Refera t tələbə: Rüstəmova Təhminə İxtisas: Beynəlxalq Münasibətlər Qrup: 129 Elmi rəhbər: Rəna Bayramova qazaxista n




Yüklə 93.5 Kb.
tarix24.04.2016
ölçüsü93.5 Kb.
R E F E R A T

Tələbə: Rüstəmova Təhminə

İxtisas: Beynəlxalq Münasibətlər

Qrup: 129


Elmi rəhbər: Rəna Bayramova



Q A Z A X I S T A N



Prezident

Nursultan Nazarbayev

Baş Nazir

Kərim Məsimov

Paytaxtı

Astana

İdarəetmə forması

Unitar Prezident Respublikası

Rəsmi dili

Qazax

Pul vahidi

Təngə


Avrasiya materikinin mərkəzində yerləşmiş Qazaxıstanın sahəsi 2,673 mln km2 olub İslam ölkələri arasında birinci, dünyada 9-cudur. Şimaldan Rusiya, cənubdan Özbəkistan, cənub-qərbdən Türkmənistan, cənub-şərqdən Qırğızıstan, şərqdən ÇXR, qərbdən Xəzər dənizi ilə həmsərhəddir. Dövlət sərhədlərinin ümumi uzunluğu 15 min km-dir. Şərq və qərb sərhədləri arasındakı məsafə 3000 km, şimal və cənub sərhədləri arasındakı məsafə 1500 km-dir. Əhalisi 17,81 mln nəfər olub 60-cı yerdədir. Əhalisinin 59,2%-i qazaxlar, 25,6%-i ruslar, 2,9%-i ukraynalılar, 1,4%-i almanlar, 2,9%-i özbəklər.1,5%-i tatarlar, qalan hissəsini isə uyğurlar və başqa xalqlar təşkil edir. Ölkədə müsəlmanlar əhalinin 47%-i, provoslavlar 44%-i, protestantlar 2%-i, digər dinə itaət edənlər isə 7%-i təşkil edir. Böyük qismi müsəlman olan qazaxlarda dindarlıq dərəcəsi bölgəyə görə dəyişir. Qazaxların çox olduğu bölgələrdə dini inanc daha güclüdür. Qazaxların az olduğu yerlərdə isə dini inanc zəifdir. Müsəlmanların çox olduğu yerlərdə islam milli adət və ənənələri qorunub saxlanılmaqdadır.



Qazaxıstanın böyük əraziləri xaric qalan ərazilərində əhali köç halında yaşayır. 1917-ci il kommunist işğalından əvvəl əhali köçmə həyat tərzi keçirdiyindən qazaxlarda təhsil çox inkişaf etməmişdir. Məskunlaşmış mərkəzlərdə çoxlu mədrəsə var idi. İşğaldan sonra bölgədə rus təhsil sistemi tətbiq olunmağa başlandı. İbtidai təhsil qazaxca olmasına baxmayaraq orta və ali məktəblərdə rusca təhsil qazax gənclərini rusca öyrənməyə məcbur etdi. Qazaxıstanda təhsil yeddi-on yeddi yaş arasıdır və məcburi və pulsuzdur. Məktəblərdə rusca və qazaxca tədris olunur.

Təbii-coğrafi şəraiti bir o qədər də əlverişli deyil. Dünya okeanından uzaqlıq, səhra və yarımsəhralıqdan ibarət olması çətinliklər törədir.

İqtisadi-coğrafi baxımdan tranzit ölkədir. Ölkənin şimalı və cənubu arasında iqlim fərqləri böyükdür. Ərazisinin təxminən 10%-i dağlıq, 90%-i isə yayla, düzənlik və ovalıqlardır. Ölkənin ən böyük zirvəsi Tyan-Şanda Xan-Trenqidir (6995). Relyefinin müxtəlifliyi və ərazisinin böyüklüyü kəskin temperatur fərqlərinin yaranmasına səbəb olur. İrili-xırdalı 80 min çay var. Çayların əksəriyyəti Xəzər, Aral, Balxaş, Alagöl və Tengiz hövzəsinə aiddir. İrtış, İşim, Tobol isə Şimal Buzlu okeana tökülür. Ölkənin ən uzun çayı İrtış (1700), Sırdərya (1400) və İlidir (815). Ölkədə 50 minə yaxın göl vardır ki, onların 47 mininin sahəsi 1 km2-dən kiçikdir. Ərazisinin yarısından çoxu yarımsəhra və səhralarla örtülüdür.




İdarə forması, partiyalar və təşkilatlarda iştirakı.
Qazaxıstan Respublikası inzibati cəhətdən 14 əyalət, iki əyalət statusunda şəhər, 83 şəhər, 160 məntəqə, 200 qəsəbə, 7743 kənddən ibarətdir. Paytaxt Astana və ən böyük şəhər Almatı əylət statusuna sahibdir.

Qazaxıstan Prezident idarə üsullu dövlətdir. Ölkənin ali qanunverici orqanı ikipalatalı parlamentdir. Senat adlanan yuxarı palatanın 47 üzvü var. Bunlardan 38-I ölkənin 19 vilayətindən, 2-I paytaxtdan seçilir. Qalan 7 nəfər isə prezident tərəfindən seçilir. Məclis adlanan aşağı palatanın 67 üzvü var. Məclisə seçkilər 5 ildən bir keçirilir. Dövlətin və icraedici hakimiyyətin başçısı funksiyalarını prezident həyata keçirir və hər 5 ildən bir seçilir. Prezident Baş naziri və Nazirlər kabinetinin tərkibini müəyyən edir. İcraedici hakimiyyət Baş nazirin rəhbərlik etdiyi kabinet tərəfindən yerinə yetirilir.

Qazaxıstanda 30-a yaxın siyasi partiya və hərəkat fəaliyyət göstərir. Bunların içərisində Qazaxıstan Xalq birliyi və Qazaxıstan Sosialist Partiyası ən qüvvətliləridir. Hər ikisi özlərinin keçmiş kommunist partiyasının varisləri hesab edir. 1990-cı ildə yaranmış Jeltoksan partiyasının əsas məqsədi ölkənin demoqrafik vəziyyətini yerli əhalinin xeyrinə dəyişməklə etnik cəhətdən təmiz dövlət yaratmaqdır. 1990-cı ildə türk və islam ruhlu Alaş adlanan Milli Müstəqillik Partiyası yaradıldı. Onların əsas şüarı – “türkçülük bizim bədənimiz, islam isə ruhumuzdur”. Qazaxıstan Xalq Kommunist Partiyası isə 1992-ci ildə yaradıldı.

Qazaxıstan BMT, ATƏT, MDB-nin İKT kimi təşkilatlarının üzvüdür. Nüvə silahına malik dövlətlərdən biri olduğuna görə bu silahın yayılmaması barədə beynəlxalq müqavilələrə qoşulmuşdur.



İqtisadiyyatı.


İqtisadiyyatının ümumi səciyyəsinə görə Qazaxıstan sənaye-aqrar ölkədir. Sənayenin əsas sahələri metallurgiya, dağ-mədən, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesidir. Ölkə xammal və yanacaqla təmin olunduğundan iqtisadi müstəqilliyi artmaqdadır. Sənayenin aparıcı sahələrindən biri əlvan metallurgiyadır. Ölkədə 30-dan artıq əlvan metallurgiya zavodları fəaliyyət göstərir. Qara metallurgiyanın mərkəzi Karaqanda metallurgiya kombinatıdır. Aktubinsk və Aksu şəhərlərində dəmir filizi əridən zavodlar mövcuddur. Ölkədə 40 dan çox kimya, neft emalı və neft-kimya müəssisəsi fəaliyyət göstərir.

İllik elektrik enerjisinin miqdarı 9 milyard kvt/saatdır. Bunun da 2/3-si İES-in payına düşür. İrtış, İli və Sırdərya üzərində SES-lər fəaliyyət göstərir. Aktau şəhərində AES də fəaliyyət göstərir.

Manqışlaq yarımadasında və Xəzərin Qazaxıstan sektorunda zəngin neft yataqları vardır. Manqışlaqda eyni zamanda qaz yataqları da vardır. Qaz sənayesi ABŞ-ın “Şevron” şirkətinin köməyi ilə yenidən qurulmuşdur. Neft-qaz sənayesində Britiş qaz (B.B.) Açıp (İtaliya) və Asbş şirkətləri mühüm yer tuturlar. Maşınqayırma sənayesi də sürətlə inkişaf edir. Pavlodor və Astanada traktor və kənd təsərrüfatı maşınları, metal kəsən dəzgahlar istehsal olunur.

Qazaxıstanda 1225 növ mineral ehtiva edən 493 yataq mövcuddur. Uran, xrom, qurğuşun yataqlarının zənginliyinə görə dünyada 2-ci, manqana görə 3-cü, kömür, dəmir, qızıl resurslarına görə 10-cu, təbii qaza görə 12-ci, neftə görə 13-cü, alüminiuma görə 17-ci yerdədir. Qazaxıstanda 1996-cı ildə dünyanın ən böyük 3-cü qızıl yatağı aşkar olunmuşdur. Dünyadakı xromun 26%-i, qızılın 20%-i, uranın 17% Qazaxıstandadır. Qazaxıstan torpaqları altında kəşf edilmiş zənginlik 2 trilyon ABŞ dollarından zəngindir.

Qazaxıstanın xarici ticarət dövriyyəsi 2006-cı ildə 61,9 milyard təşkil etmişdir. Dünyanın 146 ölkəsində Qazaxıstanın ixracat ortaqları vardır. MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 16, 6 milyard dollardır, dünyanın digər ölkələri ilə 45,3 milyard dollar təşkil edir. Başlıca ixracat ortaqları Rusiya, Çin, Almaniya, Fransa, İtaliya, Rumıniya, ABŞ və Niderlanddır. İdxalat ortaqları isə Rusiya, Çin və Almaniyadır. Xarici borcu 107,8 milyon dollardır.
Kənd təsərrüfatı.
Qazaxıstanın aqrar strukturu özündə 4919 qeyri-dövlət müəssisəsini və 65 dövlət hüquqi şəxsi özündə birləşdirir. Qazaxıstan Respublikası 2006-cı ildə aqrar-sənaye kompleksinin 2006-2010-cu illərdə davamlı inkişaf kompaniyası qəbul edilmiş və 2006-2008-ci illərdə onun gerçəkləşdirilməsi üzrə proqram işlənib hazırlanmışdır. 2006-cı ildə kənd təsərrüfatında ümumi məhsulun həcmi milyard dollar təşkil etmişdir. Əkilən torpaqların ümumi həcmində dənli bitkilər üstünlük təşkil edir.
Maliyyə.
Qazaxıstan Respublikasının dövlət büdcəsində gəlirlərin xərci 2006-cı ildə 18,5 milyard dollardan çox, xərclər – 17 milyard dollar olmuşdur. 2007-ci il iyulun sonunda 2-ci səviyyə banklarının iqtisadiyyat sahələrinə kredit qoyuluşlarının ümumi həcmində uzunmüddətli kreditlərin payı – 71,9%, xarici valyutada kreditlərin payı 48,4% olmuşdur. Bank sistemində depozitlərin həcmi bu dövr ərzində 69,7% artmış, əhalinin əmanətləri 90,8% çoxalmışdır.

Tarix
Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Qazax adına keçmişdən qazaxlarla əlaqə quran yazı mədəniyyətinə sahib məmləkətlərin yazılı qaynaqlarında rast gəlmək mümkündür. Bunlar; çin, rus, ərəb, fars, bizans, moğul və türk dillərində yazılan əsərlərdir. Bu əsərlərin dil xüsusiyyətlərinə görə “qazax” adı, Asa, Kasa, Hasa, Haysak, Kasok, Qasaq, Hasıq, Kazak, Kazsak və s. müxtəlif şəkillərlə yazılmışdır. Qazax adının nə zaman meydana çıxdığı tam olaraq bilinmir. Çünki “qazax” kəlməsinin etimologiyası tarixin dərinliklərinə gedir. Qazaxlar haqqında tarixçilər müxtəlif dəlillər gətirirlər. Məsələn; Akademik Marr: “Qafqazda qazaxlar yaşayırlar”, çex tarixçisi Grozniy: “Qazaxlar eramızdan əvvəl Xəzər dənizinin şərq bölgəsində yaşayan hunların nəvələri və Qafqaz Kaspin sözlərinin qaz, qas kökündən törəmiş olduğu, qazax adının da bu kökdən qaynaqlandığını bildirir. Erməni tarixçisi Musa Hereni İran padşahı Velirittisin dövründə eramızdan əvvəl 197-126-cı illərdə qazaxların farslarla vuruşduğunu yazır.

Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. 1400-cü illərdə müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranmışdır. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurdular. Bu xanlıq sonradan Qazax xanlığına çevrildi. Qazax xanlığı üç hissədən ibarət idi: Böyük juz, Kiçik juz və Orta juz. 1771-ci ildən etibarən onlar bir-birindən asılı olmayan siyasət yeritməyə başladılar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazaxların ölkəsində müstəmləkəçilik siyasəti yeritməyə başladılar. Bu torpaqların bütün imkanlarını mənimsədilər. Yerli qazaxları köçə məcbur etdilər. Qazaxların dilinə, dininə və yaşayışına müxtəlif qadağalar qoyulmuşdur.

Aclıq və siyasi səbəblərlə 1912-17 ci illər arasında rus hökumətinə qarşı etiraz başladı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917-20 ci illər arasında keçmiş qazax juzları birləşərək “Alaş Orda dövləti”ni qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçirdilər və bu tarixdən sonra SSRİ dövrü başladı. Rus hökuməti qazaxların milli şüurunu itirməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Günümüzdə də qazaxcada olan bəzi kəlmələr üçün rus sözləri işlədilir. Sovet hakimiyyəti altında olan dövrdə 1933-cü ildə süni aclıq, 1937-38-ci illərdə soyqırım, 1954-cü ildə 6 milyon 300 min hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur “Celtoksan” hadisəsini söyləmək mümkündür.

1990-cı ildə iqtisadi böhran və SSRİ-nin yıxılmasında sonra 1991-ci ildə müstəqil olaraq dünya arenasında öz yerini tapdı. Nursultan Nazarbayev ölkənin ilk prezidenti oldu.

1992-ci ildə Qazaxıstan Rusiyanın təşəbbüsünə əsasən yanvarda Kollektiv Təhlükəsizlik müqaviləsi imzalamışdır.

1997-ci ildə paytaxt Almatıdan Astanaya keçirilmişdir.

Qazaxıstanın xarici siyasət prioritetləri Rusiya, Çin, ABŞ, Avropa Birliyi, Orta Asiya dövlətləri. Həmçinin dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmişdir.

2010-cu ildə ATƏT-ə sədrlik Yunanıstandan Qazaxıstana keçəcəkdir.

Qeyd: M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin analitik-informasiya mərkəzinin ekspert qrupunun rəhbəri Aleksey Vlasov düşünür ki, Gürcüstan-Osetiya münaqişəsi Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrliyi zamanı prioritetlər arasında olmayacaq. Bu gün Gürcüstana aid olan bu məsələlər siyasidir və burda iqtisadi məsələlərdən söhbət gedə bilməz. Anlamaq lazımdır ki, əgər Azərbaycanla Ermənistanın vəziyyətində türk-erməni sərhədlərinin açılması üçün hələdə iqtisadi səbəblər tapmaq olsa da bu Rusiya və ya Türkiyə biznesinin eləcədə erməni diasporunun maraqlarıdır. Gürcüstan ilə əlaqələr isə siyasidir. Burada iqtisadi məntiq işləməyəcək.

İSESCO şurası son iclasında 2015-ci ildə İslam mədəniyyəti şəhəri elan olunması ilə bağlı Almatının namizədliyini təsdiqləyib.


Azərbaycan-Qazaxıstan əlaqələri
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılmışdır.

9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlamışdır.

İbrahim Amanqaliyev Qazaxıstan Respublikasının Azərbaycanda ilk Səfiri olmuşdur.

2008-ci ilin yanvar ayından etibarən Primbetov Serik Dostanoviç Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni Fövqəladə və Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərir.

29 yanvar 2004-cü il tarixində Lətif Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfiri təyin edilmişdir.

13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupun rəhbəri Fərhad Qəribov, üzvləri N.Cəfərov, M.Quliyev, A.Quliyeva, V.Məmmədov, C.Həsənli və S.Seyidovdur. Milli Məclisin 126-IIIQR saylı, 2 oktyabr 2006-cı il tarixli qərarı ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində müəyyən dəyişikliklər edilərək, F.İbrahimli, R.Məmmədhəsənov, B.Sadıqov və R.Xəlilov Azərbaycan-Qazaxstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilmişlər.

6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsul v.i.e. R.Məmmədov fəaliyyətinə başlamışdır.

İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem mövcud olmamışdır. Bu münasibətlər 1-2 mart 2004-cü il tarixlərində Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Qazaxıstana və 24-25 may 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin ölkəmizə rəsmi səfərlərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan tərəfi Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin (AQEM) yaradılması təşəbbüsünü tam dəstəkləmişdir.

2006-cı ilin iyul ayında AR XİN tərəfindən qeyri-rəsmi mənbələr vasitəsilə Almatı şəhərində keçirilmiş “Avtomobil ehtiyat hissələri, qaraj təchizatları və yanacaqdoldurma stansiyaları” üzrə III beynəlxalq sərginin (The Third International Exhibition for Autoparts, Garage equipment & Petrol station) reklam broşürası əldə olunmuşdur. Bu broşürada əks olunmuş rəngli xəritədə Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ bölgəsi xüsusi olaraq və Ermənistan ərazisinin əks olunduğu rəngdə verilmişdir. Bununla əlaqədar, qeyd olunan reklam broşürasında verilmiş səhvin düzəldilməsi ilə bağlı ciddi tədbirlərin görülməsi üçün Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinə, habelə sözügedən tədbirin təşkilatçılarına müraciət edilməsi haqqında AR XİN tərəfindən Qazaxıstandakı Səfirliyimizə müvafiq təlimat verilmiş, eyni zamanda QR-in Bakıdakı Səfirliyinə müraciət edilmişdir. Məsələ ilə bağlı Səfirliyimiz QR-in Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək reklam broşürunda buraxılmış səhvin aradan qaldırılmasını tələb etmişdir. 2006-cı ilin 11 avqust tarixində Qazaxıstan XİN-dən Səfirliyimizin ünvanına daxil olmuş notada sərgi təşkilatçılarının baş vermiş hadisə ilə bağlı mövqeyi açıqlanmış, onların BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdikləri qərarları dəstəklədikləri, reklam broşürünün nəşri zamanı yol verilmiş səhvin texniki səbəbdən baş verdiyi və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün daha diqqətli olacaqları bildirilmişdir. Bununla yanaşı, Səfirliyimiz tərəfindən sərginin təşkilatçısı M.Arslanla əlaqə saxlanılmış, söhbət zamanı o, reklam broşürlarının nəşri zamanı yol verilmiş səhvin texniki səbəbdən baş verdiyini bildirərək, buna görə rəsmi üzr istəmiş və artıq yeni reklam broşürlarının sifariş verildiyini qeyd etmişdir.

14 mart 2008-ci il tarixində BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsinə dair keçirilmiş səsvermədə Qazaxıstan Respublikası bitərəf səs vermişdir.
Azərbaycan və Qazaxıstan Respublikası

arasında imzalanmış müqavilələr.
1991
1. Azərbaycan Respublikası və Qazax Sovet Sosialist Respublikası arasında 1992-ci il üçün ticarət iqtisadi əməkdaşlığın prinsipləri haqqında Saziş. Alma-Ata, 1 oktyabr 1991 

2. Azərbaycan Respublikası və Qazax Sovet Sosialist Respublikası arasında dostluq əməkdaşlıq və mehriban qonşuluq haqqında Müqavilə. Alma-Ata, 1 oktyabr 1991



1993  
3. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 1993-cü il üçün ticarət iqtisadi əməkdaşlığın prinsipləri haqqında Saziş. Alma-Atı, 24 fevral 1993

4. Nəqliyyat sahəsində qarşılıqlı münasibətlərin əsas prinsipləri haqqında Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Saziş, 1993

5. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında elektrik və poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş. 1993

6. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında 1994-cü il üçün ticarət iqtisadi əməkdaşlıq haqqında Saziş, Aşqabad, 24 dekabr 1993



1996

7. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş. Bakı, 16 sentyabr 1996

8. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş. Bakı, 16 sentyabr 1996

9. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 16 sentyabr 1996

10. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında neft və qaz sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş. 16 sentyabr 1996

11. Beynəlxalq avtomobil əlaqəsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Saziş. Bakı, 16 sentyabr 1996.

12. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 16 sentyabr 1996

13. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Bakı, 16 sentyabr 1996

14. Xəzər dənizi məsələləri üzrə Birgə Bəyanat. Bakı, 16 sentyabr 1996

15. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 16 sentyabr 1996

16. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları haqqında Müqavilə. Bakı, 16 sentyabr 1996

17. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Saziş. Bakı, 16 sentyabr 1996

18. Azərbaycan Respublikası Milli Bankı və Qazaxıstan Respublikası Milli Bankı arasında hesablamaların təşkili haqqında Saziş. Bakı, 16 sentyabr 1996
1997

19. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl olunması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş. Almatı, 10 iyun 1997

20. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Almatı, 1997

21. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mьlki işlər sahəsində hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə. Almatı, 10 iyun 1997

22. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə. Almatı, 10 iyun 1997

23. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında neft maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında Saziş. Almatı, 10 iyun 1997

24. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında Saziş. Almatı, 10 iyun 1997

25. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında Saziş. Almatı, 10 iyun 1997

26. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi haqqında Saziş. Almatı, 10 iyun 1997

27. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş. Almatı, 10 iyun 1997

28. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hüquqi informasiya mübadiləsi haqqında Saziş. Almatı, 10 iyun 1997

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş. Almatı, 1997

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Almatı, 1997

31. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında Saziş. Almatı, 10 iyun 1997

32. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş. Almatı, 10 iyun 1997

33. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikası Təhsil və Mədəniyyət Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Almatı, 10 iyun 1997

34. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin beynəlxalq bazarlara nəql olunmasında əməkdaşlıq haqqında Memorandum. Almatı, 11 iyun 1997

35. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə. Almatı, 11 iyun 1997



1998

36. Maliyyə-bank sistemində informasiya mübadiləsi və tədqiqatlar sahəsində Azərbaycan Respublikasının Milli Bankı və Qazaxıstan Respublikasının Milli Bankı arasında əməkdaşlıq haqqında Saziş. Bakı, 23 oktyabr 1998

37. Qazaxıstan Respublikasının Baş Naziri cənab N.U.Balqimbayevin Azərbaycan Respublikasına səfərinə dair Birgə Kommünike. Bakı, 23 oktyabr 1998

38. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında rabitə sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 23 oktyabr 1998

39. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 23 oktyabr 1998

40. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş. Bakı, 23 oktyabr 1998

41. Qazaxıstan Respublikası Hökuməti nümayəndə heyətinin və Azərbaycan Respublikası Hökuməti nümayəndə heyətinin danışıqlarının nəticələri barədə Protokol. Bakı, 23 oktyabr 1998

1999

42. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Astana, 5 iyun 1999

43. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş. Astana, 22 oktyabr 1999

44. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında iqtisadi və maliyyə pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq, habelə qanunsuz keçirilmiş valyuta vəsaitlərinin qaytarılması haqqında Saziş. Astana, 22 oktyabr 1999

45. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Saziş. Astana, 22 oktyabr 1999

46. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Proqram. Astana, 22 oktyabr 1999

47. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş. Astana, 22 oktyabr 1999

2000

48. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikası Statistika Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 7 Aprel 2000

49. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin Gömrük Komitəsi arasında qarşılıqlı yardım göstərilməsi qaydaları haqqında Memorandum. Bakı, 7 aprel 2000

50. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 7 aprel 2000

51. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin arasında əməkdaşlıq və gömrük sənədlərinin və təminatının qarşılıqlı tanınması haqqında Saziş. Bakı, 7 aprel 2000

52. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Qazaxıstan Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Bakı, 7 aprel 2000

53. Azərbaycan Respublikası Prezidenti H. Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N. Nazarbayevin Birgə Bəyanatı. Bakı, 7 aprel 2000

54. Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi və Qazaxıstan Respublikası Prezidentinin Mühafizə Xidməti arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş. Bakı, 7 aprel 2000

55. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixitrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 7 aprel 2000

56. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin arasında sərhədlərdən qanunsuz keçirilən mədəni sərvətlərin tutulub saxlanması və qaytarılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş. Bakı, 7 aprel 2000



2001

57. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Saziş. Moskva, 29 noyabr 2001

2003

58. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Sazişə Protokol. Bakı, 27 fevral 2003



2004

59. Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyəti və Qazaxıstan Respublikasının Astana şəhər Akiməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş. Astana, 1 mart 2004

60. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə. Astana, 1 mart 2004

61. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş. Astana, 1 mart 2004

62. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Astana, 1 mart 2004

63. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş. Astana, 1 mart 2004

64. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq Proqramı. Astana, 1 mart 2004

65. Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Aviasiya hakimiyyətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Protokol. Astana, 1 mart 2004

66. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclasının Protokolu.   Astana, 28 fevral 2004

2005

67. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 24 may 2005

68. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə. Bakı, 24 may 2005

69. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixitrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, mütəşəkkil və digər növ cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında Saziş. Bakı, 24 may 2005 ;

70. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 24 may 2005;

71. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında 1997-ci il 10 iyun tarixli Sazişə əlavə və düzəlişlərin edilməsi haqqında Protokol. Bakı, 24 may 2005;

72. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 10 iyun 1997-ci il tarixli Neft maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında Sazişə dəyişikliyin edilməsi haqqında Protokol. Bakı, 24 may 2005;

2006

73. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər Dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında Müqavilə. Almatı, 16 iyun 2006

74. Azərbaycan Respublikasının Hesablama Palatası və Qazaxıstan Respublikasının Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsi arasında əməkdaşlıq haqqında Saziş. Bakı, 11 iyul 2006

2007

75. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi haqqında 10 iyun 1997-ci il tarixli Sazişə Protokol. Astana, 27 fevral 2007

76. Birgə Bəyannamə. Astana, 7 avqust 2007

77. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sənayesi müəssisələrinin istehsalat və elmi-texniki sahələrdə kooperasiyası haqqında Saziş. Astana, 7 avqust 2007

78. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Qazaxıstan Respublikası maliyyə bazarının və maliyyə təşkilatlarının tənzimlənməsi və onlara nəzarət Agentliyi arasında qiymətli kağızlar bazarlarında nəzarət məsələləri üzrə Anlaşma Memorandumu. Astana, 7 avqust 2007

79. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında 10 iyun 1997-ci il tarixli Müqaviləyə dəyişiklik edilməsi barədə Protokol. Astana, 7 avqust 2007

80. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş. Astana, 7 avqust 2007

________________________

Xəzər dibinin bölünməsi məsələsində Rusiya və Qazaxıstanın heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözü gedən məsələ üzrə həm ikitərəfli, həmdə üçtərəfli razılaşmalar vardır. Tərəflər həmçinin bölüşdürücü xətlərin koordinatlarının müəyyənləşdirilməsi üzrə vahid fikrə gəliblər. Məsələ yalnız iki ölkə - Türkmənistan və İranla razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq Xəzərin statusu məsələsi indiyədək həll olunmayıb.

2009-cu ilin 3 oktyabrında Naxçıvanda türkdilli dövlətlərin doqquzuncu sammitinin yekunlarına görə türkdilli dövlətlərin əməkdaşlıq şurasının yaradılmasına dair razılaşma əldə olunmuşdur.

2009-cu ilin 30 sentyabrında Nursultan Nazarbayev Azərbaycana səfər etmişdir. Ticari İqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyanın 6-cı iclası keçirildi və burda müvafiq sənədlər imzalandı.
Diaspora haqda məlumat.
Rəsmi məlumatlara görə hal-hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar.

Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaratmışlar. Qazaxıstan Respublikasında “Qazaxıstan Xalqları Assambleyası” yaradılmış və Prezident N.Nazarbayev bu assambleyanın sədridir. 1990-ci illərdən etibarən Almatıda “Turan”, Aktyubinsk vilayətində “Dostluq”, Jambul vilayətində “Azəri”, Qərbi-Qazaxıstan vilayətində “Birlik”, Qaraqanda vilayətində “Namus”, Kustanay vilayətində “Heydər”, Pavlodar vilayətində “Vətən” və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni zamanda “Qazaxıstan Xalqları Assamleyası”nın üzvləridir.

Paytaxt Astanada diasporanın çoxsaylı nümayəndələrini ətrafında birləşdirməyi bacarmış “Xəzər” milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, 2003-cü ildə Astanada “Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzi” ictimai təşkilatının nümayəndəliyi açılmışdır ki, bu da Qazaxıstandakı bütün Azərbaycan milli-mədəniyyət mərkəzlərini özündə birləşdirir.

Son dövrlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkurqan şəhərində “Naxçıvan”, Çuy şəhərində “Azərbaycanlıların Mədəniyyət Mərkəzi” təsis edilmiş və Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində “Bazar günü” məktəbləri açılmışdır.

7 sentyabr 2004-cü il tarixində Astana şəhərinin “Turist” mehmanxanasının konfrans zalında Astana şəhəri Akiminin müavini, Astana şəhəri mətbuat mərkəzinin fəxri prezidenti T.Muxamedjanovun və Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfiri L.Qəndilovun Astana ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə Azərbaycan “Xəzər” milli-mədəniyyət Mərkəzinin təsis etdiyi beynəlxalq ictimai-siyasi, rus və qazax dillərində nəşri nəzərdə tutulmuş aylıq “Turan-ekspress” qəzetinin təqdimat mərasimi keçirilmişdir.

25 sentyabr 2006-cı il tarixində Qazaxıstanın Cambul vilayətinin Çu rayonunda 5 mindən artıq soydaşımızın yaşadığı Yeni yol-“Novıy put” kəndində “Nəsimi” Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır. Mərkəzin sədri Qazaxıstanda tanınmış həmvətənlimiz T.Mirzəyev seçilmişdir.


NURSULTAN ABIŞEVİÇ NAZARBAYEV

Qazaxıstan Respublikasının Prezidenti

6 iyul 1940-cı ildə Almatı vilayətində anadan olmuşdur. 1958-60 illərdə Dneprodjerzinski texniki peşə məktəbində oxumuş, “Kazmetalurqstroy” trestində fəhlə işləmişdir. 1960-69-cu illərdə Karaqanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karaqanda metallurgiya zavodunun nəzdində Ali texniki məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969-84-cü illərdə Karaqanda metallurgiya zavodunda, Temirtausk səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984-89-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989-90-cı illərdə Qazaxıstan Kommunist partiyasının birinci katibi və Ali sovetinin sədri seçilmişdir. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində Prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq, yenidən Prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq, yenidən Prezident seçilmişdir. Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.

İstifadə olunmuş mənbələr:

www.google.az

www.wikipedia.com

www.mfa.gov.az

www.mfa.gov.tr

www.mfa.gov.ru

www.dunyadovletleri.com

www.azadinform.az

www.trend.az

Tərcümə: İsmayıl Umudlu “Qazaxıstan Respublikasının əsas göstəriciləri”.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə