Referat I Ş İ Bakı 2008 Plan: Giriş. Azərbaycan Respublikasının xarici ticarət əlaqələri




Yüklə 192.99 Kb.
tarix20.04.2016
ölçüsü192.99 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Sosial elmlər və psixologiya fakültəsinin

iqtisadi nəzəriyyə ixtisasının I kurs magistrantı

Babayeva Afaqın

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri

fənnindən

Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə iqtisadi əlaqələri (Fransa, Almaniya, İngiltərə, İtaliya)



mövzusunda


R E F E R A T İ Ş İ


Bakı – 2008

Plan:

Giriş.

  1. Azərbaycan Respublikasının xarici ticarət əlaqələri.

  2. Azərbaycanın Fransa ilə iqtisadi əlaqələri

  3. Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələri

  4. Azərbaycanın İngiltərə ilə iqtisadi əlaqələri

  5. Azərbaycanın İtaliya ilə iqtisadi əlaqələri


Ədəbiyyat.


    1. Azərbaycan Respublikasının xarici ticarət əlaqələri.

Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin mil­li iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bun­ların nəti-cəsində isə əhalinin ümumi rifah səviyyəsini ar­tırmağa ça-lışırlar. Beynəlxalq əmək bölgüsünün üs­tünlüklərindən maksimum istifadə edilmədən, xarici iq­tisadi əlaqələrin bütün formaları intensiv şəkildə geniş­ləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsas­lı dönüş aparmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə gö-rə öz aralarında bey­nəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Müstəqil Azərbaycan Respublikasında müxtəlif mül­kiyyət formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki bazaya malik olması, əmək bölgüsü və koope-ra-si-yasının geniş vüsət alması və s. milli iqti­sa­diya­tımızın bey-nəlxalq əməkdaşlıqda mövqeyinin daha da artmasına ob-yektiv zərurət yaradır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.

Son illərdə xarici ticarətin inkişafında yüksək göstəricilərə nail olunmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 11766,9 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 5708,6 milyon ABŞ dolları, ixracın həcmi isə 6058,3 milyon ABŞ dolları təşkil etmişdir.



Bu dövr ərzində Azərbaycan Respublikası 137 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və ticarət saldosu müsbət 349,7 milyon ABŞ dolları olmuşdur.

İxrac-idxal əməliyyatlarının 28,5 faizi Avropa Birliyi, 25,5 faizi MDB ölkələri ilə, 46,0 faizi isə digər dövlətlərlə aparılmışdır.




Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələrinin 47,4 faizi Avropa, 44,6 faizi Asiya, 7,7 faizi Amerika, 0,2 faizi Afrika qitəsi ölkələri, 0,1 faizi isə Okeaniya ilə aparılmışdır. Azərbaycana xarici ölkələrdən 61,4 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
Xarici ticarətin əsas göstəriciləri

(milyon ABŞ dolları)



Ölkə qrupları

2007-ci i

2006-cı ilə nisbətən, faizlə

Yanvar-dekabr

dekabr

Yanvar-dekabr

dekabr

Cəmi dövriyyə

11766,9

1296,1

101,1

93,2

O cümlədən:













AB ölkələri

3347,5

297,5

63,5

52,1

MDB ölkələri

3003,5

325,3

99,2

85,4

Digər ölkələr

5415,9

673,3

161,9

153,7

İxrac – cəmi

6058,3

596,7

95,1

79,9

O cümlədən:













AB ölkələri

1674,1

123,8

46,0

30,9

MDB ölkələri

1102,4

97,4

118,6

87,6

Digər ölkələr

3281,1

375,5

182,4

160,0

İdxal – cəmi

5708,6

699,4

108,4

108,8

O cümlədən:













AB ölkələri

1673,4

173,7

103,0

102,2

MDB ölkələri

1901,1

227,9

90,6

84,5

Digər ölkələr

2134,1

297,8

138,1

146,4

Saldo (ixrac-idxal)

349,7

-102,7

X

X

O cümlədən:













AB ölkələri

0,7

-49,9

X

X

MDB ölkələri

-798,7

-130,5

X

X

Digər ölkələr

1147,7

77,7

X

X

Humanitar və texniki yardım idxalı, cəmi

61,4

2,9

160,1

78,3

İdxal-ixracın strukturunda maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, bitki mənşəli məhsullar, mineral məhsullar, hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, kimya sənayesi məhsulları, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanan məmulatlar, daş, gips, sement, slyuda, keramika və şüşə məmulatları, quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, optik fotoqrafik ölçü, nəzarət, tibbi alət və aparatlar, saatlar, musiqi alətləri üstünlük təşkil edir.


2007-ci ildə idxal və ixracın strukturu


Mal qrupları

İdxal

İxrac

min ABŞ dolları

yekuna görə faizlə

min ABŞ dolları

yekuna görə faizlə

CƏMİ

5708573,5

100,0

6058308,7

100,0

Diri heyvanlar və heyvan mənşəli məhsullar

47787,6

0,8

1708,4

0,0

Bitki mənşəli məhsullar

376174,1

6,6

193249,3

3,2

Heyvan və ya bitki mənşəli piylər və yağlar

48593,3

0,9

82953,9

1,4

Hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün

438823,2

7,7

229573,8

3,8

Mineral məhsullar

305116,1

5,3

4934815,6

81,5

Kimya sənayesi məhsulları

335297,6

5,9

93039,0

1,5

Plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanan məmulatlar

177466,4

3,1

71456,8

1,2

Emal olunmamış gön, aşılanmış dəri, təbii xəz, onlardan hazırlanan məmulatlar

1932,1

0,0

9730,0

0,2

Oduncaq, mantar, onlardan hazırlanan məmulatlar, hörmə məhsulları

73311,2

1,3

1617,5

0,0

Oduncaqdan hazırlanan kağız və karton, onlardan hazırlanan məmulatlar

95014,3

1,7

2778,9

0,0

Toxuculuq materialları və məmulatları

56269,2

1,0

60578,3

1,0

Ayaqqabı, baş geyimləri, çətirlər, çəliklər, lələklər, süni güllər

14108,2

0,2

192,0

0,0

Daş, gips, sement, slyuda, keramika və şüşə məmulatları

133928,6

2,3

813,9

0,0

Mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar

1235,3

0,0

136,8

0,0

Azqiymətli metallar və onlardan hazırlanan məmulatlar

705218,1

12,4

181724,8

3,0

Maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar

1725262,0

30,2

47859,7

0,8

Quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri

882188,0

15,5

101360,2

1,7

Optik fotoqrafik ölçü, nəzarət, tibbi alət və aparatlar, saatlar, musiqi alətləri

175435,8

3,1

13349,2

0,2

Müxtəlif sənaye malları

66030,9

1,2

9812,3

0,2

İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat

30,6

0,0

261,9

0,0




    1. Azərbaycanın Fransa ilə iqtisadi əlaqələri

Azərbaycanın xarici ticarət dövriyyəsinin strukturuna nəzər salsaq, burada İtaliya, İngiltərə, Almaniya və Fransanın xüsusi çəkisinin böyük olduğunu görərik:


Xarici ticarət dövriyyəsində ölkələrin xüsusi çəkisi

(milyon ABŞ dolları)

Ölkələr

Dövriyyə

%-lə çəkisi

İtaliya

2970,0

25,52

Rusiya

1525,8

13,11

Türkiyə

773,2

6,64

İsrail

711,0

6,11

Birləşmiş Krallıq

459,3

3,95

Almaniya

412,7

3,55

Fransa

403,3

3,47

İran

381,8

3,28

Türkmənistan

378,5

3,25

Ukrayna

355,8

3,06

Gürcüstan

334,4

2,87

Birləşmiş Ştatlar

289,8

2,49

Qazaxıstan

232,9

2,00

Çin

228,9

1,97

Digər

2179,2

18,73

Cəmi:

11636,6

100,00

Mənbə: AR Dövlət Statistika Komitəsi

2006-cı ilin yanvar-dekabr ayları ərzində Fransa Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,5 faiz, o cümlədən idxalda 1,06 faiz, ixracda isə 5,5 faiz təşkil etmişdir.

2006-cı ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının Fransa Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 403,3 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 55,8 milyon ABŞ dolları, ixracın həcmi isə 347,5 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu 291,7 milyon ABŞ dolları olmuşdur.

2005-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə Fransa Respublikası ilə ümumi ticarət dövriyyəsi 23,7 faiz, o cümlədən idxal 54,2 faiz, ixrac isə 14,6 faiz azalmışdır.





Mənbə: AR Dövlət Statistika Komitəsi
2006-cı ilin yanvar-dekabr ayları ərzində idxalın 22,5 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura, 19,9 faizini kimya sənayesi məhsulları, 18,3 faizini qara metallar və onlardan hazırlanan məmulatlar, 10,6 faizini çap məhsulları, 8,0 faizini ölçü, nəzarət, tibbi alət və aparatlar, 4,0 faizini nəqliyyat vasitələri və hissələri, 16,6 faizini isə digər məhsullar təşkil etmişdir.


İdxal (2006)

Malların adları

min ABŞ dolları

Maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura

12587,0

Kimya sənayesi məhsulları

11096,8

Qara metallar və onlardan hazırlanan məmulatlar

10224,2

Çap məhsulları

5942,5

Ölçü, nəzarət, tibbi alət və aparatlar

4487,2

Nəqliyyat vasitələri və hissələri

2251,6

Digər

9248,1

Cəmi:

55837,4

Mənbə: AR Dövlət Statistika Komitəsi

2006-cı ilin yanvar-dekabr ayları ərzində ixracın 96,1 faizini xam neft, 3,5 faizini dizel yanacağı, 0,4 faizini isə digər məhsullar təşkil etmişdir.



İxrac (2006)

Malların adları

min ABŞ dolları

Xam neft

333901,6

Dizel yanacağı

12145,6

Digər

1456,2

Cəmi:

347503,4

Mənbə: AR Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Fransa Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 110,3 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 35,1 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 75,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz 40,1 milyon ABŞ dolları olmuşdur.




    1. Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələri

2006-cı ilin yanvar-dekabr ayları ərzində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,5 faiz, o cümlədən idxalda 7,67 faiz, ixracda isə 0,1 faiz təşkil etmişdir.
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ticarət dövriyyəsinin dinamikası

(ABŞ dolları ilə)

İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

2005

256 325 500

34 801 600

291 127 100

-221 523 900

2006

403 699 700

9 004 700

412 704 400

-394 695 000

Dəyişmə

+57,5%

-74,1%

+41,8%

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi



İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

2006 yanvar-iyun

139 132 400

5 842 100

144 974 500

-133 290 300

2007 yanvar-iyun

192 508 500

7 212 800

199 721 300

-185 295 700

Dəyişmə

+38,4%

+23,5%

+37,8%

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

2006-cı ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 412,7 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 403,7 milyon ABŞ dolları, ixracın həcmi isə 9 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu mənfi 394,7 milyon ABŞ dolları olmuşdur.




İdxal (2006)

Malların adları

min ABŞ dolları

Avadanlıq və mexaniki qurğular və onların hissələri

96535,9

Quru nəqliyyat vasitələri və onların hissələri

89261,6

Tütün

44423,3

Qara metallardan məmulatlar

35248,3

Qara metallar

10544,0

Digər

127686,7

Cəmi:

403699,7

Mənbə: AR Dövlət Statistika Komitəsi
2005-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsi 41,8 faiz, o cümlədən idxal 57,5 faiz artmış, ixrac isə 74,1 faiz azalmışdır.

2006-cı ilin yanvar-dekabr ayları ərzində idxalın 23,9 faizini avadanlıq və mexaniki qurğular və onların hissələri, 22,1 faizini quru nəqliyyat vasitələri və onların hissələri, 11 faizini tütün, 8,7 faizini qara metallardan məmulatlar, 2,6 faizini qara metallar, 31,6 faizini isə digər məhsullar təşkil etmişdir.




İxrac (2006)

Malların adları

min ABŞ dolları

Qabığı təmizlənmiş meşə fındığı

6453,4

Qoz-fındıq və bitkilərin emalı məhsulları

1623,6

Digər

927,7

Cəmi:

9004,7

Mənbə: AR Dövlət Statistika Komitəsi

2006-cı ilin yanvar-dekabr ayları ərzində ixracın 71,7 faizini qabığı təmizlənmiş meşə fındığı, 18 faizini qoz-fındıq və bitkilərin emalı məhsulları, 10,3 faizini isə digər məhsullar təşkil etmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 199 milyon 721 min ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 192 milyon 509 min ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 7 milyon 213 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 185 milyon 296 min ABŞ dolları olmuşdur.


    1. Azərbaycanın İngiltərə ilə iqtisadi əlaqələri

2006-cı ilin yanvar-dekabr ayları ərzində Birləşmiş Krallığın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,9 faiz, o cümlədən idxalda 8,62 faiz, ixracda isə 0,1 faiz təşkil etmişdir.

2006-cı ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsinin həcmi 459,3 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 453,7 milyon ABŞ dolları, ixracın həcmi isə 5,6 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu mənfi 448,1 milyon ABŞ dolları olmuşdur.



2005-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsi 17,9 faiz, o cümlədən idxal 17,9 faiz, ixrac isə 24,4 faiz artmışdır.

2006-cı ilin yanvar-dekabr ayları ərzində idxalın 56.5 faizini avadanlıq və mexaniki qurğular, onların hissələri, 15.1 faizini qara metallardan məmulatlar, 11, 9 faizini elektrik maşınları və avadanlıqları, aparatura və onların hissələri, 16,5 faizini isə digər məhsullar təşkil etmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura vasitələri mal qrupu üzrə ümumi idxalının 20 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının payına düşür.




İdxal (2006)

Malların adları

min ABŞ dolları

Avadanlıq və mexaniki qurğular, onların hissələri

256196.6

Qara metallardan məmulatlar

68580.2

Elektrik maşınları və avadanlıqları, aparatura və onların hissələri

53879.5

Digər

75042,6

Cəmi:

453698,9

Mənbə: AR Dövlət Statistika Komitəsi

2006-cı ilin yanvar-dekabr ayları ərzində ixracın 35,1 faizini qara metallardan məmulatlar, 58,0 faizini avadanlıq və mexaniki qurğular, onların hissələri, 7,0 faizini isə digər məhsullar təşkil etmişdir.




İxrac (2006)

Malların adları

min ABŞ dolları

Qara metallardan məmulatlar

1961.6

Avadanlıq və mexaniki qurğular, onların hissələri

3245.1

Digər

390.0

Cəmi:

5596.7

Mənbə: AR Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsinin həcmi 81,8 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 81,3 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 506,2 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 80,8 milyon ABŞ dolları olmuşdur.




    1. Azərbaycanın İtaliya ilə iqtisadi əlaqələri

2007-ci ilin yanvar-dekabr ayları ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 9,2 faiz, o cümlədən idxalda 2,47 faiz, ixracda isə 15,5 faiz təşkil etmişdir.


Xarici ticarət dövriyyəsində ölkələrin xüsusi çəkisi

(milyon ABŞ dolları)

Ölkələr

Dövriyyə

%-lə çəkisi

Türkiyə

1680,8

14,3

Rusiya

1529,8

13,0

İtaliya

1081,8

9,2

İran

540,0

4,6

Birləşmiş Ştatlar

496,6

4,2

Ukrayna

494,7

4,2

Almaniya

490,7

4,2

Birləşmiş Krallıq

414,0

3,5

Gürcüstan

406,7

3,5

İsrail

400,7

3,4

İndoneziya

396,3

3,4

Fransa

362,6

3,1

Qazaxıstan

349,9

3,0

Yaponiya

295,0

2,5

Çin

288,9

2,5

Digər

2538,4

21,6

Cəmi:

11766,9

100,0

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının İtaliya Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 82 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 141 milyon ABŞ dolları, ixracın həcmi isə 941 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu müsbət 800 milyon ABŞ dolları olmuşdur.

2006-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə İtaliya Respublikası ilə ümumi ticarət dövriyyəsi 63,6 faiz, o cümlədən ixrac 66,9 faiz azalmış, idxal isə 13 faiz artmışdır.


Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
2007-ci ilin yanvar-dekabr ayları ərzində idxalın 52 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura, 23,9 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 24,1 faizini isə digər məhsullar təşkil etmişdir.


İdxal (2007)

Malların adları

min ABŞ dolları

Maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura

73184,7

Az qiymətli metallar və onlardan hazırlanan məmulatlar

33653,5

Digər

33994,7

Cəmi:

140832,8

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

2007-ci ilin yanvar-dekabr ayları ərzində ixracın 98,4 faizini mineral yanacaqlar, neft və neft emalı məhsulları, 1,2 faizini qabığı təmizlənmiş meşə fındığı, 1,6 faizini isə digər məhsullar təşkil etmişdir.




İxrac (2007)

Malların adları

min ABŞ dolları

Mineral yanacaq, neft və neft emalı məhsulları

925812,1

Qabığı təmizlənmiş meşə fındığı

11228,4

Digər

15116,4

Cəmi:

940928,5

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi



Ədəbiyyat:

  1. “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri” Zahid Məmmədov, Bakı-2004.

  2. “Azərbaycanın iqtisadi siyasəti. Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələri” Dərslik. Əliyev Aydın. Qanun, Bakı, 2003

  3. Azərbaycanın xarici ticarəti 2006-2007-ci illər. Statistik məcmuə. Bakı, 2008

  4. Müasir inteqrasiya meylləri və onun qiymətləndirilməsi. B.İ.Məmmədxanov, S.A.Mehdizadə

  5. National interests in formation of contemporary Azerbaijani foreign-policy concept. Mehriban Vasif Babazade, Senior Lecturer

  6. www.azstat.org

  7. www.economy.gov.az

  8. www.kitab.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə