Quqlari klubu




Yüklə 52.43 Kb.
tarix24.04.2016
ölçüsü52.43 Kb.
İNSAN HÜQUQLARI KLUBU

---------------------------------------------------------------------------------------------------------------------

DEMOKRATIYA ÜÇÜN MUSİQİ” LAYİHƏSİ ÜZRƏ



HESABAT
Mart 2012

Mündəricat:

Layihə haqqında ümumi məlumat.......................................................................3
Ümumiləşdirilmiş müşahidələr............................................................................3
Söz və ifadə azadlığı..........................................................................................4-5
Siyasi motivli həbslər/saxlanmalar....................................................................5
Sərbəst toplaşmaq azadlığı..............................................................................5-6
Əlavə I. İctimai Televiziyanın monitorinqi üzrə hesabat...............


Layihə haqqında ümumi məlumat

“Demokratiya üçün musiqi” layihəsini həyata keçirən İnsan Hüquqları Klubunun (partnyor təşkilatlarla birgə) məqsədi “Avroviziya - 2012” mahnı müsabiqəsini Azərbaycanda insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsini təbliğ edən platforma kimi istifadə etmək, demokratik islahatların həyata keçirilməsinə çağırışlar etməkdir.


Layihə 1 oktyabr 2011 - 31 may 2012-ci il tarixləri əhatə edir və ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilir.
Layihə və görülən işlər haqqında daha ətraflı məlumatla tanış olmaq üçün layihənin veb-səhifəsinə və sosial şəbəkələrdəki səhifələrə müraciət edə bilərsiniz:
www.singfordemocracy.org
https://www.facebook.com/#!/groups/singfordemocracy/
http://twitter.com/#!/Singfodemocracy
http://www.youtube.com/user/singfordemocracy

Ümumiləşdirilmiş müşahidələr


  • Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə seçilmiş həbs qət-imkan tədbirinin müddəti 3 ay uzadılıb, onun bir neçə şikayəti təmin edilməyib;




  • Azadlıq” və “Yeni Müsavat” qəzetləri Nəqliyyat nazirinin oğlu, iş adamı Anar Məmmədovun iddiası əsasında ümumilikdə 8 min manat həcmində cərimələniblər;




  • 2 jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə maneələr yaradılıb, onların çəkilişləri silinib;




  • 2 aksiyanın qarşısı polis tərəfindən zorakılıq tətbiq edilməklə alınıb; 2 toplantının keçirilməsinə polis müdaxiləsi nəticəsində imkan verilməyib




  • 1 gənc fəal 5 sutkalıq inzibati həbsə atılıb, 5 fəala xəbərdarlıq edilib.

Söz və ifadə azadlığı


  1. Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi


Martın 7-də “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist (Prezident İlham Əliyevin ailə üzvlərinin gizli biznesləri üzrə bir neçə araşdırmanın müəllifidir) Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub göndərilib. Məktuba İsmayılovanın intim xarakterli şəkilləri əlavə edilib və onun susmayaçağı təqdirdə həmin şəkillərin yayılaçağı və jurnalistin rüsvay olaçağı bildirilib. Martın 13-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində Xədicə İsmayılova göründüyü və olduğu kimibaşlıqlı qapayaxma xarakterli geniş yazı dərc olunub, martın 14-də isə anonim sayt vasitəsilə jurnalistin təhdid və şantaj edildiyi intim görüntüləri əks etdirən video yayımlanıb. Hadisədən bir neçə gün sonra Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyata müdaxilə) ilə cinayət işi başlayıb.



  1. Regional “Xəyal” telekanalının jurnalistlərinin işi


Martın 13-də Qubada yerləşən regional “Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov, telekanalın baş redaktoru Zaur Quliyev, reklam işləri üzrə redaktor Zaur Mustafayev və Qubada fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnkişaf Fondunun nümayəndəsi, Poliqon İnformasiya Agentliyinin müxbiri Cəmil Məmmədli saxlanılıblar. Zaur Mustafayev və Cəmil Məmmədli sonradan sərbəst buraxılıblar, V.QonaqovZ.Quliyev isə Bakıya gətiriliblər və onlara Cinayət Məcəlləsinin 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham sürülüb. Hər iki jurnalist barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qət-imkan tədbiri seçilib. Jurnalistlərin həbs edilməsi ilə bağlı xəbər onların ailə üzvlərinə yalnız 10 gündən sonra (23 mart) verilib, həmin gün vəkil Elçin Sadıqov zəruri sənədləri təqdim etsə də, jurnalistlərin yanına buraxılmayıb. Martın 30-da vəkil Elçin Sadıqov nəhayət ki, jurnalistlərlə görüşə bilib.



  1. Jurnalistlərin həbsi/jurnalist təşkilatlarının fəaliyyətinə maneələr/Jurnalistlərə qarşı digər təzyiqlər




  1. Martın 1-də Obyektiv TV-nin əməkdaşı Rəşad Vaqifoğlu Quba şəhərində icra hakimiyyəti başçısının istefası ilə keçirilən etiraz aksiyasında sakinlərlə polis arasındakı qarşıdurma zamanı başından yaralanıb və beyin silkələnməsi alıb. Eyni zamanda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı İdrak Abbasov qolundan xəsarət alıb, “Azadlıq” radiosunun əməkdaşları Cavanşir Ağamalıyev və Abbas Atilay, “Turan” informasiya agentliyinin müxbiri Tapdıq Fərhadoğlu və Fərid Qəhrəmanov  və “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim İlqaroğlu gözyaşardıcı qazdan zəhərlənməyə məruz qalıblar.




  1. Martın 7-də Xırdalan Şəhər Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun qərarı ilə www.islamazeri.az saytının baş redaktoru Ramin Bayramov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ittiham olunaraq 2011-ci il 13 avqust tarixində həbs edilib.




  1. Martın 7-də “Azadlıq” qəzetinin müxbiri Ramin Deko vicdan məhbuslrı Məhəmməd Məcidli və Babək Həsənovun cəzaçəkmə müəssisəində zorakılığa məruz qalmasına etiraz əlaməti olaraq keçirilən aksiyanı işıqlandırarkən polis təzyiqinə məruz qalıb. Jurnalist polis tərəfindən saxlanılaraq 28ci polis bölməsinə aparılıb. Bölmədə onun fotoaparatının yaddaş kartı alınıb, bütün materiallr silindikdən sonra geri qaytarılıb və o sərbəst buraxılıb.




  1. Martın 28-də “Yeni Müsavat” qəzetinin Balakən bölgə müxbiri Akif Məmmədli Balakən Rayon Polis Şöbəsinin narkomaniyaya qarşı mübarizə idarəsinə çağırılıb. Polis Məhiyyəddin Musayev jurnalistə hədə-qorxu gələrək ondan rayonda narkomaniya ilə bağlı yazılar yazmağı dayandırmağı tələb edib. Bölgə müxbiri rayonda narkotik maddələrin yayılmasının təhlükəli həddə çatması barədə məqalələrlə çıxış edib.



Siyasi motivli həbslər/saxlanmalar/təzyiqlər


  1. 03 mart – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli Bakıda yolda yaranmış tıxacla bağlı polisə öz etirazını bildirib və polisdən yolun açılmasını istəyib. Bu etirazdan sonra polis onu aksiya keçirməkdə ittiham edərək saxlayıb və 8-ci polis bölməsinə aparıb. Səbayel Rayon Məhkəməsinin qərarı ilə o 25 manat cərimə olunaraq sərbəst buraxılıb.



  1. 05 mart – Vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənov heç bir xəbərdarlıq edilmədən saxlandıqları 16 saylı cəzaçəkmə müəssisəsindən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüblər. Məcidli və Həsənov hamamda olarkən nəzarətçilər onların arxasınca gedib, zorakılıqla və təhqir edərək hamamdan çıxarıblar. Şəxsi əşyalarını götürməyə imkan verilməyib və buna etirz etdikləri üçün köçürülmə zamanı maşında fiziki zorakılığa məruz qalıblar.




  1. 17 mart – Reper Camal Əli, gitara ifaçısı Natiq Kərimov və blogger Etibar Salmanlı Gənclərin Hüquqlarını Müdafiə Komitəsi tərəfindən keçirilən razılaşdırılmış aksiyanın gedişində həbs ediliblər.


Sərbəst toplaşmaq azadlığı


  1. 06 martAXCP Gənclər Komitəsinin bir qrup üzvü vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənovun cəzaçəkmə müəssisəində zorakılığa məruz qalmasına etiraz əlaməti olaraq Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Gənclər Nazirliyə gedən yolda metronun “Elmlər akademiyası” stansiyasının yaxınlığında poliz zorakılığın məruz qalıblar. 2 gənc – Cabbar Savalanlı və Dəyanət Babayev polis tərəfindən döyülüb, sifət hissəsindən xəsarət alıblar. Saxlanılan şəxslər bir neçə saatdan sonra cərimə edilərək sərbəst buraxılıblar.


http://obyektiv.tv/index.php?view=video&id=2984&option=com_jomtube&Itemid=17&lang=az


  1. 01 mart – Azərbaycanın şimal rayonlarından biri Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalarla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının  videosu yayılıb. Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Quba hadisələri ilə bağlı istintaq Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə aparılır. Hadisəyə görə 25 nəfər Quba sakini barəsində cinayət işi başlanaılıb, onlardan 12-i həbs edilib. Həmin şəxslər aşağıdakılardır: Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov, Səfər Qəribov, Zakir Məmmədov (Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi), Elxan Əliyev (Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri), Zaur Quliyev (“Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru) və Vüqar Qonaqov ((“Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru).  
     

http://www.youtube.com/watch?v=0OWgUJGQRTs

ƏLAVƏ I
Xədicə İsmayılova xüsusilə ciddi araşdırmalara imza atan, siyasi hakimiyyətə qarşı “watch dog” funksiyasını ən yaxşı həyata keçirən bir jurnalistdir. Onun araşdırmalarında çoxsaylı korrupsiya faktları sənədlərlə ortaya qoyulub. Bu fəaliyyətlə məşğul olan bir jurnalistə qarşı onu jurnalist fəaliyyətindən çəkindirməyi hədəfləyən təhdid və şantaj hədələri və hərəkətləri birbaşa ölkə qanunvericiliyi baxımından cinayət məsuliyyəti yaradır və hökumətin bu məsələyə reaksiyası daha ciddi önəm daşıyır.

Konstitusiyanın 50-ci maddəsi məlumat azadlığını və KİV azadlığını təminat altına alıb. 32-ci maddə isə insanların özəl həyatına müdaxilənin yolverilməzliyini bildirir və dövlət tərəfindən hər bir insanın özəl həyatının qorunmasına təminat verir.

Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə cinayət məsuliyyəti yaradır. Əgər bu hərəkət vəzifəli şəxs tərəfindən baş verərsə veriləcək cəza daha ağır nəzərdə tutulub.

Ayrıca, Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.


Şəxsin özəl həyatına qanunsuz müdaxilə etmək “KİV haqqında Qanunun” 10-cu maddəsinə əsasən qadağandır və məsuliyyət yaradır. Odur ki, şəxsin qanunsuz olaraq özəl həyatına dair informasiyaların, şəkillərin görüntülərin toplanması və yayılması cinayət məsuliyyəti yaradır. Əgər bu görüntülər intim həyata aid porno görüntülərdirsə, bu görüntülərin yayılması zamanı Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən yenə cinayət məsuliyyəti yaranır.
Belə bir təhdid haqqında informasiya hüquq mühafizə orqanlarına daxil olan kimi cinayət işi başlanmalı və istintaq tərəfindən cinayət əməlinin sifarişçisi və icraçıları tapılaraq cinayət məsuliyyətinə cəlb edilməlidir.
Ayrıca, Avropa Şurası üzv dövlətlərin hər biri jurnalistlərin fiziki toxunulmazlığına görə məsuliyyət daşıyırlar və onların pozitiv öhdəliyi var.

İctimai Televiziyanın monitorinqi üzrə hesabat

Yanvar 2011
Monitorinq metodologiyası
Kəmiyyət analizi
Monitorinqin kəmiyyət komponenti telekanalın işıqlandırdığı subyektin mahiyyəti üzrə analizindən ibarətdir.

Monitorlar monitorinq subyektlərinə həsr olunmuş vaxtın ümumi həcmini ölçürlər.


Keyfiyyət analizi
Monitorlar müvafiq subyektin hansı tərzdə - pozitiv, neytral və ya neqativ tərzdə işıqlandırıldığını qiymətləndirirlər.
Fəaliyyəti qiymətləndirilən telekanal monitorinqi aparılan subyekt deyil. Monitorinqi aparılan subyektlər aşağıdakılardır:
Hökümət (nazirliklər, komitələr və digər dövlət qurumları və onların rəhbərləri)

Prezident

Prezident Administrasiyası

Heydər Əliyev (keçmiş Prezident)

Siyasi partiyalar və onların sədrləri (parlamentdə təmsil olunan, o cümlədən parlamentdə olmayan partiyalar1)

Yerli icra hakimiyyəti orqanları və onların rəhbərləri



Keyfiyyət analizi zamanı istənilən subyektivlik elementini aradan qaldırmaq üçün fərdi monitorların təhlilləri yoxlanılır. Hər hansı bir qiymətləndirmə zamanı fikir ayrılığı yaranırsa, monitorinq heyəti subyektin hansı tərzdə işıqlandırılması ilə bağlı son qərar verirlər.
Monitorinqin əhatəsi – monitorinqi aparılan proqramlar
Monitorinq pray-taym (18.00-24.00) çərçivəsində xəbərləri, xəbərtörəməli verilişləri və bütün digər növ proqramları, anonsları əhatə edir.



1 Azərbaycan Respublikasının parlamentinin -Milli Məclisin üzvləri, həm də parlamentdə təmsil olunmayan, lakin cəmiyyətdə tanınan və birbaşa siyasi fəaliyyətlə məşğul olan siyasi partiyaların üzvləri.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə