Referat fənn müəllimi: S. Kərimov Tələbə: İ. Dadaşov Bakı-2012 plan giriş




Yüklə 96.3 Kb.
tarix23.02.2016
ölçüsü96.3 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ
FAKÜLTƏ: Biznes və menecement
KAFEDRA:
İXTİSAS: Dövlət və bələdiyyə idarəetməsi
QRUP: 10
KURS: I
FƏNN: Mülki Müdafiə

MÖVZU:

Mülki müdafiənin rolu, quruluşu, qüvvələri və onların vəzifələri”



REFERAT

Fənn müəllimi: S.Kərimov
Tələbə: İ.Dadaşov
Bakı-2012

PLAN
1.Giriş.

2.Müasir şəraitdə mülki müdafiənin rolu və məqsədi.

3.Mülki müdafiə xidmətləri və onların vəzifələri.

4.Mülki müdafiə qüvvələri.

5.Nəticə.

1.Giriş.
Mən bu mövzuda mülki müdafiənin rolu, qurluşu, məqsəd və vəzifələri haqqında danışacam.İlk öncə qeyd edək ki mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağ­­­lamlı­­ğının qorunması haqqında elmdir. İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona gö­­rədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəq­liy­yatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi za­­ma­nı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini tə­­min etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.

Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mül­ki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.

Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xi­lasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin na­zirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xü­susi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəs­tələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.Bütün bunlar haqqında mən aşağıda daha geniş məlumat vermişəm.


2.Müasir şəraitdə mülki müdafiənin rolu və məqsədi.
İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona gö­­rədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəq­liy­yatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.

Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə el­mi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların is­tis­ma­rın­da riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın nor­­mal fəaliyyətinə təhlükə yaradırlar.

Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi za­­ma­nı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini tə­­min etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.

Mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağ­­­lamlı­­ğı­nın qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxar­-ma­lı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zə­rər­li və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini ara­dan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xü­su­silə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mü­ba­ri­zə­də xeyli artmışdır.

Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES-də, dəmir yo­lun­da, güclü təsirli zəhərli maddələrdən istifadə olunan müəssisələrdə baş ve­rən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr gös­tə­rir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hal­larda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış sə­mərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xü­susilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən ba­xıl­malı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır. Bu məsələ in­diki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də "Azərbaycan Res­publikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də "Mülki müdafiə haqqında Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır. Yu­xarıda göstərilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Yeni Əsas­na­mə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə döv­lət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də mə­sul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edil­­­­mişdir.

Azərbaycan Respublikasının Mülki müdafiəsi - sülh və müharibə dövrlərində res­publikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güc­lü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin (bundan sonra “təbii fəlakətlərin, güclü qəzaların nəticələri və müasir qırğın vasitələrinin təsiri” ifa­dəsi “fövqəladə hallar” adlandırılacaq) təsirindən mühafizə məqsədilə dövlət, tə­sərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə hə­yata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.

Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki mü­dafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mül­kiy­yət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər ob­yekt­lər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda res­pub­li­kanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edir­lər.

Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağı­da­kı­lar­dır:

• fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edil­məsi;



  • sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə ya­ran­dığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;

  • fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və di­gər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;

  • mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin föv­qəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;

  • sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sa­hə­lə­ri­nin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yö­nəl­­dilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər təd­bir­lə­­rinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.

Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.

Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mül­ki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.

Yeni qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mül­ki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti hə­ya­­ta keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Na­zi­ri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri hə­ya­ta keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.

Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, ha­belə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Föv­qəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğından mü­hafizə işi, dənizdə xilasetmə və s.) mülki müdafiəyə gündəlik rəhbərlik edir.

Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:


  • Naxçıvan Muxtar Respublikasında - Muxtar Respublikanın Baş Naziri;

  • şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə-müvafiq icra hakimiyyəti başçıları və on­ların nümayəndələri;

•təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri və sahibkarları.

Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa döv­lət orqanları vasitəsilə yerinə yetirirlər.

Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin ye­rinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki mü­da­fiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (mü­əs­si­sə­lər) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təş­ki­lin­də vacib rola malikdir və əsas mərhələdir.

Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt de­dik­də idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.

Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və və­ziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki mü­da­fiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sə­rən­cam­la­rı­nı obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.

Obyektlərdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, tələbələri (şagirdləri) qa­baqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hal­larda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər tə­xi­rə­sa­lın­maz işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.

Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müa­vinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üz­-rə və s.) olur.

Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı ya­ra­dı­lır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə mə­sələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştat­lı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir (şəkil 1.1).

Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və va­si­tə­lər hazırlamaq, xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki müda­fiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri ya­radılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mü­təxəs­-sis­ləri, istehsalat rəhbərlərindən təyin edilir.

Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xü­susiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və va­si­tə­lə­rin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və ob­yekt rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bun­lar­dır: rabitə və xəbərdarlıq; tibbi; yanğından mühafizə; ictimai asayişi mühafizə; sı­ğı­nacaq və daldalanacaqlar; mühəndis; avtomobil nəqliyyatı; maddi-texniki təc­hi­zat; ticarət və energetika; kimya və radiasiyadan mühafizə və s.

Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində bunlardan başqa kənd təsərrüfatı hey­van­la­rını və bitkilərini mühafizə xidməti də yaradılır.
3.Mülki müdafiə xidmətləri və onların vəzifələri.

Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xi­lasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin na­zirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xü­susi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəs­tələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.

Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən X və DTİ ye­ri­nə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa və­zi­fə­lə­ri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəs­tə­lər təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.

Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş ümumi və xü­su­si mülki müdafiə dəstələri bilavasitə həmin orqan rəhbərlərinin sərəncamı ilə fəa­liy­yət göstərir.

Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Mux­tar Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış mən­tə­qə­lə­rində yaradılır.

Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı təsərrüfat ob­yekt­lə­rin­də yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələri ilə təş­ki­latın hesabına normalara uyğun olaraq təchiz olunurlar.

Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının və­tən­da­şı olan 18 yaşından 60 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edi­lir­lər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həm­çi­nin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bö­lü­nür:

Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bö­lü­nür­lər.

Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki mü­da­fiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli ob­yekt­lər­də isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fə­lakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tu­tu­lur.

Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığ­ma mexanikləşdirilmiş dəstələr (komandalar) - ümumi məqsədli dəstələr sayılır.

Mülki müdafiə xidmət dəstələri - xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yar­dım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəs­tələri sayılır.

Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ix­tisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəs­tə­lə­rin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik ha­zır­lıqda olurlar (24 saat).



Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işi­nə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İc­ra başçısı və onun şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olu­nur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəhbərlik edir. Qə­ra­r­ga­hın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirir. Rayonun ic­ra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə iş­lə­yə­cəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin plan üzrə və məq­­sə­də­uy­ğun yerinə yetirilməsinə imkan yaradır.

Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qə­rar­gah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəş­fiy­yat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mü­hən­dis-texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki tə­minat qrupu (rəis ve 1-2 köməkçi). Rayon İcra Başçısı rayon tabeliyində olan şə­hər­də yerləşirsə, belə hallarda rayonun ve şəhərin birləşmiş mülki müdafiə qərargahı ya­radılır, həmçinin rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir.



Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafiə planını işləyib ha­zır­lamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı is­teh­sa­lı­nı qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin dö­yüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər ver­mək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; kəş­fiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək; əhalinin və xalq tə­sər­rü­fa­tı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh ma­hiy­yətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mül­ki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən obyektlərin mülki mü­dafiə hazırlığına nəzarət etməkdir.

Rayonun (şəhərin) mülki müdafiə xidmətləri. Mülki müdafiə tədbirlərini, dəs­tələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düz­gün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını nə­zərə alaraq rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.

Rabitə xidməti - rayon (şəhər) rabitə təşkilatının bazası əsasında təşkil olunur. Ra­bitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, mü­əs­si­sə­lə­rin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi ba­rə­də vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün ob­yektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun əra­zi­sin­də fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edir­lər.

Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – ra­yonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sa­ni­tariya-gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını tə­min edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edil­mə­si, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.

İctimai asayişi mühafizə xidməti - rayon polis şöbəsinin bazası əsasında təş­kil olunur (xidmətin rəisi - rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mül­kiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; ça­x­naşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin mü­əy­yən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə nəzarət etmək həvalə olu­nur. Xidmət köçürülmə işlərinə, mülki müdafiə siqnalları üzrə əhalinin dal­da­lan­ma­sına yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yo­luxma ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir.

Yanğından mühafizə xidməti - yanğından mühafizə təşkilatlarının bazası əsa­sında yaradılır (xidmətin rəisi - rayonun yanğından mühafizə şöbəsinin (ida­rə­si­nin) rəisi və ya yanğından mühafizə müfəttişidir). Bu xidmətin vəzifələri: yan­ğın­sön­dürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata ke­çir­məkdən, müəssisə, idarə kənd və qəsəbələrin ərazisində su hövzələri ti­kil­mə­si­ni təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və sön­dürülməsi üçün xidmət hər cür tədbir görür.

Ərzaq və paltarla təchizat xidməti - rayon istehlak cəmiyyəti və ticarət ba­za­sı əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xid­mət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zə­hər­ləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi mə­sə­lə­­ləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olun­ma­sı­nı sahmana salır, onları ən lazımi şeylərlə təchiz edir; həmçinin rayonun mülki mü­dafiə dəstələrinin şəxsi heyətini yeməklə təmin edir.

Heyvanları və bitkiləri mühafizə xidməti baytarlıq və aqronomiya ida­rə­lə­ri­nin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə va­si­tələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və baş­qa kənd təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bit­kiləri mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya eks­per­ti­zasını təşkil edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq eh­ti­yat­larının vəziyyətinə nəzarət edir; tibb xidməti, habelə ərzaq və paltarla təchizat xid­məti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəy­yən­ləşdirir.

Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda gös­tərilənlərdən əlavə başqa xidmətlər də (kommunal-texniki xidmət - rayon kom­mu­nal təsərrüfatı kombinatı bazası əsasında; mühəndis xidməti - tikinti təşkilatlarının bazası əsasında; avtomobil nəqliyyatı xidməti - avtomobil təsərrüfatları, yol idarələri və digər təşkilatların bazası əsasında; maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bilər.

Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin ida­rə­lərin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin edilir. Ra­yon xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrlə, təlimatlarla, habelə yuxarı xid­mətlərin göstərişləri əsasında və rayonun xüsusiyyətləri nəzərə alınmaqla yuxarı ida­rə rəhbərləri tərəfindən müəyyən edilir.

Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı ola­raq burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mü­həndis, ictimai asayişi mühafizə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı, hey­vanları və bitkiləri mühafizə manqalları təşkil edə bilər. Bundan başqa, mülki mii­dafiə məqsədləri üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə ida­rə­lə­rindən, habelə maddi və texniki təchizat, ticarət və ictimai iaşə idarə və mü­əs­si­sə­lə­rin­dən istifadə olunur. Rayonun və şəhərlərdən köçürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasında baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hos­pi­tal­ları, baş və profil xəstəxanaları, ilk yardım dəstələri və epidemiya əleyhinə dəs­tə­lər yaradılır.

Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir. Bu mən­təqəni rabitə vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və fər­di mühafizə vasitələri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qə­rargahın və xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yer­lə­şir.

Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar. On­la­ra aşağıdakı vəzifələr həvalə olunur:



  • obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu dəstələrin dö­yüş hazırlığını təmin etmək;

  • əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil et­mək;

  • mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə va­si­tə­lə­ri əldə etmək, bunları toplayıb saxlamaq;

  • vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haq­qın­da vaxtında xəbər vermək;

  • əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;

  • profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə təd­bir­ləri təşkil etmək;

  • şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;

  • əhalinin köçürülməsini təşkil etmək;

  • xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;

  • dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;

  • kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, yemin və su mən­bələrinin radioaktiv, kimyəvi maddələr, bakterioloji vasitələrlə yoluxmadan mü­hafizəsi üzrə tədbirləri yerinə yetirmək;

  • əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa kənd təsərrüfatı sa­hə­lərinin zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təş­kil etmək, habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.

Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki mü­dafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qə­rargahın heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şər­ti­lə) yaradılır.

Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində, şəhər və qə­sə­bələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrup­ları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrup­la­rı, sanitar drujinası dəstələri və sanitar drujinalan, yanğınsöndürən komandalar (böl­mələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici ko­-man­dalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə ko­man­da­la­rı (qrupları).

Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən kö­çü­rü­-lən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əley­-hi­nə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xid­mə­tinin idarələri (baza xəstə-xanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, mər­kəzi və profil xəstəxanaları) təşkil edilir.

Dəstələr istehsalat prinsipi əsasında komplektləşdirilir və təlimə cəlb edi­lir­lər.

Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların im­kan­ları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nü­mu­nəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qə­rar­gahı tərəfindən işlənib hazırlanır.

Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas mülki müdafiə dəs­təsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, da­ğıdılmış sığınacaq və binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, ha­belə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.

Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini gö­rə bilər: zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçul­muş binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xən­dək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün dəstə, adə­-tən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xü­su­si məqsədli dəstələr ilə gücləndirilir.



Kəşfiyyat qrupu 3-5 manqandan ibarət olur. Bu qrupun əsas vəzifələri - zə­də­lənmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın sə­viyyələrini, zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən et­məkdir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini mü­əy­yən­ləş­di­rir, texnika və nəqliyyatın hərəkəti üçün yararlı olan marşrutlar tapır, harada ya­-ra­lılar olduğu barədə məlumat toplayır və başqa işləri icra edir. Kəşfiyyat qrupu adam­ların, texnikanın, əmlakın, ərzağın, yemin və suyun zəhərlənməsinə nəzarət et­mək işinə də cəlb oluna bilər.

Zərərsizləşdirici komanda - 2-4 qrupdan ibarət olub ərazini, tikintiləri və tex­nikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m2 sahəni və ya 80-120 min m2 tikilini deqazasiya edə bilər.

Sanitar drujinaları dəstəsi - 4-5 sanitar drujinasından ibarətdir və kütləvi zə­dələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nə­zər­də tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yar­dım göstərə bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici böl­mə­lə­ri ilə birgə işləyir.

Sanitar drujinaları - beş manqandan ibarətdir; kənd təsərrüfatı və orta təhsil mü­əssisələrinin, bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zə­də­lən­mə ocağında ilk tibbi yardım göstərmək üçündür.

Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları müəssisə və ob­yekt­lərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə zə­hərlənmə başladığını vaxtında aşkar çıxarmaq və bu barədə obyektin mülki mü­da­fiə qərargahına məlumat vermək üçündür.


4.Mülki müdafiə qüvvələri.
Mülki müdafıə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafıənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.

Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki nüdafıə qüvvələrinin sayca ən böyük hissələridir,

Mülki müdafıə dəstələri əmin-amandıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar.Hərbiləşməmiş mülki müdafıə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55-yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür: tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafıə dəstələrinə bölünürlər.

Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) - ümumi məqsədli dəstələr sayılır.

Mülki müdafıə xidmət dəstələri - xüsusi tə'yinatlı dəstələr kəşfıyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayıhr.

Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırhq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat)

Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şö'bələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargahın şəxsi hey'əti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirilir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir.

Qərargah hey'ətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şö'bəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və ra-diasiyadan mühafızə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).

Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafıə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafıənin döyüş hazırlığmı daim tə'min etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını tə'min etmək; kəşfıyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik göstərmək; əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi və bakterioloji, adi silahlardan, sülh mahiyyətli FH-dan mühafızəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mülki müdafıə xidmətləri və dəstələri şəxsi hey'ətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən obyektlərin mülki müdafıə hazırlığına nəzarət etməkdir.



5.Nəticə.

Beləliklə, sonda bütün yazdıqlarımi nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, mülki müdafiə respublikamızın ərazisinin bütövlüyünün və orda yaşayan əhalinin sağlamlığını qorumaq üçün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən görülən dövlət tədbirlər sistemidir.

Bu tədbirləri yerinə yetirmək üçün rabitə, xəbərdarlıq, informasiya, xüsusi fənn, mətbuat və.s kimi vasitələrdən istifadə olunur.

Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq deyə bilərik ki, mülki müdafiənin 3 əsas məqsədi var:



  1. Hadisələr baş verməmişdən əvvəl praktiki tədbirlərin görlməsi

  2. Hadisələr zamanı elə etmək lazımdır ki, dəyən ziyanın miqdarı, həcmi az olsun

  3. Hadisələr baş verəndən sonra onun nəticələrini aradan qaldırmaq, yeni tədbirlər görmək və həyata keçirtmək

Məqsədi ilə yanaşı həmçinin mülki müdafiənin 3 əsas vəzifəsidə var:

  1. Əhalinin mühafizəsi

  2. Mülki müdafiə obyektlərinin sülh və müharibə dövrlərində fasiləsiz işləməsi

  3. Zədələnmə ocaqlarında xilasetmə və digər işlərin aparılması

Mülki müdafiənin müharibə vaxtındakı rolu xü­su­silə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə mülki müdafiənin rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mü­ba­ri­zə­də xeyli artmışdır.

Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki mü­dafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mül­kiy­yət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər ob­yekt­lər, onların qüvvə və vasitələri daxildir.



Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, ha­belə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Föv­qəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğından mü­hafizə işi, dənizdə xilasetmə və s.) mülki müdafiəyə gündəlik rəhbərlik edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə