Refera t mövzu : “Torpaq yosunları ” Işlədi: magistr. E.Ş. Namazov




Yüklə 46.87 Kb.
tarix25.04.2016
ölçüsü46.87 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Kafedra: Torpaqşunaslıq,aqrokimya və Ekoloji

kənd təsərrüfatı


R E F E R A T



Mövzu : “Torpaq yosunları
Işlədi: magistr .E.Ş.Namazov

Yoxladı : K.t.e.n.assisent A.M.Vəliyeva



GƏNCƏ – 2009

1. Giriş

2.Yosunların torpaq həyatındakı rolu.

3.Göy-yaşıl yosunlar.

4.Yaşıl yosunlar və onların sinifəri.

5.Diatom yosunlar

6. Yosunların kənd təsərrüfatında və xalq təsərrüfatında əhəmiyyəti.

7. Ədəbiyyat siyahısı




Giriş

Yosunlar(Alqae) Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxmi nən milyon yarım – iki milyon il planetimizin vahid canlıları olmuşlar.Bu qədim aerob fotosintezedici orqanizmlərin sayəsində heterotroflar yaşaya bilmişlər. Yer üzə ində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır.

Bu orqanizmlər günəş düşən durğun sularda torpaqda,hətta qayalar üzərində və s.geniş yayılmışdır. Bunların 125000-dən çox növləri məlumdur.

Yosunlar ibtidai avtotrof bitkilər olub ,əsasən suda yaşayırlar.Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub,müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar. Tərkibində xlorofil və digər piqmentlər olduğuna görə bitkilər kimi fotosintez qabiliyyətinə malikdir.

Yosunların diferensiasiya olunmuş kökləri,yarpaqları,çiçəkləri və toxumları olur. Onların orqanizmi tallom adlanan gövdə cismindən ibarətdir.Çox iri ölçülü bəzi yosunlar rizoidlərlə(yalançı köklərlə)substrata yapışır.Bu orqanizmlər sadə bölünmə, zoosporlar və cinsiyyətli yolla çoxalırlar.Bəzilərində nəsil növbələşməsinə də (qonur yosunlarda) təsadüf olunur.

Yosunların tərkibində olan rəngli piqmentlər onları bitkilər aləminə aid edir.Təbi idir ki, ibtidai bitkilərin təkamülündə bu orqanizmlər keçid rolu oynamışlar.

Yosunlar fitotrof olduqlarına görə əsasən torpağın üst qatında (0-10sm) yayılmışlar və dərinliyə getdikcə onların miqdarı azalır.Lakin 2-3 m dərinlikdə nadir halda tək-tək müşahidfə olunur.

Torpaqda qızılı və qırmızı yosunlara nadir halda rast gəlmək olur.Əkilən torpaqlarda yosunların miqdarı xam torpağa nisbətən yüksək olur.Hesablamalar göstərir ki, 10sm-ə qədər dərinliyi olan 1qr torpaqda 100000-300000-dək,əkilən torpaqlarda isə 1 milyondan3 milyona qədər yosun hüceyrələri müşahidə olunur. Deməli 1 ha torpaqda 100-200 kq-a qədər yosun biokütləsi olur.Bu qədər çəkiyə malik biokütlə torpaqda fəal inkişaf edib,çoxalır və torpaq həyatında mühüm rol oynayırlar. Yosunlar torpaq həyatında bir sıra proseslərdə fəal iştirak edirlər.:

1.Yosunlar torpağı üzvi maddələrlə zənginləşdirir və bəziləri azot fiksə edir və digər mikroorqanizmlərin inkişafını stimulə edir.Fotosintez prosesi nəticəsində topladıqları üzvi birləşmələr yosun tələf olduqdan sonra torpağa keçir.

2.Əmələ gələn üzvi birləşmələr nəinki bakteriyaların yemini, hətta torpaqda toplanan humusun əsasını təşkil edir.

3.Mineral suxurların torpağa çevrilməsi prosesində yosunlar əsas rol oynayır. Krakatau adasında püskürən vulkan bütün canlıları məhv etmiş və hər yeri mineral kütlə olan isti lava örtmüşdü, lakin suxurlar soyuduqdan sonra onun üzərində əmələ gələn ilk cnlı yosunlar olmuşdur. Bunların əmələ gətirdikləri metabalizm məhsulları ilə həmin suxurlar tədricən parçalanır və orada üzvi maddələr,humus əsasən yosunlar hesabına əmələ gəlmiş və beləliklə,bitkilərin inkişafı üçün şərait yaranmışdır.Analoji hala məhsuldar olmayan torpaqlarda da rast gəlmək olur.

4.Yosunlar torpağın üst qatında inkişaf edərək,onun üzərini pərdə ilə örtür və beləliklə torpağı eroziyadan qoruyur. Belə pərdənin altında su rejimi və fiziki-kimyəvi şəraiti də dəyişir ki, bu da öz növbəsində torpağın formalaşmasına təsir göstərir.

5.Yosunların ifraz etdiyi selik bilabasitə torpağın strukturlaşmasına kömək edir.

6.Yosunların tənəffüs nəticəsində əmələ gətirdikləri O2 bitkilərin köklərinin oksigenə olan tələbatını ödəyir və eyni zamanda torpaqda yaşayan aerob bakteriya və göbələklərin inkişafları üçün şərait yaradır,bunlar da öz növbəsində üzvi maddələrin minerallaşma prosesini aparırlar.

7.Torpaqdakı yosunlar orada yaşayan ibtidailərin yemini təşkil edir.

8. Yosunların torpaq həyatındakı ən böyük rolu torpaqda azot rejimini tənzim etməkdir. Onlar bir tərəfdən torpaqda olan azotlu maddələri alıb,öz bədənlərində üzvi azotlu birləşmələrə çevirirlər və beləliklə də azotun bir hissəsi bitkilər tərəfindən mənimsənilən formaya keçir.Digər tərəfdən də burada olan yosunların bir çox növləri torpağın atmosfer hesabına azotlu maddələrlə zənginləşməsini təmin edirlər.

Hindastanda,yaponiyada və Çində göy-yaşıl yosunlardan düyü əkilən sahənin məh suldarlığını artırmaqda azot mənbəyi kimi istifadə olunur.

Yosunların böyük praktik əhəmiyyəti vardır, bunlar müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Hər şeydən əvvəl yosunlar əsas qida mənbələrindən biridir. Bunların bir çox növləri insan qidasını,dəniz heyvanlarının,xüsusilə balıqların, xərçəngkimilərin və s.yemini təşkil edir.Yosunlar suyun öz-özünə tənzimlənməsində , mineral suxurların parçalanmasında mühüm rol oynayır. Yosunların bəzi növlərindən polisaxarid-algin,qırmızı və qonur yosunlardan isə mikrobiologiyada geniş tətbiq edilən aqar-aqar alınır.Qonur yosunlardan alınan algin və alginatlar yapışdırıcı xüsusiyyətə malik olduğundan bunlar yeyinti məhsullarına,dərman preparatlarından həblər hazırlanmasında,kağıza,sintetik liflərə və plastik kütlələrə qatılır.

Yosunlar kosmosun fəth edilməsi problemində də böyük əhəmiyyətə malikdir. Onlar atmosferdə olan CO2–ni mənimsəyib O2 xaric edir. (Məsələn, xlo rella) Yosun ların torpaqda da rolu böyükdür.Bunların arasında atmosfer azotunu fiksə edən növlər də məlumdur.

Yosunların çoxalıb yayılması ilə dənizlərin ,göllərin, su hövzələrinin məhsuldar lığı hesablanır.

Yosunların ifraz etdiyi selik torpağın strukturuna təsir edir.Mikroskopik yosunların bir çoxu torpaqda yaşayan ibtidailərin qidasını təşkil edir.Humusun əmələ gəlməsində və bitkilərin oksigenlə təmin edilməsində bunlar böyük rol oynayır.Torpağın məhsuldarlığını artırmaqda bəzi yosunlardan gübrə kimi istifadə olunur.

Torpaqda mühüm rolu olan yosunlardan –prokariotlara aid olan göy yaşıl,əsil yosun lardan isə yaşıl və diatom yosunları göstərmək olar.

Göy-yaşıl yosunlarCyanophyta . Bu yosunların hüceyrə quruluşu və nüvə aparatına görə prokariotlara aid olduğuna baxmayaraq,onlar yosun kimi yosunların arasında verilmişdir.Bu yosunları bakteriyalarla əlaqələndirən tipik xüsusiyyətlər dən biri onların qılafının daxili hissəsinin Murelindən ibarət olub Lizosimə həssaslığı, nüvə maddəsinin ,hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması, mitoxondri və xloroplastların olmamasıdır.Göstərilən bu əlamətlər onlarıprokariotlara daxil etməyə imkan verir.

Göy-yaşıl yosunlar əsasən cənub zonasının çöl və səhra torpaqlarında yayılıraq torpağın üst səthində dərivarı örtük əmələ gətirir.Onlar yer kürəsinin ən qədim fotoavtotrof orqanizmlərindən olub həyatın ilk orqanizmləri-canlıları hesab olunur.Torpaq həyatına uyğunlaşmış bu yosunlar iqlimin dəyişməsi-quraqlıqla əlaqədar onlar efemerdirlər.Rütubətlə əlaqədar sürətlə çoxalır,yayın quraqlığında və qışda sakit vəziyyətə keçirlər. Göy-yaşıl yosunlar müxtəlif torpaq tiplərində yayılmış bir hüceyrəli,koloniyal formalı ,sap şəkilli və dəyişkən rəngdə ola bilirlər.Bu yosunlar adətən yayda sürətlə inkişaf edərək onun bozumtul-göy rəngdə görünməsinə səbəb olur və müəyyən müddətdən sonra sporlar əmələ gətirib tələf olurlar.Bu yosunlar üzvi maddələrlə zəngin ,çirkli sularda daha sürətlə çoxalırlar.Onlarda avtotrof qidalanmadan əlavə miksotrof(qarışıq) qidalanmanın olduğu da məlumdur.

Göy-yaşıl yosunlar tək hüceyrəli və ya koloniyal formalı olub quruluşları digər yosunlarla müqayisədə çox sadədir.Sap formalı olanların hüceyrələri biri-birindən nazik,çox qatlı hüceyrə divarı-plazmodesma ilə ayrılır.Yosun zəncirinin üzərini trixoma adlanan selikli 4 qatlı hüceyrə qılafı əhatə edir ki, bu da polisaxarid,pektinli maddələr və mureindən ibarətdir.Göy-yaşıl yosunların sentroplazmasında nüvə maddəsi-DNT lokalizə olunub,lakin nüvə qlafı və nüvəciyi yoxdur ki, bu da onları bakteriyalara bənzədir.Lakin fotosintez nəticəsində bitkilər kimi oksigen xaric edirlər.Onların fotosintezedici membranı-tilakoidlər periferik plazma-xromoplazmada yerləşir.Ona yaşıl rəng verən xlorofil «a» , narıncı karotin,göy fikosian, qırmızı-fikoeritrin piqmentləri, müxtəlif ksan tofillər və b olur.Onlarda piqmentlərin olması qamçılı stadiyanın olmaması bu orqanizmləri qırmızı yosunlarayaxınlaşdırsa da hüceyrə quruluşu və s. xüsusiyyətləri onlarıprokariotlara daxil etməyə imkan verir.Çoxalmaları təkhüceyrəlilərdə sadə,sap şəkillilərdə isə hormoqoniya,heterosista və akinetlərdə gedir.Torpaqda onlar geniş yayılmışlar və orada əsasən Chroococcus, Synechococ cus, Microcystis,Nostoc,Anabaena,Rivularia və s.cinslərinə təsadüf olunur.Atmosfer azotunu fiksə edən göy-yaşıl yosunların torpağı azotla zənginləşdirdiyini nəzərə alıb düyü əkilən sahələr həmin yosunlarla yoluxdurulur. Bu yosunlar amin turşuları,vitamin B12 və s.metabolitlər də əmələ gətirirlər.



Yaşıl yosunlar . Bu yosunların xloroplastlarının tərkibində «a» və «b» xlorofil lər üstünlük təşkil etdiyinə görə yaşıl ot rəngində olurlar.Şirin sularda, dənizlərdə, göllərdə,ağac qabıqları üzərində və torpaqda yaşayırlar.Yaşıl yosunların hüceyrə daxilindəm təmiz,yaşıl xromotoforu vardır.Bunun tərkibində ali bitkilərdə olan xlorofil «a», xlorofil «B»,əlavə karotin və ksantofil də olur. Hüceyrə daxilində ali bitkilər kimi ehtiyat qida maddəsi nişasta toplanır.Bəzilərinin hüceyrələri çılpaq, əksəriyyəyində isə pektin və sellülozadan ibarət qılaf vardır.Bu yosunların bəzi birhüceyrəli nümayəndələrində vegetativ çoxalma gedir ki,burada sadəcə olaraq hüceyrə ikiyə bölünür.Lakin əksər yosunlar üçün xüsusi sporlarla(Zoosporlarla, Aplanospor )gedən geyri-cinsi çoxalma daha səciyyəvidir. Yaşıl yosunların müxtəlif növlərində cinsiyyətli çoxalma da müşahidə edilir ki,bu da izoqamiya,hetoroqamiya ,ooqamiya,holoqamiya tipli ola bilər.Bütün cinsiyyətli çoxalmalarda iki qametin nüvələrinin birləşməsindən təknüvəli diploid ziqota əmələ gəlir.Bu qalın qabıqla örtülərək,sakit dövr keçirdikdən sonra ,əlverişli şəraitə düşdükdə inkişaf edib yeni yosun əmələ gətirir. Yaşıl yosunlar 3 sinfə bölünür:

1.Əsil yaşıl yosunlar və ya bərabər qamşılılar;

2.Sifonlular;

3.Konyuqat yosunlar.



Əsil yaşıl yosunlar və ya bərabər qamçılılar sinfinə müxtəlif sıralar-volvokslar,xlorokokklar,ulotrikslər,xetaforalar,edaqoniyalar,sifonokladilər,briopsidlər aiddirlər.

Sifonlular sifonal tipli struktur,yəni arakəsməsiz olmaları ilə səciyyələnir.Tallomu iridir,qılafı var,altında sitoplazma yerləşir və orada çoxlu dairəvi xloroplastlar və bir neçə nüvə olur.Çoxalmaları vegetativ və cinsiyyətli gedir.(hetero və izoqamiya) Əksəriyyəti dəniz bitkiləridir.

Torpaqda yaşıl yosunların Chlamidomonodinaceae, Phorourococcaceae, Ulot hrichaceae,Chaetophoraceae,Chlorococcaceae,Scenedesmaceae fəsillərinin nüma yəndələri və müxtəlif qamçılılardan isə Heterosiphonalessırasının n


ümayəndəsi bot ridium geniş yayılmışdır.


Diatom yosunlar. Yosunların geniş yayılmış qrupu olub bütün Yer kürəsinin hər yerində-dənizlərdə,şirin sularda və torpaqda geniş yayılmışdır. Bunlara hətta rütubətlı qayalarda da təsadüf oluna bilər. Diatom yosunlar təkhüceyrəli,və ya kolonial orqanizmlər olub,üzərləri mürəkkəb quruluşlu,tərkibində silisium olan hüceyrə qılafı ilə örtülüdür.Bu qlaf biri digərinə geydirilmiş iki qapaqdan ibarət (epitek və hipotek) qutunu xatırladır.Diatom yosunlarda pektin maddəsindən təşkil edilmişdaxili qılaf da vardır.Protoplazma əsas hüceyrənin kənar hissəsində yayılmışvə mərkəz hissədə vakuol yerləşir. Bu yosunlar birnüvəlidir.Hüceyrədə bir iri lövhəşəkilli və ya bir neçə sarı və ya qonur rəngli xromotofor vardır ki,bunun da tərkibində xlorofillər və karotindən əlavə bir sıra ksantofillər ,xüsusilə yaşıl rəngini itirən fukoksantin kimipiq mentlər olur.

Bu yosunlar əsasən vegetativ yolla hüceyrənin ikiyə bölünməsi ilə çoxalır.Bəzi sentriklərin nümayəndələrində iki qamçılı spermatoidlərlə gedən ooqamiya tipli artma, lələklilərdə konyuqasiyaya bənzər cinsiyyətli çoxalma da məlumdur. Bunların həm hərəkətli,həmdə sualtı əşyalara yapışmış hərəkətsi formaları vardır. Diatom yosunların təkhüceyrəli formalarından əlavə koloniya təşkil edən nümayəndələri də nəzərə çarpır.Bunlarda koloniya fərdlərin bir-birindən ayrılmaması nəticəsində əmələ gəlir.Bu orqanizmlər iki sinfə bölünür: Lələklilər-Penntae və sentriklər-Centrcae

Lələklilər sinfinə daxil olan nümayəndələrində uzunsov ikitərəfli simmetrik qapaqlar olur,ikinci sinif isə radial quruluşlu dairəvi qapaqların varlığı,tikişlər,düyüncüklərin olmaması və hərəkətsiz olmaları ilə xarakterizə olunur.

Lələklilər sinfinə Pinnularia,Navicula, Fragillaria,Synedra və digər nümayəndələr daxildir. Sentriklər sinfinin tipik nümayəndəsi Cuclotella-dır.Diatom yosunlar dənizlərdə,okeanlarda üzvi maddələrin toplanmasında mühüm rol oynayır.Bunların zirehindən əmələ gəlmiş dağ suxuru diatomotdən insanlar istilik və səs izolyasiyasında,metalların hamarlanmasında,yeyinti sənayesində süzgəc kimi istifadə edirlər.



ƏDƏBİYYAT SIYAHISI



  1. Məmmədov Q.Ş.Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi, Bakı,2005

  2. Qasımova H.S. Torpaq mikrobiologiyası, Bakı, BDU nəşri, 2007

  3. İ.P.Babyeva,Q.M.Zenova, Biologiya poçv, M.: İzd-vo Moskv.un-ta , 1983

  4. Mişustin E.H. ,Emtsev V.T. Mikrobiologiya, M.: Aqropromizdat,1987,

  5. Əhmədov Ə.R Torpağın biologiyası və ekologiyası-Bakı, BDU,2002

  6. Əhmədov Ə.R Torpaq, ərzaq məhsulları və sağlamlıq-Bakı, Şirvannəşr,2003





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə