Rayon məHKƏMƏSİNƏ İddiaçı: oğlu Ünvan




Yüklə 18.72 Kb.
tarix29.04.2016
ölçüsü18.72 Kb.
_________ RAYON MƏHKƏMƏSİNƏ
İddiaçı: ___________ oğlu

(Ünvan: _____ rayonu, _____ döngəsi ev _, mənzil __

tərəfindən


Cavabdehlər: 1. _________________________________

2. __________________________ oğluna



(Qeydiyyatda olduğu ünvan: ______rayonu, _____ prospekti ev __, mənzil __)

qarşı
İDDİA ƏRİZƏSİ



(yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair)


  1. İşin faktiki halları:

Mən, iddiaçı - ____________________ oğlu ______-cü ilin aprel ayında Bakı şəhəri __ saylı dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasənda Bakı şəhəri, _____rayonu, _____ prospektində yerləşən __ saylı evin __ saylı mənzilini cavabdeh - __________________ almışam. Bu zaman digər cavabdeh yetkinlik yaşına çatmayan şəxs olduğu üçün sözügedən mənzilin barəsində alqı-satqı müqaviləsinin bağlanmasına dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini verməyə ehtiyac yaranmayıb.

Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququmu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş _________-cü il tarixli, seriya MA № xxxx saylı hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişəm. Həmin vaxtdan bəri cavabdehlər sözügedən mənzildən köçüblər və mən ailə üzvlərimlə birlikdə orada yaşayıram.

Lakin buna baxmayaraq cavabdehlər mənim mənzilimdə qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil mənə satıldığı gündən oradan istifadə hüquqlarını itiriblər.

Əslində cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da mənim mülkiyyətçi kimi hüquqlarımı pozur. Əvvəla, mən onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli oluram. İkincisi, onlarla heç bir qohumluq əlaqəm yoxdur ki, onlar mənim xüsusi mülkiyyətimdə olan mənzilimdə qeydiyyatda qalmasına razılaşım. Üçüncüsü isə onların mənim mənzilimdə qeydiyyatda qalması mənim həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarımı məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığın alınması mənim üçün əlavə problemlər yarada bilər.

Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma mənim mənzilimdə qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır.

Yeri gəlmişkən onu da qeyd edim ki, dəfələrlə cavabdehlərin könüllü olaraq mənim mənzilimdən qeydiyyatdan çıxması barədə onlarla əlaqə yaratmağa çalışsam da, heç bir nəticəyə nail ola bilməmişəm. Çünki onların hal-hazırda faktiki olaraq harada yaşadıqları barədə heç bir məlumatım yoxdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam.


II. Hüquqi əsaslandırma:

Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hallarda əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər ona dair sərəncam verə bilər, həmin əşyaya başqa şəxslərin sahibliyinə yol verməyə bilər , ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər , bir şərtlə ki, həmin hərəkətlər qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan istifadə olmasın.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymasını tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər mənzili mənə satdığı gündən daimi yaşamaq üçün başqa yerə köçüblər. Nəticə etibarılə, cavabdehlərin mənə məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.



Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
Cavabdehlər - _________________________ və ___________________________ oğlunun Bakı şəhəri, _______ rayonu, ______ prospektində yerləşən __ saylı evin __ saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarasınız.
Əlavə olunur:

  1. İddia ərizəsi – 4 nüsxədə;

  2. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti – 1 vərəqdə;

  3. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla notariat qaydasında təsdiq olunmuş surəti – 1 vərəqdə;

  4. Nəsimi rayon __ saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş __ N-li Forma arayışın əsli – 1 vərəqdə;

  5. __ saylı Dövlət Notariat Kontoruna təqdim edilmiş notariat işinin əsli – 12 vərəqdə;

  6. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.



Tarix: “_____” noyabr 201 _-cü il
İddiaçı: ______________________






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə