Referat baki-2011 Mündəricat




Yüklə 130.56 Kb.
tarix27.02.2016
ölçüsü130.56 Kb.


Azərbaycan Respublikası

Təhsil Nazirliyi
BAKI SLAVYAN UNİVERSİTETİ


Beynəlxalq münasibətlər və regionşünaslıq fakultəsinin

BM-204 qrup tələbəsi Rəşad Əliyev
Norveç siyasəti

REFERAT

BAKI-2011
Mündəricat

Giriş............................................................................................. 3

1) Norveç haqqında qısa məlumat............................................................4

2) Noveçin xarici siyasətinin mühüm istiqamətləri..................................5

3) Norveçin xarici siyasətində regionçuluq..............................................7

4) Norveçin xarici siyasətində Rusiya......................................................8

5) Norveçin XXI əsrdə şimal regionlarının inkişaf strategiyası...............8

6) Norveçin neft siyasəti..........................................................................10

7) Norveç səfirliyinin kiçik qrantlar proqramı........................................14

8) Norveç iqtisadiyyatı 1905-1973..........................................................14

9) Norveç-Azərbaycan əlaqələri, Norveçin Azərbaycandakı keçmiş

səfiri Yon Ramberqin gözü ilə.................................................................17

10) Norveçin Azərbaycandakı səfiri Erlinq Şenzberqin Azərbaycan

haqqında düşüncələri...............................................................................21

Ədəbiyyat siyahısı....................................................................................23

Giriş
Norveç Skandinaviya yarımadasının qərb hissəsini əhatə edən Şimali Avropa ölkəsidir və konstitusiyalı monarxiyadır. İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Norveçin şimal və cənub hissələri arasında məsafə onun şərq və qərb hissələri arasındakı məsafədən çoxdur. Ölkənin geniş Şimali Atlantika okeanının sahil xətti dunyada məşhur olan fyerdlərin vətənidir. Sosial təminatın yüksək səviyyəsi olmaqla sürətli iqtisadi inkişafına görə, Norveç dünyanın ən zəngin ölkələrindən biridir. Bu iqtisadi irəliləmə qismən sahilboyu ərazilərdə neft və qaz ehtiyatlarının inkişafı ilə bağlıdır. Norveç 2001 – 2006cı illərdə dünyada insan inkişafı göstəricilərinə görə birinci yeri tutan ölkə kimi qiymətləndirilirdi və birinci yerini 2007-ci ildən İsladiya ilə bölüşür.

“Yarımgecə Günəşi Ölkəsi” həqiqətən də unikal təbiətə malikdir. Norveçlilər öz kol basmış adalarını, qarlı zirvələrini və buzlaqlarla yaradılmış fyerdləri z mədəniyyətlərinin simvolları hesab edirlər. Təbiətin möhtəşəm mənzərəsi bəstəkarların, İbsenin pyeslərini və Mançanın şəkillərini ruhlandırıb. Norveçlilər əbəs yerə özlərini dünyanın ən gözəl kənd yerinin sakinləri hesab etmirlər. Norveç adı (norveç dilində Norge və ya Noreg) Norvegr – yəni “şimala gedən yol”sözündən yaranıb. Vikinqlər bu termindən 1000 il bundan qabaq

Norveçin qərb sahilləri boyu gəmi yolunu izah etmək üçün istifadə ediblər. Norveçlilər tarixən dənizçi olublar və bu ölkə üçün naviqasiya adı kifayət qədər təbii haldır.

Norveç qədim insanlar tərəfindən sirli torpaq hesab edilirdi. Oraya səfər hər zaman təhlükələrlə müşayiət olnurdu. Yazıçılar bu sehrli torpağı “Ultima Thule” adlandırırdılar və bu ölkədə məskunlaşmış barbar və inanılmaz heyvanlardan qorxurdular. E.ə. 4cü əsrdə yunan müəllifi Pifias hesab edirdi ki, orada təbiət qanunları mövcud deyildi və su və torpaq havada qalır. Ola bilsin ki, bu çovğunu təsvir etmək cəhdi idi, Herodota görə, Norveçdə qar hər şeyi örtür.

Norveç sadə kilsələri və milli rəqsləri ilə ənənələr ölkəsidir. Lakin Norveç həm də müasir ölkədir. Bu texnoloji cəhətdən qabaqcıl, neft və su elektrik stansiyaları ilə zəngin ölkədir. Norveçlilər təqaüdləri, xəstəlik sığortalarını işsizlik üzrə sosial sığortanı və reabilitasiya yardımını ödəyən inkişaf etmiş milli sosial təminat sistemlərindən çox razıdırlar. Sistem sığortalanmışların ödənişləri ilə maliyyələşdirilir, bu da öz növbəsində Norveçi dünyanın ən ağır vergilər qoyulmuş ölkəsi edir.

Norveç sizi bu ölkəni, onun dairəvi və qeyri-düz fyerdləri, qızılbalıqla dolu çayları, buzlaqları və çəmənləri ilə yaxından tanış olmağa dəvət edir. Qışda Avropanın sayrışan şimal şəfəqi yerini yay günəşinə verməzdən əvvəl çox cəlbedici olur.


Norveç haqqında qısa məlumat
Norveç (Norveç krallığı)-dövləti Şimali Avropada, Skandinaviya yarımadasının qərb və şimalında yerləşir. Ərazisi-324min kv.km; Yan-Mayer və başqa adalarla həmçinin Şpisbergen arxipelaqı ilə birlikdə-387min kv.km-dir. Əhalisi 4.1mln.nəfər; norveçlilər(98%), samlar, kvenlər, finlər, şvedlər və başqa xalqlardan ibarətdir. Paytaxtı-Oslo şəhəridir.

Norveç dövlət müstəqilliyini 1905-ci ildə əldə edib.

İkinci dünya müharibəsindən sonra Norveçin siyasi kursu onun NATO-da (1949-cu ildən) iştirakı ilə müəyyən olunması və bu bloka daxil olan(ABŞ, Böyük Britaniya, Almaniya) aparıcı böyük dövlətlərlə sıx siyasi və hərbi-iqtisadi əməkdaşlıq istiqamətində inkişaf edir.

Norveç konstitusiyalı monarxiyadır. Dövlətin başçısı kraldır. Ali qanunverici orqanı Stortinqdir(parlament). İcraedici hakimiyyəti kral tərəfindən təyin olunmuş hökumət yerinə yetirir. Norveç aqrar-industrial ölkə olmaqla, iqtisadiyyatda yüksək xüsusi çəkisi olan sənayenin enerji yönümlü sahələri; gəmiçiliyi, balıqçılıq təsərüfatı və son zamanlarda neft ayırma və neft-kimya sənayesi olan ölkədir.

İqtisadiyyatda xüsusi mülkiyətçilik sektoru aparıcı rol oynayır. Müharibədən sonrakı illərdə ölkədə kapitalın intensiv konsentrasiyası prosesi gedir.Üç böyük bank ümumi bank kapitalının 60%-nə kontrolluq edir.İstehsalın konsentrasiyası çox sayda kiçik və orta müəsisələrin sıradan çıxması ilə müşaiət olunur. Kiçik fermer təsərrüfatlarının da sayı azalır. Xarici kapitalın ölkəyə daxil olması daim güclənir, əsasən amerikan, ingilis, isveç kapitalının( neft sənayesinə və gəmiçiliyə).

Norveç böyük hidro-enerji ehtiyatlarına, meşə, dəmir, mis, sink, qurquşun, nikel, titan, molibden, gümüş, qranit, mərmər yataqlarına malikdir. Neft ehtiyatları 800mln.ton, təbii qaz isə 1210mld kub metrdir.

Sənayenin aparıcı sahələri; neftçıxarma və neft-kimya, elektro-metalurgiya, radioelektronika, dağ-mədən, sellior-kağız və gəmiqayırmadır. Norveç adambaşına düşən elektrik enerjisinin istehsalına görə aparıcı yerlərdən birini tutur.

Kənd təsərrüfatında əsas yeri kiçik fermer təsərrüfatları tutur (10 ha-ya qədər torpaqla). İstehsalçı kooperasiya yayılmışdır. Aparıcı sahə intensiv heyvandarlıq, ət-süd sahələridir. Qoyunçuluq inkişaf edib. Norveç öz istehsalı ilə ölkənin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının 40%-ni ödəyir. İqtisadiyyatda balıqçılıq (balıq məhsullarının ixracına görə dünyada ikinci yeri tutur) və meşəçilik vacib sahələrdən sayılır.

Əsas nəqliyyat dəniz nəqliyatıdır. Norveçdə adambaşına düşən sərnişinlərin təyyarələrlə daxili daşınmasına görə dünyada aparıcı yerlərdən birini tutur.

Xarici ticarət vacib rol oynayır. İmport hesabına ölkənin minerallara, boksit, dəmir, xroma, avtomobilə olan təlabatı ödənilir. Eksport isə neftçıxarma, neft-kimya, meşə emalı, elektrokimya,elektrometalurgiya və ərzaq məhsulları təşkil edir. Əsas xarici ticarət partnyorları Böyük Britaniya, İsveç və Almaniyadır.



Noveçin xarici siyasətinin mühüm istiqamətləri
Norveçin xarici siyasət strategiyasına 1940-cı illərin sonunda Skandinaviya ölkələrinin birinci regionlararası siyasi birliyi olan Skandinaviya Müdafiə İttifaqının yaradılmasına göstərilən cəhdlərdən başlayaq.İkinci dünya müharibəsinin nəticələri şimal ölkələrinin böyük ölkələr arasında olan konfliklərdən kənarda qalmasının bir illuziya olduğunu sübut etdi.

1 May 1948-ci ildə şved hükuməti rəsmi olaraq Skandinaviya Müdafiə İttifaqının yaradılması təklifini irəli sürərək Danimarka və Norveçi Stokholmda bu təklifi müzakirə etməyə çağırdı. Bu həmin ölkələrin baş və xarici işlər nazirlərinin yeddi görüşündən birincisi idi. Ancaq tərəflər razılığa gələ bilmədiklərindən Skandinaviya Müdafiə İttifaqı (SMİ) proyekti kağız üzərində qaldı.

Danışıqların birinci mərhələsində Norveç bu (SMİ) ittifaqın yaradılmasına müəyyən şərtlər daxilində razı olduğunuu bildirdi.

SMİ-nin yaradıllması ideyasının baş tutmaması səbəblərini analiz etdikdə görürük ki, bu həm İkinci dünya müharibəsinin nəticələrindən, həm də hər bir ölkənin daxili siyasətində olan situasiyalardan və beynəlxalq vəziyyətlərdən asılı olmuşdur. Belə ki, İkinci dünya müharibəsinin nəticələri İsveç və Norveç üçün eyni olmamışdır. Stokholm partnyorlarını siyasi neytralitet ideyasından istifadə etməyə çağırırdı. Bu 1880-cı ildə şved siyasətinin mühüm hissələrindən biri idi. Birinci Dünya müharibəsi illərində Norveç də bu siyasəti qəbul etmişdi. Ancaq İkinnci dünya müharibəsi illərində Norveç beynəlxalq hüquq tərəfindən müdafiə olunan neytralitetin effektivliyinə öz inamını itirdi.

Rəsmi Oslo belə hesab edirdi ki, yeni dünya müharibəsi zamanı Norveç mühüm strateji ölkə kimi öz neytrallığını saxlaya bilməyəcək. Skandinaviya Müdafiə İttifaqı bu şəraitdə böyük dövlətlərə qarşı dura bilməyəcək və Norveç əvvəlki kimi ən qısa müddətdə işğal olunacaq. Ona görə də Norveç “atlantizm”-ə meyllənirdi, İsveç isə neytallığın mümkünlüyünə inanaraq xarici siyasətində bu kursu davam etdirirdi.

Norveçdə idarəedici Norveç Fəhlə Partiyası qərblə ittifaq bağlamaq fikrini söylədi. Siyasi və ictimai debatlarda partiya liderləri ABŞ-ın və Böyük Britaniyanın müdafiəsi olmadan Norveç üçün sülhün mövcudluğunu mümkünsüz hesab edirdilər.

Skandinaviya Müdafiə İttifaqı (SMİ) haqqında danışıqların iflası, hansı ki İkinci dünya müharibəsinin müxtəlif tarixi təcrübəsi ilə şərtləşmişdi, iqtisadi və siyasi vəziyyət və həmçinin geosiyasi vəziyyət Norveçi yeni qarşılıqlı təsir yollarını axtarmağa vadar etdi. 1949-cu ildə NATO-nun yaradılnası ilə bioqütb sülhünün əsas modeli sonrakı dörd onnilliyə hesablanmışdı. SMİ-nin yaradılmasında Oslonun və Stokholmun qarşılaşdığı problemlərə başqa məna verilmişdi. Bioqütb sülh şərtində təhlükəsizlik sahəsində regionçuluğun əsasının qarşılıqlı mümkünsüzlüyünü anlayaraq və özünün xarici siyasət kursuna böyük ölkərin təzyiqini hiss edərək Norveç öz regionçuluğunu başqa yollarla davam etdirirdi-iqtisadi, mədəni sonralar isə ekoloji region əməkdaşlığının keyfiyyətinin güclənndirilməsi yolu ilə.

İqtisadiyyat sahəsində regionçuluğun inkişafında mühüm element Norveçin 1947-ci il iyulun 9-da Danimarka, Norveç və İsveçin xarici işlər nazirlərinin Kopenhagendəki görüşündə şimal ölkələrinin iqtisadi əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü təyin etmək üçün xüsusi ekspert komitəsinin yaradılması təklifi olmuşdur. 1948-ci il fevralın 23-24-də Osloda Danimarka, İslandiya, Norveç və İsveç xarici işlər, daxili və xarici ticarət nazirlərinin görüşündən sonra bu komitə öz mövcudluğuna başladı və “İqtisadi Əməkdaşlığa görə Şimali Komitə” (İƏŞK) adını aldı. Onun fəaliyyəti ümumi şimali bazanın yaradılması üçün imkanların öyrənilməsində idi. Komitənin qərarının yerinə yetirilməsi 1953-cü ilə qədər uzandı.

Soyuq müharibə dövründə Norveçin siyasi regionçuluğunda mühüm nailiyyətlərdən biri 1952-ci ildə Şimali ittifaqın yaradılmasında iştirakı idi.Bu ittifaq kosultativ orqandır, hansı ki, Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç parlamentlərarası əməkdaşlıq və bu ölkələrin hökumətlərinin fəal iştirakı məqsədilə formalaşmışdır. Şimal İttiffaqı bu gün də mədəni əməkdaşlıq, təhsil, ətraf mühitin mühafizəsi, tibb, nəqliyyat və s. kimi ümumi məsələlərin həlli ilə məşğul olur.

1953-cü il aprelin 21-də Norveç İqtisadi əməkdaşlığa görə Şimali komitənin (İƏŞK) və Şimal İttiffaqının tövsiyələrini nəzərdən keçirərək ümumi əmək bazarının yaradılması haqqında danışıqlar prosesinə qoşuldu. Ümumi əmək bazarı haqqında razılaşma Norveç, İsveç, Danimarka və Finlandiya arasında imzalandı və 1954-cü il iyulun 1-dən qüvvəyə mindi. Bundan əlavə Şimal ittifaqının köməyi ilə xüsusi komitə işləyirdi ki bu da vətəndaşların azad yerdəyişməsi məsələləri ilə məşğul olurdu. Bu fəaliyyətin nəticəsində pasport ittifaqı (1952-ci il) və vahid sosial məkan (1955-ci il) yaradıldı.

1958-ci il Böyük Britaniya Avropa ölkələrinə və həmçinin Skandinaviya ölkələrinə yaradılmış Avropa İqtisadi Birrliyinə əks olaraq iqtisadi sahədə əməkdaşlıqda Avropa Azad Ticarət Assosiyasını (AATA) yaratmaq təklif etdi. Birləşmiş Krallığın verdiyi təklif Skandinaviya ölkələrini maraqlandırdı.

1959-cu ildə Stokholmda Norveçin və İsveçin AATA-ya daxil olması haqqında konvensiya imzalandı, hansından ki, sonra İsveç, Norveç və Danimarka başqa ölkələrlə - AİB-nin üzvləri ilə öz əməkdaşlığını genişləndirməyə çalışırdılar. 1962 və 1967-ci illərin danışıqları müffəqiyyət gətirmədi və şimal ölkələri yenidən regional əməkdaşlığın inkişafına müraciət etdilər.

1968-ci ilin aprelində danimarkalılar Şimal İqtisadi Birliyinin yaradılması haqqında məsələyə baxılması üçün Şimal İttifaqının iqtisadi komitəsini və prezidiumunu çağırmağı təklif etdi.

Şimali region çərçivəsində adı çəkilən iqtisadi əməkdaşlığın forması baş verməsə də, bu danışıqlar zamanı gedən hazırlıq işləri gələcək axtarışlar üçün mühüm təməl oldu. Belə ki 1971-ci ildə Şimal Ölkələrinin Nazirlər İttifaqı (ŞÖNİ) yaradıldı.Bunun məqsədi hökumətlərarası münasibətlərin yaradılması idi. ŞÖNİ çərçivəsində əməkdaşlıq 1980-cı illərə qədər səmərəli idi. Bu əməkdaşlıq hal-hazırda da davam edir. ŞÖNİ-nin sayəsində Şimali İnvestisiya Bankının (1975-ci il) və Şimali Layihə Fondunun (1982-ci il) yaradılması qərara alınmışdır.

1992-ci il martın 6-da Kopenhagendə Baltik Dənizi Dövlətlər İttifaqı (BDDİ) yaradılmışdır. İttifaqın məqsədləri Danimarkada öz əksini tapmışdır. Bu da Baltik dənizi ölkələrinin xarici işlər nazirlərinin konfransında təsdiqlənmişdir. 1993-cü il yanvarın 11 də Kirkesdə Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Rusiya xarici işlər nazirləri və Avropa komisiyasının nümayəndəsi Barensevo arasında avroarktik regionunda əməkdaşlıq haqqında deklorasiya imzalandı.

Norveç Baltikanın təhlükəsizlik məsələsində, harada ki, onun maraqları Rusiya ilə üst-üstə düşür, Arktika ilə müqayisədə ikinci yerdədir. BARƏ –nin yaradılması fikri məhz Norveç tərəfindən verilmişdir. Belə ki, ilk olaraq Norveçə imkan verirdi ki şimalda xarici siyasətini genişləndirsin. İkincisi, Barens dənizində Norveçin Rusiya ilə dəniz sərhədlərinin bölünməsi və təbii ehtiyatların istifadəsi haqqında fikir ayrılığı yaranırdı. Norveç gizlətmirdi ki, onun region əməkdaşlıqının məqsədi Rusiya ilə xeyirxah qonşuluq münasibətlərinin bərpasıdır.

Skandinaviya ölkələrinin şəxsi kompaniyaları şimaldakı sosial-iqtisadi şəraiti dəyişmək məqsədi ilə öz kapitallarını Rusiya regionlarına yatırmaq üçün Norveç BARƏ-nin sədri vəzifəsində bir sıra layihələr irəli sürmüşdür.


Norveçin xarici siyasətində regionçuluq
Regionçuluq Norveçin xarici siyasətində ikinci dünya müharibəsindən sonra bir necə inkişaf mərhələsi keçmişdir.

Noreçin xarici siyasətinin bir hissəsi olan müasir regionçuluq uzun və çətin, bərpa və inkişaf yolunu keçmişdir. Ayrı-ayrı illərdə Norveç regionda siyasi fikrin inkişafında və lazımı strukturların yaradılmasında təşəbbüskarlıq göstərmişdir.

Norveçin siyasətinin regionlaşmasının, formalaşmasının ilkin mərhələsi əsasən beynəlxalq şəraitlə bağlı idi və böyük dövlətlərin təzyiqi, yada ki, bu dəvlətlərin buna qarşı reaksiyası altında baş verirdi.

Şimal Müdafiyə İttifaqının yaradılması cəhti əbəs yerə deyildi. Bu başqa iqtisadi və sosializimdəki əməkdaşlıq sahəsinə keçdi. Bunun nəticəsində Şimal İttifaqı, Şimal Ölklərinin Nazirlər İttifaqı və AATA çərçivəsində şimal əməkdaşlığı oldu.

Məhz soyuq müharibə dövründə hökumətlərarası partniyorluq orqanları yaradılıb və yoxlanılmışdır. Bütün 60-70-ci illərdə Norveç və İsveç bir-biri ilə danışıqlar aparmağı öyrənir və əməkdaşlığın elemenlərinin inkişafında və axtarışında “Addımbaaddım” taktikasından istifadə edirdilər.

Soyuq müharibənin bitməsi ilə şimal ölkələrinin xarici siyasətində də mühüm dəyişikliklər baş verdi. Baxmayaraq ki, Norveç əvvəlki kimi NATO-nun üzvüdür, o siyasətdə və iqtisadiyatda elə yerlər tapmışdır ki, onun regionçuluğuna ziddiyət törətmirlər, əksinə Rusiyanın bir çox hissəsini regional partniyorluq çərçivəsinə daxil etməyə imkan verir.

BDDİ və BARƏ transərhəd regionçuluq siyasətinin həyata keçməsinin nümunəsidir. Çünki, onların formalaşmasının əsasına məhz iqtisadi, ekoloji, siyasi və mədəni sahələrdə qarşılıqlı münasibətlər prinsipi daxil olunmuşdur.

Norveçin xarici siyasətində Rusiya
Norveç iqtisadiyatı Rusiyaya və şərqi Avropa ölkələrinə nə təklif edə bilər?

İndiyə qədər əsasən ticarətə mallarla istinad olunurdu. Hal-hazırda Norveç və Rusiya iqtisadiyatı arasında daha sıx və möhkəm əlaqələrin yaradılması imkanı açılır. Xüsusi ilə balıqçılıq, balıq emalı sənayesinə Norveç balıq təsərrüfatı kompaniyaları tərəfindən rus treskasının böyük ölçüdə çatdırılması onalar arasında mühüm əlaqələr yaratmağa imkan verdi. Bundan əlavə Norveç sənayesinin balıq emalı donanmasına və başqa istehsal sahələrində vəsaitin çatdırılmasında böyük təcrübəsi var.

Energetika daha bir sahədir ki, hansında ki, dinamizm qeyd olunur və hansında Norveç iqdisadiyatı qüsurlu mövqelərdən birini tutur. Məlum olduğu kimi Rusiya böyük effektli istehsala nail olmaq məqsədi ilə öz energetikasının inkişafı üçün böyük təlabat duyur. Şimali-qərbi Rusiyanın neft-qaz sahəsində böyük işlədilməyən potensialı var. Bunu işlətmək üçün ekspert biliklər, investisiyaların qoyulması və vəsaitlərin çatdırılması tələb olunur.

Norveç dəniz fəaliyyəti ilə bağlı güclü rəqibli sənayeyə malikdir. Bu gəmiçilik və gəmiqayırma, vəsaitlərin çatdırılası, tətqiqatların aparılması sahəsindəki müəssisələrə aiddir.

Norveçin və şimali-qərbi Rusiyanın yaxınlığı, iqlim və torpaq şəraitinin uyğunluğu kənd təsərüfatı sahəsindəki inkişafa, əlverişli münasibətlərin yaradılmasına imkan verir.

Norveç müəssisələri mühüm sahələr olan tikinti, şaxtaların istismarı, mineral ehtiyatların hasili və həmçinin informatika sahəsində yaxşı, əsas mövqedədirlər.

Norveç iqtisadiyatının güclü tərəfi ayrı-ayrı sahələrdə bir çox funksiyaları uyğunlaşdırmaq bacarığıdır, hansında kı bir sıra müəssisələrin kompleksi var ki, bir birilərini sənayedə, servisdə, maliyyədə, sığortada, marketinqdə, tədqiqatda və emalda tamamlayırlar.

Norveçin XXI əsrdə şimal regionlarının inkişaf strategiyası
Şimal regionları Norveçin strateji prioritet verdiyi vacib regionlardan biridir. Əsas məqsəd şimal regionlarının dirçəlməsinə və inkişaf etdirilməsinə - təbii sərvətlərdən istifadə, ətraf mühitin idarə olunması və elmi tədqiqatlara dair beynəlxalq əlaqələrin möhkəmləndirilməsi yolu ilə nail olmaqdır.

Qlobal klimat dəyişməsi nəticəsində şimalda polyar buz çəkilir. Bu böyük dəyişikliklər regiona dünyanın hər yerindən klimat tədqiqatçıların böyük maraq göstərməsinə səbəb olur.

Buzun yox olması o deməkdir ki, arktika insanların fəaliyyət yaradıcılığı üşün daha əlverişli olacaq. Şimalda əsasən Rusiya tərəfdə dənizdə böyük neft və qaz yataqları var. Yeni və qısa dəniz yolları Şimal Buzlu okeanı vasitəsilə Asiya və Avropa arasında gəmiçiliyin açılmasına imkan verir. İnkişaf sürətlə gedir və bizim qarşımızda əhəmiyyətli məsələlər yaranır və regionun inkişafı üçün böyük imkanlar yaranır.

İndi də Norveç üçün əvvəlki kimi regionda gərginliyin aşağı olması və başqa ölkələrlə yaxşı əməkdaşlıq etmək əhəmiyyətlidir. Bu cür inkişaf Norveçin şimal regionlarının və bütöv ölənin xeyrinə olardı. Bu məsələlərdə xarici siyasət kursunun rolu vacibdir.

2006-cı ilin dekabırında Norveç hökuməti şimal regionları haqqında xüsusi strategiya xətti müəyyən etdi. Bunun icraatına nəzarət Norveç Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən olunacaqdır. Eyni zamanda şimal regionlarının inkişaf stategiyası bir çox başqa nazirlikləri də işə cəlb etdi.

2009-cu ilin martında hökumət şimal regionlarının inkişaf strategiyasının yerinə yetirilməsinə nəzarət üçün öz planını təqdim etdi. Şimalda yeni struktur elementləri yaranmağa başladı. Bu vaxta kimi 2006-cı il strategiyasının bir çox tətbirləri artıq həyata keçirilmişdir. Yeni sənəd gələcək inkişaf üçün 10-15 illik perspektivi əhatə etməli idi.

Şimal regionlarının inkişafı haqqında 2006-cı il strategiyasında 7 prioritet istiqamət müəyyən edilmişdir:


  • səlahiyyətlərin yerinə yetirilməsi;

  • biliklərin inkişafı;

  • təbii sərvətlərin və ətraf mühitin idarə olunması;

  • neft və qaz sahəsində fəaliyyət;

  • yerli xalqların yaşamasının əsasını təmin etmək;

  • insanlar arası münasibətlər;

  • Rusiya ilə əməkdaşıq.


Norveçin neft siyasəti
Norveç hökuməti neft sektorundan yüksək gəlir əldə edir. 2006 – cı ildə dövlət gəlirlərinin 36% - i bu sektordan əldə edilmişdir. 2007 – ci il dövlət büdcəsində Norveçin şelf ərazilərində təxmini neft ehtiyyatının hesablanan dəyəri 4160 milyard NOK (1$ = 5.9173 NOK 23.04.2010) miqdarında dəyərləndirilmişdir. Dövlət aşağıdakı vasitələrlə yaradılmış dəyərin böyük qisminə sahib olur:

1. Neft və qaz fəaliyyətlərinin vergiləndirilməsi

2. Digər vergi ödəmələri və icarələr

3.Yataqlarda birbaşa dövlət mülkiyyəti (the State¢s Direct Financal Interest – SDFI)

4. Statoildan gəlir payları


1.Neft fəaliyyətləri üzərində vergi sistemi
Norveçdə neft sektorunda vergiləndirmə sistemi normal vergi qanunvericiliyi üzərində yaradılmışdır. Lakin, Norveç neft resurslarının istehsalı prosesindəki çox yüksək gəlirlilik dərəcəsi səbəbilə əlavə olaraq bu fəaliyyətlər üzərinə xüsusi vergi (special tax) qoyulmuşdur. Ümumi vergi dərəcəsi torpaq fəaliyyətləri vergi dərəcəsi ilə eynidir – 28%, hansı ki, xüsusi vergi dərəcəsi 50%- dir. Ümumi və Xüsusi vergi gəlirləri hesablanarkən qoyulan investisiyanın dəyəri investisiyanın qoyulduğu ildən sonrakı 6 il ərzində bərabər paylanmaqla gəlirdən çıxılır, sonra vergi hesablanır. Şirkətlər investisiyayla bağlı bütün xərclərini (tədqiqat – axtarış – inkişaf xərclərini, maliyyə və əməliyyat xərclərini) gəlirdən çıxmaq hüququna sahibdirlər.
2.Digər vergi ödənişləri və icarələr
Neft fəaliyyətlərinin vergiləndirilməsisisteminə əlavə olaraq hesablanan ən əhəmiyyətli vergilər karbon di-oksid (CO2), azotun oksigenli birləşmələrinə (NOx) görə verilən vergilər və icarə haqlarıdır.

CO2 vergisi 1991 – ci ildən hesablanmağa başlanılmışdır və neft sektorundan atmosferə buraxılan CO2 qazının miqdarının azaldılması məqsədini daşıyır. CO2 vergisi 1 kubmetr yandırılan və ya buraxılan qaza və 1 litr yandırılan neftə görə hesablanır. CO2 vergi dərəcəsi 2007 – ci il üçün 1 litr neft və ya 1 kubmetr qaza üçün 0.80 NOK1 nisbətində götürülmüşdür.

1999 – cu il Gothenburg protokoluna müvafiq olaraq Norveç dövləti atmosferə buraxılan NOx miqdarının azaldılması öhdəliyini götürmüşdür. Bu öhdəliyi yerinə yetirmək üçün 1 yanvar 2007 – ci ildə 1 kq NOx üçün 15NOK vergi tətbiq olunmağa başlanıldı.

İcarə haqları icarəyə verilən ərazilərdə neft tədqiqatlarının məhsuldarlığını artırmaq məqsədi daşıyır.


Əməliyyat gəliri (normal qiymətlə)
- Əməliyyat xərcləri
- İnvestisiyaların amortizasiya ayırmaları ( 6 il)
- Digər xərclər ( tədqiqat və s.)
- CO2 vergisi, NOx vergisi və icarə haqqları
- Maliyyə xərcləri
- Ümumi vergi bazası ( vergi dərəcəsi 28%)
- Uplift ( 4 il ərzində investisiyanın 7.5% - i)
- Xüsusi vergi bazası ( vergi dərəcəsi 50%)
Neft vergilərinin hesablanması qaydası

Norveç qanunvericiliyinə əsasən neft sektorunda vergiləndirmə sistemi ilə əlaqəli anlayışları öyrəndikdən sonra ümumi və xüsusi vergi gəlirlərinin necə hesablanmasına baxaq: İlk olaraq əməliyyat gəlirlərindən neft fəaliyyətlərinə bağlı bütün xərclər çıxılır, həmçinin CO2 vergisi, NOx vergisi və icarə haqqları üçün dövlətə ödənmiş məbləğ gəlirdən azaldılır. Bununla ümumi vergi dərəcəsinin (28%) hesablanacağı vergi bazası müəyyənləşdirilmiş olur. Xüsusi vergi dərəcəsi (50%) üzrə vergi bazası ümumi vergi dərəcəsi üzrə vergi bazasından uplift çıxılmaqla tapılır.
4.Statoildan gəlir payları

Neft fəaliyyətlərindən dövlətə gələn gəlirlər (milyon NOK )

25 aprel 2010 – cu il tarixinə istinadən dövlət statoilin 67% səhmlərinə sahibdir . Bununla da Statoilin bir mülkiyyətçisi kimi dövlət gəlir payları əldə edir, hansı ki, dövlətin neft gəlirlərinin bir hissəsini ifadə edir.

Birbaşa dövlət mülkiyyətindən (SDFI) gələn gəlirlər

Bu gəlir tipi vergilər, icarələr, Statoildan gəlir paylarına əlavə olaraq dövlət gəlirlərinin önəmli qaynaqlarından biridir. SDFİ (the States Direct Financal Interest – SDFI) dövlətin bir sıra neft və qaz yataqlarında, boru kəmərləri və dəniz fəaliyyətlərində mülkiyyətindən qaynaqlanır.

İstehsal lisenziyaları verilərkən hökümət öz payını götürür və dövlətin pay nisbəti yataqdan – yatağa dəyişir.

Bir neçə mülkiyyətçidən biri kimi dövlət investisiya və xərclərdəki payını maliyyələşdirir və istehsal müqaviləsinə müvafiq nisbətdə gəlirdən pay əldə edir. SDFİ 1985 – ci il yanvarın 1 – də yaradılmışdır. O vaxta qədər Statoil tək olaraq, tam dövlət mülkiyyəti olan şirkət kimi istehsal müqavilələrində dövlətin hissəsinə cavabdeh idi. 1985 - ci ildə Statoilin iştirakı SDFİ və Statoil olaraq ikiyə bölündü. 2001 – ci il iyunun 18 – də Statoil özəlləşdirildikdən sonra SDFİ – nin idarəsi digər dövlət şirkəti Peroroya verildi.

SDFİ razılaşmaları ifadə edir ki, dövlət sahib olduğu ərazidə yaradılacaq dəyərin hansı nisbətinin dövlətə veriləcəyini müəyyənləşdirə bilər. Nisbətən az gəlirli hesab edilən istehsal lisenziyalarında dövlət öz payını az götürə, hətta öz payından imtina edə bilər. Əks şərtlərdə, yəni, gəlirlilik yüksək gözlənilərsə dövlət payını yüksək müəyyənləşdirəcək.

Yuxarıdakı cədvəldə Norveç neft gəlirlərinin illərə görə statistikası verilmişdir. Cədvələ diqqətlə baxarsaq, Norveç neft gəlirləri tarixini incəlikləri ilə anlamaq heç də çətin olmaz. Göründüyü kimi neft hasilatının ilk illərində bu sektordan illik gəlir səviyyəsi çox aşağı olmuşdur. 1971 – 1975 – ci illərdə yalnız istehsal icarə haqqı formasında cəmi 454 milyon NOK gəlir əldə edilmişdir. 1976 – cı ildən başlayaraq artan templə inkişaf edən neft gəlirləri dinamikası, içəriyinə görə də müxtəlif məmbələrdən olmaqla fərqlilik göstərmişdir. İstehsal icarə haqları ilə bərabər vergilər və gəlir payları şəklində də qazanc əldə edilmişdir. Neft gəlirləri dinamikasındakı 1984 – cü ilə qədər davam edən artış 1985 – ci ildən 1989 – cu ilə kimi azalan gəlir dinamikası ilə müşahidə olunmuşdur. İllik gəlir miqdarı 1984 – cü ilin göstəricisi – 40008 milyon NOK – dan 4 il sonrasında 1988 – ci il üçün cəmi 2733 milyon NOK olaraq tarixa düşmüşdür. Bu dövrdə illik gəlir miqdarındakı belə ciddi azalmanın arxasında müxtəlif səbəblər dayansa da, cədvəldən də aydın görülə biləcəyi kimi dövlətin öz payını maliyyələşdirməsinə çəkilən xərclər ciddi rol oynamışdır. Qeyd etmək yerinə düşər ki, 1985 – 1988 – ci illər ərzində SDFİ gəlirlərində 40147 milyon NOK açıq qeydə alınmışdır ki, bu da illik göstəricilərə azaldıcı təsir göstərmişdir. Cədvəldən də aydın görülür ki, gəlir dinamikası illər boyu dalğalanma sərgiləmişdir. 1989 – 1991 – ci illərdə yenidən ciddi artış görülsə də, 1992 – 1994 – cü illərdə yeni bir enmə görülür. 1994 – 1997 –ci illər aralığında təkrar yüksəliş baş vermiş, 1998 – 1999 – cu illərdə bu yüksəliş enmə ilə əvəz olunmuşdur. Yeni minillik başladıqdan sonra 2006 – cı ilə qədər, 2002 – ci ilin azalması nəzərə alınmazsa neft gəlirləri dinamikası sürətli artış göstərmiş, 2006 – cı ildə 356500 milyon NOK göstərici qeydə alınmışdır. Ümumən, 2006 – cı ilin sonuna qədər Norveçin toplam neft gəlirləri 2222562 milyon NOK olmuşdur ki, bu da olduqca böyük ədəddir.

Norveç krallığının siyasətinə əsasən neftlə bağlı bütün gəlirlər Dövlət Neft Fondunda (indiki Dövlət Pensiya Fondu) toplanmışdır. Şəkil 1.5 – dən də görüldüyü kimi fondun vəsaitləri 2002 – ci il xaric olmaq şərtilə davamlı artış göstərmişdir.

Xüsusilə 2003 – cü il sonrasında artıq çox sürətli olmuşdur.

Neft gəlirlərində daha bir maraqlı nöqtə odur ki, 30 ildən çox keçən müddət ərzində yüksək miqdarda istehsala və gəlirə baxmayaraq Norveç toplam karbohidrat resurs miqdarının sadəcə 35% - i hasil olunmuşdur . Bu faktı da dəyərləndirməmizə əlavə edərsək, gələcəkdə də neft gəlirlərinin yüksək artış göstərəcəyi şübhəsizdir.


Norveç Səfirliyinin Kiçik Qrantlar Proqramı
Artıq beşinci ildir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyi Avrasiya Əməkdaşlıq Fondu ilə birgə Azərbaycanda fəaliyyət göstərən qeyr-hökümət təşkilatlarının təşəbbüslərini dəstəkləmək məqsədilə qrant müsabiqəsi elan edir. “Norveç Səfrirliyinin Kiçik Qrantlar Proqramı”nın məqsədi ölkədə vətəndaş cəmiyyətinin davamlı inkişafını və demokrtaik institutların fəaliyyətini dəstəkləməkdir. İkitərəfli əməkdaşlıq çərçivəsində Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə AƏF bu proqramın idarə olunmasına dair saziş imzalayıb.

Qrant layihələrinin maliyyələşdirilməsi ilə bağlı yekun qərar səfirliyin yüksək rütbəli diplomatları tərəfindən verilir. Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə AƏF arasında əməkdaşlıq 2005-ci ildən başlayib.


Norveç iqtisadiyyatı: 1905 – 1973
1905 – ci ildən, Norveç tam müstəqilliyini əldə etdikdən sonra ölkədə güclü sənayeləşmə dalğası başlandı. Hələ 1890 – ci illərdə ölkədə balıq və kağız – sellüoza sənayesi sürətlə inkişaf etməyə başlamışdı. 1905 – ci ildə Norsk – Hidro su elektrik stansiyası yaradıldıqdan sonra istehsal sənayesi su enerjisi ilə hərəkətə gətirildi. Norveç sənayesinin 1905 – 1920 – ci illərdə sürətli inkişafı qeydə alındı.Buna baxmayaraq iqtisadiyyatda hələ də iş gücü ağırlıqlı balıq və kənd təsərrüfatı sənayeləri ən əsas sektor olması gücünü saxlayırdı.

Birinci dünya müharibəsi dövründə Norveç rəsmi olaraq neytral dövlət kimi görünsə də iqtisadi baxımdan Britaniya və onun müttəfiqlərini dəstəkləyirdi. Müharibənin birinci illərində xüsusilə Norveçin gəmi sahibləri böyük qazanc əldə etdi və iqtisadiyyatda yüksək inkişaf görüldü. Bununla belə Almaniyanın 1917 – ci ildə qeyri ittifaq ölkələrə qarşı da müharibə elan etməsi Norveçi pis vəziyyətə saldı ölkə ağır itkilərlə üzləşdi.Sürətli inkişafı durğunluq əvəz etdi.

1914 – cü ildə Norveç höküməti qızıl ehtiyyatlarının qorunmasını dayandırdı. Müharibə illərində və müharibədən sonrakı illərdə inflyasiya yönümlü pul siyasəti səbəbilə qızıla tələb artdı. Belə ki Norveç 1919 –cu ilin baharından 1920 – ci ilin payızına kimi iqtisadiyyatda əhəmiyyətli böyümə əldə etdi. Amma bu böyüməni sonda yüksək inflyasiya, ticarət açıqları, valyutanın dəyərdən düşməsi əvəz etdi.

1920 – ci ilin payızında başlanan beynəlxalq durğunluq digər ölkələrlə nisbətdə Norveçi daha sərt vurdu. 1921 – ci ildə ÜDM 11% düşdü.Bu düşmənin iki əsas səbəbi vardı1 :

1. Kiçik – açıq iqtisadiyyat kimi Norveç iqtisadiyyatı beynəlxalq ressessiylara digər ölkələrdən daha çox həssasdı. Buna görə də, bu durğunluğun ölkənin əsas tərəfdaşları İngiltərə və İsveçi çox sərt silkələməsi ağır nəticələr verdi

2. 1914 – 1920 – ci illərdə yeridilən inflyasiya yönümlü maliyyə siyasəti və sonrasında da sərt deflyasyonost maliyyə siyasəti böhranı daha da dərinləşdirdi, nəticələrini ağırlaşdırdı.

Faktiki olaraq Norveç 1928 – ci ilin may ayına kimi uzun, ancaq möhkəm olmayan, Kronun ( Norveç milli valyutasi, NOK ) dəyərinin artırılmasını hədəf götürmüş deflyasyonist pul siyasətini davam etdirdi. Bunun məntiqi nəticəsi olaraq 1920 – ci illərin ortalarında digər bir böhran iqtisadiyyatı silkələdi.Nəticə etibarı ilə 1920 – ci illərdə Norveç qərb dünyasında ən pis nəticə göstərənlərdən biri idi. Bu ,iflas olan şirkətlərin miqdarında, ağır maliyyə böhranında və artan işsizlikdə aydın görülürdü. 1923 – cü ildə bank itkiləri ÜDM – nin 7% - i həcmində idi. Ümumi işsizlik 1919 – cu ildəki 1% - dən 1926 – 1927 – ci illərdə 8% - in üzərinə qalxdı. Istehsal sənayesində isə eyni illərdə işsizlik 18% - dən çox artdı.

Balina ovu sənayesi gəmiçilik xidmətlərindəki sürətli inkişafa baxmayaraq ölkə, böyük dünya böhranı 1930 – cu ilin yayında avropanı vurana qədər təqdiredici bir uğur göstərmədi. Ən pis il 1931 – ci il oldu, ÜDM 8.4% azaldı. 1920 – 1933 – cü illər ərzində qiymətlər proqnozlaşdırılandan 63% daha çox azaldı.

Bütün bunlara baxmayaraq 1930 – cu illərin dünya böhranı digər qərb ölkələrinin çoxuna nəzərən Norveçdə daha mülayım və daha qısa keçdi.Çünki, 1920 – ci illərin deflyasyonist siyasəti Norveç şirkətlərini sağ qalmaq naminə daha məhsuldar çalışmağa məcbur etmişdi. 1931 – ci ilin 27 sentyabrında Norveç, bir həftə sonra da İngiltərə valyutalarının qızıl qarşılığından imtina etdi. 1930 – cu illərdə ən yaxşı nəticə göstərən ölkələr qızıldan erkən imtina edən və bunun vasitəsi ilə də inflyasiya meyilli pul siyasəti yeridən ölkələr idi. Bunların arasında Norveç və onun ən əsas ticarət tərəfdaşları İngiltərə və İsveç də vardı.

Yenidən yaxşılaşma müddətində xüsusilə istehsal sənayesi ixrac malları və idxal əvəzedici mallarda böyümə göstərdi. Buna əsas səbəb valyutanın dəyərinin düşməsi idi. Həmçinin, beynəlxalq ticarətin azalması nəticəsində beynəlxalq ticarət donanması kiçilirkən, Norveç gəmi sahiblərinin ilk olaraq buxar mühərriklərindən dizel mühərriklərinə keçməsi səbəbilə Norveç donanması sürətli inkişaf göstərdi.

Göstəricilər 1932 – ci ilin sonunda ən aşağı həddə düşdü. Yenidən yaxşılaşmaya və əhəmiyyətli böyümə dərəcələrinə baxmayaraq işsizlik 1931 – 1933 – cü illərdə 10 – 11% - ə çatdı.

Danimarka və Norveç, hər ikisi 1940 – cı il 9 apreldə qəfil Alman hücumunun qurbanı oldular. İki aylıq döyüşlərdən sonra Norveç işğal olundu və hökümət İngiltərəyə qaçmalı oldu. O vaxtdan müharibənin sonuna kimi 2 Norveç iqtisadiyyatı mövcud idi :

1. Alman nəzarətində olan milli iqtisadiyyat

2. Xaricdəki Norveç vətəndaşları və müttəfiqlər nəzarətində olan iqtisadiyyat

Xaricdəki iqtisadiyyatı əsas olaraq Norveç ticarət donanması təşkil edirdi, hansı ki hələ də ümumdünya yük daşınmalarının 7% - ni əlində saxlayırdı. Bütün gəmilər dövlət şirkəti NORTASHİP – də birləşdirildi.
Eyni tarixdə Alman nəzarətli milli iqtisadiyyat isə istehsalın azalmaması, inflyasiya təzyiqi azaldılması və məcburi istehlak malları istehsalının qorunması üçün mübarizə aparırdı.
İqtisadi planlama və böyümə, 1945 – 1973
Müharibədən sonra əsas çətinlik iqtisadiyyatı yenidən qurmaq, siyasi və iqtisadi gücə təkrar sahib olmaqdı. Norveç Fəhlə partiyası sosial – demokratik qanunlar yaratmaqla dövlət sektorunun böyüdülməsi və geniş olaraq mərkəzi planlama yolunu seçdi. Hökümət əvvəlcə ABŞ tərəfindən müharibədən zərər çəkmiş ölkələrə yardım olaraq təklif edilən yardıma isti yanaşmadı. Bununla belə,maliyyə çatışmamazlığı höküməti Marşal planını (ABŞ – ın post – müharibə ölkələrə yardım planı) qəbul etməyə məcbur etdi. 1948 – 1952 – ci illərdə olkə 400 milyon $ yardım qəbul etdi.

Yenidənqurma cəhdlərinin bir parçası olaraq Norveç Bretton – Woods sistemini qəbul etdi, GATT, BVF, Dünya Bankına üzv oldu. Ölkə həmçinin NATO – nun və BMT – nin üzvü olma yolunu tutdu. 1958 – ci ildə ölkə Avropa Ticarət Zonasına (EFTA) qoşuldu.Eyni ildə Norveç öz valyutası Kronu ABŞ valyutası dollara konvertibilite etdi.

1950 – 1973 – cü illər Norveç iqtisadiyyatının qızıl dövrü adlandırılır. Ortalama olaraq adambaşına ÜDM hər il 3.3% artış göstərdi. Xarici tixarət artdı, az miqdarda işsizlik müşahidə olundu, inflyasiya stabillik göstərdi. Çox hallarda belə nəticə geniş dövlət sektorunun və yaxşı iqtisadi planlamanın nəticəsi kimi izah edilir. Norveç modeli bu dövrdə, geniş dövlət sektorunun olmasına baxmayaraq uğurlu hesab edilir. Diqqətlə baxılarsa ,bəhs edilən dövrdə Norveçin iqtisadi artım tempi qərb ölkələrinin çoxundan daha aşağıdır. Ancaq ki, yüksək iqtisadi artımla müşahidə olunmasa belə, Norveç modeli sosial təhlükəsizlik və nisbətən ədalətli rifah dağılımı ilə nəticələndi.
Norveç-Azərbaycan əlaqələri Norveçin Azərbaycandakı

keçmiş səfiri Yon Ramberqin gözü ilə



Norveçin Azərbaycandakı səfiri Yon Ramberq: «Mədəniyyət sərhəd tanımır»


Xatırladaq ki, ötən əsrin 80-ci illərində ölkəmizə səfər edən məşhur norveçli səyyah və alim Tur Heyerdal Qobustanda olarkən, bu məkanın Norveçin tarixi ilə bağlılığını aşkara çıxarıb. Səyyahın apardığı araşdırmalar nəticəsində gəldiyi qənaətə görə, norveçlilərin əcdadları olan vikinq tayfaları vaxtilə (eramızdan əvvəl II-I əsrlərdə) məhz Qafqazdan, Azərbaycandan uzaq səfərə çıxaraq Skandinaviyaya gedib çıxmış insanlar olublar. Heyerdal Qobustandakı qayaüstü rəsmlərin eynisinin Norveçdə də olduğunu önə çəkərək bu rəsmlərin iki ölkə arasında tarixi bağların nümunəsi olduğunu bildirmişdi. Qeyd edək ki, bu məsələ dünya alimləri arasında da böyuk maraq doğurmuşdu.

Azərbaycanla Norveç arasında qədim dövrlərdən, qayaüstü rəsmlərdən başlanan tarixi-mədəni əlaqələr isə bu gün geniş şəkildə inkişaf edir. Ötən əsrin 90-cı illərindən Azərbaycanın iqtisadi, özəlliklə neft sahəsində əsas tərəfdaşlarından birinə çevrilən Norveç ölkəmizlə mədəni sahədə əməkdaşlığa da xüsusi önəm verir. Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yon Ramberqlə söhbətimiz də ikitərəfli mədəni əlaqələr, bu sahədə həyata keçirilən layihələr və s. barədədir:


   

Cənab səfir, üç ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərirsiniz. Ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?


  - Düşünürəm ki, ölkələrimiz arasında əlaqələrin səviyyəsi çox yaxşıdır. Bu sahədə əldə edilmiş nəticələrlə yanaşı, gələcək əməkdaşlıq üçün də böyük potensial var. Hər iki tərəf qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verir. Ümumiyyətlə, Norveç alimi Tur Heyerdalın nəzəriyyəsinə əsaslansaq, Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə bu torpaqlarda, Qobustan ərazisində yaşamış, sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmişlər. Alimin bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Norveç xalqı arasında antropoloji, tarixi, mədəni əlaqələrin olmasından xəbər verir. Qobustandakı qayaüstü rəsmləri tədqiq etmək üçün xüsusi səfərlər təşkil edən Tur Heyerdal bu rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda olduğunu söyləmişdi. Norveç alimləri bu qayaüstü rəsmləri araşdırarkən heyrətamiz oxşarlıqlar üzə çıxarıblar. Heyerdal Xəzər sahillərini qədim və böyük bir sivlizasiyanın beşiyi hesab edirdi. Beləliklə, alimin qənaətincə, ölkələrimiz, insanlarımız arasında tarixi bağlılıq olub. Yəqin elə bunun nəticəsidir ki, bizim xalq musiqilərimiz çox oxşardır.


  - Qobustanda olmusunuz? Bu məkan sizdə hansı təəssürat yaradıb?


  - Əlbəttə, olmuşam. Bura cəlbedici məkandır. Düşünürəm ki, Qobustan Daş dövründə yaşayan insanlar üçün əlverişli yaşayış yeri olub. Norveçdə də Qobustana bənzər çoxlu yerlər var. Hesab edirəm ki, bu da qədim əcdadlarımızın həyat tərzləri arasındakı oxşarlıqdır.


  - Cənab Ramberq, Norveçlə Azərbaycan arasında mədəni əlaqələr necə inkişaf edir? Bu əlaqələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik?


  - Mədəniyyət bizim səfirliyin fəaliyyətində ən çox önəm verilən sahələrdən biridir. Mədəniyyət sərhəd tanımır, ölkələrimiz arasında bu sahədə sıx əlaqələr var və onları daha da inkişaf etdirməyə çalışırıq. İki il əvvəl «Azərbaycan-Norveç muzeyləri arasında əlaqələr» adlı layihəyə start verilib. Bu layihə iki ölkənin muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycanın Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında imzalanan sazişə əsasən həyata keçirilir. Bundan öncə isə, “Azərbaycan - Odlar yurdu” adlı sərgi Norveçdə müvəffəqiyyətlə nümayiş olunmuşdu. Stavanger Arxeologiya Muzeyində keçirilən bu sərgini çoxlu sayda insanlar ziyarət etdi. Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev də bu sərgini ziyarət etmişdi. Əminəm ki, sözügedən layihə hər iki ölkədən olan muzey peşəkarlarını daha sıx şəkildə bir yerə toplanmasına kömək edəcək. Məsələn, Norveç tərəfi muzey əşyalarının təqdimatı ilə bağlı Azərbaycan tərəfə nələrisə öyrədə bilər və ya əksinə, biz də Azərbaycandan bu işlə bağlı bilmədiyimiz hansısa təcrübəni öyrənə bilərik. Bir sözlə, ölkələrimiz arasında qarşılıqlı maraqlara və təcrübə mübadiləsinə əsaslanan mədəni əlaqələri genişləndirmək istəyirik.


  İki ölkə arasında sənətçilər - musiqiçilər, müğənnilər və rəssamlar - arasında əlaqələrə, təcrübə mübadiləsinə xüsusi önəm veririk və bu sahəni inkişaf etdirmək istəyirik. Qeyd etdiyim kimi, Norveç və Azərbaycanın xalq musiqiləri çox oxşardır. Bu baxımdan iki ölkənin folklor musiqiçiləri arasında yaranmış əlaqələr çox maraqlıdır. Bu sahədə əməkdaşlığın yaranması məni sevindirir.


  Norveçin xalq mahnıları ifaçısı Liv Runesdatter bu il mayın 17-də Norveçin Konstitusiya Günü münasibətilə Bakıda konsert verdi. Onun azərbaycanlı həmkarı - muğam ifaçısı Ehtiram Hüseynovla birlikdə çıxışı çox maraqlı alınmışdı. Liv Runesdatter Norveçin Stavanger şəhərində yaşayır, müğənni, bəstəkar və prodüsserdir. O, Norveç və Azərbaycan xalqlarının folkloru arasında çox bənzərlik olduğunu bildirir. Artıq Azərbaycan və Norveç musiqiçilərinin birgə «Sarı gəlin» ansamblı da var. Bu günlərdə Liv Runesdatter və Ehtiram Hüseynov «Sarı gəlin» ansamblı ilə Şəkidə keçirilən «İpək Yolu» Beynəlxalq Festivalında gözəl konsert proqramı ilə çıxış etdilər.


  Ölkələrimiz arasında ədəbiyyat sahəsində əlaqələrə də önəm veririk. 2006-cı ildə Norveç yazıçısı Henrix İbsenin 100 illik yubileyi Bakıda bir sıra tədbirlərlə qeyd olunmuşdu. Norveç yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etməyə hazırlaşırıq. Biz Azərbaycan tərəfdən xahiş etmişik ki, böyük kitab mağazalarından birində Norveç yazıçılarının kitab yarmarkası keçirilsin.


  - Azərbaycana gələnədək ölkəmiz haqqında nələri bilirdiniz? Burada olduğunuz müddətdə Azərbaycan sizdə hansı təəssüratı yaradıb?


  - Əlbəttə, buraya gələnədək ölkəniz barədə müəyyən məlumata malik idim. Məsələn, Tur Heyerdalın nəzəriyyələrini bilirdim. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatım var idi. Mənə məlum idi ki, Norveçin «Statoil» şirkəti Azərbaycana böyük sərmayə qoyub.


  Burada olduğum 3 il müddətində isə bu təəssüratlar daha da zənginləşdi. İndi Azərbaycan mədəniyyəti, tarixi haqqında daha çox bilgim var. Azərbaycan Qərblə Şərq arasında körpü rolu oynayıb. Zəngin tarixi irsiniz, heyrətamiz musiqiniz var. İnsanlarınız isə çox qonaqpərvərdir.


  - Cənab səfir, regionlarımıza səfər etmisinizmi?


  - Mən səyahət etməyi sevirəm. Quba, Lənkəran, Şirvan xoşuma gəlib. Şəkidə də çox tez-tez oluram. Biz norveçlilər dağlıq yerləri sevirik. Bu baxımdan Şəki çox xoşuma gəlir. Lahıcda da olmuşam və çox bəyənmişəm. Bu yaxınlarda isə Gəncədə oldum, Kənd Təsərrüfatı Akademiyasında konfransda iştirak etdim.


  - Opera, konsert və teatrlarımızda necə, tez-tez olursunuz?


  - Əlbəttə, tez-tez Opera və Balet Teatrına, Filarmoniyaya gedirəm. Gənc Tamaşaçılar Teatrında «Viktoriya» tamaşasına baxmışam. «Yuğ» Teatrını çox bəyənirəm. Burada olduğum müddətdə mədəniyyətinizdən çox şey öyrəndim və faydalandım, xüsusilə muğamı çox sevdim. Onu da deyim ki, buraya ilk gəldiyimdə bunu o qədər də hiss etməmişdim. Bu çox dərin mahiyyətli musiqi janrıdır və insana ruh verir. Bundan başqa, Novruz bayramı şənliklərinizi də bəyənirəm və ona böyük hörmətlə yanaşıram. Bu bayram baharı təqdim etməyin ən gözəl vasitəsidir. Novruzun əsas əhəmiyyəti həm də ondan ibarətdir ki, o, bütün dünya azərbaycanlılarını birləşdirir. Sizin qədim adət-ənənələri belə qoruyub saxlamanızı alqışlayıram.


  - Bakıya gələn qonaqlarınıza şəhərimizin hansı yerlərini göstərirsiniz?


  - Əlbəttə, Bakının tarixi-mədəni abidələrini, İçərişəhəri, digər yerləri göstərirəm. Təbii ki, qonaqlarımı Qobustana da aparıram. Bir də onları Bakıdakı Şəhidlər xiyabanı ilə tanış edirəm. Düşünürəm ki, bu sizin milli abidənizdir, insanlar azadlıq uğrunda özlərini qurban veriblər. Bu əzəmətli məkan həm məndə, həm də qonaqlarımda geniş təəssürat yaradır.


  - Azərbaycanı hansı hisslərlə tərk edəcəksiniz?


  - Etiraf edim ki, illər elə tez gəlib keçdi ki, bunun fərqində olmamışam. Azərbaycanda keçən illərimi iş həyatımın ən gözəl illəri hesab edirəm. Onu da deyim ki, ailəm Norveçdə yaşayır və burada tək yaşadığımdan bütün enerjimi işə sərf etmişəm. Azərbaycanla bağlı çoxlu dostlarım, gözəl xatirələrim var. Təəssüf ki, fəaliyyətimin başa çatmasına görə ölkənizi tərk edirəm. Amma internet vasitəsilə dostlarımla əlaqə saxlayacam.



Norveçin Azərbaycandakı səfiri Erlinq Şenzberqin

Azərbaycan haqqında düşüncələri




Norveçin Azərbaycandakı səfiri Erlinq Şenzberq: “Azərbaycanın çox zəngin tarixini və mədəniyyətini dərindən öyrənmək istəyirəm”
- Bir neçə aydır ki, Azərbaycanda Norveç Krallığını təmsil edirsiniz. Azərbaycan haqqında ilkin təəssüratlarınızla hazırdakı fikirləriniz arasında fərq varmı?

- Mən burada 6 aydır çalışıram. Əvvəllər Azərbaycanda olmamışam, amma ölkə haqqında yaxşı şeylər eşitmişdim, o cümlədən 2010-cu ildə burada olmuş öz həyat yoldaşımdan. Azərbaycan haqqında mənim ilk təəssüratımla hazırkı fikirlərim arasında böyük fərq yoxdur. Bura gələndə hər şey mənim üçün maraqlı idi. Yavaş-yavaş ölkə haqqında məlumatlanıram, amma hələ öyrənəcəyim çox şeylər var. Azərbaycan çox zəngin və maraqlı tarixə, mədəniyyətə malikdir. Mən bu tarix və mədəniyyəti dərindən öyrənmək istəyirəm. Azərbaycan Şərqlə Qərb, Avropa ilə Asiya arasında yerləşir. Bu, onun zəngin mədəniyyətinə böyük töhfə verib. Mən İçərişəhərdə gəzməyi sevirəm, orada özümü zəngin mədəniyyət arasında hiss edirəm. Müşahidə etdiyim digər cəhət odur ki, Azərbaycan siyasi və enerji cəhətdən vacib ölkədir. Sizin ölkənin vətəndaşları çox mehriban, qonaqpərvərdir.

- Azərbaycanla Norveç arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz? Hansı sahələrdə perspektivlər daha realdır?

- Azərbaycanla Norveç arasında münasibətlər bütün sahələrdə çox yaxşı səviyyədədir. Siyasi sahədə ikitərəfli münasibətlər çox məhsuldardır, hər iki ölkə beynəlxalq təşkilatların - BMT, ATƏT və Avropa Şurasının üzvləridir. Bundan əlavə, Norveç şirkətləri Azərbaycana, ilk növbədə enerji sahəsinə sərmayə qoyublar. Ölkələrimizin neft və qaz sahəsində uzunmüddətli maraqları var. Biz əmin olmalıyıq ki, enerji resursları iqtisadi və ekoloji baxımdan düzgün istifadə olunur ki, gələcək nəsillər bundan faydalansın. Buna görə də mən düşünürəm ki, gələcək əməkdaşlığımızın əsasını energetika təşkil edəcək. Eyni zamanda mən iki ölkə arasında bütün sahələrdə, o cümlədən, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etməsi üçün çalışacağam.

- Ölkələr arasında ticarət dövriyyəsinin həcmi hansı səviyyədədir və əsasən hansı adda məhsullar ixrac olunur?

- Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi o qədər də böyük deyil. Son üç ildə Norveçdən Azərbaycana ixracat ildə təxminən 12 milyon avro təşkil edib, Azərbaycandan Norveçə isə ildə 3-4 milyon avro həcmində məhsul ixrac olunur. Norveçdən Azərbaycana və Azərbaycandan Norveçə əsasən müxtəlif maşın və avadanlıqlar ixrac edilir.

- Demokratiya sahəsində Norveç Azərbaycanda bir neçə layihə həyata keçirib. Hazırda hansı layihələr reallaşdırılır?

- Norveç ATƏT, Avropa Şurası və bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı ilə Azərbaycanda qanunun aliliyi və demokratiya sahəsində layihələr həyata keçirir.


- Norveç Avropa İttifaqının üzvü deyil, amma bir Qərbi Avropa ölkəsi kimi “Şərq tərəfdaşlığı” proqramına münasibəti necədir? Bu layihənin Azərbaycana nə verməsini istərdiniz?

- Mənim ölkəm “Şərq tərəfdaşlığı” proqramını tam dəstəkləyir. Norveç 2010-cu il sentyabrın 29-da yaradılmış “Şərq tərəfdaşlığı” ölkələrinin dostları qrupuna daxildir. Biz hesab edirik ki, bu proqram Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi dialoqun möhkəmlənməsi üçün yaxşı alətdir. Belə əməkdaşlıq Azərbaycan və onun əhalisinə həm qısa zamanda, həm də gələcək perspektivdə xeyir gətirəcək. Bu proqramda iştirak Azərbaycanın regionda inkişaf etmiş və stabil ölkə olması üçün bir təkandır. Bu isə Norveçi tam qane edir.

- Yaxın zamanlarda Azərbaycana hansı Norveç rəsmilərinin səfərləri gözlənilir?

- İyunun 6-7-də Bakıda keçiriləcək “Caspian Oil & Qaz” beynəlxalq sərgisində Norveç kralının varisi, şahzadə Xakon Maqnusun iştirakı planlaşdırılıb. Onun başçılıq etdiyi nümayəndə heyətinə neft və enerji naziri və xarici işlər nazirinin müavini daxil olacaqlar. Səfirlik bu yüksək səviyyəli səfəri səbirsizliklə gözləyir.


Ədəbiyyat siyahısı:
1) История Норвегии / Отв. ред. А.С. Кан. - М.: Наука, 1980. - 709 с.

2) Международная Экономика и Международные Отношения (1991-1993)

3) Столяров М. В. Регионализм в Европе и в РФ МЖ. 1997.

4) . Голдин В.И. Международное сотрудничество в Баренцевом Евро- Арктическом регионе: десять лет истории и взгляд в будущее Баренц-журнал. 2003.

5) Кан А.С. История скандинавских стран (Дания, Норвегия, Швеция). - М : Высшая школа, 1980.

6) Носков А. М. Норвегия во Второй мировой войне 1940-1945. — М.: Наука, 1973.-274 с.

7) Пискулов Ю.В. Экономика и политика Скандинавии. — М.: Наука, 1986.-103 с.

8) Рысаков П.Н. Северо-Атлантический блок и страны Северной Европы// Мировая экономика и международные отношения. -1962. -№ 3 . - С . 33-41.

9) Сергиенко О.А. Скандинавские страны: внешние факторы роста и регионализм. — М.: Наука, 1985. - 89 с.

10) Воронков Л.С. Общественность Скандинавии и проблемы внешней политики.-М.: Знание, 1976.-215 с.

11) A Time of Change: People and Life in the Barents Sea region / Ed. by G. Frost & V.M. Lemesov. - Rovaniemi: National Rural development agency oy seveprint LTD, 1998. - 276 p.

12) Aukrust O. Norges ekonomi etter krigen. Norwegian Post-War economy. - Oslo: Statistisk Sentralbyra, 1965. — 43 p.

13) Keating M. The New Regionalism in Western Europe. USA: Edward Edgar, 1998.-242 p.

14) The Barents Region: Security and Economic Development in the European North / Ed. by. Dellenbrant J.A. & Olsson M.O. - Umea: CERUM, 1994.-248 p.

15) The New Regionalism and the Future of Security and Development / Eds. B. Hettne, A. Inotai, O. Sunkel. - Finland: UNU/ WIDER, 2000. - 284 p.

16) Riste O. Norway and the Founding of the United Nations. - Oslo: Tiden, 1959.


17) Riste O. Norway in Exile, 1940- 1945: The Formation of an Alliance Relationship // Scandinavian Journal of History. — 1987. — Vol. 12. — № 4. - P . 317-329.

18) Regionalism in World Politics: regional organizations and international order / Ed. by Fawcett L., Hurrel A. - Oxford University Press, 1997. -342 p.

19) Skodvin M. Norden eller NATO. - Oslo, 1971. - S. 62.

20) Svensson B. Politics and Business in the Barents Region. - Umea: CERUM, 1998.-292 p.

21) www.google.com

22) www.mfa.gov.az

23) norvec-istihdam.blogspot.com

24) www.rantour.az

25) www.banker.az

26) www.kultaz.az

27) www.anl.az

28) www.medeniyyet.az

29) www.resurs.az

30) www.epfound.az

31) www.medeniyyet.az

32) az.trend.az



33) az.apa.az


- -


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə