Refera t mövzu : “Torpaq canlıları ” Işlədi: magistr. E.Ş. Namazov




Yüklə 79.37 Kb.
tarix22.04.2016
ölçüsü79.37 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Kafedra: Torpaqşunaslıq,aqrokimya və Ekoloji

kənd təsərrüfatı


R E F E R A T



Mövzu : “Torpaq canlıları
Işlədi: magistr .E.Ş.Namazov
Yoxladı : K.t.e.n.assisent.

A.M.Vəliyeva


GƏNCƏ – 2009

MÜNDƏRİCAT



  1. Giriş

  2. Torpağın heyvanat aləmi və onların xüsusiyyətləri

  3. İbtidailər və digər canlılar.

  4. Torpaqda yaşayan heyvanlar.

  5. Istifadə olunana ədəbiyyat siyahısı


1.Giriş

Orqanizmlərin torpağın təsirləri ümumi - geokimyəvi qanunlar baxımından qiymətləndirsək, onda V.L.Vernadskinin fikrinə görə torpağın canlı hissəsinə “canli maddə” kimi baxmaq lazımdır. Canlı aləmin müxtəlifliyi uzun müddət bitki və heyvanlar aləminə bölünmüş, bu da təbiətin flora və faunası kimi məlumdur.Bu ideya Aristoteldən başlayaraq K.Linneyin “Təbiətin sistemi”qanunu kimi davam etmişdir. Canlıların təsnifat bölgüsünün belə məhdudlaşdırılması onların qidalanma tipinə görə izah olunurdu. Bitkilər aləmi avtotrof, heyvanlar aləmiisə heterotrof qidalanmaya aid edilirdi.Bitkilərdə hüceyrə divarını xitinli olması və ya bunun heyvan hüceyrələrində olmaması,canlıların hərəkətli və ya hərəkətsiz həyat tərzləri, ətraf mühit amillərinin təsirinə daha fəal və ləng cavab reaksiyaları və s. bu 2 aləmi fərqləndirirdi.Lakin belə əlamətlərə görə böıgü reallığı tam əks etdirmir. Çünki, mikroskopik oraqnizmlərdən göbələklər və bakteriyalar floraya- bitkilər aləminə aid edilirdi.

Bir hüceyrəli mikroskopik orqonizimlərin ətraflı öyrənilməsi arasında bir sıra oxşarlığın olması canlıların bitkilər (flora) və heyvanlar (fauna) aləminə bölünməsində çətinlik yaratdı.Məsələn; bəzi bir hüceyrəli heyvanda (yaşıl evqlenada) xlorofil olduğu üçün yaşıl bitkilər kimi işıqda avtotrof qidalanırlar . Lakin hüceyrənin quruluşuna görə onlar ibtidai heyvanlara aid edilirlər.

Hidra otraq həyat keçirdiyinə,vegetativ (bədən hissələri və tumurcuqla) çoxalmasına görə bitgilərə oxşayır, bədən quruluşuna, sinir hüceyrələrinin olmasına, qidalanmasına görə isə heyvanlara oxşayır.Bu təsnifat prinsiplərində ki,çətinliklərdən uzaqlaşmaq üçün E.Hekkel canlı təbiətin 3-cü aləmini ən ibtidai orqanizmləri təklif etmiş və bunlara yosunları,ibtidai heyvanları,göbələkləri və bakteriyaları aid etmişdir.Müasir biologiyada canlılar aləminin sayına aid tam dəqiqləşdirilmiş vahid fikir yoxdur.Lakin hazırda canlı orqanizmləri quruluş xüsusiyyətlərinə,qidalanma üsullarına, ekoloji funksiyalarına və yaşayış şəraitinə,münasibətlərinə görə dörd: bitkilər,heyvanlar,bakteriyalar və göbələklər aləminə bölünürlər.

A
Gəmirici heyvanlar

Göbələklərci heyvanlar

Bakteriyalar

Bitki kökləri

Həşəratlar
li bitkilərin böyük əksəriyyəti torpaqda kök sistemlərini yayıb inkişaf edirlər,ibtidai bitkilər (yosunlar) su mühitindən əlavə torpağın səthində və torpaq qatlarında yayılırlar.

Torpaqda yaşayan müxtəlif ölçülü heyvanlar torpaqdan yaşayış məskəni kimi istifadə etməklə kapilyar məsamələrdə,aqreqatlar arasında,bərk hissəciklərin səthində,su pərdələrində yayılmaqlayaşayıb çoxalırlar.Digərləri torpaqda yol açır torpağın qatlarını dəyişdirir. Başqa bir qrup torpağa müvəqqəti daxil olurlar,ondan qış mərhələsində sakitlik dövrünü keçirmək üçün sığınacaq kimi istifadə edirlər .

Torpaqda məskunlaşan bütün biotalar müəyyən vaxt və zaman daxilində əsaslı dəyişməyə məruz qalırlar . Lakin torpağın biotasının əsas tərkibi əmələ gələn torpaq tipinin əlamətlərini və funksiyasını özündə saxlayır.



2.Torpağın heyvanat aləmi və onların xüsusiyyətləri
Bioloji yolla ilk üzvi maddə sintez edən produsent orqanizmlərin (yaşıl evqlena, yosun və yaşıl bitkilər ) əmələ gətirdikləri məhsullar birinci növbədə onların özləri tərəfindən ,sonradan isə produsent orqanizmlərin canlı və cansız üzvi maddələri heterotrof orqanizimlər tərəfindən mənimsənilməklə bioloji dövrana daxil olurlar.

Produsent orqanizmlərin bioloji kütləsindən qida və enerji mənbəyi kimi istifadə edən heterotroflar qidalanmasına görə iki yerə bölünürlər.birbaşa canlılarla qidalanan orqanizmlər-biotroflar,canlıların tullantıları və ölmüş orqanizmlərin qalıqları ilə qidalananlar isə saprotroflar adlandırılır. Torpaqda yaşayan heyvanlar bu prosesin müəyyən mərhələsində ( yəni üzvi maddələrin təkrar emal olunmasında ) fəal iştirak edirlər.Lakin üzvi qalıqların çevrilməsində və son həddə kimi minerallaşmasında torpaq heyvanlarının rolu göbələklər və bakteriyalara nisbətən çox azdır. Çox keçmişdən heyvanların torpağa mexaniki təsir göstərməsi mütəxəsislərin diqqətini daima cəlb etmişdir.Ç. Darvin hələ 1837-ci ildə kotanın ixtirasından xeyli əvvəl soxulcan tərəfindən torpağın yumşaldıldığını göstərmişdir.Oxşar fikirlə Levakovun (1871) tədqiqatlarında da qeyd olunmuşdur. O göstərir ki, torpaqda yaşayan canlılar torpağı eşib- qarışdırmaqla ona hərtərəfli təsir göstərirlər.

Torpaqda yaşayan heyvanlar nəinki torpağa mexaniki təsir göstərirlər, eyni zamanda torpağın kimyəvi tərkibinin dəyişməsində, humusun sintez prosesinin fəallaşmasında strukturanın yaranmasında torpağın hava, istilik, su nrejimlərinin yaxşılaşmasında, bioloji fəallığın artmasında və xassələrinin dəyişməsində də güclü təsirə malikdirlər.Bütün bu kompleks biosenoz sistem torpaq münbitliyinin yaranmasında əsas amil hesab olunur.

Torpaqla əlaqəsi olan bütün onurğasız heyvanları 3 qrupa bölmək olar.



1.Geobiontlar- (daim torpaqda yaşayan canlılar )- bunlara yağış qurdunu, çox qıllıları və s. göstərmək olar.

2.Geofillər-(inkişafının müəyyən mərhələsini torpaqda yaşayanlar)-bunlara böcəklərin süfrələrı, yastıbığlı böcəklər, xırıldaq böcəklər aiddirlər.

3.Geoksenlər-(torpaqla müvəqqəti təmasda olanlar)- bunlara bəzi həşaratlar aiddirlər. Həyat tərzi torpaqla əlaqəli olan canlılarda həmin şəraitə məxsus müxtəlif uyğunlaşmalar əmələ gəlir.

Anatomik uyğunlaşmada bədən səthində örtük pərdənin quruluşunda, bədənin daxili orqanlarında, xüsusilə ifrazat, tənəffüz sistemində yeni əlamətlər qeyd olunur.Fizioloji uyğunlaşma isə maddələr mübadiləsinin dəyişməsi, temperaturanın, soyuğun təsirinə dözmək və s.ilə əlaqədardır.Torpağın funksiyasında orada yaşamış və yaşayan canlıların yaratdıqları biosenozlar əvəzsiz rol oynayırlar. Xüsusilə, biosenozu təşkil edən növlərin qarşılıqlı təsirləri və qarşılıqlı əlaqələrı torpağın fasiləsiz olaraq keyfiyyətcə dəyişməsinə səbəb olur.Torpağın şumlanması , suvarılması , gübrələnməsi və digər kimyəvi maddələrin geniş tətbiqi, bitkilərin monokultura və növbəli əkin sistemində becərilməsi təbii biosenozların süni biosenozlarla əvəz olunmasına səbəb olmuşdur.Bu prosesi V.R.Volobuyev “aqrosenoz”adlandırır.(1981).Münbit torpağın ən mühüm göstəricilərindən biri onun biosenoz qrupları təşkil edən canlıların zəngin növ müxtəlifliyinin olmasıdır.

N.M.Gernova, A.M.Bilova (1981) tərəfindən müəyyən olunmuşdur ki, münbit torpağın 1 kvm- lik qatında orta hesabla 100 milyarda qədər ibtidailərin hüceyrələri, milyonlarla rotatorilər və az hərəkətlilər, 10 milyonlarla nematodlar, 100 minlərlə gənələr, həşaratlar, kollembol,buğumayaqlılar, 10 minlərlə müxtəlif qurdlar, molyuskalar və digər torpaq onurğasızları məskunlaşır. Eyni zamanda torpa];n eyni sahəsində 100 milyonlarla bakteriyalar, mikroskopik göbələklər,aktinomisetlər və d. Orqanizmlər yaşayırlar.Torpağın işıq düşən üst qatının 1 qm. sahəsində 100 minlərlə produsent orqanizmlər; yaşıl,göy-yaşıl, diatom yosunları, göbələklər,və s.ola bilir



Heterotrof orqanizmlər

Avtotrof orqanizmlərin əmələ gətirdikləri üzvi maddələr və onların qalıqları heterotrof orqanizmlər tərəfindən mənimsənilərək bioloji dövrana daxil olurlar.Torpaq heyvanlarının –(konsumentlərin ) hesabına maddələrin kimyəvi tərkibi dəyişir, humusun əmələ gəlməsi, torpağın bioloji fəallığının artması və münbitliyinin yaranması təmin olunur.Həyat tərzinə və ölçülərinə görə torpaq heyvanlarını 3 qrupa bölmək olar; mikrofauna, mezofauna və makrofauna. Bəzən ölçülərinə görə mikrofaunadan nanofaunanı, makrofaunadan isə meqafaunanı ayırıb ayrıca qeyd edirlər.



Nanofauna- bir hüceyrəliibtidai orqanizmlər olub, ölçüləri 0,02- 0,08 mm-dən çox olur.Bunlar torpağn su fraksiyasında, su ilə dolmuş boşluqlarında yaşayırlar.`

Mikrofauna- bu qrupa çox hüceyrəli makroskopik heyvanlar-rotatorilər, nematodlar, astacalar və s. aiddirlər.Bunları bəzən manofaunaya bəzəndə də su canlılarına aid edirlər.Bunlar rütubətli mühitdə. Su və su buxarı ilə əhatə olunmuş torpaq məsamələrində yaşayırlar

Mezafauna- bu qrupa torpaqda yaşayan müxtəlif çoxsaylı canlılar aiddirlər. Bu canlıları adi gözlə, lupa və əl ilə toplamaq olur.

Mezafaunanı əsasən boğumayaqlılar, həşəratlar, çoxayaqlılar,hörümçəklər və qurdlar təşkil edir.



Makrofauna-bu qrup orqanizmlərə adətən yağış qurdu, çoxqıllılar, həşəratralın sürfələri aid edilir. Bunlar üçün torpağın bərk fazası əsas mühit hesab olunur. Ona görə də hərəkət etmələri üçün özlərinə yol açmalı olurlar.

Meqafauna- bunlara ölçüləri bir neçə sm-rə çatan iri məməli heyvanlar aiddirlər.Məs;yereşənlər(yersiçanı),iri torpaq qurdu və s-ri qeyd etmək olar.Meqafaunaya aid olan orqanizmlər torpağa güclü mexaniki təsir göstərirlər.Nəticədə torpaq qatlarını qarışdırırlar,bitki qalıqlarını torpaq qatlarına yayırlar,torpağın təbii quruluşunu da pozurlar.

Torpağın ekoloji qrup heyvanları təkcə ölçülərinə görə fərqlənmirlər,eləcə də onlarqidalanma tiplərinə-torpağa təsir etməsinə görə də fərqlənirlər.Bununla da onların qarşılıqlı bioloji əlaqələrdə trofik bağlılığı təyin olunur.



Fitofaqlar – bunlar bitkilərin canlı hüceyrələri ilə qidalanırlar və kənd təsərrüfatına böyük ziyanlar vururlar.Məsələn;may böcəyinin sürfələri ali bitkilərin köklərini yeyib məhv etməklə çuğundurun nematodları meyvə kökləri əmələ gələnə kimi qida köklərinə daxil olub məhv etməklə məhsul itkisinə əsaslı təsir göstərirlər.Fitofaqların müxtəlif növləri – alqofaqlar torpaq yosunları ilə qidalanırlar.

Zoofaqlar – torpaqda məskunlaşan bəzi heyvanlarla yırtıcılıq və ya parazitlik üsulu ilə qidalanırlar. Bunlara ibtidailərlə,həşəratlarla qidalanan bütün heyvanlar aiddirlər.Bunlardan bəziləri heyvanların ölü üzvi qalıqları ilə də qidalanır ki, bununla təbiətin,ekosistemin sanitarları rolunu oynayırlar.

Nekrofaqlar – bunlar ölmüş heyvanların cəsədindən qidakimi istifadə edirlər,təbii ekosistemin sanitarları rolunu oynayırlar.Məs;qarışqalar,may böcəyi,həşəratlar və d.-lə-rin qalıqları ilə qidalanırlar və torpaq səthini belə töküntülərdən təmizləyirlər.

Saprofaqlar – torpaq heyvanları arasında ən çox yayılmış və əhəmiyyətinə görə faydalı qruplar hesab olunurlar.Bunlara yağış qurdu,çox qıllılar,bəzi gənələr,həşəratların sürfələri və s. aiddirlər. Bu ekoloji qrup heyvanların torpaqda üzvi maddələrin çevrilməsində ki, rolu alimlərin diqqətini daha çox cəlb etmişdir.

3. İbtidailər və digər canlılar.
Biosferdə digər mikroorqanizmlərlə yanaşı ibtidailər də geniş yayılmışdır.Onların əksəriyyəti birhüceyrəli ,sadə quruluşlu,lakin sərbəst orqanizmə xas olan bütün funksiyaları icra edə bilən , hüceyrə səviyyəsində təşkil olunmuş orqanizmlərdir. Bunların 30000 mindən artıq növləri məlumdur.Aralarında sərbəst həyat tərzi keçirənlərlə yanaşı parazit növləri də vardır. İbtidailərin bir qismi avtotrof ,digəri isə heterotrof qidalanırlar.Bu orqanizmlərin bədənlərinin forması müxtəlifdir, bəziləri dairəvi,oval, digərləri uzunsov və hətta dəyişkən formalı nümayəndələrinə də(məsələn,amöblər kimi) təsadüf olunur.Bədənləri əsas iki komponentdən- sitoplazma və nüvədən ibarətdir.Si9toplazma xarıcdən 3 qatlı 7,5 nm qalınlıqlı membranla əhatə olunmuşdur.Bu membran əsasən zülal və lipoidlərdən ibarət olub ,vəzifəsi hüceyrəyə daxil olan maddələri tənzimləməkdir.Sitoplazmada ümumi hüceyrə orqonoidləri – mitoxondrilər,endoplazmatik şəbəkə, ribosomlar,holci aparatının elementləri toplanmışdır. İbtidailər bir vəya bir neçə üzəri ikiqatlı nüvə örtüklü tipik hüceyrə nüvəsinə malikdirlər. Mitoza aid qanunauyğunluqların hamısı ibtidailərə də aiddir. Bunlardan əlavə burada müxtəlif orqonoidlərə, yığılıb açılan vakuollara ,dayaq rolu oynayan fibrillərə təsadüf olunur.

İbtidailər qamçılılar, kirpiklər və yalançı ayaqlarla hərəkət edirlər. Bunlar sista əmələ gətirmək qabiliyyətinə malikdirlər. Onlar qeyri-cinsi və cinsi yolla çoxalırlar. Bu orqanizmlər mürəkkəb quruluşlu hiss orqanlarından məhrum olsalar da ,onlar isti,işıq,müxtəlif kimyəvi maddələr,habelə elektrik,ağırlıq qüvvəsi və s.təsirlərə çox həssasdırlar. Bəzi yaşıl evqlenlərdə ,zirehli qamçılılarda xüsusi işıq qıcıqlarını qəbul edən aparat vardır ki, ,buna da stiqma adı verilir. Stiqma qəti mənada orqan olmasa da primitiv gözcük vəzifəsini götürür. Evqlenin sitoplazmasında xromotosforlarda fotosintezedici xlorofil dənəciklərinin olması onun bitki və ya heyvanlara aid edilməsi sualını qarşıya qoyur.

İbtidailər də baktertiyalar kimi genişyayılmış orqanizmlərdir. əksəriyyəti dənizlərdə yaşayır. Bir çox ibtidailər isə şirin su bentosu və planktonunun tərkibinə daxildir. Lakin rütubətli torpaqda yaşayan növləri də çoxdur. Tədqiqatlar göstərir ki, 1 qram torpaqda 10000-dən 100000-ə kimi ,bəzi məhsuldar torpaqlarda isə 1000000 qədər ibtidailərə təsadüf olunur. İbtidailər əsasən torpağın 15-20 sm dərinliyinə qədər yayıla bilirlər və bütün torpaq tiplərində müşahidə olunurlar.

Qeyri əlverişli şəraitdə ibtidailər sistalaşma qabiliyyətinə malik olduqlarına görə onlar belə qeyri-fəal vəziyyətdə ,uzun illərlə(16 ilə qədər) qala bilirlər.Sistalar dairəvi formada olub ,üzəri bir neçə qılafla örtülür.

Torpaqda təsadüf olunan ibtidailərin artıb və ya azalmasına torpağın tipi,onun strukturu,dərinliyi, işlənməsi, pH-ı, onun duz tərkibi, humusun miqdarı,quraqlıq, temperatur və s. amillər təsir göstərə bilir.Bu orqanizmlərdə adaptasiya qabiliyyəti yüksək olduğuna görə onlar mühit şəraitinin dəyişməsı nəticəsində tələf olmurlar. Bitki örtüyünün də ibtidailərin yayılmasına böyük təsiri vardır.Bunların ən yüksək miqdarına bitkinin rizosferasında rast gəlmək olur.Güman olunur ki, rizosferada kökünifrazları hesabına çoxalan bakteriyalar ibtidailəri cəlb edir,onlar həmin bakteriyalarla qidalanırlar və oana görə də çoxalmaları üçün rizosferdə əlverişli şərait yaranır. İbtidailərin yüksək miqdarına yaz və payızda rast gəlmək olur.

Torpaqda yaşayan ibtidailər holofit,holozoy,saprozoy qidalanırlar. Holofit hesabına holozoy tipdə qidalanırlar.Məsələn infuzorlar kimi.İbtidailər arasında qidalanan ibtidailərin tərkibində xlorofil piqmenti olur və buna görə də bir qrup ibtidailər avtotrof qidalanırlar. Canlı bakteriyalar və digər torpaq orqanizmləri bəzən xırda ibtidailərlə qidalanan növlərə də təsadüf olunur. Saprozoy qidalanan ibtidailər suda həll olunmuş üzvi maddələri özlərinin bütün səthi ilə qəbul edirlər.

Protozolarda hətta evqenlər kimi qarışıq qidalananlar da vardırki, onlar həm holozoy və həm də saprozoy qidalanma tiplərindən istifadə edirlər və qidalanma tipləri onların hüceyrə daxilində olan piqmentlərdən əlavə piqmentlərlə sıx əlaqədardır.

Torpaqda əsasən birhüceyrəli ibtidailər daha geniş yayılmışlar. Onların ölçüləri çox dəyişkəndir, aralarında həm xırda (2-4 mkm,10-25mkm) və həm də nisbətən iri ölçülü (50-150 mkm-ə qədər) növlərinə rast gəlmək olur. Hüceyrə daxilində formalaşmış nüvə ,sitoplazma,yığılıb açılan vakuollar və s.vardır.

Torpaqda yayılmış ibtidailərin növ tərkibi də hələlik dəqiqləşməmişdir.

Y.Q.Kelser(1982) Moskva vilayətinin podzollu və çəmən torpaqlarından 81 cinsə aid 232 növ Protozoa ayırmışdır.Ümumiyyətlə tədqiqatçılar müxtəlif torpaqlardan 106 cinsi əhatə edən 558növ ibtidailər ayırmışlar.

1. Kökayaqlılar-Rhizopoda- Burada şərt qılafı olmayan,çılpaq hüceyrələrə malik, yalançı ayaqlarla hərəkət edən amöblər-Amoebida-sırasında toplanmışlar. Torpaqda yaşayan növləri nisbətən xırda olub ,ölçüləri müxtəlifdir.(10-dan 40 mkm-a qədər).Onlar ayaqları ilə həm hərəkət edir və həmdə qidanı tutub saxlayır.Amöblər qeyri-cinsi yolla çoxalır.Torpaqda amöblərin Naeqleria, Hartma nella,Acanthamoeda,Amoeba,Mayorella,Nucleria,Vahlkampfia və s.cinslərinin növ ləri aşkar olunmuşdur. Amöblərdən əlavə torpaqda kökayaqlıların sərt qılaflı növlərinə də təsadüf olunur. Bunlar morfoloji əlamətlərilə amöblərə yaxındır,lakin hüceyrəsi xitin,silisium,əhəng və s.maddələrdən təşkil olunmuş sərt qılafa malikdir.Onların yalançı ayaqları qılafdan xarıcə xüsusi dəliklərdən çıxır.

Torpaqda Testacea fəsiləsinin Diffluqia, Euqlypha, Arcella, Heleopera, Nebela, Phruqamella,Corithion, Centropyxis və s.cinslərinin növləri yayılmışdır.

Kökayaqlıların iri ölçülü (3 mm) çox nüvəli formalarına da təsadüf olunur ki, bunlar Proteomuxa qrupunun Leptomuxa cinsinə daxildir.

2.Qamçılılar—Sarcomastiqophora yarımtipi üçün səciyyəvi xüsusiyyət hərəkət orqanı olan protoplazma çıxıntısı müxtəlif saylı qamçıların olmasıdır.Buraya çox kiçik ölçülü (5-20 mkm) oval,ay və ya armud çəkilli tərliklərə bənzər ibtidailər daxildir. Bunların bəzi nümayəndələrinin hüceyrələrində xromotoforlar olduğundan bitkilər kimi fotosintez prosesi aparırlar.Digərlərində isə xromotofor olmur və onlar heyvanlar aləminə məxsus xüsusiyyətlərə malikdirlər.

Yarım tipin Mastiqophora sinfinə aid olan orqanizmlərin qidalanması vautotrof və saprofit tiplərində gedir. Autotrof qidalananlarda xlorofil tipli piqment müxtəlif rəngdə-yaşıldan qırmızıya kimi olur.Hüceyrələri təknüvəli olub bəziləri çılpaq bədənli və bəzilərinin isə üzərində qılaf vardır. Qeyri-cinsi çoxalmaları əsasən bölünmə,bəzən isə tumurcuqlama yolu ilə gedir. Torpaqda 3 cinsə aid Cercomonas, Oicomonas, və heteromita növlərə təsadüf olunur.

3.Kirpikciklilər—Ciliophora.Bunların hüceyrələri kirpikciklərlə əhatə olunmuşdur. Sitoplazmaları ekto və endoplazmaya ayrılır. Ektoplazma kirpiklər ,trixosistlər əmələ gətirir və üzəri pellikula ilə örtülmüş və daimi formaya malikdir. Endoplazma nüvə, qida vakuolları, yığılan vakuollar, piqment danələri, kristallar və s.müşahidə olunur.Bunların hüceyrələrində böyük və kiçik nüvə olur.Bir çox kirpiklilərdə bədənin ön və arxa hissəsi fərqlidir. Bütün kirpiklilərdə olan ağız dəliyi udlaqla birləşir.Torpaqda əsasən balantiophorus,Colpoda, Pleurothrichia,Cuclidium, Vorticella və s.cinsləri yayılmışlar.

Bütün bunlar göstərir ki, torpaqda çoxlu miqdarda müxtəlif növ xırda ölçülü ibtidailər yayılmışdır. Şübhəsiz ki, bu qədər canlı orqanizmlərin biokütləsi torpağa öz təsirini göstərir və torpaqda gedən bütün bioloji proseslərdə ,onun məhsuldarlığında belə orqanizmlər iştirak edirlər.
4.Torpaqda yaşayan heyvanlar.

Bitkilərin əmələ gətirdiyi üzvi maddələrin bioloji dövrana daxil olmasında göbələklər və bakteriyalarla yanaşı fitofaq---heyvanların da müəyyən rolu vardır.

Belə heyvanların torpaq həyatındakı rolu barədə fikirlər həmişə eyni olmamışdır.Ç.Darvin bu orqanizmlərin torpağa mexaniki təsirini qeyd etmiş, lakin sonralar aydın olmuşdur ki, heyvanların fəaliyyəti təkcə bununla kifayətlənmir.Bu canlılar torpağın kimyəvi tərkibinə, humusun törəməsinə,torpağın strukturuna,onun bioloji fəallığına və ümumiyyətlə münbitliyinə təsir göstərir.

Torpağın heyvanlar aləmi,onların tərkibi və ayrı-ayrı qruplarının miqdarı,həyat fəaliyyətləri,təbii proseslərdə və xalq təsərrüfatı təcrübəsində istifadənin öyrənilməsi ilə torpağın protozoologiyası məşğul olur.

Tədqiqatçılar torpaqda yaşayan heyvanları 3 qrupa bölürlər:

1.Geobiontlar. Bunlar torpağın daimi sakinləri hesab olunur.Belələrinə soğulcanlar, çoxayaqlılar,ayaq quyruqlular və s.daxildir.

2.Geofillər—həyatlarının müəyyən dövrünü torpaqda keçirirlər.Bunlara xırıldaq böcəyi aiddir.

3.Geoksenlər-buraya daxil edilən heyvanlar torpaqdan yalnız gizlənmək üçün istifadə edirlər.(məsələn,zərərli bağacıq və bəzi həşəratlar). Birinci və ikinci qrupa aid edilən həşəratlarda torpaq mühitinə uyğunlaşmada bəzi morfoloji anatomik və fizioloji dəyişkənliklər nəzərə çarpır.Məs.morfoloji uyğunlaşmada ayaqlarının formasının dəyişilməsi,görmə orqanlarının reduksiyası , bədənin ölçüsünün kiçilməsi və s.Anatomik uyğunlaşmada kitukulyar örtüyün strukturunda tənəffüz və ifrazatorqanlarında müəyyən dəyişikliklər müşahidə olunur. Fizioloji adaptasiya bu heyvanların maddələr və su mübadiləsində,temperatura uyğunlaşmada özünü büruzə verir.Bütün bunlara əsasən torpaqda olan bir qrup heyvanlar torpaq mühitində yaşamağa uyğunlaşmışlar.

İri heyvanlar isə ümumi bioloji adaptasiya həyat tsiklinin ümumi ritmində ,çoxalma vaxtlarında,miqrasiya və taksisdəğzünü göstərir.



Qidalanma tipinə görə torpaqda yaşayan heyvanlar 4 qrupa bölünür.

1)Fitofaqlar-canlı bitkilərin kökləri ilə qidalanaraq kənd təsərrüfatı və meşəçiliyə böyük ziyan vururlar.Məs.May böcəyinin sürfəsi cavan şam ağacı köklərini gəmirir.Çuğundur nematodu şəkər çuğundurunun köklərinə daxil olub onun məhsuldarlığının azalmasına səbəb olur.

2) Zoofaqlar—belə heyvanlar parazit və yırtıcılar kimi digər heyvanlarla qidalanır.Buraya bütün həşərat yeyənlər,nematodlar,ibtidailərlə qidalananlar,yırtıcı dənələr və s.aiddir.

3)Nekrofaqlar—heyvan cəsədləri ilə qidalanırlar,belələrinə misal orta Asiya səhralarında həşəratların qalıqlarını yeyən,qaçan qarışqaları göstərmək olar.

4)Saprofaqlar—Çox geniş yayılmış və böyük əhəmiyyətə malik canlıları əhatə edir.Onlar tələf olmuş bitki qalıqlarının parçalanma prosesini aparır.Buraya qurdlar,çoxayaqlılar,bəzi gənələr və həşəratların sürfələri aiddir.Bu ekoloji qrup detrit qida zəncirini təşkil edir.

Torpaqda yaşayan heyvanların qidalanma tipi və qida əlaqələri məsələsi mühitdə yayılmış indikator qruplarının aydınlaşdırılmasında mühüm əhəmiyyətə malikdir,çünki, qidalanma onların yayılmasında əsas amildir.

Meşələrdə bitki yarpaqları,budaqları torpağın üst səthində toplandığından və bitki kökləri dərində olduğuna görə heyvanların ən çox sayına torpağın üst qatında təsadüf olunur, lakin 40-50 sm dərinlikdə isə onlara çox az rast gəlmək olur. Səhra torpaqlarında hədsiz quraqlığın yaranması ilə əlaqədar olaraq buradakı heyvanlar (soxulcanlar,gənələr,kökayaqlılar)əsasən üzvi birləşmələr toplanmış humuslu qorizontda,yəni daha dərində (120 sm qədər)yayılırlar.Meşə landşaftında bitkilərin üzvi maddələrin transformasiyası torpağın üst səthində,otlaqlarda isə dərinlikdə gedir.Heyvanlar dərinlikdəolan mineral maddələrin üst səthdə çıxarılması ilə əlaqədar torpağın kimyəvi tərkibinidə dəyişə bilirlər.

Yarımsəhralarda kiçik sünbülqıranların sayıhədsiz çox olduğundan oradakı mezo və ya mikrorelyef zoogen mənşəlidir. Belə heyvanların sayəsində torpağın alt qatı üzə çıxarılır.Məs.1 il müddətində heyvanlar torpağın dərinqatlarından 1,5 t/ha torpaq səthinə çıxara bilirlər və onların təşkil etdiyi yuvalar isə 2 mdərinliyə qədər uzanır.Digər heyvanlarda da bu qabiliyyətə rast gəlmək olur.

Beləliklə torpaqdakı üzvi maddələr heyvanlarla mikroorqanizmlərin mürəkkəb kompleksində detrit zəncirini əmələ gətirir.

Torpaqda ibtidai orqanizmlərdən əlavə qurdlar da daha geniş yayılmış və onlar da torpağın həyatında müəyyən rol oynayırlar.



Torpaqda yaşayan qurdlar(Vermes)Torpaqda ibtidailərlə yanaşı nisbətən iri ölçülü onurğasız heyvanlar da yaşayırlar ki, bunlara Rototorilər və nematodlar daxildir.

Rototorilər –xırda ölçülü çoxhüceyrəli heyvanlar olub,bunlar üçün səciyyəvi hüceyrənin önündə ,ətraflı kirpiklərlə əhatə olunan fırlanan aparatın olmasıdır.Qidanın hərəkəti və tutulması bu aparatın köməyi ilə mümkün olur.Bədənləri çoxhüceyrəli olub 4 şöbəyə bölünür:baş, boyun, bədən və ayaq.Bunların nümayəndələri əsasən şirin su hövzələrində,dənizlərdə təsadüf olunurlar,lakin torpaq mühitin uyğunlaşmaları da vardır.Belələrinə meşələrin döşəməsində,mamırların dərinliyində və s.rast gəlmək olur.Adətən polifaqdırlar,əsasən detrit bakteriyalar və təkhüceyrəli yosunlarla qidalanırlar,lakin aralarında yırtıcı növləri də məlumdur.Onlar ibtidailər və xırda rototorolərlə qidala nırlar.

Nematodlar—torpaq biosenozunun əsas kompleksinə daxildir.Torpaqda onlar çox saylı olub müxtəlif formalarta malikdirlər.Əkilən torpaqlarda bunların 50 kq/ha biokütləsi olur. Torpaqda olan ibtidai nematodlar-Saprobiont, Hemisap robi ont və əsil bitki paraziti-parazobiont həyat keçirirlər.

Saprobiontlara aktiv üzvi maddələr parçalananyerlərdə,xüsusilə peyində ,kom postda və meşə döşənəyində təsadüf olunur.Bunlar üçün hədsiz çoxalma və sürətlə nəsil dəyişməsi səciyyəvidir.İnkişaf tsikli 3-5 gün davam edir.Torpaqda olan hemisaprobiontlar, bakteriyalar,göbələklər,maya göbələkləri və xırda ibtidailərlə qidalanırlar.Bitkilərin rizosferasında onlara böyük ziyan verən pararizobiontlar yayılmışlar. Bunlar bitki köklərini zədələməklə bərabər eyni zamanda xəstəlik törədən bakteriya və göbələklər üçündə infeksiya qapısı açırlar.

Əsil fitoparazit qurdlar bitki köklərinə daxil olub orada mexaniki və kimyəvi zədələnmə törədirlər.Məs.çuğundur nematodu şəkər çuğundurunun məhsulunu 20-80 % azalda bilir.

Yırtıcı nematodlar öz qidalanmaları üçün ibtidailərdən,rotorilərdən və s.istifadə edirlər.Torpaqda ibtidai nematodlardan başqa ali nematodların da nümayəndələrinə təsadüf olunur. Onlardan oliqoxetləri,buğumayaqlıları və s.göstərmək olar.Oliqoxetlərin bədənləri 5-500 qədər siqmentlərdən ibarət olub hərəsinin üzərində 4 dəstə qılı olur. Aralarında qalın qılçıqlılara və hətta qılsızlara da təsadüf olunur.Torpaq həyatında yaşayan oliqoxetlərdən enxiteidlər,torpaq və ya yağış soğulcanlarını və s. göstərmək olar.

Enxitreidlər iri ölçülü olub (uzunu 2-3-dən 4—45 mm ,eni 0,2-0,8 mm)torpaqda fəal hərəkət etməklə iki tərəfi açıq yollar əmələ gətirirlər.Bunların udduqları torpaq bağırsaqlarının üzvi və mineral maddələri ilə birləşib soxulcanlar kimi kaprolit formada xaricə atılır. Bunların populyasiyasının çəmən torpaqlarında sıxlığı 120 min/m2 , biokütləsi 50 kq/ha bərabərdir. Bunlara çoxlu miqdarda bitkilərin kök zonasında,meşələrin döşənəyində təsadüf olunur.

Soxulcanlar--ən yaxşı öyrənilmiş torpaqda yaşayan onurğasızlardandır. Soxulcanların uzunu 15 sm olub torpağın 10-15 sm dərinliyində yuvalarda yaşayırlar Əsasən çürümüş qalıqlar və humusla qidalanırlar Bir hektar sahədə 7,5-dən 12 milyon ədədə kimi olub həmin sahədə 500 kq-dan 4 t/h biokütləyə malik olur. Rütubətli havada yuvaları su ilə dolduqda torpağın üst səthinə qalxırlar. Onlar yuvaları ətrafında hərəkət etməklə rütubətli yarpaqları,otları,çürüntünü toplayıb bağırsaq sistemində həll etdikdən sonra kaprolit komaları formasında xaric edirlər.Bunlar torpaqda öz hərəkət ləri ilə dərin keçidlər, yollar əmələ gətirməklə torpağın aerasiyasını, su ilə yaxşı təchiz olunmasını və köklərin yayılmasına səbəb olurlar.Məlumdurki,1m2 torpaq sahəsinin alt qatında onlar 1km-dən 8km-ə qədər yollar açırlar.Bu yollarla da bitki qalıqları torpağın üst qatından dərinliyə daşınır. Bunu nəzərə alaraq hələ vaxtilə Ç.Darvin torpa ğın strukturu və oradakı çürüntülərin əmələ gəlməsi və yayılmasında soxulcanların mühüm rolunu göstərmişdir.

Bunların torpaqda yayılması iqlim şəraiti və torpağıntipindən asılıdır. Rütubətli mülayim temperaturlu mühitdə soxulcanlar daha sürətlə çoxalır, lakin yüksək hərarət,quraqlıq isəonlara öldürücü təsir göstərir. Turş torpaqlarda isə onlara az miqdarda təsadüf olunur.

Bunlardan başqa torpaqda molyuskaların (ilbizlərin), buğumayaqlıların, həşəratla rın və s.müxtəlif növlərinə rast gəlmək olur ki,bunların da torpağın həyatında mühümrolu vardır. Bu orqanizmlər torpağı azotlu və digər maddələrlə zənginləş dirməkdən əlavə,onlar nisbətən çətin parçalanan keratin,xitin,sellüloza və s.birləşmə ləri xırda hissələrə parçalamaqla onlarınxırda torpaq canlıları,xüsusən bakteriyalar, göbələklər və s. tərəfindən əsasən mənimsənilmələrinə səbəb olurlar.

Torpaqda bəzi məməli heyvanlarda əlaqədardırlar.Bunlardan həşərat yeyənləri və gəmiriciləri göstərmək olar.



Bütün yuxarıda qeyd etdiklərimiz göstərir ki,torpaqda olan çoxlu miqdarda onur ğasızlar və bəzi onurğalı heyvanların canlı kütləsi şübhəsiz ki, torpaqda gedən bütün bioloji proseslərdə,torpağın münbitliyində və onun məhsuldarlığında fəal iştirak edirlər.

ƏDƏBİYYAT

  1. Qasımova H.S. Torpaq mikrobiologiyası, Bakı, BDU nəşri,2007,

  2. İ.P.Babayeva, Q.M.Zenova , Biologiya poçv. M. İzd-vo.Moskv. un-ta 1983,

  3. Əhmədov Ə.R Torpağın biologiyası və ekologiyası-Bakı, BDU,2002

  4. Əhmədov Ə.R Torpaq, ərzaq məhsulları və sağlamlıq-Bakı, Şirvannəşr,2003


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə