Referat №1 İBTİDAİ İcma quruluşU




Yüklə 16.24 Kb.
tarix27.04.2016
ölçüsü16.24 Kb.
QƏRB UNİVERSİTETİ

ƏDİLOVA ZƏMİNƏ 323F1

TARİX FƏNNİNDƏN REFERAT №1

İBTİDAİ İCMA QURULUŞU



Daş dövrü aşağıdakı dövrlərə bölünür:Paleolit(qədim da), Mezolit(orta daş), Neolit(yeni daş), Enolit(mis-daş) dövrləri.Paleolit ən qədim daş dövrüdür.Bu termini ingilis bioloqu John Lubbock(1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş "Pre-historic Times" (tarix öncəsi zamanlar) adlı kitabında daxil edib.Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü ,Dəmir dövrü.Daş dövrü özü də qədim, orta və yaxın daş dövrlərindən ibarətdir.Bunlar yunancadan götürülmüş terminlərə uyğun olaraq adlandırılmışdır. Ən qədim insan ətrafına nəzər saldı və ilk olaraq daşı gördü. Daşı tanıyan insan onu ilk dəfə üzərinə gələn vəhşi heyvana atdı özünü müdafiə etdi. Daşı əlinə götürən insan onu atdı-tutdu sevindi -<> dedi. Bu o daş idi ki bəşər övladının yüz min illər əmək aləti həm də silahı oldu.Bu o daş idi ki insan onun vasitəsi ilə qida əldə etdi yeri qazıb bitkilərin kökünü çıxartdı kiçik heyvanları onun köməyi ilə öldürdü.Bununla da bəşər tarixinin Daş dövrü başlandı. Daş dövrü ən uzun sürən mərhələ oldu.İnsan daşdan təkcə istifadə etmədi, onu deşdi, cilaladı, istədiyi formaya saldı.Azərbaycanda daş dövrünün 1.5 milyon il bundan əvvəl başlandığı təxmin olunur.Bu dövrün ən uzun sürən mərhələsi Paleolit(qədim daş) dövrü oldu. Paleolitin birinci mərhələsi ALT PALEOLİT olub təxminən 100min il bundan əvvələ qədər davam etmişdir. Alt Paleolit mərhələsində insanlar ilk insan birliyi olan sürülər dəstələr halında yaşayır özlərini heyvanlardan qorumaq üçün birləşməyə məcbur oldular.Belə insan dəstələri <>adlandı.Ulu icma şüurlu şəkildə yox kortəbii halda yarandığından möhkəm olmur tez-tez dağılır yeniləri ilə əvəz olunurdu.Bu mərhələdı insan təbiətdən tam asılı idi. Təbiətin bir parçası olan insan onu dərk etmək dəyişdirmək uğrunda əbədi bir mübarizəyə başladı.Bu dərketmənin ilki daşla başlasa da bu yolda ikinci ən böyük addım odun əldə edilməsi oldu.Günlərin bir günündə qəribə bir hadisə baş verdi.İki şaxmaq daşını bir-birinə vuran insan toqquşmadan yaranan qığılcım gördü.Bu hadisəni təkrar-təkrar yoxladı və süni yolla od əkdə etməyi öyrəndi.Orta Paleolit.100 min il bundan əvvəldən 40 min il bundan əvvələ qədər davam etmişdir.Azərbaycanda Tağlar Qarabağ və Naxçıvanda öyrənilmişdir.Bu dövr Mustye dövrü də adlanır.Artıq insanın həm xarici görkəmi həm də ağılı da dəyişdi.Sürü halında yaşayan və təbiətdən tam asılı olan insan bu dövrdə qohumluq əlaqələrini dərk elədi ailə daha sonra isə qəbilə(nəsil) icması yarandı. Zahirən dəyişən yeniləşən bu insan tipi elmdə <>adlanır. Azərbaycanda yaşayan Neandertal adam mağaradan çıxdı qaya daşlarından özünə sığınacaq tikdi.Get-gedə təbiətin asılılığından azad oldu.Bu dövrdə kişilər 40-50 qadınlar isə 30-35 yaş ömür etdilər.Həmçinin bu dövrdə totemlərə də inam mövcud idi.Üst Paleolit. 40 min il bundan əvvəldən 12 min il bundan əvvələ qədər olan dövrü əhatə edir.Üst Paleolit Tağlar Zar Damcılı mağaralarında və Qazaxda öyrənilmişdir. İllər keçdi insan inkişaf elədi.Bu inkişaf onun nitqində bədən quruluşunda ilk növbədə isə şüurunda özünü göstərməyə başladı yeni insan tipi <>yəni ağıllı adam meydana gəldi. <> indi rabitəli nitqə malik olub, boyu uca ,qaməti düz ,beyninin həcmi isə<< bacarıqlı insanın>> beynindən 2 dəfə böyük idi. Bu dövrdə qəbilədə qadın mühüm rol oynayırdı.Ona görə də nəsil icmada qohumluq ana xətti ilə hesablanırdı.Elm buna görə üst paleolitdən erkən tunca qədər olan dövrü Ana xaqanlığı(Matriarxat) adlandırır.MEZOLİT. 12 min il bundan əvvəldən 8 min il bundan əvvələ qədər olan dövrü əhatə edir.Azərbaycanda Qobustan və Qazaxda öyrənilmişdir.Daş dövrünün orta çağları olduğundan Mezolit- orta daş dövrü adlanır.Artıq zaman xeyli dəyişmişdi.Odur ki insanın yeni ovçuluq üsulu axtarışları onun həyatını kifayət qədər dəyişdirəcək ox və kamanın ixtirasına səbəb oldu.Artıq mahir ovçular indi ovu uzaq məsafədən həm də iri və cəld yerişli heyvanları belə ovlamağa başladılar.Qadınların kəşfi isə əsl inqilab idi.Tapdıqları yabanı bitki toxumlarını yerə düşərkən cücərdiyini müşahidə edən qadınlar bu işə ciddi girişdilər.Nəhayət onların cücərtdiyi bitkilər bütöv bir tarlaya çevrildi.Beləliklə ilk əkinçilik yarandı insan əkdiyini qoruyub məhsulunu yığmaq üçün oturaq həyata keçdi.Bu dövrdə istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.NEOLİT.e.ə vııı minillikdən e.ə vı minilliyə qədər olan dövrü əhatə edir.Azərbaycanda bu dövr Gəncədə və Qobustanda öyrənilmişdir.Bu dövr daş dövrünün sonu hesab olunur.Bundan başqa Neolit ən azı yaxın Şərqdə əkinçiliyin və heyvandarlığın yayılması ilə müşahidə olunur.Artıq müxtəlif insan tipləri sıradan çıxıb yerini vahid insan tipinə bugünkü insanın birbaşa sələfinə verdilər.Bu dövr həm də keramikanın meydana çıxması ilə xarakterizə olunur.İnsan həyatına balıqçılıq və toxuculuq daxil olur.İnsan geniş ərazilərə yayılır şəhərlər əmələ gəlir.Neolitin sonunda metal əmək alətləri və silahlar meydana çıxır.Peşakar ordunun yaradılması və istifadəsi də neoliti səciyyələndirən cəhətlərdən biridir.Bu dövrdə insanlar təbiətdən asılılıqdan azad olurlar.Tarixdə bu fakt Neolit İnqilabı adlanır.İnsanların oturaq həyata keçməsi də bu dövrə aiddir.ENEOLİT . e.ə vı minilliyi əhatə edir.Azərbaycanda bu dövr Gəncə Qazax Mil-Qarabağ Muğan və Naxçıvanda öyrənilmişdir.Tarixin əvvəlki inkişaf mərhələlərindən fərqləndirən əsas xüsusiyyəti bu dövrdə məişətətdə daş məmulatlarla yanaşı metaldan da istifadə olunmuşdur.Metalla tanışlıq əmək alətlərinin hazırlanması üçün daha davamlı və sərfəli xammal idi. Kİçik kəndlərin meydana gəlməsi ev heyvanlarının əhilləşdirilməsinin başa çatması ilk dəfə atın əhilləşdirilməsi anaxaqanlığının çiçəklənməsi bu dövrə aiddir.TUNC DÖVRÜ. Tunc əldə olunan yeni metal olduğu üçün bu dövrü tunc dövrü adlandırırlar.Tunc dövrü 3 mərhələyə bölünür: erkən orta və son tunc dövrü.ERKƏN TUNC. e.ə ıv minilliyin ıı yarısından ııı minilliyin sonuna qədər davam edib.Bu dövr Kür-Araz mədəniyyəti kimi də tanınır.Azərbaycanda Qarabağda Qazaxda Şəmkirdə və Şəkidə öyrənilmişdir.Bu dövrdə toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu.Bununlada təsərrüfatda kişilərin rolu ön plana keçdi.Artıq bu dövrdə bir sıra yeniliklər süni suvarma köçmə maldarlıq meydana gəldi.İlk dəfə 1-ci ictimai əmək bölgüsü əkinçiliyin maldarlıqdan ayrılması oldu.Maldar tayfalar arasında əmlak bərabərsizliyi yarandı.Bütün bunlarla yanaşı Anaxaqanlığı Ataxaqanlığı ilə əvəz olundu.ORTA TUNC. e.ə ııı minilliyin axırı ıı minilliyin ortalarını əhatə edir.Azərbaycanda Naxçıvan və Ağdamda öyrənilmişdir.Bu dövrdə ilkin şəhər mərkəzləri meydana gəldi süni suvarma şəbəkələri yarandı tayfalar arası mübadilə genişləndi ictimai və əmlak bərabərsizliyi genişləndi üzümçülük və şərabçılıq meydana gəldi.Orta tunc daha çox 2-ci ictimai əmək bölgüsü ilə yadda qaldı yəni sənətkarlıq ayrıca sahəyə çevrildi.SON TUNC.e.ə xıv əsrdən e.ə vııı əsrə qədər olan dövrü əhatə edir. Azərbaycanda Qarabağ Lənkəran Astara Şəmkir Şəki bölgələrində öyrənilmişdir.Artıq kəndlərin meydana gəlməsi yarımköçəri yaylaq maldarlığı memarlığın yüksək səviyyəyə çatması bu dövrə aiddir.Bundan başqa bu dövrdə tuncdan kişi bütləri hazırlanırdı.Dövrün ən yadda qalan xüsusiyyətlərindən biri isə 3-cü ictimai əmək bölgüsünün yəni yeni bir qrup tacirlər meydana gəldi.Beləliklə xüsusi mülkiyyət və əmlak bərabərsizliyinin meydana çıxması nəticəsində ibtidai icma quruluşu dağıldı. Artıq ibtidai icma quruluşunun dağılmasından sonra ilk sinifli cəmiyyət və dövlət qurumları yarandı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə