Referat mövzu: Aran iqtisadi rayonunun torpaq,su ehtiyatlarının qiymətləndirilməsi. TƏLƏBƏ: Polad Isgəndərov




Yüklə 36.73 Kb.
tarix27.04.2016
ölçüsü36.73 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

FAKÜLTƏ:Kommersiya

KURS:1

QRUP:MI-8



FƏNN:Təbiətdən İstifadənin İqtisadiyyatı

REFERAT MÖVZU:Aran iqtisadi rayonunun torpaq,su ehtiyatlarının qiymətləndirilməsi.

TƏLƏBƏ:Polad Isgəndərov

Bakı 2008


Plan
1.Aran iqtisadi rayonu haqqında.

2.Aran iqtisadi rayonunun torpaq,su ehtiyatları,və onun qiymətləndirilməsi.

1.Aran iqtisadi rayonunu haqqında.

Aran iqtisadi rayonu olduqca əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran iqtisadi rayonu, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv.km olmaqla, ölkə ərazisinin 24,7 %-ni əhatə edir.

Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Bu çökəklikdə yerləşən ərazilərdə neft yataqlari vardir. Region üçün əsasən quru subtropik iqlim xarakterikdir. Əsas çayları Kür-Araz və onlarin qollarıdır. Bütün çaylar düzənlikdən kənarda, dağlarda yaranir. Mərkəzi-Aran respublikamızın mühüm pambıqçılıq mərkəzidir. Ərazinin təbii şəraiti üzümçülük, taxılçılıq, quru subtropik bitkilər üçün olduqca əlverişlidir. Aran rayonunun şoranlı yarımsəhraları maldarlıq üçün qış otlaqlarıdır.
Respublikamızın əkinçilik regionu olan Aran iqtisadi rayonunun torpaq örtüyü əsas etibarilə boz və açıq şabalıdı torpaqların müxtəlif növlərindən ibarətdir. Bu torpaq növlərindən əlavə, ərazinin müxtəlif sahələrində çəmən-bataqlıq, şoranlaşmış və qumsal torpaqlara da təsadüf edilir. Boz torpaq və onun ayrı-ayrı növləri başlıca olaraq Kür-Araz ovalığında yayılmışdır. Çəmən-bataqlıq torpaqlara isə ovalığın müxtəlif sahələrində geniş sahəni əhatə edən talalar şəklində təsadüf edilir. Ovalığın Böyük və Kiçik Qafqaz dağlarına birləşən dağətəyi hissələrinin torpaqları daha məhsuldar olan tünd şabalıdı, şabalıdı və açıq şabalıdı, dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlardan ibarətdir.
Aran iqtisadi rayonunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən və əsasən Kür və Araz çaylarının əmələ gətirdiyi düzənliklərdən ibarətdir.

Aran iqtisadi rayonunun əsas təbii sərvətləri bol günəş enerjisindən, Kür və Araz çaylarının su ehtiyatlarından və əkinə yararlı geniş torpaq fondundan ibarətdir. Aran iqtisadi rayonunda həm yeraltı, həm də yerüstü yanacaq-energetika mənbələri mövcuddur. Yeraltı sərvətlərə, yaxud enerji daşıyıcılara, əsasən neft, təbii-qaz ehtiyatları, yodlu və bromlu mədən suları, müxtəlif tikinti materialları daxildir. Aran iqtisadi rayonu Azərbaycanda istehsal edilən neftin 16%-ni, təbii qazın 15%-ni, quruda çıxarılan neftin isə 40%-ni verirdi.


Kür-Araz çayları boyu ensiz zolaq şəklində uzanan tuqay meşələri iqtisadi rayonun təbii sərvətlərindəndir. Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir.
Migəçevir süni gölü yayda istirahət üçün çox yararlı olub, özünün gözəl çimərlikləri, balıq və quş ovu ilə şöhrət qazanmışdır. Salyan rayonunun ərazisində yerləşən "Şirvan" dövlət qoruğunda 1 çox nadır heyvanlar o cümlədən ceyran saxlanılır ki, bu da turistlərin diqqətini cəlb edir. Hal-hazırda "Sirvan" parkında xarici tusristlərin qəbul edilməsi üçün hər cür şərait yaradılmışdır. Eyni zamanda Salyan şəhəri ətrafında Kür çayı sahillərində gələcəkdə balıq ovunu sevən turistlər üçün "Çay balıq ovu( river fish)"turizminin prespektivləri barəsində təkliflər verilmişdir. 27 hektar ərazisi olan bu qoruq əsasən Azərbaycanda ceyranların qorunub saxlanması və sayının artırılması ilə əlaqədar yaradılmışdır. Ərazini Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru və bir sıra digər kollektorlar əhatə edir ki, bu da ərazidə yaşayan ceyranları su ilə tam təmin edir. Burada Xəzərin kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir. Hazırda Şirvan Milli Parkın ərazisində 8 mindən çox çeyran və 230 növ quş vardır.
Köçəri, bataqlıq və suda üzən quşların qışlaması, yuva salması və balıqçılıq əhəmiyyətli növlərinin yetişdirilməsi üçün Ağgöl dövlət qoruğu təşkil edilmişdir. Ərazisi 4,4 min hektar olub, Ağgölün akvatoriyasını əhatə edir. Ağgöl Kür-Araz ovalığının Mil düzənliyində yerləşir və "ornitoloji sahə" də adlandırıla bilər. Ağgöl ərazisində, əsasən, cənub qamışı üstünlük təşkil etməklə su-bataqlıq bitkiləri başlıca yer tutur. Xarakterik olan su bitkilərindən sünbülşəkilli urati, daraqşəkilli su sünbülü, ipək tükyarpaq, parıldayan qıvrımsaç, adi qovuqca, dəniz molyuskası və s. təsadüf olunur. Qoruqda 20 növə yaxıí balıq var. Onlardan yastıqarın, xəşəm, çəki, tingə, qırmızıpullu, durna balığı və s. adlarını çəkmək olar. Mingəçevir şəhərində 1996-cı ildən fəaliyyətə başlamış "Kür" Olimpiya Tədris-İdman Mərkəzi Avropa qitəsində idmanın su növləri ilə məşğul olmaq üçün bütün il boyu fəaliyyət göstərə bilən ən yaxşı və əlverişli qurğulardan biri olmuşdur. Mərkəzdə 380 nəfərlik 3 pansionat, sahəsi 2400 kvadrat metr olan Səhiyyə-Sağlamlıq kompleksi, sahəsi 1200 kvadrat metr olan idman korpusu və inzibati bina, sahəsi 1200 kv.metr olan tədris-idman kompleksi mövcuddur. "Kür" OTİM-in istifadəsində 48 hektar su hövzəsi vardır. Mingəçevir şəhərində, Kür çayının sağ sahilində, tikintisi yarımçıq qalmış 7 mərtəbəli "Turist" mehmanxanası, Mingəçevir Su Anbarının sahilində isə Sovetlər İttifaqı dövründə məşhur olan "Günəşli" turist bazası var. Lakin bu obyektlərdə məcburi köçkün soydaşlarımız məskunlaşdığı üçün təyinatları üzrə istifadə edilməsi mümkün deyil. Bununla bərabər Su Anbarının sahilindəki çimərlik turistlərin istirahəti və günəş vannaları qəbul etmələri üçün çox əlverişlidir. Yay mövsümündə burada istirahətin səmərəli təşkili üçün hər cür şərait yaradılır.

Aran iqtisadi rayonu mühüm kənd təsərrüfatı regionudur. Regionun kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır. Pambıqçılıq, taxılçılıq, üzümçülük, quru subtropik meyvəçilik, bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. İqtisadi rayonda həmçinin kartof və şəkər çuğunduru əkilir.


Heyvandarlıq sahəsində də region mühüm yer tutur. Respublikada istehsal olunan ətin, südün, yunun çox hissəsi Aran iqtisadi rayonunun payına düşür. Heyvandarlıq sahəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, buradakı istehsalın həcmi bir qayda olaraq müsbət inkişaf meyllidir. Bu regionda biyan, çiyid, bitki yağları, meyvə-tərəvəz konservləri, balıq, balıq unu, balıq konservləri, körpə balıqların artırılması ilə məşğul olan müəssisələr fəaliyyət göstərir.
Keçən əsrin 70-80-ci illərində pambıqçılıq ilkin emal sahəsi ilə birlikdə inkişaf etdirilmişdir. Yeni qəbul məntəqələri, pambıqtəmizləmə müəssisələri qurularaq böyük sənaye potensialı yaradılmışdır. Ölkədə emal sənayesinin ilkin emal gücü 1 milyon tona çatdırılmışdır. Bu tədbirlərin nəticəsi böyük iqtisadi səmərə vermişdir. Sahənin rentabelliyi 40%-ə çatdırılmışdır.

2.Aran iqtisadi rayonunun torpaq və su ehtiyatları,və onun qiymətləndirilməsi


Aran iqtisadi rayonunun münbit torpaqları pambıqçılıq üçün daha əlverişlidir.


Mövcud suvarılan torpaqların vəziyyəti və aqro-texniki servis xidmətinin səviyyəsi imkan verir ki, bölgələr üzrə aşağıdakı həcmdə pambıq əkilsin.
1. Mil-Qarabağ bölgəsi üzrə (İmişli, Beyləqan, Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Fizuli, Yevlax) - 60 min hektar.
2. Muğan-Salyan bölgəsi üzrə (Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul) - 60 min hektar.
3. Şirvan bölgəsi üzrə (Kürdəmir, Ağsu, Ağdaş, Göyçay, Ucar, Zərdab, Goranboy) - 30 min hektar.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın tələblərinə uyğun olaraq ölkəmizdə yeni yerli və xarici pambıq sortlarının sınaqları aparılır. Türkiyənin "Ağ qızıl" və İsrailin bir neçə pambıq sortları yerli şəraitdə öyrənilir.
Azərbaycanın torpaq-iqlim şəraiti əsasən tez yetişən sortlar üçün daha əlverişli olduğuna görə istehsalçılar mahlıcın keyfiy yəti yüksək olan bu cür sortlara daha geniş yer verirlər. Bir sıra özəl toxumçuluq təsərrüfatları yaradılaraq bu sortların toxumçuluğu ilə məşğuldur. Məhz buna görə pambığın orta məhsuldarlığı 9 sentnerdən (2000-ci il) 17,4 sentnerədək (2004-cü il) artıb.
Son illərdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) "na uyğun olaraq bu sahəyə yeni investisiyaların cəlb olunması, sağlam rəqabət mühiti yaratmaqla istehsala marağı artırmışdır.
Təbii-coğrafi, torpaq, iqlim şəraiti Kür-Araz ovalığında yetişdirilən üzümlərdən dünyanın ən yüksək standartlarına cavab verən şərab növləri istehsal etməyə imkan verir. Üzümün vegetasiya dövründə (aprel-sentyabr) havanın orta sutkalıq temperaturu (3500-4300s), insolyasiyasının davamlığı (1450-1650 saat), ən isti (35 dərəcədən yuxarı) günlərin sayı (10-30 gün), atmosfer yağıntılarının miqdarı (50-350 mm) Kür-Araz ovalığında yüksək keyfiyyətli üzüm sortları və şərabçılıq məhsulları istehsal etmək üçün hər cür şərait yaradır. Yaxşı sortların əkinini təşkil etməklə və müasir texnologiyaların tətbiqini sürətləndirməklə bu ərazilərdə ən yüksək standartlara cavab verən üzümçülük və şərabçılıq məhsulları istehsal etmək olar. Bunun üçün iqtisadi rayonda potesial və geniş imkanlar vardır.

Kür-Araz düzənliyi Azərbaycanın ənənəvi baramaçılıq regionudur. Vaxtı ilə Aran iqtisadi rayonuna daxil olan rayonların əksəriyyəti baramaçılıqla məşğul olmuşlar. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" qəbul edildikdən sonra bu sahənin dirçəldilməsi istiqamətində Bərdə, Göyçay və Zərdab rayonlarında işlərin aparılmasına başlanılmışdır.

Respublikanın müxtəlif bölgələrində, xüsusən də aran hissəsində yerləşən rayonlarda  əhalinin içməli suya, o cümlədən kənd  təsərrüfatının suya olan tələbatı  çox çətinliklə çay suları, əksər hallarda sanitar normalara cavab verməyən arx və kanal suları vasitəsilə ödənilir. Əhalinin suya olan ehtiyacının ekoloji təmiz sularla təmin etmək məqsədi ilə Beyləqan, İmişli, Saatlı, Ağstafa, Qobustan, Bərdə, Tovuz, İsmayıllı, Xızı, Samux  rayonlarında 2-8 l/san debitə malik içmək və təsərrüfat məqsədləri üçün istifadəyə yararlı şirin və az minerallaşmış sular aşkar  edilmişdir

Aran iqtisadi rayonu respublikanın taxılçılıq, pambıqçılıq, bostançılıq və digər mühüm kənd təsərrüfat məhsulları istehsal edən əsas ərazisidir. Öz böyük imkanlarına görə bu iqtisadi rayon gələcəkdə də Azərbaycanın ən güclü kənd təsərrüfatı istehsalı mərkəzi kimi inkişaf edəcəkdir. Aran iqtisadi rayonunda həmçinin sənayenin və başqa sahələrin də inkişaf imkanları xeyli genişdir. Bu rayon həm müxtəlif xammal ehtiyatlarına malikdir, həm də əhalisinin miqdarına görə ölkənin ikinci rayonu olduğundan geniş tələbatı və bol əmək ehtiyatları ilə səciyyələnir. Rayonda kifayət qədər istehsal olunan xam pambığın, onu emal edən müəssisələrin, Yevlaxda iri yuntəmizləmə zavodunun, ərazinin bir sıra şəhərlərində toxuculuq sənayesinin tarixən geniş inkişafı (Mingəçevir, Göyçay və s.) Aran iqtisadi rayonunda pambıq parça istehsalı üzrə güclü sənaye mərkəzi yaradılmasını tələb edir.

Aran iqtisadi rayonunda metallurgiya və maşınqayırma sənayesinin əsaslı inkişafı üçün miqyaslı işlər görülür. Aran, Şəki-Zaqatala, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarının və qismən Aran regionu ərazisinin bir hissəsini az vəsait sərfi və müxtəlif yanacaq növləri ilə etibarlı təminatı üçün Gəncədə, yaxud da Qazaxda yeni neftayırma zavodunun tikilməsi hər cəhətdən sərfəlidir. Aran və ətraf rayonlarda məhsuldar qüvvələrin nəzərdə tutulan güclü inkişafı nəticəsində artan tələbatı, habelə Azərbaycanın gələcəkdə əhəmiyyətli elektrik enerjisi ixrac edən ölkəyə çevrilməsi bu zavodun hasil etdiyi yanacaq mazutu əsasında elektrik enerjisi istehsal edən stansiyasının tikintisi üçün də şərait yaradar və burada kimya sənayesinin müxtəlif sahələrini inkişaf etdirərdi.

Azərbaycanın şimal və cənub zonasında, eləcə də digər regionlarda bir çox хoşagəlməz hallar müşahidə edilir. Ən ciddi problemlərdən biri də odur ki dağlıq və dağətəyi rayonlarla birlikdə aran zonalarındakı yaşayış məntəqələrinə yaхın meşəliklər də kortəbii şəkildə otarılır. Хüsusən də qaçqın və məcburi köçkünlər tərəfindən yol verilən bu cür hallarla tez-tez üzləşirik. Bərdə, Beyləqan, Daşkəsən və digər rayonlarda analoyi proses tez-tez təkrarlanır. Haqqında danışdığımız problemin tamamilə çözülməsində bizə maneçilik törədən əsas səbəblərdən biri də odur ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr pay torpaqlarının bölüşdürülməsi zamanı örüş sahələrini nəzərə almayıblar. Nəticədə örüşsüz qalan, yaхud örüş olmayan yerlərdə yaşayanlar heyvanlarını meşələrdə otarmağa məcbur olurlar.

Ərazidə 13 yeraltı su yataqları vardır. Onların yerləşdiyi ərazi istifadəyə yararlılığı belə xarakterizə edilir: Yevlax rayonunda şirin sulu 2 yataq və 45,9 min m3/ehtiyatla; Ağdaş rayonunda şirin sulu 2 yataq (17,4 min m3/gün); Ucar şirin sulu bir yataq (13,6 min m3/gün); Ağcabədi rayonunda şirin sulu bir yataq (57,0 min m3/gün); Mil düzündə şirin sulu bir yataq (107,7 min m3/gün); Beyləqan rayonunda şirin sulu bir yataq (72,0 min m3/gün); Çöycay rayonunda bir yataq (şirin suludur və 43,3 min m3/gün ehtiyatı vardır); Neftçala rayonunda ehtiyatları 99,76 min m3/günə bərabər və sənaye təyinatlı suyu olan 2 yataq; Salyan rayonunun ərazisində 78,6 min m3/gün ehtiyatı olan sənaye təyinatlı 2 yataq barədə məlumatlar mövcuddur.

Bu illərdə mahalın bütün aran kəndlərində içməli su problemi bir nömrəli sayılırdı. Mahalın Qızılhacılı, Candar, Gorarxı və s. kəndlərinin əhalisi uzunqulaq və atların tərkində qonşu kəndlərdən su daşıyırdılar.

Əhalinin içməli suya tələbatının ödənilməyən bir vaxtında hakim dairələr içməli sudan sənayedə və kənd təsərrüfatında da geniş istifadə edirdilər. Bu neqativ məsələləri qismən aradan götürmək üçün imkanlı fermerlər və icarə rəhbərləri öz vəsaitləri hesabına bir neçə təsərrüfat əhəmiyyətli su kanalları çəkdirmişlər. Belə kanallara Qarayazı nümayəndəliyində və Borçalı bölgəsində rast gəlinir.

İstifadə olunmuş ədəbiyyat
1.M.C.Atakişiyev-Təbiətdən istifadənin iqtisadiyyatı

2.Şövqi Göyçaylı,Telman İsmayılov-Təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji əsaslar.



3. Məmməd Sarvan, Musa Nəbioğlu-Təbii mühit və təbiətin qorunması.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə