Referat mövzu: Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun




Yüklə 150.54 Kb.
tarix23.02.2016
ölçüsü150.54 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakültə: Beynəlxalq İqtisadi Münasibətlər

Kafedra: Beynəlxalq İqtisadi Münasibətlər

REFERAT
Mövzu:Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun

institusional və funksional tənzimlənməsi mexanizmi


Kurs:III

Qrup:Dİ-6

Tələbə: Fuad Mərdanov

Rəhbər: Seymur Əliyev

BAKI – 2011

Azərbaycanın xarici ticarət siyasətinin mahiyyəti və əsas prinsipləri.

Ölkənin xarici ticarət siyasəti bütövlükdə iqtisadi təhlükəsizlik konsepsiyasının tərkib elementi kimi nəzərdən keçirilməlidir. Xarici ticarətin strukturunda baş verən ən cüzi dəyişikliklər belə ölkənin maddi rifahına təsir göstərmək iqtidarındadır.

Azərbaycanın sosial-iqtisadi inkişaf proqramında xarici iqtisadi siyasət əsasən dörd istiqamətlərdə həyata keçirilir. Onlar aşağıdakılardan ibarətdir:


  1. Xarici ticarət siyasəti;

  2. Ödəniş balansı siyasəti;

  3. Xarici investisiya siyasəti;

  4. Xarici yardım siyasəti.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici ticarət siyasəti yeni maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına xidmət edir. Bu siyasətin əsas təsir vasitəsi tarif və qeyri-tarif tənzimləmələridir. Ölkə iqtisadiyyatının və əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində xarici ticarətin tarif tənzimlənməsinə istiqlaliyyət əldə edildikdən sonra böyük əhəmiyyət verilir. Real həyatda dövlətlər xarici ticarətə bu və ya digər şəkildə müdaxilə edirlər. Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir.

Gömrük tarifinin məqsədləri aşağıdakılardır:



  • idxalın əmtəə strukturunu səmərələşdirmək;

  • Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının valyuta gəlirləri və xərclərinin əlverişli nisbətini təmin etmək;

  • valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;

  • Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişiklikləri üçün şərait yaratmaq;

  • iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qorumaq və onun dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.

Gömrük tarifi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilir və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

İdxal və ixrac gömrük rüsumlarının dərəcələri və eyni zamanda əlverişli ticarət rejimi tətbiq olunan ölkələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və ölkə mənşəyi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.

Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir:


  1. Advalor - malların gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu;

  2. Spesifik rüsum - mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu;

  3. Kombinə edilmiş rüsum - hər iki növü birləşdirməklə hesablanan gömrük rüsumu.

Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara, mövsümi rüsumların 6 aya qədər tətbiq olunmasına qanun icazə verir.

Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq aşağıdakı xüsusi növ rüsumlar tətbiq oluna bilər: xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları.

Qanunda gömrük rüsumlarından, gömrük dərəcələrinin aşağı salınması halları konkret olaraq müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasından ixrac olunan mallar, onların növündən asılı olmayaraq gömrük ixrac rüsumuna cəlb olunmur. Ölkəyə gətirilən mallara gömrük idxal rüsumu sadələşdirilmişdir. Gömrük idxal rüsumuna cəlb olunan malların növlərindən asılı olmayaraq malların gömrük dəyəri 15% həcmində qəbul edilmişdir.

Qeyri-tarif tənzimlənməsi xarici ticarətin liberallaşdırılmasına və qeyri-iqtisadi amillərin məhdudlaşdırılmasına yönəldilmişdir. “Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi haqqında” 6 avqust 1996-cı il tarixli fərmana 24 sentyabr 1996-cı il tarixli fərmanla edilən düzəliş və əlavələr ölkədə xarici ticarətin liberallaşdırılmasının sistemli şəkildə tətbiqinə imkan vermişdir. Xarici ticarətin dövlət tərəfindən inzibati tənzimlənməsi əhəmiyyətli dərəcədə aşağı salınmış, idxal-ixrac əməliyyatlarını həyata keçirən subyektlərin fəaliyyəti sərbəstləşdirilmiş, strateji malların sayı 17-dən 4-ə endirilmişdir. Eləcə də, idxalı və ixracı Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların, o cümlədən bu əməliyyatlarda müvafiq dövlət orqanlarının rəyi alınan məhsulların siyahısı beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Xarici ticarət siyasətinin mühüm istiqamətlərindən biri də ixracın stimullaşdırılması siyasətidir. Azərbaycanda ixracın stimullaşdırılmasının bir neçə metodundan istifadə etmək məqsədəuyğun olardı:



  1. Vergi və gömrük güzəştlərinin tətbiq edilməsi. Qısa müddət ərzində ixracdan maksimum effekt əldə etmək məqsədilə vergi güzəştlərinin həm mənfəətdən vergiyə, həm də dolayı vergilərə (ƏDV və aksizlər) tətbiq etmək olar. İxracın inkişafında prioritet kəsb edən istehsal sahələrinə münasibətdə mənfəətdən vergiyə güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu cür güzəşt növü ixracyönümlü siyasət həyata keçirən ölkələr üçün daha münasibdir.

  2. İnhisarlar və sənayenin prioritet sahələri arasında qarşılqlı münasibətlərin tənzimlənməsi. Bu cür qarşılıqlı münasibətlərə təsir etmək üçün ixracatçılara müəyyən güzəştlər (dəmir yolu daşımaları tariflərində, kommunal xidmətlər tariflərində və s.-də güzəştlər) verilə bilər.

  3. Xarici ticarət ilə əlaqədar olan sahələrdə məqsədli investisiya proqramlarının hazırlanması və həyata keçirilməsi. Bu proqramlar eyni zamanda, həm dövlət büdcəsindən, həm də bankların güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

  4. İxracın stimullaşdırılmasında lizinq mühüm rol oynaya bilər. Dünya təcrübəsi göstərir ki, lizinq ölkə iqtisadiyyatına yeni texnika, texnologiya və s. formasında “real” investisiyaların cəlb edilməsində ən səmərəli üsullardan biridir. Sənayecə inkişaf etmiş ölkələrdə isitismar edilən avadanlıq və texnikaların 60-70%-i lizinq yolu ilə əldə edilib. Azərbaycanın sənaye müəssisələri texniki və texnoloji yenilənməyə kəskin ehtiyac duyurlar. Lizinqdən istifadə bir çox müəssisələrə istehsalın modernləşdirilməsini həyata keçirməyə və rəqabət qabiliyyətli istehsalı qurmağa imkan verəcək və bu zaman investisiyalara ehtiyacda bir elə gərginlik olmayacaq.

  5. Xarici bazarların mənimsənilməsində milli müəssisələrə yardım üçün təşkilati-texniki dəstək mexanizminin tətbiqi və səmərəli istifadəsi. Bu öz növbəsində nəzərdə tutur:

    • ixracyönümlü müəssisələrə xarici sifarişlərin alınmasında və yüksək keyfiyyətli sənaye avadanlığının əldə edilməsində yardım göstərilməsi;

    • müxtəlif növ kommersiya informasiyalarının təqdim edilməsi;

    • ixracatçıların xarici ölkələrdə dövlət və hökumət qurumlarında maraqlarının təmsil edilməsi və s.

  6. İxrac-idxal əməliyyatlarının kreditləşdirilməsinin həyata keçirilməsi üçün güclü kredit təşkilatlarının yaradılması. Bu zaman ixrac kreditlərinin sığortalanması və yalnız Azərbaycan məhsullarının alınması şərti ilə xarici ölkələrin idxalatçılarına dövlət kreditlərinin verilməsi, həmçinin ixrac istehsallarının maliyyələşdirilməsini həyata keçirən iri bank strukturlarının yaradılması nəzərdə tutulur.

  7. Azad iqtisadi zonaların bir növü olan xüsusi ixracyönümlü və elmi-texniki zonaların yaradılması. Bu cür zonalarda investorlar sonradan istehsal ediləcək məhsulun əsas hissəsini ixrac etmək şərtilə xammalın, materialların və avadanlığın rüsumsuz idxalı üçün xüsusi lisenziyalar əldə edə bilərlər.

Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına əsasən aşağıdakı malların idxalı və ixracı üzrə bağlanmış müqavilələr Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində ekspertizadan və qeydiyyatdan keçirməklə həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi bu mallar üzrə ekspertiza keçirərkən onların idxal və ya ixracı barəsində müvafiq dövlət orqanlarının rəyini almalıdır: İxrac: çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri; vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal; ilan, böyə və əqrəb zəhərləri; incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar; Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr. İdxal: Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələr; baytarlıq təbabətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları; dərman vasitələri, o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və tibbi ləvazimatlar.

Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikasi Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 1 nömrəli əlavəsinə uyğun olaraq silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri; barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri; nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv şüalanma mənbələri, radioaktiv tullantılar da daxil olmaqla; Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə kimyəvi zəhərlər; silahlanma və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatın və texnologiyaların, material və avadanlıqların ayrı-ayrı növlərinin idxalı-ixracı və emal edilməmiş almazın ixracı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı əsasında həyata keçirilməlidir.

Azərbaycan Avropa Birliyi, ABŞ, Norveç, Kanada, Türkiyə, İsveçrə və Yaponiyanın Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə qoşulmuşdur. Bu sistem Azərbaycan mənşəli malların bu bazarlara rüsumsuz və ya aşağı rüsumlarla daxil olmasına imkan verir.

Azərbaycan Respublikası Rusiya, Qazaxıstan, Ukrayna, Moldova, Belarus, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan ilə Sərbəst ticarət haqqında Saziş imzalamışdır. Yalnız Rusiya və Qazaxıstan ilə imzalanmış Sazişlərdə spirtli içkilər və tütün məmulatları sərbəst ticarət rejimindəm istisna edilmişdir.



Azərbaycan Respublikasının xarici ticarət əlaqələri.

Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar. Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə genişləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsaslı dönüş aparmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə görə öz aralarında beynəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Müstəqil Azərbaycan Respublikasında müxtəlif mülkiyyət formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki bazaya malik olması, əmək bölgüsü və koope-rasiyasının geniş vüsət alması və s. milli iqtisadiyatımızın beynəlxalq əməkdaşlıqda mövqeyinin daha da artmasına obyektiv zərurət yaradır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.

Bu dövrə qədər Azərbaycan Respublikası 140-dan çox xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və ticarət saldosu müsbət 8747,35 milyon ABŞ dolları olmuşdur. İxrac əməliyyatlarının 36,38 faizi İtaliya, 15,05 faizi Fransa, 6,57 faizi ABŞ, 5,19 faizi Rusiya, 4,37 faizi Ukrayna ilə, idxal əməliyyatlarının isə 17,86 faizi Rusiya, 13,80 faizi Türkiyə, 8,10 faizi Almaniya, 7,28 faizi ABŞ, 6,49 faizi Çin ilə aparılmışdır.



Mənbə: İqtisadi İnkişaf Nazirliyinin internet saytı - www.economy.gov.az


2011-ci ilin I yarısında Azərbaycan Respublikasının xarici ticarət əlaqələri haqqında statistik göstəricilər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2011-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 17,43 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 4,34 mlrd. ABŞ dolları, ixracın həcmi isə 13,09 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 139 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 8,75 mlrd. ABŞ dolları olmuşdur.

2010-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2011-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 32,61%, o cümlədən idxal 49,65%, ixrac isə 27,78% artmışdır.

2011-ci ilin yanvar-iyun ayları ərzində neft və neft məhsulları da daxil olmaqla enerji daşıyıcılarını əhatə edən 27-ci qrupun ixracın strukturundakı xüsusi çəkisi 94,62% təşkil etmişdir. Eyni zamanda, həmin dövr ərzində qeyri-neft sektoru üzrə (27-ci qrup istisna olmaqla) ixracın həcmi 2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 5,46% (36,46 mln. ABŞ dolları) artmışdır.



2011-ci ilin yanvar-iyun ayları ərzində ixracın sektorlar üzrə bölgüsü




Milyon ABŞ dolları ilə

2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə dəyişmə

2010-6

2011-6

Faizlə

Milyon ABŞ dolları ilə

Enerji daşıyıcıları və neft məhsulları (27-ci qrup)

9 577,85

12 387,74

29,34

2 809,89

Qeyri-neft sektoru

667,51

703,97

5,46

36,46

Cəmi

10 245,36

13 091,71

27,78

2 846,35

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi www.azstat.org

Qeyd: Enerji daşıyıcılarını əhatə edən 27-ci qrup və üzən konstruksiyalar, gəmilər və qayıqları əhatə edən 89-cu qrup istisna olmaqla 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2011-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft ixracı 42,79 faiz (210,96 mln. ABŞ dolları) artmışdır.

2011-ci ilin yanvar-iyun ayı ərzində Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşları

İxracda

İdxalda

Ölkələr

Milyon ABŞ dolları ilə

Ümumi ixracda xüsusi çəkisi, faizlə

Ölkələr

Milyon ABŞ dolları ilə

Ümumi idxalda xüsusi çəkisi, faizlə

İtaliya

4 763,06

36,38

Rusiya

776,10

17,86

Fransa

1 970,15

15,05

Türkiyə

599,64

13,80

ABŞ

860,17

6,57

Almaniya

351,91

8,10

Rusiya

679,17

5,19

ABŞ

316,35

7,28

Ukrayna

571,52

4,37

Çin

282,00

6,49

Malayziya

554,14

4,23

Fransa

276,11

6,36

İndoneziya

457,71

3,50

Ukrayna

270,77

6,23

Belarus

392,51

3,00

Birləşmiş Krallıq

168,18

3,87

Hindistan

295,35

2,26

Qazaxıstan

103,48

2,38

İsrail

291,05

2,22

Koreya

97,63

2,25

Digər

2 256,88

17,23

Digər

1 102,19

25,38

Cəmi

13 091,71

100,00

Cəmi

4 344,36

100,00

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi www.azstat.org

İxracın strukturunda əsas mallar

2011-ci ilin yanvar-iyun ayları ərzində ixrac olunan əsas mallar

Malların adı

Milyon ABŞ dolları

2010-cu ilin

yanvar-iyun

aylarının ixracına

nisbətən dəyişmə,

faizlə

2010-6

2011-6

Xam neft

8 787,77

11 224,64

27,73

Neft məhsulları

619,60

749,02

20,89

Təbii qaz

146,58

373,99

155,14

Elektrik enerjisi

8,01

26,26

227,84

Qara metallar və onlardan hazırlanan məmulatlar

53,95

107,71

99,63

Plastik kütlələr və onlardan hazırlanan məmulatlar

38,46

72,34

88,10

Mirvari, qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr

32,35

43,70

35,09

Kimya sənayesi məhsulları

26,26

42,57

62,07

Elektrik maşınları və avadanlıqları, onların hissələri

2,56

13,99

446,56

Qazanlar, avadanlıqlar, texniki qurğular və onların hissələri

12,76

13,30

4,25

Polimer torbalar və digər toxunma məmulatları

5,80

9,94

71,43

Üzən konstruk-siyalar, gəmilər və qayıqlar

174,55

0,05

-99,97

Bitki və heyvan mənşəli yağlar

107,02

103,58

-3,21

Şəkər və şəkərdən hazırlanan məmulatlar

67,83

97,25

43,38

Meyvə-tərəvəz

53,74

84,85

57,89

Pambıq

8,28

14,76

78,31

Çay

15,66

13,95

-10,92

Tərəvəz, meyvə, qoz-fındıq və bitkilərin emalı məhsulları

11,37

11,52

1,29

Digər

72,81

88,29

21,26

Cəmi

10 245,36

13 091,71

27,78

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi www.azstat.org

İdxalın strukturunda əsas mallar

2011-ci ilin yanvar-iyun ayları ərzində idxal olunan əsas mallar

Malların adı

Milyon ABŞ dolları

2010-cu ilin

yanvar-iyun

aylarının idxalına

nisbətən dəyişmə,

faizlə

2010-6

2011-6

Yeyinti məhsulları

446,76

540,41

20,96

O cümlədən Ət

9,31

10,19

9,45

Süd

3,74

4,95

32,35

Taxıl

115,81

137,99

19,15

Un

0,59

48,69

8152,54

Şəkər

81,04

67,99

-16,10

Yağ

65,27

64,39

-1,35

Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri

733,88

1 402,12

91,06

Nəqliyyat vasitələri və onların hissələri

401,66

704,16

75,31

Qara metallar və onlardan hazırlanan məmulatlar

383,39

521,03

35,90

Plastik kütlələr və onlardan hazırlanan məmulatlar

74,48

137,35

84,40

Digər kimyəvi məhsullar

87,80

141,20

60,82

Tütün və onun sənaye əvəzləyiciləri

99,97

114,48

14,51

Oduncaq və ondan hazırlanan məmulatlar

70,62

110,13

55,95

Əczaçılıq məhsulları

67,01

91,03

35,85

Optik, fotoqrafik, ölçü, tibbi və cərrahi cihaz və aparatlar

72,63

74,00

1,88

Duz, kükürd; torpaq və daş, əhəng və sement

50,91

66,79

31,18

Kağız və karton

37,82

44,18

16,81

Sabun və yuyucu vasitələr

31,57

34,76

10,09

Daş gips, asbest, slyuda və analoji məmulatlar

25,72

37,11

44,31

Şüşə və ondan hazırlanan məmulatlar

64,92

31,13

-52,05

Digər

253,92

294,48

15,97

Cəmi:

2 903,06

4 344,36

49,65

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi www.azstat.org

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2011-ci ilin I yarısında ixrac əməliyyatlarında dövlət sektorunun payı 12 488,68 mln. ABŞ dolları (95,39%), özəl sektorun payı 525,28 mln. ABŞ dolları (4,02%), fiziki şəxslərin payı 77,75 mln. ABŞ dolları (0,59%) təşkil etmişdir.


İdxal əməliyyatlarında isə, qeyd olunan dövr ərzində dövlət sektorunun payı 1 585,30 mln. ABŞ dolları (36,5%), özəl sektorun payı 2 553,58 mln. ABŞ dolları (58,8%), fiziki şəxslərin payı 205,47 mln. ABŞ dolları (4,7%) olmuşdur.

Azərbaycanın xarici ticarət tənzimlənməsinin inkişaf istiqamətləri.

Xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu əsasda ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması son dövrlərdə özünün dövlət müstəqilliyini bərpa etmiş ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri hesab olunur.

Müstəqil Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Bu gün beynəlxalq aləmdə Azərbaycan bərabər tərəfdaş kimi qəbul edilir və onunla uzunmüddətli əməkdaşlıq sistemi qurulur. Belə şəraitdə ölkəyə etimadın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu etimad bir sıra prinsiplər üzərində qurulu bilər. Belə prinsiplərdən biri Ümumdünya Ticarət Təşkilatında (ÜTT-də) üzvlükdür. Azərbaycanın ÜTT-yə üzv olmaq istəməyinin bir çox səbəbləri var.

ÜTT-yə üzv olmaqda əsas məqsədlər aşağıdakılardan ibarətdir:

• Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək;
• ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq;
• Dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək;
• Ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq;
• ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etmək;
• ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə etmək.

Mənbə: Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı: www.wto.az

1997-ci ildə Azərbaycan Respublikasının hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT-yə) üzv olmaq üçün müraciət etməyi qərara almışdır.

Hazırda Azərbaycan bu təşkilatda müşahidəçi statusuna malikdir və ÜTT-yə qəbul edilmək üçün məqsədyönlü iş aparır. ÜTT üzrə Azərbaycanın Koordinasiya qrupu yaradılmışdır, bu qrup bütün danışıqlar prosesini həyata keçirir.

Azərbaycan Respublikasının ÜTT-yə üzvolma istəyi ölkənin müasir Ticarət Siyasətindən irəli gəlir. Bu siyasətin əsas məqsədi – dünya iqtisadiyyatına, beynəlxalq ticarətə maksimum dərəcədə səmərəli və əlverişli şərtlərlə daxil olmaqdan ibarətdir.

ÜTT-yə üzv olmaq mürəkkəb bir prosesdir. Hazırda Azərbaycan ÜTT-yə üzvolma prosedurunun 9-cu mərhələsindədir.

Azərbaycanın ÜTT-yə üzvolma proseduru

Azərbaycan Respublikasının ÜTT-yə üzvolma istəyini əks etdirən ərizənin ÜTT Katibliyinə təqdim olunması

23 iyun 1997-ci il

ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupunun yaradılması

16 iyul 1997-ci il

Azərbaycan Respublikasının xarici ticarət rejimi haqqında Memorandumun ÜTT Katibliyinə təqdim olunması

22 aprel 1999-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 226s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesinin sürətləndirilməsi işləri üzrə təşkilatlararası Əlaqələndirmə Qrupunun yaradılması

19 noyabr 1999-cu il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Birinci İclasının keçirilməsi

03 - 07 iyun 2002-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın yaradılması

22 avqust 2003-cü il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun İkinci İclasının keçirilməsi

14 oktyabr 2004-cü il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Üçüncü İclasının keçirilməsi

30 iyun 2005-ci il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Dördüncü İclasının keçirilməsi

30 mart 2006-cı il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Beşinci İclasının keçirilməsi

6 may 2008-ci il

Mənbə: Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı: www.wto.az

Beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və imicinin yüksəldilməsi, Azərbaycan mənşəli malların və xidmətlərin dünya bazarına maneəsiz çıxarılmasının təmin olunması, ölkəmizin ixrac potensialının gücləndirilməsi və ümumiyyətlə ixracın strukturunun təkmilləşdirilməsi, beynəlxalq ticarətdə ölkəmizin mənafelərinin qorunması, xarici tərəf müqabilləri ilə eyni şərtlərlə ticarət əlaqələrinin qurulması, milli istehsalın inkişaf etdirilməsi üçün əlavə stimulların yaradılması, sağlam rəqabət şəraitində ölkədə istehsal olunan məhsulların keyfiyyətinin artırılması baxımından Azərbaycanın ÜTT-yə qəbul olunması mühüm əhəmiyyət kəsb edir.



ƏDƏBİYYAT SİYAHISI



  • HƏSƏNOV R. - İqtisadi siyasət: metodologiya və praktika (dərs vəsaiti). Bakı2009.

  • Heydərov K.F - “Gömrük işinin əsasları,gömrük işinin təşkili və texnologiyası” 1-ci cild.Bakı 1998.

  • Heydərov K.F - “Gömrük işinin əsasları,gömrük işinin idarə edilməsi və inkişafı” 4-cu cild.Bakı 2000.

  • Nuriyev C.Q - “Gömrük Hüququ”.Bakı 2002.

  • Prof. T.S.Vəliyev, prof. Ə.P.Babayev, prof. M.X.Meybullayev - İqtisadi nəzəriyyə (dərslik). «Çaşıoğlu» nəşriyyatı. Bakı – 2001.

  • Ə.M.Bədəlov, A.M.Ağayev, S.C.Tağızadə - Dünya iqtisadiyyatı (dərslik). Bakı – 2006.

  • Ç.M.Abbasov. - Azərbaycanın dünya iqtisadiyyatının inteqrasiya yolları . Elm nəşriyyatı. Bakı – 2005.

  • Ə.İ.Bayramov - Reqional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika. «Azərnəşr» nəşriyyatı. Bakı – 1997.



İstifadə olunan internet mənbələri


  1. Azərbaycan Dövlət Statistika Komitəsinin internet saytı - www.azstat.org

  2. İqtisadi İnkişaf Nazirliyinin internet saytı - www.economy.gov.az

  3. Ümumdünya Ticarət Təşkilatının internet saytı - www.wto.org

  4. Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı -www.wto.az

  5. Dövlət Gömrük Komitəsinin internet saytı – www.az-customs.net

  6. ABŞ-ın Mərkəzi Kəşfiyyat Komitəsinin internet saytı - www.cia.com

  7. Maliyyə Nazirliyinin internet saytı - www.maliyye.gov.az

  8. Elektron Kitabxana Şəbəkəsinin internet saytı – www.kitab.az




Mərdanov Fuad ©All rights reserved


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə