R. A. Rasulov “Təbiət elmləri və tədrisi metodikası” kafedrasının 13 sentyabr 2010-cu il




Yüklə 32.92 Kb.
tarix20.04.2016
ölçüsü32.92 Kb.
EXCEL PROQRAMININ KÖMƏYİLƏ ELEKTRON TESTLƏRİN HAZIRLANMASI
AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının baş müəllimi

G.Q.Abdurahmanova

Rəyçi: f.r.e.namizədi, dos. R.A.Rasulov

Təbiət elmləri və tədrisi metodikası” kafedrasının 13 sentyabr 2010-cu il



1 saylı protokolundan çıxarış
Müasir İnformasiya texnologiyalarından istifadə üçün müxtəlif kateqoriyalı proqramlardan istifadə edilir. Onlardan ən geniş yayılanları Office proqramlarıdır. Bu proqramlar geniş istifadəçi diapazonuna malikdirlər. Office proqramlarından olan MS Excel – elektron cədvəl prosessoru adlanır. Bu proqram müxtəlif cədvəllər üçün geniş diapazonlu əməliyyatlar aparır, müxtəlif kateqoriyalı funksiyalardan istifadə etməklə bir çox problemli məsələləri həll edir, verilənləri daxil etməklə və ya verilənlər bazasından istifadə etməklə diaqramlar, qrafiklər qurur. Excel proqramında istifadə edilən müxtəlif kateqoriyalı funksiyalar (maliyyə, statistik, riyazı, məntiqi, vaxt və tarix, çoxluq və massivlər, verilənlər bazası, mühəndis-texniki tipli) istifadəçilər tərəfindən müxtəlif məqsədlə istifadə olunurlar.

Excel proqramında funksiyaların köməyilə bir çox məsələləri yerinə yetirmək mümkündür. Onlara misal olaraq əmək haqqı cədvəlində tələb olunanların hesablanması, tələbələrin müvəfəqiyyət faizinin hesablanması, testlərin hazırlanması, bir sıra proqram (məs., lüğətin hazırlanması) və oyunların (məs, kim uddu?) hazırlanması və s. misal göstərmək olar.



İF funksiyası məntiqi funksiyalar, ümumiyyətlə, bütün funksiyalar içərisində ən geniş istifadə edilən funksiyalardan biridir.

Tələbələrin biliklərinin yoxlanması üçün elektron testlərdən istifadə etmək mümkündür.

Elektron test vəsaitinin hazırlanması aşağıdakı mərhələləri əhatə edir:

Birinci mərhələdə müxtəlif bölmələr üzrə test sualları və cavab variantları hazırlanır:

Nümunədə (cədvəl 1) birinci bölmə üçün sual və cavab variantları göstərilib.

.



Cədvəl 1

Daha sonra cavablar üçün sahə yaradılır

Bu sahədə hər bir test sualının cavab variantını tələbə daxil edir. (cədvəl 2)

Məs. birinci sualın cavabı üçün A, İkinci sualın cavabı üçün B və s. bu ardıcıllıqla cavabları yazır.




Cədvəl 2

Verilmiş cavabların doğru və ya yanlış olduğunu başqa cədvəldə görə bilərik. Bu cədvəldə hər bir sual üçün İF funksiyasından istifadə etməklə formula qurulub: (Cədvəl 3)



IF funksiyası hər hansı bir şərtə (logical_test) əsaslanaraq şərt düz olarsa bir (value_if_true), səhv olarsa başqa bir əməliyyatı (value_if_false) yerinə yetirir.

Məsələn, A1 ünvanında 1 və ya 2 yazıla bilər. A2 ünvanında isə A11 olarsa «one», 2 olarsa «two» yazılmalıdır. A2 ünvanında belə bir düstur yazılır:



=IF(A1=1,"one","two") Cədvəl 3

İkinci əməliyyatın yerinə yenidən IF funksiyasından istifadə etmək olar məs.:



=IF(A1=1,"one", IF(A1=2,"two",IF(A1=3,"three)))
Məs. birinci sual üçün bu funksiyadan istifadə etməklə formula aşağıdakı kimi yazılıb:
=IF(Sheet4!F4="A","doğru",IF(Sheet4!F4=" ","","yanlış"))

Başqa bir cədvəldə (Cədvəl 4) cəmi sualların sayi, doğru, yanlış və cavabsız sualların sayı görünür.


.

Cədvəl 4


STATİSTİCAL kateqoriyaya aid olan COUNT funksiyası seçilmiş diapazonda ədədlər olan xanaları sayır. Tutaq ki, A1, B1, C1 xanasına mətn, A2, B2, C2 xanalarına ədədlər yazılıb. =COUNT(A1:C2) funksiyası bu diapazondakı ədədləri sayaraq “3” cavabını verir.

Cədvəl 4-də bu funksiya =COUNT(Sheet4!B2:B22) kimi istifadə edilib, cəmi sualların miqdarını göstərir.

Doğru cavabların sayı üçün =H2-H5-H6 formulası istifadə edilib, cəmi sualların sayından yanlış və cavabsız sualların sayı çıxılır.

STATİSTİCAL kateqoriyaya aid olan COUNTİF funksiyası seçilmiş diapazonda axtarılan mətni və ya ədədləri sayır.

Məsələn, A1-A5 xanalarında müvafiq olaraq 5, 4, 3,12, 5, B1-B5 xanalarında 4, 5, 7, 2, 6, C1-C5 xanalarında 4, 6,7,1,5 ədədləri yazılmışsa,



=COUNTIF(A1:C5;5) funksiyası icra edildikdə, nəticədə 4 alınacaq. Yəni bu diapazonda 4 sayda “5” var.

Cədvəl 4-də yanlış cavabların sayı üçün =COUNTIF(B1:B7,"yanlış") funksiyası istifadə edilib. Burada yanlış cavabların sayını cədvəl 3-dən sayıb göstərir.



STATİSTİCAL kateqoriyaya aid olan COUNTBLANK funksiyası seçilmiş diapazondakı boş xanaları sayır. Məs. A1:C2 diapazonunda A2, B1,C1 xanaları boş olarsa, =COUNTBLANK(A1:C2) funksiyasının qiyməti 3 olar.

Bu funksiyadan istifadə edərək cavabsız sualların sayı =COUNTBLANK(B1:B7) funksiyası ilə hesablanıb. Yəni cədvəl 3-dəki boş xanalar sayılib.

İkinci bölmənin suallarına keçib-keçməmək haqqında məlumat görünür. Əgər doğru cavabların sayı cəmi sualların sayının yarısından çox olsa, onda “keç ikinci bölməyə”, əks halda “Keçmədin, bir daha sına” məlumatı görünür.



HYPERLİNK funksiyası hər hansı sahəyə hiperistinad üçün istifadə edilir. Yuxarıdakı şəkildən istifadə etməklə bir başa müxtəlif bölmələrin suallarına bu funksiya vasitəsilə keçid etmək olar.

Nəticəni görmək, analiz etmək üçün isə aşağıdakı hiperistinad sahəsi yaradılıb.

Alınan nəticələri görmək üçün HYPERLİNK funksiyasından istifadə edilib:

Test proqramının hazırlanması qaydasınl hissələrlə göstərdik. Ümumiyyətlə, bu cədvəllərin yerləşdiyi sahəni aşağıdakı şəkillərdə görə bilərsiniz. (Şəkil 1, Şəkil 3)

Şəkil 1. Test suallarının siyahısı, cavablar üçün cədvəl və nəticəyə müraciət
Şəkildə görünənlər Exsel kitabının bir vərəqində hazırlanıb. Cavablar cədvəli parolla qorunur. Yəni ona parolu daxil edərək cavabları yazmaq olar. Vərəqin digər hissələri kənar müdaxilədən tamamilə qorunub. Qorunma aşağıdakı qaydada aparılıb:

Cavablar cədvəliinə aid olan diapazon seçilərək, TOOLS → PROTECTİON → ALLOW USERS TO EDİT RANGES əməliyyatlar ardıcıllığı yerinə yetirilərək, açılan pəncərədən (şəkil 2,a) NEW əmri verilir. Açllan növbəti pəncərədən(şəkil 2,b) Title (başlıq), Refers to cells (seçilmiş xanalar diapazonu), Range password (müraciət parolu) sahələri doldurulur OK əmri verilir. Parol yenidən təkrarlanir, OK əmri verilir. Növbəti açılan pəncərədən(şəkil 2,c) Protect Sheet əmri verilərək, seçilən diapazondan kənarda qalan xanaları müdaxilədən tamamilə qorumaq üçün parol daxil edilir, təkrarlanır.





(a) (b)

Şəkil 2.(c)

Şəkil 3. Nəticəyə baxış cədvəlləri

Bu hissə Excel kitabının başqa bir vərəqində hazırlanıb. Bu vərəq də qorunur. Bunun üçün TOOLS → PROTECTİON → PROTECT SHEET əməliyyatlar ardıcıllığından istifadə edilib. Açılan pəncərədən (şəkil 4) müvafiq qorunma parametrləri seçilir və parol daxil edilərək, təkrarlanır. Bütün vərəq kənar müdaxilədən qorunmuş olur.



Şəkil 4

ƏDƏBİYYAT SİYAHISI

  1. Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov. Kompyüter. İnformasiya texnologiyalarının əsasları. “Multimediya” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi. BAKI – 2006

  2. Əli Abbasov, Mətləb Əlizadə, Mahilə Salmanova. İnformatika və kompüterləşmənin əsasları (Dərslik). MSV NƏŞR, BAKI – 2006

  3. Əhəd Salamov. Excel: Məlumat bazalarının yaradılması və mühasibat sənədlərinin tərtibatı, Bakı, “Çıraq” nəşriyyatı, 2004

  4. Zirvə Səfərov. Kompüter, Bakı, “Adiloğlu” nəşriyyatı, 2005

  5. Ş.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə. İnformatika. Bakı, “Tİ-MEDİA” şirkətinin mətbəəsi, 2009

  6. Джон Р.Николсон, Син Р.Николсон. Открой для себя Excel 97, Киев-Москва, Комиздат «Диалектика». 1997

Резюме

В статье представлены подготовление электронных тестов в программе Microsoft Excel. Пути подготовления и правила использования электронных тестов подробно комментировалось в статье


Summary
This article deals with the preparing electron tests by Excel program. İt is showen the ways of preparing that type of tests step by step with explonation.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə