Quliyev A. A




Yüklə 68.27 Kb.
tarix10.04.2016
ölçüsü68.27 Kb.
Quliyev A.A.

Qarayev Y.A.
2010-cu ildə Ağsu rayonu Gəgəli və Bico kəndləri ərazisində aparılmış arxeoloji tədqiqatlar.

2010-cu ilin iyun-oktyabr aylarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən Nərgizava nekropolunda geniş miqyaslı arxeoloji tədqiqatları davam etdirmişdir. Adı cəkilən ərazidə ilk arxeoloji tədqiqat işləri hələ 2009-cu ilin iyun-iyul ayında aparılmış və tədqiqatlar zamanı b.e.ə. III-II əsrlərə aid torpaq tiplı qəbirlər aşkara cıxarılmışdır.

Nərgizava nekropolu kəndin şimali-şərq hissəsində, Təhməzli məhəlləsi adlanan əra­zini əhatə edir. Bu ərazi, vaxtı ilə böyük kar­van-ticarət yollunun üzərində yerləş­diyindən, cənubdan Şamaxıya gedən karvanlarlar bura­dan, kəndin şımalından kecirdi. Yerli sa­kinlər indi də buranı Nərgizağa yolu adlandırır. Torpaq qəbrlərdən aşkar edilmiş maddi mədə­niy­yət nümunələri-saxsı qablar, silah və əmək alətləri, zərgərlik və bəzək nümunələri, sik­kələr Nərgizağa sakinlərinin yüksək mədəni inkişafından xəbər verir. Buradan aşkar edilmiş nəfis saxsı məmulatı, öz istehsal və tərtibat texnikasına görə ətraf ərazilərdə istehsal edilmiş analojı saxsı nümunələrindən xeyli yüksəkdə durur.

Bizim qıflı qablar adlandırdığımız, iri və orta ölçülü küplər orjinal tərtibata malikdir. Gövdəsi şar formalı olan bu qabların, ağız hissəsinin ətrafında bir- birinə paralel iki, nimçəyə bənzər qulaqcıqlar mövcuddur. Yuxarı hissədə qabın ağzına birləşən nimçələrin ortasında, qabın gövdəsinə birləşən borusu, qaba gözəllik həm də, möhkəmlik verir. Nimçənin üzərindəki deşiyin gövdə ilə əlaqəsi, küpün içərisindən götürülən maddə dolu qabın ora qoyularaq, daşmış mayenin süzülərək, yenidən qabın içərisinə axması və itginin qarşısının alınması üçün edilib və bir növ qıf rolunu oynayır.

Qazıntı sahəsində qıflı qabların iki tipi aşkara çıxarılmışdır. Birinci tip qabların gili qum və xırda daş dənələrindən təmizlənmiş və onlar yaxşı bişirilmişlər. İkinci tip qabların gilinin tərkibində qum və xırda daş dənələri var və onlar aşağı temperaturda bişdiyindən keyfiyyetcə birincilərdən xeyli aşağıdır.

Bizim fikrimizcə birinci tib qablar təssərrüffatda işlətmək üçün istehsal edilmiş və yaxşı bişirilmişlər, ikinci tip qablar isə ritual xarakter daşıyır və axirət qabları funksiyası daşıyırdı. Qəbirlərdən aşkar edilmiş bu qabların içərisində əsasən maye (su, şərab, süd məhsulları) saxlanılırdı. İri həcimli küplər kişi qəbirlərindən, orta həcimli küplər qadın, kiçik həcimli küplər isə uşaq qəbirlərindən aşkar edilmişdir. Qəbir kamerasından iri və orta ölçülü Şirvan tipli qazanlar da aşkara çıxarılmışdır . Bu qazanların əsasən iki tipinə rast gəlinir.

Birinci tip qazanlar , geniş ağızlı, düz gördəli yastı oturacağa malikdirlər. Bu qazanların gövdəsində bir və ya iki uzun qulp var. Qazanların ağzını kip örtən, ortasında tutağacı olan qapaqları var. Bu tip qazanların içindən müxtəlif qida qalıqları, quş və heyvan sümükləri aşkara çıxarılmışdır. İkinci tip qazanlar orta ölçüyə malikdirlər. Onların gövdələri şar şəkilli, ağız hissəsi bir qədər dar, oturacaqları düz formalıdır. Bu qazanlarda uzun qulpa malikdirlər, qapaqları kip örtülüdir. Onların içərisindən qida qalıqları aşkar edilmişdir. Qazanlar əsasən açıq çəhrayı və çəhrayıdır rəngdədirlər.

Qazıntı sahəsindən, qara rəngli, cilalanmış müxtəlif ölçülü küp, küpə, dolça tipli qablar aşkar edilmişdir. Bu qablara demək olar ki, kişi qəbrlərində rast gəlinir.

Uşaq qəbrlərində əsasən açıq çəhrayı rəngli gildən hazırlanmış, miniatür qablar, muncuqlar, mis və gümüşdən bəzək əşyaları, asmalara, gil oyuncaqlara rast gəlinir.

Nərgizava nekropolunun yaşayış yeri bizim fikrimizcə kəndin Şimal hissəsində, Yasamal dərəsinin Qərb tərəfində, Təhməzli məhəlləsindən bir qədər yuxarıda yerləşir.

2010-cu ilin iyul-oktyabr aylarında Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Nərgizava nekropolunda yeni qazıntı işləri aparmışdır. 225 m2 (15 x 15) sahədə aparılan tədqiqat işləri zamanı çox təbəqəli, 69 torpaq qəbir aşkar edildi. Skeletlərin çoxu şimali-qərb və cənubi-şərq istiqamətində yarı bükülü vəziyyətdə qoyulmuşdur. Bir qəbirdə skelet arxası üstə, əlləri arxadan boynunun ardında şimal-cənub istiqamətində qoyulmuşdur.

Qəbirlərdə yanaşı qadın və uşaq, kişi və qadın skeletlərinə, həmçinin insan skeletinin yanında at, it, qoyun və s. skeletlərinə də rast gəlinir. Skeletlərin baş tərəfinə iri Nərgizava tipli qablar, dolçalar, küplər, insan və heyvan fiqurları, tunc ox və nizə ucluqları, tunc qılınc və xəncər tiyələri və s. aşkar edilmişdir. Qadın skeletlərinin boyun və sinə hissəsindən muncuqlar, tunc boyunbağılar, sırğalar, tunc bilərziklər və s. aşkarlanmışdır. Kişi skeletlərinin üzərindən tunc qolçaqlar, tunc boyunbağılar və tunc asmalar aşkar edilmişdir. İki skeletin sağ əllərində, ovcunun içində, Makedoniyalı İskəndərin gümüş drahmalarının yerli bənzətmələri aşkara çıxarılmışdır. Bu sikkələr Xınıslı və Qəbələ dəfinəsində aşkar edilmiş draxmalarla eynilik təşkil edir.

Ticarət yollarının üzərində yerləşən Nərgizava abidəsindən aşkar edilmiş saxsı məmulatı, buranın əhalisinin yüksək mədəniyyətindən xəbər verir. Qabların istehsal texnikası qonşu ərazilərlə müqayisədə çox inkişaf etmişdir.

Ərazidə aparılmış kəşfiyyat işləri Nərgizava yaşayış yerinin, nekropoldan şimal-şərqdə, dağın yamacında, Təhməzli məhəlləsinin yuxarısında olması ehtimalını yaradır.



Qeyd edildiyi kimi qazıntı sahəsindən 69 torpaq qəbir aşkar edilmişdir.

1 saylı qəbir. I kvadratda, 0,6 m. dərinlikdə kişi skeleti aşkar olundu. Skelet yarı-bükülü vəziyyətdə, üzü cənub-şərqə, sağ böyrü üstə dəfn edilmişdilər. Skeletin baş tərəfində Nərgizava tipli qab qoyulmuşdur.

2 saylı qəbir. III kvadratın şərq küncündə, 0,6 m. dərinlikdə, üzü cənub-şərq istiqamətində, sıx bükülü vəziyyətdə basdırılmış kişi skeleti aşkar edildi. Skletin əlləri üz tərəfinə qoyulmuşdur. Baş nahiyyəsində müxtəlif ölcülü səkkiz (№ 15, 17, 18, 19, 20, 21, 22, 23) saxsı qab basdırılmışdır.

3 saylı qəbir. III kvadratda, 0,6 m. dərinlikdən qadın skeleti aşkar olundu. Skletinin üzü cənub-şərqə, sıx bükülü vəziyyətdə idi. Ayaq tərəfində Nərgizava qəbirlərinə xas olan adət üzrə daş qoyulmuşdur. Qəbir kamerasından sınıq halda bir neçə qab aşkar edildi. Skeletin baş tərəfindən bir ədəd tuncdan sırğa və boyunbağı aşkar olundu. Həmin qəbirin altında yeni bir qəbir aşkar olundu və bu qəbir şərti olaraq 6 saylı qəbir kimi qeydə alındı. Qəbir kamerasının ətrafında, 0,6 m. dərinlikdən iki skeletin qarışmış hissələri aşkar olundu. Birinci skletin çanaq və bud sümükləri, ikinci skeletin isə çanaq, qol və bud sümükləri qeyd etmək mümkün oldu. Sümüklərin ətrafı təmizləndikdən sonra yığıldı. Skeletin yanında qəbir inventarı aşkar edilmədi.

4 saylı qəbir. III kvadratda, 0,6 m. dərinlikdə, üzü şimal-qərbə, sıx bükülü vəziyyətdə basdırılmış kişi skeleti aşkar edildi. Qəbir kamerasından dağınıq şəkildə, iki orta ölcülü saxsı qabın qırıqları aşkar olundu.

5 saylı qəbir. II və IV kvadratlarda, 0,6 m. dərinlikdə, üzü şimal-qərbə, sıx bükülü vəziyyətdə basdırılmış kişi skeleti aşkar edildi. Qəbir kamerasından bir Nərgizava tipli qabın fraqmentləri aşkar edildi.

6 saylı qəbir. Qeyd edildiyi kimi qazıntı zamanı IV kvadratda, 3 saylı qəbirin altından, 0,8 m. dərinlikdən 6 saylı qəbir aşkar edildi. Qəbir kamerasında üzü şimal-qərbə, sıx bükülü vəziyyətdə basdırılmış kişi skeleti aşkar edildi. Skeletin ətrafından Nərgizava tipli iri həcimli qabın fraqmentləri aşkar olundu.

7 saylı qəbir. III kvadratda, şımal divarına yaxın 0,8 m. dərinlikdə, üzü şimal-qərbə, sıx bükülü vəziyyətdə basdırılmış kişı skeleti aşkar edildi. Skeletin kəllə sümüyünün sağ tərəfində Nərgizava tipli qab və iki kicik ölcülü dolca qoyulmuşdur.

8 saylı qəbir. III kvadratda, 0,9 m. dərinlikdə, üzü şımal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə dəfn edilmiş 12-15 yaşlı qız skleti aşkar edildi. Skeletin qolunda tuncdan halqavarı qolbaq, boyununda bir neçə ədəd muncuq və qolunun yanında kauri var idi.

9 saylı qəbir. VI kvadratdan 0,6 m. dərinlikdə, üzü cənub-qərbə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə basdırılmış kişı skeleti aşkar edildi. Skeletin baş tərəfində Nərgizava tipli qab və qabın ətrafında kiçik həcimli iki saxsı qab qoyulmuşdur.

10 saylı qəbir. III kvadratda, 0,9 m. dərinlikdə, üzü şımal-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş qadın skeleti aşkar edildi. Skeletin boynunun yaxınlığından on bir ədəd dəmir muncuq aşkar edildi (№ 35).

11 saylı qəbir. III kvadratda, 0,9 m. dərinlikdə, üzü şımal-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş qadın skeleti aşkar edildi. Skeletin sağ qolunun yanında bir ədəd muncuq (№ 37), baş tərəfində isə bir ədəd saxsı qab var idi.

12 sayqəbir. V kvadratda, 0,9 m. dərinlikdə, sıx bükülü vəziyyətdə, üz-üzə dəfn edilmiş qadın və kişi skeleti aşkar edildi. Kisı şimal-şərq, qadın cənub-qərb istiqamətində qoyulmuşdur. Skletlərin baş tərəfində müxtəlif formalı və ölcülü beş saxsı qab qoyulmuşdur. Qablar torpağın ağırlıgından sınmışdırlar.

13 saylı qəbir. V kvadratda, 0,9 m. dərinlikdə, insan skeletinin fraqmentləri aşkar edildi. Bu sahə Qazan arxı cəkilərkən qazıldığından, qəbir kamerası zədələnmiş, skeletın sümükləri qarışmışdır. Qəbir kamerasından müxtəlif ölcülü saxsı qabların fraqmentləri aşkar edildi.

14 saylı qəbir. III kvadratda, 1,2 m. dərinlikdə, üzü şımal-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş qadın skeleti aşkar edildi. Skeletin başının yanında orta ölcülü iki saxsı qab var idi.

15 saylı qəbir. V kvadratda, 1,6 m. dərinlikdə, üzü cənub-qərbə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş qadın skeleti aşkar edildi. Skeletin sinə hissəsindən bir ədəd metal halqa, bir ədəd tunc muncuq, bir ədəd kəhraba muncuq, bir ədəd kauri və iki ədəd qıflı dolca tapıldı.

16 saylı qəbir. V kvadratda, 1,6 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skletin baş tərəfində bir ədəd qıflı dolca tapıldı. Qab torpağın ağırlığından sınmlşdır.

17 saylı qəbir. I kvadratda, 1,3 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş qadın skeleti aşkar edildi. Skletin başının yanından iki orta ölcülü, qıflı dolca, skeletin boğaz hissəsindən on üc ədəd pasta muncuq və bir ədəd tunc üzük tapıldı.

18 saylı qəbir. V kvadrtda, 1,6 m. dərinlikdə, üzü cənub-qərbə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə basdırılmış kişı skeleti aşkar edildi. Skeletin başının yanında üc ədəd qıflı dolca tapıldı. Qablar torpağın ağırlığından sınmlşdırlar.

19 saylı qəbir. III kvadratda, 1,3 m. dərinlikdə it skletinin aşkar edildi. Skeletin üzü cənub-qərbə istiqamətlənmişdir və ətrafına orta ölcülü üc dolca qoyulmuşdur. Bizim fikrimizcə bu məzar 20 saylı qəbirə aiddir.

İtlə birgə dəfn ayini Azərbaycan ərazisində Mezolit dövründən məlumdur. Antik dövrdə ellinizmin təsiri ilə bu ayin Albaniya ərazisində genış yayılmışdır, belə ki itlər öz sahibinin sadiq keşikcisi olmaqla yanaşı onu axirət dünyasına bələdcısı rolunda cıxış edirdi.



20 saylı qəbir. III kvadratda, 1,3 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə basdırılmış kişı skeleti aşkar edildi. Skletin başının yanından bir ədəd saxsı qab və nizə ucluğu aşkar edilib.

21 saylı qəbir. III kvadratda, 1,5 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə basdırılmış kişı skeleti aşkar edildi. Skletin başının yanından iki ədəd qıflı saxsı qab və tunc nizə ucluğu aşkar edilib.

22 saylı qəbir. IV kvadratda, 0,9 m. dərinlikdə, üzü cənub-qərbə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə basdırılmış qadın skeleti aşkar edildi. Skletin başının yanından üc ədəd müxtəlif ölcülü, qıflı saxsı qab və on beş ədəd pasta muncuq tapıldı.

23 saylı qəbir. IV kvadratda, 0,9 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skletin baş tərəfindən üc ədəd müxtəlif ölçülü saxsı qab və bir ədəd tunc sırğa tapıldı.

24 saylı qəbir. VI kvadratda, 1,6 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skletin başından şimal-qərbə doğru üc ədəd orta ölcülü qıflı dolca tapıldı. Qəbir kamerasından iki ədəd dəmir bıçaq tiyəsi, bir ədəd kiçik güzgü arxalığı və bir ədəd kiçik çaxmaq daşı aşkar edildi.

25 saylı qəbir. II kvadratda, 1,3 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skletin ayaq tərəfində isə bir ədəd kiçik ölçülü saxsı qab qoyulmuşdur.

26 saylı qəbir. I kvadratda, 1,0 m. dərinlikdə, üzü cənub-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skletin kürək tərəfində qoyun skleti, başının yanından iki dolca tapıldı. Dolcalar torpağın ağırlığından qırılmışdır.

27 saylı qəbir. V kvadratda, 1,6 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skletin baş tərəfindən iki ədəd qıflı dolca və iki ədəd kiçik ölçülü saxsı qab, sinə tərəfindən isə üc ədəd kiçik ölçülü dolca, bir ədəd muncuq və metal parçası aşkar olundu. Qabların hamısı qiriq vəziyyətdədir.

28 saylı qəbir. IV kvadratda, 1,3 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş, 9-12 yaşlı uşağın skeleti aşkar edildi. Skeletin baş tərəfindən bir ədəd qıflı dolca, boğaz hissəsindən bir ədəd tunc boyunbağı (halqa formasında), boyunbağının alt tərəfindən bir ədəd kiçik çaxmaq daşı, barmağından isə bir ədəd üzük tapildı.

29 saylı qəbir. IV kvadratda, 1,1 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin baş tərəfində iri ölcülü bir ədəd gıflı qab, bir ədəd kiçik ölçülü dolca tapıldı.

30 saylı qəbir. IV kvadratda, 1,4 m. dərinlikdə qəbir kamerasında iki skelet aşkar edildi. Birinci, kişiyə məxsus skelet sıx bükülü vəziyyətdə, üzü cənub-şərqə, sol böyrü üstə qoyulmuşdur. İkinci, qadına məxsus skeletin yalnız baş hissəsi salamat qalmışdir. Qəbir kamerası Qazan arxı cəkilərkən qağıldığından, qadına məxsus skelet qarışmışdır və yalnız baş skeleti salamat qalmışdır.Qəbirin baş tərəfində üc ədəd Şirvan tipli qab (sınmış), ətrafında isə yan-yana düzülmüş üc ədəd iri daş və çoxlu sayda pasta muncuqlar aşkar olunub.

31 saylı qəbir. II kvadratda, 0,9 m. dərinlikdə, üzü cənub-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin ancaq kəllə, qol və bazu sümükləri qalmışdır. Skletin baş tərəfində bir ədəd qıflı qab, bir ədəd Şirvan tipli qab, qabın içərisində də kiçik ölçülü, tək qulplu qab aşkarlandı. Skeletin başının altından bir ədəd kiçk ölçülü Şirvan tipli qab və bir ədəd göz muncuğu aşkar edildi.

32 saylı qəbir. II kvadratda, 1,1 m. dərinlikdə, üzü cənub-qərbə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Torpağın ağırlığından skelet deformasiyaya ugramışdır. Skeletin başının yanından bir ədəd iri ölçülü qıflı qab və parç tapıldı. Bundan başqa bir ədəd nizə başlığı aşkarlandı.

33 saylı qəbir. I kvadratda, 1,4 m. dərinlikdə, üzü cənub-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişi skeleti aşkar edildi. Skeletin arxa tərəfindən Şirvan tipli saxsı qab və nizə ucluğu tapıldı.

34 saylı qəbir. V kvadratda, 1,7 m. dərinlikdə, üzü cənub-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişi skeleti aşkar edildi. Skeletin başının yanından bir ədəd böyük, iki ədəd kiçik ölçülü qıflı qab, ətrafından isə doqquz ədəd tunc muncuq tapıldı.

35 saylı qəbir. V kvadratda, 1,5 m. dərinlikdə, iki skelet aşkar edildi. Birinci skelet cənub-şərq istiqamətində qoyulmuşdur. İkinci skelet dağınıq şəkildə olduğundan onun istiqamətini müəyyən etmək mümkün olmadı. Biirinci skletin sinəsindən dəmir bıçaq tiyəsi aşkar edildi.

36 saylı qəbir. III kvadratda, 1,8 m. dərinlikdə, üzü şimal-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin kürək tərəfində iri saxsı qab, bir ədəd parc, ayaqlarının yanından bir ədəd qoyun skleti aşkar edildi.

37 saylı qəbir. VI kvadratda, 1,9 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin başının yanından bir ədəd qıflı və bir ədəd kiçik ölçülü qara cilalı qab tapıldı.

38 saylı qəbir. ccckvadratda, 1,9 m. dərinlikdə, , üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Qəbir kamerasında material aşkar edilmədi.

39 saylı qəbir. II kvadratda, 1,1 m.dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin başının yanından iki ədəd kiçik ölçülü qıflı qab, on beş ədəd tunc və pasta muncuq və nizə başlığı tapıldı.

40 saylı qəbir. I kvadratda, 1,3 m. dərinlikdə qəbir aşkar edildi. Qəbir kamerasında skeletin yalnız kəllə hissəsinin üst qapağı qalmışdır. Baş yanından iki ədəd kiçik ölçülü saxsı qab tapıldı.

41 saylı qəbir. V kvadratda, 1,6 m. dərinlikdə, üz-üzə dəfn edilmiş iki skelet aşkar edildi. Hər iki sklet sıx bükülü şəkildə idi. Birinci skelet sıx bükülü vəziyyətdə, sağ böyrü üstə, üzü cənub-şərqə, ikinci skelet sıx bükülü vəziyyətdə, sol böyrü üstə, üzü şimal-şərqə dəfn edilmişdir. Skeletlərin başının yanından bir ədəd kiçik ölcülü saxsı qab, sinələrinin birləşdiyi yerdən isə boşqab formalı tək qulplu qab aşkar edildi.

42 saylı qəbir. III kvadratda, 2,0 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skletin sol əlinin üstündə kiçik daş parçası, qarşı tərəfində xəncər qını, baş yanında yerə dik basdırılmış nizə başlığı, iki ədəd qıflı qab var idi. Birinci qabın icərisində üc, ikinci qabın yanından iki kiçik ölcülü qab tapıldı. Skletin ətrafından iyirmi dörd ədəd kauri, iyirmi dörd ədəd tunc muncuq aşkar edildi. İnsan skeletinin başının altından qoyun skleti və yeddi ədəd kauri tapıldı.

43 sayı qəbir. II kvadratda, 1,3 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin baş tərəfindən fincana oxşar qab aşkar olundu. 43 saylı qəbir 32 saylı qəbirin ön tərəfində yerləşirdi.

44 saylı qəbir. V kvadratda, 1,9 m. dərinlikdə, üzü şimal-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş qadın skeleti aşkar edildi. Skletin boyun hissəsindən çoxlu sayda zoğal tumuna oxşar və müxtəlif ölcülü pasta muncuqlar, qol hissəsindən iki ədəd qolbaq, barmağından dörd ədəd tunc, bir ədəd gümüş üzük, baş tərəfindən orta həcimli qara cilalı saxsı qablar, ayaq hissəsindən isə iki qoyun skleti aşkar olundu.

45 saylı qəbir. V kvadratda, 2,2 m. dərinlikdə, üzü şimal-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin kürək tərəfində, çiyinə yaxın hissədə orta ölcülü bir ədəd qıflı qab, qabın içərisindən isə kiçik ölçülü tək qulplu qab və xəncərə oxşar əşya tapıldı.

46 saylı qəbir. III kvadratda, 2,1 m. dərinllikdə üc skelet (ikisi böyük adam, biri isə uşaq skleti idi.) aşkar edildi. Böyük adam skeletləri üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuşdur. Uşaq skletinin başı yox idi. Qəbirin baş tərəfinə iri daş, daşın ətrafına isə bir ədəd qıflı qab, bir ədəd kiçik ölçülü saxsı qab qoyulmuşdur. Skeletini altından 1,4 m. dərinlikdən, yeni bir sklet aşkar edildi.

47 saylı qəbir. I kvadratda, 1,9 m. dərinlilkdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Qəbir kamerasında material aşkar edilmədi.

48 saylı qəbir. VI kvadratda, 1,4 m. dərinlikdə, üzü şimal-qərbə, kürəyi üstə, sıx bükülü vəziyyətdə, əlləri cüt çənəsinin altına qoyulmuş kişi skeleti aşkar edildi. Skeletin qarşısında üc ədəd müxtəlif ölcülü qıflı qab tapıldı.

49 saylı qəbir. VI kvadratın cənub-şərq divarının yanından, 1,9 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin baş tərəfindən müxtəlif ölçülü üc saxsı qab aşkar edildi. Qablar torpağın ağırlığından sınmışdırlar.

50 saylı qəbir. VI kvadratın şimal-qərb divarınin yanından, 1,9 m. dərinlikdə, üzü şimal-qərbə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin baş tərəfindən orta həcimli iki qıflı qab, beş ədəd xırda muncuq, bir ədəd sümük muncuq və bir ədəd tunc halqa tapıldı.

51 saylı qəbir. I kvadratda, 1,8 m. dərinlikdə, üzü şimal-qərbə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş qadın skeleti aşkar edildi. Skeletin ön tərəfindən iki ədəd böyük, bir ədəd kicik ölcülü saxsı qab, boyun yanından bir ədəd qıflı qab, qolundan tunc qolbaq, barmaqlarında üc ədəd halqavari tunc üzük və bir ədəd sırqa tapıldı.

52 saylı qəbir. I kvadratda, 1,9 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişi skeleti aşkar edildi. Skeletin başının arxa tərəfində iki ədəd qıflı qab tapıldı.

53 saylı qəbir. V kvadratın cənub-şərq divarından, 1,5 m. dərinlikdə, üzü cənub-şərqə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişi skeleti aşkar edildi. Skeletin baş tərəfindən bir ədəd qıflı qab, qabın yanından isə nizə ucluğu və bizə oxşar metal əşya tapıldı.

54 saylı qəbir. IV kvadratın şimal-qərb tərəfindən, 1,4 m. dərinlikdə aşkar edilən qəbir kamerası dağıldığından skletin yalnız qol sümükləri qalmış və bu səbəbdən onun istiqamətini təyin etmək mümkün olmadı. Skeletin ətrafından dörd ədəd müxtəlif ölcülü qıflı qab aşkar edildi. Qablar torpağın ağırlığından qırılmışdır.

55 saylı qəbir. V kvadratın cənub-şərq divarının yanından, 2,0 m. dərinlikdən, qəbir kamerasından skletin dağınıq şəkildə alt çənə, qol və çanaq sümükləri aşkar edildi. Qəbirdən müxtəlif ölçülü qıflı qablar aşkar olundu. Qablar torpağın ağırlığından qırılmışdır.

56 saylı qəbir. IV kvadratda, 1,4 m. dərinlikdə, üzü cənub-qərbə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin baş tərəfindən bir ədəd qıflı qab, həmin qabın içərisindən bir ədəd kiçik ölçülü dolca aşkar olundu.

57 sayıl qəbir. I kvadratda, 2,2 m. dərinlikdə, üzü cənub-qərbə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin baş tərəfindən tək qulplu qab, dəmir bıcaq tiyəsi və nizə başlığı aşkar edildi.

58 saylı qəbir. VI kvadratda, 1,7 m. dərinlkdən, qəbir kamerasından kişi skeletinin kəllə sümüyünün üst qapağı və bir ədəd güldan tiplı kiçik həcimli qab aşkar edildi. Skelet dağıldığından istiqaməti müəyyən etmək mümkün olmadı.

59 saylı qəbir. VI kvadratda, 1,6 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeletinin kəllə və qabırğa hissəsinin fraqmentləri aşkar edildi. Skeletin baş tərəfindən iki ədəd saxsı qab tapıldı.

60 saylı qəbir. IV kvadratda, 1,6 m. dərinlikdə, qəbir kamerasından qadın skeletinin boyun və qol sümükləri aşkar edildi. Boyun nahiyəsindən iki ədəd qıflı qab, ayaq hissədən isə üc ədəd kiçik ölçülü qab və bir ədəd tunc boyunbağı tapıldı.

61 saylı qəbir. IV kvadratda, 1,5 m. dərinlikdə, üzü cənub-qərbə, sağ böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin başının yanından iki ədəd qıflı qab, iki ədəd ox ucluğu, bir ədəd nizə ucluğu, bir ədəd dəhrə və bir ədəd tunc asma tapıldı.

62 saylı qəbir. VI kvadratda, 2,5 m. dərinllikdə, dağılmış qəbir kamerasından kişi skeletinin kəllə və bədən hissəsinin ayrı-ayrı fraqmentləri aşkar edildi. Skelet dağıldığından istiqaməti təyin etmək mümkün olmadı.Skeletin baş hissədən iki ədəd qıflı qab, bır ədəd dörd künc boşqab, bir ədəd nizə ucluğunun ağac keçən hissəsi, bir ədəd dəhrə, ayaq hissədən qoyun skeleti və çoxlu sayda çaxmaq daşı aşkar edildi.

63 saylı qəbir. VI kvadratın cənubunda təeəfində, dağılmiş qəbir kamerasından kişi skeletinin kəllə sümüyünün fraqmentləri aşkar edildi. Skelet dağıldığından onun istiqamətini müəyyən etmək mümkün olmadı. Qəbir kamerasından qoyun skleti və bir ədəd kiçik ölçülü qıflı tapıldı.

64 saylı qəbir. V kvadratda, 2,2 m. dərinlikdə, üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş kişı skeleti aşkar edildi. Skeletin başının yanından orta ölcülü qıflı qab, ayaq tərəfindən isə qoyun skleti tapıldı.

65 saylı qəbir. III kvadratda, 2,4 m. dərinlikdə, üzü şimal-qərbə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuş və dağılmışdır kişı skeleti aşkar edildi. Skeletin ayaq tərəfindən qoyun skleti, başının yanından müxtəlif ölçülü dörd saxsı qab aşkar olundu.

66 saylı qəbir. V kvadratda, 2,5 m. dərinlikdə, qəbir kamerasından dağılmış kişi skeleti aşkar edildi. Skletin istiqamətini müəyyən etmək mümkün olmadı. dağınıq şəkildə idi. Skletin baş tərəfindən orta ölcülü üc qıflı qab, çoxlu sayda çaxmaq daşı, tunc dəhrə, tunc nizə ucluğu, tunc muncuqlar aşkar edildi.

67 saylı qəbir. II kvadratda, 1,5 m. dərinlikdə, qəbir kamerasından dağılmış kişi skeletinin kəllə sümüyünün fraqmentləri aşkar edildi. Skeletin istiqamətini müəyyən etmək mümkün olmadı. Kəllə sümüyünün ətarfindan müxtəlif ölcülü üc qıflı qab tapıldı. Qablar torpağın ağırlığından sınmışdırlar.

68 saylı qəbir. II kvadratda, 1,5 m. dərinlikdə, dağılmış qəbir kamerasından kışı skletin kəllə sümüyünün fraqmentləri aşkar edildi. Skeletin istiqamətini müəyyən etmək mümkün olmadı. Kəllənin yanından müxtəlif ölcülü dörd qıflı qab və bir ədəd tunc muncuq tapıldı.

69 saylı qəbir. IV kvadratda, 1,4 m. dərinlikdə, qəbir kamerasından iki skelet aşkar edildi. Birinci sklet üzü şimal-şərqə, sol böyrü üstə, sıx bükülü vəziyyətdə qoyulmuşdur. İkinci skeletin kəllə sümüyü ikiyə bölündüyündən istıqamətini müəyyən etmək mümkün olmadı. Skletlətin ətrafından iki ədəd kauri, iki ədəd xırda muncuq, baş tərəfindən bir ədəd qıflı qab aşkar edildi.

Nərgizava nekropolundan aşkar edilmiş saxsı nümunələri, silah və əmək alətləri, bəzək əşyaları, numizmatik materiallar və dəfn ayinləri əsasında abidənin b.e.ə. III – II əsrlərə aid olduğu sübuta yetirilmişdir.

Bundan başqa Şamaxı-Ağsu arxeoloji ekspedisiyası iyul ayında Ağsu rayonu Bico kənd məktəbinin direktoru Yaşar Qarayevdən ona məxsus həyətyanı sahədə torpaq işləri görərkən saxı qab fraqmentləri aşkar etməsi haqqında məlumat aldı. Bura gələn ekspedisiya üzvləri əraziyə baxış kecirdikdən sonra kəşfiyyat-qazıntı isləri apararaq, 1,0 m. dərinlikdə torpaq qəbir aşkar etdi. Qəbir kamerasında aşkar edilən skelet torpağın ağırlığından əzilərək dagılmış və bu səbəbdən onun istiqamətini müəyyən etmək mümkün olmadı. Skeletin yanından orta ölcülü, acıq narıncı rəngli dolca və boz rəngli küp aşkar edildı. Əldə idilmiş maddi-mədəniyyət nümunələri əsasında abidənin b.e.ə. II əsrə aid olduğu müəyyən edildi.
ƏDƏBİYYAT

1.Нуриев А.Б. Ремесло Кавказской Албании. Баку 2009.

2.Гулиев А.А. Археологические исследования в Шемахе. Археологические исследования в Азербайджане. Баку 2008.стр.53-54.

3.Османов Ф.Л. Археологические исследования на территории Ахсу. Баку 2006.

4.Гулиев Ф.Э. Погребения с конскими захоронениями в курганах Азербайджана. Баку 2008.

5.Kəsəmənli H.P. Xacbulaq daş qəbirləri haqqında. AMM VI, Bakı,1965.



6.Quliyev A.A. Nərgizava nekropolunda aparilmiş arxeoloji tədqiqatlar. Azərbaycanda arxeoloji tədqiqatlar 2009. Baki 2010.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə