Referat fakültə: İqtisadiyyat İxtisas: İqtisadiyyat Kurs: 4 Fənn: Milli iqtisadiyatın dövlət tənzimlənməsi




Yüklə 305.58 Kb.
tarix20.04.2016
ölçüsü305.58 Kb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Naxçıvan Özəl Universiteti

REFERAT

Fakültə: İqtisadiyyat

İxtisas: İqtisadiyyat

Kurs: 4

Fənn: Milli iqtisadiyatın dövlət tənzimlənməsi

Mövzu: Azərbaycanda innovasiya fəaliyyəti sahəsində dövlət siyasəti

Tələbə: Dünyamalıyev İlkin

Naxçıvan 2012

Elaqe tel: 050 660 68 60

Azərbaycanda innovasiya fəaliyyəti sahəsində dövlət siyasəti
Hazırda dünyanın əksər ölkələrində bilik və bacarıq daşıyıcılarının əsas hissəsinin məhdud dairədə konsentrasiyası sayəsində say effekti keyfiyyətlə əvəzlənir, qabaqcıl ideyalar meydana çıxır. İnkişaf etmiş ölkələrdə texnoloji zonalar formasında reallaşan bu ideya ətrafında ölkənin ən yaxşı İT resursları cəmləşib və ölkənin yeni inkişaf mərhələsinə çıxması üçün iqtisadi yüksəlişdə aparıcı qüvvə rolunda çıxış edir. Respublikamızda da bu istiqamətdə tədbirlər görülməyə başlanılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu istiqamətdə bir sıra maarifləndirici tədbirlər həyata keçirib. Azərbaycanda Regional İnnovasiya Zonasının yaradılması imkanları yerli və xarici İKT şirkətləri, bunda maraqlı olan donor təşkilatlar, AMEA-nın müvafiq elmi-tədqiqat institut və laboratoriyaları, dövlət və özəl təhsil müəssisələri, Azərbaycan hökumətinin müvafiq nazirlik təmsilçiləri ilə müzakirə edilib.

Hazırda əksər ölkələrdə orta əsrlərin şəhər-dövlət quruluşunu xatırladan texnoloji zonalar mədəniyyətin inkişafı üçün mühüm rol oynadığı kimi artıq elm yönümlü layihələrin inkişafında da flaqmandır. İnnovasiya yönümlü texnoloji zonaların əsası XX əsrin 50-ci illərində ABŞ-ın Stenford Universitetində “Silikon vadisi” elmi parkının yaradılması ilə qoyulmuşdur. Avropada 70-ci illərdə, Sakit Okean - Asiya regionunda isə 80-ci illərdə təşəkkül tapmağa başlamışdır. Texnopark əsasən innovasiya fəaliyyətinin təşkili ilə məşğul olur. Yəni, elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılması. Bu prinsipə əsaslanaraq texnoloji zonalar əsasən iki model üzrə fəaliyyət göstərirlər - ABŞAvropa modelləri. Onların əsasını isə vahid və ya bir neçə təsisçinin olması, ərazinin güzəştli şərtlərlə elmyönümlü firmalara icarəyə verilməsi və kiçik firmaların yerləşdirilməsi üçün kompleks binaların və digər sosial-texniki infrastrukturun olması prinsipləri təşkil edir.

Texnoloji zonaların fəaliyyətində klassik fəaliyyət zənciri mövcuddur: elmi laboratoriyalar var, innovasiya yönümlü kiçik müəssisələr var, iri sənaye müəssisələri var və bazar var. İnkişaf etmiş ölkələrdə əsasən bu ardıcıllıqla işləyirlər. Belə ki, bazar iqtisadiyyatı şəraitində innovasiya yönümlü elmi laboratoriyaların və kiçik müəssisələrin formalaşması və inkişaf etməsi üçün texnoloji zonalar alternativsiz vasitədir. İstənilən xarici ölkələrin statistikası göstərir ki, bu məzmunlu firmalar təklikdə fəaliyyət göstərməyə cəhd edərsə, on belə firmadan biri və ya ikisi bazarda rəqabətə davam gətirə bilir, qalanları isə müflisləşib dağılır. Ona görə də, texnopark elmi nəticələrin kommersiyalaşdırılması ilə əlaqədar təşkilati məsələləri öz üzərinə götürərək belə müəssisələrin bazarda rəqabətə davamlılığını və məqsədyönlü inkişafını təmin etmiş olur.

Texnoloji zonaların maliyyə fondu olmadığına görə, birbaşa olaraq innovasiya layihələrinin maliyyələşməsində iştirak etmirlər. Lakin, digər fondlardan maliyyə vəsaitləri taparaq, innovasiya fəaliyyətinə dəstək vermiş olurlar. Burada bir neçə variant mümkündür. Məsələn, əgər innovasiya müəssisəsi təklikdə fəaliyyət göstərirsə, o zaman konkret innovasiya layihəsinə kredit almaq üçün texnopark qarant rolunda çıxış edə bilər. Və yaxud, texnoparkda məskunlaşmış bir neçə innovasiya müəssisəsi birgə layihə həyata keçirirsə, texnopark maliyyə vəsaitinin tapılmasında, qəbul edilməsində və iştirakçılar arasında ədalətli bölünməsində vasitəçi rolunu oynaya bilər. Beləliklə, bir tərəfdən hər bir innovasiya müəssisısinin fəaliyyətinin maliyyələşməsi məsələsi təmin olunur, digər tərəfdən isə, texnoloji zonanın xidmət funksiyasından başqa, idarəedici funksiyasını da həyata keçirmək imkanı olduğu təsdiqini tapır.

Təcrübə göstərir ki, bank sektoru praktik olaraq kiçik müəssisələrin həyata keçirdiyi innovasiya layihələrinin kreditləşməsində iştirak etmir. Çünki, bu yönümdə fəaliyyətin qarantı rolunda çıxış edən girov sistemi kiçik innovasiya müəssisələri üçün yararlı hesab olunmur. Belə firmaların daşınmaz əmlakı olmadığından, əməkdaşlara məxsus maşın və mənzillərdən savayı girov saxlamağa heç bir əmlakları olmur. Ona görə də texnoparkda innovasiya layihələrinin maliyyələşməsinə vəsaitlər əsasən, ixtisaslaşmış fondlardan və donor təşkilatlardan cəlb olunur. İnnovasiyaların maliyyələşməsi iki mərhələdə həyata keçirilir, ilkin maliyyələşmə və inkişafın maliyyələşməsi. İlkin maliyyələşmə başlamazdan əvvəl və başlanğıcda, inkişafın maliyyələşməsi isə, ilkin inkişaf və genişlənmə kimi mərhələlərdən ibarət olur. Qeyd edim ki, hökumət də sosial-iqtisadi inkişafın prioritet sahələri üçün yeni texnologiyalar və texniki avadanlıqlar sifariş verməklə innovasiya yönümlü sahibkarlığın investoru rolunda çıxış edə bilər. Bu da öz növbəsində inkişafa və texnoloji zonanın etibarlılığına birbaşa müsbət təsir etmiş olar.

Texnoloji zona ərazisində hər bir innovasiya müəssisəsi müstəqil hüquqi şəxsdir. Ona görə də, texnopark onlara bu və digər formada təzyiq edə bilməz. Yenə də dünya təcrübəsindən çıxış edərək demək olar ki, əksər firmalar qeyri-aksioner cəmiyyət kimi fəaliyyət göstərərək, bütün hüquqları, o cümlədən, intellektual mülkiyyət hüququnu da özlərində saxlayırlar. Bəzi firmalar isə inkişaf edərək aksioner cəmiyyət kimi formalaşaraq, aksiyaların bir hissəsi texnoparka mənsub olmaqla əksər hissəsinə özləri malik olurlar. Belə hallarda texnoparklar adətən, aksiyaların ən çoxu 10%-ə nəzarət edirlər. Buna görə də, hər bir halda texnopark innovasiya müəssisəsinin kommersiya fəaliyyətinə birbaşa müdaxilə etmək imkanına malik olmur.

Bütün texnoloji zonalar ilk zamanlar ümumi problemlərlə qarşılaşır. Bu əsasən, innovasiya layihələrinin normal tənzimlənməsi üçün hüquqi bazanın olmamasıdır. Əgər milli innovasiya sistemini inkişaf etdirmək istəyiriksə, mütləq buna xidmət edən, dövlətin bu sferada qarşıya qoyduğu məqsədlərə çatmaqda həlledici qərarlar qəbul etməyə imkan verən müvafiq qanunlar olmalıdır. Təbii ki, texnopark da milli innovasiya sisteminin bir elementi kimi bu qanunvericilik aktlarından bəhrələnə bilər. Digər tərəfdən, kiçik sahibkarlıqla, kiçik innovasiya sahibkarlığına münasibətlər bütün səviyyələrdə fərqli olmalıdır.

Təhlillər göstərir ki, innovasiya fəaliyyətinin inkişafı elə prinsiplərə əsaslanır ki, onun dövlətin quruluşundan, idarəetmə formasından heç bir asılılığı yoxdur. Belə ki, innovasiya fəaliyyəti hamı üçün eyni olan postulatlar üzərində qurulur. Buna əmin olmaq üçün ÇinHindistan kimi iki müxtəlif siyasi quruluşlu dövlətlərdə texnoloji zonaların fəaliyyətini müqayisə edək. Hər iki halda elmi nəticələrin kommersiyalaşdırılması əsas məqsəd kimi qəbul edilir. Son nəticə isə, innovasiya məhsulunun bazara çıxarılmasıdır. Bunun üçün isə, bütün mərhələlərə dəstək olacaq infrastrukturun qurulması tələb olunur. Əgər belə bir infrastrukur yoxdursa, normal qanunvericilik bazası mövcud deyilsə, intellektual mülkiyyət qorunmursa və hərəkətinin təhlükəsizliyinə təminat verilmirsə, onda siyasi və iqtisadi əsasından asılı olmayaraq hər bir ölkədə ciddi problemlər yaranır. Bundan əlavə, cəmiyyət də bilməlidir ki, innovasiya layihələrinə investisiya niyə qoyulur. Bunun üçün isə bu işlərin nəticələri iri sənaye müəssisələrinin timsalında dünya bazarına çıxarılmalıdır. Məsələn, Finlandiyada innovasiya yönümlü kiçik sahibkarlıq çiçəklənmə dövrünü yaşayır. Lakin bazarda biz onları yox, məşhur Nokia firmasını görürük.

İnkişaf etmiş texnoloji zonaların təcrübəsini öyrənərkən diqqətimizi çəkən əsas amillərdən biri odur ki, əksər texnoloji zonalar dövlət tərəfindən himayə olunur və onların yaradılmasnda bu və ya digər formada dövlətin iştirakı mövcuddur. Beynəlxalq Elmi Parklar Assosiasiyasının verdiyi statistikaya görə dünyada 260-dan çox elmi texnopark fəaliyyət göstərir. Onlardan 55% regional hakimiyyətin və idarəetmə orqanlarının, 48% yerli hakimiyyət və idarəetmə orqanlarının, 26% mərkəzi hakimiyyət və və idarəetmə orqanlarının, 13% isə universitetlərin iştirakı ilə yaradılıb. Bu texnoloji zonaların 45%-inin fəaliyyətinin əsasını ölkə iqtisadiyyatının inkişafını stimullaşdırmaq, 40%-nin fəaliyyətinin əsasını universitetlərlə sənaye müəssisələri arasında əlaqəni möhkəmləndirmək, 15%-nin fəaliyyətinin əsasını isə milli inkişafa xidmət ideyası təşkil edir. Bütün bunlar üçün isə texnoloji zonalar haqqında qanun, vergi və gömrük güzəştləri, güzəştli kommunikasiya və rabitə xidmətləri, enerjidən güzəştli istifadə, yüksək əməkhaqq və digər zəruri imtiyazlar olmalıdır. Bundan başqa, kadr potensialı əsas amillərdən biri kimi qəbul olunur ki, onun də özəyini İT ixtisaslı mütəxəssislər təşkil edir. Əksər ölkələrdə dövlət bunun üçün İT ixtisaslarının hazırlanmasına dotasiya ayrılır. Bütün bunlar isə, son nəticədə etibarlı texnopark formalaşması və inkışafı üçün zəmin yaradır.

Təbii haldır ki, elmlə məşğul olan hər bir tədqiqatçı intellektual məhsulunu bazara çıxarmaq üçün biznesmen ola bilməz. Ona görə də, bazar iqtisadiyyatı şəraitində hər bir innovasiya yönümlü kiçik müəssisədə marketinqlə məşğul olan xüsusi bir qrupa böyük ehtiyac var. Dünyanın əksər texnoloji zonalarının strukturunda biznes-inkubator formasında bütövlükdə innovasiya məzmunlu kiçik sahibkarlığın dirçəlməsinə xidmət edən kommersiya qurumları fəaliyyət göstərir. Statistikaya əsasən mövcud texnoparklardan 88%-i biznes-inkubatora malikdir. Bu da onların inkişafında mühüm əhəmiyyət kəsb edir.

Ayrı-ayrı ölkələrin timsalında dünya təcrübəsi göstərir ki, texnoloji zonalar iqtisadi inkişafda rol oynaya bilir. Lakin milli innovasiya sisteminin formalaşması daha effektli nəticələrə gətirə bilər. Texnoloji zonalar isə bu sistemin əsas elementi kimi özünü artıq təsdiqləmişdir. Təhlillər göstərir ki, kiçik innovasiya müəssisələri vahid məkanda fəaliyyət zamanı daha effektli nəticələr əldə edirlər. Və belə fəaliyyət formasında iqtisadi inkişafa daha çox töhfələr verə bilirlər. Təcrübə göstərir ki, bu forma texnoparkdır və onun formalaşması üçün kompleks yanaşma prinsipi inkişafın əsas prinsiplərindən biridir.

Artıq respublikamızda da texnoparkın yaradılması üçün şərait formalaşmışdır və güman edirik ki, İKT sahəsində qəbul olunmuş mühüm qanunlar və aparılan dövlət siyasəti bu istiqamətdə həyata keçirilməsi zəruri olan islahatların sürətinə böyük təkan vermiş olacaq: "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" kimi mühüm qanunlar, "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı", "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" buna misal ola bilər.

Keçən il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elm Fondunun (AMEF) “Elm, texnologiya və sahibkarlıq” proqramı çərçivəsində biznes vençur (riskli investisiya) konfransı keçirilmişdir. AMEF-in direktoru Fuad İsmayılov AMEA-nın, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun (MTİF) dəstəyi ilə həyata keçirilən proqram barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda artıq üçüncü dəfə həyata keçirilən proqramın məqsədi respublikamızın sosial-iqtisadi inkişafı üçün ölkə alimlərinin potensialından, elmin nailiyyətlərindən istifadə etməklə elmlə iqtisadiyyatın vəhdətini təmin etmək, elmi ideyaların, işləmələrin istehsalatda tətbiqinin təşkili yollarını müəyyənləşdirməkdir. Layihənin birinci hissəsi 2008-ci il iyulun 15-də "Azərbaycanda innovasiya sahibkarlığının dəstəklənməsi" mövzusunda keçirilmiş elmi-praktiki konfransla başa çatmışdır. Həmin tədbirdə alimlərin innovasiya yönümlü layihələri üzrə məruzələri dinlənilmiş, onların iş adamları ilə görüşləri olmuşdur. Yaranmış işbirliyi əsasında alimlərin hazırladıqları 20 yeni biznes layihəsindən 10-u yarımfinal mərhələsinə buraxılmışdır. Münsiflər heyətinin son mərhələdə seçdiyi beş layihə isə MTİF-in qrantını almışdır.

MTİF-in proqram meneceri Natalia Pipia bildirmişdir ki, təşkilatın əsas məqsədi beynəlxalq elmi və texniki əməkdaşlığı, xüsusən də ABŞ və Avrasiya arasında mövcud əməkdaşlığı qrantlar, texniki yardım və məşğələlər vasitəsilə inkişaf etdirməkdir. Bu dəfəki konfrans biznes sahəsində birgə əməkdaşlıq və investisiya kimi məsələlərə dəstək məqsədilə təşkil olunmuşdur. Bununla da biznes və texnologiya mütəxəssisləri arasında şəbəkənin qurulması istiqamətində ilk addım atılacaqdır.


Sonra "Neftli-qazlı yataqlardakı süxurların məhsuldarlıq səviyyəsinin proqnozu", "Yeni külək elektrik qurğusu", "Azərbaycan dilində nitqin sintezi sisteminin yaradılması", "İnnovasiya sahibkarlığının inkişaf etdirilməsində fərdi elektron-kommersiya texnologiyalarının tətbiqi sisteminin təkmilləşdirilməsi və həmin sahədə müvafiq təlim kurslarının, konsaltinq xidmətlərinin həyata keçirilməsi", "Azərbaycan fermerlərinə kömək: kənd təsərrüfatı bitkilərində xəstəliklərin molekulyar diaqnostikası, torpaqda və məhsulda radionuklid tərkibinin tədqiqi" və s. mövzularda layihələrin təqdimatı olmuşdur.

Hökumət səviyyəsində regional innovasiya zonasının yaradılması layihəsinin müzakirələrə çıxarılması, ilk növbədə, kiçik və orta innovasion sahibkarlıq üçün texnoparkların yaradılmasını, elektron avadanlıq və proqram təminatının istehsalı və ixracatı üzrə regional bazanın yaradılmasını nəzərdə tutur. Təkliflər zərfində yerli və xarici şirkətlərin informasiya texnologiyaları avadanlıqları istehsalı üçün yeni müəssisələr yaratması, rabitə xidmətləri çeşidlərinin artırılması üstünlük təşkil edir. Layihənin həyata keçirilməsi üçün Azərbaycan ABŞ-ın tanınmış "Hamelton" şirkətinin təcrübəsindən yararlanmaq niyyətindədir. Bundan əlavə, Dubay və Malayziya təcrübəsi nəzərdən keçirilir. Layihə tətbiq olunarkən təkcə Azərbaycan bazarı deyil, region dövlətlərinin İKT bölmələri nəzərə alınacaq. Yaxın illərdə Azərbaycanda bu bazarın satış dövriyyəsinin 4 milyard dollara çatdırılması planlaşdırılır. Bu göstərici hökuməti qane etmədiyindən istehsal məhsullarının Türkiyə, Qazaxıstan, Gürcüstan, Özbəkistan, İran və digər dövlətlərə ixracı nəzərdə tutulur. Hesablamalara görə, bu regionda İKT-nin dövriyyəsi 65 milyard dollar təşkil edir. Azərbaycan hətta bir neçə ildən sonra həmin texnologiyaların bazarını bir qədər də genişləndirməklə dövriyyəni 160 milyard dollara çatdırmağı planlaşdırır. Regional innovasiya zonalarının gəlir gətirməsi təxminən 2015-2018-ci illərə təsadüf edəcəkdir. Nəzərdə tutulan layihələr həyata keçiriləcəyi təqdirdə 2015-ci ildən başlayaraq İKT sektorundan əldə edilən gəlirlər neft gəlirlərini üstələyə bilər.



  • İnnovasiya fəaliyyəti rəqəmlərdə

İndi isə Dünya ölkələrinin təcrübəsini mənimsəyərək öz inkişaf yolu üzərində dayanmış Respublikamızda yeniliklərin tətbiqinə – yeni məhsul və texnologiyanın təkmilləşdirilməsinə bir qədər ətraflı diqqət yetirək. Rəsmi açıqlanmış göstəricilər əsasında ölkəmizdə 2004-2007-ci illərdə Yenilik səviyyəsinə və iqtisadi fəaliyyət növlərinə görə innovasiya məhsulunun həcmi; İnnovasiyaların tiplərinə görə sənayedə texnoloji innovasiyalara çəkilən xərclər və onların strukturu və s. barədə:
Yenilik səviyyəsinə və iqtisadi fəaliyyət növlərinə görə

innovasiya məhsulunun həcmi

min manat

 

Əhəmiyyətli dəyişikliklərə məruz qalmış və ya yeni tətbiq olmuş məhsul

Təkmilləşdirilmiş məhsul

























2004

2005

2006

2007

2004

2005

2006

2007

Sənaye - cəmi

1 267

8 531

1 852

826.2

198.1

189.4

693.3

399.4

Mədənçıxarma sənayesi

-

-

323.0

208.5

-

-

-

-

Emal sənayesi

1 267

8 531

1 529

617.7

198.1

189.4

693.3

399.4

ondan:

içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı

-

-

-

-

-

-

-

-

neft məhsullarının istehsalı

-

-

-

-

-

-

-

-

kimya sənayesi

404.5

5 915

495.8

-

-

-

-

-

maşın və avadanlıqların istehsalı

279.6

95.6

168.2

355.3

-

189.4

616.0

399.4

metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı

-

-

24.4

-

-

-

-

-

elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalı

582.8

-

840.8

262.4

198.1

-

77.3

-

nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı

-

2 520

-

-

-

-

-

-




*)kiçik müəssisələr istisna olmaqla


İnnovasiyaların tiplərinə görə sənayedə texnoloji innovasiyalara
çəkilən xərclər, min manat


 

2003

2004

2005

2006

2007

Bütün sənaye

79.5

417.1

53 273

1 330

49 620

məhsul innovasiyaları

73.3

343.1

53 265

777.4

34 114

proses innovasiyaları

6.2

74.0

8.3

552.3

15 507

Mədənçıxarma sənayesi

51.8

154.3

43 892

191.7

97.6

məhsul innovasiyaları

51.8

154.3

43 892

169.8

97.6

proses innovasiyaları

-

-

0.2

21.9

-

Emal sənayesi

138.8

262.8

8 572

1 138

49 493

məhsul innovasiyaları

107.6

188.8

8 564

607.6

34 016

proses innovasiyaları

6.2

74.0

8.1

530.4

15 477

içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı

-

-

3 883

686.2

11 224

məhsul innovasiyaları

-

-

3 882

253.9

1 857

proses innovasiyaları

-

-

0.8

432.2

9 367

toxuculuq və tikiş sənayesi

-

-

-

53.3

350.5

məhsul innovasiyaları

-

-

-

53.3

350.5

oduncaqların emalı, ağac məmulatlarının istehsalı

-

-

22.5

80.2

-

məhsul innovasiyaları

-

-

22.5

80.2

-

neftayırma məhsullarının istehsalı

0.1

1.8

-

1.3

5 756

məhsul innovasiyaları

0.1

-

-

-

-

proses innovasiyaları

-

1.8

-

1.3

5 756

kimya sənayesi

10.8

11.2

38.8

38.8

30 445

məhsul innovasiyaları

10.8

11.2

38.8

38.8

30 445

rezin və plastmas məmulatlarının istehsalı

-

-

-

-

1 170

məhsul innovasiyaları

-

-

-

-

1 170

digər qeyri-metal mineral maddələrin istehsalı

3.1

-

-

-

7.7

məhsul innovasiyaları

3.1

-

-

-

7.7

metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı

0.2

-

-

-

-

məhsul innovasiyaları

0.3

-

-

-

-

maşın və avadanlıqların istehsalı

9.9

117.6

64.5

119.1

523.7

məhsul innovasiyaları

3.7

117.6

57.2

112.3

178.6

proses innovasiyaları

6.2

-

7.3

6.8

345.1

elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalı

3.6

132.2

3.4

63.6

7.4

məhsul innovasiyaları

3.6

60.0

3.4

63/6

7.4

proses innovasiyaları

-

72.2

-

-

-

emal sənayesinin digər sahələri

-

-

4 560

90.6

9.2

məhsul innovasiyaları

-

-

4 560

5.6

-

proses innovasiyaları

-

-

-

90.6

9.2

Elektrik enerjisi, qaz, buxar və isti suyun istehsalı və bölüşdürülməsi

-

-

-

-

29.8

proses innovasiyaları

-

-

-

-

29.8


Fəaliyyət növləri və maliyyə mənbələri üzrə texnoloji innovasiyalara
çəkilən xərclər, min manat


 

2003

2004

2005

2006

2007

Bütün sənaye

79.5

417.1

53 273

1 330

49 620

müəssisələrin öz vəsaiti hesabına

76.4

312.1

4 060

887.9

25 586

dövlət büdcəsi

-

67.2

43 026

15.8

29.8

büdcədən kənar fondlar

-

36.0

1 619

329.1

9 255

xarici investisiyalar

3.1

-

-

-

-

sair

-

1.8

4 569

96.9

14 750

Mədənçıxarma sənayesi

51.8

154.3

43 892

191.7

97.6

müəssisələrin öz vəsaiti hesabına

51.8

154.3

866.6

154.0

71.5

dövlət büdcəsi

-

-

43 026

15.8

-

büdcədən kənar fondlar

-

-

-

21.9

-

sair

-

-

-

-

26.1

Emal sənayesi

27.7

262.8

8 572

1 138

49 493

müəssisələrin öz vəsaiti hesabına

24.6

157.8

2 384

734.0

25 514

dövlət büdcəsi

-

67.2

-

-

-

büdcədən kənar fondlar

-

36.0

1 619

307.2

9 255

xarici investisiyalar

3.1

-

-

-

-

sair

-

1.8

4 569

96.9

14 724

içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı

-

-

3 883

686.2

11 224

müəssisələrin öz vəsaiti hesabına

-

-

2 255

432.3

-

büdcədən kənar fondlar

-

-

1 619

253.9

-

sair

-

-

9.0

-

11 224

toxuculuq və tikiş sənayesi

-

-

-

53.3

350.5

müəssisələrin öz vəsaiti hesabına

-

-

-

-

350.5

büdcədən kənar fondlar

-

-

-

53.3

-

oduncaqların emalı, ağac məmulatlarının istehsalı

-

-

22.5

80.2

-

müəssisələrin öz vəsaiti hesabına

-

-

22.5

80.2

-

neftayırma məhsullarının istehsalı

0.11

1.8

-

1.3

5 756

müəssisələrin öz vəsaiti hesabına

0.11

-

-

-

5 756

sair

-

1.8

-

1.3

-

kimya sənayesi

10.8

11.2

38.8

38.8

30 445

müəssisələrin öz vəsaiti hesabına

10.8

11.2

38.8

38.8

18 540

büdcədən kənar fondlar

-

-

-

-

8 405

sair

-

-

-

-

3 500

rezin və plastmas məmulatlarının istehsalı

-

-

-

-

1 170

müəssisələrin öz vəsaiti hesabına

-

-

-

-

320.0

büdcədən kənar fondlar

-

-

-

-

850.0

digər qeyri-metal mineral maddələrin istehsalı

3.1

-

-

-

7.7

müəssisələrin öz vəsaiti hesabına

-

-

-

-

7.7

xarici investisiyalar

3.1

-

-

-

-

metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı

0.2

-

-

-

-

müəssisələrin öz vəsaiti hesabına

0.2

-

-

-

-

maşın və avadanlıqların istehsalı

9.9

117.6

64.5

119.1

523.7

müəssisələrin öz vəsaiti hesabına

9.9

117.6

64.5

119.1

523.7

elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalı

3.6

132.2

3.5

63.6

7.4

müəssisələrin öz vəsaiti hesabına

3.6

29.0

3.5

63.6

7.4

dövlət büdcəsi

-

67.2

-

-

-

büdcədən kənar fondlar

-

36.0

-

-

-

emal sənayesinin digər sahələri

-

-

4 560

95.6

9.2

müəssisələrin öz vəsaiti hesabına

-

-

-

-

9.2

sair

-

-

4 560

95.6

-

Elektrik enerjisi, qaz, buxar və isti suyun istehsalı və bölüşdürülməsi

-

-

-

-

29.8

dövlət büdcəsi

-

-

-

-

29.8

Sənaye müəssisələrində innovasiyalara mane olan amillər



 

İnnovasiyalara mane olan amilləri aşağıdakı kimi dəyərləndirən müəssisələrin sayı





































əsas və ya həlledici

əhəmiyyətli

az əhəmiyyətli

2004

2005

2006

2007

2004

2005

2006

2007

2004

2005

2006

2007

İqtisadi amillər:

öz pul vəsaitinin kifayət qədər olmaması

22

20

43

28

12

11

11

11

4

6

11

30

dövlət tərəfindən maliyyə yardımının kifayət qədər olmaması

12

12

25

19

12

12

20

10

11

8

17

17

təzə məhsullara ödəniş qabiliyyətli tələbatın aşağı olması

4

2

5

7

8

10

15

12

20

20

33

34

yeniliklərin dəyərinin yüksək olması

5

2

22

15

11

14

21

13

14

16

19

35

yüksək iqtisadi risk

2

4

5

4

7

9

17

14

21

17

35

36

təzə məhsullara çəkilən xərclərin əvəzinin ödənilməsi müddətlərinin uzun olması

3

2

22

11

12

9

15

12

16

19

21

39

İstehsal amilləri:

müəssisənin innovasiya potensialının aşağı olması

12

4

5

4

17

17

20

20

12

11

15

22

ixtisaslı işçilərin çatışmaması

1

1

1

2

9

10

12

8

23

16

26

35

yeni texnologiyalar haqqında informasiyanın çatışmaması

1

3

2

3

12

12

18

13

22

14

21

25

müəssisələr tərəfindən yeniliklərin qəbul edilməməsi

-

2

-

3

4

7

7

6

28

20

31

31

satış bazarları haqqında informasiyanın çatışmaması

1

3

-

2

9

13

12

11

22

12

25

27

digər müəssisələr və digər elmi təşkilatlar ilə kooperasiya üçün imkanların olmaması

2

-

3

1

7

15

11

10

25

15

26

29

Digər səbəblər

daha əvvəlki innovasiyalar nəticəsində təzə məhsullara ehtiyacın olmaması

1

2

2

-

2

5

4

1

27

21

28

40

innovasiya fəaliyyətini tənzimləyən və həvəsləndirən qanunvericilik və normativ-hüquqi sənədlərin olmaması

2

4

3

3

6

9

8

9

20

11

22

27

innovasiya prosesi müddətinin qeyri-müəyyən olması

-

1

1

1

2

4

8

5

26

20

24

32

innovasiya infrastrukturunun (vasitəçilik, informasiya, hüquq, bank və s.xidmətlərinin) inkişaf etməməsi

1

2

2

6

9

12

14

9

22

12

21

38

texnologiyalar bazarının inkişaf etməməsi

2

3

5

5

10

12

13

13

19

18

19

25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə