Quliyev Müşfiq Yelmar oğlu Azərbaycan Dovlət İqtisad Universiteti iqtisad elmləri doktoru, dosent




Yüklə 36.76 Kb.
tarix27.04.2016
ölçüsü36.76 Kb.
Quliyev Müşfiq Yelmar oğlu

Azərbaycan Dovlət İqtisad Universiteti

iqtisad elmləri doktoru, dosent

guliev@mail.ru , 050-353-84-58 (mob)

BEYNƏLXALQ TICARƏT SISTEMI QLOBALLAŞMA FONUNDA
Açar sozlər: DTT, Doxa raundu, Bali ticarət sazişləri «paketi», dünya ticarətinin liberallaşması, Trans Atlantik Ticarət ve Investisiya Əmekdaşlığı (TTİP)

Ticarət azadlığı - iqtisadi əhəmiyyəti və hududları nəzəri cəhətdən kifayət qədər əsasnlandırılmıs bir fenomendir. Dünya Ticarət Təşkilatına (DTT) yaradılmasından bugünədək ticarət azadlığının effektli «qlobal müdafiəçisi» kimi böyük ümidlər bəslənilır. Ancaq DTT-nin mövcud təçrübəsi ve müasir mərhələdə baş verən qlobal dəyişikliklər fonunda, bu təşkilatın fəaliyyetinin gələcəyi ve beynəlxalq ticarət münasibətlərində rolu ilə baglı bir sıra suallar doğurur. Yada salmaq olar ki, hele 1999-cu ilin sonlarında DTT-nin Sietl (ABŞ) konfransının yekunu uğursuz olmuşdur. Iki il sonra 2001-ci ilde Doha (Qatar) danışıqlar bir qeder canlansa da, 2008-2009-cu illərdə yenidən proteksionist tədbirlərlə bağlı müsahidə olunan meyllər DTT fəaliyyeti ile bağlı optimizmi xeyli azaltmışdır.

Beləliklə 12 il əvvəl Doha sammitində dünya ticarətinin liberallaşması sazişi üzrə başlanan danışıqların taleyi Bali sammitində (2013) yeni mərhələyə daxil oldu. Ticarət prosedurlarının sadəleşdirilməsi (trade facilitation), kənd-təsərrüfatı və inkişaf etməkdə olan ölkələr kimi üç mühüm istiqaməti əhate edən «Bali paketi» sazişlərinin imzalanması uzun sürən Doha raundundan sonra, beynəlxalq ticarət qaydaları sferasında yeni metodlara zərurəti bir daha gostərdi. DTT-nin miqyasca genişlənməsi səraitində inkisaf etməkdə olan dövlətlərlə sənayecə inkişaf etmiş dövlətlər arasında iqtisadi maraqların daha da kənarlaşmış və ziddiyyetlər atmışdır.


Dünya Ticarət Təşkilatı (DTT) müasir aspektdə


Hazırda beynəlxalq ticarət sistemində DTT qarşısında duran aktual problemlər kimi aşağıdakıları geyd etmək olar:

  • Antidempinq siyasətinin güclünməsi;

  • Xüsusilə k-t mehsulları ilə ticarətde proteksionizmin yüksək olaraq qalması;

  • Bir sira dövlətlərdə intellektual mülkiyyətin etibarlı müdafiəsi üzrə mexanizmlərin olmaması;

  • Həmçinin bir sıra dövlətlərdə xidmətlərə tətbiq olunan yüksək tarif dərəcələrinin saxlanılması.

Qeyd olunan problemlərin həlli dünya ticarət sistemində ve qlobal iqtisadiyyatda müşahidə olunan iki meyli baxımından xüsusilə aktualdır.

Birincisi - Çoxillik ticarət münasibətlərində yaranmış problemlər inkisaf etmekdə olan dövlətlərlə sənaye dövlətləri arasında iqtisadi maraqların əsas ziddiyyətini təşkil edir. Yüksək iqtisadi artıma malik inkişaf etməkdə olan dövlətlərlə inkisaf etmiş dövlətlər qarsılıqlı tələblərini irəli sürmekde davam edir: ABŞ Çin, Hindistan və Braziliyadan oz bazarlarına daha geniş çıxışı və sənaye mallarına tətbiq olunan idxal rüsumlarının aşağı salınmasını isteyir. Çin, Hindistan və Braziliya isə öz növbəsində digər inkişaf etməkdə olan dövlətlərlə bir yerde sənayecə inkişaf etmiş dövlətlərdən ixrac subsidiyalarının və aqrar sahədəki mövcud subsidiyaların azaldılmasını tələb edirlər. Teərəflər öz movqeyini post-Bali mərhələsində də saxlamaqda davam edir.

İkincisi - Bu problemləri dünyada qloballaşan regionalizmin ticarət-siyasi landşaftı müstəvisində nəzərdən keçirirkən beynəlxalq ticarətin bir sıra yeni aktual məsələlərinin təsirinde qalması istisna olumur. Zənnimizcə, Trans-Sakit Okean Əməkdaşlığı (TTP) və Trans-Atlantik regional inteqrasiya lahiyələri (2013) nəticəsində yarana biləcək «qeyri-standart» ticarət tənzimlənməsinin problemləri fonunda DTT cərcivəsində razılaşmalar və onların gələcək həlli o qədər də asan görünmür.

Qeyd edək ki, regional ticarət sazişləri 1990-cı illərin əvvəllərindən etibaren genişlənməyə başlamışdır. DTT-nin 2014 – cü il məlumatlarına əsasən Rusiya, Belarus ve Qazaxstanın aid olduğu Gömrük İttifaqı da daxil dünyada 585 ticarət sazişindən, 379 iki tərəfli ve regional ticarət sazişləri fəaliyyet gostərir ve daha bir necə ticarət sazişi isə hazırlıq mərhələsindədir [1] . Əhəmiyyətinə gorə belə çoxsayli kiçik müqavilələr DTT çərçivəsində ticarət sazişlərini əvəz edə bilməz. Lakin bu müqavilələr təşkilatın əsas məqsədi kimi qəbul olunan – diskriminasiyaya yol vermemek prinsipini sarsıdır.

ABŞ və Avropa İttifaqı azad ticarət haqqında saziş bağlayırsa, hər iki tərəf qarşılıqlı güzəştlərı razılaşdırır, lakin üçüncü tərəfə təqdim edilmirsə, bu dünya ticarətinin qalan iştirakçılarına qarşı diskriminasiyaya və ticarət axınlarının istiqamətinin deyişməsinə səbəb olur. Məlum olduğu kimi ABŞ və Avropa İttifaqı arasında dünyada geniş miqyaslı azad ticarət zonasının (Transatlantic Trade and Investment Partnership – TTIP) yaradılması üzrə danışıqlara 2013-cü ilin yayından başlanılmışdır. TTIP-yə münasibətdə dünyada müxtelif aspektlerde formalaşmış iqtisadi yanaşmalar mövcuddur. Bunları sistemləşdirməyə cəhd göstərsək, şərti olaraq iki əks yanaşmalar kimi qruplaşdıra bilərik:


  • mənfi cəhətləri ümumiləşdirən yanaşmaya görə bu proses çoxtərəfli ticarət müqavilələrinin sonunu yaxınlaşdıracaq;

  • digər yanaşmaya gorə isə transatlantik danışıqlar Doha raunduna yeni impuls verə bilər ( zənnimizcə ümidlər o qədər də yüksək görunmür).

Qeyd etmək lazımdır ki, hazırda dünyada ekspert qiymətləndirmələri daha çox yer almaqdadır. Əlbəttə ki, movcud yanaşmalar TTIP miqyaslı bir prosesin mumkün və obyektiv tərəflərinə istinad edir, lakin zənnimizcə, ekspert qiymətlendirmələri bu lahiyenin əsasen regiona və ya milli iqtisadiyyatlara təsiri miqyasını ifade edir. Bu isə hələ konseptual yanaşma demək deyil. Müasir qloballaşma dövlət üçün liberallaşma siyasətinin əhemiyyətini onə çəkir, lakin gələcək inkişafın zəruri variantı kimi DTT çərcivəsində reallaşdırılması cətinləşir .

Çoxtərəfli ticarət sazişinin dünya iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alaraq, Almaniya Iqtisadiyyat Institutunun eksperti Y.Mattes (Jürgen Matthes) qeyd edir ki, ixrac –idxal əməliyyatlarına sərf olunan biznes xərcləri bir faiz azaldılsa, düyna üzrə müəssisələrin biznes gəlirləri təqribən 40 mlrd dollar arta bilər ki, bundan eyni zamanda inkişaf etməkde olan dovlətler də fayda əldə edə bilərlər [2] .

DTT-də çoxdankı üzvlük və TTİP istiqamətində fealiyyət nəticəsində Aİ və ABŞ arasında iqtisadi baryerləri hazırda nisbeten aşağıdır. Avropa Komissiyası qeyd edir ki, transatlantik ticarət sazişi iki blok arasında ticarəti 50 % yüksəldə bilər [3]. Ancaq bu iki iqtisadi sistem arasında iqtisadi münasibətlərdə hazırda konflikltler də yaranır və onların həlli DDT –də başa çatır. TTİP-in iqtisadi faydası da həmçinin Ağ Ev ve Avropa Komissiyasının birgə hesabatlarında qeyd olunur [4].

Əlbəttə geniş azad ticarət sazişi hamı ücün yüksek fayda təmin edə bilməz. Amerika mallarının axını AI daxili ticarətini azalda bilər, Boyük Britaniya və Almaniya üçün daha faydalı hesab olunursa, Fransa, Lüksemburg ve digərləri üçün zərərə səbəb ola bilər. Həmcinin kənd təsərrüfatı, geni dəyişdirilmiş məhsullar, texniki normalar və s. iki blok arasında uzun danışıq predmeti kimi istisna oluna bilməz. Həmçinin Avropa İttifagı ilə əməkdaşlıq edən digər regional tərəfdaşlarla ticarət əlaqələri amerika istehsalçıları ilə rəqabəti uduza bilər.

Dünyada nəhəng azad ticarət blokunun yaranması ABS və Avropa dovlətlərine iqtisadi fayda gətirə bilsə də, lakin nəticə etibarı ilə beynəlxalq iqtisadi əməkdaşlıq xəritəsinin dəyişməsi heç də bütün dövlətlər üçün ticarət faydasını təmin etmir.

DTT ve diger beynəlxalq iqtisadi institutların rolu cari situasiyalara adekvat olmalı və perspekriv planda yeni məzmunla tamamlanmalıdır. Dünyada fundamental dəyişikliklər fonunda yeni qlobal konsensus inkisaf etmiş ve inkişaf etməkde olan dövlətlərin qarşılqlı maraqları ve davamlı inkişafı baxımından zəruridir.


Ədəbiyyat:



  1. Regional trade agreements // www.wto.org

  2. Последняя попытка ВТО спасти Доxийский раунд и свой авторитет // www.dw.de

3. "Hope and no change, After Barack Obama’s re-election, it is time to push for transatlantic free trade". Economist.com. 2012-11-10. Retrieved 18 March 2013.

4. Jump up "Final Report High Level Working Group on Jobs and Growth". European Commission. Retrieved 18 March2013.



Btynəlxalq ticarət sistemi qloballaşma fonunda

Açar sozlər: DTT, Doxa raundu, Bali ticarət sazişləri «paketi», dünya ticarətinin liberallaşması, Trans Atlantik Ticarət ve Investisiya Əməkdaşlığı (TTİP)
Dünya ticarət sistemi mühüm dəyisikliklər mərhəlesindədir. İnkişaf etməkdə olan dovlətlərin beynəlxalq ticarətde rolunun artması regional ticarət sazişlərinin rolunun artması ile yanası çoxqütblü ticarət sistemi formalaşır. Beynəlxalq ticarət sistemi əvvəlki kimi DTT prinsipləri ilə feəliyyət gostərən çoxtərəfli ticarət sisteminə əsaslanır. Lakin, Doha raundunda DTT ticarət danışıqlarının uğursuzluqları qloballaşma və milli inkişaf maraqları arasındakı boyük ziddiyyətlərin olmasını göstərir. Bu ise liberallaşma və milli inkişaf məsələləri üzre çoxtərəfli konsensusun formalaşdırılmasının yeni yollarının axtarışının zəruriliyini gostərir. Bundan başqa, ticarət siyasətinin konfiqurasiyasının dəyişdirilməsi və burada əsas diqqətin başlıca inkişaf məqsədlərinə yonəldilməsi daha çox tələb olunur.

Международная торговая система на фоне глобализации
Ключевые слова: ВТО, Доxийский раунд, Балийский пакет торговы соглашений, либерализация мировой торговли
Международная торговая система переживает переломный момент. Усиление роли развивающихся стран в международной торговле наряду с повышением значимости региональных торговых соглашений ведут к формированию многополярной торговой системы. Международная торговая система по-прежнему основывается на многосторонней торговой системе (МТС), функционирующей в соответствии с правилами ВТО. Однако тупик на Дохинском раунде торговых переговоров ВТО, который отражает более масштабные противоречия между глобализацией и интересами национального развития, говорит о необходимости поиска новых путей формирования многостороннего консенсуса по вопросам либерализации и развития торговли. Кроме того, все чаще звучат призывы к изменению конфигурации торговой политики и смещению в ней акцента на достижение основополагающей цели развития.

The international trade system in the Context of Globalization

Key words: WTO, Doha Round, “Bali Package”, Trade liberalization, Transatlantic Trade and Investment Partnership ( TTIP)

The international trading system faces a defining moment. The growing importance of developing countries in international trade, along with the increased prominence of regional trade agreements has given rise to a multipolar trading system. The multilateral trading system (MTS) underpinned by WTO rules remains a central pillar of the international trading system. However, the impasse of the WTO Doha Round, which reflects wider tensions between globalization and national development interests, underlines the need to seek new ways of fostering multilateral consensus on trade liberalization and development. There have been also growing calls for reformulating trade policymaking to better focus on the primary objective of development.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə