Referat Mövzu: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru Kurs: II qrup: 400




Yüklə 21.78 Kb.
tarix24.04.2016
ölçüsü21.78 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti


Fakultə: Uçot-iqtisad

Fənnin adı: Ekologiya
Referat

Mövzu: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru
Kurs: II

Qrup: 400

Tələbənin adı: Cümşüdlü Vüqar

Ədəbiyyat:

www.wikipedia.com

www.anspress.az

www.apa.az

www.eco.gov.az
Ekologiya elmində mövcud anlayışlardan biri də ekoloji terrordur. Ekoloji terror - konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyandır. Artıq neçə illərdir ki, ölkəmiz mənfur qonşılarımızım törətdiyi ekoloji terrordan əziyyət çəkir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilərin həyata keçirdiyi ekoloji terrorda işğal altında olan ərazilərdən keçən çaylar daha fəal istifadə edilir.

Ermənistanın törətdiyi ekoloji terror nümunə olaraq Zod qızıl mədənindən çıxarılan qızılın yuyulması zamanı əmələ gələn zəhərli maddələr Araz çayına axıdılmasını göstərmək olar. Gorus və Sisyanın sənaye müəssisələrinin tullantıları Həkəri çayı vasitəsilə, Qacaran və Qafanın mis-molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı vasitəsilə Araz çayına, Allahverdi-Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə Kür çayına axıdılır, Azərbaycan təbiətinə, canlı aləminə, ekologiyasına öldürücü zərbələr vurur.



Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından “soyuq terror müharibəsi” fazasına transformasiya olunaraq, müxtəlif üsullarla həyata keçirilir. Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu terror siyasəti artıq ideoloji, elmi, mədəni, mənəvi, informasiya, sosial sahələri əhatə etməklə, bir növ kiberterror səviyyəsinə çatdırılıb. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistan ərazilərindən gələn və Azərbaycanın içməli su mənbələrini formalaşdıran çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilməsidir. Azərbaycanın su ehtiyatlarını yaradan çaylar Ermənistanda sənaye və məişət, təhlükəsizliyi baxımından beynəlxalq nüvə sahəsində ixtisaslaşmış bir sıra qurumların problemli saydığı “Metsamor” AES-in tullantıları ilə çirklənməyə məruz qalır ki, bu da beynəlxalq hüquq normalarının ciddi surətdə pozulması deməkdir. Çünki məhz həmin beynəlxalq sənədlərə əsasən, içməli su mənbələrinə axıdılan tullantılar zərərsizləşdirilməlidir. Lakin Ermənistan ərazisində belə tullantıların təmizlənməsindən söhbət belə gedə bilməz. Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, çayboyu zonada olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər ki, Ermənistanın yürütdüyü bu siyasəti məhz ekoloji terror kimi qiymətləndirmək lazımdır. Ermənistan tərəfdən gələ biləcək digər təhlükə isə bu ölkədən Azərbaycana qeyri-qanuni yollarla göndərilməyə cəhd edilən naməlum mənşəli və tərkibində təhlükəli maddələr ehtimal edilən qida məhsulları ola bilər.

Belə ki, Gürcüstan-Azərbaycan sərhədində “Qırmızı Körpü” bazarı, Gürcüstan-Ermənistan sərhədində “Sadaхlı” və “Tauş” bazarları, həmçinin digər ticarət bazaları vasitəsilə erməni məhsullarının Azərbaycana ötürülə biləcəyi ehtimalı çox yüksəkdir. Bu isə artıq Ermənistanın ölkəmizə qarşı apardığı müharibənin cəbhədə deyil, gizli yollarla davam etdirilərək bioloji terror həddinə çatdırılması cəhdlərinin növbəti mərhələsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindin verilən məlumata görə, ən zəngin faydalı qazıntı yataqları məhz işğal olunan ərazilərdə qalıb. Belə ki, bu ərazilərdə 155 müxtəlif növ faydalı qazıntılar yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mmis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, gəc, 14 əlvan və bəzən daşları olan əqiq, yəşəm, oniks, cad, 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Erməni tərəfinin işğal altındakı bu yataqları vəhşicəsinə istismar etməsi onların bu torpaqlarda uzun müddət sahiblik edə bilməyəcəklərinin fərqində olmalarını göstərməklə yanaşı, həm də təbiətin insana bəxş etdiklərinə qarşı düşməncəsinə münasibətin sübütudur. Dünya bazarında işğal altındakı yataqlardan əldə edilən bəzək daşlarından düzəldilən əşyalar, suvenirlər baha qiymətə erməni malı adı altında satılır və kim bilir kimlərin şəxsi kolleksiyalarını, boyun-boğazlarını bəzəyir. İşğal altındakı ərazilərdə 247352 ha meşə sahəsi qalıb ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Ümumilikdə isə Azərbaycan meşələri Erəminstan meşələrindən 2,5 dəfə artıqdır. Nazirlikdən verilən məlumata görə, işğal olunmuş ərazilərdə təbiət abidələri nəinki qorunmur, əksinə vəhişəcisinə məhv edilir. 152 ağac növü, 13197,5 ha qiymətli meşə sahəsi, 5 geologi obyektin istismarı ermənilər üçün gəlir mənbəyinə çevrilib. İşğal altındakı torpaqlarım ızda ekoloji əhəmiyyətə malik bir çox göllər var ki, onların arasında ən çox atropogen təsirə məruz qalanı İşıqlı Qaragöldür. Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasında yerləşən gölün ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədləri üçün istifadə edildiyinə adir məlumatlar var. Burada iri nasos stansiyaları quraşdırılmaqla gölün suyunu çirkənməsi və quruması təhlükəsi artıq reallaşıb. Ümumilikdə isə işğal altındakı torpaqlarda Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Canlıgöl, Qaragöl, Alagöl, İşıqlı Qaragöl kimi göllər aqlıb. Bu göllərin qidalanması qar və yeraltı sular hesabına təmin olunur. Lakin antropogen təsirə məruz qalmaları göllərin çirklənməsinə və beləliklə də Azərbaycan üçün daha bir ekoloji problemin əsasının qoyulmasına səbəb olur. ETSN ayrı-ayrı mənbələrdən əldə edilən məlumatlar əsasında işğal altındakı ərazilərdə ekoloji vəziyyətə dair hesabat hazırlayıb. Hesabatda həmçinin müxtəlif dövrlərdə əsirlikdə olmuş soydaşlarımızın söylədikləri də yer alıb ki, onlar təbiətə qarşı da erməni qəddarlığının canlı şahidləridir.

Ermənilərin törətdiyi ən axırıncı ekoloji terror ANSPRESS mətbuat agentliyinin məlumatında əks olunub. İnformasiya agentliyinin 22.11.2010-cu il tarixli məlumatına əsasən Ermənistan tərəfindən növbəti ekoloji terror aktı Azərbaycanın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağından götürən İnciçay çayı olub. Belə ki, 19 noyabr 2010-cu il tarixində çayda kəskin çirklənmə müşahidə edilib.

Tapqaraqoyunlu kənd sakinləri tərəfindən onların yeganə su mənbəyi olan İnciçay çayında gündüz saat 14:00-15:00 radələrindən başlayaraq çay suyunun qatı köpüklə axdığı müşahidə olunub və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilib.



Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılıb və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görülüb. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılıb və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınıb. Təhlillər göstərir ki, hidrokarbonatlı su qrupundan olan İnciçay çayının suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçmiş, suyun oksigen rejimi xeyli pozulmuşdur. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi maddələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də ammonium və metal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olub. Hazırda su nümunələri üzərində kimyəvi analiz və araşdırmalar davam etdirilir.

Mən bu problemin yeganə həllini işğal olunmuş torpaqlarımızın geri alınmasında, bu torpaqların ermənilərdən təmizlənməsində görürəm və arzu edirəm ki, yaxın zamanlarda ölkəmizi maraqlandıran ekoloji məsələlərdən biri də geri qaytarılmış torpaqlarımızın ekoloji cəhətdən təmizlənməsi, abadlaşdırılması, yeni meşə komplekslərinin salınması kimi məsələlər olsun.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə