Refera t mövzu: Xarici ticarətin əmtəə nomenklaturası




Yüklə 116.53 Kb.
tarix23.02.2016
ölçüsü116.53 Kb.
R E F E R A T

Mövzu: Xarici ticarətin əmtəə nomenklaturası

MÜNDƏRİCAT

GİRİŞ .......................................................................................................... 3

1.Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası anlayışı......................... 5

2.Beynəlxalq ticarətdəki əmtəə nomenklaturalarının eyniləşidrilməsi mərhələləri .................................................................................................. 8

3.MDB-də və Azərbaycan Respublikasında Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası ............................................................................. 20

NƏTİCƏ .................................................................................................... 27

ƏDƏBİYYAT ............................................................................................. 29

GİRİŞ

Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının aparılması,malların təsnifatlandırılması və kodlaşdırılması gömrük işinin mühüm tərkib hissələrindəndir.

Malların dəyərinin obyektiv meyarlar əsasında müəyyən edilməsi və gömrük ödənclərinin tutulması,onların düzgün təsnifatlandırılması, həmçinin,xarici ticarətin gömrük statistikasının obyektivliyinin yüksəldilməsi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlara gömrük nəzarəti proseslərində ölkənin gömrük siyasətinin həyata keçirilməsi üçün konkret tədbirlər görülməsində də mühüm əhəmiyyətə malikdir.

Buna görə də gömrük işinin səmərəliliyinin artırılması gömrük orqanı əməkdaşlarından malların təsnifatlandırılması nəzəriyyələrini və əsas təsnifat sistemlərini dərindən bilməyi, bu sistemlərin köməyi ilə nəzəri və təcrübi məsələləri həll etmək bacarığna yiyələnməyi tələb edir.

Əmtəə nomenklaturası gömrük orqanlarının vəzifəli şəxsləri və deklarantların gündəlik iş fəaliyyətində rastlaşdıqları əsas terminlərdən biridir. Bu onunla əlaqədardır ki, gömrük orqanlarında qeydə alınan istənilən xarici ticarət əməliyyatlarının əsas predmeti məhz “maldır”.

Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi zamanı gömrük sərhədindən keçirilən malların sistemləşdirilməsi mühüm məsələlərdən sayılır. Bunun üçün malları təsnifatlaşdırırlar.

Qarşıya qoyulmuş məqsədə uyğun olaraq mallar istehsal sahələrinə, emal səviyyəsinə, istehsak təyinatına və s. görə təsnifatlaşdırıla bilər.

Malların qəbul olunmuş təsnifat sistemindən asılı olaraq, bütün bölmə, qrup, və yarımqrupları xüsusi şifrələrlə qeyd olunur.

Hal-hazırda Azərbaycan Respublikasının gömrük orqanlarında, dünya təcrübəsində istifadə olunan malların təsvirinin harmonikləşdirilmiş sistemi (HS) əsasında yaradılmış mal nomenklaturasından istifadə olunur.


1.Xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası anlayışı

“Əmtəə nomenklaturası” anlayışının əsas elementləri “əmtəə” (mal) və “nomenklaturası” ifadələridir.



Nomenklatura (lat. Nomenclatira – siyahı) – elm, texnika və fəaliyyətin digər sahələrində işlədilən adlar, anlayışlar göstəricisinin sistemidir (məcmusudur).

Bu mənada əmtəə nomenklaturası anlayışı elm və təcrübənin “əmtəəşunaslıq”, “gömrük işi”, “istehsalat”, “istehlak”, “xarici-iqtisadi fəaliyyət” sahələri ilə, bir sözlə, əmtəə və malların adları ilə əlaqədar sahələrlə sıx bağlıdır. Beləliklə, əmtəə nomenklaturası gömrük orqanlarının vəzifəli şəxslərinin və deklarantların öz peşəkar fəaliyyətlərində qarşılaşdıqları malların adlarının məcmusudur.

Gömrük səhədindən keçirilən malların başlıca xarakterik xüsüsiyyətləri onların maddi-mövcudluq forması və daşınma qabiliyyətliliyidir. Bu xüsusiyyətlər Gömrük Məcəlləsində istifadə edilən əsas anlayışlar sistemində öz əksini tapır.

Mallar (əmtəələr mənasında) xarici ticarət əməliyyatlarının əsasını təşkil etdiyindən Gömrük Məcəlləsinin 17-ci maddəsi ilə müəyyən edilən anlayışların böyük əksəriyyəti bu məfhumla bağlıdır.

Elmi-texniki tərəqqi və texnologiyaların təkmilləşdirilməsi ilə sənayenin müxtəlif sahələrində və kənd təsərrüfatında istehsal edilən malların çeşidi çox genişlənmiş və bu proses daim inkişafdadır. Yüz minlərlə müxtəlif növ və çeşidli mallar mövcuddur. Onların ayrı-ayrılıqda öyrənilməsi çox çətin olduğundan onlar müxtəlif xassələrinə görə yığcam çoxluqlar halında bir yerə cəmlənə bilər. Bu çoxluqlar isə öz növbəsində bölmə, qrup, yarımqruplar şəklində sistemləşdirilə bilər. Xarici ticarətdə yük dövriyyəsinin gömrük tənzimlənməsi zamanı malların sistemləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə məsələlərin həllində malların təsnifatlandırılmasından istifadə edilir.

Təsnifat” anlayışı obyektlərin verilmiş böyük çoxluqlarının müəyyən kiçik çoxluqlara (sinif, yarımsinif, qrup, yarımqrup, növ və s.) bölünməsi mənasını verir. Bu zaman yaranan sistem təsnifatlandırılma adlanır.

Qarşıda qoyulmuş məsələnin mahiyyətindən asılı olaraq təsnifatlandırmanı bir neçə istiqamətdə aparmaq olar. Məsələn, istehsal sahələri, hazırlandığı materiallar, emal dərəcəsi, funksinal təyinatına görə mallar qruplaşdırıla bilər.

Təsnifatlandırmanın qəbul edilən sisteminə uyğun olaraq bütün mallar və mal bölmələrinə xüsusi şifrlər verilir. Obyektlərin verilmiş böyük çoxluqları müəyyən təsnifat sisteminə uyğun olaraq kiçik çoxluqlara (yarım çoxluqlara) bölündükdən sonra sistemləşdirilmiş çoxluq uyğun obyeklərin təsnifatlandırıcı (klassifikatoru) kimi baxıla bilər.

Beləliklə, təsnifatlandırıcı (klassifikator) – təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır. Bu siyahıda hər obyektin öz yeri olur və bundan sonra ona kod adlandırılan şərti işarə təyin edilir.

Kod rəqəm, hərf, yaxud rəqəm-hərf ardıcıllığından ibarət şifrə malikdir.

Xarici ticarət əməliyyatlarının gömrük tənzimlənməsində “əmtəə nomenklaturası” məfhumudan geniş istifadə edilir. Əmtəə nomenklaturası faktiki olaraq malların təsnifatlandırıcısıdır. Buna görə də əmtəə nomenklaturası dedikdə, təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısı nəzərdə tutulur.

Malların kodlaşdırılması isə, təsnifatlandırılan obyekti həmin təsnifat sistemi ilə müəyyən edilmiş qaydada işarə, yaxud işarələr qrupu şəklində təsəvvür etməyə imkan verən texniki üsuldur.

Əmtəə nomenklaturasının kod sistemi ona görə yaradılır ki, məlumat gömrük orqanına onun yığımı, yoxlanılması, ötürülməsi və analizi üçün əlverişli formada təqdim edilə bilsin.

Beləliklə, əmtəə nomenklaturasının köməyi ilə malların təsnifatlandırılması: malları kodlaşdırmağa; iqtisadi xarakterli gömrük əməliyyatlarını aparmağa (rüsum tutulması, gömrük dəyərinin təyini və s.); xarici ticarətin mal strukturunu öyrənməyə imkan verir.



2.Beynəlxalq ticarətdəki əmtəə nomenklaturalarının eyniləşdirilməsi mərhələləri

Sənayenin tərəqqisi ilə xarici ticarətin də sürətlə inkişaf etdiyi zamanlardan başlayaraq ticarət edən ölkələr uçot, qiymət, texniki standartlar və s. əngəllərin aradan qaldırılması üçün müqayisə oluna biləcək standartlar və təyinatların yaradılması və mal nomenklaturalarının uyğunlaşdırılması zərurəti ilə qarşılaşdılar.

İlk dəfə bu problem 1853-ü ildə Brüsseldə keçirilən Beynəlxalq statistika konqresində müzakirə edildi. Konqres, gömrük tənzimlənməsi xarici ticarətin statistikası məqsədləri ilə mal nomenklaturalarının uyğunlaşdırılması üzrə tövsiyyələr qəbul etdi. 1890-cı ildə Parisdə keçirilmiş Gömrük qaydaları üzrə Bynəlxalq Konqres də nomenklaturaların uyğunladırılması zərurətini təsdiq etdi.

Əsrin əvvəlinədək müxtəlif ölkələrdə nəşr edilən xarici ticarət üzrə məcmuələrində yalnız bu və ya digər ölkə üçün mühüm əhəmiyyət kəsb edən mallar göstərilirdi. Bəzi ölkələr malların təsnifatlandırılmasında onların adlarının əlifba sırası ilə düzülüşü, digərləri istehsal mənşəyi (kənd təsərrüfatı, sənaye, peşə və s.) əlamətlərini əsas götürürdülər.

1913-cü il dekabrın 31-də Brüsseldə 29 ölkə Beynəlxalq Konvensiya imzaladı. Bu konvensiyanın əsas müddəalarının istiqamətinə görə öz ərazilərində milli təsnifat və mal nomenklaturasından istifadə etməklə bərabər, həmin ölkələr Beynəlxalq xarici ticarət statistikası bürosuna vahid təsnifat və mal nomenklaturası üzrə məlumatlar təqdim etmək barədə öhdəlik götürmüş oldular.

Beləliklə, ilk Brüssel əmtəə nomenklaturası yarandı. O, 186 bazis mal mövqeyini birləşdirən 5 bölmədən ibarət idi.



  1. Canlı heyvanlar 1-7 mal mövqeləri (7)

  2. Ərzaq malları və içkilər 8-49 mal mövqeləri (42)

  3. Xammal və yarımfabrikatlar 50-98 mal mövqeləri (49)

  4. Hazır məhsullar 99-182 mal mövqeləri (84)

  5. Qızıl və gümüş, qızıl və gümüş sikkələr 183-186 mal mövqeləri (4)

Lakin çox tez bir zamanda Brüssel əmtəə nomenklaturasının qoyulan tələbləri ödəmədiyi və çox nöqsanlı olduğu aşkara çıxdı. Nomenklatura detallaşdırılmadığından ondan dünya standartı kimi istifadə edilməsi qeyri-məqbul sayıldı. Ona görə də İkinci dünya müharibəsi ərəfəsində yeni əmtəə nomenklaturası – Beynəlxalq ticarət Statistikası üçün malların minimal siyahısı yaradıldı.

Bu nomenklatura hazırlandıqları materialın növündən asılı olaraq malların yarımçoxluqlara bölünməsi, yəni təsnifatlandırılmasını nəzərdə tuturdu. İstisna hallarda mallar onlardan istifadə prisipinə əsasən də təsnifatlandırıla bilərdi.

Yeni nomenklatura tam şəkildə 1938-ci ildə dərc edildi. Bütün mallar 17 bölmədə yerləşdirildi. Bölmələr də öz növbəsində 50 qrup və 456 bazis mal mövqeyi ilə ifadə olundu:


  1. Ərzaq, içkilər, tütün (13 qrup)

  2. Piy və yağlar, heyvani və bitki mənşəli mumlar (2 qrup)

  3. Kimyəvi və onlara oxşar məhsullar (4 qrup)

  4. Kauçuk (1 qrup)

  5. Meşə materialları və mantar (1 qrup)

  6. Kağız (1 qrup)

  7. Dəri və ondan hazırlanan məmulatlar (3 qrup)

  8. Toxuculuq məhsulları (4 qrup)

  9. Paltar, o cümlədən alt paltarı (4 qrup)

  10. Yanacaq, sürtkü materialları, oxşar məhsullar (1 qrup)

  11. Qeyri-metal minerallar, onlardan hazırlanan məhsullar (4 qrup)

  12. Qiymətli metallar və qiymətli daşlar, mirvari və ondan hazırlanan bəzəklər (1 qrup)

  13. Qara və əlvan metallar, onlardan hazırlanan məhsullar (4 qrup)

  14. Maşınlar, aparatlar və onların ləvazimatı, nəqliyyat vasitələri (3 qrup)

  15. Digər mallar (2 qrup)

  16. Xüsusi əməliyyatların obyekti olan təkrar idxal malları (1 qrup)

  17. Emal edilməmiş qızıl və sikkələr (1 qrup)

Bu nomenklaturada bölmələr Brüssel əmtəə nomenklaturası ilə müqayisədə hiss ediləcək dərəcədə genişləndirilmiş və detallaşdırılmışdı.

Sonrakı illərdə “Beynəlxalq ticarət statistikası üçün malların minimal siyahısı” dəfələrlə yenidən işlənərək təkmilləşdirilmişdi.

90-cı illərin əvvələrinə qədər ölkələrin əksəriyyətində xarici ticarət fəaliyyəti və gömrük tənzimləmələrində əsasən 3 təsnifat sistemi geniş yayılmışdı:


  • Gömrük Əməkdaşlığı Şurası ( hal-hazırda Ümumdünya Gömrük Təşkilatı adlanır) Nomenklaturası GƏŞN, yaxud Brüssel Gömrük nomenklaturası BGN;

  • Qarşılıqlı İqtisadi Yardım Şurası üzvlərinin Xarici Ticarətin Vahid Əmtəə Nomenklaturası QİYŞ XTVƏN;

  • BMT Standart Beynəlxalq Ticarət Təsnifatı BMT SBTT.

Bu beynəlxalq nomenklaturalar müxtəlif təsnifat prinsipləri üzərində qurulduğundan və mal dövriyyəsini müxtəlif səviyyələrdə detallaşdırdığından ölkənin idxal və ixracının əmtəə strukturu barəsində məlumatların müqayisəsini çətinləşdirir. Bəzən, hətta mal qruplarının adları uyğun gəldiyi halda belə mahiyyətcə fərqlənirdilər.

Lakin praktikada Brüssel Gömrük Nomenklaturası adı ilə məşhur olan, habelə BMT SBTTN – nomenklaturaları müasir elmi-texniki inqilabın baş verməsi ilə əlaqədar yeni texnologiyalar əsasında meydana gələn müxtəlif çeşidli malların təsnifatı prinsipinə cavab vermədi. Çünki elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi nəticəsində yeni istehsal sahələri yarandı və yaranmış bu sahələrdə göstərilən mal təsnifatı nomenklaturalarında sinifləşdirilməyən – mal mövqeləri naməlum olan geniş çeşiddə mallar istehsal olunmağa başladı.

Bununla əlaqədar Gömrük Əməkdaşlığı Şurası (GƏŞ hazırda Ümumdünya Gömrük Təşkilatı adlanır) çərçivəsində 10 il müddətində yeni beynəlxalq mal nomenklaturalarının yaradılması sahəsində geniş iş aparıldı. Beynəlxalq aləmdə Brüssel Gömrük nomenklaturası adı ilə tanınan, habelə BMT SBTTN – mal nomenklaturalarının 12 beynəlxalq və milli mal təsnifatları sisteminin bazarları əsasında “Malların təsviri və kodlaşdırılmasına dair harmonikləşdirilmiş sistem nomenklaturası” (HSN) yaradıldı və həmin toplu 1985-ci ildə Brüsseldə imzalanaraq 1988-ci ilin 1 yanvarında qüvvəyə mindi.

SXEM 1. Harmonikləşdirilmiş sistemdə istifadə olunmuş təsnifat sistemləri və onun ekspertizasında iştirak etmiş beynəlxalq təşkilatlar

Gömrük Əməkdaşlıq Şurası (GƏŞ) hazırda Ümumdünya Gömrük Təşkilatı (ÜGT);

Tarif və Ticarət üzrə Baş Saziş (TTBS) isə - Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adlanır.

HSN-nin Avropa birliyi ökələri də daxil olmaqla, 41 ölkə tərəfindən tətbiqinə başlanıldı, hazıda Ümumdünya Gömrük Təşkilatının üzvü olan ölkələr tərəfindən malların təsnifatı 6 rəqəmə qədər detallaşdırılmaqla, 9-14 rəqəmə qədər kodlaşdırılmanın aparılması ilə xarici iqtisadi fəaliyyətin milli mal nomenklaturaları sistemləri işlənib hazırlandı.

Hazırlanmış HSN ekspertizasında 59 ölkə, bir sıra hökümət və hökümətlərarası təşkilatlar iştirak etmişdir. Onlar Sxem 1-də göstərildiyi kimi xarakterizə olunur.

Sxematik təsvirdə HSN-də istifadə olunmuş təsnifat sistemləri və nomenklaturalar, habelə onun ekspertizasında iştirak etmiş beynəlxalq təşkilatlar göstərilmişdir. HSN BGN-ə nisbətən 60% tərtibinə qədər yeniləşdirilmişdir ki, bu da malların daha dəqiq mal mövqeləri üzrə detallaşdırılmış halda təsnifatına imkan verir.

Harmonikləşdirilmiş Sistem Nomenklaturası – xarici iqtisadi fəaliyyətin çöx məqsədli yeni mal nomenklaturasıdır. Bu, yenidən işlənmiş, vahid sisemə gətirilmiş və detallaşdırılmış, beynəlxalq ticarət məlumatlarının toplanmasını, müqayisəsini, statistik təhlilini, habelə digər məsələlərin həllini təmin edən, kommersiya fəaliyyətinin, statistika xidmətinin, gömrük orqanlarının tələblərinə cavab verən malların təsviri və kodlaşdırılması üzrə harmonik sistem haqqında Beynəlxalq Konvensiyanın tərkib hissəsidir.

HS haqqındakı Beynəlxalq Konvensiya aşağıdakı terminləri müəyyənləşdirmişdir:



  • Malların harmonik sisteminin təsviri və kodlaşdırılması – mal mövqeləri, submövqeləri və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;

  • Gömrük tarif nomenklaturası – malların idxal zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;

  • Statistika nomenklaturası – malların idxalı və ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

  • Kombinə edilmiş tarif-statistika nomenklaturası – sövdələşən tərəflərin yerli qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır.

HSN-nin də digər iqtisadi təsnifedicilər kimi öz spesifik strukturu var. Onun axırıncı əsas elementi təsnifat sistemləri və kodlaşdırılmaqdan ibarətdir. Bu toplu altı pilləli: bölmələr (21), qruplar (97), yarımqruplar (33), mallar mövqeyi (1241), yarımmövqelər (3553) və submövqelər (5019) sistemindən ibarətdir.

Bu mal nomenklaturasının əsasını mallar müxtəlif əlamətlərinin məcmusu: malların hazırlandığı materialın növü, mənşəyi, malın təyinatı, onun kimyəvi tərkibi təşkil edir. Mallar qrupu onların emalının ardıcıllıq prinsipinə uyğun olaraq xammaldan, yarımfabrikatlardan hazır məmulatın alınmasından əmələ gəlir. Bu isə harmonikləşdirilmiş sistemin gömrük tarifinə tətbiqi üçün əlverişli şərait yaradır. Bu məqsədlə hazırda dünyanın yüzdən artıq dövlətində bu sistemdən istifadə olunur.

SITC ( Standard International Trade Classification) – BMT tərəfindən nəşr olunan beynəlxalq ticarət təsnifatıdır. Təsnifatı UNSD (United Nations Statistics Division – BMT-nin Statistika Komissiyası) aparır. SITC-in üçüncü dəfə baxılan versiyası 1986-cı ildən qüvvəyə minmişdir. HS qəbul edilənə qədər (1986) yeganə ticarət təsnifatı məhz SITC olmuşdur. İndi bütün dünya HS-dən istifadə etdiyinə görə SITC-in əhəmiyyəti azalmışdır.

SITC-in ierarxik strukturu 10 seksiyadan, 67 bölmədən, 261 qrupdan, 1033 yarımqrupdan və 3121 bənddən ibarətdir.

Avropa Birliyinin yeni qəbul etdiyi sistem məhsulların vahid siyahısına (PRODCOM) əsaslanır. Bu siyahı hər il tərtib olunur.

PRODCOM siyahısının başlığı, istehsal statistikası ilə xarici ticarət statistikası arasında müqayisə aparmağa imkan verən HS və ya CN-dən olunmuşdur. PRODCOM başlığı səkkiz rəqəmli ədədi kodla kodlaşdırılmışdır ki, onun da ilk altı rəqəmi CPA-nın (Classification of Products by Activity – məhsulların fəaliyyət növləri üzrə statisnik təsnifatı) ilk altı rəqəmi ilə eynidir ki, bu da məhsulların əsas təsnifatı (CPC – Central Product Classification - əsas məhsulların Beynəlxalq təsnifatı) ilə uyğundur.

Əsas beynəlxalq əmtəə nomenklaturasında müxtəlif təsnifat prinsiplərinin tətbiq edilməsindən irəli gələn çətinliklər aradan qaldırılması üçün vahid beynəlxalq təsnifatlandırıcının yaradılması zərurəti meydana çıxdı. Bu elə təsnifatladırıcı olmalı idi ki, bütün ölkələrdə xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən xarici ticarət əməliyyatlarının gömrükxanalarda rəsmiləşdirilməsində istifadə edilə bilsin. Bundan başqa belə təsnifatlandırıcı həm də ayrı-ayrı mallar, mal qrupları və mövqeləri üzrə xarici ticarətin analizini aparmağa imkan verməli idi.

Müxtəlif vaxtlarda hazırlanmış beynəlxalq nomenklaturaların heç biri ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların tələblərinə tam cavab verə bilmirdi.

Müxtəlif ölkələr və təşkilatların nöqteyi nəzərincə - nomenklaturaların hər biri üstünlüklərlə bərabər, müəyyən qüsurlara malik idi.

Beləliklə, beynəlxalq ictimaiyyətin qarşısında ticarət sənədlərinin göstəricilərinin səmərəliləşdirilməsi ahəngdarlaşdırılması məsələsi öz həllini tələb dirdi. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (AİK) Gömrük əməkdaşlığı Şurasına vahid beynəlxalq əmtəə təsnifat sisteminin yaradılmasının mümkünlüyünü araşdırmaq tapşırığı verdi. Bu sistem malların təsviri və kodlaşdırılmasının ahəngdar (harmonik) sistemi adını aldı. Hazırlanan nomenklatura həm gömrük, həm də statistika məqsədləri üçün yararlı olmalı idi. Bu zərurət də öz növbəsində elmi-texniki tərəqqi şəraitində beynəlxalq ticarətdə əmtəələrin nomenklaturalarının hiss olunacaq dərəcədə genişlənməsi və mürəkkəbləşməsi ilə bağlı idi. Beləliklə, ahəngdar sistem çoxməqsədli əmtəə nomenklaturası kimi nəzərdə tutulurdu.

Xarici ticarətin milli və beynəlxalq göstəricilərinin müayisə edilə bilinməsi prinsipi sistemin əsas prinsiplərindən biri oldu.

Ahəngdar Sistemin Əmtəə Nomenklaturası (ASƏS) 21 bölmədən və 99 qrupdan ibarətdir. 3 qrupun, o cümlədən 77, 98, 99-cu qrupların gələcək üçün ehtiyat saxlanması nəzərdə tutulur. Bununla belə bu qruplar müxtəlif ölkələrin əmtəə nomenklaturalarında spesifik malların qeydiyyatı üçün istifadə edilə bilər. ASƏS-in 21 bölməsi üzrə malların təsnifatının özəyini təşkil edən müxtəlif əlamətlərin əsasları aşağıdakılardır:



  • mənşə (Ⅰ, Ⅱ, Ⅴ);

  • funksional təyinat (Ⅳ, Ⅺ, Ⅻ, ⅩⅧ, ⅪⅩ, ⅩⅩ, ⅩⅪ)

  • kimyəvi tərkib (Ⅲ, Ⅵ, Ⅶ);

  • əmtəənin hazırlandığı material (Ⅷ, Ⅸ, Ⅹ, ⅩⅢ, ⅩⅣ, ⅩⅤ).

ASƏS-də qruplar əmələ gələrkən malların emal ardıcıllığı prinsipi – xammaldan yarımfabrikat və hazır məhsul alınması – istifadə olunur, malların qruplaşdırılması mövqe və submövqe səviyyəsində aparılır. Bir qayda olaraq, mövqe və submövqedən xarici ticarətdə geniş dövriyyədə olan bir və ya bir neçə məhsul növü seçilir, qalan növlər üçün isə ümumiləşdirilmiş “digərlər” təsnifat qruplaşması nəzərdə tutulur.

Mal yarımqrupları, mövqeləri və submövqelərinin quruluşunda aşağıdakı əlamətlərdən istifadə olunur:



  • malın təyinatı;

  • onun emal dərəcəsi;

  • hazırlandığı material növü;

  • dünya ticarətində xüsusi çəkisi.

ASƏS-in müxtəlif səviyyələrini təşkil edən elementlərə nəzər salaq (cədvəl 1):

Cədvəl 1

ASƏS-in quruluş xüsusiyyəti

Səviyyənin adı

Elementlərin sayı

Bölmə

21

Qrup

99 (o cümlədən: 96 fəaliyyətdə, 3 ehtiyat)

Yarımqrup

33

Mal mövqeyi

1241

Submövqe

5019

Ahəngdar sistemdə bölmə və yarımqrupların işarələnməsi üçün Roma rəqəmlərindən, qrup, mal mövqeyi və submövqelərin işarələnməsi üçün ərəb rəqəmlərindən istifadə edilir. Qrup, mal mövqeyi və submövqelərin işarələnməsi üçün ərəb rəqəmlərindən istifadə edilir.

Ahəngdar sistem əmtəə nomenklaturasında altırəqəmli kodlaşdırmadan istifadə olunur.

ASƏS-də altırəqəmli əmtəə kodunun strukturu onluq sistemə əsaslanır. Birinci iki rəqəm mal qrupunu, dörd rəqəm mal mövqeyini, beşinci və altıncı submövqeləri əks etdirir.

Ahəngdar sistemin təcrübədə istifadəsini təmin etmək məqsədi ilə 1983-cü ilin iyun ayının 14-də Brüsseldə Ahəngdar Sistem Haqqında Beynəlxalq Konvensiya imzalanmışdır. Konvensiyada Ahəngdar sistemin yaradılmasının məqsədi, tətbiqi sahəsi, hüquqi mexanizmi öz əksini tapmışdır. Ahəngdar sistemin hazırlanıb qəbul edilməsi beynəlxalq təsnifat sistemlərinin standartlaşdırılması tarixində yeni mərhələnin əsasına qoydu. 1998-ci ilə qədər bu Konvensiyaya 86 dövlət qoşuldu və onun əsasında öz əmtəə nomenklaturalarını və gömrük tariflərini yenidən qurdular.

AS hər ölkə tərəfindən submövqelərin genişləndirilməsinə detallaşdırılmasına imkan verdiyindən təcrübədə geniş istifadə edilir. Konvensiyanın irəli sürdüyü əsas tələb odur ki, milli nomenklaturaların yarımbölmələri ASƏN-də göstərilən altırəqəmli kod olmaqla tamamlana və kodlaşdırıla bilər.

Malların kodlaşdırılması təsnifat sisteminə uyğun olaraq işarə və ya işarələr qrupu şəklində müəyənləşdirilmiş texniki üsuldur.

Məsələn. Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası (ABKN) Ahəngdar sistem əsasında qurulur. AS üzrə altırəqəmli kod yeddinci, səkkizinci işarələrdə tamamlanır. Nəticədə ABKN submövqelərin səkkizrəqəmli kodunu nəzərdə tutur.

3.MDB-də və Azərbaycan Respublikasında Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası

Qeyd etdiyimiz kimi. HSN əsasında milli mal nomenklaturaları, o cümlədən “Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Əmtəə Nomenklaturası” (AR XİF ƏN) hazırlanmışdır. Bu toplu malların mənşə əlaməti üzrə (sənaye, bitki, əczaçılıq, mineral və s.) bölmə və qruplarından, onların emal dərəcəsi (xammal, yarımfabrikatlar, hazır məmulat) üzrə sistemləşdirilmiş siyahısından ibarətdir. Bu nomenklatura Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin dövlət tənzimlənməsi sistemləri alətidir.

AR XİF ƏN malların təsviri və kodlaşdırılması üzrə Harmonikləşdirilmiş və Avropa İqtisadi Birliyinin Kombinə olunmuş nomenklaturaları, sistemlərinin bazası əsasında yaradılmışdır. Bu nomenklatura ümumi təsnifat sistemini pozmadan sonradan mallar nomenklaturasının çeşidini genişləndirməyə imkan verir. Bu məqsədlə nomenklaturada 3 ehtiyat qrupu – 77, 98 və 99-cu qruplar saxlanmışdır. Bunlar yalnız nomenklaturaların genişləndirilməsi üçün deyil, habelə milli praktikada istifadə olunan spesifik malların, material xarakterli xidmətlərin, NOU-HAU-ların və s. dəqiq təsnifatında tətbiq oluna bilər.

1 Yanvar 1999-cu ildən etibarən respublikamızda Müstəqil Dövlətlər Birliyi Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası (MDB XİF MN) tətbiq olunur. Məhz MDB iştirakçısı dövlətləri tərəfindən Xarici İqtisadi Fəaliyyətinin tarif və qeyri-tarif tənzimləmələri, statistik uçot və hesabatın təkmilləşdirilməsi, aparılması, statistik məlumatlar mübadiləsi və s. bu toplunun əsasında həyata keçirilir.

Hal-hazırda Azərbaycan Respublikasının gömrük orqanlarında MDB ölkələrinin vahid əmtəə nomenklaturasından (MDB XİF ƏN) istifadə edilir. Bu sənəd dövlətlərarası təsnifatlandırıcı kimi MDB hökümət başçılarının qərarı ilə 3 noyabr 1995-ci ildə təsdiq edilmişdir.

Azərbaycan Respublkası Gömrük Məcəlləsinin 10-cu maddəsinin 12-ci bəndində, eləcə də 210-212-ci maddələrinə görə xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının bilavasitə aparılması və təkmilləşdirilməsi əsas funksiyalarından biri olub gömrük orqanları tərəfindən həyata keçirilir.

İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında hal-hazırda tətbiq edilən xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası Ahəngdar sistem və Avropa Birliyinin kombinə edilmiş əmtəə nomenklaturasının əsasında və onlara uyğun tərtib edilmişdir.

Azərbaycan Respublikasında Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası (AR XİF ƏN)



  • Milli kombinə edilmiş tarif statistika təsnifatı olub, 9 rəqəmli kod sisteminə malikdir. AR XİF ƏN-in hüquqi bazasını Harmonik Sistem (HS) haqqında Beynəlxalq Konvensiya (14.06.1983) və MDB ölkə başçılarının imzaladığı (03.11.1995) regional razılaşma təşkil edir (cədvəl 2):

Cədvəl 2

AR XİF ƏN-nin strukturu və hüquqi bazası

Səviyyə

Kodun uzunluğu

Hüquqi baza

Nomenklaturanı istifadə edən ölkələr

HS

6 rəqəmli

HS haqqında Beynəlxalq Konvensiya

177-dən çox ölkə

SN

8 rəqəmli

-

AB ölkələri, həmçinin MDB ölkələri

MDB XİF ƏN

9 rəqəmli

MDB XİF ƏN

Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, RF, Tacikistan, Türkmənistan, Ukrayna

Qeyd: HS-Harmanized (Commasity Desrictions and Cadining) System – Harmonik sistem:

CN-Combined Nomenclature – Kombinə edilmiş nomenklatura

MDB XİF ƏN dünya təcrübəsində istifadə edilən malların təsviri və kodlaşdırılması Ahəngdar (harmonik) sistemin əsasında qurulmuşdur. Harmonik sistemin yaradılmasınn özünəməxsus tarixi vardır.

İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında hal-hazırda tətbiq edilən xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası Ahəngdar sistem və Avropa Birliyinin kombinə edilmiş əmtəə nomenklaturasının əsasında və onlara uyğun tərtib edilmişdir.

XİFƏN tətbiq edilən malın işarə kodu 8 rəqəmdən ibarətdir: 1-6-cı rəqəmlər ASN qəbul edilmiş kod işarəsinə, 7-8-ci rəqəmlər ABKN koduna uyğun gəlir, 9-cu dərəcə isə ənənəvi milli mallara uyğun olaraq tətbiq edilir. Hələlik mal mövqeləri daha dərin detallaşdırılmadığından 9-cu rəqəm sıfır (0) qəbul edilir.



MDB XİFƏN, AS və ABKN üzrə kodların münasibəti

XİFƏN üzrə malın kodu (9 işarə)

X

x

x

x

X

x

x

x

x

Ahəngdar sistemə görə malın kodu (6 işarə)

Avropa Birliyinin əlavə detallaşdırması (7-ci və 8-ci işarələr)




ABKN üzrə malın kodu

0

1997-ci ildən fəaliyyətdə olan MDB ölkələrinin Xarici İqtisadi Fəaliyyət Vahid Əmtəə nomenklaturasının tamamlanmış ikinci nəşri gömrük sənədlərinin unifikasiyası və gömrük əməliyyatlarının sadələşdirilməsi prosesini əks etdirir. Ahəngdar sistemdə baş vermiş dəyişikliklər nəzərə alınmış submövqe səviyyəsindəki kod dəyişiklikləri nəzərə alınmış, bəzi submövqelər ümumiyyətlə çıxarılmışdır.

Malların kodunun düzgün təyin edilməsi üçün MDB XİFƏN-in üç tərkib hissəsindən: nomenklatura hissəsi, bölmə və qruplara qeydlər, MDB XİFƏN –in əsas interpretasiya qaydalarından istifadə edilməlidir.

Əsas interpretasiya qaydaları kodun təyini üçün kompleks vasitə hesab edilir. Belə qaydalar altıdır. Birinci 5 qaydaya əsasən mal mövqeyi (ilk 4 işarə), altıncı qaydaya əsasən submövqe (Ⅴ və Ⅵ dərəcə) və yarım submövqe (Ⅶ,Ⅷ və Ⅸ dərəcələr) tapılır.

Birinci qayda

Bölmələrin, qrupların və yarımqrupların adları MDB XİFƏN-ə uyğun olaraq işdə rahat istifadə edilmə üçün nəzərə alınır: hüquqi məqsədlər üçün XİFƏN-də malların təsnifatı mal mövqelərinin mətnindən, bölmə və qruplara qeydlərindən çıxış edilməklə həyata keçirilir.



İkinci qayda

  1. Mal mövqeyinin adındakı hər hansı qeyd-şərti belə malın komplektləşdirilməmiş, yaxud tamamlanmamış şəklinə də aid edilməlidir, bu şərtlə ki, komplektləşdirilməmiş və tamamlanmamış halda da bu mal bitkin malın əsas xüsusiyyətlərini özündə əks etdirmiş olur.

Təcrübədə bir çox mallar komplektləşdirilməmiş və ya bitirilməmiş, yaxud yığılmamış (sökülü) vəziyyətdə göndərilir. Belə halda göndərilən mal komplekt və bitkin malın xassələrinə malik olmalıdır. Yəni, göndərilən mal dərhal istifadəyə hazır deyil, amma hazır məmulatın təqribi formasına malikdir və bəzi əməliyyatlar sayəsində tamamlana bilər.

Bu qaydanın əsas ideyası ondan ibarətdir ki, baxılan mallar bitkin mallarla eyni mövqedə yerləşir.



  1. Mal mövqeyinin adındakı hər hansı qeyd-şərt belə malın qarışıq və birləşməsinə də aid edilməlidir. Hər hansı materialdan əmələ gələn mala aid gəlan qeyd-şərt tamamilə, yaxud qismən bu materialdan ibarət olan mala da şamil edilir.

Üçüncü qayda

Əgər ikinci qaydanın b) bəndinə yaxud bu və ya digər səbəbdən malın iki və ya daha artıq mal mövqeyinə aid edilməsi mümkündürsə, belə malların təsnifatı aşağıdakı kimi həyata keçirilir:



  1. O mal mövqeyinə üstünlük verilir ki, b) malın daha konkret təsvirini müəyyən edir. Bununla belə, əgər iki, yaxud daha çox mal mövqeyindən hər biri çoxkomponentli məmulatın, yaxud qarışığın yalnız bir hissəsinə aiddirsə, onlardan birinin daha dəqiq təsvir verdiyinə baxmayaraq, belə mal mövqeləri bərabər əhəmiyyətli hesab edilir.

  2. Müxtəlif materiallardan ibarət, yaxud müxtəlif komponentlərdən hazırlanmış qarışıq və çoxkomponentli məmulatlar və bu qaydanın a) bəndi ilə təsnifatlandırıla bilməyən mallar həmin malların əsas xüsusiyyətlərini səciyyələndirən material və tərkib hissəsinə görə təsnifatlandırılmalıdırlar (əgər bu meyar tətbiq edilə bilirsə).

  3. Təsnifatı 3 a) və b) qaydalarına görə təsnifatlandırıla bilməyən mallar mal mövqeləri içərisində kodun böyüməsi qaydasında axırıncı mövqedə təsnifatlandırılmalıdır.

Dördüncü qayda

İlk üç qayda isə təsnifatlandırıla bilməyən mallar baxılan mallarla ən uyğun (yaxın) olan malın mövqeyində təsnifatlandırılmalıdırlar.



Beşinci qayda

Müəyyən məmulatların, yaxud məmulatlar qrupunun saxlanılması üçün nəzərdə tutulan və ya xüsusi forması olan qab-tara mənsub olduğu mallarla birlikdə təqdim edilirsə, qablaşdırıldığı məmulatlarla birgə (məsələn, musiqi aləti və çexolu) təsnifatlandırılmalıdır.



Altıncı qayda

Hüquqi məqsədlər üçün hər hansı mal mövqeyinin submövqeyindəki mallarıntəsnifatı submövqelərə və onlara aid qeyd-şərtlərə uyğun olaraq bir səviyyədəki submövqelərin müqayisə edilə bilən olması şərti ilə həyata keçirilə bilər. Bu qaydanın məqsədləri üçün, həmçinin, bölmə və qruplara qeyd-şərtlər (əgər başqa şey nəzərdə tutulmamışsa) tətbiq edilə bilər.

Bu qaydanın bir səviyyədəki submövqelərin müqayisəsi baxımından şərhə ehtiyacı var. Məsələ bundadır ki, Ahəngdar sistemin xüsusiyyətlərindən biri də “defis sisteminin” mövcudluğudur. Defis sistemi detallaşdırılan submövqelərin və yarımsubmövqelərin adlarının qarşısında müəyyən sayda xətlərin (defislərin) qoyulmasını nəzərdə tutur.

Defislərin sayı submövqenin səviyyə nömrəsinə bərabər olur. Müxtəlif sayda defislərin qoyulması detallaşdırılmanın dərinliyini göstərir və müəyyən edilmiş alqoritm üzrə (azdan çoxa) uyğun malların axtarışını asanlaşdırır.



NƏTİCƏ

Gömrük sərhədindən keçirilən malların başlıca xarakterik xüsusiyyəti onların maddi-mövcudluq forması və daşınma qabiliyyətliliyidir. Bu xüsusiyyətlər Gömrük Məcəlləsində istifadə edilən əsas anlayışlar sistemində öz əksini tapır.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 10-cu maddəsinin 12-ci bəndində, eləcə də 210-212-ci maddələrinə görə xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının bilavasitə aparılması və təkmilləşdirilməsinin əsas funksiyalarından biri olub gömrük orqanları tərəfindən həyata keçirilir.

Müxtəlif ölkələr və təşkilatların nöqteyi nəzərincə - nomenklaturaları hər biri üstünlüklərlə bərabər, müəyyən qüsurlara da malik idi. Ancaq sonralar bu qüsurlar ardan qaldırıldı.

Beləliklə, beynəlxalq ictimaiyyətin qarşısında ticarət sənədlərinin göstəricilərinin səmərəliləşdirilməsi ahəngdarlaşdırılması məsələsi öz həllini tələb dirdi. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (AİK) Gömrük Əməkdaşlığı Şurasına vahid beynəlxalq əmtəə təsnifat sisteminin yaradılmasının mümkünlüyünü araşdırmaq tapşırığı verdi. Bu sistem malların təsviri və kodlaşdırılmasının ahəngdar (harmonik) sistemi adını aldı. Hazırlanan nomenklatura həm gömrük, həm də statistika məqsədləri üçün yararlı olmalı idi. Bu zərurət də öz növbəsində elmi-texniki tərəqqi şəraitində beynəlxalq ticarətdə əmtəələrin nomenklaturalarının hiss olunacaq dərəcədə genişlənməsi və mürəkkəbləşməsi ilə bağlı idi.

MDB Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası (XİFƏN) dünya təcrübəsində istifadə edilən malların təsviri və kodlaşdırılması harmonik sistemin əsasında qurulmuşdur.

Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında hal-hazırda tətbiq edilən xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası harmonik sistem və Avropa Birliyinin kombinə edilmiş əmtəə nomenklaturasının əsasında və onlara uyğun tərtib edilmişdir. Beləliklə, əmtəə nomenklaturasının köməyi ilə malların təsnifatlandırılması: malları kodlaşdırmağa, iqtisadi xarakterli gömrük əməliyyatlarını aparmağa (rüsum tutmağa, gömrük dəyərinin təyini və s.); xarici ticarətin mal srtukturunu öyrənməyə imkan verir.

ƏDƏBİYYAT

Azərbaycan Respublikası Gömrük Məcəlləsi.Qanun 2005

Gömrük işinin təşkili və idarə edilməsi.A.Ş.Şəkərəliyev.Qanun 2003

Gömruk ekspertizası.Qanun 2003



Gömrük işinin təşkili və idarə edilməsi.ADİU.Bakı 2006







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə