Referat mövzu: Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu Müəllim: Dadaşov İlham




Yüklə 121.39 Kb.
tarix29.04.2016
ölçüsü121.39 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ
FAKÜLTƏ: İqtisadiyyat və idarəetmə
İXTİSAS: Maliyyə
QRUP: 636
KURS: III
KAFEDRA: İqtisadi nəzəriyyə
FƏNN: Dünya iqtisadiyyatı


REFERAT
Mövzu: Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu
Müəllim: Dadaşov İlham
Tələbə: Astanov Ruslan
Bakı-2012

Plan:



  • Dünya iqtisadiyyatının yaranması və formalaşması




  • Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri




  • Təbii ehtiyatların coğrafi yerləşməsi və onlardan istifadə səviyyəsi




  • Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu


Giriş
Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan - istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı - kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur. Bütün bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın ən zəruri şərti hesab edilir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, elmi texniki tərəqqinin nailiyyətləri nəticəsində bir çox süni, kimyəvi, texniki yeniliklər bu mineral ehtiyatların əvəzlənməsinə zəmin yaradır. Son onilliklərdə bu sahədə Yaponiya, Cənubi Koreya, Sinqapur bir çox nailiyyətlər əldə etmişdir. Bütün bu ehtiyatların hesablanmasında müxtəlif metodlardan istifadə edilir: bu metodlar kəşf edilmiş, proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir. Bəzi ehtiyatlar haqqında məlumat vermək daha məqsədəuyğundur. Geoloji proqnoza görə mineral yanacağın həcmi 12.5 trln. ton təşkil edir. Bu min ilə kifayət edə bilər. Bu ehtiyatlar kömür (60%), neft və qaz (27%) və eləcə də yanar şist və torfdan ibarətdir. Yanacaq enerji ehtiyatlarında kömürün xüsusi çəkisi daha artıqdır. Dünya miqyasında daş kömürün və boz kömürün ehtiyatı 5 trln. ton (daha dəqiq 4.8 trln. ton) təşkil edir. Kömür ehtiyatı kəşfiyyatı 75 ölkədə aparılmışdır. Bunlardan ən çox kömür olan ölkə ABŞ (445 trln. ton), Çin (272 mlrd. ton), Rusiya (200 mlrd. ton), CAR (130 mlrd. ton), Almaniya (100 mlrd ton), Avstraliya (90 mlrd ton), Böyük Britaniya (50 mlrd ton), Kanada (50 mlrd ton), Hindistan (29 mlrd ton) və Polşadır (25 mlrd ton). Hazırda dünyada ildə 4.5 mlrd ton kömür çıxarılır. Dünya miqyasında kəşfi məlum olan neft ehtiyatı 90-cı illərdə 270-350 mlrd ton (proqnoza görə isə 800 mlrd ton) qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanı - 25.4%, İraq - 11%, BƏƏ - 9.4%, Küveyt - 9.3%, İran - 9.1%, Venesuela - 6.8%, Rusiya - 4.8%, Çin - 2.4%, ABŞ - 2.4% (1998) kimi ölkələrdədir. İldə orta hesabla 3.0 mlrd ton neft çıxarılır. Xəzər dəniz ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizindən artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının 40%-ə qədəri (OPEK) neft ixrac edən ölkələrin payına düşür. Hazırda bura daxildir: Əlcəzair, Qatar, Venesuela, Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq, Səudiyyə Ərəbistanı, İran,BƏƏ.Bu təşkilat 1960-cı ildə yaranmışdır (İqamətgahı Vyanadadır).

Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%, Qərbi Asiya -32,Şimali Afrika-6.9%, Latın Amerikası-5.1%, Şimali Amerika-4.9%, Qərbi Avropa-3.8%. 1998-ci ilin əvvəlinə qaz ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m3, İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668, Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m3 təşkil edir. Hazırda ildə 2.2 trln m3 qaz çıxarılır. Deməli təbii qaz ehtiyatı 71 ilə kifayət edə bilər. Hidroenergetika mineral ehtiyatları faydalı qazıntı hesab edilməsə də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehtiyatı 9.7-9.8 trln kvt. saatdır.

Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 600 mlrd. tona bərabərdir. Ən çox dəmir filizi yataqları Braziliya, Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ, Hindistan və İsveçdədir. İldə 0.9-1 mlrd. ton dəmir filizi çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Ən böyük boksid yataqları Avstraliya, Qvineya, Braziliya, Venesuelada və Yamaykadadır. Boksit çıxarılması ildə 800 mln. ton təşkil edir. Mis filizinin geoloji ehtiyatları 860 mln ton kəşfi məlum olan isə 450 mln tona bərabərdir. (Əsasən Hindistan, Zimbabve, Zambiya, Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə tutulur). İldə 8 mln ton çıxarılır.

Yer kürəsinin səthi 510 mln kvadrat km. təşkil edir. Bunun 149 mln kvadrat kilometri quru sahə, 361 mln kvadrat km-i isə dəniz və dəryalardır. Ümumi quru sahədən Arktika və Antarktikanın buzlu sahələrini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln kvadrat km təşkil edir. Torpaq sahəsinin 11%-i becərilən torpaq, 23%-i çəmənlik və biçənəklər, 33%-i az məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası, nəqliyyat xətləri və s. ibarətdir. Hazırda cəmi kənd təsərrüfatına yararlı torpaq sahəsi 48.1 mln kvadrat km (4810 mln hektar)-dir. Bunun da 1340 mln hektarı becərilən (əkin) torpaq sahəsi, 3365 mln hektar isə çəmənlik və otlaqlardan ibarətdir. Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi çəkisi - Hindistanda 57.1%, Polşada 46.9%, İtaliyada 40.3%, Fransada 35.3%, Almaniyada 33.9%, ABŞ-da 19.6%, Çində 10.3%, Rusiyada 7.8%, Avstraliyada 6%, Kanadada 4.9%, Misirdə 2.8%-dir. Azərbaycanın ümumi torpaq sahəsi 8700 min hektardır. Bundan 4 mln hektarı kənd təssərrüfatına yararlı torpaq sahəsidir. Bunun da 32%-i əkin yeridir, 2 mln hektarı otlaqlardır. Dünyada ildə orta hesabla 6-7 mln hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi erroziyaya uğrayır. 1.5 mln hektaradək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat tikintisi altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır.

Cəmi su ehtiyatı 1386 mln km3-dir. Su ehtiyatının 95.5%-i duzlu sudur, yalnız 2.5% içməli sudur. İçməli suyun əsasını çaylar təşkil edir - 47 min km3. Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edilən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahələrinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviyyəsi Misirdə 97.1%, İsraildə 84.4%, Ukraynada 40%, İtaliyada 33.7%, Almaniyada 27.1%, Polşada 21.9%, ABŞ-da 18.9%, Türkiyədə 17.3%, Rusiyada 2.7%-dir. Dünya üzrə olan meşə örtüyü 40.1 mln km2-dirSon 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır.


1.Dünya iqtisadiyyatının yaranması və formalaşması.

Dünya iqtisadiyyatının yaranması.Dünya xalqları böyük bir tarixi dövr keçmişdir.Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə - ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.

Dövlətçiliyin yaranması prosesi çox uzun bir dövrü əhatə etmiş və bütün dünyada bu proses eyni vaxtda getməmişdir.Eramızdan əvvəl II əsrdə, xüsusilə I əsrdə Roma dünyanın ən çox inkişaf etmiş quldar dövlətinə çevrilmişdi. Bizim eranın I-II əsrlərində Roma imperiyasının iqtisadiyyatı çiçəklənmə dövrünü keçirirdi. Dünyada iqtisadçılardan bəziləri dünya iqtisadiyyatının yaranmasını bu dövrlə bağlayırlar.O dövrün təsərrüfatı dünya sistemi hesab edilirdi.

Bir qrup alimlər dünya iqtisadiyyatının yaranmasını böyük coğrafi kəşflərlə (BCK) bağlayırlar. Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına mühüm təsir göstərmiş böyük coğrafi kəşflərin ictimai-iqtisadi və başqa ilkin şərtləri artıq XV əsrdə yaranmışdı.Böyük coğrafi kəşflər artan ticarət münasibətlərinin məntiqindən doğurdu. Eyni zamanda bu kəşflər Avropada kapitalist təsərrüfatının formalaşması və ilkin kapital yığımı prosesinə güclü təkan vermişdi. Böyük coğrafi kəşflərin başlıca iqtisadi səbəbləri və ilkin şərtləri Avropada əmtəə-pul münasibətlərinin güclənməsi ilə Şərqlə aparılan ticarətin daha da genişlənməsinə ehtiyacın artması idi. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri kimi ümumdünya bazarı yarandı və ümumdünya iqtisadiyyatı formalaşdı.

Dünya iqtisadiyyatının əsas faktoru kimi ticarətdə əsl çevriliş əmələ gəldi.Mühüm iqtisadi nəticələrdən biri də Avropada “qiymətlər inqilabı”nın baş verməsi idi. 1601-ci ildə İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada 2,5-3 dəfə artmışdı. XVI-əsrin ortalarında kənd təsərrüfatı məhsulları da daxil olmaqla qiymət yüksəlişi bütün sahələri əhatə etmişdi. Bu dövrdə müstəmləkəçilik sisteminin əsası qoyuldu. Amerika, Afrika və Asiya qitələrində Avropa ölkələrinin qarətçilik siyasəti Qərbi Avropa ölkələrinin iqtisadiyyatının qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur.



Dünya iqtisadiyyatının formalaşması.Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi.

Lakin müasir dünya təsərrüfatı XX əsrin əvvəllərindəki səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya iqtisadiyyatı daha vahid və bütöv xarakterə malikdir. Belə ki, müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin, yeni sənaye ölkələrinin, keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatları əks olunur və qlobal dünya iqtisadiyyatı formalaşır. Qloballaşma beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır.

Dünyada mövcud olan hər bir ölkə bu və ya digər xüsusiyyətləri özündə əks etdirməklə bir-birindən sosial-iqtisadi quruluş, inkişaf səviyyəsinə, təbii ehtiyatlarla zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya ölkələri cəm halda, qarşılıqlı fəaliyyətdə, beynəlxalq əmək bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər.

Dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsü sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu olmaqla, bu təsərrüfatlar arasında hərtərəfli əlaqəyə əaslanan beynəlxalq iqtisadi münasibətlər sistemidir.

Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla vahid bir sistem təşkil edir. Bu sistem müəyyən nizama və qaydaya əsaslanmaqla ümumi bir məqsədə xidmət edir. Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir.

Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya ölkələri özlərinin müvafiq ehtiyatları olmadan cəmiyyətin tələbatını daha dolğun ödəmək istəyirlər.Bu problemlərin həlli ilə yanaşı bu ölkələr özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.Bu baxımdan Azərbaycan respublikasında həyata keçirilən sosial iqtisadi siyasətin strateji istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiya olunmasını təmin etməkdir.

2.Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri. Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.

Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsilməz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır.

Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.

Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə mexaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM sisteminə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisadiyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlobal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.

Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır.

Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmişdir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gələn yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdirir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.

Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tənzimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud olduğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmiləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtəələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin meydana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəziz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı.

Beləliklə,dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsrlər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Ancaq bu mərhələdə dünya təsərrüfatı ölkələr arasında xarici ticarət münasibətlərinin məcmusu kimi başa düşülür və beynəlxalq əmtəə dövriyyəsi və ticarət kapitalının tətbiqi sferası ilə məhdudlaşırdı.

Ümumiyyətlə, kapitalizmə qədərki ictimai-iqtisadi sistemdə natural təsərrüfat şəraitində istehsal olunmuş malların az hissəsi (qiymətli parçalar, qızıl və gümüşdən bər-bəzək əşyaları, ədviyyələr, bəzi mineral xammal növləri və s.) beynəlxalq mübadilədə iştirak edirdi.

Feodalizmin dağılması, natural təsərrüfatdan əmtəə istehsalına keçid əsasında kapitalist münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.

Müasir dünya təsərrüfatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişindən sonra meydana gəlmişdir.

Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəlmiləlləşməsi ilə xarakterizə olunur. Ancaq ticarət dövriyyəsinin artım templəri əvvəlki 50 ilə nisbətən daha zəif idi. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası bir çox digər beynəlmiləlləşmə tendensiyaları ilə konpensasiya edilirdi.

Bu mərhələdə əmək bazarlarının beynəlmiləlləşməsi yüksək ölçülərə çatmışdı. 1870-ci ildən 1913-cü ilə kimi 36 milyon insan Avropanı tərk etmiş, eyni zamanda onlarda 2/3-si ABŞ-a köçmüşdür. Asiyada regionun digər ölkələrinə hərəkət edən çinli və hindistanlı emiqrantların sayı Avropadakı emiqrasiya prosesinin miqyaslarını ötüb keçmişdir.

Həmçinin kapitalın beynəlxalq hərəkəti də bu dövrlərdə artmışdı. 1914-cü ildə uzunmüddətli xarici investisiyaların ümumi həcmi 44 milyard dollara çatdı. Bu prosesdə Böyük Britaniya, Fransa və Almaniya daha aktiv iştirak edirdi. Demək olar ki, kapitalın hərəkətinə formal məhdudiyyətlər yox idi. Qiymətli kağızların (istiqrazlar və səhmlər) millətlərarası mülkiyyət dərəcəsi (dövlət və xüsusi istiqraz və səhmlər daxil olmaqla) olduqca yüksək səviyyəyə çatdı. 1913-cü ildə Londonda satılan qiymətli kağızlardan 59%-ni xarici qiymətli kağızlar təşkil etmişdir.

Bu mərhələ həmçinin birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsalın artımı mərhələsidir. 1914-cü ildə dünyada xarici investisiyaların 1/3-nü təşkil edən BXİ-ın həcmi 14 milyard dollara çatdı. BXİ-ın əsas ixracatçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalatçıları ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri (İEOÖ), Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idi. 1914-cü ildə BXİ-ın əsas axını inkişaf etmiş ölkələrdə (İEÖ) cəmləşmişdir.

Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərinin məcmunu təşki edir.

Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu.

1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Beləliklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.

Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 90-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edilə bilər.

Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: yüksək və sabit iqtisadi artım; iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaşması və birləşməsində güclü tendensiya; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv elmi-texniki tərəqqi; imperializmin müstəmləkə sisteminin dağılması.

İEOÖ dünya təsərrüfatına cəlb olunur, onu əmələ gətirən bloklar – dünya kapitalist və dünya sosialist təsərrüfatları arasında beynəlxalq iqtisadi münasibətlər fəallaşır; onlar arasında dünya təsərrüfat əlaqələri qaydaya salınır. Milli iqtisadiyyatlar dünya təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir və ondan daha çox asılı olur, xüsusən də, inteqrasiya birlikləri çərçivəsində; dünya təsərrüfat əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlar sistemi yaradılır; beynəlxalq korporasiyaların fəaliyyəti genişlənir.

Dünya iqtisadiyyatı öz inkişafının bu mərhələsində beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq əmək bölgüsünə cəlb olunmuş, beynəlxalq mübadilədə iştirak edən və ondan asılı olan milli təsərrüfatların məcmusunu təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sistemində dünya kapitalist təsərrüfatı ölkələri əsas rol oynayır.



Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 90-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas faktorları kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya Ölkələrin sərhədləri ilə əhatə olunduqlarına görə milli iqtisadiyyatların dünya iqtisadiyyatının subyektləri kimi öyrənilməsində ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişaf göstəricilərindən istifadə olunur. Yer kürəsində mövcud olan ölkələrin sayı daima artır. Əgər XX əsrin əvvəllərində dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü keçmişdir. Hazırda Dünya bankının statistikasına əsasən dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər mövcuddur. Onların arasında həm ərazisinə və əhalisinin sayına görə böyük olan ölkələrə (Çin, Hindistan, Rusiya, ABŞ və Brazilya), həm də tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast gəlinir. Bəzi ölkələr təbii sərvətlərlə zəngin olsalar da, bəziləri resurs çatışmamazlığından və ya olmamasından çətinlik çəkir. Bir çox ölkələrin dənizə birbaşa çıxışı olsa da, bəzi ölkələr (Çad, Mali, Nepal) qitədaxilində yerləşir. Aydındır ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə coğrafi mövqe də təsir göstərir.təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir. Bütün ölkələr digər milli iqtisadiyyatlarla qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə milli iqtisadiyyatın formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə görə milli iqtisadiyyatların müxtəliflikləri ilə əlqədardır. Buna görə də dünya təsərrüfatının təhlilində ölkələrin müxtəlif kriteriyalara görə təsnifləşdirilməsindən istifadə edilir.
3.Təbii ehtiyatların coğrafi yerləşməsi və onlardan istifadə səviyyəsi. İqtisadi ədəbiyyatlarda resursların, istehsal güclərinin yerləşməsi ilə bağlı bütöv bir nəzəriyyənin formalaşdığını görmüş olarıq. "Yerləşmə amilləri" anlayışını elmi tədavülə alman iqtisadçısı Alfred Veber (1868-1958) özünün 1909-cu ildə yazdığı "Sənayenin yerləşməsi nəzəriyyəsi" adlı klassik tədqiqat işi ilə buraxmışdır. Nəzəriyyə görə sənayenin yerləşməsinin başlıca şərtlərindən əsası kimi də təbii sərvətlərin coğrafiyası amili dominantlıq təşkil edir [1.2]. Bu baxımdan dəyərləndirmələr göstərir ki yanacaq-enerji sərvətlərinin planetimizdə bölgüsü və yerləşməsi son dərəcə qeyri bərabərliyi ilə səciyyəvidir. Belə vəziyyət yer kürəsində müxtəlif iqlim, tektonik proseslərlə, geoloji dövrlərdə faydalı qazıntıların yaranma şərtləri və digər amillərlə bağlıdır. Yanacaq-enerji sərvətləri faktiki olaraq əsas təməl kimi inkişafa təsir edir. Bununla yanaşı, yanacaq-enerji sərvətləri bol olduğu ölkələrdə çox hallarda onlardan israfçılıqla istifadə olunur. Əks qütbdə isə ETT-nin geniş inkişafı nəticəsində resurslardan səmərəli istifadə yeni imkanları yaranmışdır. Yaponiyada, Cənubi Koreya, İtaliya və digər bu kimi ölkələrdə əldə edilmiş iqtisadi tərəqqi buna parlaq misaldır. Elmin nailiyyətlərinin tətbiqinin, innovasiya fəaliyyətinin genişlənməsinin sürətli inkişafı, xüsusəndə az enerji-tutumlu texnologiyaların yaranması, yeni enerji, xammal növlərinin mənimsənilməsi ənənəvi təbii ehtiyatlardan istifadənin xüsusi çəkisinin aşağı salır. Belə xüsusiyyət isə yalnız azsaylı ölkələrdə xasdır [3].

Beynəlxalq əmək bölgüsü sistemində bir qayda olaraq inkişaf etmiş ölkələr xammal resurslarının istehlakçısı, inkişaf etməkdə olan ölkələr isə onların istehsalçısı və ixracatçısı kimi çıxış edirlər. Bu da həmin ölkələrdə iqtisadi inkişafın səviyyəsi ilə yetərli şərtliliklə bağlılığı vardır. Misal olaraq qeyd etmək lazımdır ki, ABŞ özünə lazım olan mineral xammalın 15-20 faiz, Qərbi Avropa ölkələri 70 faizə qədərini, Yaponiya 90 faizdən çoxunu idxal edir [4].

Dünyada təbii ehtiyatlar balansı, onların müasir vəziyyəti və istifadə perspektivləri ayrı-ayrı mənbələrdə qismən müxtəlif verilir. Bir çox yüksək reytinqli beynəlxalq təşkilatlar, elmi idarələrin, analoji mətbu orqanların və hətta internet şəbəkəsinin məlumatlarında bu balansın ayrı-ayrı elementlərində müəyyən fərqlər müşahidə olunur. BMT-nin Dünya və Avropa bankının, iri maliyyə qruplarının və digər mötəbər təşkilatların hər il nəşr etdikləri hesabatlarda da bu fərq sezilməkdədi. Bununla belə, qeyd etmək lazımdır kı, neft iqtisadiyyatının statistikasına konfedisialıq xasdır. Bəzi göstəricilərin müasir, obyektiv mənzərisini müşahidə etmək çətinliklərlə müşayiət olunur. Belə ki, ayrı-ayrı iri neft inhisarları, neft hasil edən ölkələr müvafiq göstəriciləri nümayiş etdirməkdə o qədər də həvəsli deyirlər. Bir cəhəti də qeyd etmək zəruridir ki, təbii sərvətlər miqyaslı olmasına baxmayaraq əksərən tükənən xassəlidirlər. Buna görə də bəşəriyyət bu sərvətlərdən daha ekosivil və biçimli istifadəni əxz etməlidir [5-8].

Aşağıdakı cədvəldə dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə müddətlərini xarakterizə edən şəkil verilmişdir:


Şəkil. Dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə müddətləri

Təbii ehtiyatların növləri

Ehtiyatların səviyyəsi və istifadəsinin qısa xarakteristikası

Neft

Ehtiyatlar 270-300 milyard ton İllik məsrəf 3 milyard ton Perspektivlik imkanları 40-50 il

Təbii qaz

Ehtiyatlar151 trilyon m3 İllik məsrəf 2,2 trilyon m3 30-50 illik perspektiv

Daş kömür

Ehtiyatlar 10 trilyon ton İllik məsrəf 5 milyard ton Mənimsəmə imkanlığı 100 ildən çox

Yanar şistlər

Ehtiyatlar 40 trilyondan çox Zəif istifadə olunur. Yüksək əmək tutumludur.

Torf

Ehtiyatlar 150 milyard ton Ekoloji pozuntuluğuna görə məhdud perspektivlidir.

Çayların hidroenerjisi

Ehtiyatlar 150 milyard ton Ekoloji problemliyə baxmayaraq aktiv istifadə olunur və perspektivlidir.

Atomun parçalanması və nüvə sintezi enerjisi

Fiziki olaraq ehtiyatlar tükənməzdir. Ekoloji fəsadlı olmasına baxmayaraq inkişaf etməkdədir.

Geotermal e/ıerji

Yetərli ehtiyatlıdır. Zəif istifadə olunur. Perspektivlidir.

Dənizlərin qabarma və çəkilmələri, okean axınları enerjisi

Yetərli ehtiyatlıdır. Zəif istifadə olunur. Perspektivlidir.

Günəş radiasiyası

Praktiki tükənməzdir. Məhdud istifadə olunur. Perspektivlidir.

Külək enerjisi

Yerli əhəmiyyətlidir və lokal keyfıyyətdə də perspektivlidir.

Dünya iqtisadiyyatının sürətli inkişafı, əhalinin sayının artması, texnoloji irəliləyişlər və digər dəyişikliklər təbii olaraq enerjiyə və bilavasitə enerji resurslarına olan tələbatı sürətlə artırır. Əgər ilkin enerji resurslarının istehlakı dünyada ümumilikdə 2005-cu ildə təxminən 10537,1 mln. ton n.e olmuşdursa, 2009-cu ildə bu göstərici 11363,2 mln. ton n.e, 2010-cu ildə isə bu rəqəm 12002,4 mln. ton n.e yüksəlmişdir [9].

Beynəlxalq təşkilatların proqnozlarına görə yaxın on ildə ETT-nin inkişafı, əhalinin artımı, istehsalın yüksəlişi, ayrı-ayrı sahələrində texnoloji irəliləyiş, innovasiya və s. ilə bağlı enerjiyə olan tələbat ən azı iki dəfə artacaqdır. Belə inkişaf isə təbii sərvətlərdən optimal istifadəni daha stimullaşdıracaqdır. Ötən müddət ərzində enerji istehsal və istehlak edən regionlar arasında diferensiallaşma və buna uyğun olaraq enerjinin bütün aspektlərində, xüsusi ilə neft-qaz sənayesində xarici ticarətin əhəmiyyəti də artmışdır. Enerji istehsal və istehlakında ən böyük pay sahibi isə inkişaf etmiş ölkələrdir. Xüsusilə hazırda dünyada elektrik və istilik enerjisi istehsalı və istehlakında ABŞ və Çin liderdir [10].

Ənənəvi yanacaq növləri kömür, neft, qaz, torf, yanan bərk suxurların ehtiyatlarının əhəmiyyətli hissəsi neft və təbii qaza malik olan ərazilərin 30 faizi, kömürün 50 faizdən çoxu, dünya hidroresursların 12 faizi MDB ölkələrinin ərazisində yerləşir. Bununla yanaşı, göstərilən resursların ümumi ehtiyatının 80 faizi Rusiyanın Şərq rayonlarının payına düşür ki, burada əhalinin 20 faizi yerləşmişdir, 30 faiz isə, Avropa hissəsinin payına düşür ki, burada, əhalinin 80 faizi yerləşmişdir [3]

Yanacaq-enerji xammalı əsasında elektrik enerjisi istehsalı dövlətin iqtisadi inkişafına təsir edən əsas amillərdən biri olduğundan ona tələbat daim artır, nəticədə elektrik enerjisinə tələbatın ödənilməsi bir dövlət çərçivəsindən çıxaraq beynəlxalq xarakter alır. Yanacaq-enerji sərvətlərinin dünyada qeyri-bərabər yerləşməsi zəif inkişaf etmiş ölkələrdə bu resursların bolluğu şəklində özünü göstərir və bu da istehlakçılar arasında qeyri mütənasiblik yaradır. Belə olan halda enerji resurslarının mənimsənilməsi əlavə stansiyalar tikmək, bu məhsulu uzaq məsafələrə ötürmək kimi çətinliklər yaradır.

Son 30 ildə dünyada təxminən 135 mlrd. ton neft, 145-155 mlrd. ton daş kömür və 1600 trln. m3 təbii qaz yandırılmışdır. Digər tərəfdən dünyada kəşf edilmiş yanacaq-enerji yataqları və istifadəyə verilmiş mədənlər hesabına onların ehtiyatı xeyli artmışdır. Bütün bunlar isə müvafıq dövr ərzində enerji istehlakının 38-40 faiz artımına gətirmişdir. Bu artımda təbii qaz 65 faiz, neft 12 faiz, daş kömür 28 faizlik çəkiyə malikdirlər. Ötən vaxt ərzində ilkin enerji resursları balansında təbii qazın xüsusi çəkisi 19 faizdən 27 faizə yüksəlmiş, neft 49 faizdən 40 faizə, daş kömür 30 faizdən 26 faizə enmişdir [10].

Son dövrlərdə enerjidaşıyıcılarının xüsusilə neftin qiymətinin yüksəlməsi də ilkin enerji resurslarından istifadənin artmasının qarşısını ala bilməmiş və elektrik enerjisinə olan tələbat da bu müddət ərzində sürətlə artmışdır. Belə ki, əgər 2000-ci ildə enerji daşıyıcılardan istifadə 9,3 mlrd. ton n.e. təşkil edirdisə bu göstərici 2005-ci ildə 10,5 mlrd. ton n.e., 2009-cu ilə 11,2 mlrd. ton n.e., 2010-cu ildə təxminən 12,1 mlrd. ton n.e. bərabər olmuşdur [11].

Məlum olduğu kimi, milyon illər ərzində yerin təkində əmələ gəlmiş bu sərvətlərin son əsrdə sürətlə tükənməsi yüzlərlə faydalı qazıntının ehtiyatlarının da tükənməsi ilə nəticələnir ki, bunlar da iqtisadi inkişafa, insanların maddi vəziyyətinə, iqtisadi münasibətlərin inkişafına təsir göstərən əsas amillərdir. Bu resurslardan səmərəsiz və kor təbii istifadə həm ekoloji mühitə, həm də yuxarıda sadaladığımız amillərə mənfı təsir edir. Bu resursların işlənməsi və geoloji kəşfiyyat işləri, tullantıların zərərsizləşdirilməsi əlavə xərclər və böyük miqdarda vəsait tələb edir. Yeni yataqların kəşf edilməsinin sürəti mövcud yataqların istifadə sürətini qabaqlamaqla ehtiyatların artımmı təmin edir, istismar edilən resursların azalması meylinin sürətlənməsi, onların tükənməsi, müvafıq sərmayə qoyuluşu vasitəsilə yeni enerji resurslarının kəşfıni tələb edir və bu da dünyada müvafiq xammal ehtiyatının azalması ilə nəticələnir


4.Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu. Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan – istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir.

Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı – kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur. Bütün bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın ən zəruri şərti hesab edilir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, elmi texniki tərəqqinin nailiyyətləri nəticəsində bir çox süni, kimyəvi, texniki yeniliklər bu mineral ehtiyatların əvəzlənməsinə zəmin yaradır. Son onilliklərdə bu sahədə Yaponiya, Cənubi Koreya, Sinqapur bir çox nailiyyətlər əldə etmişdir. Bütün bu ehtiyatların hesablanmasında müxtəlif metodlardan istifadə edilir: bu metodlar kəşf edilmiş, proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir. Bəzi ehtiyatlar haqqında məlumat vermək daha məqsədəuyğundur.

Geoloji proqnoza görə mineral yanacağın həcmi 12.5 trln. ton təşkil edir. Bu min ilə kifayət edə bilər. Bu ehtiyatlar kömür (60%), neft və qaz (27%) və eləcə də yanar şist və torfdan ibarətdir.

Yanacaq enerji ehtiyatlarında kömürün xüsusi çəkisi daha artıqdır. Dünya miqyasında daş kömürün və boz kömürün ehtiyatı 5 trln. ton (daha dəqiq 4.8 trln. ton) təşkil edir. Kömür ehtiyatı kəşfiyyatı 75 ölkədə aparılmışdır. Bunlardan ən çox kömür olan ölkə ABŞ (445 trln. ton), Çin (272 mlrd. ton), Rusiya (200 mlrd. ton), CAR (130 mlrd. ton), Almaniya (100 mlrd ton), Avstraliya (90 mlrd ton), Böyük Britaniya (50 mlrd ton), Kanada (50 mlrd ton), Hindistan (29 mlrd ton) və Polşadır (25 mlrd ton). Hazırda dünyada ildə 4.5 mlrd ton kömür çıxarılır.

Dünya miqyasında kəşfi məlum olan neft ehtiyatı 90-cı illərdə 270-350 mlrd ton (proqnoza görə isə 800 mlrd ton) qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanı – 25.4%, İraq – 11%, BƏƏ – 9.4%, Küveyt – 9.3%, İran – 9.1%, Venesuela – 6.8%, Rusiya – 4.8%, Çin – 2.4%, ABŞ – 2.4% (1998) kimi ölkələrdədir.

İldə orta hesabla 3.0 mlrd ton neft çıxarılır. Xəzər dəniz ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizindən artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının 40%-ə qədəri (OPEK) neft ixrac edən ölkələrin payına düşür.

Hazırda bura daxildir: Əlcəzair, Qatar, Venesuela, Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq, Səudiyyə Ərəbistanı, İran,BƏƏ.Bu təşkilat 1960-cı ildə yaranmışdır (İqamətgahı Vyanadadır).

Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%, Qərbi Asiya -32,Şimali Afrika-6.9%, Latın Amerikası-5.1%, Şimali Amerika-4.9%, Qərbi Avropa-3.8%. 1998-ci ilin əvvəlinə qaz ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m3, İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668, Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m3 təşkil edir.

Hazırda ildə 2.2 trln m3 qaz çıxarılır. Deməli təbii qaz ehtiyatı 71 ilə kifayət edə bilər.

Hidroenergetika mineral ehtiyatları faydalı qazıntı hesab edilməsə də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehtiyatı 9.7-9.8 trln kvt. saatdır.

Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 600 mlrd. tona bərabərdir. Ən çox dəmir filizi yataqları Braziliya, Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ, Hindistan və İsveçdədir. İldə 0.9-1 mlrd. ton dəmir filizi çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Əlvan metal istehsalında istifadə edilən xammallardan boksidlər əsas yeri tuturlar. Boksidlərin ehtiyatı proqnoza görə 50 mlrd. ton, o cümlədən kəşf olunmuşu 20 mlrd. tondur. Ən böyük boksid yataqları Avstraliya, Qvineya, Braziliya, Venesuelada və Yamaykadadır. Boksid çıxarılması ildə 800 mln. ton təşkil edir.

Mis filizinin geoloji ehtiyatları 860 mln ton kəşfi məlum olan isə 450 mln tona bərabərdir. (Əsasən Hindistan, Zimbabve, Zambiya, Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə tutulur). İldə 8 mln ton çıxarılır.

Yer kürəsinin səthi 510 mln kvadrat km. təşkil edir. Bunun 149 mln kvadrat kilometri quru sahə, 361 mln kvadrat km-i isə dəniz və dəryalardır. Ümumi quru sahədən Arktika və Antarktikanın buzlu sahələrini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln kvadrat km təşkil edir. Torpaq sahəsinin 11%-i becərilən torpaq, 23%-i çəmənlik və biçənəklər, 33%-i az məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası, nəqliyyat xətləri və s. ibarətdir.

Hazırda cəmi kənd təsərrüfatına yararlı torpaq sahəsi 48.1 mln kvadrat km (4810 mln hektar)-dir. Bunun da 1340 mln hektarı becərilən (əkin) torpaq sahəsi, 3365 mln hektar isə çəmənlik və otlaqlardan ibarətdir. Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi çəkisi – Hindistanda 57.1%, Polşada 46.9%, İtaliyada 40.3%, Fransada 35.3%, Almaniyada 33.9%, ABŞ-da 19.6%, Çində 10.3%, Rusiyada 7.8%, Avstraliyada 6%, Kanadada 4.9%, Misirdə 2.8%-dir.

Azərbaycanın ümumi torpaq sahəsi 8700 min hektardır. Bundan 4 mln hektarı kənd təssərrüfatına yararlı torpaq sahəsidir. Bunun da 32%-i əkin yeridir, 2 mln hektarı otlaqlardır.

Dünyada ildə orta hesabla 6-7 mln hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi erroziyaya uğrayır. 1.5 mln hektaradək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat tikintisi altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır.

Cəmi su ehtiyatı 1386 mln km3-dir. Su ehtiyatının 95.5%-i duzlu sudur, yalnız 2.5% içməli sudur. İçməli suyun əsasını çaylar təşkil edir – 47 min km3. Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edilən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahələrinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviyyəsi Misirdə 97.1%, İsraildə 84.4%, Ukraynada 40%, İtaliyada 33.7%, Almaniyada 27.1%, Polşada 21.9%, ABŞ-da 18.9%, Türkiyədə 17.3%, Rusiyada 2.7%-dir.

Dünya üzrə olan meşə örtüyü 40.1 mln km2-dir. Bunun 8.1 mln km2-i Braziliyanın, 2.6 mln km2-i Kanadanın, 2.0 mln km2-i isə ABŞ ərazisindədir. Son 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır.



Dünya istehsalı və beynəlmiləlləşmə prosesi. Hələ XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin 90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.Beynəlxalq ticarətin əsas inkişaf bazası ayrı-ayrı ölkələr arasında əmək bölgüsüdür.Ölkələrin beyəlxalq əmək bölgüsündə (BƏB)iştirakı təbii coğrafi faktorlardan ,istehsalın miqyasındakı fərqlərdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin ağırlıq mərkəzi,sahələrarasından istehsalın sahədaxili ixtisaslaşmasına keçid edir.Hər sahədə müəssisə məmulatların müəyyən edilmiş növünü,detalları seçir.Hansı ki,öz güclərini bu istiqamətdə konsentrasiya edirlər.Bu məmulatlar eksporta göndərilir,elə həmin sahə üçün zəruri məmulatlar import olunur.Kooperasiya şəraitində beynəlxalq ticarət qabaqcadan razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.Bu halda ticarət müstəqil fəaliyyət sahəsi kimi deyil,əksinə istehsal prosesinin ayrılmaz elementi olur.Hazırda beynəlxalq kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox sənaye sahələrinin məhsulunun dəyərinin 50-60%-nə çatır.Beləliklə,beynəlxalq ixtisaslaşma və kooperativləşmənin dərinləşməsi milli kapitalın əmtəə və pul formasında əhəmiyyətli hissəsinin tam dövriyyəsini beynəlxalq əsaslarla həyata keçirir.Öz növbəsində,BƏB-nün inkişafı sahibkarlıq kapitalının birbaşa və portfel investisiya formalarında,dünya səviyyəsindəki hərəkətinə gətirib çıxarır.Əksər ölkələrin iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların təkrar istehsal prosesinin tərkib hissəsi olmuşdur.İstehsalın beynəlmiləlləşməsi təkcə sahibkar kapitalının hərəkəti ilə deyil,həm də xarici iqtisadi əlaqələrin digər formaları ilə də bağlıdır.Bu,Transmilli korporasiyaların (TMK),işin yerinə yetirilməsi və ya ayrı-ayrı əmtəələrin göndərilməsi üçün xarici şirkətlərlə bağladıqları müqavilələri əhatə edən beynəlxalq subkontraktasiyasıdır;TMK-lara xarici şirkətlərin işində iştiraka imkan verən və patentdən istifadəyə görə gəlir alan lisenziya sazişləridir. İstehsalın bəynəlxalq bəynəlmiləlləşməsinin yeni keyfiyyətli inkişaf mərhələsi beynəlxalq iqtisadi inteqrasiyadan ibarətdir.Xarici iqtisadi mübadiləni və istehsal sferasını əhatə etməklə,o,ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı asılılığına gətirib çıxarır,vahid regional təsərrüfat komplekslərinin yaradılmasına kömək edir.Müasir dövrdə iqtisadi inteqrasiya regional xarakterə malikdir.Məsələn,Qərbi Avropa ölkələrinin Avropa Şurasında (AŞ) birləşməsi, Şimali Amerikanın-Şimali Amerika azad ticarət assosasiyasında (NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad ticarət assosasiyasında (ZAFTA) birləşməsi və s. Beləliklə, dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, əmək bölgüsünün dərinləşməsində, inteqrasiya proseslərinin inkişafında özünü əks etdirərək müxtəlif ölkələrin təsərrüfat həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır.

Maddi istehsal sferasında beynəlxalq ixtisaslaşma və kooperativləşmə. Maddi istehsal sferasında BƏB-nün əsas formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür,eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir - ərazi və istehsal.İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir.Məsələn,Yaxın Şərq ölkələri nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər. Sahədaxili ixtisaslaşma da öz növbəsində predmet,texnoloji və detal ixtisaslaşmalarına bölünür. Sahədaxili ixtisaslaşmada da öz nöbəsində predmet,texnologiya və detal ixtisaslaşmalarına bölünür. Predmet ixtisaslaşması hazır məhsul istehsalı ilə bağlıdır.Məsələn; İngiltərə, Fransa və Almanya traktor istehsalçıları kimi təkərli maşın buraxılışı üzrə,İtalya və ABŞ isə,əsasən,tırtıllı traktor istehsalı üzrə ixtisaslanırlar.Hazır məhsul üzrə beynəlxalq ixtisaslaşmanın yüksək müxtəlifliyi komplekt avadanlıqların istehsalı üzrə ixtisaslaşmadır. Texnoloji əməliyyatlar üzrə ixtisaslaşma hər hansı məhsulun hazırlanmasında ayrı-ayrı əməliyyatların icrasında ölkələrin səylərinin cəmləşməsidir. Məsələn,alyumin istehsalında Rusiya və Macarıstanın əməkdaşlığını göstərək.Macarıstan Rusiyaya qlinoz göndərir. Alyumin istehsalı üçün tələb olunan elektroenerji məsrəfləri Rusiyada mövcuddur. Əridilmiş alyumin Macarıstana qayıdır. Deməli,texnoloji proseslər üzrə ixtisaslaşma baş verir.

Detallar üzrə ixtisaslaşma zamanı müxtəlif ölkələrin firmaları ayrı-ayrı detalları,aqreqatları istehsal edir,sonra isə onları hazır məhsulun yığımını həyata keçirən müəssisələrə göndərirlər.Bu cür ixtisaslaşma həmişə istehsalın beynəlxalq kooperativləşməsi ilə uyğunlaşır.Detallar üzrə ixtisaslaşma müasir mərhələdə ETİ-ilə bağlıdır.

İBİ-nin dərinləşməsi istehsalın beynəlxalq kooperativləşməsinin (İBK) meydana çıxması və inkişafı ilə qaçılmaz əlaqədardır. İBK müxtəlif ölkələrin ayrı-ayrı firmaları arasında təsadüfi xarakterli sabit və uzun müddətli əlaqələrin formalaşdırılmasını bildirir. İBK zamanı tərəfdaşların münasibətləri biləvasitə istehsal prosesinin üzərinə keçir.İBK xüsusiliyi ondan ibarətdir ki,burada müxtəlif ölkələrin müəssisələri arasındakı istehsal əlaqələri uzun müddətli olur. Buna uyğun olaraq göndərmələr haqqında müqavilə davamlı müddətdə bağlanır, göndərmələrin özü isə sabit və müntəzəm xarakter daşıyır. İBK bir neçə ölkənin müəssisələrinin şəylərini birləşdirmədən həlli mümkün olmayan iri iqtisadi vəzifələrinin reallaşmasına kömək edir. Bu vəzifələrə iri sənaye obyektlərinin inşasını misal göstərmək olar. Məsələn;La-Manş altında dəmiryolu tunelinin tikintisi Böyük Britanya və Fransa firmalarının birgə fəaliyyəti ilə həyata keçirilmişdir.Beynəlxalq kooperativləşmənin iki əsas növü mövcuddur:1. İkitərəfli-əlaqələrdə iki müəssisə iştirak edir 2. Çoxtərəfli-müxtəlif ölkələrin bir neçə müəssisəsi kooperasiyada iştirak edir.

İBK üç əsas formada həyata keçirilir:

1.Podrat kooperativləşmə-tərəflərdən biri digər tərəfə müəyyən işi,qabaqcadan şərtləşmiş tələblərlə icra etməyi tapşırır.

2.Müqaviləli ixtisaslaşma.İştirakçılar öz aralarında istehsal proqramını bölürlər. Nəticədə istehsalın təkrarlanması azalır, bazarda birbaşa rəqabət də həmçinin azalır.

3.Müştərək müəssisələr-Birgə istehsal fəaliyyətini həyata keçirmək üçün dünyanın müxtəlif ölkələrinin təsərrüfat subyektləri vahid təşkilati formada kapitalı birləşdirirlər. Maddi istehsal sahəsində beynəlxalq ixtisaslaşmanın və beynəlxalq kooperativləşmənin dərinləşməsi və inkişafı təsərrüfat həyatının beynəlmiləlləşməsinə və dünya təsarüfatının bütövlükdə qloballaşdırılmasını gücləndirir.

Transmilli korporasiyalar(TMK) istehsal sahəsində əməkdaşlığın əsas forması kimi. TMK Beynəlxalq Kooperativ biznesinin güclü və inkişaf etmiş hissəsini özündə əks etdirir,vahid dünya təsərrüfatının formalaşmasında aparıcı rol oynayır.TMK-nın əsas xarakteristikaları bunlardır:inhisar vəziyyətində olan yetərincə iri ölçüdə firmalardır,beynəlxalq istehsal strukturunun mövcudluğu,firmaların fəaliyyətində və ümumi dövriyyələrində xarici əməliyyatların yetərincə olan payı,vahid qlobal strategiyanın mövcudluğu,firmanın maraqlarına xidmət edən xarici bölmələrin tabeçi fəaliyyəti.

TMK-ların müxtəlif növləri mövcuddur:



  1. Ənənəvi TMK-lara bir neçə ölkədəki firmalarla birgə baş şirkət aiddir.

  2. Çoxtərəfli TMK-baş şirkət və nisbətən müstəqil xarici filialların məcmusundan ibarətdir

  3. İnteqrasiya olunmuş TMK-fəaliyyət sferasını maksimum beynəlmiləlləşdirməyə çalışan şirkətdir.

  4. Şəbəkəli TMK-digər şirkətlərə əməkdaşlıq münasibətlərinin inkişafına üstünlük verən,firmalararası müqavilələr əsasında öz fəaliyyət sferasını və funksiyalarının bir hisəsini beynəlmiləlləşdirməyə cəhd edən şirkətdir.

TMK-nın müasir mərhələdə inkişafının əsas istiqamətlərindən biri-istehsalın beynəlxalq inteqrasiyasının formalaşdırılmasına və genişləndirilməsinə kömək edən müxtəlif təşkilati strukturlu işgüzar əlaqələrin kombinələşdirilməsindən ibarətdir.TMK elmi texniki fəaliyyətə böyük əhəmiyyət verirlər.TMK dünyanın inkişaf etmiş ölkələrinin elmi-texiki potensialının əsas hissəsinə nəzarət edirlər ki,bu da onlara dünya texnologiya bazarlarında aparıcı rol oynamağa imkan verir.TMK-ın payına elmi-texniki biliklərin mübadiləsinin 80%-i düşür.TMK avtomobil, EHM, aviakosmik, əczaçılıq və müdafiə sənayesində firmalar arasında strateji alyansların geniş yayılmasına gətirib çıxarır.TMK-cəmiyyətin beynəlmiləlləşməsində ən güclü agentdir. Çox da böyük olmayan ”Filips” TMK-nı misal gətirək, Dünyanın 40 ölkəsində özünün istehsal filallarını yaratmışdır.Dünyanın 60 ölkəsində isə məhsul satışi üzrə onun firmaları vardır. Beləliklə, TMK dünya iqtisadiyyatına beynəlmilləşdirirlər. İstehsal prosesi isə qlobal xarakter qazanır. Dünya istehsalı və beynəlmiləlləşmə prosesi. Hələ XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin 90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.Beynəlxalq ticarətin əsas inkişaf bazası ayrı-ayrı ölkələr arasında əmək bölgüsüdür.Ölkələrin beyəlxalq əmək bölgüsündə (BƏB)iştirakı təbii coğrafi faktorlardan ,istehsalın miqyasındakı fərqlərdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin ağırlıq mərkəzi,sahələrarasından istehsalın sahədaxili ixtisaslaşmasına keçid edir.Hər sahədə müəssisə məmulatların müəyyən edilmiş növünü,detalları seçir.Hansı ki,öz güclərini bu istiqamətdə konsentrasiya edirlər.Bu məmulatlar eksporta göndərilir,elə həmin sahə üçün zəruri məmulatlar import olunur.Kooperasiya şəraitində beynəlxalq ticarət qabaqcadan razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.Bu halda ticarət müstəqil fəaliyyət sahəsi kimi deyil,əksinə istehsal prosesinin ayrılmaz elementi olur.Hazırda beynəlxalq kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox sənaye sahələrinin məhsulunun dəyərinin 50-60%-nə çatır.Beləliklə,beynəlxalq ixtisaslaşma və kooperativləşmənin dərinləşməsi milli kapitalın əmtəə və pul formasında əhəmiyyətli hissəsinin tam dövriyyəsini beynəlxalq əsaslarla həyata keçirir.Öz növbəsində,BƏB-nün inkişafı sahibkarlıq kapitalının birbaşa və portfel investisiya formalarında,dünya səviyyəsindəki hərəkətinə gətirib çıxarır.Əksər ölkələrin iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların təkrar istehsal prosesinin tərkib hissəsi olmuşdur.İstehsalın beynəlmiləlləşməsi təkcə sahibkar kapitalının hərəkəti ilə deyil,həm də xarici iqtisadi əlaqələrin digər formaları ilə də bağlıdır. üçün xarici şirkətlərlə bağladıqları müqavilələri əhatə edən beynəlxalq subkontraktasiyasıdır;TMK-lara xarici şirkətlərin işində iştiraka imkan verən və patentdən istifadəyə görə gəlir alan lisenziya sazişləridir. İstehsalın bəynəlxalq bəynəlmiləlləşməsinin yeni keyfiyyətli inkişaf mərhələsi beynəlxalq iqtisadi inteqrasiyadan ibarətdir.Xarici iqtisadi mübadiləni və istehsal sferasını əhatə etməklə,o,ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı asılılığına gətirib çıxarır,vahid regional təsərrüfat komplekslərinin yaradılmasına kömək edir.Müasir dövrdə iqtisadi inteqrasiya regional xarakterə malikdir.Məsələn,Qərbi Avropa ölkələrinin Avropa Şurasında (AŞ) birləşməsi, Şimali Amerikanın-Şimali Amerika azad ticarət assosasiyasında (NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad ticarət assosasiyasında (ZAFTA) birləşməsi və s. Beləliklə, dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, əmək bölgüsünün dərinləşməsində, inteqrasiya proseslərinin inkişafında özünü əks etdirərək müxtəlif ölkələrin təsərrüfat həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır.

Maddi istehsal sferasında beynəlxalq ixtisaslaşma və kooperativləşmə. Maddi istehsal sferasında BƏB-nün əsas formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür,eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir - ərazi və istehsal.İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir.Məsələn,Yaxın Şərq ölkələri nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər. Sahədaxili ixtisaslaşma da öz növbəsində predmet,texnoloji və detal ixtisaslaşmalarına bölünür. Sahədaxili ixtisaslaşmada da öz nöbəsində predmet,texnologiya və detal ixtisaslaşmalarına bölünür. Predmet ixtisaslaşması hazır məhsul istehsalı ilə bağlıdır.Məsələn; İngiltərə, Fransa və Almanya traktor istehsalçıları kimi təkərli maşın buraxılışı üzrə,İtalya və ABŞ isə,əsasən,tırtıllı traktor istehsalı üzrə ixtisaslanırlar.Hazır məhsul üzrə beynəlxalq ixtisaslaşmanın yüksək müxtəlifliyi komplekt avadanlıqların istehsalı üzrə ixtisaslaşmadır. Texnoloji əməliyyatlar üzrə ixtisaslaşma hər hansı məhsulun hazırlanmasında ayrı-ayrı əməliyyatların icrasında ölkələrin səylərinin cəmləşməsidir. Məsələn,alyumin istehsalında Rusiya və Macarıstanın əməkdaşlığını göstərək.Macarıstan Rusiyaya qlinoz göndərir. Alyumin istehsalı üçün tələb olunan elektroenerji məsrəfləri Rusiyada mövcuddur. Əridilmiş alyumin Macarıstana qayıdır. Deməli,texnoloji proseslər üzrə ixtisaslaşma baş verir.




Ədəbiyyat siyahısı:

  • Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və Beynəlxalq iqtisadi münasıbətlər.Bakı,1999




  • Kərimov C., Gənciyev G. Dünya iqtisadiyyatı (Mühazirə toplusu). Bakı, 2001




  • Vəliyev D. Beynəlxalq iqtisadiyyat. Bakı,1997




  • Süleymanov N.M. İqtisadi tarix (dərs vəsaiti)-Bakı, Elm, 1999 səh 355.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə