Redaksiya Şurası: Akademik Ramiz Mehdiyev




Yüklə 1.63 Mb.
səhifə4/12
tarix22.02.2016
ölçüsü1.63 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Глобализация и возможность

большой политики для малых стран

(резюме)


Выявление общих закономерностей протекающих сегодня в мире про­цес­сов, активное и целенаправленное включение в них начинается с процесса поз­нания мира. То есть своевременный учет качественных изменений, про­ис­хо­дящих не только в нашей стране, но и во всем мире, возможен лишь бла­го­да­ря социально-политической, общественно-экономической и культурно-иде­о­логической экстраполяции. Если в XX веке движущей силой общественного ра­звития являлась научно-техническая революция, то в современный период важную роль в изменении парадигмы сыграет степень реализации прог­нос­ти­ческой функции философии и социально-политических наук. Это в свою очередь требует высокую степень мобилизации общественных наук. Поэтому наиболее существенным качеством политического лидера нового времени является способность достижения целесообразного направления научно-интеллектуального потенциала всего общества.


Globalization and a chance

of the big policy for the small countries

(summary)
Disclosure of common patterns of contemporary world processes, active and meaningful direction of these processes begins with the cognition of the world. That is a timely consideration of qualitative changes not only in our country but throughout the world possible due to the socio-political, socio-economical and cultural-ideological extrapolation. If the driving force of social development was a scientific and technological revolution in the XX-th century, in modern period an important role in changing the paradigm will play the level of implementation of the forecasting functions of philosophy and socio-political sciences. This requires a high degree of mobilization of the social sciences. Therefore, the most important quality of a political leader of modern times is the ability to achieve purposeful direction of scientific and intellectual potential of the society.
Müasir dövrdə qlobal nizam və qaydasızlığın

iki əsas tərəfi – demokratikləşmə və münaqişələr



Vəsilə Hacıyeva *



Demokratiya niyə qloballaşa bilmir?

Demokratikləşmə prosesi bəzi ölkələrdə bir sıra daxili və xarici zid­diy­yətlər fonunda keçilməz sədlərə rast gələ bilir. Daxili problemlər siyasi, sosial, mədəni, demoqrafik xarakter daşıyırsa, xarici maneələr geosiyasi, iq­ti­sadi maraqlarla bağlı olur. Bəzi hallarda isə daxili və xarici amillər sistem­lə­şərək vahid güc halında müəyyən bir tarixi mərhələ prosesləri təzyiqdə sax­­ladıqda demokratik dəyərlərin qarşılıqlı harmoniyasının dağılması, prin­sip­­lər arasında ziddiyyətlərin yaranması halları meydana çıxır. Belə bir mə­qam­­da istənilən istiqamət, demokratikləşmə adı ilə atılacaq istənilən addım döv­lət üçün, millət üçün, sabitlik, əmin-amanlıq, üstəlik, əldə olunmuş de­mo­kratik nailiyyətlər üçün böyük təhlükə kimi görünə, ölkədə vahimə ya­ra­da bilir. Bu səbəbdən, fikrimcə, demokratikləşmə, demokratik və hüquqi döv­­lət quruculuğu ayrı-ayrı dövlətlərin və regionların ayrılıqda fərqli prob­lem­­ləri deyil, bir qlobal məsələdir. Onun ümumi tendensiyaları və prob­le­min ümumi qanunauyğunluqları vardır. Həmin problemi demokratikləş­mə­nin qloballaşa bilməməsi məsələsi kimi qəbul edib, problemin ümumi qa­nu­na­uyğunluqlarını öyrənməyə çalışaraq hazırda dünyada dayanmış olan de­mo­kratikləşmə prosesini davam etdirmək və genişləndirmək olar.

Deməli, fərqli ölkələrdə demokratikləşmənin fərqli istiqamətləri və şə­kil­­ləri ümumiləşdirilərək nəzəri müstəvidə qanunauyğunluqların tapılması prob­lemin həlli üçün zəruridir. Bu səbəbdən, problemə yanaşarkən ayrı-ayrı dövlətlərin təcrübəsini kompleks halında diqqətdə tutaraq problemləri və pro­sesləri sistemləşdirmək məqsədəuyğundur. Ayırmalar ölkələr üzrə yox, müs­­təvilər – sosial, daxili siyasət, beynəlxalq sistem üzrə gedərsə, demo­kra­­tikləşmənin sadəcə ölkədaxili maneə və imkanları öyrənilmiş olmur, həm də kənar amillər üzə çıxarılır. Proses yalnız dövlətin və əhalinin məsu­liy­yə­tin­dən çıxır, burada nəzəriyyənin imkansızlıqları və qüsurlarına qədər hər kə­sin və hər şeyin rolu diqqətə çəkilir. Bu mənada demokratikləşmə pro­se­si­nin həmin müstəvilərin horizontal və vertikal əlaqələrində rastlaşdığı məsə­lə­lər, sapmalar, qarşılaşa biləcəyi problemlər, problemləri törədə biləcək ob­yektiv və subyektiv şərait sistemli şəkildə öyrənilməlidir.

Demokratikləşmə prosesinin qarşılaşdığı problemləri sistemləşdirsək, onun əsasən aşağıdakı istiqamətlərdə mövcud olduğunu müəyyən edərik:



  1. Demokratikləşmə prosesinin problemli olduğu ölkələrdə (konkret ola­raq Türkiyə, Rusiya və Rusiyaətrafı ölkələr) demokratiyanın fundamental prin­siplərinin paradoksal, konflikt situasiyaları, özgələşməsi hallarına rast gəli­nir. Yəni, sosial, mental və demoqrafik ziddiyyətlər nəticəsində demo­kra­­tikləş­mənin fundamental ideoloji problemləri törəyir ki, onların araşdırıl­ması zərurəti yaranır. Konkret bir ölkədə və ya regionda demokratik ideoloji struk­turun parçalanması, haçalanması prosesləri baş verir. Demokratik prin­sip­lər fərqli anlamlarla siyasi səhnəyə çıxır. Antidemokratik sistemlərin, av­to­ritar rejimlərin tətbiqinə və davamlılığına çalışan siyasi qüvvələr demo­kra­­tiyanın və onun dəyərlərinin böyük müdafiəçisi obrazını yaradaraq çaş­qın­lıqlar yaratmağa və demokratikləşmə adı ilə demokratiyanın özgələş­mə­si­nə nail ola bilirlər. Bu proseslərin formalaşmasında rol oynayan daxili və xa­rici, obyektiv və subyektiv faktorları öyrənmədən demokratik dəyərlərin öz­gələşməsinin qarşısını almaq və demokratikləşmə prosesini davam etdirmək mümkün deyil.

  2. Demokratik və hüquqi dövlət quruculuğunun ikinci əsas istiqamət prob­lemi ideologiyanın ölkə daxilində legitimliyinə və mədəni, mental əsas­la­rının ümummilli səviyyə kəsb etməsinə baxmayaraq, siyasi gücə malik ol­ma­masıdır. Yəni, hakim siyasi qrupların maraqları ilə təzad yaratmasıdır. De­mokratikləşmə prosesinin daxili siyasi maraqlar fonunda rastlaşdığı əsas prob­lemlər ilkin mərhələdə üstqurum səviyyəsində demokratik prinsiplərin ger­çəkləşməməsidir. Yəni dövlətin əsas qurumlarının demokratik yolla for­ma­laşmamasıdır. Sonrakı mərhələdə isə elitanın qapalılığı və siyasi qrup da­xi­li, partiya daxili demokratiyanın olmaması kimi üzə çıxır. Birinci mər­hə­lənin həlli ardınca ikinci mərhələnin həllini gətirməzsə, əldə olunmuş de­mo­kratik irəliləyiş müəyyən bir statik müddətdən sonra geriyə istiqamət al­maq ki­mi bir təhlükə ilə üz-üzə qala bilir. Lakin bu hallar da sadəcə ölkədaxili fak­torların rolu ilə yox, kompleks halda, yəni, regional və beynəlxalq ma­raq­lar və təsirlərin dəstəyi ilə formalaşır. Demokratikləşmə prosesində daxili fak­torlarla xarici faktorların nisbəti məsələsinə diqqət də önəm daşıyır. Çün­ki demokratik ideyanın yayılması və qloballaşması missiyasını daşıyan qüv­və­lər – demokratik dünya ayrı-ayrı dövlətlərin demokratikləşmə prosesinin ma­neələrini və məsuliyyətini daha çox harada axtarmaq lazım olduğunu müəyyənləşdirə bilirlər. Deyə bilərəm ki, bu nisbət dövlətin böyük və kiçikliyindən ciddi mənada asılıdır.

  3. Digər vacib istiqamət demokratikləşmə prosesinin müşahidə olun­du­ğu dövlətin hansı regional və qlobal obyektiv şərtlər çərçivəsində mövcud ol­masıdır. Demokratikləşmə sadəcə siyasi deyil, bütövlükdə ictimai proses ki­mi regional və qlobal əlaqələr şəbəkəsi çərçivəsində gedir. Bu proses bir tə­­rəfdən müvafiq regional və qlobal göstəricilərə ehtiyac duyursa, digər tə­rəf­­dən özü regiona əks təsir göstərir, regionda mövcud şərtləri dəyişmək, mə­­dəni, ideoloji, siyasi, geopolitik dönüş yaratmaq potensialı daşıyır. Ona gö­­rə də regionda mövcud dövlətlər demokratik və qeyri-demokratik olma­sın­­dan asılı olaraq özlərinin sistem və ideoloji təhlükəsizliklərinin tələbi ilə ya bu prosesə təkan və dəstək verirlər, ya da tam tərsinə, kompleks maneə ya­ra­dırlar. Burada bir dövlət çərçivəsində demokratikləşmə prosesində re­gi­o­nal sistemin və ya sistemsizliyin mövcudluğu da önəmli müsbət və ya mənfi tə­sirlərə malikdir. Regionda dayanıqlı və güclü sistemlərin olması döv­lət­çi­lik kursunun müəyyənləşməsində əsaslı obyektiv faktor kimi çıxış edir. Bu fak­tor ictimai sistemi bütün sferaları və təbəqələri ilə birlikdə isti­qamət­lən­dir­mək gücünə malikdir. Eyni zamanda dövlətin əhatəsində və ya qonşu­lu­ğun­da güclü regional sistemlərin olmaması da demokratik dövlətin qu­rul­ma­sı üçün fərqli situasiya – imkanlar və imkansızlıqlar yaradır. Fikrimcə, de­mo­­kratik dünya ayrı-ayrı dövlətlərin və ya regionların demokratikləşmə pro­se­sinə dəstək kimi müvafiq regional sistemlərin qurulması məsələsini ak­tu­al­­laşdırmalıdır. Regional sistemlərin mövcudluğu və ya regiondakı pə­ra­kən­də­lik siyasi şərtlərə əsas olmaqla yanaşı regionda müəyyən spesifik bir mü­hit formalaşdırır. Həmin mühit güclü təsirə malik mədəni və mental gös­tə­ri­ci­lər kimi bütün ictimai və siyasi proseslərdə iştirak edir. Regional mühitin ic­timai və siyasi müstəvidə açıq, qapalı, şüuraltı oynadığı rol da mənim ba­xı­şımda ciddi bir obyektiv faktor kimi diqqətə layiqdir. Bu səbəbdən, zən­nim­cə, demokratiyanın qloballaşması hədəfi demokratikləşmənin regional sis­temləşmə problemini önə çəkməlidir.

  4. Daha bir vacib istiqamət demokratikləşmə prosesinin beynəlxalq sis­temin qayda və qanunlarından, qaydaların nüfuzundan, siyasi aktorların ma­raq və davranışlarından, cari beynəlxalq strateji proseslərdən asılılığı mə­sələləridir. Adətən, demokratikləşmə prosesinin əsas problemi kimi ayrı-ay­rı dövlətlərin və ən yaxşı halda regionların bu istiqamətdə götürdüyü hə­dəf və aparıdıqları fəaliyyət diqqətə çəkilir. Halbuki, bu proses bir qlobal ten­densiyadır və bəşəriyyətin inkişaf tempinin göstəricisidir. Xüsusən, müa­sir qloballaşma sürəti, beynəlxalq siyasi aktorların və maraqların regionlarda ak­tivləşməsi, bu fəaliyyətlərin getdikcə qayda və nizamı aşması məsələnin bey­nəlxaq siyasət və hüquq müstəvisində, qlobal nizam və qaydasızlıq problemi çərçivəsində də baxılması zərurətini qoyur.

Bizim yuxarıda qoyduğumuz istiqamətlər əslində demokratiyanın qlo­bal­laşa bilməməsi və hazırda regionlarda demokratikləşmə prosesinin sta­tik­li­yi məsələlərinin çərçivəsini və sistem həlli yollarını qoyur. Bu mənada bir sı­ra problemlər xüsusi olaraq qabarır və fikrimcə, onların həlli de­mokra­ti­ya­nın qloballaşması yolunda ciddi dönüş yarada bilər.

    1. Demokratiya dünyəvilik qarşıdurması. Bu tip paradoksal ha­di­sələr son dövr Türkiyə siyasi həyatında müşahidə olunur. Cəmiyyətin ək­sə­­riyyətinin demokratik seçimilə dünyəvi dövlət quruluşu arasında qar­şı­dur­ma, qələbə və məğlubiyyət mübarizəsi vəziyyətinin yaradılması demokratik də­yərlər sisteminin bütövlüyünə və mahiyyiyyətinə ciddi zərbədir. Nəzərə al­saq ki, manipulyasiya və dəyərlərin istismarı kimi hallar daha tez yayılır, de­mokratik dəyərlər sisteminin dağıdılması, ideologiyanın anlamının təhrif olun­ması silsilə xarakter alaraq avtoritar rejimlərdə istifadə oluna bilər. On­suz da çətin olan demokratikləşmə prosesinin isti­qa­mə­tinin qeyri-mütərəqqi siyasi məqsədlərə doğru yönəldilməsi təhlükəsi meydana çıxa bilər.

    2. Demokratikləşmə prosesinin özgələşmə istiqaməti imkanları. Demokratikləşmə prosesinin aparıldığı ölkənin əhalisinin mentalitet göstə­ri­ci­­lərindəki müxtəliflik və daxili ziddiyyətlər, siyasi şüur səviyyəsinin aşağı olması demokratikləşmənin özgələşməsi üçün münbit şərait kimi çıxış edir. Be­lə bir şəraitdə tam demokratikləşmənin antidemokratik quruluşa keçid təh­lükəsi halları baş verir. Prosesin mental, mədəni və sosial səbəbləri və bu göstəricilərin siyasi maraqlar və fəaliyyətlər fonunda müxtəlif məqsədlərlə istifadəsi əsas problemlərdəndir. Demokratikləşmənin uğurla aparılması bu halların müəyyən mənada qarşısını ala biləcək və ya onu kompensə edə biləcək müəyyən prinsiplərin işlənməsini və tətbiqini tələb edir. Fikrimcə, demokratiya nəzəriyyəsinin qarşısında duran fundamental məsələ onun yeni qarant prinsiplərlə zənginləşməsi və möhkəmlənməsidir.

    3. Demokratik konstitusiyanın avtoritar rejimin legitimliyi pa­ra­doksu. Totalitar sistem­dən və imperial təcavüzdən azad olmuş ölkələrin ilk illəri üçün səciyyəvi vəziyyətdir. Lakin demokratik dövlət qurmaq ar­zu­su ilə yola çıxmış əhali ilkin dövrdə xarizmatik şəxsin avtoritar rejimini dəs­­təkləsə də, daha sonra hakimiyyət legitimliyini itirir və zorakı sima alır. Bu­nun ardınca cəmiyyətin siyasi apatiyaya uğraması başlayır. İlkin illərdə güc­lü müxalifətin olmasına baxmayaraq dövlətin müxalifətsizləşməsi pro­se­si gedir. Müəyyən dövr sonra inqilablar və bəzi hakimiyyət dəyişiklikləri de­mo­kratikləşmə prosesinə yenidən təkan verir. Lakin qarant sistemlərin ya­ra­dılmaması və ictimai sistemin bütün səviyyələrində demokratik prinsip­lə­rin tətbiq olunmaması yenidən legitim olan avtoritar hakimiyyətlərin peyda olması imkanları yaradır.

    4. Demokratikləşmə siyasi sabitlik ziddiyyəti. Demokratikləşmə pro­­sesi çoxmillətli və ya etnik müxtəlifliyi olan dövlətlərdə siyasi sabitlik prob­­lemi ilə müşayiət olunur. Demokratiya və siyasi sabitlik məsələləri ara­sın­dakı ziddiyyətlər mil­li azlıqların radikallaşması imkanları və ərazi bü­töv­lü­yü­nə təhdid prob­lem­ləri fonunda demokratikləşmə prosesini davamlı olaraq ya ləngidir (Tür­ki­yə), ya da müəyyən dövr sonra real olaraq gündəmdən çı­xa­rır (Rusiya). Fik­rimcə, demokratikləşmə prosesinin açıq konfliktlərlə mü­şa­yi­ət olunması im­kanları da demokratikləşmənin qloballaşması problemi aspek­tin­dən baxıl­ma­lıdır.

    5. Demokratiyanın effektivliyinin ölkə əhalisinin mədəni səviyyə­sin­dən asılılığı məsələsi. Demokratiya ilə ölkədaxili mədəni inkişafın stan­dart­larının qarşılaşması demokratikləşmənin fundamental problemlərin­dən­dir. Fikrimcə, mədəni inkişaf səviyyəsinin aşağı olduğu ölkələrdə siyasi ha­ki­miyyətin formalaşması zamanı əhalinin azlıqda olan mədəni qrupundan fay­dalanmanın təşkilati formaları tapılmalıdır. Lakin bu demokratik prin­sip­lərə zidd olmamalı, əksinə, ona dayaq vasitələri kimi çıxış etməlidir.

    6. Demokratikləşməyə beynəlxalq münasibətin ciddiyyəti məsələ­s­i. Təəssüf ki, hazırkı mərhələdə beynəlxalq sistemdə, xüsusən də demo­kra­tik dünyada regionların demokratikləşməsinə münasibət soyuq müharibə və onun yeni bitdiyi dövrlərdəki səviyyədə həssas deyil. Dünya düzəninin və bey­nəlxalq sistemin məsuliyyətini daşıyan böyük dövlətlər və demokratik dün­ya aktorları xarici siyasət kursları fonunda beynəlxalq problemlərdən, o cüm­lədən demokratikləşmədən güzəştə gedirlər. (Halbuki, Voltsun nara­hat­lıqla qeyd etdiyi kimi, beynəlxalq siyasət və xarici siyasət eyniləşdiril­mə­mə­li, bir tərəziyə qoyulmamalıdırdır.1) Münasibətdə mövcud olan naqislik pro­se­sin statikliyinin ciddi səbəblərindəndir. Xüsusən də kiçik dövlətlərin ha­ki­miy­yətin formalaşması və siyasi sistemin qurulması məsələlərində beynəl­xalq güclərin ciddi rolu olduğundan bu dövlətlərdə demokratikləşmə pro­se­si­nin statikliyi özlüyündə daha çox beynəlxalq sistemin məsuliyyətini daşı­yır. Demokratiyanın qloballaşması probleminin beynəlxalq əlaqələr siste­min­dən, demokratik dövlətlərlə demokratikləşməsi gözlənilən dövlətlər ara­sın­dakı qarşılıqlı maraqlara söykənən münasibətlərdən asılılığı problemin həl­li istiqamətində ciddi məsələdir.

    7. Müasir mərhələdə demokratik dəyərin nüfuzu problemi. Fik­rim­cə, problemin yaranmasında yuxarıdakı məsələnin də rolu vardır. Bey­nəl­xalq münasibətlərdə və dünya siyasətində demokratik dəyərlərin nü­fu­zu­nun düşməsinin, həmin dəyərlərin kokretləşməsində olan kəsirlərin de­mo­kra­tiyanın qloballaşması və digər regionlarda tətbiqi üçün nə kimi prob­lem­lər yaratması bu günün ən aktual məsələlərindəndir. İlk növbədə problemin açıq etiraf olunması, daha sonra isə müzakirə obyektinə çevrilməsi təxirə­sa­lın­maz işlərdəndir.


Qlobal təhlükəsizlik, nizam və qaydasızlıq məsələləri Cənubi Qafqaz

və onun münaqişələri kontekstində

Qloballaşma ilə münaqişələrin qlobal təhlükə potensialının artması və gün-gündən daha çox qlobal təhlükə daşıması müşahidə olunur. Təhlükə sa­də­cə münaqişənin regional və qlobal müstəviyə qalxmasında yox, həm də di­gər sferalardakı beynəlxalq əlaqələr sistemini dağıtması, çoxmüstəvili böh­ran yaratma qabiliyyəti və imkanı daşımasındadır. İndi regional adlan­dır­­dı­­ğı­mız münaqişə bütün sahələrdə göstərdiyi nəticələrlə qlobal göstərici­lə­rə malik olur. Lakin mü­na­qişələr özlərinin hərbi keyfiyyət göstəriciləri ilə müs­təqil böyük hadisə kimi peyda olsalar da, daha doğrusu, belə görünsə də, əslində kompleks qaydasızlığın və sistem böh­ra­nının – sistemizliyin bir ifadəsi, törəmələrindən biridir. Nizam yaranmadıqca münaqişənin ara­dan qalx­ması mümkün olmadığından belə regionlarda münaqişələrin həll olun­ma­sına rast gəlin­­mir. (Sadəcə nizamın mövcud olduğu Avropada Yu­qos­la­vi­ya ərazisindəki müna­qişələr öz həl­lini tapdı).

Bu gün dünyanın yalnız bir regionunda, yəni beynəlxalq sistemin bir alt­sistemində nor­ma­lar işləyir, təhlükəsizlik sistemi (bütün sferaları ilə) qu­ru­lub. Qalan böyük hissədə, digər regionlarda normasızlıq, qaydasızlıq hökm sürür. Bu­rada nizamın nəinki mükəmməl səviyyəsi (sistemin ali təkamül səviyyəsi də demək olar) – norma və qaydaların aliliyi yoxdur, hətta onun ilkin, pri­mi­tiv sistem səviyyəsini təmin edən siyasi meyarları (böyük gücün siyasi ira­də­si və onun – aktorun legitimliyi, onun etibarlılığı) da işləmir. (Buna sübut ki­mi Gürcüstan üzə­rin­dəki hadisələri və regiondakı etibarsızlıq mühitinin Azər­baycanın apardığı xaricə siyasətə təsirini göstərmək olar). Ona görə də mü­əyyən əlaqə və bağlara malik dayanıqlı təhlükəsizlik sistemini yaratmaq müm­kün olmur.

Cənubi Qafqaz və digər regionlarda beynəlxalq sivil normalar işləmir, çünki həmin regionda bu norma­la­ra ilk növbədə beynəlxalq sistemin rəsmi sub­yektləri olan böyük güclər riayət etmirlər. Hər bir ictimai birlikdə (cə­miy­yət, dövlət, beynəlxalq sistem) hüquq və nor­ma­ların aliliyi, işləməsi isə ilk növbədə həmin birliyin ali hakimiyyətinin həmin qaydalara riayət et­mə­si­ni şərtləndirir. Üst qurumlar qaydalara riayət etmədikləri halda, məsə­lələrə və proseslərə sadəcə maraqları və razı­laşmaları əsasında yanaşaraq güc üzə­rin­dən həll etməyə çalışdıqları halda digər qüvvələrdən, İran, Rusiya, Çin ki­mi daxildə və öz ətrafında sivil normalar sistemi yaratmamış, zorakı üsul­la­­ra hazır regional güc sahiblərindən mütərəqqi siyasət və davranış, etibarlı əmək­daşlıq gözləmək olmaz. Belə bir mühitdə xüsusən də beynəlxalq sis­te­min subyekti kimi qəbul olunmamış qüvvələrin və terror təşkilatlarının kə­nar­da qalmış və regi­on­da heç bir gücü və bu üzdən də legitimliyi olmayan nor­malar sisteminə riayət etməsi mümkün deyil.

Bu gün Cənubi Qafqazda mövcud olan problemlər və gedən proseslər qlo­bal təhlü­kə­siz­li­yin və qaydasızlığın bütün tərəfləri və məsələlərini əks etdi­rir. Cənubi Qaf­qaz­da qloballaşmanın sürətilə bərabər şə­kildə beynəlxalq maraq və zid­diyyətlərin, qlobal siste­min naqisiklərinin ya­ratdığı qayda­sız­lığın kəskin artması müşahidə olu­nur. Beynəlxalq aktor­la­rın enerji, qaz, təhlükə­sizlik, terror, beynəlxalq təşkilat və hüquq böhranı, nü­və, hərb və sülh və s. məsələlərlə qarşı-qarşıya dur­du­ğu bir regiona çev­ril­məklə qlobal təhlükəsizliyin ən həssas olduğu bir bölgəyə də çevril­mək­də­dir. Bu cür qlo­bal qarşıdurmaların cəmləşdiyi bir regionun özünün də daxili mü­naqişə və mürəkkəbliklərini, onların qlobal sub­yektlərlə əlaqəsi, hətta yax­­şı münasi­bətlər sərgiləyən qonşu dövlətlər ara­sındakı tarixi soyuq ədavət və üstüör­tülü təh­didləri, geopolitik maraqların kəsişməsini nəzərə alsaq bu­ra­da qlobal təhlü­kəsizliyə olan təh­di­din mürəkkəb bir sistem kimi və kom­pleks halında üzə çıxdığını görü­rük. Ona görə də burada təhlü­kə­sizlik və ni­zam məsələ­lə­rinə də sistem və kompleks yanaşma tələb olunur. Siya­si, so­si­al, iqtisadi, demo­qrafik göstəricilər və proseslər arasın­da­kı əlaqələr sis­te­mi­nin öyrə­nil­mə­si ilə yanaşı qlobal sistemin mövcud göstəri­ciləri və nor­ma­la­rı­nın, siyasi aktorların və onların regional proseslərinin araşdırılan re­gionun problemlə­rində rolunun nəzərə alınması zəruridir.

Cənubi Qafqaz bu gün qlobal sistemin aktiv bir altsistemi kimi çıxış edir. Qarşılıqlı ola­raq bir tərəfdən qlobal sistemin horizontal münasibətlər­də­­ki problemləri və prosesləri bu regi­on­da üzə çıxdığı kimi, regionun prob­lem­­ləri və buradakı münaqişələr də öz ardın­ca qlobal prosesləri istiqa­mət­lən­­dirir, qlobal sistemin həm üst səviyyəsində, həm də digər regi­onlarında sil­­silə proseslər yaradır. 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən pro­­ses­lərin qlobal təhlükəsizlik, hüquq, maliyyə böhranına yol açması bunu açıq göstərdi.

Problemə sistem yanaşma ilə də regional nəticələrdən çıxış edərək qlo­bal qayda məsə­lə­lə­rinə qayıdış, beynəlxalq məsələlərin kompleks qo­yu­lu­şu tələb olunur. Regional məsələləri sadə­cə həmin region çərçivəsində və re­gionla bağlı layihələrlə həll etmək mümkün deyil. Regionlar qlobal sis­te­min bir orqanı­dırlar. Orqanizmin ümumi praflaktik tədbirləri və qan key­fiy­yət­ləri orqanı qidalandırmaq qabiliyyətinə malik olmalı, müalicəsi üçün im­kan yarat­ma­lı­dır. Orqanla əlaqəli olaraq orqanizm özünü müayinə və müa­li­cə etməlidir ki, orqanı işlədə bilsin, onun müalicəsi effektiv getsin. Bu sə­bəb­dən qlobal sistemin horizontal əlaqələri və nor­ma­lar sistemi regional sis­te­min problemlərindən çıxış edərək təkmilləşməlidir. Beynəlxalq təşkilatlar, bey­nəlxalq hüquq məsələləri regional sistemlərin qurulması və qlobal sis­te­mi bütövləşdirmək istiqamətində müntəzəm işlənməlidir. Dəyərlər sistemi ilə onları təqdim edən dövlətlərin strateji maraqları arasında əlaqə qurul­ma­lı­dır. Strateji səviyyə beynəlxalq dəyərlərə adekvat qurula bilmirsə, qlobal qay­dasızlıq və təhlükə yaranırsa, o zaman qlobal hədəfləri və onunla birgə qlo­bal təhlükəsizliyi təmin edəcək yeni norma və davranış əlaqələri qur­mağa ehtiyac var. Bu zaman yeni dəyərlərin hər yerdə eyni cür an­laşılması, ey­ni iş qabiliyyətinə malik olması və həmin dövlətlər tərəfindən eyni şəkildə mü­dafiə olunması vacibdir.

Cənubi Qafqazın təhlükəsizliyi bu regionda hər hansı bir şəkildə sa­bit­lik qurmaqdan keç­mir. Həmin regiona aid dövlətlərin suverenliyinin gə­tir­di­yi davamlı sabitlikdən keçir. Bu döv­lət­­lə­rin suverenliyi isə onların ərazi bü­töv­lüyü şərti ilə mümkündür. Çünki ərazi üzərindən qu­rul­muş münaqişələr əs­lində həm Gürcüstanın, həm də Azərbaycanın suverenliyinə, əslində isə re­gi­onun azad­lığına qoyulmuş maneədir. Bu münaqişələrin sadəcə həlli re­gi­onun azad­lığını təmin etmir. Regionun azadlığını yalnız həmin dövlətlərin əra­zi bütöv­lüyünü tə­min edən həll variantı təmin edir. Belə ki, regionda sa­də­cə bu iki dövlət suveren olmaq və regionun Avro­at­lan­­tik bloka in­te­qra­si­ya­sı iddiasın­dadır. Azərbaycanın mərkəzində Dağlıq Qarabağın Azər­bay­canın nə­zarətindən kə­narda qalması, üstəlik, bunun leqallaşması halında Azər­bay­ca­nın mər­kə­zində və ən hündür bölgəsində onu və bütün regionu nəzarətdə sax­layan Rusiyanın olması deməkdir.

Digər məsələ isə strateji mərhələdə olan Cənubi Qafqazın Avroatlan­tik məkana inteq­ra­si­yası məsələsidir. Azərbaycanın, o cümlədən Gürcüs­ta­nın Avro­at­lantik məkana inteq­rasiyasının Cənubi Qaf­qaz yox, GUAM sis­te­mi çərçivəsində reallaşdırılmasının daha op­ti­mal olması fikri ilə əvvəlki ya­zı­­larımızda çıxış etmişik.1 Bunun səbəblərini də açıqlamışıq. Lakin qlobal ni­­zam aspektindən problemə yanaşıldıqda görmək olar ki, Cənubi Qafqaz, Şər­­qi Avropa (Ukrayna, Moldova, Belarus), Orta Asiya, Yaxın Şərq və s. – bu regionların hamısının Avroatlantik məkana inteqrasiyası çıxış yolu ola bil­­məz və bu mümkün də deyildir. Hətta nisbətən yaxın regionların in­te­qra­siya prosesi ciddi mənada uzanır və get-gedə daha çox əngəllərlə rastlaşır.

Bu səbəbdən, təhlükəsiz qlobal sistem yaratmanın yolu bir təkmil alt­sis­­temi, yəni regional sistemi (məsələn, Avroatlantika blokunu) böyütməkdə de­­yil və bu, qlobal sistemin formalaşması prosesini xeyli ləngidir. Ar­zu­olu­nan qlobal sistemin formalaşmaması isə sürətlə gedən qloballaşmanı təh­lü­kə­li və idarəolunmaz istiqamətlərə aparır. Fikrimcə, təhlükəsiz və bey­nəl­xalq normalarla işləyən qlobal sistemin formalaşması üçün bir hədəfə və mər­kəzi normalara xidmət edən ayrı-ayrı regionlarda bənzər regional sis­tem­lər yaradılmalıdır.



Демократизация и конфликты как две основные стороны глобального порядка и неупорядоченности

(резюме)
В статье рассматриваются два аспекта проблемы гло­баль­ного порядка на современном этапе: демократизация и конфликты. Утверждается, что и демократизация регионов и конфликты – это не разные проб­лемы государств и регионов в отдельности, а единый глобальный вопрос. Проблемы де­мократизации рассмотриваются в контексте внутренней взаимосвязи государственного, регионального и глобального уровней. Проблемы имеют общие тенденции и законо­мерности.

В статье также рассмотриваются проблемы глобального порядка в кон­текс­те конфликтов на Южном Кавказе. Отмечается, что хо­тя конфликты проявляются как независимые явления, на самом деле, они есть выражение комплексной неупорядоченности и системного кризиса – бессистемности. Исходя из неразрешенности конфликтов в регионе обосновывается, невозможность преодоления конфликтов в условиях неупорядоченности.



Two basic sides of the global order and disorder

in the modern period – democratization and conflicts

(summary)
In the article it is paid attention to two basic sides of the problem of global order in the contemporary world: democratization processes and conflicts. It is stated that both processes are not isolated problems but rather the global ones. Democratization problems are considered in the condition of mutual connection of the country inside, regional and international flatnesses. It is informed that problems have general common tendencies and regularities.

Also it is deducated the problem of global order in the context of South Caucasus and its conflicts. It is notified that on the face of it, militarily the conflict is a phenomenon of great importance, while in fact, it is a manifestation of complex crisis notable for disorder and lack of system. Until the order is restored, there is no chance of conflict resolution, as evidenced by regional conflicts.



Fəlsəfə tarixi

Əbdürrəhman Caminin

kamil insan nəzəriyyəsi



İbrahim Allahverdiyev *

“Xatəm-əş-Şüəra” (şairlərin sonuncusu) təxəllüsünü almış böyük arif Əbdürrəhman Cami on beşinci əsrdə yaşamış və müxtəlif mövzularda qırx­dan çox əsər qələmə almışdır. Onun əsərləri İslam düşüncəsinin daha çox kəlam, fəlsəfə və təsəvvüf sahəsində araşdırılan varlıq, varlıq mər­tə­bə­ləri kimi mövzularına aydınlıq gətirmişdir. Ancaq o təkcə mütəfəkkir ola­raq deyil, böyük şair olaraq da təsirini bu günə qədər saxlamışdır. Bundan baş­qa, musiqi haqqında yazdığı risalə uzun müddət Avropa konservatoriya­la­rın­da oxudulmuş, əsərləri böyük maraqla öyrənilmişdir. “Molla Cami” adı ilə məşhur olan ərəb dilinin qrammatikası haqqında yazdığı kitabı “Fəvaid” isə hələ də islami mədrəsələrin axırıncı kursunda tədris edilir.

Caminin əsər­lə­ri­nə yüzlərlə şərhlər yazılmışdır. Dahi Füzulinin əsər­lə­rin­də də ondan böyük eh­­tiramla bəhs edildiyi xüsusilə vurğulanmalıdır. Fü­zu­linin şah əsəri olan “Ley­li və Məcnun”da Caminin adı çəkilmiş, “Hədi­qə­tüs­süəda” kıtabında onun “Şəvahidu ən-nübüvvət” əsərindən təməl qaynaq kimi istifadə olun­muş­­dur. Əlişir Nəvai isə onun ən yaxın tələbəsi olmuş və Cami bir çox əsə­ri­ni Nəvainin məsləhəti ilə yazmışdır.

Bu məqalədə müəllifin kamil insan haqqında yazdıqlarının qısa şərhi təq­dim olunacaq. Lakin əvvəlcə onun həyatı və müəllimləri haqqında giriş ma­hiyyətində məlumat verək. Çünkü bir mütəfəkkirin dünya görüşünün mey­da­na gəlməsində onun yaşadığı dövr, şəxsi münasibətləri müstəsna rol oynayır.

Caminin özü “Divan”ında əvvəlcə sərf, nəhv, məntiq, Aristotel fəl­sə­fə­si, Platon fəlsəfəsi, fiqh, hədis, təfsir elmlərini oxuduğunu, sonra isə tə­səv­vüf mərhələsinə çatdığından və irfan vadisinə girməyindən danışır [3, 35-39]. Heratta Mövlana Cüneyd və Əli Səmərqəndidən dərs aldıqdan [8, 101] son­ra Səmərqəndə gəlir. Burada yuxuda Nəqşibəndi təriqətinin şeyxi Sa­də­d­din Qaşqarini görür və onun müridi olmaq qərarına gəlir. Qaşqarinin ölü­mün­dən sonra isə başqa bir Nəqşi şeyxi Ubeydullah Əhrara müridlik edir [11, 306].

Burada əhəmiyyətli bir məsələnin nəzərə alınması vacibdir. Təsəvvüf ənənəsində kamil insan və yaxud kamil mömin ola bilmək üçün kamil bir şeyxə müridlik etmə, başqa bir ifadə ilə, təslim olma şərti vardır. Ancaq ta­rix­də bu məsələdə istisna şəxslərin olduğu da qeyd olunmalıdır. Xüsusilə də əh­li-beyt yoluna qeyd-şərtsiz tabe olan şiə məzhəbində fərdi olaraq seyri-sü­lukunu həyata keçirən şəxslər olmuşdur. Məsələnin daha ətraflı başa dü­şül­məsi üçün Qəzzalinin, Füzulinin və Molla Sədra olaraq elm aləmində ta­nı­nan Sədrəddin Şirazinin həyatı tədqiq olunmalıdır. Hər üç arifin həyatı haq­qında çox geniş tarixi sənədlərə sahib olmasaq da, onların hər hansı bir təri­qətə bağlı olmadığını bilirik. Onların qələmə aldıqları əsərlər hər üçünün də həqiqi arif və kamil insan olduqlarını isbat edir. Məsələni çox uzatmadan Caminin kamil insan düşüncəsi haqqında dediklərinə diqqət edək.

Camiyə görə insani-kamil mərtəbəsi varlıq mərtəbələrinin sonuncusu­dur. Sufilər varlığı müxtəlif mərtəbələrə bölürlər və bu mərtəbələrin sayı müx­təlif sufilərdə fərqli saylardadır. Bəziləri bunların sayını dördə ayırsa da, bəziləri də qırxa qədər çıxart­mışdır. Cami digər mövzularda olduğu kimi bu mövzuda da İbn Ərəbinin və onun sistemini davam etdirən başqa su­fi­lə­rin görüşlərindən geniş ölçüdə istifadə etmişdir. Bu sufilərin başında İbn Ərə­binin tələbəsi olan Sədrəddin Konəvi gəlir. Konəvi özünün varlıq mər­tə­bə­ləri ilə bağ­lı sistemini qısaca belə ifadə edir: “Mərtəbələr elmdən ibarət olan bir tək va­cibin əhatə etdiyi ümumi müəyyənlərdən ibarətdir. Bunlar fey­zin, feyzi verəndən fərqli olmasa da, Zatdan hasil olan olan mütləq fey­zin təmas etdiyi bir növ məkan (mahal) kimidir. Bunun üçün mərtəbələrin, tə­sirin həqiqət­lə­rin­də təsirləri vardır. Lakin bu təsir mütləq mənada deyil, ək­sinə onların bir növ bir məkan kimi olmaqlarından qaynaqlanır. Hər mərtəbə, bir qrup va­ciblik və imkan hökmləri üçün mənəvi bir məkandır. Bu hökmlər zata aid olan və uluhiyyət adlarından və onları izləyən adlardan yaranırlar. Mər­tə­bə­lər bir sona və nəticəyə çatmamışdan əvvəl əzəl ilə əbəd arasında ortaya çı­xan dərəcə və yerlərdə seyr edən varlıq təcəllisi və zati feyz üçün bir növ nis­bi sonlar kimidir” [10, 76-77].

Camiyə görə, Haqqın mərtəbələrini və özünü dərk etmək iki cür müm­kün­dür. Birincisi, Onun zatının məğzini bilmək. Yəni Haqqı isim və sifət­lə­rin­dən təcrid edərək kainatda zahir olduğunu bilmək. Bu mümkün deyildir. Çün­kü O, bu cür anlayışdan Özünü izzət hicabı ilə örtmüşdür. Onun hər han­sı bir formada kainata aid edilməsi mümkün deyildir. Bunu tələb etmək də mənasızdır. Onun zatı görünməzdir. Bununu üçün də Allah (c.c) demişdir ki: “Allah sizi öz əzabından çəkindirir, Allah bəndələrinə qarşı mərhə­mətlidir.” (Ali İmran, 30). Məhəmməd Peyğəmbər (s.a.s) isə bir hədisində; “Allahın et­diklərini təfəkkür edin, lakin Onun zatını düşünməyin” deyə buyurmuş­dur. İkincisi isə, Onun nurunun təzahürlərini, Onun endiyi mərtəbələri və mü­şahidə edildiyi varlıq aləmini bilməklə olar. Bunun özü də iki cürdür. Bi­rin­cisi bəsit bir idrakdır. Bu da idrakın özünü tərk edib Haqqın varlığını dərk et­məkdən ibarətdir. İkincisi mürəkkəb idrakdır. Çünkü burada Onun varlığı şüurlu bir şəkildə bilinməkdədir. [2, 52-54]

Müəllif dərk oluna bilən varlıq mərtəbələrini əsərlərində dörd, beş, altı və yeddi mərtəbəyə bölərək təsnif etmişdir. Cami demək olar ki, irfan əsər­lə­ri­nin hamısında bu məsələyə dair fikir bəyan etmişdir. Ancaq adı keçəcək əsər­lər bu fikirlərin xülasəsini təşkil edir. Dördlü təsnifə görə varlığın (vü­cu­dun) mərtəbələri: 1. Ancaq zatın olduğu Lahut, 2. İlahi adlar və sifətləri özün­də toplayan Cəbərut, 3. Ruhlara aid mərtəbələrin olduğu Mələkut, 4. Cism­lərin olduğu, şəhadət aləmi kimi də məşhur olan Nasut kimi mərtə­bə­lə­rə ayrılmışdır [2, 59]. Beşli təsnifə görə isə varlığın mərtəbələri, müəllif tə­rə­findən bu cür ifadə edilir: “Külli mərtəbələr (məratib-i-külliyyə) beş mər­tə­bə­yə (hazaratı xəmsə) ayrılmışdır. Birincisi qeyb mərtəbə­si­dir. Bura həzrəti Zattır. Əvvəl, təcəlli ve təzahürlərlə ona şamil olan xü­su­siy­yətlər və işlərlə, sonra isə ilahi və yaradılmış (kövni) həqiqətlərlə ortaya çı­xar. Onun müqabilində ikinci mərtəbə şəhadət və hiss aləmindəki cinslərin, növ­lərin və şəxslərin surətləridir. Üçüncü mərtəbə ruhlar mərtəbəsidir. Dör­dün­cü mərtəbə xəyal aləmidir. Beşinci mərtəbə aləmin həqiqətidir. Digər bü­tün mərtəbələri özündə toplamışdır. Bəziləri də mərtəbələrin sayını altı ola­raq vermiş və beşli təsnifə ilk təzahür mərtəbəsini də əlavə etmişlər. Bu­ra­dakı təsnifdə isə ayanı sabitə mərtəbəsinin özü üç mərtəbəyə bö­lün­müş­dür. On­lar­dan ilki bəsit mücərrəd yaradılmış (kövni) həqiqətlərin zahir olduğu ruh­lar mər­təbəsidir. İkincisi mürəkkəb yaradılmış (kövni) əşyaların var­lıq­la­rı­nın olduğu nümu­nə­lər mərtəbəsidir. Şəhadət aləmindən fərqli olaraq burada on­lar kiçik hissə­lə­rə bölünməzlər. Üçüncüsü isə cisimlər aləmidir. Burada mü­rəkkəb əşya­ların varlığı üzvi mahiyyətdədir. Yəni əşyalar bölünə bilərlər. Bu mərtəbə, hisslər və şəhadət aləmi adını almışdır. Altıncı mərtəbə isə bü­tün mərtəbələri özündə toplayan insanı kamilin həqiqəti mərtəbəsidir [2, 57-59].

Müəllif Naqdu’n-Nusus adlı əsərində isə varlığın ‘zat’ mərtəbəsindən heç bəhs etməmiş və birinci mərtəbə olaraq ‘taayyünü əvvəl’ (birinci təza­hür) mərtəbəsini qeyd etmişdir. Burada da mərtəbələrin sayını altı olaraq gös­tərmişdir. Birinci mərtəbə, qeybi-muqib olan və qeybi əvvəl (birinci qeyb) adını alan taayyünü əvvəldir (birinci təzahür). İkinci mərtəbə, qaybı sa­nidir (ikinci qeybdir) və taayyünü sani (ikinci təzahür) kimi adlandırıl­mış­dır. Bu mərtəbəyə yaradılmış varlıqlardan gizli olduğu üçün qaybı sani (ikin­­ci qeyb) deyilmişdir. Burada, yəni ayanı sabitədə varlıq zü­hur sifə­tin­dən uzaq­dır. Buradakı ayanların elmi Allahdadır. Üçüncü mər­tə­bə ruhlar mər­­tə­bə­sidir. Bu mərtəbədə yaradılmış (kövni) həqiqətlər mücərrəd şəkildə zü­­hur edər. Belə ki, bu mərtəbədə ruhlar öz ideyalarını (ayanlarını) dərk et­miş olarlar. Dör­dün­cü mərtəbə nümunələr aləmi (aləmi misal) mər­tə­bə­sidir. Bu mərtəbədə ya­radılmış varlıqlar lətif olaraq zühur edər, yə­ni kiçik his­sə­lə­rə bölünməz. Be­şinci mərtəbə cismlər aləmidir. Bu mərtəbədə yara­dıl­mış var­lıqların var­lı­ğı üzvi tər­kibdə zühur edər, yəni kiçik hissələr bö­lü­nə bi­lər. Bu mərtəbəyə his­slər mərtəbəsi və şəhadət aləmi adı verilmişdir. Al­tıncı mər­təbə bütün mər­təbələri özündə toplayan mərtəbəi-camiadır. Bu, in­sani-ka­milin hə­qi­qə­ti­dir. O sahib olduğu bərzəxlik hökmünə görə cəmlərin cə­midir [1, 30-31].

Ümumən müəllif insani-kamilin üç əsas tərəfini yaradılışın təzahürü ola­raq vermişdir. Birincisi, Allah adının zahir olduğu yer, ikincisi, ya­ra­dı­lı­şın hədəfi, üçüncüsü, Allahın xəlifəsi olaraq kamil insan1. Hər üç məna bir məna bütünlüyü içərisində verililr. Ca­mi bir rübaisində: “Kamilliyin zir­və­sində doğan həqiqi sabah bizik. Nöq­tə­lərin halı və incə işlərin kəşfi bizdədir. Haqqın və xəlqin sirləri kön­lü­mü­zün xaricində deyildir, bütün həqiqətlərin toplandığı yer bizik,” deyir [13, 91]. Yəni Allahın adları ilə kamil insan arasında bir rabitə var. Kamil insan Al­lahın adlarının bir təcəlli yeridir. Başqa sözlə aləmdəki təzahür yeridir. Allah adı hər şeyi əhatə edən bir addır və bu ad Onun bütün adlarını əhatə edir. Onu bilən hər hansı bir qəlb bütün adları bilər. Balaca aləm olan insan bö­yük aləmin aynasıdır. Allah çoxluqda yəni kəsrəttə birliyi insan vasitəsi ilə seyr edər [12, 165-181].

Bundan başqa insani-kamilin həqiqəti bütün mərtəbələrdə zühur edən­lə­rin hamısını özündə toplamışdır. Taayyünü əvvəl mərtəbəsində elm za­ti ilə, sifətlər isə taayyünlər və mahiyyətlərlə mövcuddur. Bu elm təfər­rüatlı (təf­sili) deyil, ümumiləşmiş formadadır (icmaldır). Eləcə də taayyünü sani (ikinci təzahür) mərtəbəsində də hər şeyin elmi mövcuddur, ancaq burada tə­fər­rüatlıdır (təfsilidir). Digər mərtəbələrdə də təfərrüatlı (təfsili) elm möv­cuddur. İnsani-kamil mərtəbəsində bu mərtəbələrdə var olan bütün elm (bi­lik­lər) vardır. [1, 62-63] Bu məqamı əldə etmək üçün də həqiqi Haqq aşiq­lə­rinin iziylə getmək lazımdır. Yəni, daimi eşq içərisində sabit bir şəkildə yoluna davam edən o kimsələr, vəfa məmləkətində yüksəkliklə tanınmışlar. Varlığın (vücudun) nəzərdə tutulan xülasəsi onlardır. Bundan sonra hər şey onların cismləriylə bərabər yoxluqdur. Eşq yolunda mərdliyə sipər olan o kimsələrin hər biri şəfa verən məsihdirlər. Lütf və mərhəmət gözü ilə bax­dıq­ları yerdə yüz illik xəstəni bir anda sağaldarlar. Eşq məqamına çatan o kim­sələr özlərinə riya qapısını bağlayan insanlardır. İki üzlü ya da çox üzlü yal­taq insanlar bu yolda gedə bilməzlər. Gerçək aşiqlər onlardan fərqli ola­raq doğruluq və səfa küncündə oturarlar. Acgözlük və heyvani arzu qa­rı­şıq­lı­ğından canlarını qurtarıblar. Onlar varlıq surətlərinin qəlbidir [13, 92-93].

İnsan eyni zamanda vaciblik (vücub) və imkan arasında bir bərzəxdir. Buna görə də xilafət yeri, yer üzü olmuşdur. Yer üzü varlıq dairəsinin mər­kə­zidir. İlahi nəfəsin varlıq qazandığı başlanğıc mərtəbəsidir. İlahi nəfəs bü­tün varlıq aləmini yaratmaq üçün meydana çıxar. Buna görə də yer üzünə enən həqiqi insanın xəlifə olması məqsədəuyğun hesab olunmuşdur. Çünki in­san surət baxımından sonuncu olsa da rütbə və mərtəbəsinə görə ilkdir. İnsan xəlq ilə Haqq arasında vasitədir. Allahdan başqa hər şeyin əbədiliyinin səbəbi olan Haqqın feyzi və yardımı, onunla onun mərtəbəsindən həm ülvi, həm də heyvani olan aləmə çatar. Əgər insan olmasaydı, aləmdə rabitə və münasibət olmazdı və aləm vahid olan ilahi yardımı qəbul edə bilməzdi və bu yardım aləmə çatmazdı [9, 85]. Buna görə də insani-kamilin ideal vəziyyəti qavranılması mümkün olmayan dərinlikdədir. O, ruhani bir könül rahatlığı və sükunətdir. O özünü və digər hər şeyi Allah Təalaya həvalə və təs­­lim etdiyinə görə təcəlli edən kamil bir itaətdən razı olan sakit bir in­san­dır. İnsani-kamil inanılmaz bir ruhani qüdrətlə və varlıq haqqında da ən yük­sək elmlərlə yüklənən amma dərin və sakit bir ümman təəssüratını oyan­dı­ran kimsədir. [6, 371] O, eyni zamanda qeyb və şəhadət arasında bir bər­zəx­dir. İnsan qulluq (ubudiyət) və ağalıq həqiqətinin zühur etdiyi bir ay­nadır. [7, 171]

Camiyə görə insanın – əlbəttə ki, peyğəmbərlərdən sonra – kamillik mərtəbələrinin dərəcələri üçdür. Birincisi, Haqqa çatmışların və kamillərin mərtəbəsidir ki, ən yüksək mərtəbə budur. Bunlar mürşidi-kamil, pir, insani-kamil və başqa adlarla da ifadə oluna bilər. İkincisi, kamillik yoluna gi­rən­lə­rin mərtəbəsidir ki, bu da orta mərtəbədir. Hər nə qədər bu mərtəbə də mür­şidlər mərtəbəsi olsa da bunları birinci mərtəbədə olanlardan ayıran əsas xü­susiyyət irşad (doğru yolu göstərmə) vəzifəsi ilə mükəlləf olmamalarıdır. Üçüncüsü, kamillik yolunda nöqsanlı mövqedə qalanlardır. Bunlar ən aşağı mərtəbədə sayılır. Bunların irfan əhli nəzərində bir qiyməti olmadığı üçün müəllif tərəfindən onların xüsusiyyətləri haqqında məlumat verilməmişdir. Başqa bir ifadə ilə desək, Haqqa vasil olanlar və Haqqa yaxın olan insanlar birincilər arasında yer alır. Cami ilk iki mərtəbə içərisində yer alanların xü­su­siyyətlərini fərqli ifadələrlə izah etməyə davam edir: Peyğəmbərlərdən son­­ra ərənlər iki qrupdur. Birincisi, sufi şeyxləridir ki, Haqqın elçisinə (s.) mükəmməl bir şəkildə tabe olduqları üçün vüsal mərtəbəsinə çatmışlar və ondan sonra da xalqı tabe olmaq üçün dəvətlə vəzifələndirildilər. Bu qrup­da olanlar başqalarını da kamilliyə çatdırmağa məmur olan kamil in­san­lar­dır. Onlar Haqqın əzəli lütf və inayəti ilə vəhdət dənizinin dalğasında bo­ğul­duqdan sonra fəna balığının qarnından xalqı qurtarıb dərəcələr qazan­ma­sı­na dəlil olmaqları üçün bəqa meydanına çıxmağa hazır olan kimsələrdir. İn­san bu mərtəbəyə çata bilməsi üçün seyri-sülukunu bitirməlidir. Seyri-sü­luk kamil insanın, yəni pirin yanında yaşanmalıdır. Ümumi olaraq isə süluk əh­li də iki cür olur. Birincisi ən yüksək məqsədə çatmaq istəyənlər, yəni Al­lahın vəchini görmək istəyənlərdir. Belə ki, bunlar haqqında Quranın Ənam su­rəsinin 52-ci ayəsində, “Onlar Allahın vəchini istəyirlər” deyə buyrul­maq­da­­dır. İkincisi isə behişti (cənnət) istəyənlərdir. Bunlar da axirəti murad edər­lər. Bunlar üçün də Quranın Ali İmran surəsinin 145-ci ayəsində “Kim axirət mükafatını arzu etsə” kimi danışılır. [5, 8-9]

Birinci kamillik mərtəbəsində olanlar, yəni özləri mürşidi-kamil olan və digərlərini də irşad etmək vəzifəsi ilə vəzifələndirən şəxslərə müəllif tə­rə­fin­dən vəli, arif, abdal kimi başqa adlar verilmişdir. Vəlayət həm də kökünə görə yaxınlıq mənasındadır və müəllifə görə iki cürdür. Birincisi, ümumi vəlayət, ikinicisi isə xüsusi vəlayət. Ümumi vəlayət sifəti bütün iman edən­lər üçün müştərəkdir, yəni bütün mömünlər bu mə­nada vəlidir. Belə ki, Bə­qə­rə surəsinin 257-ci ayəsində Allah: “Allah iman edənlərin vəlisidir, on­la­rı qa­ranlıqlardan çəkərək nura çıxartmışdır” – de­yə buyurur. Xüsu­si və­layət isə yolçular (salik) arasında Haqqa vasil olanlara və sey­­rü-süluku bitirənlərə aiddir. Bununla, yəni özəl vəlayətlə insanın Allahda yox olması (fəna fillah) və onunla əbədi olması (bə­qa billah) başa düşülür. Yə­ni vəli Allahda fani olduqdan sonra yenə onun­la əbədi (baqi) olandır. Fə­na Allaha tərəf olan yolun (seyr iləllah) sona çat­masından ibarətdir. Bəqa isə Al­lahda yol getməyin (seyr fillah) başlan­ğı­cı­dır. Allaha tərəf yol getmək, doğ­ruluq ayağı ilə (sıdkiyyət) bütün varlıq (vü­cud) səhrası keçildikdən sonra ba­şa çatar. Haqda yol getmək, insanın bü­tün hiss edilən şeylərdən və özü-özün­dən mütləq surətdə fani olmasından sonra konkretləşər, yəni həyata ke­çər. Belə olanda da Haqq, ona yəni salikə bütün sonradan var olan şeylərin çirkabından uzaq, təmiz bir varlıq verir. Salik isə sahip olduğu bu yeni varlıqla aləmdə Haqqın vəsfləriylə vəsflənmiş və əxlaqı ilə əxlaqlanmış olaraq irəliləyər [5, 5].

Bu, insanın ikinci doğuluşudur. Çünkü insan bu aləmə təmiz və mə­sum bir şəkildə gəlir. O yenidən bu vəsfə sahib olmaq üçün müəyyən mə­sa­fəni keçməlidir. Bu yolun sonu isə yeni bir paklıq qazanmasıdır. Paklıq qa­zan­dığı vaxt bu mənada mənən ikinci dəfə dünyaya gəlmiş kimi olur. İrfan əh­linə görə, həqiqi dünyaya gəlmə də bundan ibarətdir. Əksi təqdirdə insan ca­hil sifətləri ilə bu dünyanı tərk edir.

Camiyə görə, vəlayət eyni zamanda nübüvvətin də bir dəlili sayılır. Yə­ni Allah (c.c) peyğəmbərlik dəlilini hər zaman əbədi etdiyi üçün vəlilər də hə­mişə olacaqdır. Beləliklə, Haqqın ayələri və Məhəmmədin (s.) sadiq ol­duğunun başa düşülməsi üçün övliyaların mövcudiyyəti və bu dəlilləri iz­har etmələri zəruridir. Bundan başqa, Allah övliyaları aləmin idarəsinə mə­­sul etmişdir. Onlar Allahın və Peyğəmbərin sünnələrinin hökmlərini da­­vam etdirirlər və nəfslərinə tabe olmurlar. Ayaqlarına göydən bərəkət ya­ğı­şı yağar. Torpaq onların hallarının təmizliyindən yaşıla bürünər. Bunların sa­­yı dörd mindir və gizlidirlər. Bir-birlərini də tanımazlar. Öz hallarının gö­zəlliyini də bilməzlər [5, 19-20]. Belə ki, onlar həm insanlardan, həm də öz­lərindən örtülüdürlər (məstur). Onların haqqında hədislər və vəlilərin söz­lə­­ri var. Haqqın sarayının adamları olan vəlilərin bir qismi bütün işləri gör­mək­­lə vəzifələndiriliblər. Bunlar üç yüz nəfərdir və adlarına seçilmişlər de­yi­lər. Yenə bunlardan qırxına müdrik deyirlər. Yeddisinə əbrar, dördünə əvtad, üçünə nüqəba və bir tək olana qütb ya da qavs deyilir [5, 7-8]. Cami budəla adlanan bir qrup insandan da danışır. Onlar isə yeddi nəfərdir. On­lar­dan biri bir məkana səfər edəndə öz surətini olduğu yerdə qoya bilir. Heç kim onun yoxa çıxdığından xəbərdar olmur. Buna görə də onları ‘bədəl’ kəlməsinin cəmi olan ‘budəla’ ilə vəsf etmişlər. İbn Ərəbidən nümunələr ve­rən müəllif mövzuya davam edərək bunları deyir: “Onların sayı yeddidən nə ar­tıqdır, nə də əskik. Allah onlarla yeddi iqlimi qoruyur. Hər bədəlin öz və­la­yətinə münasib olan iqlim var. Onlardan birincisi İbrahim (a.s)ın, ikin­ci­si Kə­lamullah Musa (a.s)ın, üçüncüsü Harun (a.s)ın, dördüncüsü İdris (a.s)ın, beşincisi Yusuf (a.s)ın, altıncısı İsa (a.s)ın, yeddincisi isə Adəm(a.s)in ayaqlarının üstündədir” [1, 54].

Nəticə etibarı ilə, Camiyə görə, bu insanların ortaq xüsusiyyəti kamilliyin həqiqətinə sahib olmaqdan ibarətdir. Kamillik Allah xaricində olan (masiva) hər şey­dən uzaqlaşmaq və yoxluğa çatmaqdır. Bununla da kamil insanların süf­rəsindən qidalanmağın böyük bir nemət olduğuna dair səsləndirilən fikirlər də həmişə əhəməyyətini saxlamışdır. İnsani-kamilə tabe olan mürid seyri-sü­lu­kunu bitirənə kimi digər insanlarla əlaqəsini kəsməlidir. Yol (seyr) ta­mam­landıqdan sonra isə xəlq ilə bir yerdə yaşa­mağa davam edər. Ancaq o, cə­miyyət içərisində yaşasa da, qəlbi Haqq ilə bir yerdədir.


Ədəbiyyat siyahısı
1. Cami, Əbdürrahman, Naqdu’n-Nusus fi Şərhi Nəqşi’l-Fusus, (təshih və təhqiq William Chittick), Tehran, 1381 (h/ş).

2. Cami, Şərh-i Rübaiyyat, (çapa haz.: Mail Herevi), kitab İranda çap edilmiş, ancaq çap tarixi yazılmamışdır.

3. Cami, Divan, (çapa haz.: A.Afsahzad), II cild, Tehran, 1378 (h/ş).

4. Cami, Levayıh, (çapa haz: Yan Rişar), Tehran, 1383 (h/ş).

5. Cami, Nəfəhatü’l-Üns, (haz: Mehdi Muhammədi Pur), kitab İranda çap edilmiş, ancaq çap tarixi yazılmamışdır.

6. İzutsu, Toshihiko, İbn Arabi’nin Fusûs’undaki Anahtar Kavramlar, çev: Ahmet Yüksel Özemre, İkinci Baskı, Kaknüs Yayınları, İstanbul, 1999.

7. Konevi, İ’cazü’l-Beyan fi Te’vili’l-Ümmi’l-Kur’an, Fatiha Suresi Tefsiri, (çev: Ekrem Demirli), İstanbul, 2002.

8. Molla Abdü’n-nəbi Fahruzeman Qəzvini, Təzkəre-i Meyxane, (haz: Ahmet Gülçin), Tahran, 1340 (h/ş),

9. Sadreddin Konevi, el-Fükûk fi Esrar-ı Müstenidat-i Hikemi’l-Fusûs, Fusûsu’l-Hikem’in Sırları, (çev: Ekrem Demirli), İstanbul, 2002.

10. Sadreddin Konevi, en-Nusûs fi Tahkiki Tavri’l-Mahsûs, Vahdet-i Vücûd ve Esasları, (çev: Ekrem Demirli), İstanbul, 2002.

11. Safi Ali b. Hüseyin, Reşehat, (sad; Mustafa Özsaray), Semerkand Yayınevi, İstanbul, 2005.

12. William Chittick, Cami’nin Tasavvûf Anlayışında Ben’in Protitipi Olarak İnsan-I Kamil, Varolmanın Boyutları, (çev; Turan Koç), İstanbul, İnsan Yayınları, 1997,

13. Çelebi, Asaf Halet, Molla Cami, hayatı-şahsiyeti-eserlerinden parçalar, Ankara, 1940.
Теория совершенного человека

Абдуррахмана Джами

(резюме)
Согласно А. Джами, совершенный человек есть наивысшая сту­пень бы­тия. Следовательно, совершенный человек концентрирует в се­бе все имма­нен­тные священные имена и свойства Аллаха. Совер­шен­ный человек – это совершенный мюршид. Таких людей называют так­же вели, абдал, нукеба и др. Чтобы стать совершенным, нужно пройти путь суфия (seyri-süluk), уметь на­блюдать проявления Аллаха и по­знать уровни Его созданий. Человек, познавший уровни бытия, по­сти­га­ет также тайны своего бытия и мира. Такое познание помогает чело­ве­ку определить свое место в многообразии бытия.
The Theory of Perfect Man in

Abdurrahman Cami

(summary)
According to Abdurrahman Cami perfect man is the final layer of existence. So, it includes God`s all divine names and attributes which immanent in the universe. Perfect man is the perfect murshid (master). This category of man called vali, abdal, nukaba and etc. To be a perfect man demands seyri-suluk and to observe manifestations of God and to cognize layers of His creation. The man who cognizes layers of His creation can possess the mysteries of himself and universe. This cognition helps him to define his position among other beings.

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə