Qrup 782 Fİdan kosmosentriZMİn qəDİm yunan fəLSƏFƏSİNİN Əsas səCİYYƏSİDİR




Yüklə 12.6 Kb.
tarix30.04.2016
ölçüsü12.6 Kb.
Qrup 782 FİDAN

KOSMOSENTRİZMİN QƏDİM YUNAN FƏLSƏFƏSİNİN ƏSAS SƏCİYYƏSİDİR

Antik fəlsəfənin nümayəndələri təbiətin,kosmosun,bütövlükdə dünyanın mahiyyətini tam vəhdət halında,bütöv şəkildə dərk etməyə çalışmışlar.

Milet məktəbi nümayəndələri olan Fales,Anaksimandır,Anaksimen hər şeyin

bütöv kainatın ilkin maddi əsasını su və havada,Hefes məktəbinin nümayəndəsi Heraklit isə odda görür,dünyanın məhz bu maddi ünsürlərdən əmələ gəldiyini söyləyirdilər.Onlar fəlsəfə bütün mövcudatın başlanğıcı haqqında elm kimi baxırdılar.Burada varlığın mifoloji doğuluşu yox,səbəbləri axtarılır,ontoloqizm (“varlıq haqqında təlim”) ön plana çəkilirdi.

Bütün kainatın dəyişməz ilkin əsasını qəbul etsələr də,ilkin naturafilosoflar,əslində kortəbii dialektik təfəkkürə malik idilər .Onlar kosmosa mütləq,əbədi vahid kimi baxırdılar.Heraklitə görə bütün kainata hərəkətdə və vəhdətdə olan əksikliklərin mübarizəsi kimi baxılmalıdır.

Yunan fəlsəfəsində ontoloji təlimə görə varlığın əsasları müxtəlif mövqelərdən həll edilirdi. Pifaqorçular bütün mövcudatın əsasına saylar qoyurdular.Parmenid isə iddia edirdi,ki varlıq zəka isə dərk olunandır. Onu hiss üzvləri ilə anlamaq imkanı verir,əqil,zəka isə əbədi olanı mənimsəyir.

Ksenofona və onun ardıcılları olan eleatçılara görə isə varlıq – həmişə mövcud olandır,əbədidir,o , fikrimizdə olduğu kimi,təkdir və bölünməzdir,bölünən və çox müxtəliflikdir ancaq hissi dünyadır .Vahid əbədi varlığa ancaq təfəkkür,zəka vasitəsilə nail olmaq olar.

Eleat məktəbi nümayəndələrinə varlıq anlayışının məzmununa üç xüsusiyyət daxildir:

a)varlıq mövcuddur,vardır,qeyri-varlıq,yoxluq mövcud deyildir,yoxdur;

b)varlıq vahiddir,bölünməzdir,təkdir;c)varlıq dərk olunandır,qeyri-varlıq,yoxluq isə dərkolunmazdır,o zəka üçün yoxdur,çünki o,mövcud deyildir.

Yunan filosofu Zenon isə varlığın vahid,hərəkətsizdir və sonsuz olduğu,hərəkətin isə ziddiyyətsizdir fikrə gətirilməsinin mümkün olmadığı üçün varlığın mahiyyətini ifadə etmədiyi haqqında özünün dialektik müddəalarını - aporiyalar təlimi ilə,paradoksal vəziyyətlər,dolaşıq şəraitlər yaratmaq vasitəsilə sübut etməyə çalışırdı.(“aporiya “yunan dilində “çətinlik “,”çıxılmaz vəziyyət “mənasındadır.

Antik fəlsəfədə varlığın əsaslarının işləməsində “apeyron” və “atom” haqqında ideyaların da mühüm əhəmiyyəti olmuşdur. Hələ Milet məktəbinin Anaksimandır bütün mövcudatın əsaına maddi başlanğıc etdiyi apeyronu (yunan dilində “qeyri – müəyyən maddə “deməkdir.)qoyur və kainatın ondan törədiyini qeyd edirdi.Bu ideya qədim yunan kortəbii materializmin böyük nümayəndəsi ,determinizmin (səbəb müəyyənliyi) və atonizm fəlsəfi təlinlərinin banisi Demokrit (460-370) tərəfindən daha da inkişaf etdirilmışdir.Demokrit və onun tələbəsi Epikur(341-270) iddia edirdilər ki”dünya boşluqdan və atomlardan ibarətdir.Atomlar həmin boşluqda daim hərəkət edirlər”.Lakin onlara görə atomların özləri dəyişilməz ,hərəkətsiz və bölünməzdir.Onların birləşməsindən maddi cisimlər,materiya əmələ gəlir, parçalanmasından,ayrılmalarından isə məhv olur, başqa formaya keçir.Epikur hətta atomları ağırlıqlarına görə də fərqləndirməyə çalışmış, maddi cisimlərin “atom çəkisinə” fərqləndiyini də demişdir.

Antik fəlsəfədə “materiya” kateqoriyası ətrafında da mübahisələr,fikir plüralizmi olmuşdur. İlk dəfə “materiya” anlayışını Platon işlədərək onu özünün dəyişməz,vahid hesab etdiyi “ideyaya”,varlığa qarşı qoymuşdu.

Platon “materiya” dedikdə “başqa başlanğıc “- dəyişkən axıcı və daimi olmayanı,”hissi aləmi “nəzərdə tutmuşdu.Materiya hissi – maddi predmetləri əhatə etdiyi üçün hərəkətdə və dəyişmədə olduğu üçün,Platona görə o elmi bilik obyekri ola bilməz.Hətta o, bəzən materiya ilə “mövcud olmayanı “,yoxsulluğu da eyniləşdirirdi,bəzən isə onu ancaq məkan mənasında izah edirdi.Aristotel isə “materiya” anlayışına ancaq məkan mənasında yox,həm də müəyyən formaya malik maddi mövcudat şəklində,maddi cisimlərin məcmusu kimi baxırdı.Canlı mövcudat əsasında “materiya” anlayışını izah edərkən Aristotel qeyd edirdi ki, cismani, bədən maddələrinin tərkibi – materiyadır,bütün bədən hissələrinin vahid və bütöv halda birləşdirən isə ruhdur-formadır.Forma – fəal, materiya isə -qeyri –fəal başlanğıcdır.Deməli,forma predmetin mahiyyətidir.Aristotelə görə ən yüksək forma - hərəkət və fəaliyyətin səbəbidir,bütün kosmik tamın həyat mənbəyidir.



Materiya ,varlıq və.s haqqında qədim yunan ontoloji təlimlərini yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, bütün yunan fəlsəfəsi təlimləri bir cəhətdən ümumiləşirlər-onların hamısı üçün mövcudatın əsasına bir-birinə qarşı qoyulmuş ikili başlanğıc kimi düalist təsəvvür səciyyəvidir. Bütün idealist və materialist təlimlər dünyanın və insanln varlığını məhz bu ikili başlanğıc mövqeyindən izah edirdilər.

Qədim yunan fəlsəfəsi nümayəndələri üçün onların idealist və materialist olmasından asılı olmayaraq,digər ümumi cəhət isə onların hamısının kosmosçu ,kosmosentrik olmaları təşkil edirdi.Onların hamısı təbiəti,kosmosu vahid tam şəklində götürür,onu canlılaşmış şəkildə görürdülər. Bu mənada insana da təbiətin bir hissəsi kimi baxılırdı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə