Reenkarnasiyanin mahiYYƏTİ




Yüklə 489.07 Kb.
səhifə4/4
tarix21.04.2016
ölçüsü489.07 Kb.
1   2   3   4
NƏTİCƏ
Reenkarnasiyanı iddia edənlər tez-tez bunu təkrar edirlər:

“ Hər kəs eyni yaşda ölməməkdədir. Qısa bir müddət yaşayan ilə uzun bir müddət yaşayanın imkanları eyni səviyyədə deyildir. Uzun müddət yaşayanın təcrübəsi daha çoxdur. O halda az bir müddət yaşayan, yenidən dünyaya gələrək öz təcrübəsini tamamlamalıdır.”

İlahiyyatçı Yaşar Nuri Öztürk, Fatir surəsinin 37-ci ayəsini* buna dəlil gətirir və deyir:

“Ayədən başa düşülür ki, yeni bir imkan verilməsini istəyənlər daha əvvəl onlara kifayət qədər vaxt verildiyi üçün rədd cavabı almaqdadırlar. Bu müddət verilməmiş olsaydı yenidən dünya mühitinə göndərilə bilərlərdi. Mə`lumdur ki, bu ayənin muxatabı olmaq baxımından 25 il qalanla 100 il qalan eyni tutula bilməz. Belə bir şey Allahın ədaləti ilə ziddiyyət təşkil edər. Geri qayıdış istəyinə rədd cavabı verilməsi üçün dünyada qalışın “düşünüb daşınan bir kəsin düşünüb daşına biləcəyi bir ömür” qədər olması lazımdır”.99

Əgər ədalət üçün dünyada yaşama müddəti və imkanlar baxımından bir bərabərlikdən söhbət gedirsə, onda bir insanın bir dəfə deyil, yüz dəfələrlə təkrar-təkrar dünyaya gəlməsi lazım olardı. Çünki, o zaman bilik səviyyəsi baxımından bir bərabərlik, peyğəmbər vaxtında yaşama baxımından bir bərabərlik, peyğəmbərlərin göstərdiyi mö`cüzələrə şahid olma baxımından bərabərlik, bu və ya digər peyğəmbərin mö`cüzələrinə şahid olma baxımından bir bərabərlik, iqtisadi
_______________________________________________________

* Ayənin məalı belədir: “Onlar orada fəryad qopararaq “Rəbbimiz bizi (buradan) çıxart. Biz tutmuş olduğumuz əməlləri yox, xeyir işlər görərik.” – deyərlər. (Onlara isə deyərlər): “Biz sizə düşünüb daşınan bir kəsin düşünüb daşına biləcəyi qədər bir ömür vermədikmi? Sizə xəbərdarlıq deən öyüd-nəsihətçi də gəlmişdi. Elə isə (əzabı) dadın! Haqsızlara heç bir kömək edən olmaz.”

imkanlar baxımından bir bərabərlik və daha bir çox sahələrdə bərabərliklər lazım gələrdi. Çünki belə bir məntiqin nəticəsi olaraq bərabərliyin geçəkləşə bilməsi üçün rahatlıqla hər insanın bir peyğəmbəri şəxsən öz gözləriylə görməsi; mö`cüzələrinə şəxsən şahid olması lazım gələrdi. Belə bir şeyin mümkün olmadığı isə ortadadır.

Bir peyğəmbər, yaxud peyğəmbərlər vaxtında yaşayan insanların sayı ,digər insanların sayına nisbətən çox azdır. Elə isə ədalət, hər kəsin mütləq eyni şərtlərdən keçməsi demək deyildir. Əsas olan hər kəsin, imkanları nəzərə alınaraq hesaba çəkilməsidir və şübhəsiz Uca Allahin ədaləti, bunu hesaba alacaqdır.

Bir də ki, insan sadəcə xarici aləmdə deyil, özünün daxili aləmində də bir sıra ayələrlə qarşılaşır.100 Qısa bir müddət yaşayan insan, daxili aləmində qarşılaşdığı ayələrlə böyük bir təcrübə yaşaya bilər. Bizlər insanların sadəcə xarici aləmdəki təcrübələrinə şahid ola bilərik, daxili aləmlərindəki təcrübələrinə şahid ola bilmirik. Belə ki, Kəhf surəsindəki Hz. Musa ilə saleh qul arasında baş verən qissə əvvəldən axıra qədər, hadisələrin bir arxa planının olduğunu və bu arxa plana şahid olmadığımız üçün səhv nəticələrə gələ bildiyimizdən bəhs etməkdə, bu mövzuda bizə xəbərdarlıq etməkdədir. Hadisələrin sadəcə görünən tərəflərinə baxaraq nəticəyə gəlməyimizin doğru olmadığı, arxa plandakıların bu hadisələri tamamladığı, ancaq bizlərin bu arxa plandakılara şahid olmadığımız ifadə edilməkdədir.101

Öldükdən sonra yeni bir imkan verilməsini istəyənlərdən, daha əvvəl kifayət qədər ömür verilməmiş olanların geri qayıdacağını söyləmək, bir ehtimaldır. Bu ehtimalın qəbul edilməsi üçün dəlilə ehtiyac vardır. Belə bir dəlil isə mövcud deyildir. Bundan başqa, digər ayələrdə geri qayıtmanın mümkün olmadığı, çünki geri qayıdacaq olsalar daha əvvəl etdiklərinin eynisini edəcəkləri deyilməkdədir:


و لو ترى اذ وقوا على النار فقالوا يا ليتنا نرد و لا نكذب بايات ربنا و نكون من المؤمنين (27) بل بدالهم ما كانوا يخفون من قبل و لو ردوا لعادوا لما نهوا عنه و انهم لكاذبون (28)
“Sən onların cəhənnəm odu üzərinə qoyularkən, “Kaş ki, biz geri qaytarılaydıq, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö`minlərdən olaydıq” – dediklərini görəydin!”

“Beləliklə, əvvəllər gizlətdiklərinin əvəzi onlar üçün aydın oldu. Əgər onlar geri qaytarılsaydılar belə, yenə də onlara qadağan olunmuşlara qayıdardılar. Axı onlar yalançıdırlar.”102

İnanmayanların yenidən dünyaya gəlmə istəklərindən danışan ayələr, ancaq məhşəri, yə`ni qiyamətin qopmasından sonrasını təsvir etməkdədir. Qiyamətin qopmasından sonra yenidən dünya həyatına geri qayıtmanın olacağını söyləmək, əlavə olaraq qiyamətin də təkrarlanmasını labüd edir ki, o zaman qiyamətin təkrar-təkrar qopacağını isbat etmək üçün də dəlilə ehtiyac vardır.103

Ruhun başqa bir bədənlə yenidən dünyaya gələ biləcəyini, çünki qiyamətdə bu mövcud olan bədənimizlə həşr olunmayacağımızı iddia etmək də doğru deyildir. Çünki, Qur`anın bir çox yerində müşriklər, qiyamətdə yenidən dirilmənin mümkün olmadığını irəli sürəndə; çürümüş və torpağa qarışmış olan sümüklərin yenidən bir yerə toplanmasının mümkün olmadığı iddialarının qarşısında, bunun mümkün olduğu söylənməkdədir. Əgər ayrı bir bədənlə həşr olunmaq mümkün olmuş olsaydı, həmin çürümüş sümüklərin bir yerə toplanmasına ehtiyac olmadığı, çünki yenidən başqa ət və sümüklərin yaradılacağı və bədənlərindən ayrılmış olan ruhların bu bədənlərə girəcəyi söylənərdi. Qaldı ki, insanın bu dünya həyatındakı əl və ayaqlarının özü əleyhində şahidlik edəcəkləri bir çox ayədə ifadə edilməkdədir.104 Əgər bir neçə bədəndən söhbət getsəydi, bu bədənlərdən hansının əzalarının şahidlik edəcəyi də Qur`anda dilə gətirilməliydi.105

Bə`zi kimsələr, hətta bəlkə də hər insan gündəlik həyatında bir hadisəylə qarşılaşanda o hadisəni yaşamış, ya da daha əvvəl heç getmədiyi bir yerə gedəndə oranı daha əvvəl görmüş kimi bir hissə qapıla bilir. Reenkarnasiyanı irəli sürənlər bunu da özlərinə dəlil olaraq irəli sürür və bunu ruhun əvvəlki bədənlənməsi dövründə başına gələnləri yenidən xatırlaması kimi izah edirlər.

Bunu qeyd etmək lazımdır ki, insanın forma və quruluşuyla bağlı hələ sirrini aça bilmədiyimiz çoxlu nüanslar vardır. İnsanın nəfsi və ruhu, insanın mələk, cin kimi qeybi varlıqlarla əlaqəsi, yuxu, beynin işləmə mexanizmi və funksiyasının ölçüləri, şüuraltı kimi xüsuslar hələ də tam həll edə bilmədiyimiz, bəlkə də haqlarında çox az şey bildiyimiz xüsuslardır. Belə olan halda, insanın qarşılaşdığı bir hadisəni daha əvvəl yaşamış, ya da ilk dəfə getdiyi bir yeri daha əvvəl getmiş kimi bir hissə qapılması, ya qeybi varlıqlarla olan əlaqəsinin bir nəticəsi, ya beynindəki hissiyyatların qarışması; elektrik diliylə desək qısa qapanma olması və ya yuxu əsnasında bədəndən ayrılan nəfsin bu əsnada yaşadıqları səbəbiylə ola bilər. Bunu Qur`anın Zümər surəsinin 42-ci ayəsində də görürük:


الله يتوفى الانفس حين موتها و التى لم تمت فى منامها فيمسك التى قضى عليها الموت و يرسل الاخرى الى اجل مسمى ان فى ذلك لايات لقوم يتفكرون

“Allah ölənlərin canını onlar ölərkən, ölməyənlərin canını isə yuxuda ikən alar. Beləcə ölümünə qərar verdiyi (kəslərin canını) alır, başqalarınkını isə müəyyən bir müddətə qədər saxlayıb qaytarır. Bunda düşünən adamlar üçün dəlillər vardır.”



Nəticə olaraq Qur`an, ruh və bədən birliyini əsas alır və öz ifadəsinə görə hər nəfs də ölümü dadacaq.106 Müqəddəs kitabımız nə bədəni önə çıxardan və ruhu nəzəri-diqqətə almayan materialist görüşü, nə də ruhu önə çıxardan və bədəni nəzəri-diqqətə almayan ruhçu görüşü mənimsəyir. Reenkarnasiya İslama ziddir və Qur`an ayələrinin heç biri reenkarnasiyaya işarə etməməkdədir.
QEYDLƏR

1 E. Konyalıoğlu – C. Aksoylu, Qədər-Karma və Yenidən doğuş, İstanbul-1990, s. 13

2 E. Konyalıoğlu – C. Aksoylu, Qədər-Karma və Yenidən doğuş, İstanbul-1990, s. 14

3 A. Bertels, Şərq xalqlarında din və ictimai təfəkkür, Moskva-1974, s. 190

4 Dennis Linn, Keçmiş həyatlar, bu günün xəyalları, İstanbul-1999, s. 89

5 Dennis Linn, Keçmiş həyatlar, bu günün xəyalları, İstanbul-1999, s. 105

6 Şəhristani, əl-Miləl vən-Nihal, Qum-1394, 1, s. 198

7 Günay Tümər – Əbdürrəhman Kiçik, Dinlər tarixi, Ankara-1997, s. 99

8 Günay Tümər – Əbdürrəhman Kiçik, Dinlər tarixi, Ankara-1997, s. 101-102

9 Əbədi olan ruhdur, s. 30-31

10 Günay Tümər – Əbdürrəhman Kiçik, Dinlər tarixi, Ankara-1997, s. 194

11 “La Nouvel Observatuer” jurnalı, 2002-ci il, 48(521)-ci say, s. 11

12 Arif Arslan, Şərq və Qərb mənbələrinə görə ruhçuluq və reenkarnasiya, İstanbul-1999, s. 185

13 Maykl Talbot, Holoqramik kainat, s. 201-209

14 “The American Journal of Psychiatry”, 1999-cu il, 18(215)-ci say, s. 18-20

15 Əl-Cəvahir, 20, s. 28

16 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 209

17 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 209-210

18 Ə. Ruhi Fığlalı, Çağımızda e`tiqadi islan məzhəbləri, İstanbul-1986, s. 143, Ən-Nəvbaxti, Firəquş-şiə, Nəcəf-1936, s. 193

19 Ə. Ruhi Fığlalı, Çağımızda e`tiqadi islan məzhəbləri, İstanbul-1986, s. 186-200

20 Şamil ensiklopediyası, “Nüseyrilik” maddəsi, Əbdürrəhim Gözəl

21 İslam ensiklopediyası, İstanbul milli təhsil nəşriyyatı-1993, 3, “dürzilik” maddəsi

22 İzmirli İsmayıl Haqqı, Dürzi məzhəbi, Daru`l fünun İlahiyyat fak. məcmuəsi, İstanbul-1926, s. 180

23 Cığatay, Çubuqçu, 1, s. 59

24 Çığatay, Ahilik, s. 66

25 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 210

26 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 210

27 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 211

28 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 211-212

29 33/Əhzab 72

30 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 208-212

31 Əbdülqahir əl-Bağdadi, Məzhəblər arasındakı fərqlər, Ankara-2001, s. 273-276, Şəhristani, əl-Miləl vən-Nihal, Qum-1394, s. 61-62

32 Qur`andakı İslam, Yaşar Nuri Öztürk, s. 135

33 Qur`andakı İslam, Yaşar Nuri Öztürk, s. 136-137

34 Züheyli, Vəhbə, ət-Təfsiru`l-Munir, Beyrut-1991, 1, s. 118

35 Firuzabadi, əl-Qamusu`l-Muhit, Beyrut-1987, s. 206

36 25/Furqan 49

37 36/Yasin 33

38 16/Nəhl 21

39 Zəməxşəri, Kəşşaf, Tehran, 1, s. 122

40 bxz. 16/Nəhl 38; 19/Məryəm 66; 23/Mö`minin 35, 37, 82; 37/Saffat 16, 53; 45/Casiyə 24; 50/Qaf 3 v.s.

41 7/ Ə`raf 172

42 7/ Ə`raf 11

43 Rəvayətin səhhətinə görə bxz. İbn Teymiyyə, ət-Təfsiru`l-Kəbir, Beyrut-1988, 4, 233-236

44 2/Bəqərə 27

45 İbn Cuzey əl-Kəlbi, Kitabu`t-Təhsil li Ulumi`t-Tənzil, 1, 42-43

46 Təbəri, 12, s. 47; İbn Atiyyə, əl-Muharraru`l-Vəciz, Təhqiq və Tə`liq, Əhməd Sadiq əl-Mallah, 1, s. 211; Zəməxşəri, Kəşşaf, 4, s. 154-155; İbn Kəsir, 7, s. 122-123; Şınqiti, Ədvau`l-Bəyan, 7, s. 72

47 Zəməxşəri, Kəşşaf, 4, s. 154

48 Zəməxşəri, Kəşşaf, 4, c. 154

49 67/Mülk 4

50 87/Ə`la 13

51 Süleyman Atəş, 8, s. 68

52 37/Saffat 58-59

53 44 Duxan 35

54 22/Fatır 37

55 2/Bəqərə 55

56 Kırca Cəlal, İslam dininə görə reenkarnasiya, E.U. İlahiyyat fak. jurnalı, nömrə: 3, Kayseri-1986, s. 229

57 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 1, s. 239

58 Almalılı Həmdi Yazır, Haq dini, Qur`an dili, İstanbul-tarixsiz, 1, 188

59 Seyyid Qutub, Fi zilali`l Qur`an, tarixsiz, 1, s. 290

60 Almalılı Həmdi Yazır, Haq dini, Qur`an dili, İstanbul-tarixsiz, 2, 132-133

61 Mövdudi, Təfhimu`l Qur`an, İstanbul-1997, 1, s. 186

62 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 1, s. 314

63 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 1, s. 316

64 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 1, s. 317

65 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 1, s. 324

66 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 1, s. 325-326

67 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 1, s. 327

68 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 2, s. 64-65

69 Süleyman Atəş, İşari təfsir məktəbi, tarixsiz, s. 24

70 Rəsailu İxvanu`s Səfa, Misir-tarixsiz, 4, s. 190-196

71 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 4, s. 139-140

72 Mövdudi, Təfhimu`l Qur`an, İstanbul-1997, 1, s. 244

73 Almalılı Həmdi Yazır, Haq dini, Qur`an dili, İstanbul-tarixsiz, 4, s. 278-280

74 Bxz. 6/Ən`am 1-2

75 Almalılı Həmdi Yazır, Haq dini, Qur`an dili, İstanbul-tarixsiz, 4, s. 293

76 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 5, s. 605-606

77 Mövdudi, Təfhimu`l Qur`an, İstanbul-1997, 2, s. 331

78 Mövdudi, Təfhimu`l Qur`an, İstanbul-1997, 2, s. 332

79 Məmmədhəsən Qənioğlu – Tariyel Bilaloğlu, Qur`ani Kərim (Azərbaycan dilinə tərcüməsi), Bakı – Göytürk - 2000

80 Yaşar Nuri Öztürk, Qur`andakı İslam, İstanbul-1993, s. 282-283

81 Mövdudi, Təfhimu`l Qur`an, İstanbul-1997, 3, s. 398

82 Almalılı Həmdi Yazır, Haq dini, Qur`an dili, İstanbul-tarixsiz, 5, s. 361

83 22/Həcc 5

84 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 7, s. 70

85 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 7, s. 388

86 Mövdudi, Təfhimu`l Qur`an, İstanbul-1997, 4, s. 284

87 6/Ən`am 27-28

88 Yaşar Nuri Öztürk, Qur`andakı İslam, İstanbul-1993, s. 312

89 Bxz. Ən`am 27-28; Ə`raf 53; İbrahim 44-45; Mu`minin 105-115; Şuara 102; Fatır 37; Zümər 58-59; Mü`min 10-12; Şu`ra 44

90 Mövdudi, Təfhimu`l Qur`an, İstanbul-1997, 4, s. 468-469

91 Fafruddin Razi, Məfatih, tarixsiz, 27, s. 173

92 2/Bəqərə 155

93 16/Nəhl 61

94 Almalılı Həmdi Yazır, Haq dini, Qur`an dili, İstanbul-tarixsiz, 7, s. 28

95 Əl-Cəvahir, 20, s. 11-13 (ixtisarla alınmışdır)

97 Seyyid Qutub, Fi zilali`l Qur`an, İstanbul-1990, 8 s. 473

98 Günümüz təfsir problemləri, s. 397

99 Yaşar Nuri Öztürk, Qur`andakı İslam, İstanbul-1993, s. 153

100 41/Fussilət 53

101 Günümüz təfsir problemləri, s. 404

102 6/Ən`am 27-28

103 Günümüz təfsir problemləri, s. 405

104 24/Nur 8; 36/Yasin 36

105 Günümüz təfsir problemləri, s. 405

106 21/Ənbiya 35


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə