Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC), 2011




Yüklə 15.3 Kb.
tarix10.04.2016
ölçüsü15.3 Kb.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC), 2011


Qaçqın və məcburi köçkünlərlə işləyən QHT- lərin nəzərinə!
TƏŞKİLATıNIZIN İDARƏETMƏ VƏ MALİYYƏ BACARIQLARINI GÜCLƏNDİRMƏK İSTƏYİRSİNİZsə; Layİhələrİn yazılmasına, həyata keçİrİlməsİnə və monİtorİnqİnə daİr əlavə bİlgİlər əldə etmək İstəyİrsİnİzSƏ,
O zaman bİzə müracİət edİn!
SONUNCU FÜRSƏT!
AzərbaycanIN İLK MİLLİ GENDER EKSPERT QRUPU tərəfİndən

aparılan 5-günlük TƏLİM KURSU!
BMTQAK-ın maliyyə dəstəyilə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) həyata keçirdiyi “Azərbaycanda Məcburi Köçkün, Qaçqın və Sığınacaq Axtaran Şəxslər üçün Gender-Əsaslı Zorakılığın Aradan Qaldırılması” adlı layihə çərçivəsində qaçqın, məcburi köçkün, miqrant və sığınacaq axtaran şəxslərlə işləyən QHT-lərin və İƏT-lərin bacarıqlarının gücləndirilməsi məqsədilə təlimlər başlanır.
Xüsusi beynəlxalq təlim keçmiş 8 mütəxəssisdən ibarət olan GENDER EKSPERT QRUPU RİQC-in nəzdində yaradılan İLK MİLLİ infrastruktur olaraq, İLK dəfə 5-günlük TƏLİM KURSUnu 25-29 iyun 2011 tarixində RİQC-in ofisində saat 9:00-dan-17:00-a qədər keçirəcəkdir.
Təlimlər QHT-lərdə layihə idarəetməsi, layihə qiymətləndirilməsi və monitorinqi, layihə yazmaq bacarıqları, maliyyə idarəetməsi, fandreyzinq, təşkilati idarəetmə, korporativ etika və korporativ liderlik kimi bacarıqların gücləndirilməsinə və genderə həssas olan alətlərin bu bacarıqlara tətbiq edilərək istifadəsinin təkmilləşdirilməsinə yönəlir.
Kursun bütün günlərində nizamlı iştirak etmək MÜTLƏQ VƏ YEGANƏ ŞƏRTİMİZDİR. Təlimin yerləri məhdud olduğundan, hər təşkilatdan yalnız 1 nəfər iştirak edə biləcək. Qeydiyyatdan mümkün qədər tez keçməniz iştirakınızı təmin edəcək.
Təlimdə yalnız nizamlı şəkildə iştirak edən iştirakçılar sertifikatlarla təltif olunacaq və RİQC tərəfindən yeni çəkilmiş vizual alət olan sənədli film “Dördbucaq İçində” və 8 manualdan ibarət Resurs Dəstini hədiyyə alacaqlar.
Təlimlərdə iştirak: Pulsuzdur
Təlimin dili: Azərbaycan
Təlimin vaxtı: 25-29 iyun, saat 9:00 – 17:00
Qeydiyyat: Əlavə olunmuş ərizə formasını doldurub

ward.azerbaijan@gmail.com e-mail ünvanına göndərin
Ərizənin son qəbul tarixi: 20 iyun, saat 17:00

Əlaqələndirici şəxslər: Sevinc Tasinova, Ülviyyə Əliyeva
Ünvan: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)

Bakı, AZ1025, Azərbaycan

A. Cəlilov küç.26, mən. 98

Tel/Faks: (+99412) 490 40 44 / 408 40 44

Mob: (+99450) 760 40 44

ƏRİZƏ FORMASI
Zəhmət olmasa, bu formanın bütün bölmələrini doldurun və ward.azerbaijan@gmail.com elektron ünvanına göndərin. Tamamlanmamış ərizələrə baxılmayacaq.

1. Adınız və soyadınız: ________________________________________________________

2. Təmsil etdiyiniz təşkilat: ________________________________________________________
3. Təşkilatda vəzifəniz: ________________________________________________________
4. Təlimdə iştirakınızın məqsədi: ______________________________________________________________________________
______________________________________________________________________________
5. Kontaktlar:
- İş ünvanı: _______________________________________________________
- İş telefon nömrəsi: _______________________________________________________
- Mobil telefon nömrəsi: _______________________________________________________
- Email: _______________________________________________________

İmza: _______________________________________________________


Tarix: _______________________________________________________


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə