaq rentası nəinki torpağın... yalnız mün­bit­li­yindən, habelə onun məkanından da asılı olaraq dəyişir. Şəhər ya­xın­lığındakı torpaqlar, ölkənin uzaq yerlərindəki eyni dərəcədə münbit torpaqlardan daha artıq renta verir".

O, rentaya gəlirin bir forması kimi baxmışdır və onu torpaq sahibinin təbii mükafatı adlandırırdı. Smitin fikirlərində ziddiyətli məqamlar olsa da, dəyərli fikilər də çoxluq təşkil edir.

Renta nəzəriyyəsi david Rikardonun iqtisadi təlimində mühüm yer tutur və o, renta münasibətlərinin əsaslı təhlilçisi kimi həmişə xatırlanır. Rikardoya görə renta - yerin pozulmayan qüvvələri və imkan istifadəsindən əldə edilən məhsuldan torpaq sahibinə verilən hissədir. Rikardo öz təhlilində belə nəticəyə gəlir ki, əgər yaxın torpaqlar çox olsaydı və köhnə torpaqlara daim qoyulan kapitalın gəliri azalmasaydı rentanın səviyyəsi yüksəlməzdi. Çünki daimi renta ona görə baş verir ki, əlavə miqdar əmək tətbiqi proporsional olaraq az gəlir gətirir. Becərməyə aşağı keyfiyyətli torpaq daxil olduqca xam materialın mübadilə dəyəri yüksəlir. Belə ki, onların istehsalı üçün daha çox əmək tələb olunur. Deməli, çörək bahadır ona görə yox ki, renta ödənilir, renta ödənilir ona görə ki, çörək bahadır. Rikardo fiziokratların "renta (onlar bunu xalis məhsul adlandırır) təbiətin bəxşişidir" fikrinin səhv olduğunu sübut etmişdir. O, həmçinin Smitin də rentaya baxışında ardıcıl olmadığını görə bilmişdir. Smit dəyərin mənbəyinin əmək olduğunu qəbul etməsinə baxmayaraq, yenə də əkinçilikdən əldə olunan gəlirin bir hissəsinin öz yaranmasına görə təbiət qüvvəsinin hesabına olduğunu israr edirdi. Qeyd etmək lazımdır ki, renta nisbətən məhsuldar olan torpaq sahəsi hesabına torpaq sahibinin payına düşən artıq məhsul deyil. Təbiət rentanın yaranmasında iştirak etmir, o qiymətin səviyyəsini müəyyən etmir. Rikardo yazır ki, "çörəyin dəyəri onun istehsalına sərf olunmuş əməyin kəmiyyətilə tənzimlənir". Deməli, "çörək bahadır ona görə yox ki, renta ödənilir. Renta ödənilir ona görə ki, çörək bahadır... Əgər torpaq sahibi özünün bütün rentasından imtina etmiş olsaydı belə, çörəyin istehsalına çəkilən məsrəflər, eləcə də çörəyin qiyməti əvvəlki səviyyədə qalmış olardı".

Rikardo diferensial rantanın mövcudluğunu qəbul edir və onu ilk dəfə olaraq dəyərin ümumi nəzəriyyəsi əsasında izah edir. Rentanın mənbəyini hər hansı bir səxavətdə deyil, torpağa tətbiq olunan əməkdə görür. O göstərir ki, kənd təsərrüfatı məh­sul­la­rının qiyməti pis sahələrdəki əmək məsrəflərilə müəyyən olunur. Orta və yaxşı torpaqlar əlavə gəlir verir, bu həmin torpaqlardakı istehsal xərclərindəki fərq kimi çıxış edir. Əldə olunan əlavə gəlir renta formasında torpaq sahiblərinə çatır. O, mütləq ren­ta­nı inkar edir və torpağın münbitliyinin azalması qanununu qəbul edir.

Klassiklər belə bir fikir irəli sürürdülər ki, gəlir əmək haqqından, mənfəət və rentadan ibarətdir. K.Marks isə göstərirdi ki, əmtəənin dəyəri həqiqətən istehsal vasitələri dəyərindən, işçi qüvvəsinin dəyərindən və izafi dəyərdən ibarətdir. "Kapital" əsərinin üçüncü cildində K.Marks mürəkkəb mexanizm olan izafi dəyərin müxtəlif kapitalist qrupları arasında bölüşdrülməsi prosesini tədqiq və təhlil etmişdir. K.Marks göstərirdi ki, belə bir bölgü prosesini orta mənfəət qanunu tənzimləyir. Beləliklə, sənayeçi kapitalist mənfəət, ticarət kapitalisti ticarət mənfəəti, borc kapitalisti faiz, torpaq sahibləri isə renta əldə edirlər. Bütün istismarçı siniflərin əldə etdikləri bu qeyri-əmək gəlirlərinin mənbəyi muzdlu fəhlənin əməyi ilə yaradılan izafi dəyərdir.

Renta qiymətləri ehtiyatların nisbi məhsuldarlığını, eyni adda məhsulun istifadə səmərəsini əks etdirir. Onlar əsasən aşağıdakı təsərrüfat məsələlərinin həllində istifadə olunur:

-Təsərrüfat fəaliyyəti şəraitinin bərabərləşdirilməsi üçün;

-Layihənin daha yaxşı variantının əsaslandırılması üçün;

-Bazar qiymətlərinin və təbii sərvətlərdən istifadəyə görə ödənişlərin əsaslandırılması üçün və s.

Renta üsulu təbii ehtiyatların ancaq istehsal elementi kimi qiymətləndirməyə imkan verir və sosial, estetik və s. xüsusiyyətlər nəzərə alınır.

Təbii sərvətlərin qiymətləndirilməsinin məsrəf üsulları təbii ehtiyat və şəraitinin bərpası xərcləri və onun deqradasiyasının qiymətləndirilməsi üçün istifadə olunur .Torpaqların kənd təsərrüfatı üçün məsrəf üsulu ilə qiymətləndirilməsi bəzən 1 ha xam torpağın ram edilməsi xərci kimi nəzərdə tutulur.

Təbii sərvətlərdən istifadə ilə bağlı məsrəflər üç elementi özündə birləşdirir:

-hasilat, istehsal və məhsul yığımı ilə əlaqədar birbaşa xərclər;

-istənilən kənar, ekoloji xərclər;

-təbii sərvətlərin bu günkü istifadəsi nəticəsində məhsulların gələcəkdə azalmasının qiymətini əks etdirən tükənmə xərcləri;

Bu elementlərin hamısı özünü tükənən təbii ehtiyatlarda göstərir.

Təbii ehtiyat və şəraitin dolayı qiymətləndirmə üsullarından biri alternativ dəyər konsepsiyasısdır. Müəyyən mənada bu məsrəf konsepsiyası ilə əlaqədardır. Alternativ dəyər nə qədər az olsa bu nemətlərin saxlanılması ucbatından iqtisadi itkilərin konpensasiyası üçün xərclər də bir o qədər az olar. Alternativ dəyər-eyni təbii ehtiyatın müxtəlif məqsədlərlə istifadəsindən alınan gəlirdir. Praktikada bu qiymətləndirmə üsulunun məqsədi həmin təbii ehtiyatın əvəzedicisini tapmaqdır.

Ümumi iqtisadi qiymətləndirmə metodu istifadə dəyəri ilə saxlanma dəyərinin toplanmasına əsaslanır. Təbii sərvətlərin birbaşa dəyərini müəyyən etmək asandır. Çünki onların öz satış qiymətləri var. Dolayı dəyərin tapılması nisbətən çətindir. Təbii nemətlərin saxlanma dəyərinin müəyyən olunması daha çətindir çünki onların istifadəsi gələcəkdə baş tutacaq.



Dəyərlərin subyektiv qiymətləndirilməsi normal bazarın olmadığı şərtaitdə istifadə olunur. Bu üsula bəzən sorğu qiymətləndirilməsi də deyilir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə