Referat mövzu : albaniya haqqinda antik məNBƏLƏr elmi rəhbər: Tələbə : Tural huseynli Qrup: 204 Kurs: II




Yüklə 78.9 Kb.
tarix25.04.2016
ölçüsü78.9 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

REFERAT

Mövzu : ALBANİYA HAQQINDA ANTİK MƏNBƏLƏR

Elmi rəhbər:

Tələbə :Tural huseynli

Qrup: 204

Kurs:II

ALBANİYA HAQQINDA ANTİK MƏNBƏLƏR


Strabon (e.ə.64 – b.e.24) «Coğrafiya».

Antik dövr Azərbaycanın dolğun şəkildə ilk təsvirini tanınmış yunan coğrafiyaçı və tarixçisi Strabon vermişdir. O, Amasiya (Kiçik Asiya) şəhərində doğulmuş, fəlsəfi təhsil almışdır.

17 kitabdan ibarət «Coğrafiyası»nı o, Roma sərkərdələri Zukkul, Pompey və Antoninin Qafqaza yürüşlərindən az sonra, təxminən e.ə.7-ci ildə yazmışdır. Bu əsər onun itmiş «tarixi qeydləri»nin davamıdır.

Qafqaz haqqında, o cümlədən Azərbaycanın qədim dövlətləri Albaniya və Atropaten haqqında tarixi-coğrafi arayışlar «Coğrafiya»nın XI kitabındadır. Strabonun bu kitabını bütünlüklə Q.A.Stratanovski rus dilinə çevirmişdir.

Müəllif kitabın XI fəslinin 4-cü bölməsində Albanların məşğuliyyəti, onların torpaqlarının məhsuldarlığı, iti axan bolsulu çayları haqqında məlumat verir.

O, yazır: «orada adamlar gözəlliyi və hündür boyu ilə seçilirlər, eyni zamanda ürəyiaçıqdırlar, xırdaçı deyillər. Onlarla zərb olunmuş pullardan istifadə olunmur. 100-dən artıq say bilməyərək, yalnız mübadilə ticarəti ilə məşğul olurlar

Dəqiq ölçü və çəki onlara məlum deyil. Müharibə məsələlərinə, dövlət quruculuğu və əkinçiliyə qayğısız yanaşırlar.

Bu məlumatları Strabon, görünür, daha qədim qaynaqlardan götürmüşdür. Çünki hələ e.ə. III yüzilliyin I yarısında Albaniyada gümüş pullar zərb edilirdi. Belə ki, təkcə Qəbələ dəfinəsində yerli alban pullarınn sayı 500-dən artıqdır. Onunla birlikdə Makedoniyalı İskəndər, Lisimax, Selefki hökmdarları və b. pullarının tapılması Albaniyanın beynəlxalq ticarətdə də mühüm rol oynadığını göstərir.

Strabon yazır ki, iberiyalılara nisbətən onlar daha çox qoşun çıxarır. Məhz onlar 60 min piyada və 22 min süvari silahlandırırlar. Albanlar cida, ox-yayla silahlanırlar. Onlar dəmir zireh və böyük, uzunsov qalxan gəzdirir, həm də iberiyalılar kimi vəhşi heyvan, dərisindən dəbilqə qoyurlar. Albanların ölkəsinə Kaspiana vilayəti də daxildir. Onun və dənizin adı da itib getmiş tayfanın adından götürülüb.

Strabon yazır ki, Midiya iki hissəyə ayrılır. Bir hissəsini Böyük Midiya adlandırırlar ki, baş şəhəri Midiya dövlətinin paytaxtı omuş Ekbatandır. İkinci hissə Atropat Midiyasıdır. O, öz adını sərkərdə Atropatdan alıb, hansı ki, bu ölkənin böyük Midiya kimi, makedoniyalılara tabe olmasına yol vermədi. Doğrudan da təntənəli surətdə çar elan edilən Atropat öz hökmü ilə bu ölkəni müstəqil elan etdi. İndi də varislik onun ailəsində qalır. Çünki, onun nəsilləri erməni, Suriya çarları, parfiya çarları ilə nigah əlaqələrinə girdilər. Bu ölkə hərbi baxımdan kifayət qədər böyükdür. Belə ki, Apolllonun dediyinə görə onlar döyüşə 10.000 atlı və 40.000 piyada çıxara bilir.

Kaspiana – Albaniyanın Kürdən sağ tərəfdən dəniz sahili torpaqlar

K.Ptolomey. «Coğrafiya» dərsliyi.

Antik dövr Qafqaz Albaniyası haqqında yazan müəlliflərdən biri də II yüzilliyin tanınmış coğrafiyaçı və astronomu Klavdi ptolomeydir. (70-147). O, imperator Mark Avrelinin müasiri olmuşdur. Əsərdə Albaniyanın hüdudları göstərilmiş, onun gözə çarpan 29 şəhər və kəndi, çayları, dağ aşırımları və b. coğrafi koordinatları verilmişdir. Bu əsər ilk növbədə Azərbaycanın tarixi coğrafiyasını öyrənmək üçün dəyərli qaynaqdır.

Əsərdə Skifiya və Qafqaza aid verilən məlumatları V.V.Latışev yunan dilindən rus dilinə çevirmişdir. K.Ptolomey V kitabın 8-ci fəslində yazır: «Kaspii dənizi yaxınlığında udlar, olondlar, isodlar və herrlər yaşayır. Bu tayfalar cənubdan Şimala doğru yerləşdiklərinə uyğun sadalanıb. Elmi ədəbiyyatda udları B.Plininin adını çəkdiyi udinlərlə eyniləşdirmək fikri var, lakin həmin müəllif onların Kaspi dənizinin şimal-qərb sahilində yaşadığını söyləyib.

Ptolomeyin göstərdiyi coğrafi enlik və uzunluqlar indiki meridian və paralellərdən kəskin şəkildə fərqlənir. Ptolomeyin xəritəsi tarixşünaslıqda problemi olaraq qalır və öz elmi tutarını gələcək üçün saxlayır.

Böyük Plini. «Təbiət tarixi».

Qay Plini Sekundi b.e.-nın I yüzillikdəki Albaniya və albanlar haqqında yazan antik müəlliflərin ən tanınmışıdır. Kampaniya vilayətindəki Mizendə donanma başçısı ikən Vezuvi vulkanının püskürməsi zamanı həlak olmuşdur. Onun 37 kitabdan ibarət olan «Təbiət tarixi» əsəri bizə çatıb. Təbiət elmləri üzrə antik dövr biliklərinin ensiklopediyası sayılan bu əsərdə (327 yunan və 146 latındilli əsərdən istifadə edilib) tarix üçün də qiymətli məlumatlar tapılır.

Əsərdəki Skifiya və Qafqaza aid məlumatları V.V.Latışev latın dilindən rus dilinə tərcümə etmişdir.

Böyük Plini VI kitabda yazır: «Kürdən başlayaraq bütün düzənlikdə alban tayfaları, sonra iberlər yerləşir. Onlar birincilərdən Qafqaz dağlarından axıb Kür çayına tökülən o Kazan çayı ilə ayrılırlar. Albaniyada Baş Şəhər Kabalakadır. Albaniya sərhədlərindən başlayaraq dağların bütün sinəsi boyu silvlər adlı vəhşi tayfa, aşağıda isə lupenilər, sonra didurlar və sodlar yaşayır.

Plini həm də qədim türklərdən yazan antik müəlliflərdən biridir. Heredotda türk və turreget, Strabonda ürk adlandırılan bu etnoslar Plinidə və Pomponi Melada türklər kimi qeyd edilir. Bu məlumat Dionisii Perisgetin aşağıdakı arayışı ilə səsləşir: Kaspi dənizi mənsəbinə yaxın skiflər, sonra hunlar, onlardan sonra kaspilər, daha sonra isə döyüşkən albanlar və kadusilər yerləşmişlər.

Plini VIII kitabda yazır: «Nikeyli İsiqon yazır ki, Albaniyada alagözlü adamlar doğulur ki, uşaqlıq çağlarından çalsaçlıdırlar və gecələr gündüzdən daha yaxşı görürlər».

VIII kitabda deyilir: «Böyük Aleksandrın Hindistana yürüşü zamanı (e.ə.327) Alban çarı ona qeyri-adi böyüklükdə bir köpək bağışladı».

Mətnin iki yerində «Alban çarı» ifadəsi işlədilib.

Bu onu göstərir ki, Albaniyada hələ e.ə. IV yüzillik.

Dağıstanda yaşayan müasir didoyların ulu babaları .

Yin ikinci yarısında hökmdar hakimiyyəti mövcud olub.

2-ci sual: Moisey Kalankatuklu. «Albaniya tarixi. Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə M.Kalankatuklunun «Albaniya tarixi» əsəridir. Bu əsərin adına ilk dəfə erməni katalikosu Ananiyanın (943-967) Xaçına gəlməsi ilə əlaqədar rast gəlinir.

Burada aydın olur ki, əgər ermənilər xristianlığı 327-ci ildə qəbul ediblərsə, albanlar artıq 270 il xristianlıqda idilər və bu tarix eramızın 54-cü ilinə uyğun gəlir. Sonralar «Albaniya tarixinin adı Uxtanesin X əsrin sonlarında tərtib edilən «Gürcülərlə ermənilər arasında kilsə əlaqələrinin kəsilməsi tarixi» əsərində adı çəkilir.

«Albaniya tarixinin tətbiq edildiyi vaxtı göstərən ilk tarixçi Mxitar olmuşdur. O, «Albaniya tarixi»nin Sebosla (VII), Kevand (VIII) arasında yazıldığını qeyd edir. «Tarix»in müəllifi özü yazdığı kimi Uti vilayətindəki Kalankatuk kəndindən olan Moiseydir».

«Tarix»in ən qədim əlyazması 1279-cu ilə aiddir. «Alban tarixi» qədim erməni dilində bizə gəlib çatmışdır. (qrabar). İerbu alban ənənəsinə aid əsərlərdən bizə, dövrümüzə qədər çatan aşağıdakı tarixi mənbələri göstərmək olar.

M.Kalankatuklu «Alban tarixi», Mxidor Qoş «Alban xronikası» «Gəncəli Xosrovun əzablı həyatı», Kirakos Gəncəlinin «Tarix» əsərləri, habelə alban hüquq məcəllələri – kilsə Kanonları və dünyəvi qanunlar.

«Alban tarixi» I-X əsr Albaniyasının və digər xalqların tarixini öyrənmək baxımından son dərəcə əhəmiyyətlidir. Əsər bir çox cəhətdən sosial-iqtisadi, siyasi, dini-ideoloci, mədəniyət tarixi coğrafiya, Azərbaycanın etnogenezi problemi baxımından böyük maraq doğurur.

Əsər 3 kitabdan ibarətdir.

Tədqiqatçıların bir qisminin fikrincə ilk iki kitab VII yüzillikdə, üçüncü kitabı isə X yüzillikdə yazılmışdır. İkinci fikrə görə isə «Alban tarixi»nin hər üç kitabı X yüzillikdə qələmə alınmışdır.

Tamamilə aydındır ki, öz hakimiyyətinin inkişafı olan yazılı abidənin sifarişçisi Cavanşir özüdür.

«Alban tarixi» müəllifinin məqsədi Albaniya dövlətinin, alban çarlığının meydana gəlməsi və inkişafı tarixini, onun etnosu, ərazisi, siyasi və mənəvi həyatının, onun çarları – alban Arşakiləri və böyük knyazlar Mehranilərin (Cavanşir) hakimiyyətdə olduğu illərin tarixini göstərməkdir. Bu yazılı abidədə Alban dövlətinin və Alban kilsəsinin müstəqilliyi tərənnüm edilmişdir. Xronoloci baxımdan əsər Bibliya dövründən başlanıb 999-cu ilə qədərki hadisələri əhatə edir.

Albanların mənşəyi, yazısı olan 15 xalqdan biri olduğu göstərilir. Ölkənin tarixi coğrafiyası, Albaniya ərazisinin coğrafi təsviri, təbii sərvətləri, ölkənin hüdudlarının dəqiq təsviri təqdim olunur.

IV fəsildə Albaniyanın siyasi tarixi verilir. Arşakilər sülaləsindən olan çarların siyahısı verilir. I kitab V yüzillikdə hunların Albaniyaya basqının təsviri ilə başa çatır.

İkinci kitab 552-ci ildən başlanıb 703-711-ci illərdəki hadisələrin təsviri ilə qurtarır. Bu kitabda Cavanşirin başçılığı altında alban qoşunlarının da iştirak etdiyi İran-Bizans və İran-Ərəb müharibələri təsvir edilir.

Kitabda Cavanşirin və Varaz Trdatın hakimiyyət illəri, xəzərilərin ölkəni işğal etdiyi dövrdə Alban katalikosu vironun həyatı təsvir edilir.

Üçüncü kitab ərəblərin tarix meydanına daxil olmasına həsr olunub. Burada Məhəmməd Peyğəmbəri Zühurunun qısa tarixi verilir, ərəblərin 698-877-ci illərdə Albaniyaya, Ermənistana, İberiyaya hücumlarından söhbət açılır. Burada rusların 944-cü ildə ölkəyə basqını da təsvir olunmuşdur. Kitab alban hökmdarlarının və katalikoslarının siyahısı ilə qurtarır.

«Alban tarixi»ndə aşağıdakı mənbələrdən istifadə olunub: 1. Xalq rəvayətləri və hekayələri. 2. Monastır və qəsrlərin arxivlərində saxlanmış kübar şəxslərin epistolyar yazışmaları. 3. Müəllifin özünün və şahidlərin müasirlərinin qriqoryan kilsəsinin Albaniyanı öz nüfuzuna tabe etməsi ilə bağlıdır. (Bax. Z.Bünyadov. Azərbaycan V-IX əsrlərdə).

Beləliklə, bənzərsiz tarixi yol keçmiş «Alban tarixi» Qafqaz Albaniyasını I-X əsr tarixinin öyrənilməsi üçün qiymətli mənbədir.

Görkəmli Qafqazşünas tarixçi İ.İ.Krupov yazırdı: «Lakin bir şey məlumdur. Qafqaz Albaniyasnın taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya məlumatları. 4. Alban aqioqrafik ədəbiyyatı, (Alban müqəddəslərinin həyatı və əzabları). 5. Alban kilsə kanonları (V əsr Aquen kanonları, 705-ci il Simeonun kanonu. 6. Alban xronikaları (Vironun). 7. Alban şairi Dəvdəcin Cavanşirin ölümünə hşəsr etdiyi ağı. 8. Başqa dillərdə yazılmış mənbələr Romalı İppolitin xronikası (III əsr), V-VII əsrlərdə yaşamış erməni müəlliflərinin əsərləri.

Azərbaycan tarixşünaslığında belə bir fikir var. «Alban tarixi»nin qrabar (qədim erməni dili) çevrilməsi - VIII yüzillikdə ərəb xilafətinin köməyi ilə

Ədəbiyyat


  1. Fəridə Məmmədova, “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası”, Bakı-1993.

  2. Z.Bünyadov, “VII-IX əsrlərdə Azərbaycan”, Bakı-1989.

  3. T.Məmmədov, “Albaniya erkən orta əsrlərdə” Bakı-1993.

  4. M.Kalankatuklu, “Albaniya tarixi”, Bakı-2006.

  5. M.Qoş, “Alban salnaməsi”, Bakı-2006.

  6. Z.Bünyadov, “Azərbaycan tarixi”, Bakı-1994.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə