Referat fakültə: Beynəlxalq Münasibətlər və Regionşünaslıq Kafedra: Avropaşünaslıq Kurs: 2-ci kurs Qrup: 204




Yüklə 115.44 Kb.
tarix18.04.2016
ölçüsü115.44 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Slavyan Universiteti


REFERAT

Fakültə: Beynəlxalq Münasibətlər və Regionşünaslıq

Kafedra: Avropaşünaslıq

Kurs: 2-ci kurs

Qrup: 204

Tələbə: Nəsirzadə Şərəbanı Ədalət qızı

Müəllim: Əsgər Əhməd




2011-Bakı

Mövzu: Polşanın Yaxın Şərq siyasəti








Plan
Giriş


  1. Polşa haqqında ümumi məlumat

  2. Sovet İttifaqının dağılmasından sonra Polşanın xarici siyasətinin əsas istiqamətləri

  3. Polşa-Azərbaycan münasibətləri

  4. Polşa-Ukrayna münasibətləri

  5. Polşa-Rusiya münasibətlərində ziddiyətlər və ortaq maraqlar

  6. Polşa-Belarusya münasibətləri

Nəticə

Ədəbiyyat siyahısı



Giriş
Mən bu referatımda Sovet İttifaqının süqutundan sonra öz müstəqilliyini yenidən bərpa etmiş Polşanın xairci siyasətinin yeni istiqamətləri və şərqə doğru genişlənmə siyasətinin əsas məqsədləri öz əksini tapmışdır. Polşanın qərb sivilizasiyasının dairələrində aktiv rol oynamaq səyləri və avroatlantik strukturlarında iştirak etmək cəhdləri yalnız sovet blokunun tənəzzülündən sonra mümkün olmuşdur.Bundan sonra ardıcıl olaraq təşkilatlara daxil olmuşdur. SSRİ-ni süqutundan sonra 1991-ci ildə Şimali Atlantika Alyansına daxil olmuşdur və regionda gedən inteqrasiya proseslərində yaxından iştirak etmişdir. 2004-cü ildən Avropa İttifaqının tamhüquqlu üzvüdür.

Polşanın maraqlarından biri də Avropa Birliyinin siyasətinin strateji məqsədini həyata keçirtməkdir - Şərqi Avropa zonasının dövlətləri ilə yaxşı qonşuluğunun qurulması bura aiddir. Kalininqrad vilayətinin vasitəsi ilə Rusiya ilə qonşuluq edən ölkə kimi, Polşa əməkdaşlığın, eləcədə iqtisadiyyat sahəsində, inkişafına yönəlmiş bütün təşəbbüsləri böyük məmnuniyyətlə qəbul edir. Polşa Ukraynanın avroatlantik zonasının dövlətləri və institutları ilə yaxınlaşmaq iradəsinə öz qəti dəstəyini bəyan edir.

Siyasi sahəsinin son illərinin balansını müsbət qiymətləndirmək olar. Polşa siyasət arenasını, eləcədə ictimai həyatın bir çox sahəsini qaydaya salan müasir konstitusiyaya (1997) malikdir. Polşa demokratik ölkədir: ikipalatalı parlamenti olan çoxpartiyalı ölkə. Quruluşun prinsipləri qanun mədəniyyəti dairəsinə daxil olan Avropa ölkələrinə tipik dəyərləri özündə əks edir: xalqın müstəqilliyi, dövlətin suverenliyi və müstəqilliyi, qanunlar ölkəsi, siyasi plüralizm və siyasi partiyalarının fəaliyyət azadlığı, hakimiyyətin bölüşdürülməsi, qanunlar sistemini və vahidin azadlığını təyin edən insan heysiyyətinə ehtiram.


1)Polşa haqqında ümumi məlumat

Polşa qərbdə Almaniya, şərqdə Rusiya, Ukrayna və Litva, cənubda Çexiya Respublikası və Slovakiya, şimalda Rusiya Federasiyası ilə həmsərhəd olmaqla cəmi 2.888 km uzunluğunda quru sərhədinə malikdir. Qonşularıyla ən uzun sərhəd 658 km ilə Çexiya Respublikası, ən qısa sərhəd isə 91 km ilə Litva arasındadır. Ölkənin 87 kmlik Baltik dənizi sahilləri boyu sərhədi mövcuddur.

Avropa qitəsinin coğrafi mərkəzində yerləşən bir ölkədir. Ölkə əhali baxımından Avropada səkkizinci, dünyada iyirmi doqquzuncudur.

Polşanın idarə forması "respublika" olub, ölkə parlamentar demokratiya ilə idarə olunmaqdadır. Parlament iki palatadan ibarətdir. Ali məclis Seym və yüksək məclis Senat adlanır. "Sejm" adı verilən və 460 üzvdən ibarət olan parlamentin səlahiyyətləri senat və ölkə başçısı tərəfindən müəyyən edilmişdir. Dövlət başçısı siyasi sistemdə əhəmiyyətli rola malikdir, hüquq və vəzifələri konstitusiya ilə müəyyən olunur, ümumi seçkilərlə 5 il müddətinə seçilir. Daxildə və ölkə xaricində Polşa dövlətinin ən üst səviyyədəki nümayəndəsidir. O, Seym və Senatı seçkiyə çağırır. Nazirlər Kabineti isə, dövlət başçısı tərəfindən formalaşdırılır. Senatda isə 100 nümayəndə olur. Senatda yaş həddi 30-dan yuxarıdır.

Polşanın rəsmi dili Polyak dilidir. Protestant, Ortodoks və digər dinlər də mövcuddur, ölkə əhalisinin 95%-i Xristian katolikləridir və Katolik kilsəsinin xalq üzərindəki təsiri olduqca güclüdür. Ölkənin pul vahidi Zloti (PLN)dır.

Polşanın paytaxtı və ən böyük şəhəri Varşava (1.6 milyon)dır. Digər əhəmiyyətli şəhərləri Lodz, Krakov, Wroclav, Poznan, Katoviçe və Gdanskdır.

Polşanın təbii qaynaqları çox zəngin və müxtəlifdir. Ölkə kömür, kükürd, mis və gümüş istehsalı və ixracatı sahəsində dünyada ön sıralarda dayanır. Ayrıca, əhəmiyyətli miqdarda sink, təbii qaz, duz və digər mineral qaynaqları mövcuddur.

Polşanın qısa tarixi

Polşa dövləti 10-cı əsrin ortalarında yaranmışdır. 966-cı ildə Polşa kralı I Mieszkonun Xristianlığı qəbul etməsi ilə yeni dövlət yarandı. Odra və Vistula çayları arasında yaşayan slavyan qəbilələrinin yaratdığı bir dövlətdir. O vaxtlar "yayla insanları" mənasında "Polane" sözü işlədilirdi. Zamanla Polşa adını aldı. Polşanın Litva ilə qurduğu ittifaq 14 və 17-ci əsrlərdə Avropanın güclü dövlətləri arasında idi. 1385-1569-cu illər arasında mövcud olan Jagiellon Xanədanı hər iki ölkəni birdən idarə edirdi. Osmanlı tərəfindən adı Lehistan olan Polşa güclü bir krallıqla idarə olundu. 1772-ci də Prussiya, Rusiya, Avstriya arasında Polşa bölüşdürüldü. Sonradan bu proses 1793 və 1795-ci illərdə davam etdirildi.

Birinci Dünya Müharibəsinə qədər bir daha dövlət olaraq ortaya çıxa bilmədi. Birinci Dünya Savaşından və uzun mübarizələrdən sonra 1918-ci ildə Versal sazişi ilə müstəqilliyini elan etdi. 1939-cu ildə həm faşist Almaniyası, həm də Rusiya işğalına məruz qaldı. Müharibə dövründə 6 milyon polşalı öldü. Savaşdan sonra sonra Almaniya məğlub oldu. Şərqi Avropa ölkəsi kimi Yalta və Potsdam konfranslarında Sovet Rusiyanın himayəsi altına düşdü. Xalq bunu qəbul etməyib 1944-cü ildə də Varşavada üsyan qaldırdı. Kommunizmə qarşı hər on ildə bir qiyam qaldırdı. (1956-Poznan, 1970-Gdansk, 1976-Radom) Rusiyanın təsiri ilə 1947-ci ildə kommunistlər haimiyyət başına gəldi. İkinci dünya savaşının çətin günlərindən sonra Polşa Rusiyaya verdigi 178.000 km²lik torpağa qarşılıq 1945-ci ildə Almaniyadan 102000 km²lik torpaq götürdü. Bu torpaqlar isə Silezeniya, Pomeranya, Qərbi və Şərqi Prussiya torpaqlarını əhatə edirdi. Soyuq müharibə dövründə Sovetlərin təsiri altında idi. 1955-ci ildə Varşava Paktını imzaladı.

Kommunistlər hakimiyyət başıdaykən, iri mülkiyyət ləğv edildi, sənaye milliləşdirildi, istehsal azaldı. Bütün bunların nəticəsində 1956-cı ildə Poznan üsyanı başladı. 1970-ci ildə kommunistlərin iqtisadiyyatı dirçəltmək üçün tətbiq etdiyi ağır vergi siyasəti və qiymət artımı yeni üsyanlara gətirib çıxardı. 1980-ci ildən başlayan "Həmrəylik Hərəkatı" bütün xalqı ayağa qaldırdı. Hadisələrdən narahat olmağa başlayan Rusiyanın təhdidləri nəticəsində general Yaruzelski hərbi vəziyyət elan etdi. Həmrəylik hərəkatının liderləri həbs olundu.

1985-ci seçkiləri nəticəsində hakimiyyət başına gələn Jaruzelski Qərb ilə münasibətləri genişləndirməyə başladı. 1990-cı il prezident seçkilərində Lech Walesa qalib gəldi. Həmin ilin 9 dekabrında NATO-ya qəbul olundu. 1993-cü il seçkilərini isə köhnə kommunistlər qazandı. Həmrəyliyin əfsanəvi lideri Lech Walesa 1995 seçkilərində öz yerini Aleksandr Kwasniewskiyə verdi. Hazırkı prezident Branislav Kamarovskidir. 2004-cü ildən Avropa Birliyinin üzvüdür. Və qısa müddətdə Avropa Birliyinin əhəmiyyətli ölkələri arasına girməyi belə desək, bacarmışdır.

İqtisadiyyatı

Müstəqil dövlətin əsas problemi iqtisadi problemlərinin həlli idi: ölkədə hiperinflasiya tüğyan edirdi (1990-cı ildə 500%-dan artıq), yüksək xarici borclar sərmayələrin yatırılmasına imkan vermirdi. Əlavə olaraq gizli işsizlik, köhnəlmiş və qeyri-effektiv sənaye, geridə qalmış kənd təsərrüfat vəziyyəti çətinləşdirirdi. 1988-ci ilin kənd təsərrüfatı haqqında qanunlar və 1989-cu ilin iyul ayında qiymətlərin liberalizasiyası gözlənilən nəticələri vermədi.

Polşa həmin zamanın maliyyə nazirinin müəllifliyi olan Baltseroviç adlı planı həyata keçirtməyə qərar verdi: plan daxili qiymətlərin liberalizasiyası, idxalın artımı, əmək haqqının və müəssisələrə qarşı tətbiq olunan siyasətə nəzarətinin çoxalması, inflyasiyadan yüksək faiz normasının tətbiqi, dollar kursunun sabitləşməsi və onun məzənnəsinin tətbiqini nəzərdə tutrdu. Nəticədə polyak iqtisadiyyatı sabitləşdi və dünyaya açıldı. Bank sistemində və pul-kredit siyasətində islahatlar aparıldı. Polşada kapital bazarı və iş bazarı yaradıldı. 1990-cı ilin iyul ayında Seym özəlləşdirmə haqqında qanunu təsdiq etdi. Növbəti illər ərzində fiziki şəxslərdən gəlir vergisi (1991-ci il) və ƏDV vergisi(1992-ci il) tətbiq edildi.

Hazırda Polşa sabit siyasi sistemə, inkişaf edən iqtisadiyyata malik və beynəlxalq strukturlarda fəal iştirak edən bir ölkədir. İqtisadi inkişaf, son illərdə bir az zəif olsa da, sabitdir və dərin ictimai islahatlara (mis. təqaüd və səhiyyə xidməti sistemlərində) söykənmişdir. Son on il ərzində iqtisadi institutlarının və yaxud qaydalarının Avropa Birliyində qüvvədə olan qaydalarına uyğunlaşma prosesi davam edir. Artıq bu günlərdə AB-yi Polşanın əhəmiyyətli iqtisadi əməkdaşıdır. İxracın 70% AB-nə gedib çıxır, Birliyin ölkələrindən 60%-dan artıq idxalat gəlir.

1989-cu ildən transformasiyadan irəli gələn dəyişikliklər iqtisadiyyat fəaliyyətinin bütün sahələrinə yenidən baxılmasına səbəb oldu. Onların ilkin şərti artıq həyata keçirilmiş, üstün yer tutan və daim artan özəl sahibkarlığın mövqeyinə söykənən  azad bazarının qaydalarının effektiv tətbiqi. Polşada iqtisadi artımının əsas mühərriki özəl sektor oldu, özəlləşdirmə isə (milli xüsusiyyətinin dəyişdirilməsi və özəl sektorunun inkişaf prosesi) iqtisadiyyatda daha rəqabətli strukturlarının yaradılmasına səbəb oldu.

  Avropa Birliyinin ölkələrində olduğu kimi, ağır sahələrin özəlləşmə və restrukturizasiyı ən çətin keçdi. Metallurgiya, kimya və maşın, eləcədə energetika (özəlləşdirmə prosesi artıq davam edir, xarici investorların bu sahədə maraqları sürətlə artır), qaz xidməti, nəqliyyat (əsasən Polşa Dövlət Dəmiryolu) və həmçinin çıxarma sənayesinin sahəsi ilə məşğul olan bir qrup müəssisənin özəlləşdirmə prosesi davam edir.

Dekadadan artıqdır ki, polyak iqtisadiyyatının dövlət müdaxiləsindən azalmasının səviyyəsi AB-də mövcud səviyyəyə yaxınlaşdırılmışdır, qanunlarda aparılan ardıcıl dəyişikliklərin sayəsində isə sosializm dövrünün iqtisadiyyatınından miras qalan iqtisadi obyektlərinin təfsirlərinin son fərqlər yox oldu. Müəssisənin yiyəsinin milliyyəti, sahəsi, böyüklüyü və mülkiyyət forması artıq əhəmiyyət daşımır.       

 

2)Sovet İttifaqının dağılmasından sonra Polşanın xarici siyasətinin əsas istiqamətləri

İkinci dünya müharibəsindən sonra Polşa SSRİ-dən asılı olan bir dövlətə çevrilmiş və yarım əsrə yaxın bir müddətdə öz siyasi ittifaqlarının suveren seçimi hüququndan məhrum olmuşdur. Polşanın qərb sivilizasiyasının dairələrində aktiv rol oynamaq səyləri və avroatlantik strukturlarında iştirak etmək cəhdləri yalnız sovet blokunun tənəzzülündən sonra mümkün olmuşdur.

Demokratiya prinsiplərinə riayət edilməsi, insan hüquqlarının qorunması və həmçinin bazar iqtisadiyyatına əsaslanan Avropaya inteqrasiya prosesi Polşa üçün sivil inkişafın nümunəsi oldu. Avropa Birliyi dövlətləri bu gün Polşa üçün azad bazarın yaradılmasında və xarici təhlükəsizlik üçün yeni şəraitlərin formalaşmasında əsas tərəfdaşlardır.

Son iyirmi il ərzində Polşa uzun inkişaf yolunu keçdi və müasir qanun ölkəsinə çevrildi. 1989-cu ildən sonra polyaklar son yarım əsrdə ictimai həyatda mövcud olmayan demokratiya mexanizmlərini öyrənməli idilər - növbəti partiyalar yaranırdı, onlar ayrılırdı, birləşirdi və yenidən ayrılırdılar. Yarım əsr ərzində siyasi azadlıqlardan məhrum olmuş ölkə üçün bu normal reaksiya idi.

Bu günədək olan siyasi sistem sürətlə tənəzzülə uğradı: 1990-cı ildə Polşa Birləşmiş Fəhlə Partiyası ləğv olundu. Çoxpartiyalı sistem yarandı, vətəndaş azadlıqları tanındı. Bir neçə il ərzində solidarnostin (həmrəylik) düşərgəsindən rəqabət edən siyasi partiyalar çıxdı.  Prezident vəzifəsi - dövlət başçısı - 1989-cu ildən yenidən qaytarıldı. 1990-cu ilin dekabr ayında ümumi prezident seçkilərində Lex Valensa qalib gəldi. Aleksandr Kvaşnevski iki dəfə seçildi, ondan sonra Lex Kaçınski, hal-hazirda isə prezident (2010-cu ildən) Bronislav Komorovskidir.

Siyasi sahəsinin son illərinin balansını müsbət qiymətləndirmək olar. Polşa siyasət arenasını, eləcədə ictimai həyatın bir çox sahəsini qaydaya salan müasir konstitusiyaya (1997) malikdir. Polşa demokratik ölkədir: ikipalatalı parlamenti olan çoxpartiyalı ölkə. Quruluşun prinsipləri qanun mədəniyyəti dairəsinə daxil olan Avropa ölkələrinə tipik dəyərləri özündə əks edir: xalqın müstəqilliyi, dövlətin suverenliyi və müstəqilliyi, qanunlar ölkəsi, siyasi plüralizm və siyasi partiyalarının fəaliyyət azadlığı, hakimiyyətin bölüşdürülməsi, qanunlar sistemini və vahidin azadlığını təyin edən insan heysiyyətinə ehtiram.

Üçüncü özünüidarə səviyyəni - qəzaları - tətbiq edən və voyevodalıqlarının sayını 49-dan 16-ya salan inzibati islahatlar (1999) özünü doğrultdu. Milli azlıqlar, kostyollar və dini ittifaqlarla ilə əlaqələr nizama salındı. Vətəndaşların öz hüquqlarında istifadəni asanlaşdırmaq üçün bir sıra institutlarının səlahiyyətləri yaradıldı və genişləndi. Konstitusiya hüquqları və azadlıq qərbi demokratiyalar, eləcə də İnsan Hüquqlarının Avropa Konvensiyasında qəbul edilmiş qərarlara istinad edirlər. İctimai həyatın daimi elementinə çevrilmiş qeyri-hökumət təşkilatları da inkişaf edir. Səhiyyə xidmətləri, təqaüd və təhsil sistemlərində islahatlara start verildi.     

Bu vaxtadək olan ittifaqların süqutundan sonra (Varşava Müqaviləsi Təşkilatı və Qarşılıqlı İqtisadi Yardım Şurası) Polşa 1991-ci ildən Avropa Şurasının, 1996-cı ildən isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdür (1998-ci ildə bu təşkilatda sədrliyi əldə etmişdir). Polşa Qərbi Avropanın dövlətləri ilə inteqrasiya və həmçinin qonşularla yeni əlaqələrə arxalanan  münasibətlərin qurulması yoluna çıxdı.

Polşa Respublikasının mənfəətlərinin tələb etdiyi, dövlətin xarici təhlükəsizliyini və daxili sabitliyini təmin etməyi, dövlətin iqtisadi və ictimai inkişafıyla Polşa Respublikasının beynəlxalq arenada mövqeyini gücləndirməyi hədəfləyən xarici siyasətinin təməl məqsədləri aşağıdakı şəkildə qruplaşdırıla bilər:

-Qərb təhlükəsizlik və iqtisadi əməkdaşlıq strukturlarına inteqrasiya;

-Çox tərəfli əlaqələrin və Polşa Respublikasının bütün qonşularıyla qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;

-Polşanın bölgədəki mövqeyinin gücləndirilməsi və buna bağlı olaraq bölgədə mövcud olan bütün əməkdaşlıq strukturlarında aktiv iştirak.

Şərqi Avropada hakimiyyət sistemində aparılan dəyişikliklərdən sonra Polşanın ən əsas siyasi məqsədi NATO-ya daxil olmaq niyyəti idi. NATO-nun şərqdə genişlənməsi Polşanın geosiyasi mövqeyinin dəyişilməsi idi. 12 mart 1991-ci il tarixində Şimali Atlantik Alyansına qəbul edilməsi Polşanın ən yeni tarixində ən mühüm hadisələrdən biridir. Polşa təhlükəsizlik zəmanətini verən və stabil inkişaf üçün şərait yaradan müdafiə sistemi müttəfiqliyin bir hissəsi oldu. 

NATO-da üzvlüyü ilə bərabər Polşa öz təhlükəsizlik siyasətini Qərbi Avropa Birliyinin üzvü və həmçinin Avropa Birliyinin Birgə Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində aparılan siyasi dialoqda üzvlüyü vasitəsi ilə həyata keçirir. Həmçinin Polşa BMT- nın təşəbbüsü olan və həmin təşkilat tərəfindən həyata keçirilən terrorçuluğa qarşı tədbirlərdə fəal iştirak edir (2002-ci ilin mart ayında Polşa BM İnsan Haqqları Şurasında sədrliyi əldə etdi).

Polşanın xarici siyasətinin prioritetlərindən biri AB-nə üzv olmaq idi. 1 may 2004-cü ildə Polşa Avropa Birliyinə daxil olması 1989-cu ildə başlanılan dəyişikliklərin sürəkliliyinin zəmanətini əldə etməyə və təkmilləşmənin inkişafının sürətlənməsinə imkan verdi.

1989-cu ildən sonra Polşa ikitərəfli münasibətlər və ikitərəfli müqavilələrə əsaslanan yaxşı qonşu əlaqələrinin inkişafına böyük diqqət ayırdı. Avro Atlantik zonasının dövlətləri ilə, eləcə də terrorçuluğa qarşı koalisiyanın çərçivəsində ABŞ-la sıx əməkdaşlıqla yanaşı, Polşa Almaniya, Fransa və Böyük Britaniya kimi əsas avropalı tərəfdaşları ilə əlaqələrdə olan dinamikanı saxlayıb qorumaq istəyir.

Polşanın demokratik avropalı dövlətlərinin dairəsinə qayıtmasının rəmzlərindən biri 1991-ci ilin avqust ayında Veymarda xarici işlər nazirlərinin görüşü oldu: Polşadan- Kşıştof Skubişefski, Almaniyadan - Hans Ditrix Qenşer və Fransadan - Roland Dumas. Bu üçtərəfli Polşa-Almaniya-Fransa görüşü Veymar Üçbucağı adlı əməkdaşlığının başlanğıcına start verdi. Veymardakı görüş Polşa və Fransa arasında 9 aprel 1991-ci il tarixində Dostluq və Həmrəylik haqqında Müqavilənin və həmçinin həmin ilin 17 iyun tarixində polyak-alman Yaxşı Qonşuluq və Əməkdaşlıq haqqında Müqaviləsini imzalanmasından sonra  keçirildi. 

Polşa hökumətinin yüksək dairələri, eləcədə regional səviyyədə, qarşılıqlı tanışlıq və stereotiplərinin aradan qaldırılması üçün transsərhəd əlaqələrinin inkişafını faydalı bir vasitə olduğunu hesab edir. Polşanın maraqlarından biri də Avropa Birliyinin siyasətinin strateji məqsədini həyata keçirtməkdir - Şərqi Avropa zonasının dövlətləri ilə yaxşı qonşuluğunun qurulması bura aiddir. Kalininqrad vilayətinin vasitəsi ilə Rusiya ilə qonşuluq edən ölkə kimi, Polşa əməkdaşlığın, eləcədə iqtisadiyyat sahəsində, inkişafına yönəlmiş bütün təşəbbüsləri böyük məmnuniyyətlə qəbul edir. Polşa Ukraynanın avroatlantik zonasının dövlətləri və institutları ilə yaxınlaşmaq iradəsinə öz qəti dəstəyini bəyan edir.

Kommunist sisteminin süqutundan sonra keçmiş illərin birgə təcrübəsi və yeni siyasi, ictimai və iqtisadi çağırışların hissi regionun üç ölkəsini - Polşa, Məcarıstan və Çexoslovakiyanı əlaqələrin sıxlaşdırılmasına meylləndirdi. 1991-ci ilin fevral ayında regional əməkdaşlığının vacib elementi olan, dörd tərəfdaşın Avropaya inteqrasiya prosesində mövqelərini gücləndirən Vışeqrad Qrupu yaradıldı. İqtisadi problemlərə regional yanaşmanın sübutu 1993-cü ildə Vışeqrad Qrupunun təşəbbüsü ilə Mərkəzi Avropanın Azad Ticarət haqqında Razılaşmanın (CEFTA) yaradılmasıdır.

Polşanın Avropaya inteqrasiyası üçün vacib elementlərindən hesab etdiyi, regional əməkdaşlığının digər formaları, Mərkəzi Avropa Təşəbbüsü və yaxud Baltik Dənizi Ölkələrini Şurasıdır. 1989-cu ilin təşəbbüsü olan MAT Mərkəzi və Şərq Avropa ölkələrinin əməkdaşlıq sahəsidir. Polşa 1991-ci ildən onun fəaliyyətində iştirak edir. Üzv dövlətlərinin fərqli vəziyyətlərinə baxmayaraq, Təşəbbüs regional məsələləri və Mərkəzi Avropa dövlətlərinin kontinentə inteqrasiyasına birgə fəaliyyət forumu üçün siyasi dialoq platforması olaraq qalır. Baltik Dənizi Ölkələrinin Şurası isə öz növbəsində Baltik dənizinin təbii mühitinin qorunması sahəsində fəaliyyətin uzlaşdırılması, energetik və nəqliyyat infrastrukturasının inkişafı, baltik ölkələri və Avropa Birliyi ilə əlaqələrinin daha sıx olması sahəsində işlər görür.  1992-ci ildən mövcud olan təşkilat Baltik Dənizi hovuzunun ölkələrini bir yerə toplayır.

Demokratik Polşa öz qonşuları ilə dost və tərəfdaş əlaqələrinin inkişaf etdirilməsinə böyük diqqət verir. Transsərhəd əməkdaşlığının bünövrəsini - Transsərhəd Əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası, Ərazi Özünüidarənin Avropa Xartiyası və yaxud Sərhəd və Transsərhəd Özünüidarə Avropa Xartiyası - təşkil edən sənədlərin qəbul edilməsində sonra, Polşa 90-cı illərin əvvəlindən iqtisadi əməkdaşlığın inkişafı, infrastrukturanın genişləndirilməsi, ətraf mühitin qorunması, turizm və mədəni-maarif fəaliyyəti məqsədli Avropa regionlarının yaradılmasında fəal iştirak edir



3)Polşa-Azərbaycan münasibətləri
Azərbaycan və Polşa xalqları arasında yaxın və səmimi münasibətlər lap qədimdən mövcuddur. Müstəqillik qazandığımız son 20 ildə isə bu əlaqələr əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə də bu ölkənin Avropa Birliyinin, eyni zamanda, NATO-nun üzvü olması Qarabağ münaqişəsindən dolayısı torpaq itkiləri ilə üzləşmiş Azərbaycana öz problemlərindən qurtulmaq üçün çox faydalıdır.
Polşa ilə Azərbaycanı həmişə yaxın və dost münasibətlər birləşdirib. Oxşar talelər, əsasən də XX əsrdə bizə bir-birini daha düzgün başa düşməyə, eləcə də problemləri eyni tərzdə mənimsəməyə imkan verir. Polşa Avropa Birliyinin və NATO-nun tamhüquqlu üzvü kimi Şərq Tərəfdaşlığı proqramına daxil olan Azərbaycan üçün təcrübə mübadiləsi baxımından bir vasitəçidir. Azərbaycanın Avroatlantik strukturlarla partnyorluq prinsipləri üzərində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan bütün fəaliyyətini dəstəkləməkdə və əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verir. Tələbə mübadiləsi davam edir, eləcə də Polşa tərəfi Azərbaycan vətəndaşları üçün çoxlu təqaüd proqramını həyata keçirir və sair. Bakıda Polşa Mədəniyyəti və Dili Mərkəzi fəaliyyət göstərir, eləcə də Polşa diasporunun fəaliyyəti çox aktivdir.
   
Polşanın Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, 2010-cu ilin yanvar - iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 51,5 milyon dollar təşkil edib. Bunun da 45,2 milyon dolları Polşadan Azərbaycana ixrac, qalan 6,5 milyon dollar isə əksinə, idxalın hesabınadır.
  Polşa İsveçlə birgə Avropa Birliyinin qonşuları üçün misli olmayan Şərq Tərəfdaşlığı əməkdaşlıq proqramı barədə təşəbbüsün müəllifidir. Hansı ki, həmin proqramda Azərbaycan mühüm yer tutur. Proqramın əsasları Avropa Şurasında qəbul ediləndən sonra təşəbbüs Avropa Birliyinin şərq siyasətinin miqyasını qat-qat gücləndirdi. Mümkün əməkdaşlıq isə bərabər şəkildə həm AB-dən, həm də ayrı-ayrı tərəfdaş ölkələrindən asılı olacaq. Bu iki və çoxtərəfli könüllü əməkdaşlıq proqramıdır, partnyorlar istəmədiyi ölkələrlə əməkdaşlıq etmək məcburiyyətində deyillər. İkitərəfli əlaqələrin yüksək səviyyəsindən yan keçmək olmaz. Burada isə Polşa tərəfindən baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın sədrlik etdiyi Polşa - Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası xüsusi rol oynayır. Bu vaxtadək komissiyanın 4 iclası keçirilib. Hansı ki, Polşa - Gürcüstan İqtisadi Komissiyası hələ bu il çağırılıb.İki ölkəni birləşdirən ikitərəfli münasibətlər son illər bir çox sahədə yaxın əlaqələrin yaradılmasına imkan verdi. Polşanın yüksək səviyyəli hökumət nümayəndələrinin Bakıya çoxsaylı səfəri, 2010-cu ildəkilərə də istinad etsək - baş nazir Donald Tusk və yaxud baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın səfərləri ikitərəfli əlaqələrin səviyyəsini göstərdi.
Avrasiya Neft Nəqli Dəhlizi Layihəsinin (EAKTR) mühüm elementi olan Odessa - Brodi boru kəməri davamla "Sarmatia konsorsiumu" formatında həyata keçirilir. Bura Polşa, Ukrayna, Litva, Azərbaycan və Gürcüstanın energetika şirkətləri daxildir. 24 noyabr 2010-cu il tarixində Bakıda keçirilmiş Polşa - Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası zamanı Polşa baş nazirinin müavini və iqtisadiyyat naziri Valdemar Pavlyak effektivliyin artırılmasının, həmçinin Sarmatiyanın yeni şəraitlərə uyğunlaşmasının zərurətini vurğuladı. O, eləcə də Şərq Tərəfdaşlığı təşəbbüsünün "Enerji təhlükəsizliyi" III tematik platformasında təklif edilən imkanları da qeyd etdi. Bu yaxınlardakı Azərbaycan neftinin Ukraynaya çatdırılmasına dair razılaşmalar və xammalın Belorusa nəqli əsaslandırılmış ticarət istifadəsinin sübutu və "EAKTR" layihəsinin inkişafı üçün yaxşı zəmindir.

    Smolenskdəki qəza nəticəsində prezidet Kaçinskinin vəfatı görülməmiş bir hadisə idi. Polşa bu faciəvi sınaqda ictimai vəziyyəti və konstitusiyaya söykənmiş hakimiyyətin qoruyub-saxlanması nöqteyi-nəzərindən imtahan verdi. Ancaq prezidentin vəfatı heç bir halda Polşanın xarici siyasətinin istiqamətini və əsaslarını, burada xüsusən Varşava ilə Bakını birləşdirən əlaqələri dəyişməyəcəyi gözlənilir. Biz inanırıq ki Polşanın siyasi sistemində prezident xarici siyasətin yaradıcısı deyil, icraçısıdır. Bu səbəbdən də 1 il əvvəl baş verdiyi üzücü itki xarici siyasətinə təsir etməz. Hazırda hakimiyyət qrupunda dəyişiklikləri keçirə biləcək növbəti parlament seçkiləri bu ilin payızına planlaşdırılır. Lakin parlamentə daxil ola biləcək ciddi siyasi qüvvələrdən heç biri Polşanın şərq siyasətinin əsaslarını, burada da Azərbaycanla əlaqələri inkar etmir.




4)Polşa-Ukrayna münasibətləri
Polşanın 529 km sərhədə sahib olduğu şərq qonşusu Ukrayna ilə əlaqələri 16-cı və 17-ci əsrlərə söykənir. Birinci dünya müharibəsindən sonra Polşa–Ukrayna münasibətlərində müəyyən qədər gərginlik yaşansa da, daha sonra Polşanın milli qəhrəmanı Jozef Pilsudski (1867-1935) dövründə Bolşevik Rusiyasına qarşı müstəqillik mübarizəsində Polşa-Ukrayna İttifaqı yaranmış və strateji yaxınlıq gərgin əlaqələri müəyyən dərəcədə yumşaltmışdır.

Birinci və İkinci Dünya müharibəsi arasında etnik qarşıdurmalar ilə yenidən pisləşən əlaqələr Qərbi Ukraynada baş verən Volyhina qırğını ilə ən yüksək səviyyəsinə çatmışdır. Ukraynalı millətçi ünsürlər tərəfindən törədilən, kifayət qədər polşalının həyatını itirdiyi qırğının üzərindən xeyli zaman keçməsinə baxmayaraq, hadisə hələ də gündəmdə qalmaqdadır. Buna qarşılıq olaraq 1947-ci ildə Polşanın kommunist hökuməti tərəfindən 200.000 ukraynalılın qeyri-qanuni fəaliyyət göstərmələriləri bəhanəsi ilə öz yurdalarından Polşanın fərqli bölgələrinə sürgün edilmələri yəni, bir cür etnik təmizləməyə məruz qalmaları Ukrayna tərəfində canlı bir xatirə olaraq öz yerini qorumaqdadır. Tarixdə Vistula əməliyyatı kimi adlandırılan bu hərəkət kommunizmdən sonrakı dövrdə bəzi polyak ziyalıları və tarixçiləri tərəfindən də qınanmışdır.

SSRİ dağıdıqdan sonra hər iki dövlət öz müstəqilliklərini yenidən bərpa etmiş, bir-birini rəsmi olaraq tanımış və qarşılıqlı torpaq iddialarından imtina etmişlər. Bundan əlavə bu dövrdə milli azlıqların haqları, dil və mədəni məsələlərdə razılaşma əldə olunaraq, mövcud gərgin münasibətlərdən uzaqlaşma prinsipi əsas götürülmüşdür.

Polşanın NATO və AB üzvlüyünə qəbul olunduğu dövrdə Ukraynada məxməri inqilablar başlamışdı və məxməri inqilablar zamanı Polşa hökumətinin inqilabın liderlərinə verdiyi dəstək ilə iki ölkə arasında – məxməri rejim iqtidarı ilə Polşa arasında əlaqələri həmin dövrə qədər olmayan yüksək səviyyəyə çatdırmışdır. Polşanın müstəqilliyinin simvolu və Nobel mükafatı alan siyasətçi Lech Walensa da müstəqillik meydanında etdiyi coşğun nitqlərində Polşanın inqilaba verdiyi dəstəyi açıq və rəsmi olaraq bildirmişdir. Şengen razılaşması iştirakçısı olan Polşa öz sərhəd bölgələrində məskunlaşan Ukrayna vətəndaşları üçün viza qaydalarını sadələşdirmişdir və Polşa-Ukrayna əlaqələri ticarət, mədəni və turizm baxımından daha da inkişaf etmişdir.

2012-ci il Avropa çempionatına ortaq ev sahibliyi etməyə hazırlaşması iki ölkə arasındakı mövcud müsbət əlaqələri anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Polşa eyni zamanda Ukraynanın AB və NATO-ya üzvlüyünü şərtsiz dəstəkləməkdədir.

Lakin Ukrayna və yaxud da rəsmi Kiyev üçün Polşa eyni dərəcədə əhəmiyyətli rol oynamır və Polşa məsələsi gündəmin əsas məsələləri sırasına daxil deyildir. Elə bu nöqtədə Ukraynanın bölünməsi və İkinci dünya döyüşündən sonra müəyyənləşdirilən sərhədlərin meydana gətirdiyi problemlər önə çıxmaqdadır. Ukraynanın qərbdəki ən böyük şəhəri olan və Polşanın tarixi, etnik və dini mərkəzi olaraq qəbul etdiyi Livov ilə Kiyev arasında və şərqin sənaye şəhəri Donetsk və rus əhalinin sıx yaşadığı Krım arasında demoqrafik, dini, dil və mədəni cəhətdən çox böyük fərqlər mövcuddur və bu da Ukrayna xarici siyasətində öz əksini tapmışdır

Ukraynada keçirilən seçkilərin iki ölkə arasında əlaqələrin gələcək perspektivinə təsiri ilə bağlı müzakirəyə keçməmişdən əvvəl Ukraynanın Polşanın şərq siyasətinin ən böyük dayaqlarından biri olmasını vurğulamaq lazımdır. Ukrayna hər şeydən əvvəl tarixdə rus və alman hücumuna məruz qalmış Polşa ilə Rusiya arasında keçid rolunu oynayır, təkcə onu qeyd etmək kifayətdir ki, Ukrayna bu baxımdan Polşa üçün həyati bir rol oynamaqdadır. Qərb ittifaqında Ukrayna və Polşanın birgə iştirak etməsi Rusiya narahatlığını daha da artıracaq və təhlükəsizlik cəhətdən onlara geniş imkanlar açacaq. Ukraynada rus birliklərinin yerləşdirilməsi Polşanın narahatlıqları arasındadır. Qərb (AB) və xüsusilə Polşa üçün rus təbii qazının keçdiyi Ukraynanın enerji siyasətinin təhlükəsizliyi də vacib amillərdəndir.

Yalnız yuxarıda adı çəkilən səbəblər Ukraynanın Polşa üçün nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kafi hesab oluna bilər. Məxməri inqilabdan sonra yaşanan iqtisadi çöküş və sui-istifadələr Polşa mediasında geniş şəkildə işıqlandırılmışdı. Polşa cəmiyyətində belə bir fikir mövcuddur ki, Ukraynada keçirilən seçkilər demokratik bir mühitdə keçməyib və Ukraynada Rusiyaya olan meyl getdikcə güclənir. Seçkidən dərhal sonra Timoshenkonun şərhlərinin də yer aldığı mediada seçkilərin rəsmi nəticələrinin saxtlaşdırıldığı barədə informasiyalar geniş yayılmağa başladı. Hərçənd ki Polşa mediasında Janukowicz ilə seçkidən sonra aparılan müsahibələrdə seçkilərin optimist və demokratik bir mühitdə keçdiyini bildirib.

Polşa Rusiyanın əleyhdarı kimi yeritdiyi ideoloji siyasəti bir kənara qoymalı və daha realist bir üslub ilə mövcud situasiyaya uyğun siyasət yeritməlidir. Avropa Birliyi və Polşa yaxın dövrdə Kiyevin tamamilə Moskva ilə yaxınlaşmasına güc və təhdid yolu ilə deyil, tam əksinə ortaq maraqlarla Ukraynanı öz tərəfinə çəkməklə cavab verməlidirlər. Polşa və Qərbin Ukrayna siyasəti eyni zamanda Belarus üçün də dəyişilməz olmalıdır. Ukraynanın ərazi bütövlüyünü qorumalı və xalqına dininə, dilinə təsir göstərə biləcək təhlükəli siyasətlərdən qaçınılmalıdır ki, əks halda bu Rusiyanın Ukrayna üzərindəki mövcud təsirini daha da artırar və Şimal Qafqazdakı vəziyyətə bənzər bir durumun yaranmasına səbəb ola bilər.

Kommunizmin yıxılmasından bəri davamlı geriləyən Rusiya aradan keçən bu qədər zamandan sonra ilk dəfə Qərb cəbhəsi qarşısında böyük və az hesab edilməyəcək bir zəfər əldə etmişdir. Baltiklərdə geri çəkilən və status kvoya boyun əyən Rusiya bu zəfərlə Ukrayna üzərində olan təsirini itirməyəcəyini açıq şəkildə göstərmişdir.

Polşanın xüsusilə NATO və AB üzvlüyündən sonra Şərq siyasəti yeni bir mərhələyə girmişdir, bunula belə AB-nin şərq sərhədi də Polşa ilə birlikdə yeni bir təhdid qəbul etməsi ilə qarşı-qarşıyadır. Polşa Ukrayna seçkiləri ilə birlikdə bir az daha zəifləmiş və belə desək, Rusiyanın nəfəsini yenə də öz üzərində hiss etməkdədir.


5)Polşa-Rusiya münasibətlərində ziddiyətlər və ortaq maraqlar
Rusiya ilə Polşa tarixdə iki düşmən qardaş olaraq xatırlanır. Slavyan irqinin bu iki əhəmiyyətli nümayəndəsi əsrlərdir davam edən bir qarşıdurmanın içindədirlər. Xristianlığın Ortodoks etiqadına mənsub olan ruslarla, Katolik məzhəbinə bağlı olan polşalıların qarşıdurması əsrlərdir ki, davam edir. Rus dövlətinin Moskva knyazlığı ətrafında mərkəzi bir güc kimi meydana gəldiyi illərdən bəri davam edən qarşıdurmaya söykənən əlaqələr bu gün qurulacaq olan əlaqələrə də təsir edəcək qədər ciddi bir iz buraxmışdır. Rusiyanın genişlənmə siyasətini tətbiq etdiyi hər dövrdə ilk hədəf alınan ölkələrdən biri Polşa olmuşdur. Eyni şəkildə Rusiyanın daxili böhranlar və ya döyüşlərlə məşğul olduğu dövrlərdə də Polşada Rusiyanı zəiflədəcək strategiyalar gündəmə gəlməkdə idi. Ruslar Polşaya hər yürüşlərində burada yaşayan xalqı ruslaşdırmaq və Ortodoks məzhəbinə daxil etmək üçün səy göstərərkən, polşalılar da rusları geri çəkdikləri hər dövrdə öz sərhədləri daxilində yaşayan digər Slavyan millətlərini polyaklaşdırmaq üçün səy göstərirdilər.

Ölkə torpaqlarının böyük bir qisiminin itirilməsinə səbəb olan 18-ci əsrdəki döyüşlər və 2-ci Dünya Müharibəsindən sonra Polşanın Sovet hakimiyyəti altına düşməsi polşalıların yaddaşında Rusiyanı və rusları işğalçı bir imiclə tanıtmışdır. Polşada hər nə qədər qan bağından yola çıxaraq Rusiya ilə birlikdə hərəkət edilməsi və geopolitik olaraq Rusiyanın yanında yer alınmasının lazım olduğunu müdafiə edən siyasətçilər olsa da, ictimaiyyətin qənaəti bundan ibarətdir ki, Rusiyanın Polşanın tarixini ağrı və qan ilə formalaşdırmışdır.

Müasir Rusiya-Polşa münasibətlərində əsas problemlər əsasən aşağıdakılardan ibarətdir:
Bunlar arasında əsas problemlərdən biri iqtisadi ziddiyyətdir. Hamımıza məlumdur ki, Rusiya və Polşa arasında olan ticarət müharibəsi iki ölkə arasında olan münasibətlərə mənfi təsir göstərmişdir, xüsusilə də, Rusiya-Avropa İttifaqı danışıqlarına Polşanın veto qoyması da vəziyyəti kəskinləşdirən amillərdən hesab olunur. Lakin ticarətlə bağlı mübahisələr siyasi nöqtəyə gəlib çatmamışdır.

Bununla belə, Polşa Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesini yavaşlatan təqsirli hesab olunan ölkələr arasında iştirak etmir. Polşanın bu məsələ ilə bağlı mövqeyində ABŞ-ın təsirinin olması güman edilirdi. Bundan əlavə, dövlət başçısı Jaroslaw Kaçinski demisdir ki, iqtisadi ziddiyyət ciddi siyasi nəticələrə gətirib çıxara bilər.

Daha mürəkkəb siyasi və iqtisadi məsələ isə bir tranzit ölkə kimi Polşanın rolunun azalması məsələsidir. Buna səbəb Rusiya və Almaniya arasında Şimali Avropa qaz kəmərinin tikintisinə olan cəhdlərdir. Lakin, bu layihə Rusiya, Almaniya və ən böyük Alman qaz şirkətlərinin maraqları birgə nəzərə alınmaqla həyata keçirilir.

Bundan əlavə, boru kəmərinin yalnız Polşanın tranzit statusun tam aradan qaldırılmasına deyil, həm də qaz təchizatı marşrutlarının diversifikasiyasına xidmət edir. Bundan başqa, bu yaxınlarda "Qazprom" şirkəti Beltransgaz sahibləri ilə bu layihədə iştirak etmək üçün saziş imzalayıb. Digər bir məsələ də, Polşanın NATO-ya üzvlüyə can atması idi. Bu təkcə Polşanın istəyi ilə bağlı deyildi. NATO isə təkcə Polşanın deyil, digər post-sovet ölkələrinin də Rusiyanın təsirindən çıxıb Avropaya inteqrasiyasında maraqlı idi.

Son illərdə praqmatik bir xarici siyasət yeritməyə çalışan və xüsusilə enerji siyasətini həyata keçirmək üçün ətrafındakı ölkələrlə yaxınlaşma səylərini gücləndirən Rusiya üçün Polşa əhəmiyyətli bir ölkə sayılmaqdadır. Bölgənin ən böyük dövləti olan və başda Ukrayna olmaq üzrə Baltik ölkələri ilə möhkəm əlaqələr yaradan Polşa Rusiyanın Avropa ilə qurduğu əlaqələrdə kritik bir əhəmiyyətə sahibdir. Polşa rus təbii qaz qaynaqlarının Avropaya ötürülməsində çəkilməsi nəzərdə tutulan boru kəmərlərinin proyektlərində vasitəçi ölkə olaraq iştirak etmək istəyir. Daha əvvəl, Şimal Axın xəttinin Yamal-Avrupa qismi Polşa torpaqlarından keçmişdi. Baltik dənizindən Almaniyaya uzanacaq xətdə Polşanın əsas vasitəçi olmaması isə bu ölkə səlahiyyətlilərini narahat edir və özlərinin də hesaba qatılacaqları alternativ bir proyektin inkişaf etdirilməsinin daha uyğun olacağı mövzusunda rus tərəfini razı salmağa çalışırlar. Rusiyanın bu təklifə müsbət yaxınlaşmaması da polşalıları hirsləndirən əhəmiyyətli ünsürlər arasında sayıla bilər.

Son zamanlarda Rusiya-AB əlaqələri qiymətləndirərkən tərəflər arasındakı enerji alverinə söykənən problemlər vurğulanır. AB-in xüsusilə təbii qaz mövzusunda Rusiyadan olan asılılığı və Rusiyanın da sahib olduğu enerji qaynaqlarından doğan gücünü siyasi təsirə çevirmə cəhdi nəzərə alındığında bu mövzunun ön plana çıxması təbii hesab olunur. Ancaq bu məsələ, tərəflər arasında başqa problemlərin olmadığı mənasına gəlmir. Enerji məsələsiylə əlaqədar olaraq Rusiyanın AB-in yeni üzvlərindən Polşa ilə aralarında mövcud olan və 2006-cı ilin son aylarından etibarən daha da gərginləşən problemlərin Rusiya-AB əlaqələrinə əks olunması gündəmdə olan problemlər arasındadır. Rusiya-Polşa-AB arasında mövcud olan problemin təməlini, Rusiyanın heyvan sağlamlığı standartlarının aşağı səviyyədə olmasını əsas gətirərək, Polşanın əvvəl süd məhsulları, sonra ət və ən sonunda da əkinçilik məhsulları ixracına qəti olaraq qadağa qoyması olmuşdur. Zaman keçdikçə Polşanın israrına baxmayaraq Rusiya qadağanı qaldırmamış, buna qarşılıq Polşa da Komissiyaya Rusiya ilə yeni Ortaqlıq və Əməkdaşlıq Paktı müzakirələrinə başlamasına müxtəlif şərtlər qarşıya qoyaraq veto hüququndan istifadə etmişdi. Polşa Rusiyanın tətbiq etdiyi ixrac qadağasını aradan qaldırmasını, Polşanı heçə sayaraq Baltik Dənizindən Almaniyaya gedən təbii qaz boru xəttinin inşası proyektini dayandırmasını istəyirdi.

AB-in yeni üzvlərindən biri olan Polşanın bu rəftarı, əslində yalnız Rusiyaya olan qəzəbinin deyil, tam üzv olmamışdan əvvəl Avropa Birliyi ilə yaşadığı problemlərin nəticəsi idi. Hansı ki Polşa qərara veto qoyarkən bu vəziyyəti açıqca dilə gətirmiş və AB daxilində yeni üzvlərin problemlərinin göz ardı edildiyini və yeni üzvlərə ‘ikinci sinif ölkə' rəftarı edildiyini irəli sürmüşdü. Polşa ixracat qadağasının səbəbini qəti olaraq Rusiyanın irəli sürdüyü sağlamlıq standartları ilə əlaqədar olmadığını bildirmiş və qadağanın tamamilə siyasi səbəblərlə, xüsusilə də Polşanın Ukraynadakı ‘Məxməri İnqilaba' vermiş olduğu dəstəkdən ötrü cəzalandırmaq məqsədi daşıdığını irəli sürürdü.

AB ilə əlaqələri getdikcə güclənən Polşanın Rusiyaya öz gücünü xatırlatmanın zamanı gəlmişdi. Rusiya çox əhəmiyyətli bir faktoru gözdən qaçırırdı. AB-in hər hansı bir ölkə ilə edəcəyi hər hansı bir razılaşmanın (iqtisadi və ya siyasi məzmunlu) müzakirələrinin başlaya bilməsi üçün Komissiyaya üzv ölkələrin ‘səs çoxluğu ' ilə razılıq verməyi lazım idi. Bir üzv ölkənin vetosu bütün müddəti dayandırmağa kafi idi. Əgər Rusiya Polşanın bu müddəti dayandıra biləcəyini əvvəldən hesab etdisə, o zaman da onsuz da əsas məqsədinin AB-i bölmək və köhnə və yeni üzvlər arasında problem yaratmaq olduğu aydın olur. Digər tərəfdən , Polşa bu şəkildə davranaraq uzun müddətdir yaşadığı problemlərdən (Polşanın son dövrdə bir çox mövzudakı millətçi çıxışları və edam cəzasını yenidən bərpa etmək cəhdi, ABŞ-la yaxınlığı) ötrü özünə yönəlmiş AB-dən gələn tənqidlərin də qarşılığını vermə fürsəti əldə etmişdi. AB-in köhnə və yeni üzvləri bərabərdir, bərabər haqlara malikdir. Ən gözlənilməyən anda, ən həyati mövzuda AB sürpriz bir veto ilə qarşılaşa bilər. AB bütün üzv ölkələrin problemlərinə köhnə, yeni, böyük, kiçik ayrım etmədən bərabər şəkildə yanaşmalı və həll etməlidir. Bunu etmədiyi təqdirdə də nəticəsinə dözməli olacaq. Polşa da AB-i bu istiqamətdə hərəkət etməsi üçün məcbur edən ən əhəmiyyətli ölkələrdən biri olacaq.

Rusiya isə Polşaya tətbiq etdiyi ixrac qadağasının ikitərəfli bir problem olduğunu irəli sürür və AB-in bu mövzuya müdaxiləsinin yolverilməzliyini bildirir. Rusiyanın bu davranışının təməlində də, Polşaya ‘AB-nin üzvü olan bir ölkə' olsa da Rusiyanın bölgədəki gücünü və köhnə ağırlığını hiss etdirmək istəyi dayanır. Bu qadağa Polşa üçün gündə 1 milyon €, ildə də təxminən 400 milyon €'luq bir itki deməkdir.

Polşa, AB çətiri altına sığınaraq Rusiyaya problem yarada bilməz. Rusiyanı bölgədə çətin vəziyyətə sala biləcək hərəkət edə bilməz. Rusiyanın Polşa ilə yaşadığı problem və AB ilə imzalanacaq yeni bir Ortaqlıq və Əməkdaşlıq Paktının müzakirələrinə başlaması qarşılığında Polşanın qarşıya qoyduğu şərtləri qəbul etməməsi AB-ə qarşı da meydan oxumaq anlamına gəlir. Rusiya tez-tez AB-in Polşa kimi bir ölkəyə təslim olmamasının vacibliyini vurğulayır. Rusiya üçün təbii ki AB ilə əlaqələrin ən az problemlə davam etməsi və yeni bir Ortaqlıq və Əməkdaşlıq Paktının imzalanması əhəmiyyətlidir, ancaq əsas məsələ AB ilə bərabər ortaq mənfəətlərini ən üst səviyyədə mühafizə edərək yola davam etməkdir. Polşanın mübarizəsinin Rusiya-AB əlaqələrini çətin vəziyyətə salacağından narahat olan AB bir tərəfdən Rusiya ilə olan həssas əlaqələrinin zərər görməməsinə, digər tərəfdən də problemli üzvü olan Polşa ilə münasibətlərin tarazlaşdırılmasına çalışır. Görünən o ki, AB Rusiyanın və Polşanın yaratdığı gərginlikdən məmnun olmamaqla, yanaşı heç olmasa hələlik Polşa ilə Rusiyanı tarazlayacaq şəkildə hərəkət etmək səyini davam etdirir və problemin böyüməsinin qarşısını almağa çalışır. Polşa həm AB-ə, həm Rusiyaya qarşı inadını davam etdirir. Rusiya AB ilə əlaqələrin tıxanmasını fürsət bilərək AB ölkələri ilə ikitərəfli əlaqələrini inkişaf etdirir.

Rusiyanın baş naziri Vladimir Putinin 2009-cu ildəki Polşaya olan səfəri iki ölkə arasında münasibətlərin yaxınlaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Putinin Qdansk ziyarətinə damğasını vuran əsas məsələ 2-ci Dünya müharibəsindən əvvəl Molotov ilə Ribbentrop arasında imzalanan və Polşanı SSRİ ilə Almaniya arasında bölüşdürən razılaşma və bu razılaşmadan sonra Polşanın başına gətirilənlər olmuşdur. Polşa ictimaiyyəti bu ziyarətdən bir neçə gün əvvəl bu razılaşma səbəbiylə Polşanın Hitler tərəfindən rahatlıqla işğal edildiyini və döyüşün sonuna doğru SSRİ tərəfindən ələ keçərilməsi yolunun açıldığını izah edən nəşrlərlə işıqlandırdı. O illərdə yaşanan hadisələrdən və həyatını itirən polşalılardan ötrü Almaniyanın dəfələrlə üzr istəməsinə qarşı Rusiyanın hələ üzr də istəməyə yanaşmaması Putindən bu mövzuya münasibət göstərməsinin vacibliyini ortaya qoydu . Yalnız mətbuat orqanları deyil, respublika başçısı, baş nazir və digər siyasətçilər də fürsət tapdıqca bu mövzunu gündəmə daşıdılar və Putinlə ilk qarşılaşmalarında baş nazir Tusk tarixdə yaşanan ağrıları xatırlatdı.

Respublika başçısı Kaçinski isə xatırlamaq və xatırlatmaqla qalmayaraq verdiyi bir bəyanatda “Yəhudilər necə yəhudi olduqları üçün qətl edildilərsə, polşalılar da polşalı olduqları üçün qətl edildilər”- deyərək rusları polşalılara qarşı irqçi bir siyasət yeritməkdə ittiham etdi. Bu bəyanatlarla yanaşı, İngiltərə Xarici Işlər Naziri Milibandın "Polşalılara 2-ci Dünya Müharibəsində lazım olan dəstəyi verə bilmədiyimiz üçün çox təəssüf edirəm. Sovetlər Polşanın tarixi gedişatını baltalayan bir siyasət yeritdilər" şəklindəki şərhləri və qərb mediasının mövzuya ciddi şəkildə yer verməsi onsuz da mövcud gərginliyi kifayət qədər artırmış oldu. Xüsusilə xaricdə yaşayan polşalılara istiqamətli nəşr olunan yazılar Polşanın necə bir qorxu ilə hərəkət etdiyinin başa düşülməsinə imkan yaradır. Bu qəzet və saytlarda nəşr olunan xəbər və məqalələrin bir çoxu 2-ci Dünya Müharibəsinə aid məlumatları ehtiva edir və əsas məqsədi Rusiyanın Polşa xalqına verdiyi ağrıları xatırlatmaqdır. Polşa tərəfindən bunlar edilərkən Rusiyada mətbuat orqanları 2-ci Dünya Savaşında Polşanın Sovetlərə qarşı necə əməkdaşlıq etdiyini, Rusiyanı yıxmaq üçün nə cür planlar etdiyini gizli kəşfiyyat hesabatlarını nəşr edir və Rus ictimaiyyətinə çatdırmağa çalışır. Hər iki tərəfin də tarixdə yaşanan hadisələri qarşı tərəfi ittiham etmək üçün gündəmə gətirməsi Rusiya ilə Polşa arasında sabit əlaqələrin yaranmasına səbəb olur və iki ölkə Soyuq müharibədən sonra bir növ soyuq barış dövrü yaşayır.

Polşa 1989-cu ildə Sovetlərdən ayrılaraq müstəqilliyini qazandıqdan sonra bir neçə il ərzində Avropa Birliyi və NATO kimi Qərb ittifaqının əhəmiyyətli quruluşlarına daxil oldu. İraq müharibəsi başlayanda müttəfiq qüvvələrin sırasında polşalı əsgərlər də iştirak edirdi. Ancaq Polşa-Rusiya əlaqələrində ən böyük gərginliyə səbəb olan hadisə keçdiyimiz illərdə ABŞ tərəfindən həyata keçirilməyə başlanılan Raketdən Müdafiə Qurğularının inşası idi. Burada mərkəz ölkəsi olaraq Polşa görülürdü və Rusiya bu proyektin həyata keçirildiyi təqdirdə Polşanın nüvə hədəfi halına gələcəyini söyləyərək bu ölkəni təhdid edirdi. Çar Rusiyasının və onun ardı olan Sovetlər Birliyinin genişlənmə siyasətinin hədəfi olmaqdan heç cür xilas ola bilməyən Polşa üçün Raketdən Müdafiə Sisteminə sahib olmaq rus təhlükəsini əhəmiyyətli dərəcədə aradan qaldıracaq bir addım olaraq dəyərləndirilir. Polşalıların ABŞ-da iqamət edən qüdrətli həmyerlisi Zbigniew Brzezinski də Polşanın tarixdə çəkdiyi ağrıları bir daha yaşamamaq üçün bu sistemə sahiblənməsinin vacibliyini söyləyirdi. ABŞ hələlik bu proyekti təxirə salmış olsa da, gələcəkdə həyata keçirilmə ehtimalının var olması polşalılara ümid verir.

Putinin son Türkiyə ziyarəti üç yüz illik tarixin dönüş nöqtəsi kimi şərh edildi. 18-ci əsrdə Çar Rusiyasının imperiya strategiyası Osmanlı dövlətini Qara dəniz, Balkanlar və Qafqazlardan uzaqlaşdırmağı hədəfləyirdi. Bu məqsədlə baş verən döyüşlərdə ən çox önə çıxan adların önündə General Suvorov gəlməkdə idi. İşin maraqlı tərəfi türk ordularını bir çox vuruşmada məğlub edən Suvorovun Polşaya qarşı edilən döyüşlərdə də səhnədə olması və polşalılarla ruslar arasında günümüzə qədər davam edən gərgin əlaqələrin toxumlarını atmış olması idi. Türklərlə ruslar, Suvorov dövründən qalma xatirələri unutmağa çalışaraq yeni bir əlaqə formasını inkişaf etdirərkən, polşalılar Rusiya dövlət səlahiyyətlilərinin tarixdə yaşananlar üçün üzr istəmədiyi müddətcə normal bir əlaqə yaradılmasının az qala qeyri-mümkün olduğunu düşünür. Putin kimi Sovetlər Birliyinin dağılmasını 20-ci əsrin ən böyük tragediyası olaraq görən və yeri gəldiyində SSRİ-ni rus cəmiyyəti üçün idealize etməkdən çəkinməyən bir liderin isə bu ifadələrinin tərsinə bir hərəkət etməsi və Polşadan üzr istəməsi xəyal olaraq görülür. Aydın olan odur ki, tarixin kölgəsində qalan Rusiya-Polşa əlaqələri məsafəli və soyuq bir iqlimdə davam edəcək.




6)Polşa-Belarus münasibətləri
Polşa ilə Belarus arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Polşa Belarus Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Polşanın və Avropa Birliyinin şərq sərhədləri çərçivəsində Belarusun Polşa ilə 418 kmlik sərhədi var. İkisi də slavyan mənşəli olan bu xalqlar arasında tarixi və mədəni yaxınlıqla yanaşı, irq və dil birliyi (bənzərliyi) də var, lakin Polşa əhalisinin əksəriyyəti Roma Katoliki ikən, belaruslular Ortodoks Xristianlığını qəbul etmişlər.

Polşanın Jagelion xanədanlığı ilə Böyük Litva Knyazlğı arasında 1569-cu ildə imzalan Lublin paktı ilə Belarus torpaqlarının böyük bir qismi Polşa və Litvanın idarəsi altına girmiş və iki ölkə arasındakı qarşılıqlı münasibətlər daha da artmışdır. Polşanın milli şairi olan Adam Mickiwiecz (1798 - 1855) və milli qəhrəman Tadeusz Koscıuszki (1746 - 1817) kimi əhəmiyyətli şəxslər ilə ortaq bir ictimai yaddaşa sahib bu iki dövlət arasındakı əlaqələr xüsusilə 1994-cü ildə Aleksandır Lukashenkonun iqtidara gəlməsi ilə hər keçən gün daha da pozulmuşdur.

Polşanın Avropa Birliyinə tam hüquqlu üzv qəbul olunması və ABŞ dövlət başçısı Buşun Lukasenkonu Avropanın son diktatoru elan etməsi, ən nəhayət Lukashenko və hökumət nümayəndələrinin Avropa Birliyi ərazisinə və ABŞ-a girişlərinin qadağan edilməsi gərginləşən əlaqələrdə yaşanan qırılma nöqtələrinin ən əhəmiyyətlisidir. Qərb tərəfindən izolyasiya siyasətlərinə Polşa da dəstək vermiş və Belarus rəhbərliyi də çarəni Rusiyaya yaxınlaşmaqda tapmışdır.

Keçən bir neçə il ərzində isə Rusiyanın Belarusa satdığı təbii qaz qiymətində artım etmək istəyi və Belarusun buna cavab olaraq, Qərbi Avropaya Belarus vasitəsilə ixrac edilən qazdan aldığı icarə haqqını artırmaq barədə təhdidlər sovurması Minsk ilə Moskva arasında soyuqluq əmələ gətirmiş və bu müddətdə Lukashenko rəhbərliyi həbsdə saxladığı müxalifətçi siyasətçi və mətbuat mənsublarını sərbəst buraxaraq bu kimi demokratik islahatlarla AB-nə belə desək, göz qırpmışdır. Tətbiq olunan izolyasiyanın tərs reaksiya verdiyini və faydasızlığını gec də olsa, anlayan Avropa Birliyi səlahiyyətlililəri, Belarus iqtidarına tətbiq etdikləri giriş qadağasını aradan qaldırmışlar hətta, onları Brüsseldəki zirvə toplantılarına dəvət etmişlər.

Bu zaman Polşanın Belarus siyasətində müəyyən müsbət addımlar atılmış və gərginlikdən uzaq bir dövrün başlanılmasına cəhd göstərilmişdir. Belarus rəhbərliyi ümumiyyətlə Qərbi, xüsusilə də Polşanı, Ukraynadakına bənzər bir inqilab təşkil etməyə cəhd etməkdə və öz daxili işlərinə qarışmaqda günahlandırır. Qərb və ABŞ isə ölkədəki insan haqları pozuntularından və demokratiya standartlarından narazı olmaqdadır. Polşa ilə Belarus arasındaki xüsusi vəziyyətə gəlincə Polşa təbii olaraq Belarusun Rusiyanın təsirindən çıxıb Avropa Birliyinə üzvlüyünü dəstəkləməkdə davam etsə də, amma Lukashenko hökuməti bunun hələlik mümkün olmayacağının fərqindədir və Su samuru rəhbərliyin Moskva ilə eşqbazlığı Varşavanı narahatlığa sövq edir.

Polşalılar ruslardan sonra Belarusdakı ən böyük azlığı yaratmış və buna qarşı Polşada isə 250.000 ilə 300.000 arasında Ortodoks Belarus etnik azlığın olduğu təxmin olunur və bu əhali Polşanın şərqində Podlaskie əyalatinin ən böyük şəhəri olan Bialystok ətrafında məskunlaşıblar. Hər iki ölkədə yaşayan azlıqlar ilə ölkədə yerli xalq arasında hər hansı bir etnik, ya da dini təməldə gərginlik yaşanmayıb. Əsl problem azlıqlar ilə mövcud iqtidarlar arasındadır. Əslində iki ölkə bu azlıqlardan bir vasitə kimi istifadə etməyə cəhd edirlər. Kommunist dövründə Polşada qadağan edilən Belarus dili indilərdə bərpa olunub. Sərbəst Belarus dilində nəşr olunan qəzet, jurnal və radiolar ilə qarşılaşmaq mümkündür. Son zaman baş verən hadisələr iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi təhlükəsinə gətirib çıxarıb.

İki ölkə arasında yaşanan ən son gərginlik də Belarus polisinin İwieniec qəsəbəsində Polşalı azlıqlar tərəfindən qurulan Belarus Polşalılar Birliyinə hücum təşkil edərək dərnəyinin binasını mühasirəyə almış və bina içərisində olan dərnək üzvlərinə güc tətbiq edərək çölə çıxartmaları nəticəsində meydana gəlmişdir. İşin daha da maraqlı olan tərəfi isə ondan ibarətdir ki polis vasitəsilə ilə dərnəkdən çıxarılan polyakların yerinə Belarus rəhbərliyi tərəfindən dəstəklənilən polyakların yerləşdirilməsidir.

20 Minə yaxın üzvü olan Belarus Polşalılar Birliyinin Polşa tərəfindən tanınan lideri Andzelika Borysun hadisədən bir neçə gün əvvəl şirkətlərinə əl qoyulmuşdur. Belarus hökumətinin dəstəklədiyi Stanislaw Siemaczko isə Polşa tərəfindən tanınmamaqdadır.

Belarus Polşalılar Birliyinə tətbiq olunan ən son basqın Polşa ictimaiyyətdə kəskin etiraza səbəb olmuş və hadisə sərt bir nota ilə qınanmışdır. Polşa müxalifəti Belarus ilə rəsmi əlaqələrin dərhal kəsilməsini və Minsk rəhbərliyinə qarşı çox sərt iqtisadi sanksiyalar tətbiq olunmasını tələb etmişdir. Buna paralel olaraq Polşanın Minskdəki səfiri Varşavaya çağırılmışdır. Avropa Parlementi başçısı Jerzy Buzek Minsk rəhbərliyinin polyak azlığına qarşı tətbiq etdiyi siyasi təzyiqə son verməsi barədə bəyanatla çıxış etmişdir. Belarus Xarici işlər naziri Sergey Martynovnun böhranın meydan çıxmasından əvvəl planlaşdırılan Polşa ziyarətinin ləğv edilməsi də müxalifət tərəfindən dilə gətirilmişdir. Bütün bu əlaqələr qarşısında daha ehtiyatlı davranan Donald Tusk hökumətinin xarici işləri naziri Radoslaw Sikorski ziyarətin ləğvinin mümkün olmadığını, lakin mövzunun həssalığını vurğulayaraq məsələnin təkbətək görüş zamanı müzakirə olunacağını bildirmişdi.

Yaxın gələcəkdə Belarus-Polşa əlaqələrində köklü bir dəyişmə gözlənilmir. 2011-ci il Belarusda prezident seçkilərində qalib gələn Lukashenkonun ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcəyi gözlənilirdi. Bu isə hələlik mümkün görünmür.


Nəticə

Son iyirmi il ərzində Polşa uzun inkişaf yolunu keçdi və müasir qanun ölkəsinə çevrildi. 1989-cu ildən sonra polyaklar son yarım əsrdə ictimai həyatda mövcud olmayan demokratiya mexanizmlərini öyrənməli idilər - növbəti partiyalar yaranırdı, onlar ayrılırdı, birləşirdi və yenidən ayrılırdılar. Yarım əsr ərzində siyasi azadlıqlardan məhrum olmuş ölkə üçün bu normal reaksiya idi.

Hazırda Polşa sabit siyasi sistemə, inkişaf edən iqtisadiyyata malik və beynəlxalq strukturlarda fəal iştirak edən bir ölkədir. İqtisadi inkişaf, son illərdə bir az zəif olsa da, sabitdir və dərin ictimai islahatlara (mis. təqaüd və səhiyyə xidməti sistemlərində) söykənmişdir. Son on il ərzində iqtisadi institutlarının və yaxud qaydalarının Avropa Birliyində qüvvədə olan qaydalarına uyğunlaşma prosesi davam edir. Artıq bu günlərdə AB-yi Polşanın əhəmiyyətli iqtisadi əməkdaşıdır. İxracın 70% AB-nə gedib çıxır, Birliyin ölkələrindən 60%-dan artıq idxalat gəlir.



Demokratik Polşa öz qonşuları ilə dost və tərəfdaş əlaqələrinin inkişaf etdirilməsinə böyük diqqət verir. Transsərhəd əməkdaşlığının bünövrəsini - Transsərhəd Əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası, Ərazi Özünüidarənin Avropa Xartiyası və yaxud Sərhəd və Transsərhəd Özünüidarə Avropa Xartiyası - təşkil edən sənədlərin qəbul edilməsində sonra, Polşa 90-cı illərin əvvəlindən iqtisadi əməkdaşlığın inkişafı, infrastrukturanın genişləndirilməsi, ətraf mühitin qorunması, turizm və mədəni-maarif fəaliyyəti məqsədli Avropa regionlarının yaradılmasında fəal iştirak edir
Ədəbiyyat siyahısı

  1. Elzbieta Kaca andAgnieszka £ada, What policy towards Russia? No. 14/113 September 20100 THE INSTITUTE OF PUBLIC AFFAIRS

  2. K. Cianciara, “Eastern Partnership’ – opening a new chapter of Polish Eastern policy” 2002

  3. Charles Grant, Poland new strategy in 21st century

  4. http://www.ena.lu/poland_application_accession_european_union_april_1994-020401887.html

  5. http://www.telegraph.co.uk/news/worldnews/europe/poland/6480227/Russia-simulates-nuclear-attack-on-Poland.html

  6. Schimmelfennig, F. 2003. The EU, Poland and the Integration of Poland. Cambridge University Press. Cambridge.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə