Qızıl analizi




Yüklə 14.82 Kb.
tarix20.04.2016
ölçüsü14.82 Kb.
Qızıl analizi

Son bir neçə gündür Ukraynada gərginliyin azalması və dünən ABŞ prezidenti Obama ilə Rusiya prezidenti Putin arasında diplomatik danışıqlıqlar barədə raızlığıa gəlmələri Qızılın ehtiyyat maliyyə aləti kimi nəzərdən kənarda qalmasına səbəb oldu.Bu gün ABŞ –dan gələcək xəbərlərin və Ukrayna böhranı ilə bağlı gələcək hər hansı bir şərhin əmtəə üçün aktiv təsir etməsi mümkündür. Qrafikə gündəlik zaman intervalında baxdıqda bu gün 1277 dəsətyinə qədər enən əmtəə bu dəsətəkdən güc toplayaraq bu gün təkrarən 1290 müqavimətini test etmək istəyəcək. Əgər bu gün əmtəə günü 1290 üzərində başa vurarsa bu uzunmüddətli yüksəlişə işarət etmiş olacaq. Əgər 1290 müqaviməti altında günü başa vurarsa bu qısamüddətli alış mövqeyinin üstünlük təşkil etməsinin gözstəricisi olacaq.

Pivot: 1290

Dəstək: 1277,1260,1250

Müqavimət: 1290,1306,1317



Xam Neft analizi

Dünən günün sonunda ABŞ – dan gələn Chikaqo satınalma menecerlər indeksinin aktivliyinin mənfi olması xam neftin günün sonuna doğru dəyər itirməsini təmin etdi. Çünki Çikaqo dünyanın ən böyük iqtisadiyatına malik olan ölkənin ən iri sənaye şəhərlərindəndir. Bu şəhərədə istehsal aktivliyinin azalması xam neftə olan tələbin azalmasına səbə olduğu üçün əmtəə günü neytral mövqe ile başa vurdu. Bu gün də ABŞ –dan gələcək olan İSM –dən İstehsalçı qiymət indeksinin təxminlərdən üstün açıqlanması əmtəənin dəyər qazanmasına səbəb ola bilər. Qrafikə gündəlik zaman intervalında baxdıqda hal–hazırda 101.05 dəsəyi üzərində hərəkət edən əmtəə əgər bu dəsəyi qırarsa hədəfin 100.06 dəsəyinə qədər enməsini təmin edəcək.

Pivot: 101.05

Dəstək: 101.05,100.60,100.06

Müqavimət: 102.30,103.83,104.70



USDJPY analizi

Dünən ABŞ və Rusiya arasında diplomatik razılığa gəlməsi Ukrayna böhranının bir qədər sakitləşməsi kimi abu –hava yaranması yenanın ehtiyyat valyuta funksiyasına son qoydu. Bu səbəbdən dünən yen bütün valyutalar qarşısında sərt dəyər itirmiş olduki bu da USDJPY cütlüyünün yüksəlməsinə yol açdı. Bu gün ABŞ –dan İSM –dən gələcək olan İstehsalçı qiymətləri indeksinin təxminləri üsələməsi 103.40 müqavimətinin test edilməsini reallaşdıracağı mümkündür. Qrafikə gündəlik zaman intervalında baxdıqda 103.40 müqaviməti yaxınlığında hərəkət edən cütlük üçün hədəfin dünən səhər analizmizdə qeyd etdiyimiz kimi 103.40 olması gözlənilir. Həftə sonuna kimi isə bu hədədəfin 103.70 və 104.40 müqavimətinə kimi yüksəlməsi gözlənilir. Bu səbədən saıtş mövqeyi tutan treyderlər 104.40 müqavimətinin test edilməsini gözləmələri tövsiyyə edilir.

Pivot: 103.40

Dəstək: 102.50,101.70,101.40

Müqavimət: 103.40,103.70,104.40



GBPUSD analizi

Son bir neçə gündür İngiltərdən gələn xəbərlərin pozitiv təsir bağışlaması GBPUSD cütlüyünün yüksələn mövqe tutmasını təmin etmiş oldu. Bu gün İngiltərədən gələn xəbərlərin orta təsirli olması gözlənilərkən, ABŞ –dan İSM –dən gələcək olan İstehsalçı qiymətləri indeksinin təxminləri üstələməsi dolların dəyər qazanması fonunda cütlüyün enməsinə yol açması gözlənilir. Qrafikə gündəlik zaman intervalında baxdıqda hal –hazırda 1.6670 müqaviməti yaxınılığında hərəkət edən cütlük üçün bu gün hədəfin 1.6720 olması gpözlənilir. Alış mövqeyi tutan treyderlərin qısamüddətli mövqe tutmaları ,satış mövqeyi tutan treyderlər isə 1.6720 müqavimətinin test edilməsini gözləmələri tövsiyyə edilir.

Pivot: 1.6720

Dəstək: 1.6615,1.6570,1.6505

Müqavimət: 1.6720,1.6775,1.6820



EURUSD analizi

Dünən günün ilk yarısında 1.3770 müqaviməti altında hərəkət edən EURSUD cütlüyü Avro-zonadan gələn İstehlakçı qiymət indeksinin 0.5% açıqlanaraq 2009 –cü ildə etibarən ən minimum səviyyəyə enmiş oldu. Nəticələrin neqativ açıqlanması cütlük üçün mənfi təsir göstərməsi gözlənilərkən, dollar indeksinin bazarlarda dəyər itirməsi cütlüyün 1.3770 müqavimətindən yuxarıya yüksəlməsinə səbəbo ldu. Ancaq günün sonunda FED –in sədri Yellenin çıxışı qeyri bərabər olsada dollar indeksi gün ərzində itirlimiş dəyərin bir hissəsini bərpa edərtək cütlüyün 1.3770 müqaviməti üzərində günü başa vurmasını təmin etdi. Bu gün Avro –zonbadan gələcək olan işsizlik səviyyəsinin 6.8% üzərində açıqlanması 1.3810 müqavimətinə kimi yüksəlməni təmin etməsi gözlənilərkən, nəticələrin neqativ çıxması 1.3700 dəsətyinin təkrarən test edilmə ehtimalını gerçəkləşdirmiş olacaq. Qrafikə gündəlik zaman nitervalında baxdıqda cütlüyün 1.3830 müqaviməti altında satış mövqeyinə üstünlük verdiyi seyr edilir. Bu səbəbədən bu gün 1.3830 müqaviməti qırılmadığı müddət ərzində satış mövqeyinin üstünlük təşkil edəcəyi və hədəfin günün sonuna doğru 1.3700 olması gözləilir.

Pivot: 1.3700

Dəstək: 1.3740,1.3700,1.3675



Müqavimət: 1.3810,1.3830,1.3885



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə